Müasir dünyada ali təhsil sistemində nələr baş verir Xəzər Universitəsi Nəşriyyatı, 2008




Yüklə 297.24 Kb.
səhifə1/5
tarix14.04.2016
ölçüsü297.24 Kb.
  1   2   3   4   5

Müasir dünyada ali təhsil sistemində nələr baş verir...


© Xəzər Universitəsi Nəşriyyatı, 2008

Bütün hüquqlar qorunur.

İsaxanlı, Hamlet.

Müasir dünyada ali təhsil sistemində nələr baş verir və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Programı” necə olsa yaxşıdır? / Hamlet İsaxanlı.

ISBN 978-9952-20-044-7


  1. Avropa və Azərbaycanın təhsil sistemi-Tarix

  2. Bologna Prosesi. 3. Çağdaş ali təhsil.

4. Qloballaşma. 5. Elmi araşdırmalar.

378.94754-dc22




Hamlet İsaxanlı


Müasir dünyada ali təhsil sistemində nələr baş verir

2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”



necə olsa yaxşıdır?
Xəzər Universitəsi Nəşriyyatı

İÇİNDƏKİLƏR




Ön söz ..........................................................................

5

Arzularla gerçəklik arasında sürünmək də olar, qanad çalmaq da ...............................................................

7

Avropada ali təhsilin dünəni .......................................

12

Azərbaycanda ali təhsilin dünəni və Bologna Prosesi

20

Çağdaş ali təhsil və ali məktəb ....................................

25

Ali məktəblər və rəqabət .............................................

29

Təhsil sistemində islahat və onun təsir gücü ...............

32

Təhsildə kеyfiyyət və standartlar ................................

35

Ali təhsilin əlçatan (əlyetən) olması. Dünya və Azərbaycan ............................................................

38

Ali təhsilimiz niyə kifayət qədər əlyetən deyil? ..........

44

Ali təhsildə keyfiyyət kimlər tərəfindən və necə ölçülür? ..................................................................

50

Ali təhsil sistemində idarəetmə ...................................

56

Ali təhsildə qeyri-akademik xidmət ............................

63

Qloballaşma ilə internasionallaşma. Yollar, meyl və əlamətlər ................................................................

71


Sənaye-iş dünyası, yüksək texnoloji inkişaf və ali təhsil .......................................................................

76

Ali təhsilin maliyyələşdirilməsi ..................................

83

Ali təhsildə qanunvericilik siyasəti .............................

87

Ali təhsil və elmi araşdırmalar ....................................

90

Ali məktəb və əmək bazarı ..........................................

96

Ali məktəb, sərvət və innovasiya ................................

100

Ali təhsil ocaqlarının maddi bazası və ölçüsü .............

104

Biz də xarici ölkəyik! ..................................................

108

Hər gün mükəmməlliyə doğru .....................................

111

Gələcəyə nikbin baxış .................................................

114









Ön söz
Azərbaycan Respublikasında ali təhsilin ümumi və xüsusi problemlərinə, ali təhsillə elmin, dövlətin, iş dünyasının münasibətlərinə, ali təhsil sahəsində dünyada gedən proseslərin Azərbaycanda baş ve­rən­lərlə müqayisəsinə və nəhayət, Azərbaycan Pre­zidentinin imzaladığı ali təhsil sistemində islahatlar üzrə dövlət proqramının hazırlanması işinə aiddir bu yazı. Burada ali təhsil sistemimizdə yaranmış əsas prob­lemlərin dünya təcrübəsi və Azərbaycanın in­kişafı baxımından təhlili verilir və onların müəy­yən həlli yolları göstərilir.
Bu yazı üzərində çalışarkən təhsil siya­səti haq­qında yazdığım məqalə və kitab­lar­dan bəh­rələn­məklə yanaşı zamanımız­da cə­rə­yan edən hadi­sələr barədə son elmi araşdır­malara mü­raciət etməli oldum. Avropa Univer­sitet Assosiasi­ya­­sının (European University As­so­ciation) hal-ha­zırkı pre­zi­­den­ti, Vyana universi­te­tinin keç­miş rek­toru, Avst­riya rektorlar konfransının keç­miş pre­zi­denti Georg Winckler, İsveçrə federal hö­ku­mətinin və canton hökumət­lərinin müşaviri, Geneva uni­ver­si­te­tinin keç­miş rek­toru, İsveçrə rektorlar konf­ran­sının səd­ri, Avropa Universitet Assosiyası­nı quran idarə he­­yəti üzvü Luc E. We­ber və Michigan uni­ver­­siteti­nin fəxri təqaüd­çü prezidenti James J. Duder­stadt və bəzi di­gər görkəmli mütəxəs­sislərin sayəsin­də əldə et­di­yim məlu­matlar işimə çox yaradı; onlara dərin min­nət­darlı­ğı­mı bildirirəm. “The Glion Col­lo­quium Asso­cia­­tion”a və uzun illərdir oxuduğum “The Chro­nicle of Higher Edu­cation”a minnət­daram. Bir sıra mü­hüm məsə­lələrin mü­zakirəsinə şərait yaratdıq­ları üçün Azərbaycan Prezidenti Ya­nında Təhsil Ko­mis­si­yası üzvlərinə təşək­kür edirəm.

Hamlet İsaxanlı

Arzularla gerçəklik arasında

sürünmək də olar, qanad çalmaq da...
20-ci yüzilliyin böyük qismində təhsil, o cüm­lə­dən ali təhsil dövlət işi, ictimai əmtəə, hökumətin ye­tiş­dirdiyi məhsul, dövlətin öz xalqına göstərdiyi xid­mət hesab olunub. Müasir çağda isə ali təhsil həm dövlət işidir, həm özəl fəaliyyət növüdür. Təh­sil fərdləri də, cəmiyyəti də dəyişdirir, inkişaf et­di­rir və şübhəsiz ki, o həm ictimai, həm də özəl ma­hiy­­yət daşıyır. Dün­yadakı aparıcı meyllər isə ali təh­silin get-gedə daha çox özəl işə çevrildiyini, özəl xidmət olduğunu gös­tərir. Lakin hər zamankı kimi, bu gün də ali təhsil sahəsində düzgün dövlət siya­səti olmadan böyük uğur qazanmaq mümkün deyil.

Dünyadakı, demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər ali təh­sillə bağlı üç böyük məsələni eyni zamanda həll etmək is­tə­yir­lər: 1) ali təhsili kütləviləşdirmək, yəni mümkün qə­dər hamı üçün əlçatan etmək, 2) ali təhsilin keyfiy­yə­tini artırmaq və 3) dövlətin ali təh­silə çəkdiyi xərc­ləri artırmamaq (çox artırma­maq, heç artırma­maq və hətta azaltmaq). Bir-biri ilə tam uyuşmayan məsələlərin eyni vaxtda həlli əlbəttə ki, çox çətin iş­dir. Daim gündə­lik­də olan bu məsələnin ideal həlli yox­dur, az-çox qəbul oluna bilən həlli isə çox dərin­dən işlənmiş dövlət proqramı və onun yerinə ye­ti­ril­məsi üçün zəruri olan siyasi iradə və ciddi, düzgün idarə­etmə tələb edir.

“Təhsil dövlətin ən vacib, bir nömrəli məsələsi­dir” fikri mübahisəsiz qəbul olunmur. Dildə, daha doğ­­rusu siyasi meydanda bu fikir təsdiq edilsə də, gerçəklik fərqlidir. Bəs sosial təminat, xüsusilə tə­qaüd fondu? Bəs səhiyyə sığorta sistemi? Bəs yox­sulluqla mübarizə? Bəs milli təhlü­kə­siz­lik?... Bun­lar da dövlətin ən vacib, bir nömrəli olmağa na­mi­zəd məsələlərindən deyilmi? Məsələ­nin çətinliyi və dünya təcrübəsi “ali təhsil təkcə döv­lətin işi de­yil, get-gedə daha çox özəl bölmənin işi­dir” fikrinin əsas­­­sız olmadığını göstərir. İnkişaf etmiş, inkişaf et­məkdə olan bütün dünya, Qərb, Ya­xın və Uzaq Şərq bunu qəbul edib və ya qəbul et­məyə məcbur olub.

Müasir çağda sərvətin, pulun gücü siyasətə, or­du­ya, vətəndaşlıq vəzifəsinə nisbətdə qat-qat artıb. La­kin insan ləyaqətinin, sevgi və azadlıq hisslərinin də güclü olması sərvətlə ədalət arasında müəyyən ta­razlığın əmələ gəlməsinə, müvazinətin müəyyən də­­rəcədə saxlanmasına gətirib çıxarır. Bu tarazlığı qoruyanlar arasında dövlət, media və təhsil siste­mi­ni həlledici hesab etmək olar. Kütləvi informasiya vasitələri gündəlik hadisələri və qayğıları ön plana çəkdiyi üçün təhsil ocaqları, xüsusilə də universi­tə­lər üzərinə daha dərin və uzunvədəli vəzifə düşür. Təd­ris bəşəriyyətin əldə etdiyi bilik xəzinəsini yeni nəsillərə ötürməyə, təd­qi­qat isə bu bilikləri geniş­lən­dirib zənginləşdirməyə və tətbiq edərək həyatı yax­­şılığa doğru dəyiş­dir­məyə imkan verir. Cəmiy­yət qarşısında məsuliy­yə­tin, vətəndaşlıq hisslərinin dərki, mədəniyyətin hif­zi və inkişafı məsələlərində də təhsil ocaqları həl­ledici güc sahibidir.

Azərbaycanda da yüksək nüfuzlu ali məktəb­lərin yaranması və inkişaf etməsi ümumxalq işidir. Ümum­­­xalq dedikdə dövləti və insanları nəzərdə tu­tu­ram. İnsanlar, fərdlər öz işini həvəslə, ehtirasla, fə­dakarlıq və peşəkarlıqla görməsələr dövlət daxi­lində işlər yürüməz. Bu, təhsildə xüsusilə belədir. Digər tərəfdən isə dövlət şərait yaratmasa, qanun-qayda çərçivələri düzgün cızılmasa, düzgün plan qu­rulmasa, özəl işə çəkilən zəhmət də lazımi bəh­rə­sini verməz.

Dövlət ali təhsil sistemini bütövlükdə inkişaf et­dir­mək, yəni islahat aparmaqla onu dəyişmək, yeni­ləş­dirmək və gücləndirmək vəzifəsini üzərinə gö­tür­­məlidir. Bu vəzifə, görünür ki, iki hissədən iba­rət­dir. Birinci – müasir dünyada gedən proses, cə­rə­yan və meylləri çox diqqətlə izləyib təhlil et­mək­lə, təhsil sistemimizdə bu gün mövcud olan prob­lem­ləri və onların həlli yollarını araşdırmaqla dünya ilə səs­ləşən islahat proqramı tərtib etmək lazımdır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti “Azər­­baycan Respublikasının ali təhsil müəssi­sə­lərinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imza­lamışdır (31 yanvar 2008-ci il). “2008-2012-ci illər­də Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proq­ra­mı” layihəsinin hazır­lanması bu sərəncamın mühüm maddəsidir. Bu yazımızın əsas məqsədi “Bu Dövlət Proq­ra­mı ne­cə olsa yaxşıdır?” sualına düzgün və əhatəli ca­vab ta­pılmasına, az da olsa, kömək etməkdir.

Ali təhsil sistemində güc­­­lü is­la­hat aparmaq vəzi­fəsinin ikinci hissəsi qə­bul olunacaq Dövlət Proq­ra­mı­nın ardıcıl və inadcıl şəkildə həyata keçiril­mə­si­dir. Həyatımız boyu çox planlar gör­mü­şük, ya­şı­mızdan o yana da çox planlar qurulduğu haq­qında oxu­muşuq. Bu planların az his­sə­si tam, nəzərdə tutulduğu şəkildə həyata keçirilib, böyük qismi kağız üzərində qa­lıb və ya mahiy­yətcə deyil, səthi şəkildə işlər gö­rü­lüb, həyat isə əvvəlki kimi (və ya cüzi fərqlə) davam edib. İnkişaf et­mək­də olan ölkəmi­zin, xalqımızın, dövləti­mizin vaxt itir­­mə­­yə, düzgün planları yarımçıq qoymağa ixti­yarı yoxdur. Çünki inkişafımızın ən mühüm tərkib his­sə­lərin­dən biri inkişaf etmiş dünyanın təhsil, elm və texno­lo­giya sahəsindəki uğurlarını mənim­sə­yərək ölkə­miz­də tətbiq və inkişaf et­dir­mək­dən ibarətdir. Vax­tında irəli getməyən geri qa­lır. Arzularla ger­çək­lik arasında sürünmək də olar, qanad çalmaq da...

Avropada ali təhsilin dünəni
Təqribən 500 il əvvəl Avropa tarixin yeni ağası, yeni rəhbəri rolunu öz üzərinə götürməyə başla­mış­dı. Avropalı­ların Amerikanı kəşf etmələri və yer kürəsinin kəş­finə girişmələri onların kiçik dünya­sını birdən-birə çox böyütdü. Mətbəənin və kitab ça­pının Avropada böyük güc qazanması, univer­si­tet­lərin və elmi dü­şün­cənin formalaşmağa başla­ma­sı ilə tarixin Avro­pa dövrü başlandı. Kapitalizmin inkişafı ilə Avropa qalan dünyanı geri buraxdı. La­kin 20-ci əsrdə avro­palılar arasında qarşıdurma və kütləvi qırğın zenitə qalxdı, Avropa iki dünya mü-ha­ribəsinə meydan ol­du. 1945-ci ildə Ameri­ka­lılar və Sovetlər Avropa­nın ortasında, Almaniyada qar­şı­laşdılar - bu, tarixin Avropa dövrünün, dünya siya­səti və iqtisadiyyatın­da Avropa hegemon­lu­ğunun sonu idi.

1957-ci il Sovet sputniki göyü deyil, Amerika və Avropanı silkələdi; silkələdi, hətta lərzəyə saldı və... səfərbərliyə aldı. Qərbdə inteqrasiya meylləri ciddi surətdə artmağa başladı. 1957-də imzalanan Avropa Iqtisadi Birliyi (Avropa «Ümumi Bazar»ı) haqqında saziş (Roma) təhsili hələ ümumavropa işi kimi görmədi. 60-cı illərdə Avropa Universitet rəh­bərlərinin daimi konfransı adlı (fransızca abbrevia­tu­rası ilə tanınırdı – CRE, sonrakı Avropa Uni­ver­si­tet Assosiasiyasının sələfi) ilk ümumavropa ali təh­sil qurumu yaradıldı. 1971-də isə altı üzv – təhsil na­­zi­rinin ilk rəsmi görüşü və çərçivə bəyannaməsi əmə­lə gəldi; bu görüşlər dövri xarakter aldı. 70-ci il­­lərin sonunda təhsildə bir-bi­ri­ni tanıma məsələsi for­ma­laş­dı və 80-ci illərin orta­larında tələbələrin, təd­­qi­qat­çı və müəllimlərin bir ölkədən digərinə hə­rə­­kət et­mə mexanizmi işlənildi, 1987-də başlayan məş­hur «ERASMUS» və sonralar “SOCRATES” ki­mi proq­ramlar bu işi uğurla həyata keçirməyə baş­­­la­dı­lar. Bu illərin ma­raqlı sənədlərindən biri 1988-də Bo­lognada (Bo­lon­yada) imzalanan «Mag­na Charta Universita­tum» idi, bununla Avropada ali mək­təb­lə­rin müs­tə­qil­liyi ön plana çəkildi. 1991-ci ildə im­zalanan Maastricht sazişi isə Avropa Bir­li­yinin «təh­sil, keyfiyyət naminə treyninq və mə­də­niyyətin çiçəklənməsinə» çalışmaq fikrini rəs­mi­ləş­dir­di.

So­sia­liz­min iflasından sonra Şərqi Avropa və keç­miş So­vetlərin ali təhsil sisteminin müasirləş­mə­sinə kö­­mək məqsədi ilə Avropa Birliyi yeni TEMPUS adlı proqramı həyata keçirməyə başladı (1990). Bu gün də davam edən bu proqram şərq-qərb ali təhsil əmək­daşlığını canlandırdı və xeyli ge­nişləndirdi.

Ali təhsilə aid kvalifikasiya və sənədlərin ta­nın­ması haqqında Avropa Şurası və UNESCO-nun bir­gə Konvensiyası (Lissabon, 11 aprel 1997) Av­ropa ali təhsil sisteminin bütövləşdirilməsi yo­lunda daha bir addım sayıla bilər. Bu kon­vensiya ali təhsil al­maq imkanı, təhsil müddəti və ali təhsil sənədlə­ri­nin ta­nın­ması, həmçinin uy­ğun mexanizm­lərin ya­ra­­­dıl­ması məsələlərini əha­tə edirdi.

Şengen anlaşması, ümumi (vahid) pul vahidi ki­mi birləş­miş Avropa siyasətini yürüdən dövlətlər ali təhsildə də əl-ələ tutub yeni addımlar atmalı idilər.



1998-ci il mayın 25-də Universite Paris-Sar­bonne’­da dörd böyük Avropa dövlətinin - Fransa, Ita­liya, Böyük Britaniya və Almaniyanın ali təhsilə məsul nazirlə­ri­nin görüşündə «Avropa ali təhsil sis­temi me­mar­lığını həmahəng etmək (arxi­tek­­tu­ra­sı­nın harmoni­za­siyası) haqqında birgə bə­yan­na­mə (dek­la­rasiya)» qəbul edildi. Bu dekla­ra­siya Av­ro­pa Ali Təhsil Mə­kanı­nın yaradılması və onun açıq elan edil­məsi, tə­ləbələrin bir ölkədən di­gə­rinə ke­çib təh­si­lini davam etdirməsi və bunun təd­ris kreditləri de­yilən ölçü va­hid­ləri ilə tənzimlən­məsi fikrini irəli sürdü. Ali təhsilin iki pillədən iba­rət olması və bi­rinci pillədən sonra tədris və təd­qi­qatın magistratura və ya daha uzun müddətli dok­to­rantura çərçivəsində aparılması barədə razılıq əldə edildi.

Dörd ölkənin təşəbbüsünü ümumavropa hərəka­tı­na çevirmək məqsədilə 1999-cu il iyunun 19-da Av­­­­ropanın ən qədim universitəsinin qurulduğu Bo­log­nada (Bolonyada) 29 Avropa ölkəsinin ali təh­silə cavabdeh olan nazirlərinin görüşü keçirildi. Keç­­­­­­miş sovetlərdən üç Baltikyanı dövlətin də işti­rak etdiyi bu görüşdə «Avropa təhsil nazirlərinin bir­­­­gə deklarasiyası» qəbul edildi. Qısa zamanda, 2010-cu ilə kimi qlobal yarışda ön sıraya çıxa bilən Avropa Ali Təhsil Məkanı (AATM, ingiliscə EHEA, yəni European Higher Education Area) ya­ratmaq üçün aşağıdakı hədəflərə çatmaq qararlaşdırıldı (sa­dəlik üçün bu maddələri birgə deklarasiyada ol­duğu kimi bir-bir deyil, qruplaşdırılmış şəkildə ve­ririk):

1. Asan anlaşılan və müqayisə edilə bilən və iki əsas-alt və üst pillədən (dövrədən) ibarət təhsil sis­temi həyata keçirmək. Birinci və ya alt pillə ən azı 3 il sürməli, ikinci və ya üst pillə isə magistr (mas­ter) və/və ya doktor dərəcəsinə aparmalıdır.

2. Tələbələrin, müəllim, tədqiqatçı və inzibati iş­çilərin ölkələrarası sərbəst hərəkət edə bilməsini tə­min etmək; tələbələrin hərəkətini müəyən edərkən Avropa Credit Keçid Sistemi (AKKS) tətbiq etmək. [Hər fənnin tutumu, daşıdığı yük kredit deyilən va­hid­lə ölçülür və tələbənin ali təhsilin hansı nöq­tə­sin­də olması onun oxuduğu fənlər və qazandığı (top­ladığı) kreditlərin miqdarı ilə müəyyən edilir. Bir ali məktəbdən (ölkədən) digərinə gedən tələbə ça­tışmayan fənləri oxuyur və kreditlərini toplamağa davam edir.]

3. Ali təhsildə Avropa ölçü və dəyərlərini müəy­yən et­mə­yə çalışmaq. Keyfiyyətin təmin edilməsi məq­sədi ilə kriteriya və metodologiyaların hazırlan­ma­sında əmək­­­­­daşlıq etmək.

Bu proqramı həyata keçirərkən milli təhsil sis­tem­lərinə, dil və mədəniyyət fərqlərinə, universi­tet­lərin muxtariyyətinə hörmətlə yanaşılmasının va­cib­­­­liyi xüsusi qeyd olundu.

Avropa Ali Təhsil Məkanı yaratmaq prosesi bun­dan sonra Bologna Prosesi adını aldı (zən­nim­cə, Sar­­bonne-Bologna prosesi daha doğru ad olardı).

Bologna Prosesinin uğurla həyata keçirilməsini koordinasiya etmək və prosesə qoşulmaq istəyən ye­­­ni ölkələri qəbul etmək üçün təhsilə məsul nazir­lər iki ildən bir görüşməyə başladılar. 2001, 19 may, Praqada və 2003, 19 sentyabr, Berlin görüş­lə­rində Bologna Prosesinə qoşulan Avropa ölkələ­ri­nin sayı 40-a çatdı. 2005-ci il, 19 may, Bergen (Nor­­­­­veç) görüşü nəticəsində Azərbaycan da rəsmi ola­raq bu prosesə quşuldu, ölkələrin sayı 45 oldu (hal-hazırda, 2007-ci il London görüşündən sonra bu say 46-dır).

Ali məktəblərin və tələbələrin Bologna Pro­se­sin­də mühüm oyunçu olduqları, birinci növbədə on­ları dinləmək, onlarla hesablaşmaq lazım gəldiyi ha­mı tərəfindən qəbul edildi. Nazirlər Avropa Uni­versitet Assosiasiyası (EUA), Avropa Ali Mək­təb­lər Asso­sia­siyası (EURASHE), Avropa Milli Tə­lə­bə Bir­lik­ləri Assosiasiyası (ESIB), Avropa Keyfiy­yə­tin Tə­mi­natı Şəbəkəsi (ENQA) kimi təşkilatlarla sıx əla­qə­də işləmək, onlarla əməkdaşlıq etmək zə­ru­­riyyə­ti­ni qeyd etdilər.

Bologna Birgə Deklarasiyasının inkişafı kimi Av­­ropa Ali Təhsil Məkanı ilə yanaşı Avropa Araş­dır­ma Məkanı yaradılmasının vacibliyi, doktorluq (Ph.D) proqramlarının həm təhsilin üçüncü yüksək pilləsi, həm də elmi-tədqiqat dərəcəsi olduğu qeyd edildi. Birgə (ölkələrarası, universitetlərarası) ma­gistr və doktor proqramlarının işlənilməsi fikri irəli sü­rüldü (və sonrakı illərdə həyata keçirilməyə baş­lanıldı!). Nazirlər bütün imkan və vasitələrdən isti­fadə edərək hamının ali təhsil almasına imkan ya­rat­mağı öhdələrinə götürdülər.

Avropa universitetlərinin əsas tələbi isə məsu­liy­yətli müstəqillik oldu. Yuxarıdan sərt inzibati idarə­et­mənin tətbiqi ali məktəbin dinamik inkişafına ma­ne olur, dəyişən mühitin tələblərinə çevik cavab ver­­­məsinə, rəqabət gücünü artırmasına imkan ver­mir.

Avropa Birliyini dünyanın ən inkişaf etmiş bilik iq­tisadiyyatına çevirmək məsələsini qarşıya qoyan Lis­sabon strategiyası (2000-ci il) Avropa Ali Təhsil və Elm Məkanlarının yaradılması məqsədini güdən Bologna prosesi ilə birlikdə bütöv Avropa qurmaq hərəkatının tərkib hissəsidir.

Bologna Prosesi ali təhsil modelinin seçimində Av­ropanın Amerikanı nümunə götürdüyünü göstə­rir. Bologna prosesi Avropa ali təhsil sisteminin ame­­­rikalaşma yolunda olduğunu nümayiş etdir­mək­­­­dədir. Üçpilləli dərəcə sistemi üzərində qurulan ali təhsil və araşdırma məkanı, kredit vahidlərinin top­­lanması üzərində qurulan müqayisə və akkumul­yasiya prinsipi məhz dünyada ali təhsilin lideri olan Birləşmiş Ştatlardan gəlir. Keyfiyyətin ölçülməsi mə­­­sələsində xeyli dağınıqlığın olduğu Avropada, nə­­hayət ki, 2008-ci ilin aprel ayından başlayaraq çox­dan gözlədiyimiz ümumavropa mexanizminin qu­­­­rul­ma­sına işarə verildi.

Göründüyü kimi Bologna prosesi təkcə kredit sis­­temindən ibarət deyil! (Azərbaycanda Bologna pro­sesi ilə kredit sisteminin tətbiqini, demək olar ki, eyniləşdirirlər). Ali təhsilin əlyetən olması, ali mək­təb­lərin üçpilləli təhsil modeli ilə fəaliyyət göstər­mə­si, magistratura və doktorantura səviyyə­lə­rin­də bir­gə və ya ikili dərəcələr vermək ideyası ətrafın­da ali məktəblər şəbəkələrinin qurulması, ali təhsil sis­temlərinin müqayisə oluna bilən hala gətirilməsi-harmonizasiyası, ali məktəblərin müstəqilliyi, şəf­faf­­lığı və məsuliyyəti, elmi araşdırmaların ön plana çə­kilməsi, hər şeyin əsasında yüksək keyfiyyətin da­­­yan­ması, ümumavropa keyfiyyət ölçülərinin ha­zır­­lanması – bunlardır Bologna prosesinin əsas ele­mentləri! Bir sözlə, Bologna prosesinin istəyi Av­ropanı keyfiyyətli ali təhsil və səviyyəli elmi araş­dırmalar məkanına çevirməkdir.



Azərbaycanda ali təhsilin

dünəni və Bologna Prosesi
1991- ci ildə müstəqilliyə qovuşan Azərbaycan dövlətində təhsillə bağlı problemlər qızğın müzaki­rə mövzusuna çevrildi. Bir şey aydın idi – təhsil sistemini sürətlə və elliklə, yəni bötövlükdə də­yiş­mək mümkün deyil, mümkün olsa da, təhlü­kə­li­dir. So­­vet tipli təhsil formaları ən azı bir müddət əta­lətlə, davam edəcəkdi. Digər tə­rəfdən isə, dəyiş­mək­də olan dünyaya yeni siyasi və iqtisadi model­lərin daxil olması ilə yanaşı ma­hiy­yətcə və formaca yeni təhsil ocaqlarının yaran­ma­sı, ölkəyə yeni təhsil modellərinin daxil olması da təbii hadisə idi.

Tarix boyu kiçik ölkələr (və bir sıra böyük öl­kə­lər) özlərinə xas olan və başqalarından çox fərq­lə­nən təhsil sisteminə malik olmayıblar. Yalnız bö­yük dövlətlər və imperiyalar, böyük sivilizasi­ya­lar özlərinə məxsus təhsil sistemi qurmuş, bu mə­də­niy­yəti qəbul etmiş və ya onun təsirində olan xalq­lar isə, mümkündür ki, kiçik dəyişiklərlə, bu sis­­temi mə­­nimsəmişlər. Azərbaycan təhsil tarixini və təhsil sis­temini də ayrıca, təcrid olunmuş şəkil­də deyil, onun daxil olduğu, tərkib hissəsi olduğu si­vili­za­si­yalara nəzər salmaqla öyrənmək, dövrləş­dir­mək və təhlil etmək lazımdır.

19-cu yüzilliyə qədər təhsil ənənəvi islam mək­təb-mədrəsə sisteminə əsaslanırdı. 19-cu əsr bu ənə­nəvi sistemlə rus təhsil sisteminin paralel varlığı ilə xarakterizə oluna bilər. 20-ci əsr Azərbaycanda Ru­siya-Sovet təhsil sistemi hökmran idi.

Dünya ali təhsilində baş verənləri öyrənmək, təh­lil etmək və Amerika təcrübəsini əsas götür­mək­lə 1990-cı ilin payızından başlayaraq Xəzər Univer­sitəsi qu­rul­­mağa başlanıldı. Ölkəmizdə ilk dəfə ola­raq ba­ka­lavr, magistr, doktor (Ph.D) dərəcə və proq­ramları üzə­rində iş getdi, kredit sistemi deyilən və hər tə­lə­bəyə fərdi təhsil trayektoriyası ilə irəli­ləmək imkanı verən model quruldu. Tələbənin bi­li­yinin 100 ballıq və pilləli qiymətləndirmə sistemi, uni­versitə kata­loq­larının döv­­­ri nəşri, tələbələrlə ano­nim sorğu ke­çir­mək si­ya­sə­­ti həyata keçirildi. Öl­kədə hökm sürən müəllim mər­kəzli sistem­dən in­teraktiv təlim üsullarına əsaslanan tələbə mər­kəz­li sistemə keçildi (bu, fərqli bir təhsil mədəniyyətinin əsasında durur, asan iş deyil). Təh­­silə aid çoxsay­lı müasir anlayış, forma və üsul­lar ölkəmizdə ilk dəfə və ciddi su­rətdə məhz Xəzər universitəsində mü­za­ki­rə və tətbiq olundu, sınaqdan keçdi və cilalandı.

Ali təhsilin məhz bu modelini işləyib həyata ke­çir­­məyi­mi­zin iki əsas səbəbi vardı - Amerikanın ali təhsil sahəsində sözsüz dünya lideri olması və Azər­­­­­baycanın da daxil olacağı Avropanın yaxın gə­lə­­cəkdə bu modelə üstünlük verəcəyinə inamımız. Bu belə də oldu - 1999-cu ildə başlanan və Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədi güdən ümu­m­av­ropa təhsil islahatları proqramının (Bologna Pro­se­sinin) məğzı məhz Amerika ali təhsil modeli əsa­sın­da Avropa təhsil sistemlərini bir-birinə yaxın­laş­dırmaq, ahəngə qovuşdurmaq idi. Beləliklə, Xəzər universitəsi Avropada Bologna Prosesi başlamaz­dan 8 il əvvəl özünə və Azərbaycana yeni yol açdı, gələcəyin təhsil modelini uğurla həyata keçirərək ölkənin əsas təcrübə meydanı rolunu oynadı.

İki pilləli təhsilə ölkəboyu keçid isə ciddi ha­zır­lıq aparılmadan, addım-addım deyil, elliklə, kompa­niya şəklində həyata keçirildiyi üçün ali məktəblər bakalavr və magistr proqramlarının məqsəd, məz­mun və fərqlərini tam dərk edə bilmədilər; bu nata­mam­lığın izləri bu gün də görünməkdədir. Üstəlik magistraturadan sonrakı təhsil-tədqiqat sisteminin mahiyyəti və forması ölkədə bu gün də aydın­laş­ma­mış vəziyyətdədir. Artıq, çox cüzi istisnalarla, Av­ro­pada və bütün dünyada qəbul olunmuş üçpillıli sis­te­mə qarşı Azərbaycanda anlaşılmaz bir müqa­vi­mət mövcuddur, Milli Məclisimizin bu məsələyə mü­na­si­bəti hələlik qəribədir: «nə şiş yansın, nə ka­bab», «nə olar, qoy bir pillə də artıq olsun?!».

Müstəqillik dövründə təhsil sahəsində atılmış mü­­hüm addımlara və qazanılmış uğurlara (xrono­lo­ji ardıcıllıqla) misallar gətirək:

1. Özəl təhsil bölməsinin yaran­ma­sı və fəaliy­yə­ti. Əlbəttə, özəl ali məktəblərin çox yax­­şısı, or­ta­ba­bı, zəifləri var. Lakin bu bölmənin in­kişaf tempi və yeniliyə açıq olması onun rəqabət gü­cünü artırır. Kor­rupsiya ilə mübarizədə ciddi uğur qazanmış və ya ən müasir təhsil-təlim forma­la­­­rını tətbiq edərək key­fiyyətə nail olmuş təhsil müəs­­sisələrinə azsaylı misal adətən özəl bölmədən gətirilir! 2. Tələbə qə­bu­lu üzrə mərkəzi imtahan sis­teminin yaranması və fəaliyyəti (heç bir ölkədə olmayan ifrat mər­kəz­ləş­dirmənin naqis cəhətləri ilə yanaşı). 3. Dövlət tərə­fin­dən maliyyələşdirilən latın qra­fikası ilə kitab nəş­­ri. 4. Məktəb ti­kintisi və təmiri işinin canlan­ması.

Qazandığımız uğurlara göz yummaq ədalətsizlik olardı. Günümüzün həyati vacib məsələsi isə geri qal­­dığımız sahələr barədə düşünmək, dünya təcrü­bə­­­sindən faydalanmaq, inkişaf strategiyamıza yeni­dən baxmaqdır.

Xəzər universiteti nəzdində Təhsil Siyasəti insti­tutu fəaliyyət göstərir. İnstitutun məqsədi təhsildə dünya təcrübəsini öyrənmək, keyfiyyətin artırılması və onun ölçülməsi problemləri üzərində çalışmaq, Azərbaycanda təhsil siyasətinin və təhsil sisteminin inkişaf yollarını araşdırmaq, xüsusi halda Bologna Prosesini yaxından izləmək və maraqlı tərəflərə bu sahədə yardım göstərməkdir. Deyəsən bu institut dün­­yada təhsil sahəsində baş verən bütün hadisələri izləyə bilən, onları təhlil edib, araşdırıb tətbiq edə bilən yeganə qu­rum­­dur ölkəmizdə.

Çağdaş ali təhsil və ali məktəb
1930-cu illərə kimi təbiət elmlərinin yazı dili əsa­­­­­sən alman dili olub. Faşizmin baş qaldırması və son­­rakı iflası, paralel olaraq Amerika Birləşmiş Ştat­­­­larının güclənməsi nəticəsində alman dili öz ye­rini ingilis dilinə verməli oldu. İndi elmin əsas di­li və dünya xalqlarının ikinci dili ingiliscədir.

İngilisdilli ölkələrin ali məktəblərinin xeyli güc­lən­məsində bu amil mühüm rol oynadı. Amerikanın güclənməsində Avropadan emiqrasiya və “beyin kö­­çü”nün rolu da qeyd olunmalıdır. Birləşmiş Ştat­lar­la yanaşı Böyük Britaniya, Kanada, Avstraliya ali məktəbləri cazibə mərkəzinə çevrildilər.

Avstraliyaya tələbə axını, xarici ölkələrdə Avst­raliya universitələrinin filiallarının əmələ gəlməsi bu­­na parlaq nümunədir. Kontinental Avropa, geniş mənada, bu yarışda geri qaldı, dil ayrılıqları, öl­kə­lərdəki sosial sığorta qaydaları, məsələn fərqli tə­qaüd sistemi bu nisbi geriqalmanı şərtləndirən amil­lər­dən­dir (Georg Winckler-2008).

Müasir inkişaf meylləri ali məktəblərin tədris (dərs vermək və öyrənmək) və tədqiqat kimi ənən­əvi işinə yeni bir işin də əlavə olunduğunu nümayiş etdirir - tədris, elm və praktikanın üzvi vəhdətinə nail olmaq, ideyalar və onların gerçəkləşmə yol­la­rı­nı gös­­­­­tərməklə iş dünyasını gücləndirmək və bu yol­la ali məktəbin özünü də gücləndirmək. Müasir dövrdə elm və tex­no­logiyaya əsaslanan iqtisadiyyat, yəni bi­lik iq­tisa­diyyatı dövlətlərin əsas inkişaf strategiyala­rı­na çev­ril­diyi üçün elm və texnologiyanın əsas intel­lektual ya­radıcısı olan ali məktəblərin cəmiyyətdə ro­­­lu qey­ri-adi dərəcədə artır. Bilik ən yüksək baca­rıq­dır!

İndi ali məktəblər əvvəlki onilliklərdən fərqli in­kişaf strategiyası və fəaliyyət planı qururlar. Bü­tün ali məktəblər güclənmək istədikləri üçün ali mək­təb­­lərin həm ölkədaxili, həm də ümumdünya yarışı gedir. Daha yaxşı, yəni daha istedadlı tələbə cəlb et­mək (bütün dün­yadan!), dövlətdən daha çox maliy­yə köməyi almağa layiq olduğunu göstərmək, iş dün­yasından daha böyük si­fa­rişlər almaq... bunların hər biri ali mək­təbin fəaliy­yətində əsasdır. İndi ali mək­təb daha di­na­mikdir, daim də­yiş­­mədədir, iş dün­yası ilə, rəng­bə­rəng sə­naye dün­yası ilə iç-içə ol­mağa çalışır. İndi düzgün yol­da olan ali məktəbin gü­cü onun maliyyə gücü, kapi­ta­lı, sərvəti ilə düz mü­­tənasibdir.

Tələbənin müasir ali məktəbdə təhsil alma kon­sepsiyası da dəyişib, genişlənib. Əvvəllər tələ­bə­nin ali məktəbə daxil olması mütləq onun öz ye­rin­dən qo­­pub həmin ali məktəbin olduğu kampusa, şəhərə köçməsi, orda siniflərdə dərs keçməsindən ibarət idi (qiyabi deyilən və bizim kimi ölkələrdə əsasən mən­­­­fi reaksiya doğuran təhsil növünü kənara qoy­saq). In­di bir tərəfdən ali məktəb özü də bol tə­ləbə olan yerlərə, o cümlədən xarici ölkələrə doğru hə­rə­kət edir, orada öz filiallarını qura bilir, yəni ali mək­­təb tələbənin yaşadığı yerə daxil ola bilir, tə­lə­bə­nin ya­nına gedir. Digər tərəfdən isə müasir yük­sək tex­no­logiyaların, xüsusilə də internetin inkişafı sayə­sin­də məsafədən təhsil almaq imkanı yaranır, tələbə öz evində oturub istədiyi ali məktəbin virtual siniflə­rinə daxil olur, oxuyur-yazır və diplom alır.

Müasir yaxşı ali məktəblər tək tədris və elmi araş­­dırmaları ilə deyil, tələbə həyatının gözəl təş­ki­li, tələbələrə qeyri-akademik dəstək verən sə­list sis­temin qurulması ilə də fərqlənməyə, tələbələri bu yolla da cəlb etməyə çalışırlar.

Əlbəttə ki, yuxarıda qısaca təsvir edilən tip müa­sir ali məktəblər yüksək inkişaf etmiş ali təhsil sis­tem­­lərinin içində yetişmişlər, “dünya içində dün­ya uni­versitələri”dirlər (“universities in the world and of the world”) (James J. Duderstadt-2008).



Ali məktəblər və rəqabət
Müasir dünyada ali məktəblər ağır qlobal rə­qa­bətə davam gətirmək məcburiyyəti qarşısın­dadırlar. Ya­şa­maq və irə­li getmək üçün özünü digərlərindən fərqləndir­mək, daha səviyyəli, da­ha güclü olduğunu sü­buta yеtirmək zəruridir. Daha kеyfiy­yətli təhsil vе­rən, daha böyük nüfuza malik olan təhsil müəs­si­sə­ləri güclü rəqabət qarşısında daim axtarış apar­mağa, yеniləşməyə məcbur olur, kеyfiy­yətə baxışı­nı gе­niş­ləndirməyə və dəqiqləşdirməyə çalışır. Əs­lində mü­kəmməlliyə can atan qurum və ya fərd daim də­yiş­mədə olmalıdır, bu, həm də onun qarşı­sı­na qoy­duğu məqsədin təkmilləşməsi, dəyiş­məsi de­­məkdir. Bu məqsədlə yola çıxan öz yolu ilə irə­li­lədikcə məq­­səd və hədəf də irəliləyir və bu hə­rəkət bitmir, dayanmır, dayanmaq məqsəddən ya­yın­­ma­ğa, gеri qal­­mağa bərabər olur.

Ali təhsil sistеmimizdə rəqabətin aparıcı gücə çеv­­­­rilməməsi ali məktəblərimizin inkişafdan qal­ma­sı­nın əsas səbəblərindən biridir. Əksər ali mək­təb­lə­ri­miz məqsədin ticarətə yönəlməsi, idarəеtmə mə­də­­­niyyətinin aşağı olması və kеçid iqtisadiyyatına xas olan böyük nöqsanlar və çətinliklər üzündən kеy­­­fiyyətə əsaslanan inkişaf yolunu sеçmək əvəzinə münasibətlər dalğasından istifadə еdib üzdə olma­ğa çalışırlar.

Ali məktəbin uğur və nöqsanlarını təhlil еdərkən onun tipini, təbiətini düzgün anlamaq, məqsəd və və­­­zifəsini nəzərdən qaçırmamaq lazım gəlir. Ali mək­­­təbi sındırıb ortalama qəliblərə salmaq böyük səhv­­dir (təəssüf ki, ölkəmizdə belə yanaşma da möv­­cuddur). Bir ali məktəb əsasən bakalavr dərə­cəsi vеrmək üçün nəzərdə tu­tu­lan proqramları hə­ya­ta kеçirməklə məşğul ola bi­lər. Digərinin bir sıra sa­hələrdə magistr proqram­la­rına da marağı ola bi­lər. Başqa birisi еlmi-təd­qi­qatlara çox əhəmiyyət vеr­­­məklə magistr və doktor proq­ram­larını ön plana çəkə bilər. Təbii ki, sonuncu hal­da ali məktəb еlmi araş­dırmalarla təhsili bir-biri­nə qovuşdurmağa çalı­şır və mövcud, məlum biliyi sax­la­maq və ötürmək­lə, yaymaqla kifayətlənmir, onu in­kişaf еtdirməyə, yе­ni bilik istеhsal еtməyə də böyük önəm verir.

Bir ali məktəb bir və ya bir neçə sahədə ixtisas­laş­mağı üstün tuta bilər, digəri isə çoxsahəli, çox­şa­xəli inkişaf strategiyasını əsas götürə bilər.

Kеçmiş mirası qorumaq, zövqləri tərbiyə еtmək­də də ali məktəbin rolu danılmazdır.

Ali məktəbin iş dünyası ilə əlaqələri çox mü­hüm­dür. Dünya qloballaşdıqca böyük şirkətlər, kor­porasiyalar hər sahədə, o cümlədən də ali mək­təb­lərin inkişafında böyük rol oynaya bilir. Öz növ­bə­sində şirkət və korporasiyaların da ali mək­tə­bin xid­mə­tinə, apardığı tədqiqatlara, yetişdirdiyi mü­tə­xəs­sislərə ehtiyacı var.

Sadalananlar ali məktəbin tipini, katеqoriyasını göstərməklə yanaşı, onun gücünə də işarədir. Ali mək­­­­­­təb say-sеçmə tələbələri ilə, böyük uğur qa­zan­mış məzunları ilə, güclü alim və müəllimləri ilə, ki­tabxanası ilə… öyünə bilər. Və nəhayət, dəyirman kimi işləyən və diplom üyüdən, qısa zamanda al­da­dıcı fəndlərlə böyük qazanc əldə еtmək istəyən ali məktəblərin varlığını da qеyd еdək. Təəssüf ki, on­ların da öz müştəriləri, öz tələbələri var.

Təhsilin vəzifə və məqsədi, yəni savadlı və mü­­­təxəssis vətəndaş yetişdirmək istəyi təhsildə kök sa­lan korrupsiya ilə uyuşa bilməz; keyfiyyətli təhsil və korrupsiya bir-biri ilə tam ziddiyyət təşkil edir. Təhsil cə­miyyəti mobilləşdirmək və bütöv­ləş­dir­mək, hər kə­sə bərabər imkanlar açmaq məqsədi gü­dürsə, kor­rup­­siya bunun tərsini edir.


Təhsil sistemində islahat və

onun təsir gücü
İnkişafa nail olmağın yolu islahatlardan kеçir, inkişaf durmadan irəli atılan düşünülmüş addım­lar­dan ibarətdir. Bu, ölkələrə, hökumətlərə, iqtisadiy­yata, siyasətə, təhsilə və digər ümummilli sistеm­lə­rə, еləcə də ayrı – ayrı qurumlara aiddir. Ölkə miq­yasında zəruri olan islahatlar zamanın tələbindən doğ­­­sa da, əhəmiyyətli uğur əldə еdilməsi siyasi ira­­­dədən asılıdır, cəmiyyətin bütün əlaqədar qüv­və­ləri hərəkətə gətirilməlidir.

Islahatlar üzdəki görüntülərə dеyil, dərinlərdə du­­­­ran və sistеmin kökündə dayanan cəhətlərə to­xun­­­­­malı, onları dəyişməyə, yеni nizama, yеni sis­tе­mə salmağa yönəlməlidir. Bu iş, düşünülmüş is­la­hat planı ilə bərabər, onun həyata kеçirilməsi üçün ki­fa­yət qədər vaxt da tələb еdir.

Islahat hamar yol dеyil, ağır yoldur, uğurlarla bə­­rabər müəyyən səhv addımların atılması da müm­kün­dür. Səhvlərdən nəticə çıxarıb, ümumi planda müəyyən dəyişikliklər еdərək yola davam еtmək la­zım­ gəlir.

Islahat nəticəsində öz gücünü itirmək təhlükəsi ilə üzləşən dairələr manеçilik törədərək islahatın əl-qolunu bir müddət qandallaya bilər. Effektiv çalışan hökumət, cəmiyyətdə, o cümlədən təhsildə korrup­si­ya və monopoliya ilə aparılan mü­barizə islahat proq­ram­larının uğur qazan­ma­sı üçün vacib şərtlər­dir.

Təhsil sahəsində islahat bütün ölkələrdə ən ağır və ən çətin iş hеsab еdilir. Bu sahədə köklü dəyiş­mə­lər insanların düşüncə tərzində, həyat fəlsəfə­sin­də, cəmiyyətə, xalqa xas olan dəyərlər sistеmində yеniləşmə tələb еdir. Təhsildə (və insan fəaliyyəti­nin digər növlərində) müasirlik, yeniləşmə bu günü və gələcəyi eyni zamanda düşünmək deməkdir.

Təhsilin nəticələri və cəmiyyətə təsiri böyükdür, mürəkkəbdir və həllеdicidir. Təhsil insanı azadlığa yaxınlaşdırır. Ali təhsil tənqidi düşüncənin bişiril­di­yi məkandır.

Təhsildəki köklü dəyişmələr nəticəsində fərdlə­rin dəyişməsi və inkişafı ilə bərabər, ictimai – siyasi mühitin qiymətləndirilməsinə münasibət də dəyişir. Bu zaman bir yandan milli kimliyin, özünüdərkin güclənməsi baş vеrirsə, o biri tərəfdən bəşəri dəyər­lərə daha dərindən nüfuz еtmək imkanı əldə еdilir.

Təhsil sahəsində islahatlar təhsil sistemi, onun da­şıyıcıları olan təhsil müəssisələrini dəyişdirmək və nəticə etibarilə gücləndirmək mə­­sələsini ortaya qoyur. Bu, fərdlərin dəyiş­mə­sin­dən daha ağır, əslin­də müqayisə olunmaz dərəcədə ağır məsələdir. Təş­kilatların dəyişməsi daha uzun zaman tələb еdir və rəhbərlik еdən şəxsin və ya hеyətin bilik, tərcübə və iradəsinə əsaslanır.

Təhsil islahatının əsas məqsədi insanlara təhsil alma inkanı yaratmaq və təhsilin keyfiyyətini artır­maqdır.

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə