Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri Kurs: Qrup: Tələbə




Yüklə 301.62 Kb.
səhifə6/6
tarix22.02.2016
ölçüsü301.62 Kb.
1   2   3   4   5   6

Xarici ticarət dövriyyəsində ölkələrin xüsusi çəkisi

(milyon ABŞ dolları)


Ölkələr

Dövriyyə

%-lə çəkisi

İtaliya

2970.0

25.5

Rusiya

1525.8

13.1

Türkiyə

773.2

6.6

İsrail

711.0

6.1

Birləşmiş Krallıq

459.3

3.9

Almaniya

412.7

3.5

Fransa

403.3

3.5

İran

381.8

3.3

Türkmənistan

378.5

3.3

Ukrayna

355.8

3.1

Gürcüstan

334.4

2.9

Birləşmiş Ştatlar

289.8

2.5

Qazaxıstan

231.9

2.0

Çin

228.9

2.0

Digər

2179.2

18.7

Cəmi

11636.6

100.0


Cədvəl 7

Mənbə:Dövlət Statitika Komitəsi.
Ölkəmizdə xarici ticarətin gömrük-tarif və qeyri-tarif tənzimlənməsi metodlarının beynəlxalq qaydalara uyğun,eləcə də milli iqtisadiyyatın mövcud vəziyyətini və inkişaf perspektivini nəzərə almaqla optimal variantın müəyyənləşdiriləcək tətbiqi zərurəti ortaya çıxır. Azərbaycanın bu problemlərin həllində çox böyük üstünlüyü onun iqtisadiyyatının aparıcı həlqəsi olan neft sektorunun sürətli inkişafının tam təmin olunmasıdır.İndi həmin həlqənin köməyilə digər sahələri,kənd təsərrüfatı məhsullarının istehsalı və emalı,neft maşınqayırması,neft kimya sənayesi,dəqiq cihazqayırmanın müəyyən istiqamətlərini yüngül sənayeni yenidən təşkil etmək və hələlik daxili bazara rəqabət qabiliyyətli mal çıxarmaqla idxalın əsasən avadanlıq,xammal və ənənəvi olmayan hazır mallara yönəldilməsi prosesi gedir və onun maksimum sürətləndirilməsi son dərəcədə vacibdir.

Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətlərini ifadə edən bu cəhətlərin hər biri ölkənin gələcək inkişafında fəliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Əgər göstərilən prinsip əsasında inteqrasiya prosesi həyata keçirilərsə, respublikanın inkişafında böyük nailiyyətlər əldə etmək mümkündür.



Nəticə və təkliflər

Yuxarıda deyilənləri nəzərə alaraq diplom işi hüdudunda aşağıdakı nəticələrə gəlmək olar.

Ötən müddət ərzində DGK, Ümumdünya gömrük təşkilatının sessiyalarında, onun ayrı-ayrı komitələrinin iclaslarında, habelə digər beynəlxalq tədbirlərdə yaxından iştirak etmiş, nəticədə onun beynəlxalq işini xeyli möhkəmlənmişdir. Bütün bunların nəticəsidir ki, gömrük təşkilatımız ÜGT-nin Siyasi Komissiyasına üzv seçilmişdir.DGK beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi məqsədi ilə bir çox beynəlxalq təşkilatlarla və dünya dövlətlərinin gömrük xidmətləri ilə yaxından əməkdaşlıq edir, eyni zamanda digər ölkələrin gömrük orqanları ilə gömrük işi sahəsində beynəlxalq normalara uyğun saziş, protokol və memorandumlar imzalayıb, bir sıra beynəlxalq konvensiyalara qoşulub. Üzv olduğu ÜGT, IƏT və digər beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirən Azərbaycan gömrük təşkilatı beynəlxalq əməkdaşlığı durmadan genişləndirir. Elə Azərbaycan gömrük xidmətinin beynəlxalq aləmdə apardığı məqsədyönlü işin nəticəsidir ki, ÜGT siyasi komissiyasının 44-cü sessiyası müstəsna hal kimi Azərbaycanda keçirilmişdir. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan gömrük Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində, həmçinin gömrük işinin təkmilləşdirilməsi və inkişaf istiqamətində atdığı addımlar respublikanın beynəlxalq iqtisadi inteqrasiyasında öz səmərəsini verir və gələcəkdə də verəcəkdir.

Ümumilikdə, xarici ölkələrlə görüşləri Azərbaycan gömrük təşkilatının gələcək fəaliyyətində bu ölkələrlə sıx əlaqə yaratmasına, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə çox güclü təkan verəcəkdir. Azərbaycan gömrük orqanları bu gün ən müasir yeni texniki avadanlıqlarla təchiz olunmuş, bu da mal və nəqliyyat vasitələri ölkəmizin gömrük sərhədindən keçirildiyi zaman gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada həyata keçirilməsinə köməklik göstərən mühüm amillərdən biridir. 1995-ci ildən e'tibarən gömrük sisteminin kompüterləşdirmə bazası intensiv surətdə inkişaf etmiş, keyfiyyət baxımından yeni mərhələyə qalxmışdır.

Görülən işlər, əldə edilən nəticələrlə yanaşı gömrük xidmətinin müasir tələblər səviyyəsinə qaldırmaq üçün hələ çox iş görməli, Komitənin və onun yerli orqanlarının fəaliyyətində mövcud olan bir çox nöqsanların və çatışmazlıqların aradan qaldırılması yollarını dərindən araşdırmalı, daha ciddi və tə'sirli tədbirlər görülməlidir. Gömrük orqanlarının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, gömrük orqanları diqqəti işdə olan nöqsanlara, xüsusən qaçaqmalçılıq hallarına qarşı mübarizəni gücləndirməyə, vergidən yayınma hallarının qarşısını qətiyyətlə almağa, gömrük xidməti mədəniyyətinin yüksəldilməsinə və gömrük proseduralarının sadələşdirilməsinə yönəltmiş siyasətin dolğunlaşdırılmalıdır.O, idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə cəlb olunan gömrük vergi rüsumları həmçinin artırılması üçün mövcud ehtiyat mənbələrindən səmərəli və dolğun istifadə etməyin zəruri olduğunu ön plana çəkməlidir.

Qeyd etmək lazımdır ki, gömrük orqanları qarşısında duran mühüm problemlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Gömrük işçilərinin əksəriyyəti cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil alan adamlar çox azdır. Ona görə də, gömrük işçiləri işləyə-işləyə gərək gömrük elminin və biliklərinin mənimsənilməsi sahəsində özlərini təhsilləndirməli və təkmilləşdirməlidirlər. Bu vəzifələrin yerinə yetirilməsi yolunda ilk addım kimi Dövlət Gömrük Komitəsinin tədris mərkəzinin yaradılması ilə gömrük əməkdaşlarının ilkin hazırlıq və ixtisasartırma məsələləri müəyyən mə'nada öz həllini tapmışdır.

Keçid iqtisadiyyatlı bir ölkə olduğumuz üçün bu çətinliklərin olması labüddür. Bunula belə aparılan bir sıra tədqiqatlar göstərir ki, Azərbaycanda gömrük sisteminin bir vəhdət halında inkişaf etməsi özünü yaxın gələcəkdə göstərəcəkdir.

Ədəbiyyat


1.Heydərov K.F “Gömrük işinin əsasları,gömrük işinin təşkili və texnologiyası” 1-ci cild.Bakı 1998

2.Heydərov K.F “Gömrük işinin əsasları,gömrük orqanlarının iqtisadi fəaliyyəti” 2-ci cild.Bakı 1999

3.Heydərov K.F “Gömrük işinin əsasları,gömrük işinin idarə edilməsi və inkişafı” 4-cu cild.Bakı 2000

4.Nuriyev C.Q “Gömrük Hüququ”.Bakı 2002

5.Əliyev A.Ə, Şəkərəliyev A,Ş “Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti” Bakı 2002

6.Авдокушин Е.Ф, Международные экономические отношения. Москва 2001

7.Şəkərəliyev A,Ş, Nuriyev C.Q, Əliyev A,Ə “Gömrük işinin təşkili və idarə edilməsi” Bakı 2003

8.Məmmədov S,M “Vergi və gömrük işi” Bakı 1996

9.“Azərbaycan Respublikası Gömrük Məcəlləsi” Bakı 1997

10.”Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı 1994



11. www.economy.gov.az – İqtisadi İnkişaf Nazirliyi

12.www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

13. www.maliyye.gov.az - Maliyyə Nazirliyi

14. www.az-customs.net - Dövlət Gömrük Komitəsi

15. www.kitab.az – Elektron Kitabxana Şəbəkəsi

16.Əlirzayev Kərim. Avtoreferat “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin gömrük tarif tənzimlənməsi sistemi və onun təkmilləşdirilməsi problemləri”



17. İ.Ə.Feyzullabəyli “Beynəlxalq ticarət işi”. Bakı 2001

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə