MÖvzu iQTİsadi TƏHLİLİn məzmunu, prеdmеti VƏ VƏZİFƏLƏRİ plan: İqtisadi təhlilin mahiyyəti; İqtisadi təhlilin prеdmеti




Yüklə 3.16 Mb.
səhifə6/21
tarix14.04.2016
ölçüsü3.16 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Cədvəl 1.


Icmal balans (manat)

Göstəricilər

01.01.2007

01.07.2007

01.01.2008

1

2

3

4

Aktiv

I. Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər





















1.1.Əsas vəsaitlər

4772598

4956400

5199308

1.2.Qeyri maddi aktivlər

62304

59075

55745

1.3.Başa çatdırılmayan kapital qoyuluşları

-

-

-

1.4.Uzun müddətli maliyyə qoyuluşları

-

-

-

1.5.Sair dövriyyədən kənar aktivlər

-

-

-

I bölmə üzrə cəmi:

4834902

5015475

5255053

II.Ehtiyatlar və məsrəflər










2.1.Istehsal ehtiyatları

414902

371602

248924

2.2.Bitməmiş istehsal

99304

307255

596077

2.3.Həzır məhsul

276468

281600

307039

2.4.Sair dövriyyədən kənar aktivlər

116383

107825

100903

II bölmə üzrə cəmi:

906057

1068282

1252943

III.Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər










3.1.Yüklənmiş mallar

478008

418350

340364

3.2.Debitor borcları

4716232

3806550

2609967

3.3.Pul vəsaitləri

390

2025

4061

3.4.Sair dövriyyə aktivləri

-

-

-

III bölmə üzrə cəmi:

5194630

4226925

2954392

Zərərlər:

4108

-

-

Balans

10939697

10310682

9462388

Passiv

IV.Xüsusi vəsaitlərin mənbələri












4.1.Nizamnamə kapitalı

1009

1009

1009

4.2.Əlavə kapital

6051484

6051484

6051484

4.3.Ehtiyat kapitalı,fondlar məqsədli maliyyələşmələr və daxilolmalar

403442

591384

566518

IV bölmə üzrə cəmi:

6455935

6643877

6619011

V.Hesablaşmalar və sair passivlər










5.1.Borc vəsaitləri

-

-

-

5.2.Kreditor borcları

4483762

3656805

2843377

5.3.Sair qısa müddətli passivlər

-

-

-

V bölmə üzrə cəmi:

4483762

3656805

2843377

Balans

10939697

10310682

9462388

1 saylı cədvəldən verilmiş balansın materiallarından göründiyi kimi müəssisə ilin əvvəlində maliyyə çətinliyi çəkmişdir. Lakin ilin sonuna müəssisənin maliyyə vəziyyəti yaxşlaşsa da, onun sərəncamında olan maliyyə resurslarının dəyəri 1477309 manat və ya 13,5% azalmışdır.

Sonra təhlil olunan dövrə balansın valyutasının dəyişməsi qiymətləndirilir. Bu zaman hesabat dövrünün sonuna və əvvəlinə balansın valyutasının yekunlarının müqayisə edilməsi ilə kifayətlənmək və mütləq ifadədə artım və ya azalmanı müəyyən etmək olar. Balansın valyutasının artması, bir qayda olaraq, müəssiənin istehsal imkanlarının artmasını göstərir və müsbət qiymətləndirilir. Lakin bu zaman inflyasiya amili nəzərə alınmalıdır. Balansın valyutasının azalması mənfi hal kimi qiymətləndirilir, çünki bu, müəssisənin təsərrüfat fəaliyyətinin azalmasını (ola bilər ki, məhsula tələbat azalır, istehsal üçün xammal, materiallar, yarımfabrikatlar yoxdur) onun əmlakının azalmasını xarakterizə edir.

Balans məbləğinin dəyişməsi ilə yanaşı onun ayrı-ayrı maddələrinin dəyişməsinin xarakteri təhlil edilməlidir, daha doğrusu üfüqi (zaman) və şaquli (struktur) təhlil aparılmalıdır.

Üfüqi təhlil bir və ya bir necə analitik cədvəlin tərtib edilməsi ilə xarakterizə olunur ki, həmin cədvəllərdə mütləq balans göstəriciləri nisbi (artım və ya azalma tempi) göstəricilərlə tamamlanır. Adətən bir neçə dövr üçün artımın bazis templəri (rüblər üzrə) nəzərdən keçirilir. Üfüqi təhlil variantlarından biri 2 saylı cədvəldə verilmişdir.

Üfüqi təhlilin əhəmiyyəti inflyasiya şəraitində azalsa da onun nəticələrindən təsərrüfatlararası müqayisə zamanı istifadə oluna bilər. Qeyd etdiyimiz kimi üfüqi təhlilin məqsədi müəyyən dövr üçün müxtəlif balans maddələrinin həcminin mütləq və nisbi dəyişiklikləri müəyyən etmək, həmin dəyişiklikləri qiymətləndirməkdir.

Cədvəl 2

Balansın üfiqi təhlili

Göstərici

01.01.2007

01.07.2007

01.01.2008

manat

%

manat

%

manat

%

1

2

3

4

5

6

7

Aktiv

I. Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər





















1.1.Əsas vəsaitlər

4772598

100

4956400

103,8

5199308

108,9

1.2.Qeyri material aktivlər

62304

100

59075

94,8

55745

89,5

1.3.Başa çatdırılmayan kapital qoyuluşları

-

-

-

-

-

-

1.4.Sair dövriyyədən kənar aktivlər

-

-

-

-

-

-

I bölmə üzrə cəmi:

4834902

100

5015475

103,7

5255053

108,7

II.Ehtiyatlar və məsrəflər



















2.1.Istehsal ehtiyatları

414902

100

371602

89,5

248924

60,0

2.2.Bitməmiş istehsal

99304

100

307255

309,4

596077

600,2

2.3.Hazır məhsul

276468

100

281600

101,8







2.4.Sair dövriyyədən kənar aktivlər

115383

100

1068282

117?9

1252943

138,3

II bölmə üzrə cəmi:



















III.Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər



















3.1.Yüklənmiş mallar

478008

100

418350

87,5

340364

71,2

3.2.Debitor borcları

4716232

100

3806550

80,7

2609967

55,3

3.3.Pul vəsaitləri

390

100

2025

519,2

4061

1041,3

3.4.Sair dövriyyə aktivləri

-

-

-

-

-

-

III bölmə üzrə cəmi:

5194630

100

4226925

81,4

2954392

56,8

Zərərlər:

4108

100

-

-

-

-

Balans

10939697

100

10310682

94,2

9462388

86,5

Passiv

IV.Xüsusi vəsaitlərin mənbələri





















4.1.Nizamnamə kapitalı

1009

100

1009

100

1009

100

4.2.Əlavə kapital

6051484

100

6051484

100

6051484

100

4.3.Ehtiyat kapitalı,fondlar məqsədli maliyyələşmələr və daxilolmalar

403442

100

591384

146,6

566518

1404

IV bölmə üzrə cəmi:

6455935

100

6643877

102,9

6619011

102,5

V.Hesablaşmalar və sair passivlər



















5.1.Borc vəsaitləri

-

-

-

-

-

-

5.2.Kreditor borcları

4483762

100

3656805

81,5

2843377

63,4

5.3.Sair qısa müddətli passivlər

-

-

-

-

-

-

V bölmə üzrə cəmi:

4483762

100

3656805

81,5

2843377

63,4

Balans

10939697

100

10310682

94,2

9462388

86,5

Təsərrüfat fəaliyyəti nəzərdən keçirilən müəssisədə balansın valyutası 13,5% azalaraq 9462398 manat təşkil etmişdir, qeyri dövriyyə aktivləri 8,7% və ya 420151 manat, dövriyyə aktivləri ehtiyat və məsrəflər bölməsi üzrə 38,3% və ya 346886 manat artmış, pul vəsaitləri və hesablaşmalar 43,2% azalmışdır. Hesabat dövrü ərzində debitor borclarının 44,7% və ya 2106265 manat azalması, pul vəsaitlərinin 10 dəfədən çox artması kreditor borclarının 36,6% azalması müsbət hal kimi qiymətləndirilməlidir.

Inkişaf meylinin təhlili (trend təhlili) üfiqi təhlilin variantı olmaqla burada hesabatın hər bir mövqeyi bir sıra əvvəlki dövrlərə nisbətən müqayisə edilir və trend müəyyən olunur, daha doğrusu, təsadüfi təsirlərdən və dövrlərin fərdi xüsusiyyətlərindən təmizlənmiş göstəricilərin dinamikasının əsas meyli müəyyən edilir. Belə təhlil perspektiv üçün orientir edilir, lakin nəzərdən keçirilən müəəsisənin timsalında onun həyata keçirilməsi üçün informasiya kifayət deyildir.

Müəsisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün balansın aktiv və passivinin şaquli (struktur) təhlili mühüm əhəmiyyət kəsb edir. Qeyd edildiyi kimi, şaquli təhlilin məqsədi balansın yekununda ayrı-ayrı maddələrin xüsusi çəkisinin müəyyən edilməsi və onun dəyişməsinin qiymətləndirilməsi ilə xarakterizə olunur. Şaquli təhlilin köməkliyi ilə təsərrüfatlararası müqayisə aparılır. Bundan başqa, nisbi göstəricilər inflyasiya proseslərinin neqativ təsirini yumşaldır. 3 saylı cədvəldə müəssisənin balansı yığcam maddələr nomenklaturasına müvafiq tərtib edilmişdir.

Balansın passivinin quruluşunu təhlil edərkən müəssisənin maliyyə sabitliyinin müsbət faktı kimi kapital və ehtiyatların yüksək xüsusi çəkisini göstərmək lazımdır, daha doğrusu müəssisənin xüsusi mənbələrinin xüsusi çəkisi 55,31%-dən artaraq 69,95% təşkil etmişdir. Müəssisənin öhdəlikləri isə 40,99%-dən 30,05%-ə enmişdir. Bu da müsbət hal kimi dəyərləndiilməlidir.

Üfiqi və şaquli təhlil bir-birini tamamlayır və onların əsasında müqayisəli analitik balans tərtib edilir.

Cədvəl 3

Balansın şaquli təhlili


Göstəricilər

01.01.2007

01.07.2007

01.01.2008

1

2

3

4

Aktiv

I. Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər





















1.1.Əsas vəsaitlər

43,62

48,07

54,95

1.2.Qeyri material aktivlər

0,57

0,57

0,59

1.3.Başa çatdırılmayan kapital qoyuluşları

-

-

-

I bölmə üzrə cəmi:

44,17

48,64

55,54

II.Ehtiyatlar və məsrəflər

-

-

-

2.1.Istehsal ehtiyatları

3,79

3,61

2,63

2.2.Bitməmiş istehsal

0,91

2,98

6,30

2.3.Hazır məhsul

2,53

2,73

3,24

2.4.Sair dövriyyədən kənar aktivlər

1,05

1,04

1,07

II bölmə üzrə cəmi:

8,28

10,36

13,24

III.Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər










3.1.Yüklənmiş mallar

4,37

4,06

3,60

3.2.Debitor borcları

43,11

36,92

27,58

3.3.Pul vəsaitləri

-

0,02

0,04

III bölmə üzrə cəmi:

47,48

41,00

31,22

Balans

100

100

100

Passiv

IV.Xüsusi vəsaitlərin mənbələri












4.1.Nizamnamə kapitalı

0,01

0,01

0,01

4.2.Əlavə kapital

55,31

58,69

63,95

Cədvəl № 3 ardı.

4.3.Ehtiyat kapitalı,fondlar məqsədli maliyyələşmələr və daxilolmalar

3,69

4,73

5,99

IV bölmə üzrə cəmi:

59,01

64,43

69,95

V.Hesablaşmalar və sair passivlər

-

-

-

5.1.Borc vəsaitləri

-

-

-

5.2.Kreditor borcları

40,99

35,47

35,47

V bölmə üzrə cəmi:

40,99

35,47

35,47

Balans

100

100

100

Müqayisəli balansın bütün göstəricilərini üç qrupa bölmək olar:



  • balansın struktur göstəriciləri;

  • balansın dinamikası göstəriciləri;

  • balansın struktur dinamikası göstəriciləri.

Maliyyə vəziyyətinin dəyişməsinin ümumi mənzərəsini yaratmaq üçün balansın struktur dinamikası göstəriciləri mühüm əhəmiyyət kəsb edir. Balansın aktiv və passivində dəyişikliyin strukturunu müqayisə etməklə yeni vəsait axınının əsasən hansı mənbələrdən daxil olması və həmin yeni vəsaitlərin əsasən hansı aktivlərə yönəldilməsi haqda fikir söyləmək olar.

Əgər artım əsasən borc mənbələri hesabına baş vermişdirsə, sonrakı dövrlərdə həmin mənbələr ən azı əvvəlki həcmdə olmaya bilər. Bu halda əmlakın mobilliyinin (çevikliyinin) yüksəlməsi qeyri-stabil xarakter daşıyır. Əgər artımın əsas mənbəyi müəssisənin xüsusi vəsaitidirsə, deməli, əmlakın yüksək çevikliyi təsadüfi deyildir və müəssisənin daimi maliyyə göstəricisi kimi nəzərdən keçirilməlidir.


3. Mühasibat balansiniın likvidliyinin təhlili.

Bazar iqtisadiyyatı şəraitində balansın likvidliyinin təhlilinə tələ­bat maliyyə məhdudiyyəti və müəssisənin kredit qabiliyyətinin qiymətləndirilməsi zərurəti ilə bağlıdır. Balansın likvidliyi müəssisənin öhdəlik­lə­rini öz aktivləri ilə örtmə dərəcəsi ilə xarakterizə olunur. Bu zaman hə­min aktivlərin pula çevrilmə müddəti öhdəliklərin ödənmə müddətinə müva­iqdir. Aktivlərin likvidliyi-aktivlərin pul vəsaitinə çevrilmə müddəti çevrilmə müddəti üzrə balansın likvidliyinin tərsinə olan kəmiyyətdir. Aktivlərin pula çevrilməsinə nə qədər az müddət tələb olunarsa, onun likvid­liyi bir o qədər yüksək olacaqdır. Balansın likvidliyinin təhlili likvid­lik dərəcəsinə görə qruplaşdırılmış aktiv üzrə vəsaitlərin ödənmə müd­də­tinə və müddətlərin artımına görə qruplaşdırılmış passiv üzrə öhdə­liklərlə müqayisəsinə əsaslanır.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, balansın likvidliyi səhmarlar, banklar, malgöndərənlər tərəfindən müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsində mühüm meyar hesab olunur. Balansın likvidliyinin təhlili və ona nəzarət yalnız hesablaşmaların cari vəziyyəti ilə deyil, eləcə də onun gələcək perspektivi ilə xarakterizə olunur.

Likvidlik dərəcəsindən asılı olaraq, daha doğrusu pul vəsaitinə çev­ril­mə sürətinə görə müəssisənin vəsaitləri aşağıdakı qruplara bölünür:

1) daha yüksək likvid aktivlər-müəssisənin pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşu (qiymətli kağızlar);

2) tez realizə olunan aktivlər hazır məhsul, yüklənmiş mallar və debitor borcları;

3) yavaş realizə olunan aktivlər-balansın aktivinin P, “Ehtiyatlar və xərclər” bölməsinin maddələri (“gələcək dövrün xərcləri” maddəsi istisna olmaqla), eləcə də aktivin I bölməsini “Uzunmüddətli maliyyə qoyuluşu (digər müəssisələrin nizamnamə fonduna yönəldilmiş məbləğdə azaldılmış) və tə’sisçilərlə hesablaşmalar”.

4) Çətin realizə olunan aktivlər-balansın aktivinin I bölməsinin mad­dələri (əvvəlki qrupa daxil edilən maddələr çıxılmaqla).

Balansın passivi ödəmələrin müddətinə görə qruplaş­dırılır:

1) Daha təcili öhdəliklər-kreditor borcları (balansın passivinin II bölməsinin maddələri), dividentlər üzrə hesablaşmalar, eləcə də vaxtında ödənilməmiş ssuda;

2) qısamüddətli passivlər-qısamüddətli kredit və borc vəsaitləri;

3) uzunmüddətli passivlər-uzunmüddətli kredit və borc vəsaitləri;

4) daimi passivlər-balansın passivinin I “Xüsusi vəsaitlərin mənbə­lə­ri” bölməsinin maddələri.

Üç qeyri bərabərliyin yerinə yetirilməsi dördüncü bərabərsizliyi də həll etməyi tələb edir. Buna görə də balansın aktiv və passivin ilk üç qrupu­nun yekunu­nu müqayisə etmək məqsədəuyğun hesab edilir. Dördüncü bərabərsizlik “ba­lans­laşdırma” xarakterini daşıyır, eyni zamanda dərin iqtisadi məz­mu­na malik­dir: Onun yerinə yetirilməsi maliyyə sabitliyinin minimum şər­tinin gözlə­nilməsini (müəssi­sədə xüsusi vəsaitin mövcudluğu) əks etdirir.

Əgər bir və ya bir neşə bərabərsizlik optimal varianta zidd olarsa ba­lansın likvidliyi onun mütləq likvidliyindən az və ya çox fərqlənəcəkdir. Bu zaman bir qrup aktiv üzrə vəsait çatışmamazlığı digər qrup aktivdə və­sait artıqlığı ilə kompensasiya olacaqdır. Balansın likvidliyinin təhlili aşağıdakı formada tərtib edilmiş cədvəl əsasında aparılır.

Cədvəl 4


Balansın likvidliyinin təülili (man.)

Aktiv

Dövrün

əv­vəlinə


Dövrün sonuna


Passiv

Dövrün əv­vəlinə

Dövrün sonuna



Ödəmə artıqlığı və ya catışmamazlığı



















Dövrün əvvəli­nə

Dövrün sonuna

1. Daha lik­vid ak­tiv­lər

390

4061


1. təcili öüdə­lik­lər

4483762

2843377

-

-


2. Sür’ətlə rea­li­zə edi­lən ak­tiv­lər

4716232

2609967


2. Qısamüddətli öüdəliklər

-

-

-

-


3. Zəif realizə edi­lən aktivlər

629589

945904


3. Uzunmüddətli öüdəliklər

-

-

-

-


4. Çətin realizə edi­­lən aktivlər

4834902

5255053

4. Daimi passiv­lər


6455935

6619011

-2401

-23768


Balans

10939697

9462388

Balans

10939697

9462388

--û

û

Daha likvid vəsaitlərin və sür’ətli realizə edilən aktiv­lərin təcili öhdəliklər və qısamüddətli öhdəliklərlə müqayisəsi cari ödəmə qabiliyyəti­ni müəyyən etməyə imkan verir. Zəif realizə edilən aktivlərin uzunmüddətli və orta təcili passivlərlə müqayisəsi perspektiv ödəmə qabiliyyətini xarak­terizə edir. Cari likvidlik müəssisənin yaxın və ya nəzərdən keçirilən müd­dətə ödəmə qabiliyyətli olub-olmamasını sübut edir. Perspektiv likvidlik isə gələcək daxil olmalar və ödəmələrin müqayisəsi vasitəsi ilə müəssisə­nin ödəmə qabiliyyətinin proqnozunu əks etdirir.

Balansın likvidliyinin yuxarıda göstərilən sxem üzrə təhlili tam də­qiq deyildir. Bu, mühasibat hesabatı əsasında xarici təhlili aparan analitik üçün informasiyanın məh­duduluğu ilə şərtlənir. təhlilin nəticələrini dəqiqləşdirmək üçün şərh edilən metodikanın göstəricilərinə düzəliş edilməsinə imkan verən xüsusi metodlardan istifadə tələb olunur.

Müəssisənin ödəmə qabiliyyətinin iqtisadi təhlili prosesində balan­sın aktivinin və passivinin I bölməsinin yekunlarının müqayisəsi cari ödə­mə və daxilolmaların nisbətini əks etdirir. Aktiv və passivin II bölməsi­nin yekununun müqayisəsi yaxın gələcəkdə cari ödəmə qabiliyyətinin artım və ya azalma meylini xarakterizə edir.

Likvidlik əmsallarını hesablamaqla yanaşı likvidlik dərəcəsinə gö­rə müəssisənin aktivlərinin strukturunu təhlil etmək məqsədəuyğundur (bax cədvəl 5).

Balansın likvidliyinin yuxarıda əks etdirilən metodi­kası müəssisənin qısamüddətli öhdəliklərini ödəmək imka­nı haqqında tam


Cədvəl 5.

Likvidlik dərəcəsinə görə aktivlərin strukturu (man.)




Aktiv maddələrin adı

Ilin əvvəlinə

Ilin sonuna

I Likvidlik dərəcəsinə malik aktiv­lər







a) kassa

54

675

b) hesablaşma hesabı

336

3386

v) Valyuta üesabı

-

-

q) Digər pul vəsaitləri

-

-

d) Qısamüddətli maliyyə qoyuluşu

-

-

Yekunu

390

4061

II Likvidlik dərəcəsinə malik aktivlər







a) Debitorlarla üesablaşmalar:







-mallara, iş və ûidmətlərə görə

4589510

2596255

-alınmış veksellər üzrə

-

-

-törəmə müəssisələrlə

-

-

-büdcə ilə

-

-

-digər əməliyyatlar üzrə üeyətlə

-

-

-digər debitorlarla

126722

13712

b) mal göndərənlərə və podratcılara verilmiş avans

-

-

Yekunu

4716232

2609967

III Likvidlik dərəcəsinə malik aktivlər:







a) istehsalat eütiyatları

414902

248924

b) azqiymətli tezûarab olan əşyalar

115383

100903

v) bitməmiş isteüsalat

99304

596077

d) hazır məhsul

-

-

è) yüklənmiş mallar

276468

307039

z) digər dövriyyə aktivləri

478008

340364

Yekunu

1384065

1593307

IV Likvidlik dərəcəsinə malik aktivlər:







a) əsas vəsait

4772598

5199308

b) qeyrimaterial aktivlər

62304

55745

v) quraşdırılası avadanlıqlar

-

-

q) başa catdırılmayan kapital qoyuluşu

-

-

d) uzun müddətli maliyyə qoyuluşları

-

-

è) təsiscilərlə üesablaşmalar

-

-

z) sair dövriyyzdznkznar aktivlər

-

-

Yekunu

4834902

5255053

Cəmi

10935589

9462388

təsəvvür yaratmır. Ona görə də müəssisənin ödəmə qabiliyyəti qısamüddətli öhdəliklərin tamamlanması kimi likvid vəsaitlər dəsti ilə fərqlənən üç nisbi likvidlik göstəricisi vasitəsi ilə qiymətləndirilir.

Cədvəlin məlumatlarından göründüyü kimi, müəssisənin aktivlərinin yekununda IV likvidlik dərəcəsinə malik olan aktivlərin xüsusi çəkisi daha yüksək – 55,5% (5255054:9462388100), III likvidlik dərəcəsinə malik olan aktiv­lər 16,8% (1593307:9462388100), II likvidlik dərəcəsinə malik aktivlər üzrə 27,5% (2609967:9462388100) təşkil etmişdir.
4. Müəssisənin ödəmə qabiliyyətinin təhlili

Maliyyə vəziyyəti, ilk növbədə, müəssisənin ödəmə qabiliyyətində, təsər­rüfat müqavilələrinə müvafiq texnika və materiallara görə mal göndərən­lə­rin ödəmə tələblərinin vaxtında tə’min edilməsində kreditlərin qaytarıl­masında, fəhlə və qulluqçulara əmək haqqının ödənilməsində, büdcəyə vax­tın­da ödəmələrin kökürülməsi qabiliyyətində öz əksini tapır. Ödəmələrin vaxtında və tam aparılması təsərrüfat subyektinin ödəmə qabiliyyətinin xa­rici görünüş forması­dır. Maliyyə sabitliyi isə həmin halın daxili tərə­fini əks etdirir.

Müəssisənin ödəmə qabiliyyətinin (likvidliyinin) əmsal­ları (göstəriciləri) müəssisənin özünün asan realizə edi­lən vəsaitləri hesabına qısa müddətli öhdəlikləri ödəmək qabiliyyətini əks etdirir. Həmin göstəricilə­ri hesabla­yarkən qısa müddətli öhdəliklər əsas götürülür.

Müəssisənin ödəmə qabiliyyətini əks etdirən əsas göstəricilər aşağı­dakılardır:

1. Mütləq likvidlik əmsalı (Əml):




Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu




Əml=




(1)




Qısamüddətli öhdəliklər




Bu göstəricinin minimum həddi 0.2-0.25 hesab edilir.

Bu əmsal material resursları ilə tə’min edən mal göndərənlər və müəssisəni kreditləşdirən banklar üçün mühüm əhəmiyyət kəsb edir. Əgər Əml= 0.5 olarsa, müəssisənin ödəmə qabiliyyəti yüksək hesab edilir.

2. Aralıq (“kritik”) likvidlik əmsalı (Əkl):




Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +

+Debitor borcları






Əkl.=




(2)




Qısamüddətli öhdəliklər




Bu əmsalın minimum həddi 0.7-0.8 hesab edilir. Bu göstərici səhm sahiblərini daha çox maraqlandırır.

3. Cari likvidlik əmsalı (Əcl):






Pul vəsaiti +

Qısamüddətli maliyyə qoyuluşu

Debitor +borcları

Ehtiyatlar və xərclər




Əcl=




(3)




Qısamüddətli öhdəliklər




Cari ödəmə qabiliyyətini hesablayarkən gələcək dövrün xərcləri eh­ti­yat və xərclərin məbləğinə daxil edilmir. Bu əmsal vahiddən aşağı olmama­lıdır. Inkişaf etmiş ölkələrdə bu göstəricinin “təhlükəsizlik həddi” 2-2.5 hesab edilir.

Ödəmə əmsallarının mahiyyətində olan fərqlər sahənin xüsusiyyətləri, mal və xidmətlərə görə hesablaşma formaları, istehsal tsiklinin müddəti, əmtəə-material dəyərləri ehtiyatının strukturu ilə bağlıdır. Ödəmə əmsa­lı yüksək olduqca kreditorların müəssisəyə inamı artır.

4. Əmtəə-material dəyərləri eütiyatının likvidlik əmsalı (Əəmd):




Ehtiyat və xərclər




Əəmd.=




(4)




Qısamüddətli öhdəliklər



Bu əmsal onu göstərir ki, əgər müəssisə əmtəə-material dəyərlərini sa­tarsa qısa müddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər.

5. Inkişaú etmiş bir sıra ölkələrdə likvidliyin daha bir göstərici­si hesablanır:




Pul vəsaiti + Debitor borcları




Əl =




(5)




Gözlənilən gündəlik pul gəliri



Bu əmsal mövcud likvid aktivlər hesabına kompaniya­nın hansı müddətə öz fəaliyyətini davam etdirə biləcəyini xarakterizə edir.

Müəssisənin ödəmə qabiliyyətinin perspektiv vəziyyə­tini nəzərdən keçirərkən gələcəkdə daxil olacaq xalis pul gəlirini nəzərdən qaçırmaq olmaz. Bura amortizasiya ayırma­ları və satışdan daxil olan ümumi pul gəlirinin tərki­bində xalis mənfəət də daxildir. Gəlirin qalan hissəsi isteh­sal amillərinin təkrar istehsalına, büdcəyə ödəmələrə və digər məqsədlərə yönəldilir.Xalis pul gəliri pul formasında müəssisənin dövriyyə­sində qalır.

Xalis pul gəliri əmsalı (Əxpg). Bu əmsal amortizasiya ayırmaları (A) və xalis mənfəətin (Mx) məhsul satışından pul gəlirinə (Pg) nisbəti kimi hesablanır və məhsul satışından ümumi pul gəlirində nağd pul qalığı­nın həcmini xarakterizə edir.

Iqtisadi təhlil prosesində yuxarıda nəzərdən keçirilən əmsallarla ya­naşı aşağıdakı göstəricilər də müəyyən edilir:

a) xüsusi dövriyyə vəsaitinin həcmi. Bu göstəricini hesablamaq üçün xü­susi kapital və uzunmüddətli öhdəliklərin cəmindən əsas vəsait və qoyuluş­ları və cari öhdəlikləri çıxmaq lazımdır.

Xüsusi dövriyyə vəsaitinin həcmi müəssisənin xüsusi kapitalının cari aktivlərinin (bir ildən az müddətə dövrana malik olan aktivlər) ödənmə mən­bəyi olan hissəsini xarakterizə edir.

Xüsusi dövriyyə vəsaitləri aktivlərin, eləcə də vəsait mənbələrinin strukturundan çox asılıdır. Bu göstərici kommersiya fəaliyyəti və digər vasitəçilik əməliyyatları ilə məşğul olan müəssisələr üçün mühüm əhəmiyyətə malik­dir. Başqa şərtlər dəyişməz qaldığı halda bu göstəricinin yüksəlmə­si müsbət meyl kimi qiymətləndirilir.

b) Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı. Bu əmsal ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləği­nə nisbəti kimi hesabla­nır. Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı xüsusi dövriyyə vəsaitinin pul formasında olan hissəsini əks etdirir. Normal fəaliyyət göstərən müəs­sisələr üçün bu əmsal 0 və 1 həddində dəyişilir.

c) Aktivlərdə dövriyyə vəsaitinin payı.

Bu göstərici cari xərclərin müəssisənin sərəncamında qalan bütün təsərrüfat vəsaitinə nisbətini xarakterizə edir. Qeyd etmək lazımdır ki, o ehtiyatların dəyərinin xüsu­si dövriyyə vəsaiti hesabına örtülən hissəsini xarakterizə etməklə əsasən ticarət müəssisələrinin maliyyə vəziyyətinin təhlilində mühüm əhəmiyyət kəsb edir. Bu göstəricinin aşağı həddi 50% sə­viyyəsində müəyyən edilmişdir.

d) Cari aktivlərdə istehsal ehtiyatlarının payı. Bu göstərici ehtiyat və xərclərin cari aktivlərə nisbəti kimi müəyyən edilir və vahiddən aşağı olduqda müəssisənin maliyyə vəziyyəti qeyri-sabit hesab olunur. Ona görə də müəssisələrdə müəyyən həcmdə istehsal ehtiyatlarının yaradılması onların maliyyə vəziyyətinin sabitliyinə şərait yaradır.

6 saylı cədvəldə müəssisənin ödəmə qabiliyyəti göstəricilərinin hesablan­­ma­sı üçün mə’lumat verilmişdir.

Cədvəl 6.

Müəssisənin ödəmə qabiliyyətinin hesablanmasında istifadə edilən

mə’lumatlar (man.)



Göstəricilər

Dövrün əvvəlinə

Dövrün sonuna

1. Pul vəsaiti

390

4061

2. Qısamüddətli maliyyə qoyuluşu

-

-

3. Debitor borcları

4716332

2609967

4. Ehiyat və xərclər (gələcək dövrün xərcləri istisna olmaqla)

1384065

1593307

5. Qısamüddətli öhdəliklər

4483762

2843377

Cədvəlin məlumatlarına əsasən müəyyən etmək olar ki, mütləq ödəmə əm­salı dövrün əvvəlinə 0,0001(390:4483762), dövrün sonuna 0,0014(4061:2843377) təşkil et­mişdir. Göründüyü kimi, hesabat dövrünə qısa müddətli öhdəlik­lərin 0,14%-i dərhal ödənilə bilər. Əlbəttə, dövrün əvvəlinə və sonuna mütləq likvidlik əmsalı onun nəzəri həddindən çox aşağı olmuşdur.

Hesabat dövrünün əvvəlinə kritik likvidlik əmsalı hesa­bat dövrünün sonuna olmuşdur.

Cari likvidlik əmsalı ilin əvvəlinə ilin sonuna təşkil etmişdir. Qısa­müd­dət­li öhdəliklərin tərki­bində ehtiyat və məsrəflərin xüsusi çəkisi ilin əvvəlinə 30,86%(1384065:4483762), ilin sonuna 56,03%(1593307:2843377) və ya qısamüddətli öhdəliklərin hər manatı­na 0,56 manat ehtiyat və məsrəflər düşür.


5. Müəssisənin maliyyə sabitliyinin təhlili.

Müəssisənin fəaliyyət göstərməsinin və vəziyyətinin stabilliyi ilk növbədə onun maliyyə vəziyyətinin sabitliyi ilə xarakterizə olunur.

Maliyyə sabitliyi gəlirlərin stabil olaraq xərclərdən yüksək olmasını əks etdirməklə, müəssisənin pul vəsait­lə­rinin sərbəst manevrliyini təmin edir və onlardan səmə­rəli istifadə etməklə məhsul istehsalı və satışı prosesi­nin fasiləsizliyinə əlverişli imkan yaradır. Buna görə də müəssisənin maliyyə sabitliyi bütün istehsal-təsərrüfat fəaliyyəti prosesində formalaşır və müəssisənin ümumi sabitliyinin əsas komponenti hesab edilir.

Qeyd etmək lazımdır ki, yüksək rentabellik daha yüksək risklə bağlıdır. Bu, o deməkdir ki, müəssisə gəlir əldə etməklə yanaşı zərərə də düşə bilər. Buradan belə qənaətə gəlmək olar ki, maliyyə sabitliyi kompleks anlayışdır.

Müəssisənin maliyyə vəziyyətinin təhlilinin əsas məsələ­lərindən biri maliyyə vəziyyətinin sabitliyini xarakterizə edən mütləq və nisbi göstəricilər sisteminin müəyyən edilməsidir. Bu vacib məsələnin (sualın) həlli hər şeydən əvvəl, təhlilin əsaslandığı balans modeli ilə bağlıdır. Bazar şəraitində həmin model aşağıdakı formanı alır:

F + EE + EP = CX + CYK + CQK + CP + CO (6)

Burada, F -əsas vəsaiti və qoyulmuşlar: EE -ehtiyat və xərcləri: EP -pul vəsaitləri, qısa müddətli qoyuluşları, hesablaşmaları (debitor borcları) və digər aktivləri, CX - xüsusi vəsaitin mənbəyi, CYK - uzun müddətli kredit və borc vəsaitini, CQK -qısamüddətli kredit və borc vəsaitini, CP - hesablaşmalar (kreditor borcları) və digər passivləri: CO -vaxtında ödənilməmiş sudaları göstərir.

Əgər nəzərə alsaq ki, uzunmüddətli kredit və borc vəsaitinin əksər hissəsi əsas vəsaitin əldə edilməsinə və kapital qoyuluşuna yönəldilir, ilkin balans formulasının dəyişmək olar:

EE + EP = ( CX + CUK ) - F + ( CQK + CR + CO) (7)

Buradan da belə nəticə cıxarmaq olar ki, EE (CX + CUK ) - F həddində

EP  CQK + CR + CO (8)

Müəssisənin ehtiyat və xərclərin ümumi həcmi (EE) balansın aktivinin II bölməsinin yekununa bərabərdir. Ehtiyat və xərclərin yaradılma mənbələrinin xarakteris­kasını vermək ücün bir sıra göstəricilərdən istifadə edilir:



  1. Xüsusi dövriyyə vəsaitlərini (EX) mövcudluluğu. Bu cöstərici xüsusi vəsait mənbələri ilə (balansın passivin I bölməsinin yekunu) əsas vəsait və qoyuuşun (balansın aktivinin I bölməsinin yekunu) fərqinə bərabərdir.

EX = CX – F (9)

  1. Ehtiyat və xərclərin yaradılmasının xüsusi və uzunmüddətli borc mənbələrinin ( EXB ) mövcudluluğu. Bu göstərici müəssisənin xüsusi vəsaiti və uzunmüddətli borc vəsaitinin cəminə bərabərdir.

EXB = (EX + CUK) – F (10)

  1. Ehtiyat və xərclərin əsas mənbələrinin ümumi həcmi (EÜ ). Bu göstərici əvvəlki göstərici ilə qısamüddətli borc vəsaitinin (bu zaman vaxtı ötmüş suda hesablamaya daxil edilmir) cəminə bərabərdir.

EÜ = EXB + CQK (11)

Ehtiyat və xərclərin yaranma mənbəyinin həcminin üç göstəricisinə ehtiyat və xərclərin tə’min olunmasının üç göstəricisi müvafiqdir:



  • Ehtiyat və xərclərin yaradılması üçün əsas mənbələrin ümumi həcminin artıqlılığı (+) və ya çatışmamazlığı (-)

EÜ = EÜ - EE = (EX + CUK + CQK) - EE (12.)

  • Xüsusi dövriyyə vəsaitinin artıqlığı (+) və ya catışmamazlığı (-):

EX = EX - EE (13)

  • Ehtiyatların yaradılması üçün xüsusi və borc mənbələrinin) artıqlığı və ya çatışmamazlığı (-)

EXE = EXE - EE = (EX + CUK + CQK) - EE (14)

Ehtiyat və xərclərin onların yaradılması mənbələri ilə tə’min olunmasını xarakterizə edən üc göstəricinin hesab­lanması sabitlik səviyyəsinə görə maliyyə situasiyalarını təsnifləşdirməyə imkan verir. Maliyyə situasiyasının dövr növünü göstərmək olar:

1. Mütləq sabitlik (SM ). Bu vəziyyət nadir hallarda rast gəlinir:

EE  EX + CQK ; (15)

2. Müəssisənin ödəmə qabiliyyətini tə’min edən normal sabitlik(SN )

EE = EX + CQK; (16)

3. Qeyri sabit maliyyə vəziyyəti (SQN). Bu halda ödəmə qabiliyyəti pozulsa da (aşağı düşsə də) xüsusi vəsait mənbələrini tamamlanması və xüsusi dövriyyə vəsaiti­nin artımı müvəqqəti sərbəst vəsait mənbələrinin (MM) dövriyyəyə cəlb edilməsi hesabına tarazlığın yaradılması mümkünlüyü qalır:

EE = EX + CQK + MM ; (17)

4. Krizis maliyyə vəziyyəti (SK ). Bu halda müəssisə müflisləşmə həddinə çatır, cünki bu zaman pul vəsaitləri, qısamüddətli qiymətli kağızlar və müəssi­sənin debitor borcları hətta onun krediğor borcla­rını və vaxtı ötmüş ssudalarını belə örtə bilmir:

EE  EX + CQK + MM ; (18)


Yuxarıda qeyd olunan göstəricilərdən savayı müəssisənin maliyyə sabitliyini bilavasitə xarakterizə edən göstərici­lər də hesablanır ki, onlara aşağıdakılar aiddir:

1. Müstəqillik əmsalı (Əm). Rüəssisənin maliyyə sabitliyi­ni, onun borc vəsaitindən qeyri asılılığını xarakterizə edən əsas göstəricilərdən biri hesab olunan bu əmsal xüsusi vəsait mənbəyinin balansın ümumi yekununda payını əks etdirir. Müstəqillik əmsalının normal minimal həddi 0,5 səviyyəsində qəbul edilir. Əgər Əm0,5 olarsa onda müəssisə bütün öhdəliklərini öz xüsusi vəsaiti hesabına ödəyə bilər. Həmin həddin gözlənilməsi yalnız müəssisənin özü ücün deyil, eləcə də onun kreditorları ücün də mühüm əhəmiyyət kəsb edir. Müstəqillik əmsalı­nın artması müəssisənin maliyyə sərbəstliyinin yüksəldi­yini, gələcək dövrdə maliyyə riskinin azalmasını göstə­rir. Kreditorların mövqeyindən belə meyl müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə yüksək qarantdır.

2. Xüsusi vəsaitlərin manevrlilik əmsalı (Əxvm). Bu əmsal müəssisənin xüsusi dövriyyə vəsaitin xüsusi vəsait mənbə­lərinin cəminə nisbəti kimi hesablanır və xüsusi vəsai­tin mobil formada olan hissəsini (bu vəsaitin nisbətən sərbəst manevrliyinə imkan verir) xarakterizə edir. Manevrlik əmsalının yüksək olması müəssisənin maliyyə vəziyyətinin yaxşı olduğunu əks etdirsə də praktikada onun normal həddi müəyyən edilməmişdir. Bə’zi xüsusi ədəbiyyatlarda manevrlik əmsalının optimal həddi 0,5 tövsiyyə edilir.

3. Xüsusi vəsaitlə tə’minolunma əmsalı (Əxvt). Bu əmsal xüsusi vəsait mənbəyi ilə (balansın passivinin I bölməsinin yekunu) immobil vəsaitlərin (balansın aktivinin I bölməsinin yekunu) fərqinin dövriyyə aktivlərinə nisbəti kimi hesablanır. Əxvt >0,1 həddi məqbul hesab olunur.

4. Müəssisənin maliyyə sabitliyinin təhlili üçün ehtiyat və xərclərin yaradılması mənbələri ilə tə’min olunma­sı­nın mütləq göstəricilərinin rolunu nəzərə almaqla maliyyə sabitliyinin əsas nisbi göstəricilərindən biri olan material ehtiyatlarının xüsusi vəsaitlə tə’min olunması əmsalını da mxvt) hesablamaq zəruridir. Bu əmsal xüsusi dövriyyə vəsaitinin ehtiyat və xərclərin fərqinə nisbəti kimi hesablanır və normal həddi Əmxvt  0,6 - 0,8 qəbul edilir.



5. Maliyyə riski əmsalı (Əmr). Bu əmsal borc kapitalının xüsusi kapitala nisbəti kimi hesablanır. Həmin əmsal müəssisənin öhdəliklərinin həcminin xüsusi vəsaitin həcminə nisbəti kimi müəyyən olunur. Bu əmsal hər manat xüsusi vəsaitə düşən borc vəsaiti məbləğini göstərməklə hər manat borcun xüsusi vəsaitlə tə’min olunması səviyyəsini xarakterizə edir: Əmr<1.

Borc və xüsusi vəsaitlərin nisbəti əmsalının artımı müəssisənin kənar maliyyə mənbələrindən asılılığını əks etdirməklə, onun maliyyə sabitliyini itirdiyini göstərir. Əgər bu əmsal vahiddən yuxarıdırsa, onda bu müəssisənin maliyyə sabitliyini itirdiyini və kritik vəziyyətə düşdüyünü əks etdirir. Əlbəttə bu, bütün müəssi­sələrə şamil edilə bilməz. Bu əmsalın mahiyyətinin qiymətləndirilməsi təsərrüfat fəaliyyətinin xarakterin­dən və dövriyyə vəsaitlərinin dövr sür’ətindən cox asılıdr. Məsələn, əksər yapon kompaniyalarında cəlb edilmiş kapitalın xüsusi cəkisi 80% -ə qədərdir. Əgər müəssisə dövriyyə vəsaitlərinin yüksək dövr sür’ətinə malikdirsə nəzərdən kecirdiyimiz əmsalın vahiddən yüksək olması qorxulu deyil və müəssisə maliyyə sabitli­yini itirmiş hesab edilə bilməz.

Müstəqillik əmsalı ilə borc və xüsusi kapitalın nisbəti əmsalı arasında qarşılıqlı əlaqəni müəyyən etmək üçün aşağıdakı formuladan istifadə etmək olar:

(19)

6. Əmlakın real dəyəri əmsalı (Əərd). Bu əmsal real əsas kapitalla (köhnəlmə cıxılmaqla) azqiymətli tezköhnələn əşyaların göhnəlməsi cıxılmaqla material dövriyyə vəsaitlərinin cəminin balansın yekununa nisbəti kimi hesablanır. Bu göstərici müəssisənin istehsal potensia­lının səviyyəsinin, sahibkarlıq fəaliyyətində müəssisə­nin sərəncamında olan vəsaitdən istifadə olunmasının səmərəliliyinin müəyyən edilməsi ücün istifadə edilir. Əmlakın real dəyəri əmsalı adətən, 0,6-nı kecməməlidir. Bə’zən real əsas kapitalın (qeyri maddi aktivlərlə bir­likdə) məbləğinin xüsusi kapitala nisbəti də hesablanır.

7.Daimi aktivin indeksi (Əda). Bu əmsal qeyri dövriyyə aktivlərin (balansın aktivinin I bölməsinin yekunu) xüsusi vəsait əbəyinə nisbəti kimi hesablanır.

8.Amortizasiya yığımı əmsalı (Əay). Bu əmsal toplanmış amartizasiya məbləğinin müəssisənin bütün əsas kapita­lının (qeyri maddi aktivlər də daxil edilməklə) ilkin dəyərinə nisbəti kimi müəyyən edilir. Amortizasiya yığı­mı əsas fondlara yönəldilmiş vəsaitin azad olunmasının intensivliyini xarakterizə edir. Onun optimal həddi 0,3-0,5 səviyyəsində götürülür.

9.Müəssisənin vəsait mənbələrinin strukturunun xarakte­ristikasını vermək ücün müstəqillik əmsalı, borc və xüsusi kapitalın nisbəti əmsalı və manevrlik əmsalı ilə yanaşı fərdi göstəricilərdən də istifadə edilir ki, onlara ilk növbədə, uzun müddətli kredit və borc vəsai­tinin müəssisənin xüsusi vəsaitinin və uzun müddətli kredit və borcların məbləğinə nisbəti kimi müəyyən olunan borc vəsaitinin uzun müddətə cəlb edilməsi əmsalı (Əbvc) aid edilir. Bu əmsal kapital qoyuluşunun maliyyələş­dirməsində borc vəsaitinin payını təqribi qiymətlən­dirməyə imkan verir. Qısamüddətli öhdəliklər əmsalı müəssisənin qısa müddətli öhdəliklərinin bütün öhdəlik­lərin ümumi məbləğində xüsusi cəkisini xarakterizə edir. Kreditor borclarının və digər passivlərin əmsalı müəssisənin öhdəliklərinin ümumi məbləğində onların payını göstərir.



10. Mobil vəsaitlər. Bura aktivin daha likvid maddələri daxildir, daha doğrusu, mobil vəsaitlər nağd pulun, qiymətli kağızların, debitor borclarının və əmtəə-material dəyərlərinin cəminə bərabərdir. Bundan başqa, xalis mobil vəsaitin məbləği də (mobil vəsaitin məbləği ilə qısa-müddətli öhdəlik məbləğinin fərqi) müəyyən edilir.

Inkişaf etmiş ölkələrin müəssisələrində xüsusi dövriyyə kapitalı debitor borcları və əmtəə material dəyərləri ehtiyatının cəmi ilə kreditor borclarının fərqi kimi hesablanır. Beynəlxalq praktikada bir səhmə düşən mənfəət, bir səhmə düşən dividendin məbləği və digər göstəricilər də hesablanır. Beləliklə, bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə vəziyyətinin qiymətləndi­rilməsi zamanı, onun maliyyə sabitliyinin təhlili prosesin­də qərb ölkələrində tətbiq edilən metodikadan mexaniki deyil, bizim müəssisələrin spesifik xüsusiyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi və istifadə edilməsi zəru­ridir.

Indi də təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssi­sənin balansından istifadə etməklə onun maliyyə sabitli­yini xarakterizə edən göstəriciləri hesablayaq:

Cədvəl 7.


1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə