Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri Kurs: Qrup: Tələbə




Yüklə 301.62 Kb.
səhifə3/6
tarix22.02.2016
ölçüsü301.62 Kb.
1   2   3   4   5   6

II Fəsil. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin gömrük tənzimlənməsi sistemi və onun təkmilləşdirilməsi.



2.1.Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin təhlili.
İqtisadi müstəqillik və suverenitet əldə etdikdən sonra Azərbaycanın qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq imkanları açıldı.Hazırda Azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir öklə olmaqla dünya ictimayyəti ilə aktiv iqtisadi,siyasi,elmi-texniki,mədəni və s.əlaqələr qurur ki, bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir.(5)

Tədqiqatlar göstərir ki,Azərbaycan xarici ticarətinin fiziki həcmi, dəyəri, əmtəə və coğrafi strukturu son illərdə kəskin dəyişikliyə məruz qalmışdır.Məlumdur ki, 1991-ci ilə qədər xarici ticarət mərkəzinin inhisarı altında olmuş və Azərbaycan əsasən respublikalararası ticarət əməliyyatları həyata keçirmişdir ki,elə bu əməliyyatlar da onun xarici ticarət fəaliyyətini əks etdirmişdir.Təhlil edilən dövrdə respublikalarası dövriyyəsinin 30%-ni təşkil etmiş,dövriyyənini yalnız 5-7%-ni uzaq xarici ölkələrin (əsasəndə QİYŞ ölkələrinin) payına düşmüşdür.(11)

1993-cü ildən etibarən xarici ticarət dövriyyəsi dayanıqlı templərlə artmış və 2004-cü ilin yekununa görə, 7119 milyon dollar təşkil etmişdir ki,bu da 1992-ci ilin səviyyəsinə nisbətən 194% çoxdur.Xarici ticarət dövriyyəsinin orta illik artım tempi 16.2% təşkil edib,lakin bu artım əsasən idxalın yüksəlməsi hesabına təmin edilib : 1992-2004-cü illərdə ixrac 144%, idxal isə 273% artmışdır.Nəticədə ixaracın ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisi 1992-ci ildəki 61%-dən 2004-cü ilin sonunda 51%-ə düşüb.İdxalın payı isə hesabat dövründə əksinə 39%-dən 49%-ə yüksəlib.2004cü ilin nəticələrini 1992-ci ilin nəticələri müqayisə etdikdə görmək olar ki,ixracın adambaşına düşən hissəsi 117% (200 dollardan 433 dollara),idxalın adambaşına düşən hissəsi isə 233% (126 dollardan 420 dollara) artıb.İdxalın artım tempinin ixracın artım tempini üstələməsi səbəbindən xarici ticarət balansının müsbət saldosu qorunsa da,onun həcmi 1992-ci ildəki müsbət 544 milyon dollardan 2004-cü ildə müsbət 109 milyon dollara düşüb.Bu arada isə balans 1994-1999-cu illərdə və 2003-cü ildə mənfi olub.İxracın dinamikasında dövri tərəddüdlər özünü göstərməkdədir : 1993-1996-ci illərdə ixrac azalmış, 1997-ci ildə artmış, 1998-ildə yenidən azalmış,1999-2001-ci illərdə artmış,2002-ci ildə azalmış, 2003-2004-cü illərdə yenidən artmışdır.(12)

Xarici ticarətin inkişafın dinamikası və meyllərinin kompleks tədqiqatı zamanı ixrac-idxal əməliyyatlarının ölkə-coğrafi strukrunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.Xarici ticarətin,xüsusilə də ixracın coğrafi strukturunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.Xarici ticarətin,xüsusilə də ixracın coğrafiyasına görə xarici ticarətin münasibətlərindəki prioritetlər barədə fikir yürütmək olar.

Müstəqilliyin ilk illərdində ənənəvi ticarət əlaqələrinin coğrafi strukturunda köklü dəyişiklər baş verdi. 1990-2004-cü illərdə MDB ölkələrinin ixracda payı 92.3%-dən 17%-ə,idxalda xüsusi çəkisi isə 71.5%-dən 34.3%-ə düşüb.Uzaq xarici ölkələrin Azərbaycanın xarici ticarət əlaqələrində payı isə müvafiq olaraq 7.7%-dən 83%-ə və 28.5%-dən 65.7%-ə yüksəlib.Göstəricilər uzaq xarici ölkələrin xarici ticarət münasibətlərində xüsusi çəkisinin dayanıqlı templərlə artdığını göstərir ki, buda Azərbaycanın xarici ticarətinin müstəqillik illərində nümayiş etdirdiyi xarakterik meyllərdən biridir.

2004-cü ilin yekunlarına görə,Azərbaycanın dünyanın 123 ölkəsi ilə ticarət əlaqəsi olmuşdur ki,bunlardan 10-u MDB-yə,digərləri isə uzaq xarici ölkələrə aiddir. Yuxarıda deyilənlər göstərir ki, keçid dövründə Azərbaycanını xarici ticarətində dəqiq ifadə olunmuş qanunauyğunluqlar və meyllər meydana gəlmişdir. Bu meyllərin həm statik, həm də dinamik təhlili ölkənin xarici ticarətinin coğrafiyasının inkişafında ümumi qanunauyğunluqları və regional xüsusiyyətləri müəyyən etməyə imkan verir. Ölkənin xarici ticarətində, həm ixracda, həm də idxalda Avropa Birliyi ölkələrinin, xüsusilə də İtaliya, Böyük Britaniya, Almaniya və Niderlandın xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda, ölkənin ənənəvi ticarət tərəfdaşları Rusiya, Türkiyə və İran da mövqelərini qorumaqdadırlar. Bundan əlavə, son illərdə bir sıra Asiya və Mərkəzi və Şərqi Avropa ölkələri ilə ticarət əlaqələri aktivləşmişdir. Belə güman etmək olar ki, yaxın illərdə bu ölkələr və həmçinin ABŞ Azərbaycanın əsas perspektiv ticarət tərəfdaşları olacaqlar. İnteqrasiya birlikləri və ticarət blokları ilə münasibətdə isə Avropa Birliyi ölkələri və OPEC-in xüsusi çəkisi əhəmiyyətli dərəcədə artsa da, MDB, QDİƏT və İƏT ilə ticarət əlaqələri zəifləmişdir.Keçid iqtisadiyyatlı ölkələrin, o cümlədən Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri onların müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə qoşulmaları, qlobal geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir.Ölkənin iqtisadi təhlükəsizliyi baxımından xarici iqtisadi əlaqələrin bu keçid ərəfəsində dövlət tərəfindən nəzarətdə saxlanılması, o cümlədən də tənzimlənməsi məqsədə uyğundur və tədqiqat materialları bir daha göstərirki, respublika rəhbərliyi real gerçəklik prizmasından baxıldıqda müstəqillik dövründə ölkənin xarici iqtisadi fəaliyyətinin prioritetlərinin və strateji istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində kompleks fəaliyyət göstərmişdir.

2007-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11766862,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6058299,4 min ABŞ dolları dəyərində 2454 adda mal ixrac, 5708563,5 min ABŞ dolları dəyərində 6755 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349735,9 min ABŞ dolları təşkil etmişdir.Ocümlədən - respublikaya 61399,5 min ABŞ dolları dəyərində 17005,8 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur. 2006-cı ilə nisbətən 2007-ci ildə ixrac əməliyyatlarının həcmi 4,93% (313863,3 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 8,39% (441859,1 min ABŞ dolları) artmışdır.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5992,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1712,0 min ton),İsveçrə (1623,1 min ton),Gürcüstan (1261,8 min ton),Tacikistan (435,1 min ton),Türkiyə (250,4 min ton),İran (196,1 min ton),Rusiya (161,0 min ton),Türkmənistan (145,1 min ton) və Qazaxıstan (90,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 91,76% olmuş və ya 538,1 min ton azalmışdır.


Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1148626,1 min ABŞ dolları təşkil edir.Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,09%); alüminium və alüminium məmulatları (1,82%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,06%); qara metallar (0,87%); meyvə (0,68%) ixrac etmişdir.Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,97%); quru nəqliyyat vasitələri (12,12%); elektrik maşınları və avadanlıqları, onların hissələri (10,35%); qara metallardan məmulatlar (9,86%); optik, fotoqrafiya, kinomatoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,30%) idxal edilmişdir.(14)

MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 16,11%); quru nəqliyyat vasitələri (10,62%); avadanlıqlar və mexaniki qurğular (8,54%); qara metallardan məmulatlar (6,27%); elektrik maşınları və avadanlıqları, onların hissələri (5,45%) idxal edilmişdir.Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.




Azərbaycan respublikasının 2007 ci il üçün idxal ixrac cədvəli
İxracda
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə