Mövzu: Qızıl Orda Plan: 1




Yüklə 93.92 Kb.
tarix11.03.2016
ölçüsü93.92 Kb.
Mövzu: Qızıl Orda

Plan:
1. Qızıl Ordanın yaranması.

2. Qızıl Ordada feodal çəkişmələri və ara müharibələri.

3. Qızıl Ordanın tarixi və coğrafiyası.

4. Qızıl Ordanın dövlət quruculuğu və coğrafiyası.

5. Qızıl Ordanın dağılması.

1
Giriş

Monqol imperiyası yarandıqdan sonra işğalçılıq müharibələri hələ də davam etməkdə idi. Tədqiqatçılara görə bu dövlət şərqdə İrtış çayı və Altay dağlarının ətəklərinə, Sırdəryanın orta axınına, cənubda Dərbəndə, Qara dəniz sahillərinə və Krım daxil olmaqla böyük əraziyə malik idi. Böyük bir ərazini əhatə edən imperiyanın idarə olunması çətinləşmişdi. 1229-cu ildə monqol feodallarının Qurultay adlanan yığıncağında Şərqi Avropaya hərbi səfərin təşkili haqqında qərar qəbul olunmuşdu. Bu qərara uyğun olaraq, məlum oduğu kimi, 1235-ci ildə Çingizin nəvəsi Batı xan Avropanı işğal etmək üçün Qərbə yürüşə başladı. 1243-cü ildə Batı xan Rusiyaya və Şərqi Avropaya yürüşdən qayıtdıqdan sonra artıq müstəqil dövlətə çevrilmiş Cuci ulusunun başçısı oldu.

Monqol tatarları Şərqi Avropanı işğal etdikdən sonra yeni böyük bir dövlət yartdılar. Bu dövlətin adı rus mənbələrində “Qızıl Orda” , Şərq mənbələrində isə “Cuci ulusu” “Dəşti-Qıpçaq” və yaxud “Göy Orda” adı ilə məlumdur. Qızıl Orda sözü monqol dilində çadır deyilən “Orda” ifadəsindən götürülmüşdü.

Cuci ulusunun özeyini qıpçaqların Dəşti – Qıpçaq adlanan əyaləti və Volqaboyu təşkil edirdi. Ulusun tərkibinə Dnepr çayından tutmuş Qərbi Sibirə qədər olan torpaqlar, Şimali Xarəzm və Ürgənc şəhəri ilə birlikdə Sırdəryanın aşağı axarı, cənubda Krım və Şimali Qafqaz daxil idi. Rus knyazlıqları da bu ulusa daxil idi.




2

1.Qızıl Ordanın yaranması.

Çingiz xanın böyük arvadından dörd oğlu var idi. Monqol dövlətinin banisi ölümündən əvvəl imperiyasının ərazisini oğlanları arasında bölüşdürmüşdü. Cuciyə Monqolustandan qərbdə olan torpaqlar verilmişdi. Bu torpaqların əsas özəyini Dəşti-Qıpçaq çölləri təşkil edirdi. Lakin Cucinin dövründə bütün Dəşti-Qıpçaq yalnız nominal olaraq onun mülki sayılırdı, çünki onun böyük hissəsi hələ tutulmamışdı. 1235-ci ildə Monqolustanda köçəri monqol əyanlarının qurultayı keçirildi. Fars tarixçisi Cuveyniyə görə, qurultayın gündəliyində qərbə yürüş məsələsi müzakirə edildi və qərara alındı ki, itaətə gətirilməmiş ölkələr zəbt edilsin. Qurultaya böyük xan Ugedey rəhbərlik edirdi. Qərbə yürüş ideyası monqol feodalları tərəfindən müdafiə edildi. Yürüşdə öz hərbi qüvvələri ilə təxminən on şahzadə iştirak etməli idi. Birləşmiş qüvvələrin rəhbəri Cucinin oğlu Batı xan təyin edildi.

1236-cı ilin payızında 100 minlik monqol ordusu Volqa boyuna soxuldu. 1237-ci ilin sonuna kimi bu ərazi tutuldu. Monqollar 1237-ci ilin qışında Ryazan knyazlığına daxil oldu, altı günlük müharibədən sonra, 21 dekabr 1237-ci ildə Ryazan şəhəri tutuldu. Bundan sonra monqollar digər rus şəhərlərini ələ keçirməyə başladılar. 1240-cı ilin 19 noyabrında Qirey tutuldu. 1241-ci ildə monqollar artıq Qərbi Avropada döyüşürdü. Burada onlar heç bir məğlubiyyətə uğramadılar. Birləşmiş alman-polyak-Moqaviya qüvvələri 9 aprel 1241-ci il Leqnis döyüşündə məğlub edildi. 1241-ci ilin 12 aprelində monqollar Avar kralının 60 minlik ordusunu məğlub etdi.

3

1242-ci ilin yazında monqollar Adriatik dənizi sahillərinə çıxdı. Həmin ilin martında Batı xan Ugedeyin ölüm xəbərini aldı və geri qayıymağı qərara aldı. Qərb yürüşünün dayandırılması barəsində tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. Bartolda görə, Batı ilə şahzadələr arasında olan mübahisələr Ugedeyin ölümü ilə bağlı idi. Ugedey döyüşən, orduda olan oğlu Quyuka və qohumu Münkeyə Monqolusatana qayıtmağı əmr etmişdi. Rəşidəddinə görə, onlar Batının ordusunu 1241-ci ildə tərk edib Monqolustana qayıtmlşdı. Bəzi tedqiqatçılara görə, Ugedeyin belə bir əmr verməsi onu göstərir ki, 1235-ci il qurultayında Qərbi Avropaya yürüş planlaşdirilmamışdı, bunu Batı öz təşəbbüsü ilə etmişdi. Rəşidəddinə görə, Batı Sibi, Dəşti-Qıpçağı, Volqa Bulqariyasını, Rusu, Dərbəndə qədər Çərkəsiyyəni tutmağa göndərilmişdi.

Monqol ordusu Qərbi Avropadan çıxmağa tələsmirdi. Qara dəniz sahillərinə keçmək təxminən yarım il çəkdi və 1242-ci ilin qışında moonqol dəstələri Dunayın aşağı ətrafına çəkilmişdi. 1242-ci ilin sonu, 1243-cü ilin başlanğıcında Batının ordusu şərq mənbələrində Dəşti-Qıpçaq adlanan ərazidə məskunlaşmışdı. Beləliklə, Qızıl Ordanın yaranmasını 1243-cü ilin əvvəlinə aid etmək olar.

1236-1242-ci illər ərzində ələ keçirilmiş ərazilər hesabına monqol imperiyasının sərhədləri xeyli genişləndi. Monqol mülkləri Sakit okeandan Dunaya çatırdı. İmperiyanın qərb hissəsini Çingiz xan hələ 1207-ci ildə böyük oğlu Cuciyə vermişdi. Bu ərazi əvvəllər meşə xalqlarını əhatə edirdi. Orta Asiya tutulduqdan sonra Xarəzm rayonunda yaşayan əhali də Cuci ulusuna tabe edildi. Cucinin ölümündən sonra



4

onun torpaqlarının bir hissəsi Ugedeyə keçdi, Cuci ulusunun şərq sərhədləri İrtış hövzəsinə keçdi. Batının yürüşlərindən sonra yuxarıda deyildiyi kimi, hələ 1207-ci ildə yaranan Cuci ulusunun sərhədləri şərqdə İrtışa, qərbdə Dunaya qədər genişləndi. Cənub sərhədləri Şimali Qafqaz və Krımda daxil olmaqla Qara dəniz sahilləri boyunca uzanırdı. Cənub Şərqdə ulusun tərkibinə Şimali Xarəzm daxil idi. Şimal sərhədləri Şimal Buzlu okeanla müəyyənləşdirilirdi.

Qızıl Ordanın ilk xanları Aşağı Volqaboyunu özləri üçün mərkəz seçmişdilər. Bu ərazinin yeni dövlətin mərkəzinə çecrilməsi bir sıra amillərlə bağlı idi. Qeyd edilən ərazidən şərqdən qərbə gedən karvan ticarət yolları keçirdi. Digər tərəfdən, bura digər monqol dövlətlərinə, o cümlədən Monqolustana, bütün monqol imperiyasının mərkəzinə yaxın idi. Volqaboyu ərazilərin əkinçilik və heyvandarlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etməsi də az rol oynamamışdı.

Batının dövründə Qızıl Orda hələ müstəqil dövlətə çevrilməmişdi. Bu dövrdə Altun taxt Qaraqorumda böyük xaqanın əlində idi, və o, Batını müdafiə etməyə cəhd edirdi. Batı mürəkkəb vəziyyətlə üzləşmişdi. Volqaboyunun çoxsaylı türk şəhərlərində islam yayılmışdı və Çingiz xanın Yasasına qarşı müsəlman şəriəti dururdu. Şəhərlərdə müsəlman şəriəti başçılarından seyidlər böyük nüfuza malik idilər. Bütün şəhərlər qısa müddətə bərpa olunmuşdu, ticarət və şəhərlər dirçəlmişdi.

1256-cı ildə Batı vəfat etdi. Rəsmən Cuci ulusu inzibati və siyasi cəhətdən hələ müstəqil dövlət deyildi. Batı bilavasitə monqol xaqanına tabe idi, itaətində olan xalqlardan toplanan xəracın və gəlirin bir hissəsi

5

hər il Monqol imperitasının paytaxtı Qaraqoruma göndərilirdi.

Monqollardan asılı olan Bulqarda XIII əsrin 50-ci illərində zərb edilən pullar Batının adından deyil, Münkenin adından buraxılırdı. Batı Monqol imperiyasının süqutunu və Qızıl Ordanın tənəzzülünü dayandırmaqq üçün hələ sağlığında oğlu Sartakı Monqolustana Münke xanın yanına göndərmişdi ki, böyük xan Sartakın Orda xanı olmasına icazə verilsin. Sartak xristian idi və xristian qadınla evlənmişdi. Münke xan Sartakı qəbul etmişdi və Batıdan sonra onun hakimiyyətə gəlmək hüququnu təsdiq etmişdi. Lakin atsından sonra xan olmaq Sartaka qismət olmadı. Belə ki, Münkenin qərargahında olarkən Batı vəfat etmişdi.

Yerli türk dünyəvi və dini feodallar Batının qardaşı Berkeni taxta əyləşdirdilər. Berke hələ gəncliyində islamı qəbul etmişdi. Cuci ulusunun feodalları müstəqilliyə can atırdı. Bu dövrdə 50 yaşı olan Berke onların siyasətinin həyata keciricisi ola bilərdi. Monqolustandan qayıdan qanuni xan Sartak tezliklə zəhərləndirilib öldürüldü. Cuci ulusunun müstəqilləşməsini istəməyən Münke xan ulusa rəhbərlik hüququnu Sartakın oğlu Ulakqiyə verildi. Lakin həmin ildə Ulakqi öldü. Batının böyük arvadı Bərəkçi Berkenin əvəzinə hakimiyyətə Batının nəvəsi Tüde – Münkeni gətirmək və bununla ulusu monqol imperiyasının tərkibində saxlamaq istəyirdi. Lakin sui-qəsdin üstü açıldı, Berkçi öldürüldü. Beləliklə, Berkenin hakimiyyətinin başlanğıcından Qızıl Ordanın əlahidləməsi prosesi getdi və o müstəqil dövlətə çevrildi.

Berkenin hakimiyyəti illərində Volqaboyunda şəhər həyatı canlandı, ticarət əlaqələri genişləndi, Hülakilərlə müüharibələr aparıldı.

6

Misirlə diplomatil əlaqələr yaradıldı. Berke türk dilini yaxşı bilirdi. Volqaboyu, Xarəzm, Şimali Qafqaz, Krım şəhərlərində monqol qanunları əvəzinə ənənəvi islam hüquq normaları fəaliyyət göstərməyə başladı. Berke 1266-cı ildə Qafqaza yürüş zamanı vəfat etdi. Ordada Mənqu Teymur xan oldu. 1271-ci ildə Orda qoşunu Kontantinopola hücum etdi. Bizans imperatoru Laskaris Ordanın güclənməsini istəmirdi, buna görə də, Hülakiləri müdafiə edirdi. Döyüşə girməyə cəsarət etməyən Laskaris sülh xahiş etdi. Mənqu Teymur rus knyazlıqlarında ikinci siyahıyaalma keçirdi. Onun dövründə Kofada Genuya ticarət koloniyası yarandı, siyasi səhnəyə Noqay çıxdı. Noqay hələ Hülkilərlə döyüş zamanı ad çıxartmışdı. O, Ordanın həyatında uzun müddət əhəmiyyətli rol oynadı, xarici hökmdarlar onu xan kimi qəbul edir, onun səfirlərini təntənə ilə qəbul edirdilər. Noqay rəsmən Dəşti-Qıpçağın Dondan Dneprə qədər qərb vilayətlərinin hakimi idi. Mənqu Teymurun və xüsusən Tüdəmənqun dövründə və Toxtanın hakimiyyətinin əvvəlində Noqay siyasi proseslərə böyük təsir göstərmişdi, feodal qırğınlarının başlanğıcını qoymuşdu.

Tulabuqinin dövrü isə feodal hərc-mərcliyi dövrü idi, bu proseslərdə Noqay fəal iştirak edirdi. Noqayla Orda xanı Toxta arasındakı mübarizə Noqayın öldürülməsi ilə başa çatdı. Yalnız bundan sonra Toxta xan özünü Qızıl Ordanın əsl ağası hesab edə bilərdi.

7

2.Qızıl Ordada feodal çəkişmələri və ara müharibələri

XIV əsrin birinci yarısında Qızıl Orda özünün siyasi qüdrətin və iqtisadi inkişafın ən yüksək zirvəsinə çatdı. Özbəyin dövrü diplomatik əlaqələrin genişlənməsi, şərq və qərb ölkələri ilə xarici ticarətin çiçəklənməsi ilə xarakterizə edilir. Aparılan böyük tikinti işləri Özbəyin adı ilə bağlıdır. Onun əmri ilə Saray – Berkedə məscidlər, mədrəsə, movzoley və saraylar tikdirmişdi. Xarici siyasətdə Özbək köhnə ənənəni davam etdirmişdi. Qızıl Orda Misir məmlükləri ilə daimi ticarət, mədəni və diplomatik əlaqələrə malik idi. Lakin Özbək xanın dövlətin ərazisinin genişləndirmək cəhdi elə bir nəticə verməmişdi.

Özbəyin dövründə şəhər quruculuğu çiçəkləndi, uluslar iqtisadi cəhətdən gücləndi. Bu əsasən onunla bağlı idi ki, Özbək ulus rəhbərlərinin daxili işlərinə az müdaxilə edirdi. Uluslara daha baskaklar göndərilmişdi. Xan qərargahına xərac göndərilməsi işini ulus başçıları özləri həll edirdilər.

Canı bəyin dövründə Ordanın ərazələri müəyyən qədər genişlənmişdi. O, 1356-cı ildə Azərbaycanın və onun paytaxtı Təbrizi tutmuşdu. Lakin Canı bəy Azərbaycanda çox qalmamış, oğlu Berdibəyi Azərbaycana canişin təyin edərək öz paytaxtına yola düşmüşdü. Lakin Canı bəy yolda vəfat etmişdir. Bir çox müəlliflər belə hesab edirlər ki, onu öz oğlunun təşəbbüsü ilə öldürmüşlər. Bəzi müəlliflər isə xanın ölümünü xəstəliyi ilə əlaqələndirirlər.

Ulusların Özbəyin dövründə yaranmış tənəzzülü Canı bəyin dövründədə davam etmiş, Canı bəyin ölümündən sonra daha kəskin xarakter almışdı.

8

1357-ci ildə Berdibəyin hakimiyyətə gəlməsi ilə Ordanın xarici siyasi fəallığı xeyli zəiflədi. Bu isə Canı bəy tərəfindən işğal edilən Azərbaycanın itirilməsinə gətirib çıxardı.

Berdibəydən narazılıq Ordanın əyanları içərisində o qədər güclü idi ki, o, hakimiyyətə can atan rəqibləri tərəfindən öldürüldü. Berdibəyin ölümü ara müharibələrinin daha da kəskinləşməsinə təkan verdi. Bu isə onunla bağlı idi ki, Batının nəslindən hakimiyyətə gələ biləcək adam qalmamışdı. Batının qardaşı Orda Uçenin nəslindən olan hakimiyyətə iddia edirdi. Yeni saray aristokratiyası bununla barışmaq istəməyərək hakimiyyəti ələ keçirməyə cəhd edərək cucilərlə qohum olmayan şəxslərin hakimiyyətə gətirmək istəyirdi. Berdibəydən sonra Qızıl Ordanın Gülnə idaarə edirdi, lakin oda sui – qəsdin qurbanı oldu. Bulqardan olan Novruz xan oldu. Onu Özbəyin arvadı Taydula, ticarət – təsərrüfat maraqların Volqaboyu ilə bağlı olan şəhər dairəsinin nümayəndələri müdafiə edirdi. lakin Novruz xandan narazı olan feodallar Göy Orda xanı Cinbaya məktub göndərərək onu saray şəhərinə dəvət edirlər. Lakin Cinbay saray hakimiyyətindən imtina edərək qardaşı Xızırı göndərir. 1361-ci ildə Novruz öldürülür. Xızırın xan elan edilməsi ilə hakimiyyətə Orda Uqenin nəslindən olanlar gəlir, halbuki onlar əvvəllər Qızıl Ordanı idarə etməmişdilər. Xızır özüdə növbəti sui – qəsdin qurbanı olur və hakimiyyətə onun oğlu Teymur Xoca gəlir. O, cəmi 5 həftə hakimiyyətdə qala bilir.

Bu dövrdə Qızıl Ordada ara müharibələri xeyli genişlənir. Hakimiyyətə Cingizlilər elindən olan şəxslərlə yanaşı hərbi – monqol aristokratiyasının nümayəndələri də can atırdı. Belə şəxs məşhur Qızıl



9

Orda əmiri Mamay idi. Mamay hələ Berdibəyin dövründə Qızıl Ordada mühüm rol oynayırdı. Berdibəyin qızı ilə evlənmişdi. Mamay Özbək xanın nəslindən olan Abdullanı xan elan edərək onun adından Teymur Xocaya qarşı müharibəyə başladı. Teymur Xoca Volqanın arxasına qaçdı və burada öldü.

Lakin Abdulla xan Volqaboyundan Ordaməlik tərəfindən qovuldu. əmirlər Göy Ordanın Ağ Oradada hakimiyyətə gəlməsi məsələsini Qiydaki ilə həll etməsindən narazı idilər. Nəticədə, belə əmirlərdən biri Ordaməliyi öldürdü. Ordaməlikdən sonra hakimiyyətə Özbəyin nəvəsi Gildibəy gəldi. Ara müharibələrini iri əmirlərin özbaşınalığında axtaran yeni xan terrora keçdi. Bu isə Gildibəyin özünün öldürülməsinə gətirib çıxartdı. Bundam sonra Ordanı idaarə edən xanlar surətlə dəyişməyə başladı. 1360-cı ildən 1380-cı ilə kimi Qızıl Ordada 25 xan dəyişdirilmişdi və onların hamısı öz rəqibləri tərəfindən öldürülmüşdü.

1382-ci ildə Moskvada Toxtamış xanın basqını zamanı güclü üsyan baş verdi. Mitropolit və başqa feodallar öz sərvətlərini qoruumaq üçün Moskvadan qaçmağa və onu düşmənə təslim etməyə hazır olduqlarını bir vaxtda xalq başqa şəhərlərdəm gələrək Moskvanın müdafiəsinə qalxdılar. Bu xalq üsyanı xana və yerli feodallara qarşı yönəldilmişdi. 1445-ci ildə Moskvada baş verən üsyan da eyni xarakter daşıyırdı.



10

3. Qızıl Ordanın tarixi və coğrafiyası.

İyirmi illik gərgin mübarizə tərəflərdən heç birinə-nə saray xanlarına,nə də Mamaya açıq qələbə gətirmədi.1380-cı ilə dogru dövlətin əsas ərazisi bir-birinə zidd iki düşərgəyə parçalanmış vəziyyətdə qalırdı.Mamayın 1380-cı ildə Kulikovo döyüşündə məglub olması Qızıl Ordada hakimiyyətə can atan qüvvələr nisbətini dəyişdirdi.Bu isə Toxtamışın dövlətin birliyini bərpa etmək cəhdini asanlaşdırdı.O,saray taxt-tacı ugrunda mübarizəyə hələ 1376-cı ildə fəal qoşulmuşdu.Həmin ildə Toxtamış Teymurun köməyilə Saray Əl Cədidi tutmuş,və iki il onu əlində saxlamışdı.Lakin Toxtamış qəti şəkildə Qızıl Orda paytaxtında möhkəmlənə bilməmiş və müəyyən dövr üçün hakimiyyəti Ərəb şaha verməyə məcbur olmuşdu.Toxtamış 1380-ci ildə qəti olaraq Saray Əl-Cədidə yiyələnmişdi.Volqaboyunun köçəri və oturaq əhalisi Toxtamışa yaxşı münasibət bəsləyirdi.Eyni zamanda Toxtamışın arxasında bu dövrdə Teymur dururdu.

Beləliklə,Qızıl Ordada 20 ildən artıq davam edən feodal ara müharibələri Toxtamışın hakimiyyətə gəlməsi ilə başa çatdı.Mamay Kalka çayı ətrafında hökumət qoşunları tərəfindən məglub edildi və öz tərəfdarları ilə Kaffaya qaçdı,lakin ələ keçirilib edam olundu.Bütün uluslar yeni daha güclü xanı tanıdılar.

Qızıl Ordanın yaranmasında XIV-cü əsrin 50-ci illərinin sonuna kimi Qızıl Ordanın ərazisində kiçik dəyişikliklər olmuşdu.Lakin 50-ci illərin sonundan vəziyyət kəskin surətdə dəyişmişdi.İri feodalların separatçılıq fəaliyyəti ilə əlaqədar daxili problemlər ön sıraya çıxır.Hərc-mərclik və ara müharibələri iri ərazi itkilərinə gətirib çıxardı.20 il



11

ərzində Qızıl Orda feodalları dövlətdə hakimiyyət ugrnda mübarizədə iştirak edirdi vəə ucqar uluslara diqqət verilmirdi. Yaranmış vəziyyətdən monqolların yaxın qonşuları istifadə edib dövlətin ucqar rayonlarına hücum edirdilər.

XIV əsrin 60-cı illərində Ordanın qərb rayonlarında mühüm ərazi dəyişiklikləri baş verdi. 1359-cu ildə Şərqi Prikarpatyedə Moldova knyazlığı yarandı. 1363-cü ildə Litva knyazı Olkerd Sinide Vode çayı sahilində monqoları məğlub etdi. Podolye torpaqlarının xərac verməkdən azad olması həmin döyüşün nəticələrindən biri oldu. 1361-ci ildən Xarəzm ulusu Qızıl Ordadan ayrıldı. Xarəzmin müstəqil siyasi vahidə çevrilməsi yerli Sufi sülaləsinin fəaliyyəti ilə bağlı idi. Xarəzmin ayrılması həm siyasi, həm də iqtisadi cəhətdən Qızıl Orda üçün böyük itgi idi. O dövrdə beynəlxalq karvan ticarətində əhəmiyyətli mövqeyə malik idi. Belə bir royonun itirilməsi Mamaya qarşı mübarizədə saray xanlarını mühüm dayaqdan məhrum edərək onların mövqeyini xeyli zəiflətdi. Ətraf rayonlarla birlikdə Hacı Tarxana (Həştərxana) Hacı Çərkəs yiyələndi. 70-ci illərin ikinci yarısında Çərkəs qısa müddət üçün Aşağı Volqaboyunun solsahil rayonlarını öz hakimiyyəti altında birləşdirdi.

Digər böyük Qızıl Orda feodalı Bulak Teymur Bulqar şəhərini tutdu və 1367-ci ildə ruslar tərəfindən məğlub edilən Bulak Teymur Aşağı Volqaboyuna qaçdı və burada öldürüldü. Ondan sonra Bulqarda hakimiyyəti Mamaya tabe olmayan yerli knyaz Həsən ələ keçirdi. O, öz muxtariyyatını 1370-ci ilə kimi saxladı. Həmin ildə rusların köməyi ilə Mamay Məhəmməd sultanı Bulqarda hakim elan etdi. Həsən isə Bulqar



12

torpaqlarını tərk edərək Kamanın sağ sahilinə getdi və 71-ci illərdə burada yeni şəhərin – Kazanın əsasını qoydu.

Toxtamışın dövründə Ordanın qərb sərhədləri Dneprin orta axarına çatırdı. Dneprarxası vilayətlər Litvanın nəzarəti altında idi. Krım yarımadasında Ordanın mülkləri arasındakı çöllər yenə də Ordanın özəyini təşkil edərdi. Keçmiş Volqa Bulqariyası və Başqırtıstanda yeni xanın hakimiyyətini tanımışdı. Toxtamış Xarəzmi də özünə tabe edə bildi. Toxtamış Azərbaycana da yürüş etmiş və bir müddət buranı öz əlində saxlamışdı. Toxtamış ulusların iqtisadiyyatının bərpa və inkişaf etdirilməsi üçün də müəyyən tədbirlər gördü. Lakin iqtisadiyyatın tənəzzül etməsinə gətirib çıxarmış əsas amillər aradan qaldırılmamışdı. Öz vəziyyətini hərbi uğurlarla möhkəmləndirmək məqsədilə Toxtamış 1383-cü ildə özünün keçmiş süzereni Teynurun mülklərinə uğursuz yürüş etdi. Buna cavab olaraq Teymur 1387-ci ildə Xarəzmə yürüş edib demək olar ki, müqavimətə rast gəlmədi, 1388-ci ilin yazında Ürgənci tutdu, şəhərin və vilayətin əhalisinin Səmərqəndə köçürülməsini əmr etdi. Buna Toxtamış yeni yürüşlə cavab verdi. O, 1388-ci ildə rus, çərkəs, bulqaart, başqırd, qıpçaqlardan, Kafa, Krım və Azak şəhərlərindən adam toplayıb böyük bir ordu ilə Teymurun mülklərinə basqın etdi. Lakin bu yürüş də boşa çıxdı.

1391-ci ilin fevralında Teymur oxtamışa qarşı yürüşə başladı. Müqavimət göstərməyə hazır olmayan Toxtamış Teymurun yanına hədiyyələrlə elçi göndərdi.lakin Teymur yürüşü davam etdirdi. 1391-ci ilin iyununn 18-də baş verən döyüşdə Toxtamış məğlub edildi. Döyüşdə iştirak edən şahzadə Bəybulat Toxtamışın qaçmasından istifadə edərək



13

özünü Qızıl Orda xanı qəbul etdi. Lakin tezliklə o, məğlub edilib öldürüldü. Hakimiyyət yenidən Toxtamışın əlinə keçdi. Lakin ölkədə iqtisadi vəziyyət ağır idi. Toxtamış iqtisadiyyatı bərpa etmək əvəzinə xarici siyasətlə fəal məşğul olmağa başladı. O, 1393-cü ildə Litva knyazı Yaqoyla ilə Teymura qarşı hərbi ittifaq bağladı. Toxtamış Misir sultanı Zahir Bərkükə də müraciət edib onu Teymura qarşı mübarizəyə çağırdı. Bərkük öz ordusu ilə əməşqə gəldi. Həmin dövrdə Toxtamışın və Bəyazidin elçiləri də buraya gəldi, üç dövlət Teymura qarşı ittifaq yaratmağı qərara aldı.

1395-ci il 16 apreldə Terek sahilində baş verən döyüşdə Teymur ordalılara zərbə endirdi. Toxtamış Volqaboyuna qaçdı. Bundan sonra Qızıl Ordada hakimiyyət Teymur Qutluğun əlinə keçdi. Toxtamış Qızıl Ordada öz hakimiyyətini bərpa etmək uğrunda mübarizəni davam etdirirdi. Toxtamış Kiyevə, Vitovtun yanına gəlir. Teymur Qutluq bildirdi ki, Litvada ona qarşı qəsd hazırlanır. Bununla əlaqədar o, Litva knyazının yanına elçi göndərib Toxtamışın verilməsini tələb edir və Ordaya yürüşə hazırlaşmağa başlayır. Vitovt Toxtamışı öz canişini kimi Cuci ulusunda hakimiyyətə gətirmək fikrində idi. Bununla da, o, Ordanı özünə tabe etmək istəyirdi. Böyük ordu toplayan Vitovt 1399-cu ildə Ordaya qarşı yürüş edir. 12 avqust 1399-cu ildə Barsukl çayı ətrafında baş verən döyüşdə Teymur Qutluq və əmir Yedigey Litva ordusunu məğlub edirlər.

1399-cu ildə Teymur Qutluğun ölümündən sonra Əmir Yedigey dövlətin idarə edilməsini faktiki olaraq öz əlinə keçirir və xanların adından dövləti idarə etməyə başlayır. Yedigey böyük siyasi xadim idi,



14

lakin o, imperiyanın dağılması dövrünün ziddiyətlərini aradan qaldıra bilmədi, özü də qurbana çevrildi, 1419-cu ildə ara müharibələrində öldürüldü.



15

4. Qızıl Ordanın dövlət quruculuğu. Ticarət.
Dövlətin başında Xan dayanırdı. Dövləti Xan evi idarə edirdi (Yani Xan, Oğulları və digər aylə üzvləri). Xan evindən başqa Dövləti Qızıl ordanın varlı şəxsləri və Bəyləri (Noyonlar) idəri edirdilər. Dövlət işləri ilə Bəylər-bəy maşğul idi, digər işlərlə isə Vəzirlər. Şəhərlərə və kəndlərə Daruğ-lar yollanırdılar oların vəzifəsi verqi yiğmaq idi. Ordunun başçıları Baskak adı daşayardılar. Ordunun başında "oğlanlar" idi.

Qızıl orda ticarət karvanlarının yollarında yerləşirdi belə ki buraya Qafqazdan, Hindistandan, Misirdən, Qərbi avropadan alıcılar gəlirdilər. Qızıl orda Feodalları ticarətdən "Baxış" aldığlarına görə ticarətin inkişafını çox dəstəkləyirdi və inkişafında güc əsirgəmirdi, buna görədə XIII və XIV əsrin birinci yarsında Kərvan yolları və kərvənlarla ticarət böyük inkişaf etmişdir.Kərvanların təhlükəsizliyi haqqında Peqolloti belə yazırdı "Tandan Çinə gedən yol alıcıların sözlərinə inansaq səhər və gecə tam təhlükəsizdir, yalnız alıcı yolda ölərsə onun malı var dövləti öldüyü torpağın məmuruna verilir. Amma əgər həmin yerdə ölünün yaxın dostu və ya qardaşı varsa və ya kimsə ölünün qardaşı olduğunu deyərsə bütün mallar ona təhvil verilir" Amma bu ticarətdə Qızıl Orda malları çox az idi belə ki malların çoxsu xarici idi.Dəşti-Qıpcağ köçərilərin ticarətdə iştirakı məhdudlarşdırılırdı. Belə ki Qıpcaq-ların satdığı yalnız mal-qara əsasən isə atlar idi. Ərəb səyahtçısi İbn-Batut atlarla ticarətdən bu



16

sözləri yazıb "bu diyarda (dəşt-i-qıpcağ) atlar həddindən artığ çoxdur. Əla atların qiyməti 50,60 dirxəm-dir bizim 1 dinər "

Qızıl Orda xanlığı ərazi cəhətdən vahid bir dövlət deyildi. Buna baxmayaraq, Qızıl Orda xanlığı bir müddət orta əsrlərin ən qüdrətli dövlətlərindən biri hesab olunurdu. Dövlətin başında köçəri zadəganların nümayəndələri dururdu.

XIV əsrin birinci yarısında, xüsusilə Özbək xanın hakimiyyəti dövründə Qızıl Orda xanlığı xeyli qüvvətləndi. Saray - Bərkə şəhəri onun paytaxtı oldu. Müxtəlif ölkələrdən gətirilib burada kölə kimi işlədilən sənətkarlar və digər peşə sahiblərin gücü ilə Saray – Bərəkə şəhərində gözəl, dəbdəbəli saraylar, hündür, möhkəm qalalar tikilmişdir.

Qızıl Orda xanlığı əvvəllər monqol imperiyasına tabe idi. Xan tez-tez Qaraqorum şəhərinə gedir, böyük xanın tapşırıqlarına əməl edirdi. Lakin XIII əsrin sonundan etibarən Qızıl Orda ilə monqol imperatoru arasında siyasi əlaqələr getdikcə zəiflədi. Nəhayət, Qızıl Orda müstəqil bir dövlətə çevrildi. Dövləti Batı xanın nəvələrindən olan xanlar idarə edirdi.

Qızıl Orda xanı vaxtaşırı qurultaylar çağırırdı. Qurultayda saray əyanları, xanın yaxın qohumları, iri feodallar, tümənçilər, minbaşılar və



17

s. iştirak edirdilər. Qurultayda dövlətin daxili və xarici siyasətinə aid mühüm məsələlər müzakirə olunurdu. Bütün bunlarla yanaşı, xan öz yanında xüsusi idarə orqanı yaratmışdı. Xanın əhalidən vergilər, əlavə xərclər toplamaq məqsədi ilə xüsusi məmurları var idi. Bu məmurlar xanın bilavasitə göstərişi ilə yerlərə gedir, feodalların fəaliyyətinə bir növ nəzarət edir, vergilər və əlavə rüsumları toplayırdılar. Bu məmurların silahlı atlı dəstələri də var idi. Vergi toplanarkən yerlərdə baş verən hər hansı münaqişə həmin qüvvələrin vasitəsi ilə aradan qaldırılırdı. Xana qarşı itaətsizlik göstərənlərə qarşı həmin qüvvələrdən istifadə olunurdu.

Dövləti yalnız Batı xanın nəslindən olan şəxslər idarə edə bilərdilər. Şərqi Qıpçaq ərazisini Batı xanın qardaşı Orda idarə edirdi. Bu xanlıq Ağ Orda adlanırdı. Batı xanın idarə etdiyi qərb vilayətlərinə əvvəllər Göy Orda, sonra isə Qızıl Orda adlanan Orda idarə edirdi.

Qızıl Ordada dövlət işlərinə nayonlar, əmirlər, vəzirlər, naiblər başçılıq edirdilər. Qızıl Orda 14 ulusluğa bölünürdü. Hər bir ulusluğa Cucinin nəslindən olan adamlar başçılıq edirdi. XIII əsrin 80-ci illərində bu ulusluqlar arasında hakimiyyət uğrunda kəskin çəkişmələr baş verdi. Bu çəkişmələr dövlətin getdikcə zəifləməsinə səbəb oldu.


18
5. Qızıl Ordanın dağılması.

Qızıl Ordanın iqtisadi və siyasi cəhətdən tənəzzül etməsi şəraitində ulus hakimləri yenidən fəallaşdı. Yedigeyin ölümündən sonra Ordada bir - birilə rəqabət aparan bir neçə xan var idi. Bunlardan biri Uluğ Məhəmməd, digəri Dövlət Berdi idi. Uluğ Məhəmməd 1423-cü ildə Özbək xanı Barak tərəfindən məğlub edilərək Litvaya, Vitovtun yanına qaçmışdı. Barak xan Dövlət Berdigini də məğlub etmişdi. Litvada olan Uluğ Məhəmməd ordu toplayaraq Vitovtun köməyi olmadan Barak xana zərbə endirir, müəyyən müddət üçün qıpçaq çölünün ən nüfuzlu xanlarından biri kimi fəaliyyət göstərir. Lakin o, öz iradəsini rəqabət aparan bütün xanlara qəbul etdirə bilmədi. Mərkəzdən qaçan qüvvələrin qarşısını almaq mümkün düyildi. Nə Litva, nə rus Qızıl Ordanın möhkəmlənməsini istəmirdi. Mərkəzi xan hakimiyyətin bərpa edilməsi əvəzinə yenidən siyasi xaos başladı, eyni vaxtda bir-birinə rəqabət aparan bir neçə xan – Uluğ Məhəmməd, Səid Əhməd və Kiçik Məhəmməd fəaliyyət göstərirdi. Uluğ Məhəmməd öz rəqiblərinin təzyiqi ilə Dəşti – Qıpçağı tərk edib Yuxarı Volqaboyuna getdi.

Artıq XV əsrin I yarısında Krım və Bulqar vilayətlərinin Ordadan ayrılmasından Vasili Tyomni və IV Kezimur Ordaya qarşı birgə mübarizə üçün istifadə etməyi qərara aldılar. Lakin Kezimirin Böyük Novqorada olan iddialrı onu Moskva knyazı Vasili Tyomni ilə toqquşdurduğundan bu ittifaq baş tutmadı.

Böyük Ordada Səid Əhməddən sonra haakimiyyətə kiçik Məhəmədin oğlu Əhməd gəldi. Lakin Əhməd xanın siyasəti nəticəsiz qaldı. Ordanın rəqibi olan Moskva getdikcə güclənirdi. 1380-ci ildə



19

Əhməd xan öz ordusu ilə Uqra sahilində idi. Çayın digər sahilində III İvanın ordusu dayanmışdı. Lakin tərəflər arasında döyüş baş vermədi. III İvan daha əlverişli şəraitin yaranmasını, Əhməd xan isə IV Kezimirdən kömək gözləyirdi. Lakin köməyin gəlmədiyini görən Əhməd xan 1380-ci ilin oktyabrın sonunda geri çəkildi. Həmin hadisə ilə də rus torpaqlarının ordadan asılı vəziyyətinə son qoyuldu.

Qızıl Orda xanlığı ərazicə böyük olsa da siyasi cəhətdən vahid bir dövlət deyildi. Ölkədə müxtəlif etnik qruplar, xalqlar yaşayırdılar. Onların iqtisadi və mədəni səviyyələri də bir – birlərindən xeyli fərqlənirdi. Bu fərqlər getdikcə dərinləşir, ayrı-ayrı xalqların siyasi cəhətdən ayrılmaq meylinin daha da güclənməsinə səbəb olurdu.

Qədim əkinçilik mədəniyyətinə malik olan, oturaq həyat sürən, ticarət və sənətkarlıqla məşğul olan bölgələrdə feodal münasibətləri daha sürətlə inkişaf edirdi. Belə ki, Xarəzmdə, Krım yarımadasında, Volqaboyu xalqları Qızıl Ordadan ayrılmaq meyli getdikcə güclənirdi. Ayrı-ayrı köçəri tayfalar da müstəqil hərəkət edirdilər.XIV əsrin sonunda Qızıl Ordanın dağılması prosesi daha aydın hiss olunurdu. 1395-ci ildə Trek çayı ətrafında Toxtamışın silahlı dəstələrinin Əmir Teymurun qoşunları tərəfindən darmadağın edilməsi Qızıl Orda dövlətini ağır bir vəziyyətə saldı. Hakimiyyət başına Qutluq xan keçdi. Toxtamış Litvaya qaçdı. O, hakimiyyəti yenidən ələ almaq üçün Litva knyazı Vitoldan kömək aldı. Lakin Toxtamış Qutluq xanla apardığı döyüşdə yenidən ağır məğlubiyyətə məruz qaldı. Qutluq xan 1401-ci ildə öldü. Onun yerinə Şadı bəy keçdi. Lakin daxili çəkişmə zamanı Şadı bəy taxtdan əl çəkməyə məcbur oldu. Hakimiyyət başına Pulat bəy



20

keçdi. Bu dövrdə Litva knyazlığı xeyli qüvvətləndi. Bununla Qızıl Orda üzərinə xarici təzyiqlər daha da gücləndi. Bu da ordanın daxilində də feodal çəkişmələrinin genişlənməsinə səbəb oldu. Uzun sürən feodal çəkişmələri, ara verməyən müharibələr Qızıl Orda xanlığının parçalanmasına səbəb oldu. 1437-ci ildə Uluğ Məhəmmədin hakimiyyətliyi dövründə Qızıl Orda xaanlığı iki hissəyə parçalandı. Qızıl Ordanın süqutunun səbəbləri aşağıdakılardır:



  • Qızıl Ordanın yaranması dövründə tətbiq edilən tətbiq edilən idarəetmə öz dövrünü çoxdan başa vurmuşdu. Bu forma ordanın tərkibində olan oturaq rayonların inkişafı üçün əlverişli deyildi. Monqol xanlarının idarəetmə forması Qızıl Ordanın əsas əhalisinin təşkil edən türk xalqları üçün artıq keçilmiş mərhələ idi. Köçəri heyvandarların şəhərlərdə və şəhər əhalisinin qəsəbələrdə yaşamağa keçidi xəzərlərdə XVIII əsrdə, bulqarlarda isə bundan bir az sonra baş vermişdi.

  • XIV əsrin I yarısında Özbəyin şamançılarla mübarizəsi, onun əmirlər arasında islamı yayması köçəri feodalların mövqeyini qəti zəiflədə bilmədi. Ölkənin uluslarının daxili işlərinə Özbəyin müdaxilə etməsi ilə Xarəzm, Volqaboyu, Şimali Qafqaz və Krımda oturaq rayonlar intensiv inkişaf edir, şəhər quruculuğu çiçəklənirdi. Yeni sarayda möhtəşəm binaların olmasına baxmayaraq Özbək öz qərargahı ilə Volqa ilə Dnepr arasında köç edirdi, müxtəlif ölkələrin cəfirləri və səyaahətçiləri gəlirdi. Qərargahı sultanın şəxsi qvardiyası əhatə edirdi ki, xanın qüvvəsi və təhlükəsizliyi də bunda idi.

21

  • Canıbəyin ölümündən sonra oturaq feodalların nüfuzu artırdı və idarə forması kimi Orda tədricən əhəmiyyətini itirirdi. Lakin saray xanları hakimiyət məsələsinə fəal müdaxilə edən köçəri əmirlərin qarşısında gücsüz idilər. Nəticədə saray çevrilişləri başlanır, bu isə Ordanın tənəzzülünü sürətləndirirdi.

  • Hakimiyət uğrunda ara müharibələri son nəticədə Toxtamışın simasında köçəri feodalların rolunun güclənməsinə gətirib çıxarır. Toxtamışın avantürist siyasəti nəticəsində Qızıl Orda Teymur tərəfindən ölümcül zərbə alır.

Volqaboyu şəhərlərin dağıdılması, əhaliyə divan tutuulması köçəri elementlərin və köçəri həyat tərzinin daha da güclənməsinə şərait yaratdı. Yedigeyin dövründə Orda müəyyən qədər bərpa edilsə də, bu Ordanın dirçəldilməsi demək deyildi. Bu yalnız dünya sivilizasiyasının inkişafında perspektivə malik olmayan idarəetmənin köçəri formasının qismən restavrasiyası idi.

Kənd təsərrüfatı rayonlarının boşalması, şəhərlərin və şəhər mədəniyyətinin məhv edilməsi XV əsrin əvvəlində Ordanın sosial, iqtisadi-siyasi inkişafına mənfi təsir göstərdi. Kənd təsərrüfatının və şəhər mərkəzlərinin bərpa edilməsinin və son nəticədə iqtisadiyatın dirçəldilməsinin başlıcaa əngəli Ordanın hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilməsi idi. Bu mübarizə Yedigeyin hakimiyyətinin sonunda daha kəskin xarakter aldı, nəticədə Orda ərazisində çoxsaylı xanlıqlar və köçəri ordalar yarandı. Xanın “Böyük Orda” adlanan qərargahı XV əsrin sonuna kimi yaşasa da, əslində real hakimiyyətə malik deyildi. Böyük Orda 1502-ci ildə Krım xanı



22

Mənqu Gəray tərəfindən darmadağın edildi, Əhməd xan öldürüldü. Belə ki, ölkənin şimal hissəsində Kazan xanlığı, 1441-ci ildə isə hacı Gəray xanın başçılığı altında müstəqil Krım xanlığı yarandı. XV əsrin əllinci illərində Volqa çayının Xəzərə töküldüyü yerdə Həştərxan xanlığı təşkil olundu. Eyni zamanda Noqay ordasıda yarandı. Beləliklə, Qızıl Orda xanlığının ərazisində Krım, Kazan, Həştərxan, Özbək, bir qədər sonra Qasım xanlığı və Noqay Ordası yarandı.



23
Nəticə

Monqol işğalları Xarəzmə və ümumiyyətlə, Mərkəzi Asiyanın bir sıra əyalətlərinə elə zərbə vurmuşdu ki, təsərrüfatın dirçəlməsi və işğaldan əvvəlki vəziyyətə çatması üçün hələ çox vaxt lazım idi.

XV əsrin 20-ci illərindən başlayaraq Qızıl Orda parçalandı. Onun ərazisində müstəqil Sibir, Kazan, Krım, Qazax, Özbək, Həştərxan xanlıqları və Noqay Ordası yarandı. 1480-ci ildə rus knyazlıqları da Qızıl Ordanın əsarətindən çıxdılar.

Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 200 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövləti olmuşdur.




24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə