MÖvzu III azərbaycan erkən orta əsrlərdə p L a n: III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin Inkışafı. Feodal torpaq mülkiyyətinin yaranması. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm VI-VII əsr Azərbayan dövlətləri




Yüklə 67.03 Kb.
tarix22.04.2016
ölçüsü67.03 Kb.


MÖVZU III

Azərbaycan erkən orta əsrlərdə


P l a n:


  1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin

  2. Inkışafı.Feodal torpaq mülkiyyətinin yaranması.

  3. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm

  4. VI-VII əsr Azərbayan dövlətləri.Mədəniyyətin inkişafı.

  5. Etnogenez məsələsi:Azərbaycan xalqının təşəkkülü.


Ədəbiyyat


  1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı, 1998, səh. 84-118.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998, səh. 10-12.

  3. Azərbaycan tarixi. Bakı, 1994, səh. 170-231.

  4. Qasımova -S.0. Azərbaycan III-VIII əsrlərdə. Bakı. 1992.

  5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi

coğrafiyası. Bakı, 1986.

  1. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,

1991,səh. 9-12.

  1. Qeybullayev Q. Azərbaycanlıların təşəkkülü tarixindən. Bakı, 1994.

  2. Qasımova R.M.Azərbaycan xalqının etnogenezi. Bakı,1997.

III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlər bərqərar oldu. O dövrün qaynaqları, qonşu ölkələrdəki iqtisadi və sosial vəziyyət Azər­baycanda erkən feodalizm münasibətləri haqqında təsəvvür yaratmağa imkan verir.

Məhsuldar qüvvələrın və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və inkişaf etmişdi.

Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Belə torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar“ feod” adlanırdı.(Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.

Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.

Feodalizm dövründə iki sinif ­–feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər. Sasanilərin ağalığı dövründə bu proses daha da gücləndi.

Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər döv­rün­də əhali 4 sosial təbəqəyə bölünürdü.

1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran) 4. Vergi ve­rən (vastrioşan)

Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və tacirlər də vergi verirdilər.

Torpaq üzərində xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi: a) İcma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert);b) Torpaqların dövlət tərəfindən vassal xidməti müqa­bilin­də müvəqqəti olaraq paylanması nəticəsində meydana gəlmiş şərti torpaq sahibliyi (xostak) Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi kəndli mülkiyyəti də mövcud idi.

V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya əhalisi bu dövrdə hakim sinif olan feodallara (azatlara) və maddi nemətlərin istehsalçısı olan kəndlilərə (sinakanlara ) bölünürdü. Hakim sinfin nümayəndələri naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu.

Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi qüvvələrin başçısı sayılırdı.

Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar forması natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi –ptux və s.Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula çevrilirdilər.

Vergilərin ağırlıığı əhalini var-yoxdan çıxarır, xırda torpaq sahibləri vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nə qədər var yoxdan çıxıb torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi düşmədi.

Məhsuldar qüvvələrin artması, feodal münasibətlərin inkişafı və möhkəm-lənməsi nəticəsində şəhərlərdə əkinçiliklə əlaqəni kəsmiş azad sənətkarlar meydana çıxırdı. Bunlar xırda alverçilərlə birlikdə xüsusi zümrədə birləşirdilər.

Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu , dərzi, xalçaçı, dəmirçi, dabbaq, zərgər və bənnaların adları çəkilir. Azərbaycanın Mingəçevir, Qəbələ və Şamaxı kimi şəhərləində bu sənət növlərinin inkişaf etyini sübut edən mənbələr aşkar edilmişdir.

226-cı ildə İranın cənubunda yerləşən fars vilayətinin Sasan nəslindən olan Ərdəşir-Papakan Parfiyanın sonuncu hökmdarı V Aztabanı məğlub edərək, özünü İran şahənşahı elan edir. Beləliklə paytaxt Ktesifon olmaqla Sasanil (İran ) imperiyası yaranır.

I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan da cani­şinlik sisteminə daxil olur. Lakin ilk əvvəllər Atropaten və Albaniya tam asılı vəziy­yətdə deyildilər. Sonralar, I Şapur dövründə (241-272) Sasanilərə tabe olan ölkələr içərisində Azərbaycanın (Adurbaden və Albaniya ) da adı çəkilir. Atropaten Sasa­nilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu.Bu onun iqtisadi əhəmiy­yəti ilə bağlı idi. Məhz buna görə də Tavreş (Təbriz ) sasanilərin baş şəhərlərindən birinə çevrilmişdi. Sasanilər Atropatendən əsgər də toplayırdılar.

Sasanilər öz mərkəzi hakimiyyətlərini mökəmlətmək üçün Zərdüşt dinini dövlət dini kimi qəbul etdilər. Bu həm də ona görə idi ki, İran imperiyası ərazisində xristianlıq geniş yayılırdı.Xristianlıq isə sasanilərin düşməni olan Roma imperiyası, sonralar Bizans imperiyasının rəsmi dövlət dini sayılırdı. I Şapur Zərdüştiliyi geniş yaymaq haqqında əmr vermişdi. Zərdüşt kahinləri dövlətin həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq sahələri cəmlənmişdi.

Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu. Şahlar taxta çıxandan sonra Ketesifondan buraya, məbədi ziyarətə gəlməli idilər. Ümumiyyətlə zərdüşt ruhaniləri dövlətin həyatında mühüm rol oynayır, iri torpaq sahiblərinin mənafeyini müdafiə edir və özləri də kəndliləri istismar edirdilər. Təkcə Qazaka məbədinin torpaqların da 10 min nəfərə qədər kəndli işləyirdi.

Sasanilər Atropeteni tabe edəndən sonra Albaniya və İberiyaya da hücumlar etdilər. Uzun mübarizədən sonra bu ölkələr də Sasanilərin tabeçiliyinə düşdülər. Azərbaycan eyni zamanda Romalıların da işğalçılıq planlarında var idi. IV əsrdə Ro­ma ilə Sasanilər arasında Cənubi Qafqaz uğrunda uzun sürən müharibələr baş-ladı.

Atropatena da İran –Roma müharibələri meydanına çevrilmişdi. Buraya yunan–erməni qoşunları, hun və alan tayfaları da dağıdıcı yürüşlər etmişlər. Xüsusilə Armeniya hakimləri Albaniyanı işğal etməyə cəhd edirdilər. Albaniya­nın Paytakaran hökmdarı Sanatürk (Sanasen) onlara qarşı ciddi müqavimət göstər­mişdi. (298-338).O, bu mübarizədə Sasanilərə arxalanırdı. Sanatürk 337-ci ildə 30 minlik qoşunla Armeniyaya yürüş etmişdi. O, Armeniyanın paytaxtı Valarşapatı tu­ta­raq oranı bir il öz hakimiyyətində saxladı.

İran şahı II Sapur (309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıx­dı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya ara­sın­da müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.

Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli ) Maisey Kalankatklu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələ­bə bayrağını qaldırdı.” (Dzirav döyüşü 371-ci il) .

IV əsr Roma tarixçisi Ammian Marsellin təsdiq edir ki, o, şəxsən Amidin (Diyarbəkr ) divarları altınada öz dəstələri ilə II Şapuru müşaiyət edən Alban hökmdarını görmüşdür.

Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhvali- ruhiyyəni artırdı. Sasanilər hər şeydən əvvəl Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi) möhkəmlətmək , öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd ) ərazisində əvvəl torpaq sədlər , Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkdilər. Bu səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatkulu yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən salmışdılar”.

Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda, Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə fars dillərində danışan əhalini də köçürürdülər. Sasanilər həm də yerli əhali üzərinə ağır vergilər qoymuşdular, (xərac, qezit və s.). Bu istismara dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər. Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray çölündə (Maku yaxınlığı )şah ordusu üsyançıları məğlub etdi. Lakin əsarət altına alınmış xalqın mübarizəsi davam edirdi. Alban hökmdarı İranda gedən siyasi hadisələrdən istifadə edərək sasanilərə qarşı üsyan etdi.

II Vaçenin başçılığı altında üsyan 460-cı il də baş vermişdi.Üsyançılar Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur) Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı.Morsey Kalankatkulu yazırdı: “Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı”. 493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik ) birləşdirildi. 628 –ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz qalmışdır.

Sasanilərin hakimiyyətinin ilk illərində İranda yeni dini təlim –manixeyçilik yayılmağa başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ olunurdu. Təlimə görə dünyada işıq və qaranlıq arasında mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur. İnsan ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər qüvvələrdən uzaqlaşmağa çağıran Mani istismar olunan zəhmətkeşlərin gününə yanırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam edilir. III əsrin sonlarında İran və Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad oğlu rəhbərlik etmişdir.

Məzdəkilər təliminin əsas müddəaları ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaqdan ibarət idi. I Kavadın (488-531) hakimiyyəti illərində Məzdəkilər hərəkatı daha da geniş vüsət alır.

Xalq üsyanlarından ehtiyat edən və əyanların qüdrətini sarsıtmaq məqsədi güdən I Kavad əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin məsləhəti ilə Kavad dövlətin taxıl anbarlarını əhalinin üzünə açır. Məzdəkin fikirincə, “Əmlak insanlar arasında bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və Adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, qoy bir-birinin əmlakından istifadə etsin, belə ki, heç kim ehtiyac və yoxsulluq duymasın, hamı mövqe etibarı ilə bərabər olsun”. Bu hərəkata kəndlilər, qullar, sənətkarlar və şəhər yoxsulları qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Məzdəkilər hərəkatı on illərlə davam etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə basqın edir, onların əmlakını öz aralarında bölüşdürürdülər.

529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla məzdəkilər üzərinə hücum edərək onları darmadağın etdi. Məzdək ələ keçrilərək edam edildi. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi onun pis təşkil olunması və kortəbii xarakterli olması idi. Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.

VI əsrin sonu–VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı), Mihr sasani hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən ehtiyat edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.

Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul edəcək albanlaşmışlar. Akademik Bartoldun fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu.”Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaşsalar da, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.

603-604-cü illərdə İran –Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan IIXosrov tərəfindən amansızlıqla yatırıldı.Alban əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe xristianların məclisini çaqıraraq, Bizans diofizitliyin müqabilində monofizit cərəyanını qəbul etdirir.

İlk Girdiman knyazı Mihr (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O, guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizasla ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi Bizans imperatoru II Konstantin (641-668) onu öz himayəsi altına aldı.Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqani ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir.

VI əsrin sonlarına yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən Ağsu çayına qədər uzanan ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin bu ölkə haqqında əlimizdə demək olar ki, məlumat yox həcmindədir.

III –VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.Vəsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi.Erkən alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar.Moisey Kalankatuklunun “Alban tarixi”,VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir haqqında ), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə) məclisinin qnunu)

1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada uşaqlara Tövrat öyrədilirdi.

Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri –Homerin “İliadasi,” Vergilinin ”Eneidasi” məlum idi. Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.

Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri (Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızadan əvvəl Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.


Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan-Qərvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır.Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir.Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenezi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

Bu sahədə Ə.Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenezi və forma-laşması” (1980), S.Əliyarovun” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F.Məmmədovanın “Alban etnosu məsələsinə dair”(1989), Q.Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü adlı yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.

Etnogenez məsələsinin öyrənilməsində Z.Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.

Bəs “etnogenez” deyəndə nəyi başa düşürük? Bu söz “etnos” sözündən olub –yunanca tayfa ,xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponentdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.

İki tip etnogenetik proses fərqləndirlir:

1. Yeni tayfa qrupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.

Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.

Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı qaynaqların məlumatı köməyə gəlir. Bu qaynaqlar dövr etibari ilə iki hissəyə bölünür. Birinci dövr e.ə.III – I minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi göstərdi ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (erkən türklər) yaşayırdılar. İkinci dövr qaynaqları eramızın I minilliyini əhatə edir.

Azərbaycanın ən qədim etnik qrupları e.ə. III –II minillikdə yaşamış lillubi, kuti, turukku və su tayfaları olmuşlar.Lillubilər e.ə. III-II minillik də Urmiyə gölündən cənub və cənub şərqdə məskunlaşmışdılar. Şumer, Elam, Akkad mənbələrində lullubilərin adları ilk dəfə e.ə.XIII əsrdə çəkilir. E.ə.I minillikdə mənbələrdə onların yaşadığı ərazi Zamua kimi verilir. Alimlərin fikrincə lullubilərin dili zaqros-elam dilləri qurupuna aiddir.

Göstərilən tayfaların varisləri mannalılar, hurrilər, kadusələr və s. e.ə. I min-illikdə Azərbaycanın müxtəlif ərazilərində yaşamışlar.

Bir qədər də torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaqlarına öz adlarını verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, “alban-ağvan, ağuan oykonimi comərdlər yurdu” mənasını verir. Eyni zamanda tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K.Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik, (Alp Aruz). Albaniya ərazisində albanlardan əlavə müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.

Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi ilə Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.

Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.”.

Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də tanınmışlar.”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da sübut edir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.

Hətta qazax, qırğız, özbək , türkmən xalqlarının formalaşmasında da alban tayfalarının mühüm rolu olmuşdur. Bu ölkələrdə alban, alpan adı ilə bağlı çoxlu oykonim, hidronim vardır.

Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlar da Azərbaycan xalqının etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək olmaz.(tarixçi Rəşiddədinin “Oğuznamə” sindən danışmalı) Hazırda dünyanın hansı ölkəsini götürsən onların dillərinin də, özlərinin də gəlmə olduğunu görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.

Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır.Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan adıdır.Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq məhəlləsinin və Saq dağının olması sübut edir.

Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasa da e.ə. II minillikdə onların Kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.

Qədim sakinlərdən biri də saspirlərdir. Yunan tarixçisi Herodot saspurilərin Araz sahilərində yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspir soy birləşmələrinin tərkibinə xirrut –urartu və işquz-qimmir soy birləşmələrini də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, subar) arasında oxşarlıq vardır.Çox güman ki, tayfalar II-III əsrlərdə dış hunlarının bir qolunu təşkil etmişlər.Bu hunların bir qupu isə Xəzərin qərb sahilində,indiki Quba-Xaçmaz,Dəvəçi rayonları ərazisində məskun olmuşlar.

Zaxariyya Ritorun məlumatına görə savirlər Qavqazda ən güclü xalq olmuşdur.Bizans tarixçisi Menandrın veridiyi məlumata görə Xosrov Ənuşirəvan dövründə (VI əsr)savirlərdən 10 min ailə Kür ovalığına köçürülmüşdür.Bu rəqəm bizə çox şey deyir.Qafqaz,eyni zamanda Azərbaycan soyları haqqında Z.Ritorun yazılarına istinad edən Piqulevskaya göstərir ki, Azərbaycanın şimal torpaqlarında (Albaniyada)V və VI əsarlərdə hunlar, sarı oqurlar, bulqarlar, ağ xəzərlər,xəzər sa virlər onoqurlar (On oğuz) barsilər yaşamışlar və bunlar hamısı Azərbaycan türk dilli olmuşlar.

Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz gənglər(peçeneq)qarqarlar, hunlar, xəzərlər, onoqurlar, sarqurlar (on oğuz, sarı oğuz) qıpçaqlar və s.etnoslar haqqında da məlumat verməliyik.Lakin mühazirədə bütün bu xalqlar haqqında məlumat verməyə imkanımız yoxdur.

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinin öyrənilməsində böyük əməyi olan Q.Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki,Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili artıq təşəkkül tapmışdır və demək bu əsər məhz Azərbaycan dilində yazılmışdır. Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut edir. Məsələn əsərdə biz xan, xaqan, xatun, təkin, türkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur, hunoqur, hun, xəzər, peçeneq, (gəngər)və s.kimi hironimlərə,alp, Qazan, qonaq kimi antroponimlərə, hunestan, türküstan kimi toponimlərə rast gəlirik.

Hər bir xalqın mənşəyi onun dili ilə müəyyən edilir. Dil etnik mənsubiyyəti bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərinin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı” dili isə “türk dili” adlanırdı.Lap qədimdən bəri Azərbaycan ərazisində türk dilində danışan etnoslar yaşamışdır.Son illərdə türk dillərində danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizələrin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla şərqdə Çinə qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında formalaşmışlar.Bu proses erkən orta əsrlərdə baş vermişdir.Eləcə də Azərbaycan xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər.

Beləliklə, Azıərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermişdir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə