Mövzu: Satışın zərəsizlik səviyyəsinin təhlili Tələbə: Cavid Həsənov Rəhbər: dos. Rahib Kazımov Bakı 2011 Plan




Yüklə 120.22 Kb.
tarix14.04.2016
ölçüsü120.22 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fakültə: Uçot-İqtisad

İxtisas: Mühasibat uçotu və audit


Kurs işi
Mövzu: Satışın zərəsizlik səviyyəsinin təhlili

Tələbə: Cavid Həsənov

Rəhbər: dos. Rahib Kazımov

Bakı - 2011



Plan

Giriş


  1. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri.

  2. Marjinal təhlil və zərərsizlik səviyyəsi anlayışı.

  3. Zərərsizlik səviyyəsinin təhlili.

Nəticə

İstifadə olunmuş ədəbiyyat



Giriş

İstənilən bir təsərrüfat subyektinin fəaliyyətinin əsasını mənfəət əldə etmək təşkil edir. Mənfəət müəssisə fəaliyyətinin nəticələrinin ümumiləşdirilmiş göstəricisi kimi, material, əmək, maliyyə resurslarından, əsas vəsaitlərdən və digər ehtiyatlardan istifadənin səmərəliyini səciyyələndirir. Bu resurslardan səmərəli istifadə etməklə və xərclərin miqdarını aşağı salmaqla, mənfəəti artırmaq, bununla da müəssisə fəaliyyətinin davamlığını təmin etmək olar.

Xərclərin ödənilməsi və mənfəətin artırılması məsələsi bazar iqtisadiyyatı şəraitində müəssisələrin məsuliyyətinin artmasına səbəb olmuşdur. Artıq dövlət bu kimi məsələlərin tənzimləməsi ilə məşğul olmadığından müəssilər özləri təhlil aparmaqla, rentabellik astanasını (zərərsizilik səviyyəsini), mənfəətin artırılması ehtiyatlarını aşkara çıxarmalıdırlar.

Müəssisə fəaliyyətinin davamlı olmasından ötrü, hər şeydən əvvəl o, zərərsiz işləməli və çəkilmiş xərcləri ödəmək qabiliyyətinə malik olmalıdır. Ona görə də, təsərrüfat subyektlərində zərərsizlik səviyyəsini (rentabellik astanasını) təyin etmək, təsərrüfatdaxili imkanlar hesabına mənfəətin artırılması, rentabelliyin yüksəldilməsi yollarını axtarıb tapmaq tələb olunur.

Satışın zərərsizlik səviyyəsi elə bir haldır ki, biznes fəaliyyətindən nə gəlir əldə edilir, nə də zərər. Həmin səviyyədə məhsul satışından əldə olunan pul gəlirləri çəkilmiş xərcləri örtür. Və yalnız bu həcmdən əlavə satılan hər məhsul vahidi müəssisəyə mənfəət gətirməyə başlayır. Ona görə də, müasir şəraitdə müəssisələrin, daha doğrusu uğurlu fəaliyyət göstərmək istəyən müəssisələrin bu səviyyəni (rentabellik astanasını) bilməsi vacibdir.

Kurs işimin əsas mövzusu “Zərərsizlik səviyyəsinin təhlili” olduğuna görə, burada zərərsizlik səviyyəsi anlayışı, onun qiymətləndirilməsi metodikası, zərərsizlik səviyyəsinin təhlili, marjinal təhlillə əlaqəsi, rentabellik astanasının və müəssisənin maliyyə sabitliyinin möhkəmləndirilməsi ehtiyatlarının müəyyən edilməsi üsulları, amillərin təhlili metodikası və s. məsələlərə aydınlıq gətiriləcək. Analitik hesablamalar aparmaqla zərərsizlik səviyyəsinin müəyyən edilməsinə, təhlil mərhələlərinə toxunulacaq.



  1. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri.

Zərərsiz işləmək, xərcləri çıxartmaq müəssisənin davamlı fəaliyyəti üçün vacib şərtdir. Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat subyektinin əsas prioriteti “xərcləri çıxartmalıdır” olmalıdır. Bununla yanaşı, bazar iqtisadiyyatı bu prioritetin də həyata keçirilməsinə maneə olur. Çünki, bazar münasibətləri şəraitində, qiymətlər sabit olmur, tələb və təklif arasında nisbət daim dəyişir, fəaliyyətlə bağlı müxtəlif riskli situasiyalar müəssisələri izləyir. Belə müəssisələrdə zərərsizlik səviyyəsinin təhlilinin tətbiqi zərurəti yaranır. Zərərsizlik səviyyəsinin təhlili vasitəsilə, təsərrüfatdaxili imkanlar hesabına mənfəət əldə etmək, zərərsizlik səviyyəsini və mənfəətin artırılması yolarını müəyyən etmək mümkün olur.

Zərərsizlik səviyyəsi – bizness fəaliyyətindən nə gəlir, nə də zərər əldə edilməsi halıdır. Zərərsizlik səviyyəsini məhsul vahidinin həcmi ilə də ifadə etmək olar. O, məhsul vahidinin elə həcmidir ki, bu həcmdən əldə edilən gəlirlər xərcləri örtür, bundan artıq satılan hər məhsul vahidi isə artıq mənfəət gətirir. Deməli, bu həcmdən nə qədər artıq məhsul istehsal edib satılsa, bir o qədər artıq mənfəət əldə olunacaq.

Zərərsizlik məhsul satışının həcmindən, onun istehsalı və reallaşdırılmasına çəkilən xərclərdən birbaşa asılıdır. Sərbəst qiymətlər formalaşan, daim artıb-azalan, dövlət tərəfindən tənzimlənməyən nir zamanda qiymət hesabına mənfəət əldə etmək çox çətindir. Belə bir şəraitdə, zərərin, zərərsizlik səviyyəsinin azaldılması və mənfəətlilik səviyyəsinin yüksəldilməsi ehtiyatlarını axtarıb tapmaq tələb olunur. Bunları tapmaq üçün, istehsal məsrəflərini və məhsul satışının həcmlərini xarakterizə edən göstəriciləri təhlil etmək lazımdı.

Müəssisələrin zərərsiz işləməsi üçün, ona təsir edən digər amillər sistemini və onların təhlili metodikasını da bilmək tələb olunur.

Müəssisənin xərcləri məhsul istehsalı və satışının həcminə görə şərti-sabit və dəyişən xərclərə bölünür. Məhsul növünün zərərsizlik səviyyəsi sabit və dəyişən xərclərlə yanaşı, məmulatın qiymətindən də asılıdır. Dəyişən xərclərin kəmiyyəti məhsul istehsalının artıb-azalmasından asılı olaraq dəyişilir; sabit xərclərin miqdarı isə məhsul istehsalı və satışı miqyaslarından asılı olmur.

Dəyişən xərclərə istehsalın həcminin dəyişilməsindən asılı olaraq dəyişən xərclər aiddir. Misal üçün: məhsula sərf olunan xammal, materiallar, yanacaq, enerji xərcləri, işəmuzd fəhlələrin əmək haqqı, sosial ehtiyaclara ayırmalar və s. İstehsalın həcmi artdıqca ümumi dəyişən xərclər də artır, məhsulun vahidində isə dəyişmir. İstehsalın həcmi azalırsa, məcmu dəyişən xərclər də azalır, məhsul vahidinə hesabladıqda isə əvvəlki kimi qalır.

Şərti sabit xərclərə məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər, yəni amortizasiya, icarə haqqı, bank kreditindən istifadə edilməsinə görə faizlər, inzibati-idarəçilik xərcləri və s. aiddir. Məhsul vahidinə düşən sabit xərclər istehsalın həcmi artanda müvafiq surətdə azalır və əksinə, azalanda artır. Məcmu sabit xərclər isə isə istehsal həcminin dəyişilmələrilə əlaqədar dəyişilmir.

Sabit xərclər məhsulun həcmindən yalnız müəyyən həddə qədər, yəni istehsalın həcminin artırılması ilə bağlı istehsal güclərinin, idarəetmə aparatının və s. artmasını tələb edənə qədər asılı olmurlar. Bu relevant hədd adlanır.

Qarışıq xərclər də vardır ki, onlar dəyişən və sabit hissələrdən ibarət olur. Məsələn, poçt və teleqraf xərcləri, avadanlığın təmiri xərcləri və s. Bu xərclər sabit və dəyişən xərclər arasında ya tən yarı, ya da təşkilatda qəbul edilmiş nisbətdə bölünür.

Direkt-kostinq sistemində xərclərin, mənfəətin və satış həcminin qarşılıqlı əlaqəsinin təhlili aşağıdakı bir sıra idarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi informasiya verir:


  • əlavə sifarişlərin cəlb edilməsi;

  • müstəqil istehsal və kənardan satınalmalar arasında seçim haqqında;

  • ayrı-ayrı məmulatların istehsaldan çıxarılması və istehsal edilən nomenklaturanın optimallaşdırılması haqqında;

  • bazarın konyukturası dəyişildiyi halda məmulatın qiymətinin aşağı salınması haqqında.

Zərəsizlik səviyyəsinin təhlili üçün bir sıra informasiya mənbələrindən istifadə edilir. Bu informasiya mənbələri məhsul satışının həcmini və istehsal mərəflərini təhlil etmək üçün zəruri informasiya ilə təmin edir. İnformasiya mənbələrinə ilk növbədə aşağıdakılar aiddir:

  • Təşkilatın biznes-planı, məhsulun istehsalı və göndərilməsi üzrə operativ planlar;

  • “Məhsulların istehsalı və göndərilməsi haqqında hesabat”, “Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat” adlı 2 saylı forma üzrə hesabatlar və s.

Əsas informasiya mənbəyi kimi mühasibat uçotu məlumatları çıxış edir. Onlara məhsulun uçotu sənədləri və siyahılar (registrlər), təhvil-təslim qaimələri, ay ərzində məhsulun buraxılması cədvəlləri, anbar uçotu vərəqələri, hesab-fakturalar və s. daxildir.

Məhsulların (iş və xidmətlərin) alıcıları ilə bağlanmış təsərrüfat müqavilələri təhlil üçün mühüm ilkin sənədlərdir. Ora məhsulun növü, həcmi, qiyməti, müqavilənin məbləği, şərtləri, onların pozulmasına görə sanksiyalar və s. daxildir.

Həmçinin, istehsal xərclərinin təhlil edilməsi üçün, statistika hesabatı, xərclərin smetası, ayrı-ayrı məhsulların maya dəyərinin kalkulyasiyası (plan, normativ, hesabat) və s. istifadə olunur.


  1. Marjinal təhlil və zərərsizlik səviyyəsi anlayışı.

Direkt-kostinq sistemində əsas anlayışlardan biri də marjinal gəlir anlayışıdır. Onu tapmaq üçün, satışdan daxil olan pul gəlirindən dəyişən xərcləri çıxırıq:

MG=Pg-Dx (1)

Digər tərəfdən, marjinal gəlir sabit xərclərlə mənfəətin cəminə bərabərdir:



MG=Sx+M (2)

Marjinal gəlir göstəricisi idarəetmə uçotu və təhlili sistemində ən mühüm göstəricilərdən biridir. Rentabellik astanası (zərərsizlik nöqtəsi), təşkilatların maliyyə sabitliyi ehtiyatı, planlaşdırılan mənfəət məbləği onun əsasında hesablanır, qiymət siyasətilə və məhsulun assortimentinin quruluşu ilə əlaqədar məsələlər ona əsaslanaraq həll edilir.

Yuxarıda deyildiyi kimi, rentabellik astanası tam xərclərin ödənilməsi üçün lazım olan mədaxilin məbəliğindən ibarətdir. Bu zaman təşkilat mənfəət də almır, onun zərəri də olmur, MG=Sx.

Zərərsiz işləmək – alınması zəruri olan mədaxillər, xərclərin tam ödənilməsini təyin etmək üçün satılması lazım olan məhsulun natural vahidlərlə miqdarını () ilə ifadə edilə bilər. nöqtəsi mədaxil xəttinin məhsulun tam maya dəyəri xəttilə kəsişdiyi yerdə yerləşir. Rentabellik astanasının (satışın zərəsiz həcminin) müəyyən edilməsi bir sıra göstəricilərlə həyata keçirilir. Böhran nöqtəsi tərifinə görə məhsulun o həcmini əks etdirir ki, bu halda mənfəət sıfıra bərabər(M=0), mədaxil isə məhsulun tam maya dəyərinə bərabər olur (MD=X, MD=Dx+Sx).

Əgər mədaxili realizə edilmiş məhsulun həcmini (q), onun qiymətinə (P) hasili kimi qəbul etsək (MD=Dx+Sx), onda mononomenklaturalı istehsal üçün aşağıdakı ifadəni alırıq:

qxP=+xq (3)

Müəssisələr zərərlə işlədikdə sabit xərclərin azaldılması imkanları çox məhdud olur. Həm də sabit xərclərin əsassız olaraq azaldılması, öz növbəsində idarəetmənin zəifləməsinə səbəb ola bilər. Zərərlə işləyən müəəsisələrin maliyyə vəziyyətiyüksək mənfəətli məhsul çeşidlərini məjnimsəməyə, məhsul çeşidlərininstruktrunu dəyişdirməyə imkan verir. Ona görə də, bazar qiymətləri şəraitində zərərsiz işləmək, yəni zərərsizlik səviyyəsinin azaldılması ehtiyatlarını istehsal fəaliyyətində axtarıb tapmaq tələb olunur.

Daha aydın görmək üçün rəqəmlərə müraciət edək: planlaşdırılan ayda məhsul satışının həcmi 52800man, dəyişən xərclər 47000min manat və sabit xərclər 6400min man. həcmindədir. Bu halda məhsul istehsalı və satışından zərər məbləği 600min man= (52800-47000-6400) olur. Zərərlilik səviyyəsi 1,12 %=(600x100) : (47000+6400) olan müəssisənin rəhbərliyi zərərdən qurtulmaq, rentabelliyi artırmaq üçün məhsul istehsalı və satışını çoxaltmağa çalışmalıdır. İstehsal amillərinin təhlilində cari məsrəflərin idarə edilməsini yaxşılaşdırmaqla, satışın həcminin çoxaldılması hesabına zərərliyin son nöqtəsini, yəni rentabellik astanasını təyin etmək lazım gəlir.

Rentabellik astanası aşağıdakı düsturla hesablanır:



Sx

= (4)

P-Dx

Burada,  - rentabellik astanası

Dx – dəyişən xərclər

Sx – sabit xərclər

P – satış məbləğidir.

Yuxarıdakı misalda satışdan alınan məbləği 1 vahid kimi qəbul etsək, dəyişən xərclərin satış məbləğinə nisbəti 0,890=(47000:52800), dəyişən xərcləri çıxmaqla satış məbləğinə nisbəti isə 5800 min man.=(52800-47000), yaxud 0,110 = (5800:52800) olur.

Rentabellik astanası 58182 min manatdır. Bu o deməkdir ki, müəssisə məhsul satışının həcmini 58812 min manata çatdırmaqla zərərsizlik zonasından çıxa bilər.

Məhsul istehsalının zərərsiz həcmini natura ifadəsində



Sx

= (5)

P - Dx

Nəzərə alsaq ki, qiymət və dəyişən xərclərinfərqi məmulat üzrə marjinal gəlir düsturu bu şəkildə olacaq:



Sx

= (6)

MG

Əsas düsturdan (3) istifadə edərək, satışın böhran qiymətini, yəni məhsulun aşağı qiymətini müəyyən etmək olar ki, bu halda xərclər tam ödənilmiş olur:



Sx

 +  (7)

Q

Buna aid bir misal nəzərdən keçirək. Tutaq ki, təşkilat bir adda məhsul istehsal edir və göstəricilər belədir:

1)P=1000manat

2)Dx=600manat

3)Sx=80000manat

Müəssisə zərərsiz işləməyə nail olmaq üçün istehsal etməsi zəruri olan məhsulların həcmini (5) düsturu ilə hesablayaq



=80000: (1000 – 600) =200 ədəd

Əgər (5) bərabərliyinin sol və sağ hissələrini məhsulun qiymətinə vursaq satışın dəyər ifadəsində həcmini (rentabellik astanasını) müəyyən etmək üçün aşağıdakı düsturu alarıq:



Sx

 = (8)

  1. 

Sx

 = (9)



Burada,  - dəyişən xərclərin məhsulun qiymətində payı,  - satışdan alınan mədaxildə marjinal gəlirin payıdır.



MG  - Dx

= = =1-  (10)

 

Bu misalda rentabellik astanası (8) düstüru ilə hesablanır:



=80000: (1-600/1000)=200 min manat.

Bu metodika yalnız o təşkilatlarda tıtbiq olunur ki, Onlar ya bir növ məhsul istehsal edir, yaxud da elə məhsul istehsal edir ki, onu vahid bircinsli ölçüyə gətirmək olar.

Bazar şəraitində müflis olmamaq üçün təşkilatlar öz istehsal proqramlarını hətta ən faydalı bir nomenklatura mövqeyi əsasında tərtib edə bilməzlər, istehsalın diversifikasiyasını həyata keçirməyə məcburdurlar. Göstəriciləri vahid məhsul növü üzrə hesabalamalıdırlar.

Çox nomenklaturalı məhsul istehsalı zamanı satışın böhran həcminin hesablanmasının müxtəlif variantları təklif olunur. Aşağıdakı düstur i-ci məhsul üçün istehsalın zərərsizlik həcmini tapmağa kömək edir:

 x Xç

= (11)

Pi – 

Burada,  - i-ci məhsulun istehsal həcminin zərərsizlik (zərərsiz işləmək) nöqtəsində natural ifadədə miqdarıdır, Xç- satışdan alınan ümumi mədaxildə i-ci məhsulun xüsusi çəkisidir.

Bu üsulda sabit xərclərin məcmu məbləğinin və onların ayrı-ayrı məhsul növlərinə düşən payının düzgün əsaslandırılması ən əsas məsələdir. Sabit xərclərin məhsullar üzrə bölüşdürülməsi satışdan alınan mənfəətə, dəyişən xərclərə və ya təşkilatın özünün seçdiyi digər bazalara mütənasib surətdə həyata keçirilə bilər.

Onun üçün aşağıdakı tənlik mövcuddur:

 (Pi-) – Sx =0 (12)

Burada müəssisənin neçə növ məhsul istehsal etməsi zəruridirsə, o qədər dəyişmələr ( olur. Çoxnomeklaturalı məhsul istehsal edən təşkilatlar üçün istehsal həcminin, maya dəyərinin və məənfəətin qarşılıqlı əlaqəsinin təhlili metodikası hələ kifayət hazırlanmamışdır.

Təşkilatın maliyyə sabitliyi ehtiyatlarının (təhlükəsizlik səviyyəsinin) müəyyən edilməsi direkt-kostinq sistemində təhlilin mühüm vəzifəsidir. Əgər rentabellik astanası məlumdursa, onda maliyyə sabitliyi ehtiyatı (MSE) aşağıdakı kimi müəyyən edilir:

MSE=RH- (13)

yəni, o, faktiki əldə edilmiş yaxud planlaşdırılan realizasiya həcminin böhran həcmindən yüksək olmasıdır. Nisbi ifadədə (satışın faktiki alınmış həcminə faizlə) aşağıdakı düsturla hesablanır:



RH-

MSE= x100 (14)

RH

Təhlükəsizlik zonası satış həcminin böhran həcmdən (rentabellik sıfıra bərabər olan həcmdən) neçə faiz yüksək olmasını göstərir. Əgər, əksinə, mədaxil rentabellik astanasından az olarsa, onda təşkilatda zərərlər yaranır, onun maliyyə vəziyyəti pisləşir.

Zərərsizliyin təhlili zamanı sadəcə olaraq, zərərliliyin son nöqtəsini, rentabellik astanasını, yəni dəyişən və sabit xərclərin satış məbləği ilə örtülməsini təyin etməklə kifayətlənmək olmaz. Bu göstəricinin köməyi ilə məsrəflərin ödənilməsi dövrünü təyin etmək lazımdır. Rentabellik astanası aşağı olduqca məsrəflər daha sürətlə ödənilir və əksinə, yüksək rentabellik astanası məsrəflərin ödənilməsini ləngidir.

Müəssisəmim çaliyyə imkanları daxilində sabit xərclərlə dəyişən xərclər arasında nisbəti dəyişdirməklə satışdan alınan mənfəətin optimallaşdırılması məsələsini də həll etmək olar. Mənfəətin məsrəflərə nisbəti iqtisadi ədəbiyyatda “İstehsal vasitəsinin effekti” kimi göstərilir. İstehsal vasitəsinin təsir gücü () aşağıdakı düsturun köməyi ilə təyin edilir:



P-Dx

= (15)

Ms

Burada,  - istehsal vasitəsinin təsir gücü,

P- satış məbləği

Dx-Dəyişən xərclər

Ms- satışdan alınan mənfəətdir.


  1. Zərərsizlik səviyyəsinin təhlili.

Müəssisələrin zərərsiz işləməsinə məqsədyönlü təsir edilməsi üçün onun dəyişilməsinin təsir edən amillər sistemini və onların təhlili metodikasını bilmək lazımdır.

(5) düsturundan gördüyümüz kimi, satışın zərərsizlik səviyyəsi sabit və dəyişən xərclərin miqdarından, habelə məhsulun qiymətdindən asılıdr.

Sabit xərclərin artımı böhran həcminin artırılmasına səbəb olur, çünki artan məsrəflərin ğdənilməsi üçün satışda əlavə məmulatın olması zərurəti yaranır. Bu düz mütənasib asılılıqdır. Beləliklə, zərərsizlik nöqtəsinin aşağı salınması üsullarından biri sabit xərclərin həcminin konkret azaldılması ola bilər.

Dəyişən xərclərin dəyişilməsi də bu istiqamətdə, lakin daimixərclərlə bərabər olmayan dərəcədə təsir edir. Bu xərclərin hətta cüzi artımı əməliyyat rıçaqının effektli təsiri sayəsində pul gəliri və mənfəətdə nəzərə çarpacaq dəyişikliklər yaradır.

Satış qiymətləri amili rentabellik astanasına münasibətdə kifayət qədər həssasdır. Qiymət nə qədər yüksək olarsa, zərərsizlik nöqtəsinə çatmaq üçün lazım olan satışın həcmi o qədər az olur və müvafiq surətdə, təşkilatın maliyyə vəziyyəti yaxşı olur.

Aşağıdakı ilkin məmulatlardan istifadə edərək məmulat üzrə istehsalın böhran həcminin dəyişilməsinə amillərin təsirini təhlil edək:



Variant

I

II

Məhsulun qiyməti (p), manat

1000

1100

Dəyişən xərclər (Dx), manat

600

660

Bütün məhsula sabit xərclər (Sx), manat

80000

84000

İstehsalın həcmi, ədəd

250

300

II variantda məhsulun qiymətinin və dəyişən xərclərin 10% və sabit xərclərin 5% artması nəzərdə tutulmuşdur.

Amillərin rentabellik astanasının dəyişilməsinə təsirinin zəncirvari yerdəyişmələr üsulu ilə hesablanması,





  1. = 80000/(1000-600)=200 vahid

 - 

  1. / - =84000/400=210 vahid

  2. / - =84000/(1100-600)=168 vahid

  3. / - =84000/(1100-660) =191 vahid.

Hesablamalardan görünür ki, satışın zərərsiz həcmi 9 vahid azalmışdır (191-200). Bu azalmaya amillərin təsiri belədir:

1)sabit xərclərin məbləğinin artması 210-200=+10 vahid;

2)məhsulun qiymətinin artması 168-210=-42 vahid;

3)dəyişən xərclərin yüksəlməsi: 191 – 168 = +23 vahid;

Yoxlama: 10-42+23=-9

Beləkilə, məmulatın qiymətinin 10 % artması rentabellik astanasının 21 % (42:200x100) azaltmaq imkanı yaratmışdır. Dəyişən xərclərin analoji dəyişilməsi rentabellik astanasının 11,5% yüksəlməsinə səbəb olmuşdur. Sabit xərclərin 5 % artması böhran nöqtəsini 5% yüksəltmişdir.

Maliyyə sabitliyinin dəyişilməsinə rentabellik astanasına təsir edən amillər, o cümlədən satışın həcmi təsir edir. Həmin göstəricilərin %-lə amillər üzrə təhlili üçün aşağıdakı kombinasiya edilmiş modeldən istifadə edilə bilər:

q- Sx

q -  P- Dx

MSE= x100= x100 (16)

q q

Maliyyə sabitliyi ehtiyatlarının formalaşması modelində aşağıdakı amillər nəzərə alınır: satışın həcmi (q), sabit xərclərin həcmi (Sx), məmulatın qiyməti (P), dəyişən xərclər (Dx).

Hər amilin baza qiymətini ardıcıl surətdə (16) düsturunda hesabat qiymətilə əvəz etməklə, hər amil üzrə ayrıca maliyyə sabitliyi ehtiyatlarının dəyişilməsini müəyyən edirik

=20%

=33,3%

=30%

=44%

=36,3%.

Buradan görünür ki, təhlükəszilik zonası bütövlükdə 16,3 % artmışdır. Bu aşağıdakıların dəyişməsi ilə əlaqədar olmuşdur:

1)satış həcmi 33,3-20=13,3%

2)Sx 30-33,3%=-3,3%

3)məmulatın qiyməti 44-30=14%

4)Dx 36,3-44=-7,7%

Aydındır ki, təhlükəsizlik zonasının və rentabellik astanasının dəyişilməsinə sabit və dəyişən xərclərin artması mənfi, satışın həcminin və məmulatın qiymətinin artması müsbət təsir göstərmişdir.

Çox nomeklaturalı istehsal şəraitində struktur amilinin, satışın ümumi həcmində ayrı-ayrı məhsul növlərinin xüsusi çəkisiin təsirini nəzərə almaq lazımdır.

Satışın zərərsizlik səviyyəsi dəyər ifadəsində aşağıdakı amillərin təsirindən dəyişilir:


  • Bütün məhsula sərf edilən daimi xərclərin məbləğinin;

  • Məhsulun strukturunun;

  • Hər məhsulun qiymətinin;

  • Məmulatlar üzrə dəyişən xərclərin məbləğinin dəyişilməsinin.

Nəticə

Daim dinamik olan, qiymətlərin, tələb və təklifin dəyişdiyi bir vaxtda müəssisələr məcburdurlar ki, öz maliyyə sabitliyini maliyyə təhlili vasitəsi ilə təmin etsinlər. Təhlil onlara müəyyən informasiya verir ki, bu də idarəetmə qərarlarını əsaslandırmağa şərait yaradır.

Yuxarıda bəhs olunan zərərsizlik səviyyəsi və s. haqda düzgün aparılmamış təhlil, ümumilikdə müəssisədə istehsal-satış fəaliyyətinin düzgün təşkil olunmamasına gətirib çıxarır. Nəticədə isə müəssisə istehsal ehtiyatlarının səmərəsiz istifadə edir, ya da tamamilə müflisləşir.

Zərərsizlik səviyyəsinin təhlili imkan verir ki, istehsal məsrəflərini (sabit və dəyişən), satış qiymətini təhlil edib, nə qədər məhsul istehsal olunması gərəkdiyini müəyyən edək. Həmçinin, xərcləri azaltmaqla daha çox mənfəət əldə edək.



Azərbaycanda hələlik, istehsal həcminin, maya dəyərinin və məsrəflərin qarşılıqlı əlaqəsinin təhlili metodikası hələ kifayət qədər işlənib hazırlanmamışdır. Ona görə də, ölkə təşkilatlarının əməli fəaliyyətində marjinal təhlil, zərərsizlik səviyyəsi və s geniş tətbiq eidilmir. Bu sahənin əhəmiyyəti gələcəkdə müəssisələrdə daha çox istifadə edilməsi gözlənilən bu təhlil növlərinin metodikasının işlənib hazırlanmasını vadar edir.

İstifadə olunmuş ədəbiyyat

  1. Hənifə Cəfərli – “İqtisadi Təhlil” (dərslik), Bakı 2009

  2. İ.M.Mahmudov, T.Ş.Zeynalov – “İqtisadi Təhlil” Bakı 2010

  3. Rahib Kazımov – “Maliyyə Təhlili” (mühazirələr) Bakı 2010

  4. Н.В. Климова – «Экономический анализ» Питер 2010

  5. А.Ф. Ионова, Н.Н. Селезнева – «Финансовый анализ»

  6.  А. Шеремет, Александра Ионова – «Финансы предприятий. Менеджмент и анализ» 2008





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə