Mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr




Yüklə 233.71 Kb.
səhifə1/3
tarix22.02.2016
ölçüsü233.71 Kb.
  1   2   3


Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və “Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə
2011-ci il 28 iyun tarixində
QAZ TƏCHİZATI SAHƏSİNDƏ Şəffaflığın artırılması
mövzusunda keçirilən
Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
Ön söz
Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın saxlanması, emalı, nəqli, paylanması və satışını həyata keçirir. Həmçinin, “Azəriqaz” İstehsalat Birliyi hazırda ARDNŞ-nin hasil etdiyi təbii qazın İran və Gürcüstana çatdırılması ilə də məşğuldur. Tərkibində elmi-tədqiqat və istehsalat funksiyalarını yerinə yetirən 11 idarə və təşkilatı birləşdirən “Azəriqaz” İstehsalat Birliyində alim, mühəndis, qulluqçu və texniki heyətdən təşkil olunmuş 12 600 nəfər əməkdaş fəaliyyət göstərir. İstehsalat Birliyinin elmi-texniki potensialı ölkəmizin müxtəlif regionlarını əhatə edən 1,3 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin edir. Bu funkisiyanın icrası üçün Qaz Emalı Zavodu, 2 yeraltı qaz anbarı, 163 qazpaylayıcı stansiya, ümumi uzunluğu 34 831 kilometr olan boru kəmərləri və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur. ARDNŞ tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB-nin elmi-texniki potensialının artırılmasına xüsusi önəm verilir və nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün yeni layihələr üzərində intensiv iş aparılır.

Tədbirin keçirilməsində əsas məqsəd qaz təchizatı sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə “Azəriqaz” İstehsalat Birliyi, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilib. Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub.




  • Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru;

  • Ələkbər Ağasıyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti.

  • Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru;



  1. QAZDAN İSTİFADƏ QAYDALARI

Mövcud vəziyyət

Analiz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanıb və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.

Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri – tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir.

Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Sənaye və Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirir.


“Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu” tərəfindən maliyyələşdirilən “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən “Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqaviləsi” layihəsi hazırlanmışdı. Bu yeni müqavilənin layihəsi ictimaiyyətə təqdim olunmaqla yanaşı 02 fevral 2011-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi və İqtisadi İnkişaf Nazirliyinə göndərilmişdi.

Şəbəkə tərəfindən layihə çərçivəsində təklif olunmuş əlavə və dəyişikliklərin böyük hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda öz əksini tapıb və müqavilə şərtlərinə daxil edilib. Lakin bir neçə mühüm məsələ nə “Qazdan istifadə Qaydaları”nda, nə də “Qazdan istifadə Qaydaları”nın 2 №-li Əlavəsi olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”də yer almamışdır. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları”na 2 №-li Əlavədə yer almış müqavilə irəliyə atılmış addım olsa da, yenə də “İstehlakçı”nın hüquqları, “Təchizatçı”nın məsuliyyəti sahəsində qüsurlu qalmışdır, mükəmməl deyil.



3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir:

3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli;

3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli;

3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı;

3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli;

3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;

3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı;

3.1.7. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.



“Qazdan istifadə Qaydaları”nın 3.1-ci maddəsində qaz paylayıcısının cəmi 7 vəzifəsi sadalanmışdır. Həmin 7 vəzifədən yalnız 1-i (3.1.2-ci maddəsi) qaz paylayıcısının istehlakçının qarşısında daşıdığı vəzifədən bəhs edir. Geridə qalan vəzifələr isə daha çox qabaqlayıcı-xəbərdaredici xarakter daşıyır. Ümumiyyətlə, “Qazdan istifadə Qaydaları”nda qaz paylayıcısının məsuliyyətindən bəhs edən heç bir (!) müddəa yoxdur.

  1. 1. “Qazdan istifadə Qaydaları”na 2 №-li Əlavə

Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə

M Ü Q A V İ L Ə

Mövcud vəziyyət

Analiz

2.1. Paylayıcının vəzifələri:

2.1.1. İstehlakçını (qazın təzyiqinin göstəricisi) təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DÜST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;

2.1.2. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmaq;

2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək;

2.1.4. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;

2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq;

2.1.6. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək;

2.1.7. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək);

2.1.8. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;

2.1.9. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək;

2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək;

2.1.11. ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq;

2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək;

2.1.13. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçiriləcəyi barədə İstehlakçıya 3 (üç) gün əvvəl rəsmi bildiriş göndərmək;

2.1.14. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;

2.1.15. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



  • Əvvəla, İstehlakçının təhlükəsiz qaz enerjisi ilə təmin olunması barədə nə Qaydalarda, nə də 2 №-li Əlavədə heç bir müddəa yoxdur.

  • Qaydaların 4.2-ci maddəsində göstərilir ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. 2 №-li Əlavənin 2.1.11-ci maddəsində göstərilir ki, ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq Paylayıcının vəzifəsidir. Lakin 2 №-li Əlavənin heç bir yerində yeni sayğacın ödənişsiz quraşdırılmasından söhbət açılmır ki, bu da həmin müqavilənin Paylayıcı tərəfindən özünə sərf etdiyi kimi şərh olunması üçün yol açır. Yeni sayğacın ödənişsiz quraşdırılmasına dair müqavilədə hər hansı bir müddəanın olmaması yeni sayğaclar quraşdırılarkən istehlakçılardan buna görə pul tələb edilməsi üçün münbit şərait yaradır.

  • Həmçinin, nə Qaydalarda, nə də 2 №-li Əlavədə sayğacların standartların müəyyən etdiyi müddətlərdə plan üzrə ödənişsiz dəyişdirilməsinə dair heç bir müddəa yoxdur. 2 №-li Əlavənin 2.1.11-ci maddəsində göstərilir ki, ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq Paylayıcının vəzifəsidir. Belə anlaşılır ki, standartların müəyyən etdiyi müddəti ötmüş qaz sayğacı zədələnməsə, Paylayıcı onu ödənişsiz qaydada dəyişməməli və həmin artıq güvənilməz olmuş sayğac səhih olmayan göstəriciləri verməyə davam etməlidir.

  • Paylayıcının vəzifələri sırasında rübdə bir dəfə qaz enerjisindən istifadənin təhlükəsizliyini yoxlamaq, abonent kitabçasında müvafiq qeydlər aparmaq, balans mənsubiyyəti sərhədi daxilində (sayğacın çıxış nöqtəsinə qədər) aşağı və orta təzyiqli magistral qaz xətlərinin və qaz-tənzimləyici qurğuların istismara yararlılığını təmin etmək, İstehlakçıya yalnız istifadə olunmuş qaz enerjisinə görə borc bildirişi təqdim etmək kimi təkliflər nəzərə alınmamışdır.

2.2.6.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda Paylayıcının İstehlakçıya qazın verilməsini dayandırmaq hüququ var.

2 №-li Əlavənin 2.2.6.5-ci maddəsi ümumiyyətlə İstehlakçını Təchizatçı ilə müqavilə bağlamağa məcbur etməyə yönəlib. Belə anlaşılır ki, müqavilə şərtləri İstehlakçını qane etsə də, etməsə də, o, hər halda Təchizatçı ilə müqavilə bağlamağa məhkumdur, əks halda ona qazın verilməsi dayandırıla bilər.

2.3. İstehlakçının vəzifələri:

2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək;

2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək;

2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək;

2.3.4. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək;

2.3.5. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, İstehlakçının qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini, bu Müqavilənin 2.1.13-cü yarımbəndinin tələbi yerinə yetirildiyi halda, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;

2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq;

2.3.7. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



İstehlakçının vəzifələri sırasına:

  • mənzildə (evdə) quraşdırılmış qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına görə cavabdehlik daşıması,

  • ödəmə sənədində səhv və ya sayğac göstəricisində anlaşılmazlıq olduqda Təchizatçıya məlumat verməsi,

  • qidalandırıcı qaz xətlərinin yararsız hala düşməsi, qaz qurğularının və avadanlığın zədələnməsilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin insan xəsarətləri barədə “Dövlət Qaznəzarət” İdarəsinə və digər dövlət orqanlarına məlumat verməsi kimi təkliflər daxil edilməmişdir.

2.4. İstehlakçının hüquqları:

2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, habelə dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək;

2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;

2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini Paylayıcıdan tələb etmək;

2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq sənədinin surətini tələb etmək;

2.4.5. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini Paylayıcıdan tələb etmək;

2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək;

2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqları həyata keçirmək.



Sayğacın normal işinə müdaxilə ehtimalı olduğu halda onun laboratoriya şəraitində İstehlakçının iştirakı ilə ekspertizadan keçirilməsi tarixinə qədər saxlanılması üçün İstehlakçıya təhvil verilməsi haqqında nə Qaydalarda, nə də 2 №-li Əlavədə istehlakçının hüquqları sırasında heç bir müddəa yoxdur. Belə bir müddəanın olmaması nəzarətçilər tərəfindən edilən sui-istifadə halları üçün yol açır. Belə ki, sayğac sökülüb nəzarətçilər tərəfindən ekspertizaya aparılarkən ona nəzarfətçilər tərəfindən mexaniki müdaxilə edilir və sonra həmin müdaxilə istehlakçının boynuna atılır.

3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri

Qaz enerjisinə görə hesablaşmada qaz enerjisi itkilərinin nəzərə alınmaması və ona görə ödəniş tutulmaması kimi təklif nəzərə alınmamışdır.

4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat

2 №-li Əlavənin 4.4-cü maddəsində yer almış cədvəldə qaz sayğacının quraşdırıldığı yer göstərilməlidir. Bundan əlavə, 1 №-li Əlavəyə uyğun olaraq “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə Akt” tərtib olunmalı və qaz sayğacının quraşdırıldığı yer təzədən aktda da göstərilməlidir. Qaz sayğacının quraşdırıldığı yerin həm müqavilədə, həm aktda göstərilməsi məntiqə uyğun deyil.

5. Xüsusi müddəalar və mübahisələrin həlli qaydası

5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər, “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir.

5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.


“Qazdan istifadə Qaydaları”nın həmin fəsli yalnız iki hissədən ibarətdir. Aydın deyil ki, tərəflər arasında yaranmış və Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən necə tənzimlənəcək, çünki “Qazdan istifadə Qaydaları”nda mübahisəli hallar üzrə münasibətlərin tənzimlənmə mexanizmi yer almamışdır. Habelə, burada hansı “digər normativ hüquqi aktlar”dan söhbət getdiyi məlum deyil.

Bundan başqa, aydın deyil ki, Müqavilə üzrə yaranan mübahisələr hansı şəkildə “qarşılıqlı anlaşma yolu ilə” həllini tapa bilər, qaz paylayıcısının hansı məmuru, hansı instansiyası istehlakçı ilə “qarşılıqlı anlaşma yolu ilə” Müqavilə üzrə yaranan mübahisələri həll edəcək. Belə təsəvvür yaranır ki, həmin fəsil çox ümumi şəkildə yazılmış, mübahisələrin həll mexanizmi müfəssəl göstərilməmişdir.

Həmçinin, burada Təchizatçının təqsirindən İstehlakçıya ziyan dəydiyi zaman Təchizatçının Mülki Məcəlləsinə uyğun olaraq İstehlakçı qarşısında maddi məsuliyyət daşıması, Təchizatçının dəymiş ziyan haqqında İstehlakçıdan daxil olmuş müraciətə 10 gündən gec olmayaraq baxması və qanunvericiliyə uyğun olaraq İstehlakçıya ziyan ödəməsi kimi təkliflər qəbul edilməmişdir.

Habelə,


  • Təchizatçının balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borclu olması,

  • Təchizatçı və İstehlakçının balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 4 dəfə) və ya epizodik nəzarət etməyə borclu olmaları, qaz enerjisinin keyfiyyət göstəriciləri ilə əlaqədar mübahisələrin həllində müstəqil ekspertizanın və ya ikitərəfli ekspertizanın rəyinin əsas götürülməsi,

  • Xüsusi hallar (baş verə biləcək qəzanın qarşısının alınması, qəzaların nəticələrinin ləğv olunması, təbii fəlakət və s.) istisna olmaqla, məhkəmə qərarı olmadan İstehlakçının qaz təchizatının dayandırılmasının yolverilməzliyi,

  • Borcun hesabatı və ödənişlə əlaqədar sənədlərin İstehlakçının ilkin şifahi tələbi ilə təqdim edilməsi,

  • Qüsur aktlarının tərtib olunması prosedurunu əks etdirən təkliflər nəzərə alınmamışdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsində göstərilmişdir ki, istehsalçı və ya icraçı istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin.






  • Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı istehlakçı ilə müqavilə bağlayarkən qeyri-bərabər şərt təklif etməməlidir. Lakin qanunun bu tələbi pozulur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi fiziki şəxs olan istehlakçılarla müqavilə bağlayarkən qeyri-bərabər şərtlər irəli sürür, çünki həmin müqavilələrdə qaz paylayıcısının istehlakçı qarşısında məsuliyyətindən çox dar şəkildə bəhs olunur.




  • Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı istehlakçı ilə müqavilə bağlamağa borcludur. Hal-hazırda xidmət sahəsində yaşanan ən ciddi problemlərdən biri “Azəriqaz” İstehsalat Birliyi kimi inhisarçı qurumların istehlakçılarla müqavilə bağlamaqdan yayınmasıdır və yalnız vətəndaş cəmiyyətinin uzun təzyiqindən sonra “Azəriqaz” İstehsalat Birliyi müqavilə bağlamağa təzə başlayıb.




  • Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı öz istehsalat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Lakin hamımız şahidiyik ki, Bakı əhalisinin qaz təchizatına ehtiyacları keyfiyyətli səviyyədə və fasiləsiz təmin edilmir, yəni burada da qanunun tələbinə istehsalçı tərəfindən əməl olunmur.



“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsində göstərilmişdir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.






  1. “Azəriqaz” İstehsalat Birliyi fiziki şəxs olan istehlakçılarla müqavilə bağlayarkən qeyri-bərabər şərtlər təklif edir. Buna görə də həmin müqavilə şərtləri istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri kimi qəbul edilməlidir. Belə olan halda Qanunun 16-cı maddəsinin tələbinə görə ümumiyyətlə, həmin müqavilə etibarsız sayıla bilər.




  1. Fiziki şəxs olan istehlakçılarla bağlanılan müqavilənin tərtibatından görünür ki, bu sənədə əsaslanaraq istehlakçıya vurulmuş zərərin tam həcmdə ödənilməsini istehsalçıdan məhkəmə qaydasında tələb etmək çətin olacaq.




Tövsiyə

  1. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu” tərəfindən maliyyələşdirilən “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən “Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqaviləsi” layihəsi hazırlanmış və “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunmuşdur. Həmin müqavilə layihəsi təchizatçı-istehlakçı münasibətlərində onların qarşılıqlı hüquq və vəzifələrini kifayət qədər əks etdirir. Tövsiyə olunur ki, həmin müqavilə layihəsi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tam şəkildə dəstəklənərək “Qazdan istifadə Qaydaları”na əlavə olunması ilə əlaqədar Nazirlər Kabineti qarşısında vəsatət qaldırılsın.

  2. Bundan başqa, tövsiyə olunur ki, fiziki şəxs olan istehlakçılarla müqavilələrin bağlanması vəziyyəti araşdırılıb müqavilələr bağlanılsın və digər müvaviq tədbirlər görülsün.

    1. KONKRET HÜQUQPOZUNTULARI

  1. 1. “Azərigaz” İB-nin işçiləri tərəfindən yol verilən pozuntular

Mövcud vəziyyət

Analiz

Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il dəm qazından zəhərlənmə, boğulma, qaz partlayışından ölən və yaralananların sayı birinci yerdə dayanır.

Maraqlıdır ki, insanların dəm qazından hansı şəraitdə zəhərlənməsinə müvafiq qurumlar tərəfindən indiyə qədər aydınlıq gətirilməyib. Rəsmilər yalnız onu deyirlər ki, buna səbəb əhalinin qeyri-standart qızdırıcılardan istifadə etməsi və məsələyə məsuliyyətsiz yanaşmasıdır.



Mənzillərə verilən təbii qazın 98 %-ə qədəri metandır. Onun 4,5 % həcmində bir qapalı yerə yığılması partlayış üçün kifayət edir. Belə olan halda qapının zəngi böyük partlayışa səbəb ola bilər. Əhalinin bilməsi vacib olan digər məsələ kombi sisteminin quraşdırılması ilə bağlıdır. Kombi hamam otağında quraşdırılırsa, onun diametri kolonka üçün 7,5 kubmetr, hündürlük 2,20 m-dən az olmamalı, otaqda təbii işıq mənbəyi olmalı, ventilyasiya kanalları yaxşı işləməlidir. Mütəmadi yoxlanılmalıdır. Qapı bayıra açılmalı, qapının aşağısında da hava daxil olması üçün jalüz olmalıdır. Çünki qapı kip bağlandıqda içəridəki havadakı oksigen qazı yanıb istifadə olunur, bayırdan təmiz hava daxil olmadığından yanma prosesi pozulur. Natamam yanma nəticəsində karbon dioksid əvəzinə karbon monooksid (dəm qazı) ayrılır. Dəm qazının mənzilə yığılması nəticəsində isə insanın ağciyəri və sinir sistemi tədricən zəhərlənərək bihuşolmaya, ölümə gətirib çıxarır.

Kimyəvi adı karbon-monoksid olan dəm qazı iysiz və rəngsiz olur. Təbii qazın emalı zamanı onun tərkibinə xüsusi maye – odarant (etil spirti) qatmaqla dəm qazından ayırd etmək imkanı yaranır. Məlumatlara görə, dəm qazından boğulma təhlükəsinin artması emal prosesinin düzgün aparılmaması ilə də bağlı ola bilər. Belə ki, normal oksigenləşdirilmə aparılmır. Təbii qazın emalı zamanı onun tərkibinə qatılan xüsusi maddə normadan artıq olduğu üçün o, öldürücü təsirə malik olur.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə