MÜASİr tarix fəNNİNDƏN “1933-1939-cu iLLƏRDƏ almaniyanin xariCİ SİyasəTİ”




Yüklə 147.37 Kb.
səhifə1/2
tarix29.02.2016
ölçüsü147.37 Kb.
  1   2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ TARİX FAKÜLTƏSİNİN TARİX İXTİSASI ƏYANİ ŞÖBƏSİNİN 1046-CI QRUP TƏLƏBƏSİ HEYDƏRZADƏ LƏMAN RAKİF QIZININ

MÜASİR TARİX FƏNNİNDƏN

1933-1939-CU İLLƏRDƏ ALMANİYANIN XARİCİ SİYASƏTİ”



MÜVZUSUNDA

KURS İŞİ


KAFEDRA MÜDİRİ: M.FƏTƏLİYEV

ELMİ RƏHBƏR: M.QASIMLI
BAKI-2014

PLAN.

Giriş:........................................................................................... 3
I Fəsil:

1.Müharibə öncəsi xarici siyasətdə ilk addımlar..................... 5

2.Türkiyə ilə xarici iqtisadi əlaqalər........................................ 10
II Fəsil:

Yenidən silahlanma planları və xarici siyasətdə yeniliklər... 12

III Fəsil:

Müharibə qərarının verilməsi sahəsində addımlar............... 18

Nəticə:....................................................................................... 24
Ədəbiyyat siyahısı:................................................................... 26

GİRİŞ.
Adolf Hitler 30 yanvar 1933-cü ildə Almaniya kansleri olduğu zaman Almaniyanın gələcəyi və bu gələcəyə dair həyata keçiriləcək xarici siyasət haqqında qəti fikirlərə sahib idi. Almaniya bir sıra döyüşlərə girəcək, hər döyüşdə qazanacağı qələbə bir sonrakını qazanmaq üçün Almaniyanin yaratdığı zəmini genişlədəcək və almanlar dünyaya hakim olacaqlardı. Almaniya müharibəni cəbhədə məğlub olduğu üçün deyil, daxildə kürəyindən bıçaqlandığı üçün, xəyanətlərə məruz qaldığı üçün uduzmuşdu. Əgər daxil olunacaq müharibələr qazanılacaqsa, bu yalnız daxili siyasət və dövlət quruluşunu dəyişməklə mümkün ola bilərdi. Almaniya, SSRİ və İtaliya kimi Hitlerin nümunə götürdüyü ölkələrdə olduğu kimi, təkpartiyalı dövlət olacaqdı. Bununla yanaşı, Alman cəmiyyəti irqi olaraq daha şüurlu olmalı və özünü xarakterizə edən, layiq olduğu kimi dünyaya hegemon olmasını təmin edəcək irqi üstünlüyünü gücləndirmək üçün ölkə daxilində həm müsbət həm də mənfi irqi siyasətlər aparılmalı idi. Almaniyanın gələcəkdəki müharibələri qazanması üçün dərhal silahlanmaya ehtiyacı olacaqdı, ancaq Hitlerin müdafiə etdiyi ölkə içindəki qurumlarda və siyasətlərdəki dəyişikliklər qələbə üçün ən mühüm amil idi. Beləliklə, 1933-cü ildən yeni siyasətin həyata keçirilməsinə başlanıldı, “sağlam” Almanların nigahları təşviq edildi, yəhudilərə böyük bir zülm başladıldı, “qüsurlu” uşaqlara sahib olma ehtimalı olan Almanlar qısırlaşdırıldı və hal hazırdaki bütün siyası partiyaların varlığına son qoyulmasıyla da, Alman xalqı qatılması gözlənilən müharibələrə bütün sürətiylə hazır hala gətirildi.

Hitlerin xarici siyasəti geopolitik nəzəriyyəyə əsaslanırdı. Burada qarşıya qoyulan məqsəd bioloji dövlət, təbii sərhədlər və optimal coğrafi-iqtisadi rayonlar yaradaraq

"yeni dünya qaydası" qurmaq idi. 1933-cü ilin fevralın 1-də verilən dekretdə yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası xarici siyasətin əsas vəzifələri kimi müəyyənləşdirilmişdi. Nasional-sosialist partiyasında yaradılan xarici siyasət şöbəsinə Rozenberq rəhbərlik edirdi. İlk dövrdə Almaniya hökuməti əsas diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və inkişafına yönəltmişdi. 1933-cü ilin fevral-iyul aylarında Cenevrədə keçirilən tərksilaha dair konfransda Almaniya nümayəndə heyəti də iştirak etdi və silahların saxlanması sahəsində digər dövlətlərlə Almaniyanın bərabərliyi prinsipini təklif etdi.

Faşizm başçıları iqtisadiyyatı hərbiləşdirməklə bərabər, həyasızcasına təbliğatı genişləndirirdilər. Alman faşizminin ideologiyası beynəlxalq imprealizmin ən mürtəce cəhdlərinin ifadəsi idi. Faşist ideologiyasının başlıca, ən təhlükəli cəhəti şovinzm idi. Alman faşistləri kütlələrin ictimai səbəblərdən doğan narazılıqlarından bacarıqla istifadə edir, öz imprealist işğalçılıq siyasətlərini alman xalqının vəziyyətini yaxşılaşdıra biləcək bir vasitə kimi qələmə verirdilər. Hitlerçilər soyğunçu Versal müqaviləsi ilə alçaldılmış olan alman xalqının milli hisslərindən də öz qisasçı məqsədləri üçün istifadə edirdilər. Alman faşistlərinin ideologiyasının əsas müddəaları Hitlerin “Mayn kampf” (“ Mənim mübarizəm ”) adlı kitabında ifadə edilmişdi. Bu kitab geniş sürətdə və çox vaxt zorla alman əhalisi içərisində yayılırdı. Bu kitabda Hitler , güya kifayət qədər “Həyat sahəsi” olmayan alman irqinin üstünlüyü haqqında nəzəriyyəni təbliğ edirdi. Hitlerə görə Almaniya “ Həyat sahəsini”, “ən amansız mübarizə üsullarına” da yol verilməsi mümkün olan müharibə yolu ilə əldə etməli idi. Bu “nəzəriyyə” alman imprealizmi tərəfindən dünya ağalığını əldə etmək haqqındakı sərsəm planlara bəraət qazandırmağa xidmət edirdi. О, beynəlxalq məsələlərin həllində zor işlətməyi lazım bilir və bunların dinc yol ilə həllini , eləcə də beynəlxalq münasibətlərdə qüvvədə olan qanun və müqavilələrin tənzimedici təsirini inkar edirdi.

1933-cü ilin yayında bütün gənclər təşkilatları buraxılmış və ya, gənclərin hərbi hazırlığı və onların militarist ruhda tərbiyə olunması üçün geniş istifadə edilən “ Hitlerçı gənclər” təşkilatına cəlb edilmişdi. “Hitlerçi gənclər” təşkilatı , ona daxil olan “Alman qızlarının ittifaqı” və məktəblilərin “ Gənc millət” təşkilatı ilə birlikdə, əsasən zorla, demək olar, 10 yaşından 18 yaşına qədər olan bütün uşaqları və gəncləri əhatə etmişdi. “Gənclərin fiziki təlimi ilə məşğul olan imperiya şurası”nın rəhbərlik etdiyi idman hərəkatı da hərbi hazırlığın və təlimatlandırmanın çoxlu müxtəlif formalarından birisi idi.

Hitlerin düşüncələrinin və düşüncələrin oynadığı rolun bu qısa tərifi bəzi tədqiqatçıların bütünlüklə ya da qismən qatılmayacaqları bir şərhi təmsil edir. Bəziləri, Hitlerin çox qəti, tutarlı və ideolojik olaraq qərarlı, uzun müddətli proqrama sahib bir lider olmaqdan çox, bir opportunist olduğunu önə sürürlər. Digərləri isə, bürokratik səlahiyyət döyüşləriylə ya da milli və yerli səviyyədə qurulacaq imperatorluqlar uğruna bir-birini yeyənlərlə xüsusiyyət qazanan bir rejimin siyasətində çox az ardıcıllıq olduğunu, Hitleri isə meydana gətirdiyi siyasətin həyata keçirilməsini təmin etməkdən daha çox, iqtidarı əlində tutmaqla məşğul olduğunu söyləyirlər. Bu məsələlər üzərində mübahisələr çox gümanki, hələ uzun müddət davam edəcəkdir. Qeyd etməliyəm ki, bu kurs işində yazacaqlarım əsas etibarilə yuxarıda qeyd etdiyim təməllər üzərində qurulacaq və II Dünya müharibəsindən əvvəl, yəni daha dəqiq desək 1933-1939-cu illərdə Almaniyanın xarici siyasətinin tətbiq formasının əsas prinsipləri üzərində dayanacayıq.




I Fəsil:
1. Müharibə öncəsi xarici siyasətdə ilk addimlar.
Almaniyanın daxili quruluşu ilə siyasəti dəyişərkən və yuxarıda çərçivəsi çəkilən niyyətlərlə böyük bir silahlanma başlamışkən Almaniya, vurmağa hazırlanmadan öncə, digərləri hərərkətə keçməsinlər deyə çox tədbirli hərəkət etmək məcburiyyətində idi. Hitlerin 1933-cü ilin əvvəllərində müharibə istəyən nitqlərinin yerini sülhün böyüklüyündən bəhs edən nitqləri almışdı. Bütün cəhdlər digər ölkələri sakitləşdirmək üçün idi. Bunu həyata keçirməyin ən açıq yolu da, ən çox problem yarada bilməsi güman edilən qüvvələrlə müxtəlif razılıqlara gəlinməsi idi. Bu razılıqlar, Hitlerin gözündə şərtlər uyğun vəziyyətə gəldiyi anda pozuntu həyata keçiriləcək, amma eyni zamanda Böyük müharibənin kölgəsi altında qorxu içində yaşayan dünyanı sakitləşdirəcəkdi.

Hitler 1933-cü ilin fevralın 3-də Almaniyanın hərbi rəhbərliyi ilə gizli bir iclas keçirtdi və qərbdə yerləşən torpaqların işğal edilərək amansızca almanlaşdırılacağı bir müharibə üçün, silahlanmaya niyyətli olduğunu və xarici siyasətin hazırki məsələlərini də diqqətlə ələ alacağını açıqladı. Prinsip olaraq Millətlər Cəmiyyətinə qarşı olduğu və ən qısa zamanda ayrılmağa həvəsli olduğu halda Hitler, fevralın sonunda Almaniya nümayəndə heyətinə cəmiyyətin Yaponiyanın Mancuriyanı ələ keçirməsini qınadığı Lytton komissiyasının hesabatına müsbət səs verməsini əmr etdi. Sovetlər birliyi ilə vaxtı bitən ticarət müqavilsəi Alman Kommunist partiyasına edilən təzyiqlər və bunun nəticəsində Sovet vətəndaşlarına da təsir edən hadisələr səbəbiylə Alman-Sovet münasibətlərində gərginlik olmasına baxmayaraq, dərhal təzələndi. Bənzər şəkildə, rejimin siyasətlərinin dini sahədə yaratdığı problemlər, Vatikanla 1933-cü ilin yazında imzalanan sülhpərvər görüşlərinin kəsilməsinə yol açmadı. Hitler Polşaya qarşı daim düşməncə münasibət bəsləyən əzəli Alman əsgəri və diplomatik nümayəndələrindən fərqli olaraq, bu ölkəylə də müvəqqəti sülh münasibətinə girdi. Ehtirasları, Birinci dünya müharibəsində itirilmiş torpaqlarının geri alınmasından daha böyük olduğundan Polşa Alman diktatorunun düşüncələrində daim əsas bir rol oynayırdı. Bu ölkə ən azından Fransa ilə ilə eyni mövqedə olmaqdan qismən çıxarıla bilərsə, Almaniyaya silanlanma müddətində sakit bir dövr yaradılmış olacaqdı. Nazi liderlərinin sərbəst şəhər Dansinqdəki varlıqlarını sağlamlaşdırmaq üçün atdıqları addımlar ya da Almaniya daxilində Polşadakı Alman azlığına qarşı münasibətdəki qəzəb, Almaniya və Polşa arasındakı yaxın gələcəkdə qurmaq istənilən yaxşı münasibətləri təhdid edər hala gələrsə, bu işlərə qarışan Almanlara və Dansinqdəki səlahiyyətlilərə səslərini kəsmələri söylənəcəkdi. Beləliklə, iki ölkə arasında 1933-cü ilin yanvarın 26-da qarşılıqlı hücum etməmək haqqında atəşkəs paktı Polşada imzalandı.

1933 və 1934-cü illərdəki bu tədbirli xarici siyasət yanaşmasının tek bir istisnası vardı. Hitler uzun zamandır Avstriya ilə birləşməni müdafiə edirdi. 1933-cü ildə bu birləşmənin Avstriya hökümətinə təyziqlə, daxildən Avstriyali nasional sosialistlərin təzyiqləri və xaricdən də Alman iqtisadi və siyasi sanksiyalarının təzyiqi ilə mümkün olacağı düşünüldüyü aydın görünür. Engelberd Dollfusun başçılığı ilə Avstriya höküməti bu təzyiqlərə tab gətirməyəcəkdi. İtaliya tərəfindən dəstəklənən və daxildəndə bir qədər dəstəklənən Dollfus bacardıqca dirəndi. Belə vəziyyətdə daha şiddətli sanksiyalar tətbiq edildi. 1934-cü ildə Berlindən idarə edilən Avstriyalı nosianal sosialistlər, Dollfusun öldürülməsi və yerini ölkəni Almaniya ilə birləşdirəcək şəxsin yəni Nazi liderlərindən Anton Rintelenin tutmasının yer aldığı bir planı həyata keçirməklə əlaqədar Avstriyaya zərbə endirməyə hazırlaşdılar. Vyanada edilən zərbə cəhdi, zərbəçilər Dollfusu öldürdüyü halda müvəffəqiyyətsiz oldu. Bəzi tədqiqatçılar Avstriyalı Nazilərin öz başlarına hərəkət etdiyini önə sürürlər, lakin həm Hitler həm də təbliğat naziri Cosep Hebbels zərbənin incəliklərini öncədən bildiklərinə görə, bu mülahizəni müdafiə etmək mümkün deyil. Yenə İtaliya tərəfindən dəstəklənən yeni bir Avstriya höküməti, müstəqilliyinin davam etməsində israr etdi. Almaniya üçün daha ehtiyatlı bir vaxt lazım idi.

Almaniyanın 1934-cü ilin iyulunda zərbə ilə nəticələnən Avstriyani ilhaq addımları, Hitlerin Almaniyanın yanında ən çox görmək istədiyi ölkə olan İtaliya ilə problemlərə yol açmışdı. Hitler, uzun zamandır 1922-ci ildə iqtidarı ələ keçirən və tək bir partiyalı diktatorluğu quran İtalyan lider Benito Mussoliniyə heyran idi. Hitler ortaq düşmən Fransaya qarşı Almaniya və İtaliya arasında ittifaq qurulması lazım olduğuna inandığı üçün, Avstriya məsələsindəki mübahisə bu iki dövlət arasında çox ciddi bir problem olaraq qalmaqda idi. Mussolini, İtalyanların çoxu kimi sadəcə Avstriyanın dostu deyildi, 19-cu əsrdə ölkələrini birləşdirmək və Birinci Dünya müharibəsi zamanı yeni ərazilər əldə etmək üçün mübarizə aparan Avstriyalılar da İtalyanlara qarşı idi. Mussolini, 1919-cu il sülhü ilə qurulmuş olan kiçik bir Avstriyanı, şimal sərhəddində çox daha güclü olan bir Alman qonşudan üstün tuturdu. Belə bir güc, hər ikisi də Avstriya tərəfindən alınmış külli miqdarda Alman mədəniyyətinə malik nüfüzu olan Cənubi Tirol ilə Aralıq dənizi sahilindəki Triest üzərində İtaliyanın haqq iddia etməsini sorğulaya bilərdi. Alman-İtalyan münasibətlərinin yaxşılaşması üçün yeni irəliləyişlər olması lazım idi, lakin 1935-ci ilədək belə irəliləyişlər görünmədi.

1914-1918-ci illər arasında yaşanan hadisələrin yol açdığı xəyal qırıqlığının dünyaya qoyduğu miras silahsızlanma və döyüş silahlarının məhdudlaşdırılması ilə bağlı keçirilən bir sıra konfranslar oldu. Hətta, Hitler kansler olduğunda böyük bir konfransın hazırlıqları keçirilirdi. Almaniya bir müddət bu konfranslara qatılmağa davam etdi, ancaq oktyabr ayında Hitler artıq bu konfranslardan çəkilmə zamanının gəldiyinə qərar verdi.

Avropanı istila etmək və dünya ağalığı qurmaq proqramı faşist Almaniyasının xarici siyasətinin əsasını təşkil edirdi. Müharibəyə hazırlıq görən hitlerçilər bi sıra ölkələrə fəal kəçfiyyat işinə başladılar. Onlar xarici işlər nazirliyi orqanlarını casusluq mərkəzlərinə çevirir və çoxlu yardımçı idarələr təşkil edirdilər. Faşist dövləti, başqa ölkələrə geniş ticarət əməliyyatı aparan alman konsernlərindən də lazımı casusluq məlumatları alırdı. Konsernlər faşist təbliğatı sahəsinə də yardım göstərdilər.

Alman faşistləri əvvəllər mövcud olan bütün beynəlxalq münasibət normalarını bi kenara atdılar; onlar xəyanətkarlığı, ümumi casusluğu, aldatmanı, böhtanı, intriqanı, satqınlığı, qəsdi, korrupsiyanı və s. Özləri üçün siyasi silah etdilər. Faşistlərin əsas şüarı olan “ məqsədə nail olmaq üçün hər cür vasitə yaxşıdır” - şüarı xarici siyasət sahəsində geniş tətbiq edilirdi.

Müharibəyə hazırlıq görülən zaman hitlerçilər başqa ölkələrdə - beşinci dəstə adlanan dəstənin yaradılmasına böyük fikir verirdilər. Hitlerçilər mətbuatı pul ilə satın almaq, agentlərə pul vermək və sairə üçün Qərbi Avropa ,Latın Amerikası dövlətlərinə, Şərq ölkələrinə, Skandinaviya və Pribaltika ölkələrinə külli miqdarda pul göndərirdilər. Faşist Almaniyası “kommunizm ilə mübarizə” bayrağı altında çıxış etdiyindən, beynəlxalq irtica, birinci növbədə isə ABŞ, İngiltərə və Fransanın hakim dairələri tərəfindən daim müdafiə olunurdu. Faşizm beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin daha mürtəce amili idi.

Hitler hökümətinin fəal xarici siyasəti Versal müqaviləsinin özbaşına təftiş etmək, bir az sonra isə onu təmamilə ləğv etməklə başlandı. Tezliklə Almaniya dünyanı yenidən bölüşdürmək üçün, əvvəlcə gizli, sonra isə açıqdan-açığa silahlanmağa başladı. Qızğın silahlanma yoluna düşmüş olan hökümət, özünü Millətlər Cəmiyyətinin qoyduğu təəhhüdlərdən xilas etməyi qərar aldı və 1926-ci ildə partiyasının daxil olmamaq üçün səs verdiyi Millətlər Cəmiyyəti üzvlüyündən çıxdığını da açıqladı. Hitler nitqlərində davamlı olaraq Almaniyaya digər dövlətlərlə bərabər münasibət göstərilmədiyindən şikayətlənirdi, hətta cəmiyyət üzvlüyündə daimi üzv olmasından yaranan bərabər dərəcədə böyük güc kimi çıxış etməsindən də imtina etməyə könüllü idi. Almaniyanın razılıqları pozduğu təqdirdə, bir çox dövlətlərin sanksiyalarıyla qarşılaşa biləcəyi beynəlxalq təşkilatlara üzv olmasını və ya çox tərəfli təəhhüdlərə girməsini istəmirdi. Başqa heç bir dövlətin qarışmadığı, asanlıqla pozuntu edə biləcək ikili razılaşmaları üstün tuturdu. Almaniyanın 1930-cu illər boyunca ona davamlı təklif edilən yeni beynəlxalq müqavilələri rədd etməsinin səbəbi bu idi.

Bu vaxt ərzində Almaniyanın xarici siyasətinin rəhbərliyi, Hitlerin ələ aldığı diplomatların əllərində idi. Xarici işlər naziri Konstantin von Neuraz, daha əvvəl müxtəlif ölkələrdə səfirlikdə çalışmışdı və prezident Paul von Hindenburq tərəfindən seçilmiş olsa bilə, Hitlerə bağlıydı. Xarici işlər naziri vəzifəsinə iddialı olan iki Nazinin Ribbentrop və Rozenberqin kiçik xarici işlər büroları qurmaqlarına izin verilmişdi ama nazirlik məqamına gətirilmələri üçün sıra ilə 1938 və 1941-ci illəri gözləmələri lazım bilinirdi ( Ribbentrop xarici işlər naziri oldu, Rozenberq isə işğal altındakı qərb bölgələri naziri oldu). Rozenberq, 1933-cü ilin mayında Londonda müvəffəqiyyətsizliyi ilə etibarını ititrərkən, von Ribbentrop əvvəl Hitlerin xarici işlər məsləhətçisi oldu və ona çox önəmli diplomatik tapşırıqlar verildi. Hitlerin köhnə rəqiblərindən Germann Qorinq də xarici işlərə həvəskarca qarışdı, arada sırada özəlliklə diqqətini çəkən bəzi ölkələrə səyahətlər etdi ancaq bütün vacib xarici işlər sahəsində qərarlar Hitlerin əlində qaldı.

Alman diplomatlarının hamısı, bir istisnanın xaricində yeni hökümətlə çalışdı. Bu istisna Almaniyanın parlamentli demokratiya olaraq qalması gərəkli olduğuna inanan Amerika səfiri Fridrix von Pritvitz Qaffondu. Bu vəziyyət Hitlerin Reikbankın rəhbəri Hans Lüteri Amerika səfiri olaraq təyin edilməsinə imkan tanıdı. Lüter, silahlanma uğruna şübhə oyandırıcı maliyyə sanksiyaları tətbiqinə könülsüzkən, xələfi bunu sevə -sevə qəbul etmişdi. Digər bütün diplomatlar vəzifələrində qaldılar və 1945-ci ildən sonra xatirələrini yazana qədər yeni rejimi dəstəklədilər. Diplomatik xidmətlərdən başqa, von Ribbentrop ilə Rozenberqin o vaxtda normal diplomatiyası ilə kəsişən işlər görən ofislərinə əlavə olaraq NSDAP da öz xarici təşkilatını qurdu. Bu təşkilatın ən mühüm vəzifəsi xaricdə yaşayan Almanlar üzərində faşist idarəsi qurmaq, Alman diplomatlarının partiya cizgisinə bağlı qalmalarını saxlamaqdi, ancaq zaman zaman başqa işlərə də qarışdı.

Faşist rəhbərliyinin ilk illərində Almaniya, Amerika Birləşmiş Ştatları ilə çox maraqlanmadı. Arxadan biçaqlanma əfsanəsinin təbii nəticəsi olaraq, ABŞ-ın Birinci Dünya müharibəsinə qatılması müharibənin gedişinə çox təsir etməmişdi, həm də qarışıq irqi tərkibi və içində olduğu iqtisadi çətinliklər səbəbiylə ABŞ əsla önəmli bir düşmən ola bilməzdi. Amerikalıların yeni Almaniyanın daxili siyasətindən, mülki azadlıqların qaldırılmasından, kilsələrə və yəhudilərə edilən zülmdən, kitabları yandırmalarından , açıq-açıq fəaliyyət göstərən toplama düşərgələrindən, geniş ölçülü silahlanmadan xoşlanmadığına dair əlamətlər, Hitler və digərlərinin bu ölkənin qorxulmayacaq qədər zəif və axmaq olduğuna dair fikrini gücləndirdi. Almaniya ilə ABŞ arasındakı ticarı anlaşılmazlıqlar , Almaniyanın rəhbərliyini hec narahat etmirdi. ABŞ liderlərinin də qatıldığı 1919-cu il Versal sülhünü tərk etmiş olması və yerinə yetirilməsiylə bağlı bütün məsuliyyəti müharibədən ən çox ziyan çəkmiş ölkələrə buraxması, Almaniyanın Fransa və İngiltərə tərəfindən çox az müxalifət görərək irəliləməsini saxlayan ən önəmli faktor olacaqdı.



2. Türkiyə ilə xarici iqtisadi əlaqələr.
Nazi partiyasının hakimiyyətə gəlməsindən sonra Almaniyanın xarici ticarət siyasətində əhəmiyyətli bir dönüş oldu. Xarici ticarət siyasəti Nasist Almaniyasının siyasi hərbi və iqtisadi məqsədlərinə uyğun olaraq təşkil edildi. Yeni tənzimləmədə Almaniyanın məqsədi əvvəlcə cənub-şərqi Avropa, Balkan və Yaxın Şərq ölkələriylə ticarəti mümkün olduğunca inkişaf etdirmək idi. Berlin bu ölkələrlə xarici ticarətini inkişaf etdirərkən iqtisadi yaxınlaşmanın doğuracağı siyasi nəticələri də göz qarşısında tuturdu. İqtisadi nüfuzun asanca siyasi nüfuz halına çevriləcəyini hesab edən Almaniya hərbi hədəflərini bu plana görə təşkil edirdi. Qısacası, Almaniyanın siyasi və hərbi yayılma məqsədlərinə xarici ticarət siyasətinin də xidmət etməsi gözlənilirdi.

Türkiyə ilə Almaniya arasında mövcud olan yaxın iqtisadi əlaqələrdə sanki bir partlama nöqtəsinə çatan canlanma, Hitler iqtidarının qurulduğu 1933-cü ildən etibarən görüldü. Türkiyə, Almaniyanın iqtisadi yayılma proqramında ən ön sırada iştirak edən ölkələrdən biri idi. Həqiqətən Türkiyənin aldığı xammallar və kənd təsərrüfatı məhsulları üçün yüksək qiymət siyasəti izləyən Almaniya, buna qarşılıq öz sənaye məhsullarını Türkiyəyə dünya bazarlarının üzərində yüksək qiymətə satır və beləliklə, nəticə Almaniyanın lehinə olurdu. Almaniya Türkiyəyə ilk planda dəmiryolu vəsaiti, mədən müəssisələri, tekstil kimi yüngül sənaye üçün təchizat, gəmi və hərbi vəsait sövq edirdi. Almaniyanın ən məşhur polad, hərbi və kimya firmaları Türkiyə ilə iş birliyi edirdi.

Alman sənayesi Türkiyədə kimya sahəsində də yatırımlar etdi. 1930-cu illərin sonunda Alman aviasiya sənayesi Türkiyədə ingilis ve amerikan şirkətləriylə rəqabətə girdi. Bu sahədə Türkiyə ilk müqaviləni məhz Almaniya ilə 1939-cu ilin aprel ayında imzalayır.

Tehviq Rüştü türk-alman ticarət müqaviləsinin imzalanmasını istəyirdi. O, Bu sahədə iki ölkə arasındaki ticarət əlaqələrində bir yaxınlığın doğulacağına diqqət çəkmişdi. 10 avqust 1933-cü ildə türk - alman ticarət müqaviləsi Berlində imzalandı. Bu tarixdən 1936-cı ilə qədər türk - alman ticarət müqavilələri, köhnə ticarət müqaviləsi əsas götürülərək davam etdirildi.

1936-cı ildə Almaniyanın Türkiyənin ümumi idxalatındakı payı 45% və ixracatındakı payı isə 51% idi. Bu vəziyyət türk hökumətinin diqqətini çəkmiş və Ankara, Türkiyənin alman bazarına asılı qalmaması və türk iqtisadiyyatının də alman nüfuzu altına girməməsi üçün cəhdlər etməyə başlamışdı.

6 iyul 1937-ci ildə Berlində başlayan türk-alman ticarət danışıqları müsbət şəkildə nəticələndi. 30 avqust 1937-ci il tarixində də 15 sentyabr 1937-ci il - 31 avqust 1938 –ci iltarixləri arasında etibarlı olacaq olan türk - alman ticarət müqaviləsi Berlində imzalandı.

Türk - alman ticarət müqaviləsi 26 iyul 1938-ci ildə Berlində imzalandı. Müqaviləyə görə bütün türk ixrac malları Almaniyaya kontingent məhdudlaşdırması olmadan girəcəkdi. Yeni ticarət andlaşması 31 avqust 1939-cı ilə qədər etibarlı idi.

Alman xarici işləri nazirliyi əvvəl Türkiyə ilə bütün ticarət əlaqələri kəsməyi düşündüysə də xrom idxalatı səbəbiylə bu fikirdən imtina etdi. Hərçənd Türkiyə Almaniyanın çox əhəmiyyətli bir ticarət ortağı olaraq ola biləcək bir ticarət kəsintidən bilavasitə zərər görərdi lakin Almaniya da xroma ehtiyac duymaqda idi.

Türkiyənin Almaniyaya satdığı xrom dəyəri 1925-cı ildə 5000 alman markası ikən 1929-cı ildə 35000 alman markası, 1937-ci ildə 3427000 alman markası və 1938-cı ildə 3048000 alman markası olmuşdu.

Türk - alman xarici ticarəti mövzusunda üzərində əhəmiyyətlə dayanılması lazım olan bir başqa nöqtə, Türkiyədən Almaniyaya 1938-ci ildə ixrac etdiyi malların təxminən yüzdə 30 nisbətində döyüş sənaye üçün həyati əhəmiyyət daşıyan xammallardan ibarət olmasıydı.

24 mayda isə alman hökuməti 31 avqustda sona çatacaq olan türk-alman ticarət müqaviləsinin uzadılması yolundakı türk-alman danışıqlarının kəsilməsini qərarlaşdırdı. Türk-alman ticarət antlaşması 31 avqust 1939-cı ildə yenilənmədiyi və uzadılmadığı üçün sona çatdı.

İngiltərənin 1938-ci ilin mayında Türkiyəyə açdığı kredit Almaniyanın reaksiyasına gətirib çıxardı. Menemencioğlu 30 iyun - 25 iyul 1938-cı il tarixləri arasında Berlində davam edən türk-alman iqtisadi danışıqları zamanı Klodius Türkiyənin türk-ingilis kredit müqaviləsinə bənzər bir kredit müqaviləsini Almaniya ilə də imzalamaqdan siyasi səbəblərlə məmnun qalacağını və Almaniyadan kredit almağa hazır olduğunu açıqladı.

Alman xarici işləri nazirliyi iqtisad dairəsi idarəçisi Viel hesabatında alman hökumətinin Türkiyənin ancaq müəyyən şərtlər altında kredit verməyə hazır olduğunu bildirmekde idi. Buna görə alman banklarının meydana gətirdiyi bir konsorsium on illik bir müddət ilə Türkiyəyə 150 milyon alman markası dəyərində bir kredit verməyi alman hökumətinə təklif etmişdi. Kreditin geri ödənməsi mübadilə üsulu ilə də ola biləcəkdi.

Funk Almaniyanın Türkiyəyə kredit təklif etməyi istədi. Eynilə ingilis krediti kimi fransız krediti də Almaniyanın Türkiyədəki iqtisadi təsirini azaltmağı qarşısına məqsəd qoyurdu. Funka görə Almaniya, Fransadan əvvəl Türkiyəyə mütləq kredit təklif etməliydi.

Alman iqtisadiyyat naziri Funk 5 oktyabr 1938-ci ildə İstanbula, oktyabrın 6-da isə Ankaraya gəldi. Funkun Ankara ziyarəti Almaniyanın Yaxın Şərq və cənub-şərqi Avropadakı əsas iqtisadi maraqlarını sağlamlaşdıran bir əhəmiyyətə sahib idi.

Türk-alman kredit müqaviləsi 16 yanvar 1939 da Berlində imzalandı. Kredit müddəti 10 il olub faizi 5% idi. Türkiyənin kredit qarşılığı sənaye malı sifarişləri isə 31 dekabr 1941-ci ildə sövq edilmək məcburiyyətində idi. Kreditin geri ödənməsi türk - alman ticarət müqaviləsinə görə olacaqdı. Mal daşınması isə dəniz yolu ilə və alman gəmiləri ilə ediləcəkdi.


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə