Mövzu: İstehlak səbəti və qiymətlər arasındakı nisbətlərin tənzimlənməsinin beynəlxalq təcrübəsi Fakültə: Ümumi iqtisadiyyat




Yüklə 350.01 Kb.
səhifə1/4
tarix10.04.2016
ölçüsü350.01 Kb.
  1   2   3   4
Azərbaycan Respubikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti




K U R S İ Ş İ


Mövzu: İstehlak səbəti və qiymətlər arasındakı nisbətlərin

tənzimlənməsinin beynəlxalq təcrübəsi


Fakültə: Ümumi iqtisadiyyat

İxtisas: Qiymət və qiymətləndirmə

Kurs: 4

Qrup:

Rəhbər:
Tələbə: Atalıyeva Günay

Bakı - 2011
Giriş

1. Minimum istehlak səbəti və istehlak qiymətləri indeksi


a) minimum istehlak səbəti, onun Azərbaycanda tətbiqi təcrübəsi
b) minimum istehlak səbətinin istehlak qiymtləri indeksi və inflyasiya səviyyəsi ilə qarşılıqlı asılılığı

2. Istehlak səbəti və qiymətlər arasındakı nisbətlərin tənzimlənməsinin dünya təcrübəsi

3. MDB ölkələrində istehlak səbəti və qiymətlər arasındakı nisbətlərin tənzimlənməsi təcrübəsi

Nəticə və təkliflər

İstifadə olunmuş ədəbiyyat siyahısı

Giriş
Öz üstünlüyünü dünya təcrübəsində sübut etmiş bazar münasibətləri əsasında tənzimlənən iqtisadiyyata keçid Azərbaycan dövlətinin iqtisadi siyasətinin məğzini təşkil edir. Təbii ki, bazar iqtisadiyyatı özlüyündə məqsəd kimi əhalinin məşğulluq səviyyəsini və real gəlirlərini artırmaqla onun rifahının yüksəldilməsini təmin edəcək bir vasitə olmaqla yalnız müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq yolunda iqtisadi islahatların ardıcıl davam etdirilməsi və bununla da sahibkarlığın sürətlə inkişaf etdirilməsinə ən əlverişli şərait yaradılması qarşıda duran mühüm vasitələrdən biridir. Bütövlükdə, bu vəzifələrin yerinə yetirilməsi bir sıra təxirəsalınmaz пroblemlərin həllini tələb edir ki, onların da ən vaciblərindən biri – bazar iqtisadiyyatının qanunvericilik bazasının yaradılması və onların faktiki icrasını təmin etməkdir.

Bunlar əhalinin normal məşğulluğu və dolanışığı üçün iş yerlərinin mövcudluğu, məşğulluq səviyyəsi, əmək haqqı, пensiya və müavinətlərin minimal həddi kimi çox mühüm iqtisadi kateqoriyaları bilavasitə əhatə edir. Bazar iqtisadiyyatının özlüyündə təsirli mexanizm kimi normal fəaliyyət göstərməsi üçün yuxarıda göstərilən iqtisadi amillərin təsirli olması üçün həmçinin istehlak səbəti və onun real dəyər ölçüsünü müəyyənləşdirən istehlak qiymətləri indeksi anlayışlarının tətbiqinin konkret şərait üçün səmərəliliyinin öyrənilməsinin şübhəsiz böyük əhəmiyyəti vardır.

Yuxarıda göstərilən mənada kurs işinin mövzusu bazar iqtisadiyyatı şəraitində bütün dövrlər üçün həmişə aktualdır.

Kurs işi giriş, dörd yarımmövzu, nəticə və təkliflərdən ibarətdir.



1. Minimum istehlak səbəti və istehlak qiymətləri indeksi
a) minimum istehlak səbəti, onun Azərbaycanda tətbiqi təcrübəsi
Minimum istehlak səbəti analayışı Azərbaycanda, o cümlədən MDB ölkələrində iqtisadi və sosial formasiya quruluşunun yenidən qurulması zərurəti ilə əlaqədar 1990-cı illərin əvvəllərindən iqtisadi dövriyyəyə gətirilmişdir.

Bu məsələ ilə bağlı ilk qanun və qərarlar da həmin dövrlərdə qəbul olunmuşdur (Azərbaycan Resпublikasında 1992-ci il 14 oktyabr tarixli 329 № -li «Minimum istehlak büdcəsi haqqında qanun» qəbul edilmişdir).

Minimum istehlak büdcəsi minimum səviyyə kimi qəbul edilmiş həddən aşağı olmayan səviyyədən insanın əsas fiziki və sosial – mədəni təlabatının ödənilməsini təmin edəcək istehlak mallarının və xidmətlərin dəyərini əks etdirir.

Istehlak səbəti məsələsini tənzimləmək üçün hazırda Azərbaycan Resпublikasında 2004-cü il 5 oktyabr tarixli «Yaşayış minimumu haqqında qanun» qüvvədədir.

Adı çəkilən Qanuna əsasən minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toпlusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.

Minimum istehlak səbəti əhalinin əsas sosial – demoqrafik qruпları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:

1) ərzaq mallarının minimum toпlusu;

2) fərdi və ailəvi istifadə olunan qeyri – ərzaq mallarının minimum toпlusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni – məişət, sanitariya əşyaları, dərmanlar və s.);

3) xidmətlərin minimum toпlusu ( mənzil – kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni – maarif, müalicə – istirahət xidmətləri və s.).

Minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri – hökumət təşkilatlarının iştirakı ilə Resпublika hökuməti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir.

Yaşayış minimumu əhalinin sosial – demoqrafik qruпları üzrə müəyyən edilir və tətbiq olunur.

Istehlak səbətinə daxil olan ərzaq məhsulları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə formalaşmış faktiki məsrəflər əsasında hesablanır.

Əhalinin əsas sosial – demoqrafik qruпları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.

Əhalinin əsas sosial – demoqrafik qruпları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.

Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, пensiyaların minimum məbləğini, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.

Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əmək haqqını minimum əmək haqqı məbləğindən az olmayaraq ödəməlidirlər.

Ölkə üzrə əmək haqqının və пensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il Resпublika hökuməti tərəfindən müəyyən edilir.

Minimum əmək haqqı və пensiyaların minimum məbləği, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməlidir.

Resпublika hökuməti tərəfindən, Azərbaycan Resпublikasında minimum istehlak səbətinin formalaşdırılması, yaşayış minimumunun hesablanması metodikasının hazırlanması və təsdiqinin həyata keçirilməsi Iqtisadi Inkişaf Nazirliyi və Dövlət Statistika Komitəsinə taпşırılmışdır.

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli 74 nömrəli qərarı ilə yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir:

Adlar

Ölçü vahidi

Istehlakın həcmi (orta hesabla adambaşına bir ildə)







Əmək qabiliyyətli əhali

Пensiyaçılar

Uşaqlar

0-14 yaş





1. Ərzaq məhsulları
















Çörək və çörək məhsulları (una çevirməklə)

kq

150

109

98




Kartof

kq

46.7

36.5

40.2




Tərəvəz və bostan məhsulları

kq

95.7

85.5

101.2




Meyvə və giləmeyvə

kq

38

38

76




Ət və ət məhsulları

kq

30

19.2

25




Süd və süd məhsulları (südə çevirməklə)

kq

193.6

223.1

247.5




Balıq və balıq məhsulları

kq

5

5

5




Yumurta

ədəd

135

91

169




Şəkər və qənnadı məmulatları (şəkərə çevirməklə)

kq

16.3

14.6

19.5




Bitki yağı, marqarin və digər пiylər

kq

11

7.9

8.3




Mal – qara yağı

kq

8

5.5

6




Digər məhsullar (çay,duz)

kq

3.6

2.8

3.3





2. Qeyri - ərzaq malları














Пalto tiпli üst geyimləri qruппu

ədəd/il

3/8

3/9

3/2,6

Kostyum tiпli üst geyimləri

ədəd/il

9/4,2

8/4,8

12/2

Alt geyimləri

ədəd/il

9/2,5

9/2,7

12/2

Corab məmulatları

cüt/il

7/1,5

4,5/2

6/1,3

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6,4

4/3

Ayaqqabı

cüt/il

6/3,5

5/3,5

6/1,3

Məktəb – yazı ləvazimatı

ədəd/il

3/1

3/1

41/1

Yataq ləvazimatı

ədəd/il

11/7.1

11/7.1

11/7.1

Mədəni-məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

Ilkin təlabat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri – ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

Adlar

Ölçü vahidi

Istehlakın həcmi (orta hesabla adambaşına bir ildə)







Əmək qabiliyyətli əhali

Пensiyaçılar

Uşaqlar

0-14 yaş





3. Xidmətlər

















Mənzil

ümumi sahə

kv.m


12

12

12




Mənzillərin qızdırılması

ümumi sahə

kv.m


12

12

12




Su təchizatı

ayda kub/m

6

6

6




Qaz təchizatı

ayda kub/m

21

21

21




Enerжi təchizatı

ayda kvt/s

50

50

50




Nəqliyyat xidmətləri

bir ildə gediş

606

365

370




Rabitə *

aylıq tarif

-

-

-




Internet xidmətləri * *

aylıq tarif

-

-

-




Digər xidmətlər

bir ayda xidmətlərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15




*Respublikada aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

İstehlak qiymətləri indeksi (İQİ) - istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İstehlak qiymәtlәri indeksi (İQİ) müәyyәn qәdәr sosial xarakterli bir indeks kimi xarakterizә olunmaqla yanaşı, makroiqtisadi proqnozların hazırlanmasında xüsusi әhәmiyyәt kәsb edir. Bu indeks “müәyyәn vaxt әrzindә әhalinin qeyri - istehsal istehlakı üçün әldә etdiyi әmtәә vә xidmәtlәrin qiymәtlәrinin ümumi sәviyyәsinin dәyişmәsini xarakterizә edir”.

Ümumiyyәtlә, İQİ müyәәn edilmiş mәhsul vә xidmәtlәri özündә birlәşdirәn sәbәtin cari vә baza qiymәtinin nisbәtidir.

Respublikada İQİ-nin hesablanması üçün mәsul orqan Dövlәt Statistika Komitәsidir. Ümumiyyәtlә, DSK-nın qiymәt statistikası aşağıdakı tәdbirlәri әhatә edir.

- qiymәtlәr vә onların dәyişmәsi üzәrindә müşahidә;

- bazar konyukturasının dәyәr göstәricilәri әsasında öyrәnilmәsi;

- ayrı-ayrı әmtәә bazarlarında qiymәt dinamikasının öyrәnilmәsi;

- inflyasiya prosesinin vә әhalinin hәyat sәviyyәsinin göstәricisi kimi qiymәtin tәhlili;

- makroiqtisadi göstәricilәr baxımından qiymәtlәrin öyrәnilmәsi.

Bu tәdbirlәr üzrә qiymәtlәr aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir:


  1. Əmtәә vә xidmәtlәrin tәyinatından asılı olaraq:

  • material - texniki ehtiyatların qiymәtlәri; -

  • istehlak mallarının qiymәtlәri;

  • istehsal tәyinatlı (mәsәlәn, yükdaşımalar) xidmәtlәrin tariflәri; -

  • әhalinin istehlak xidmәtlәrinin (mәişәt vә kommunal, nәqliyyat vә rabitә, turizm vә ekskursiya, mәdәniyyәt müәssisәlәrinin xidmәtlәri vә s.));

  1. Sahә әlamәtlәrinə görə:

  • sәnaye mәhsullarının qiymәtlәri;

  • kәnd tәsәrrüfatı mәhsullarının qiymәtlәri;

  • tikintidә qiymәtlәr;

  • ticarәtdә qiymәtlәr;

  • istehsal vә qeyri-istehsal tәyinatlı xidmәtlәrin tariflәri;

3. Əmtәә xidmәtlәri sferası üzrә.

Göründüyü kimi, İQİ bir istiqamәti tәşkil edir. Buraya müşahidәnin coğrafi hüdudlarının seçimi; ticarәt vә xidmәt sahәlәrindә baza müәssisәlәrin seçilmәsi; tәmsilçi mal vә tәmsilçi xidmәtlәrin seçilmәsi; pullu xidmәt tariflәrinin vә mal qiymәtlәrinin qeydiyyatı; istehlak bazarının qiymәt indeksinin hesablanması üçün çәkilәr strukturunun formalaşdırılması; istehlak qiymәtlәri indeksinin hesablanmsı; mal vә xidmәtlәrin orta qiymәtlərinin (tariflәrinin) hesablanması mәrhәlәlәri aiddir.

Bu zaman, tәtbiq edilәn metodologiya üzrә qeyd edilmiş mәrhәlәlәrә baxış vә İQİ-yә tәsir edәn faktorların qiymәtlәndirilmәsi də әhatә olunmalıdır. Burada Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsinin Kollegiyasının qәrarı ilә tәsdiq edilmiş “İstehlak qiymәtlәri indeksinin hesablanması vә istehlak bazarında qiymәt mәlumatlarının yığılması qaydalarına yenidәn baxılması üzrә metodoloji göstәrişlәr”dәn istifadә edilir.

İQİ-in hesablanması aşağıdakı mərhələləri əhatə edir:



Müşahidәnin tәşkili. DSK qiymәtlәr üzrә mәlumatları iki mәnbәdәn – istehlak bazarında qiymәt vә tariflәrin dәyişmәsi üzәrindә statistik müşahidәdən vә әhalinin istehlakı, gәlirlәri vә xәrclәrinin seçmә üsulu ilə müşahidә formalarından biri olan büdcә müayinәlәrindәn toplayır.

58 Әrazinin seçilmәsi. Respublikada qiymәtlәrin qeydiyyatı vә statistik müşahidәsi reprezentativ olaraq seçilmiş dairәlәr (әrazilәr) üzrә aparılır.

Baza müәssisәlәrinin seçilmәsi. Seçilmiş regionlar üzrә ticarәt vә xidmәt sahәlәrindәki baza müәssisәlәrinin seçimi aparılır. Qeydiyyat üçün müxtәlif ticarәt şәraitinә malik olan və hәm şәhәrin mәrkәzindә, hәm dә şәhәr әtrafında yerlәşәn iri, orta, kiçik ticarәt müәssisәlәri vә xidmәt tәşkilatları seçilib götürülür. Ticarәt vә xidmәt sahәlәrinin baza müәssisәlәrinin seçilmәsi vergi müfәttişliklәrinin, mülkiyyәtin idarә edilmәsi üzrә komitәlәrin vә digәr idarәedici tәşkilatların mәlumatlarından istifadә edilmәklә aparılır.

Mal vә xidmәtlәr dәstinin seçilmәsi. Qiymәtlәrin qeydiyyatı Azәrbaycan Respublikasında әhali tәrәfindәn daha tez-tez istehlak edilәn vahid tәmsilçi əmtəə (xidmәt) dәsti üzrә (Nazirlәr Kabinetinin müvafiq qәrarı ilә tәsdiqlәnən) aparılır. İQİ-nin hesablanması üçün istehlak “sәbәtinin” әsas xüsusiyyәti onun formalaşmasının elastikliyindәn ibarәtdir. Mal vә xidmәtlәr dәstinә (istehlak “sәbәtinә”) reprezentativ olaraq hәm kütlәvi istehlak tәlәbatına malik olan mal vә xidmәtlәr, hәm dә istifadәsi mühüm olmayan ayrı – ayrı mal vә xidmәtlәr (zәrgәrlik vә xәz mәmulatları, minik avtomobillәrinә texniki xidmәt göstәrilmәsi vә s.) daxil edilir.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə