Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri Kurs: Qrup: Tələbə




Yüklə 301.62 Kb.
səhifə5/6
tarix22.02.2016
ölçüsü301.62 Kb.
1   2   3   4   5   6


Ölkənin adı

Dəyəri(min ABŞ dol.)

Ümumi ixraca nisb.%-lə

ABŞ

269156,04

22,47

İsrail

173951,86

14,52

Çili

97900,61

8,17

Hindistan

94266,62

7,87

İtaliya

88335,34

7,37

İran

67981,55

5,68

Ukrayna

67720,92

5,65

Rusiya

63973,54

5,34

Rumıniya

51284,02

4,28



İdxalda


Ölkənin adı

Dəyəri(min ABŞ dol.)

Ümumi idxala nisb.%-lə

Rusiya

193914,83

20,75

Türkiyə

86907,19

9,30

Almaniya

67571,21

7,23

Qazaxıstan

56908,87

6,09

B.Britaniya

55952,64

5,99

Ukrayna

54851,39

5,87

Çin

51790,00

5,54

ABŞ

34801,51

3,72

Yaponiya

31542,54

3,22



Cədvəl 5-6
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4093 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1959-u hüquqi, 2134-ü isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1085433,8 min ABŞ dolları (90,62%), özəl sektorun 100600,9 min ABŞ dolları (8,40%), fiziki şəxslərin payı isə 11775,8 min ABŞ dolları (0,98%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 185369,5 min ABŞ dolları (19,84%), özəl sektorun payı 692202,8 min ABŞ dolları (74,09%), fiziki şəxslərin payı isə 56753,6min ABŞ dolları olmuşdur.Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasındahesablanmışdır.
Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətlərini ifadə edən bu cəhətlərin hər biri ölkənin gələcək inkişafında fəaliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Əgər göstərilən prinsip əsasında inteqrasiya prosesi həyata keçirilərsə, respublikanın inkişafında böyük nailiyyətlər əldə etmək mümkündür.(14)
2.2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi.

Xarici ticarət siyasətini həyata keçirərkən əsas istifadə olunan vasitələr tarif vasitəsidir ki,bu da gömrük tarifinin müxtəlif cür tətbiq edilməsində öz əksini tapır. Dünya iqtisadiyyatı və beynəlxalq ticarət təcrübəsində xarici iqtisadi siyasətin tənzimlənməsi sisteminin bir sıra funksiyaları vardır.

Məsələn, bütün ölkələrdə Xarici İşlər Nazirliyinin və Dövlət Departamentinin müvafiq bölmələrinin funksiyalarına,həm də ayrı-ayrı ölkələrdə iqtisadi münasibətlərin inkişafı məsələləri üzrə tövsiyyələrin hazırlanması və öz ölkəsinin təstiqinə verilməsi də şamil edilir. Burada beynəlxalq əməliyyatlar üzərində gömrük, valyuta və nazərətin digər növlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün ölkələrdə ixracatın, lisenziyalaşdırmanın və gömrük nəzarətinin genişləndirilməsi üzrə proqramın yerinə yetirilməsilə bağlı nəzarət-tənzimlənmə funksiyasının həyata keçirilməsində maliyyə nazirlikləri də iştirak edir.(8)

Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verə bilər.Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq,böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən bir qütbdür. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici ticarət siyasəti yeni maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmət edir. Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında Gömrük Məcəlləsi qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş “Gömrük tarifi haqqında Azərbaycan Respublikası Qanunu” qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.(10)


Gömrük tarifinin məqsədləri aşağıdakılardır :


  • Idxalın əmtəə strukturunu səmərələşdirmək

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək.

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət keçirmək.

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişiklikləri üçün şərait yaratmaq.

  • İqtisadiyyatı xarici rəqabəti mənfi təsirindən qorunmaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Gömrük tarifi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:



  • Advaler – malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rusumu

  • Spesifik rüsum – mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu

  • Kombinə edilmiş rüsum – hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara, mövsümi rüsumların altı aya qədər tətbiq olunmasına qanun icazə verir.Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq oluna bilər:xüsusi rüsumlar, antidempinq rüsumları,kompensasiya rüsumları.

Azərbaycan Respublikasının ödəniş balansı Beynəlxalq Valyuta Fondunun müəyyən etdiyi qaydaya əsasən aşağıdakı göstəriciləri əks etdirir.

1.Azərbaycanla xarici ölkələr arasında baş verən əmtəə,xidmət və gəlirlər üzrə bütün əməliyyatlar.

2.Ölkənin xarici dünya ölkələri qarşısında olan öhdəlikləri,maliyyə tələblərində özünü göstərən mülkiyyət və digər bütün dəyişikliklər.

3.Qarşılıqlı ödənişləri bir–birinə bağlanmayan əməliyyatları və dəyişikləri balanslaşdırmaq üçün lazım olan bütün birtərəfli köçürmə və kommersiya xarakterli qeydlər.

İndi Azərbaycan ölkəyə güclü kapital axınından “əzab” çəkir. 1996

cı ildə ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisyalar 1995-ci ilə nisbətən 4,5 dəfə çox idi. Ən iri investisiya mənbələri neft sənayesinə qoyulub ki, o da ümumi investisiya məbləğinin 75,5%- ni təşkil edir.

Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti nəhayət,xarici yardım siyasətindən istifadə ilə tamamlanır.Ölkənin xarici yardım siyasəti beynəlxalq təşkilatlardan və dövlətlərdən yardımların alınması və istifadəsi tədbirlərini əhatə edir. Bu siyasət beynəlxalq aləmdə son dövrlərdə strukturlaşdırılmış yeni bir xarici siyasətdir. Müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunda islahatlar həyata keçirdiyi üçün aparıcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi islahatlar həyata keçirdiyi üçün aparıcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi inkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın sabitliyinin təmin olunması, milli müdafiyəyə ayrılan yardımlarla dəstəklənir.Bundan başqa gömrük ittifaqıda böyük rol oynayır. Gömrük ittifaqı dövlətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirmək və birgə xarici iqtisadi siyasəti həyata keçirmək məqsədilə birləşmişdir.İki və daha artıq ölkə arasında müqavilə əsasında yaradılır və müqavilə iştirakçısı olan ölkələrin əmtəələri üçün gömrük rüsumlarının və başqa maneələrin aradan qaldırılmasını,vahid gömrük məkanının formalaşdırılmasını nəzərdə tutur.Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqı digər ölkələrə münasibətdə ümumi gömrük tarifi tətbiq olunması və ortaq xarici ticarət siyasəti yeridilməsini təxmin edir.Azərbaycanın xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1148626,1 min ABŞ dollarıdır.


Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,09%); alüminium və alüminium məmulatları (1,82%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,06%); qara metallar (0,87%); meyvə (0,68%) ixrac edilmişdir.Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1102454,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,20%) çıxarmışlar, o cümlədən,467417,0 minABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 42,40%), 398918,5 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 36,18%) və 145253,6 minABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 13,18%) çıxarılmışdır.Beynəlxalq təcrübə təstiq edir ki, iqtisadiyyatın inkişafı və beynəlmilləşdirilməsində xarici investisiya qoyuluşunun böyük üstünlükləri vardır.

Gömrük tarifi kontekstdən asılı olaraq aşağıdakı kimi müəyyən edilə bilər:



  • Ticarət siyasətinin və dünya bazarı ilə qarşılıqlı fəaliyyətdə olan daxili bazarın dövlət tənzimlənməsinin alətidir.

  • Gömrük sərhəddindən keçirilən əmtəələrə tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilən gömrük rüsumları dərəcəsinin məcmusudur.

  • Müəyyən bir əmtəənin ölkənin gömrük ərazisindən çıxarılması və ya bu əraziyə gətirilməsi zamanı gömrük rüsumunun konkret dərəcəsidir; bu halda gömrük tarifi anlayışı gömrük rüsumu anlayışı ilə tam üst-üstə düşür.

Bir çox ölkələrin tariflərinin strukturu hazır məhsulun milli istehsalçılarını qorusa da xammal və yarımfabrikat idxalına elə də maneçilik törətmir. Buna tarif eskalasiyasının köməyilə nail olunur. Tarif eskalasiyası dedikdə əmtəələrin emal səviyyəsinin artımı başa düşülür.Xammaldan hazır məhsula tərəf hərəkət etdikcə rüsum dərəcələri nə qədər çox yüksəlirsə hazır məhsul istehsalçılarının xarici rəqabət müdafiə səviyyəsi bir o qədər yüksək olur.Tarif dərəcəsi o qədər yüksək ola bilər ki, idxalı tamamilə dayandıra və bu ölkəyə ixracı xarici istehsalçılar üçün faydasız edə bilər. Buna görə də ortaya tarifin optimal səviyyəsinin müəyyən edilməsi məsələsi çıxır. Bu adətən milli iqtisadi rifahın maksimum səviyyəsini təmin edən tarif səviyyəsi başa düşülür.İdxal tarifi özündə daxili bir ziddiyyət özünü yerli istehsalçıların və istehlakçıların maraqlarının üst-üstə düşməsində göstərir.Bir tərəfdən istehsalçılar tarifin tətbiq edilməsində maraqlıdırlar.Bu onlara arzuolunmaz beynəlxalq rəqabətdən qorunmağa imkan verərdi.Digər tərəfdən işdən kənar müddətdə istehlakçı kimi çıxış edən həmin istehsalçılar idxal tarifində maraqlı deyillər.Çünki idxal tarifi daha aşağı qiymətlə idxal əmtəəsini əldə etmək imkanını məhdudlaşdırır.Ümumilikdə, son on illikdə tarif dərəcələrinin ümumi səviyyəsi aşağı düşmüşdür.

Beləki bütövlükdə Mərkəzi Asiya Regional İqtisadi Birliyi-Azərbaycan,Əfqanıstan,Çin,Qırğızıstan,Monqolustan,Qazağıstan, Tacikistan,Özbəkistan-üzrə tarif dərəcələri 1997-ci ildən 2005ci ilədək 11,4%dən 7,6%dək enmişdir.Azərbaycanda tariflər yetərincə aşağıdır və birmənalı aşağı göstəricilərlə müqayisə olunur.Onlar inkişaf etməkdə olan ölkələrdən azdır,hansıki orta gəlir göstəriciləri aşağıdir, ancaq orta gəlir səviyyəsi yüksək olan ölkələrin orta tarif göstəricilərindən yüksəkdir.Mərkəzi Asiya Regional İqtisadi Birliyi ölkələrində idxal tarifləri yüksək səviyyədə qorunmur,ancaq bu ölkələr arasında ciddi fərq vardır.Bərabərolmayan orta idxal tarifləridə müqayisədə onların ticarət tərəfdaşlarının bərabərolmayan idxal tariflərindən də aşağıdır.Idxal tariflərinə əlavə olaraq bir çox ölkələrdə idxala bir sıra birbaşa və dolayı vergilər yığılır.Azərbaycanda xarici mallara aksiz tətbiqi yuxarıdır, nəinki milli istehsal olunmuş eyni mallara.



2.3. Azərbaycanın iqtisadi əlaqələrinin gömrük tarif tənzimlənməsinin təhlili,müsir vəziyyəti və fəaliyyətinin qiymətləndirilməsi.
Hər bir dövlətə iqtisadi əlaqələr vasitəsilə dünya təsərrüfat sisteminə fəal surətdə qoşularaq bir tərəfdən özlərinin müvafiq təbii ehtiyatları olmadığı halda cəmiyyətin tələbatını tam ödəmək, iqtisadiyyatın səmərəli quruluşunu təmin etmək, digər tərəfdən isə iqtisadiyyatda qazandıqları əlverişli üstünlükləri dünya təsərrüfatı sistemində reallaşdırmaq üçün imkan yaradılmışdır. Suverenlik əldə etmiş respublikalarda, o cümlədən Azərbaycanda istər daxili iqtisadi əlaqələrin, istərsə də xarici iqtisadi əlaqələrin inkişafına real zəmin yaradılmışdır. Müasir bazar iqtisadiyyatı şəraitində ölkələrin hər hansı bir sahədə üstünlüklərinə baxmayaraq, hər bir ölkə ərazisində mövcud olan təbii əmək ehtiyatlarından səmərəli və müştərək istifadə etməklə, qarşılıqlı anlaşma şəraitində iqtisadi inkişafa təkan verməklə bərabər, iqtisadi əlaqələrin daha geniş formada inkişafına səbəb olur. İqtisadiyyatın qloballaşdığı yeni minillikdə Azərbaycan dünyanın universal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa qurumlarla hərtərəfli əməkdaşlıq edir.(3)

Gömrük tarifi dünyanın bütün ölkələrində istifadə olunur. Milli tariflərlə yanaşı,regional (məhəlli) ticarət-iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları çərçivəsində vahid gömrük tarifləri sistemi vardır. Bu ittifaqın iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük gömrük tariflərini ləğv edib üçüncü dövlətlə ticarətdə ümumi gömrük tarifi müəyyən edirlər.Həmin birliklərdən biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı(Aİ) adı altında yaratdıqları birlikdir.

Avropa İttifaqı 15 ölkəni,o cümlədən Almaniyanı,Fransanı,İngiltərəni,

Finladiyanı və s. ölkələri əhatə edir. Bu gömrük sistemi milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamağa və onları işə salmağı nəzərəd tutur. Qəbul olunan vahid gömrüy tariflərinin çox hissəsi qeyri-ərzaq mallarına şamil edilir və gətirilən malın dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az hissəsi isə malın çəkisinə,həcminə və s. nisbətən dəyər ifadəsilə müəyyənləşdirilir. Gömrük tarif sistemi tənziminin mühüm vasitələrindən biri də antidempinq rüsumlarının tətbiq edilməsidir. Bu cür gömrük rüsumları ixracat mallarını aşağı qiymətlə satdıqda tətbiq olunur.Aİ daxilində dempinqə ümumiyyətlə yol verilmir. Belə ki,ucuzlaşdırılmış mallar həmin aşağı qiymətlərlə öz vətəninə (istehsal olunduğu ölkəyə) qaytarılır.Aİ-nın xüsusi komissiyası antidempinq siyasəti həyata keçirmək üçün aşağıdakı iki cəhəti əsas tutur:



  • “normal dəyər” və “mala normal qiymət” qoyulması

  • Aİ ölkələrində analoji malın istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilməsini. (17)

Keçid dövründə Azərbaycanın xarici ticarətində dəqiq ifadə olunmuş qanunauyğunluqlar və meyllər meydana gəlmişdir. Bu meyllərin həm statik, həm də dinamik təhlili, ölkənin xarici ticarətinin coğrafiyasının inkişafında ümumi qanunauyğunluqları və regional xüsusiyyətləri müəyyən etməyə imkan verir. Ölkənin xarici ticarətində, həm ixracda, həm də idxalda Avropa Birliyi ölkələrinin, xüsusilə də İtaliya, Böyük Britaniya, Almaniya və Niderlandın xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda, ölkənin ənənəvi ticarət tərəfdaşları Rusiya, Türkiyə və İran da mövqelərini qorumaqdadırlar. Bundan əlavə, son illərdə bir sıra Asiya, Mərkəzi və Şərqi Avropa ölkələri ilə ticarət əlaqələri aktivləşmişdir. Belə güman etmək olar ki, yaxın illərdə bu ölkələr və həmçinin ABŞ Azərbaycanın əsas perspektiv ticarət tərəfdaşları olacaqlar. Bu ölkələrin neft və qaz yataqlarının istismarında, neft məhsullarının dünya bazarlarına nəqli layihələrində və TRASECA kimi digər iri layihələrdə iştirakı, ölkənin əsasən Qərb ölkələri ilə inteqrasiyanı prioritet istiqamət kimi seçməsi, ÜTT-yə üzv qəbul olunmaq vəzifəsi, adıçəkilən dövlətlərlə ticarət-iqtisadi münasibətlərin daha da təkmilləşdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsi üçün real əsas rolunu oynayacaqdır. İnteqrasiya birlikləri və ticarət blokları ilə münasibətdə isə Avropa Birliyi ölkələri və OPEC-in xüsusi çəkisi əhəmiyyətli dərəcədə artsa da, MDB,QDİƏT və İƏT ilə ticarət əlaqələri zəifləmişdir.(16)

Müstəqillik atributlarına malik olan Azərbaycan dövlətinin xarici iqtisadi əlaqələr üzrə coğrafiyası daha da genişlənməli və bu sahədə bir sıra əsas aşağıdakı vəzifələr yerinə yetirilməlidir:


  • Siyasi və iqtisadi müstəqillik atributlarını daha da möhkəmləndirmək məqsədilə Azərbaycan potensial imkanlarını artırmalıdır;

  • Dünya iqtisadi sistemində ölkənin mövqeyi, fəliyyəti və verdiyi məhsulun xüsusi çəkisi artmalıdır;

  • İstehsalın beynəlxalq standarta uyğun formalaşması və idarə olunması strategiyasına nail olunmalıdır;

  • Makroiqtisadi səviyyə ilə beynəlxalq inkişaf səviyyəsi arasında bazar uyğunluğu meylinə nail olunmalıdır;

  • Beynəlxalq və milli iqtisadi mənafelərin əlaqələndirilməsi təmin edilməlidir;

  • İdxal və ixrac əməliyyatlarının tarazlı nisbəti əldə olunmalıdır;

  • İş qüvvəsinin və kapitalın beynəlxalq miqrasiyası prosesi tənzimlənməlidir;

  • Xarici ölkələrin investisiya qoyuluşunun sahələr üzrə səmərəli bölgüsü və ondan məqsədəuyğun istifadə olunması tənzimlənməlidir.

Azərbaycanın xarici iqtisadi fəaliyyətinin dövlət tənzimlənməsində gömrük-tarif tənzimlənməsi mühüm yer tutur.Hal-hazırda Azərbaycan Respublikasında gömrük tarif tənzimlənməsi 20 iyun 1995-ci ildə qəbul olunmuş “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.Bu qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi,həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.(10)

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkədə tarif tənzimlənməsinin məqsədləri aşağıdakı kimi müəyyən olunmuşdur;



  • Azərbaycan Respublikası üzrə idxalın strukturunu səmərələşdirmək;

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;

  • Azərbaycan Respublikasının iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq;

Ümumiyyətlə, tətbiq edilən tarifin effektivliyini tarif tənzimlənməsinin tərkib hissəsi kimi çıxış edən bir neçə mühüm istiqamətdən asılıdır.Bunlar,əsasən,tətbiq edilən gömrük rüsumları növlərinin seçilməsi,tariflərin strukturunun formalaşdırılması,tarif təsnifatı sisteminin işlənilməsi,gömrük rüsumu tutulması məqsədilə idxal olunan malların mənşə ölkəsinin və malın gömrük dəyərinin müəyyənləşdirilməsi metodikasının hazırlanması istiqamətləridir.

Gömrük tarifinin iqtisadi rolu onunla bağlıdır ki,rüsumlar,malın qiymətinə təsir edərək və milli bazarı qoruyaraq,kapital yığımına,iqtisadiyyatın ayrı-ayrı sahələrində mənfəətin normasına və yaranma templərinə aktiv təsir göstərir,istehsalın milli və beynəlxalq şəraitlərindəki fərqləri tarazlaşdırır.Gömrük tarifinin qiymətyaradıcı rolu (idxal malının qiymətini artıran dəyər baryerinin yaradılması) daha çox nəzər çarpır. Bu rol mallar üzrə müxtəlifdir.Bəziləri (xammal,yarımfabrikatların bəzi növləri) üzrə az əhəmiyyətli,

digərləri (hazır sənaye məmulatları və kənd təsərrüfatı malları) üzrə isə çox əhəmiyyətlidir.

Gömrük tariflərinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq olunan meyarlar nəzərə alınmaqla,eləcə də bir sıra dövlətlərin təcrübəsindən istifadə edilməklə Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Gömrük tarifi” layihəsi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” 12aprel 2001-ci il tarixli qərarı ilə təstiq edilmişdir. “Azərbaycan Respublikasının Gömrük Tarifi” harmonik sistem üzrə qurulmuş və 97 mal qrupunu əhatə etmişdir.Bu da beynəlxalq təcrübəyə və standartlara tam cavab verməklə yanaşı tarif sistemində şəffaflıq yaratmışdır. “Azərbaycan Respublikasının Gömrük Tarifi” respublika iqtisadi artım,müəssisələrin bərabərhüquqlu rəqabət əsasında inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmışdır.Əsas hədəf ümumbəşəri dəyərlər,qlobal proseslər və milli maraqlar nəzərə alınmaqla uzunmüddətli dövr üçün ölkədə dinamik sosil-iqtisadi inkişafın davamlılığını təmin etməkdən,başqa sözlə,dayanıqlı inkişaf modelinə keçməkdən ibarətdir.Azərbaycanın mövcud vəziyyətində isə uzunmüddətli dövrdə davamlı inkişafın təmin olunması ilkin və son emal sahələri arasında qarşılıqlı uyğunsuzluğun aradan qaldırılması,eləcə də istehsalın qeyri-neft məhsulları hesabına genişləndirilməsini tələb edir.Göstərilən yüksək inkişaf səviyyəsinə nail olunduğu halda Azərbaycanın xarici bazarlardan asılılığı bir qədər zəifləyər və Azərbaycan dünya bazarında bərabər hüquqlarla rəqabət aparmaq imkanı əldə edə bilər.Digər tərəfədən də,respublikamızın müharibə şəraitində olmasını nəzərə alaraq,hərbi təhlükəsizliyin təmin edilməsi məqsədilə silah-sürsat idxalına aşağı tarif dərəcələri müəyyənləşdirilmişdir.İdxal mallarına tətbiq edilən tarif səviyyələrinin strukturu göstərir ki,gömrük-tarif mexanizmi hazırlanarkən tarif eskalasiyası, yəni malların emal dərəcələri artdıqca tətbiq edilən rüsum dərəcələrinin də artımı nəzərə alınmışdır.



Ölkəmizdə xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin ikinci mühüm üsulu kimi qeyri-tarif tənzimlənmə çıxış edir.Hal-hazırda Azərbaycan malların idxalına heç bir kvota və ya kəmiyyət məhdudiyyəti tətbiq etmir.2005-ci ilə nisbətən 2006-ci ildə ixrac əməliyyatlarının həcmi 46.58% (2024967.3 min ABŞ dolları), idxalın həcmi isə 24.76% (1044784.6 min ABŞ dolları) artmışdır.Bu dövr ərzində Azərbaycan Respublikası 140 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir.İxrac-idxal əməliyyatlarının 45.3% Avropa Birliyi, 26.0% MDB ölkələri ilə, 28.7% isə digər dövlətlərlə aparılmışdır.(14)
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə