Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri Kurs: Qrup: Tələbə




Yüklə 301.62 Kb.
səhifə2/6
tarix22.02.2016
ölçüsü301.62 Kb.
1   2   3   4   5   6

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə uyğun olaraq, ölkənin başqa dövlətlərlə beynəlxalq iqtisadi inteqrasiyasını möhkəmləndirmək məqsədilə, beynəlxalq hüquq normaları çərçivəsində protokolların, və sövdələşmələrin hazırlanmasında iştirak edir.(14)


Gömrük ittifaqı dövlətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirmək və birgə xarici iqtisadi siyasəti həyata keçirmək məqsədilə birləşmişdir.İki və daha artıq ölkə arasında müqavilə əsasında yaradılır və müqavilə iştirakçısı olan ölkələrin əmtəələri üçün gömrük rüsumlarının və başqa maneələrin aradan qaldırılmasını, vahid gömrük məkanının formalaşdırılmasını nəzərdə tutur.Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqı digər ölkələrə münasibətdə ümumi gömrük tarifi tətbiq olunması və ortaq xarici ticarət siyasəti yeridilməsini təxmin edir.

1995-ci ildən başlayaraq, keçən dövr ərzində DGK vahid gömrük siyasəti nəticəsində öz beynəlxalq əlaqələrini keyfiyyətli səviyyəyə qaldıraraq nəzərə çarpacaq dərəcədə genişləndirilmişdir.

Beynəlxalq inteqrasiyanın dərinləşməsini və beynəlxalq əməkdaşlığın genişləndirilməsini həyata keçirərək ikitərfli və çoxtərfli sövdələşmələrə üstünlüyün verilməsi artıq gömrük sisteminin təkmilləşdirilməsi sferasında öz bəhrəsini verdi. Artıq Türkiyə Respublikası,Iran Islam Respublikası, Gürcüstan, Özbəkistan,Qazaxstan, Livan, Bolqarıstan və Ukraynanın gömrük orqanları ilə, bu sahədə qarşılıqlı kömək və əməkdaşlıq haqqında sövdələşmələr imzalanmışdır. MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin şurası və Iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxtərəfli müqavilələr mövcuddur. 7 iyul, 1997-ci ildə Birləşmiş Krallıqların, Şimali Irlandiyanın və Azərbaycan Respublikasının gömrük orqanları arasında qarşılıqlı administrativ əməkdaşlıq barəsində memorandum imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı köməyin göstərilməsi qaydaları haqqında memorandumun ekspertizası keçirilmişdir. Memorandum Azərbaycan Respublikası hökumət nümayəndələrinin Ukrayna səfəri gedişində 30 iyul, 1999-cu ildə Ukrayna DGX ilə Kiyevdə imzalanmışdır. DGK MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin Şuranın iclaslarında aktiv iştirak edir. Azərbaycanın gömrük xidmətinin bu strukturada aktiv iştirakının yüksək qiymətləndirilməsinin nəticəsidir ki, MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin Şurasının 20-ci iclası Bakıda keçirildi. DGK vahid gömrük tarifi, gömrük rüsumları, malın mənşə ölkəsinin müəyyənləşdirilməsi metodları, mal yüksəklərin gömrük qiymətləndirilməsini işləyib hazırlayaraq MDB-nin üzv ölkələrinin gömrük siyasətinə yönəldilmiş sənədlərin təqdim olunmasını həyata keçirdi. DGK kadrların hazırlanması, informasiya sisteminin avtomatlaşdırılması, gömrük statistikası və beynəlxalq əməkdaşlıq istiqamətlərində MDB üzv ölkələrinin gömrük orqanları ilə əməkdaşlıq edir.(11)

Gömrük sferasında beynəlxalq əməkdaşlıq sahəsində ən mühüm addımlardan biri Milli Məclisin 3 may, 2000-ci il qərarı ilə Azərbaycan Respublikasının malların kodlaşdırılması və təsvirinin harmonizə edilmiş sistemi haqda Beynəlxalq Konvensiyaya qoşulması oldu. Bundan başqa Azərbaycan Respublikasının “Gömrükdə hüquq pozmalar və onların analizi üzrə qarşılıqlı administrativ kömək haqqında Beynəlxalq Konvensiyaya” (Noyabr,9 iyun 1977) qoşulması istiqamətində işlər görülür.(9)


Azərbaycan Respublikası “BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası”na, 2000-ci ilin mayında “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemə dair Beynəlxalq Konvensiya”ya, (“Nayrobi Konvensiyası”), 2003-cü ildə isə “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya”ya (Kioto Konvensiyasına) qoşulmuşdur. Ümumdünya Gömrük Təşkilatının üzvü olan Azərbaycan Gömrük Komitəsi bu qurumun Siyasi Konvensiyasında və Maliyyə Komitəsində təmsil olunur.Dünyada genişlənən qloballaşma prosesi, nəticə etibarilə ideyaların, müasir texnologiyaların, mal və xidmətlərin qarşılıqlı yayılması ölkənin gömrük xidməti qarşısında da daim təkmilləşmə və modernləşmə vəzifələri qoyur. Eyni zamanda, gündəlik praktik fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinə geniş yol açır. Çünki bunsuz nə gömrüyün operativ fəaliyyəti, nə də dövlət sərhədindən keçirilən mal və yük axınının operativ təhlili mümkünsüzdür.
Azərbaycanın tanınmış tərəfdaş olması respublikaya gömrük işində informasiya texnologiyalarının inkişafı və təkmilləşdirilməsi sahəsində göstərilən beynəlxalq yardım öz səmərəsini verdi. Bu gün əminliklə demək olar ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumat ötürülməsi şəbəkəsinin yaradılması üzrə texniki yardım layihəsinin bir neçə mərhələsi artıq müvəffəqiyyətlə sonlanmışdır.
BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi arasında imzalanmış layihəyə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində bu sistemin köməyi ilə ilk dəfə idarəetmə proseslərinə müasir informasiya texnologiyalarının tətbiqi mümkün olmuşdur. 38 gömrük orqanında “On- layn” sisteminin tətbiqi ölkənin gömrük orqanları arasında sabit informasiya mübadiləsini təmin etməyə imkan vermişdir. Hazırda bütün yerli gömrük orqanları ilə “Modem” əlaqəsi qurulmuş, malların qısa müddət ərzində rəsmiləşdirilməklə gömrükdən çıxarılmasına nəzarət təmin olunmuşdur.(14)

Dövlət Gömrük Xidmətinin təkmilləşdirilməsinə yönələn 900.000 avro büdcəsi olan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusi olaraq Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması və informasiya texnologiyalarının inkişaf strategiyasının yaxşılaşdırılması və həyata keçirilməci üzrə Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsini nəzərdə tutur.


Gömrük xidmətinin yaxşılaşdırılması Azərbaycanda sərmayəçi inamının artırılması və ölkə ilə ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində vacibdir.
Layihə çərçivəsində DGK-ya təqdim olunan avadanlıq sırasında ümumi dəyəri 210.000 AZN olan serverlər, kompüterlər, UPS-lər və digər müvafiq kompüter avadanlıqları yer alırdı. İnformasiya Texnologiyaları Avadanlıqlarının əldə edilməsi gömrük xidmətlərinin artırılmış avtomatlaşdırma vasitəsilə effektivliyinin yüksəlməsinə yönəlmiş vacib addımdır.

DGK artıq TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əlaqələrimizin intensifikasiyası istiqamətində işlər görür. Azərbaycan Respublikası DGK-nin TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əməkdaşlığı nəticəsində narkotiklərin növ və tiplərinin müəyyənləşdirilməsi, risk səviyyəsinin müəyyənləşdirilməsi, yüklər üzərində nəzarət, gəmilərin yoxlanılması və s. sahədə gömrük işləri istiqamətində nəzəri və praktiki semenarlarda azərbaycanlı gömrük işçilərinin ittifaqı üçün şərait yaradılmışdır.

TASIS proqramı çərçivəsində, Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramı, Avropa Şurası Komissiyasının texniki kömək proqramı, eyni zamanda Azərbaycan Respublikası DGK-nin Avropa Gömrüyü və Ümumdünya Gömrük Təşkilatı ilə sıx əlaqələri nəticəsində müxtəlif Avropa dövlətlərinin ekspertləri gömrük işinin öyrənilməsi və analizi, mal və yüklərin mənşə ölkəsinin müəyyənləşdirilməsi, yüklərin qiymətləndirilməsi, malın təsvirinin və kodlaşdırılmasının harmonizə edilmiş sistemi istiqamətində müxtəlif semenar və hazırlıq kursları keçirmişlər.

6-9 sentyabr, 2000-ci ildə TASIS proqramı üzrə gömrük orqanları üçün keçirilmiş görüşlərin nəticələrini müzakirə etmək, əməkdaşlığın inkişafının prespektivlərini müəyyənləşdirmək məqsədilə DGK-də Avropa gömrüyünün TASIS proqramının regional koordinatoru cənab Con Patt və baş menecer Xanım Ceyn Hassan ilə rəsmi görüş keçirilmişdir.

13-16 sentyabr, 1999-cu ildə Azərbaycan Respublikası DGK-nin dəvəti ilə Bakıya Ümumdünya gömrük Təşkilatının baş katibi Mişel Dane gəlmiş, bir sıra hökumət nümayəndələri ilə görüşmüş və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir.

Digər dövlətlərin gömrük orqanları ilə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini və Azərbaycan gömrüyünün beynəlxalq avtoritetinin yüksəlmiş,5-8 dekabr, 2000-ci ildə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının Bakıda keçirmiş 44-cü sesiyası təsdiq etdi.Sesiyanın bu işində gömrük əməkdaşlığının qlobal forumuna hazırlıq, gömrük reformlarını və modernləşdirilməsi, gömrük qaydalarının sadələşdirilməsi məsələlərini müzakirə edən 24 ölkənin nümayəndələri iştirak etdi, eyni zamanda ÜGT-nin strukturunu analiz edərək 2001-2002-ci maliyyə ili üçün, büdcə planı nəzərdən keçirildi. 44-cü sesiyanın gedişində gömrük əməkdaşlığı şurası tərəfindən elektron ticarət haqqında Bakı deklorasiyasının proyekti qəbul edildi. Bakı şəhəri ÜGT-nın tarixində yeni bir səhifə açdı. Siyasi komissiyanın 44-cü sessiyasının müstəsna hal kimi Bakı şəhərində keçirilməsi hər şeydən əvvəl respublikamızın gömrük orqanlarının beynəlxalq aləmdə ilbəil artan nüfuzunun parlaq nümunəsidir. Dünyanın 153 ölkəsinin üzv olduğu ÜGT-nın Siyasi komissiyasında 17 ölkə arasında Azərbaycanın təmsil olunması və beynəlxalq təşkilatın işində, yaxından iştirakı, iqtisadi təhlükəsizliyi, suverenliyi qorumaq, dünya təsərrüfatında iqtisadi əlaqələri genişləndirmək, gömrük sahəsində götürülən öhdəliklərə əməl etmək və s. kimi qarşıda dayanan vəzifələrin əməli həllinə nail olur. Bu fakt da maraqlıdır ki, Siyasi komissiya ÜGT-nin ali orqanı kimi siyasi, strateji vəzifələrə dair məsələlərlə məşğül olur, təkliflər hazırlayır.(15)

Gömrük islahatları və modernləşdirmədə məqsəd ÜGT-nin gələcək tərkib və nizamlama proqramı üzrə müqavilələrin tə’min edilməsidir. Gömrük islahatları və modernləşdirilməsi proqramları ilk dəfə 1990-cı ildə bir sıra ölkələrin təklifləri əsasında meydana çıxmışdır. Proqramın əsas məqsədi üzv ölkələrin administrasiyalarına onların problemlərini müəyyən etmək, modernləşdirmə üzrə öz məqsədlərinə çatmağın mümkünlüyünü tə’min etmək üçün şərait yaratmaq, bu sahədə qarşıya çıxan mürəkkəb problemlərin həllinə nail olmadan ibarətdir. Son illər katiblik tərəfindən proqramın səmərəliliyinin artırılması nəticəsində irəliləyişlərə nail olmuşdur. Təkliflərdə bu cür fikirlər səslənirdi ki, ÜGT-nin proqramı üzv administrasiyalara müasir gömrük proses və proseduraların, uzunmüddətli planın həyata keçirilməsinə gömək etməlidir. Onu da qeyd edək ki, CRM proqramı ilə ÜGT səlahiyyətləri arasında əlaqəyə nail olmaq üçün proqrama bir sıra dəyişiklilərin edilməsi vacibdir. Ilk növbədə tələbatın qiymətləndirilməsi zamanı tətbiq edilən metodların yeniləşdirilməsi, ÜGT-nin bir sıra əməkdaşlarının gələcəkdə CRM məsləhətçisi rolunda iştirak etmək üçn hazırlanması, qiymətlər, mənşə, hüquq mühafizə, gömrük proseduraları və s. sahəsində ÜGT-nin səlahiyətlərini əhatə etməlidir.

Aydın məsələdir ki, bu gün elektron ticarət dünyada öz yerini tapır və ildən ilə genişlənir. Təbii ki, burada gömrük də öz sözünü deməlidir. Buna görə də sesiyalar elektron ticarəti üzrə gömrük nəzarətinin həyata keçirilməsi məsələləri müzakirə olunmuş və Bakı bəyannaməsi qəbul edilmişdir. Sesiyanın yekun günü-dekabrın 8-də yekun nitqində Siyasi komissiyanın sessiyasının ilk dəfə olaraq Brüseldə deyil, Azərbaycanda keçirilməsini Azərbaycanın ÜGT ilə fəal əməkdaşlığının nəticəsi kimi qiymətləndirilir.

Beləliklə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası DGK-nin beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi sahəsində gördüyü işlər öz bəhrəsini verir və gələcəkdə də beynəlxalq iqtisadi inteqrasiya istiqamətində inkişafa tə’sir göstərəcəkdir.
1.3.Azərbaycan Respublikasında gömrük rüsumlarının toplanmasının təkmilləşdirilməsi yolları.

Mə’lumdur ki, dövlət büdcəsinin doldurulmasında gömrük rüsumlarının toplanmasının təkmilləşdirilməsi, modernləşdirilməsi, beynəlxalq standartlara, uyğunlaşdırılması məsələsi böyük əhəmiyyət kəsb edir. Son dövrdə bu istiqamətlərdə atılmış ən mühüm addımlardan biri yeni diferensiallaşdırılmış tarif sisteminə keçirilməsi oldu.(10)

Gömrük vergi və rusumları beynəlxalq ticarət əməliyyatlarının tənzim edilməsi üçün mühüm vasitədir.Müasir şəraitdə onların rolu durmadan artmaqdadır.Gömrük vergiləri və rüsumları bir qayda olaraq sərhədboyu və daxili rüsumlara bölünür.

Sərhədboyu vergi və rüsumlara öz təyinatına görə bilavasitə yerli mallardan tutulan vergilərə uyğun gələn bərabərləşdirici vergidir. Bu vergilər idxal mallarından tutulan gömrük vergiləri və bəzi rüsumlar da daxil olmaqla qiymətdən hesablanır.

Daxili vergilərə aksiz rüsumlar,qeydiyyat üçün vergilər, yol rüsumları və s.aiddir. (17)

Azərbaycanın yeni gömrük tarif sisteminin qurulması və onun qüvvəyə minməsi təbii ki, zamanın, dövrün tələblərindən biridir. Çünki Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan birinci mərhələsi artıq 2000-ci ildə yekunlaşdı. 1996-2000-ci illər ərzində ölkədə çox iqtisadi islahatlar həyata keçirildi. Ötən müddət ərzində ölkədə birinci özəlləşdirmə proqramı həyata keçirildi. Kiçik və orta müəssisələrin bir qismi özəlləşdirilərək özəl sektora verildi. Təbiidir ki, bu prosesin nəticəsi də artıq Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişafı dönməz xarakteri aldı. Dövlət Statistika Komitəsinin 2000-ci il ərzində Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının nəticələri haqqında hesabatından gördüyü kimi, ölkədə istehsal olunmuş IDM-nin 66%-ə qədərini yə’ni bütün ümumi daxili məhsulun üçdə ikisinin özəl sektorunun payına düşməsi bir daha bazar iqtisadiyyatının Azərbaycanda hökmran mövqeyə malik olduğunu təsdiqləyir. Birinci mərhələnin yekunlarından biri isə ölkənin vergi sisteminin yenidən qurulmasına başlanması oldu. 2000-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi ölkədə tamamilə yeni vergi münasibətləri sisteminin formalaşmasının əsasını qoydu və bunu tə’min etdi. Yeni Vergi Məcəlləsinin, çox zaman onu iqtisadiyyatımızın konstitusiyası da adlandırırdılar, qəbul olunması, ölkədə vergi münasibətlərini dəyişdirilməsi və daxildə tədricən vergi yükünün aşağı salınması, nəhayət, bütün bunların kontekstində isə gömrük qanunvericiliyində uyğun tədbirlərin həyata keçirilməsi iqtisadi islahatların ikinci mərhələsinin başlanması demək idi.



Hər şeydən əvvəl, bu, özəlləşdirmənin birinci mərhələsindən sonra ölkədə həyata keçirilən monetar siyasətin şərtlərinə uyğun olaraq gömrük tariflərin sisteminə yenidən baxılması zəruri etmişdir. Özəlləşdirmənin birinci proqramı həyata keçirildikdən sonra özəlləşdirilmiş çoxsaylı kiçik və orta müəssisələr təbii ki, istehsal prosesinə başlamalı idi və onların istehsal prosesinə başlaması üçün kifayət qədər dövriyyə vasitələri tələb olundu. Bu gün ölkədə orta rentabellik səviyyəsi təqribən 12-15%-ə yaxındır. Ölkə daxilindəki kredit faizlərinin yüksəkliyini nəzərə alsaq təbiidir ki, xarici mallarla bazarda rəqabət apara biləcək yerli malların özəl sektor tərəfindən istehsal edilməsi və satılması böyük problemlərlə müşayət olunurdu. 1997-ci ilin 1 yanvarından başlayaraq ölkəyə idxal edilən xarici mallara vahid, unifikasiya edilmiş 15%-lik gömrük idxal rüsumları təbiq edilirdi. Bu üst dərəcə idi. Sonralar müəyyən qrup mallar üçün 10,53% kimi dərəcələr tətbiq olunmağa başlayırdı. Belə bir gömrük tarif sisteminin fəaliyyəti daxili istehsalın inkişafı üçün normal şərait yarada bilirdi. Istər ölkə daxilində istehsal olunan, istərsə də kənardan gətirilən mala 15%-lik idxal rüsumunun tətbiqinin fikrimcə, müəyyən dövr üçün məqbul hesab etmək olardı və 1997-ci ildə belə bir sistemin qəbul edilməsi normal qarşılamaq lazım idi. Çünki o zaman qarşıda dayanan əsas məsələ özəlləşdirmə prosesini başlamaq və ya onun birinci mərhələsini uğurla başa çatdırmaqdan ibarət idi. Sirr deyil ki, özəlləşdirmə prosesinin gedişində özəlləşdirilən müəssisələrin çoxlu müəyyən dövrə bağlana, işsizlərin sayı arta biləcəklir. Belə olan tədqirdə əgər yenə də idxal olunan mallara yüksək rüsumlar qoysaydıq, o zaman necə bir gərgin sosial vəziyyətin yaranacağını təsəvvür edə bilərsiniz.(10) Ona görə də özəlləşdirmə prosesinin nəticələrinin yumşaldılması, yə’ni bunun az mənfi sosial effektlə müşayiət olunması üçün hökumət unifikasiya edilmiş, vahidləşdirilmiş, gömrük tariflər sistemin tətbiqinə keçdi və 1997-ci ilin 1 yanvarında tətbiq olunmağa başladı. Eyni zamanda gömrük ixrac rüsumları ləğv edildi ki, həm manatın kursu düşməsin həm də idxalın tə’min olunması üçün ixracdan gələn vəsaitdən kifayət qədər istifadə oluna bilsin. Özəlləşdirmənin birinci proqramının əhatə etdiyi dövrdə belə siyasətin həyata keçirilməsi, zəruri idi və özəlləşdirmənin yeni, ikinci dövrün başlanması ilə əlaqədar ona uyğun da yeni gömrük tarifləri sisteminə keçid vacib zərurət kimi ortaya çıxırdı. Ikinci tərəfdə isə kimi, birinci özəlləşdirmə proqramının reallaşması nəticəsində özəlləşdirilmiş müəssisələrin çalışması və daxili bazarda onların rəqabət qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi zəruridir. Bu köməklik isə ya çox aşağı faizlə kreditlər verməklə həmin müəssisələri dövriyyə vəsaitləri ilə tə’minat etmək, ya onların daxili vergi və rüsumlarından tamamilə azad etmək, yaxud da onların istehsal edəcəkləri eyni adlı mallar kənardan Azərbaycana gətirilərkən həmin mallara yüksək rüsumlar qoymaqla müəyyən dövrdə ölkə bazarının iqtisadi baxımından buraxmamaq yolu ilə edilə bilər. Təbidir ki, özəl sektorun ucuz kredit resursları ilə və müvafiq qədər girovu tə’min etmək şərtilə tə’min olunması nisbətən çətin prosesdir. Ona görə də hökumət səviyyəsində problemin həlli üçün Dünya Bankı, digər maliyyə-kredit təşkilatları vasitəsilə ölkəyə özəl sektorun kiçik və orta obyektləri üçün müxtəlif güzəştli kreditlər gətirməyə çalışılırdı. Lakin bunlar normal tələbatı tam ödəməyə bilmirdi. Belə olan halda onların daxildəki vergilərdən azad olunması və ya bu sahəyə güzəştlər edilməsi məsələsi ölkənin plana çıxırdı. Bildiyiniz kimi, burada da müəyyən addımlar atılmışdır. Vergi Məcəlləsində üç aylıq dövriyyəsi aylıq gəlirin vergi tutulmayan məbləğinin min mislindən az olan kiçik və orta özəl sektor obyektləri üçün ayrıca bir sənədləşdirilmiş vergi müəyyən edilmişdir. Nəhayət həmin sektor istehsal edəcəyi məhsulların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsi üçün eyni adlı mallar Azərbaycana gətirilərkən onlara tətbiq olunan gömrük tariflərini nisbətən qaldırmaq lazım idi.

Təbiidir ki, yeni tariflər sisteminə keçid ilk növbədə daxili istehsalı stimullaşdırmaq məqsədini daşıyır. yeni tarif layihəsində malların istehsalı üçün kənardan gətirilən xammalla tətbiq edilən gömrük rüsumları demək olar ki, minimuma endirilmişdir. Amma hansı mal ki, burada istehsal olunub bazara buraxılacaqsa, onunla eyni cinsli mal xaricdən gətiriləndə onun gömrük idxal rüsumları yüksək olacaqdır. Yeni tariflər sistemində bu gün idxalda daha çox yer tutan mallar üzrə fiks edilmiş gömrük tarifləri müəyyənləşdirək və beləliklə də, real gömrük dəyərinin müəyyənləşdirilməsi kimi çətin problemlərin qismən aradan qaldırılmasına nail olunmalıdır. (14)



Nazirlər kabinetinin o zamankı müvafiq qararı ilə 1997-ci ilin 1 yanvarından bütün mallar üçün gömrük ixrac rüsumları tamamilə sıfra endirilmişdir. Bundan əsas məqsəd ölkədə valyuta ehtiyatlarının normal həddini tə’min etmək üçün ixracın qarşısında olan bütün maneələri aradan qaldırmaq idi. bu əsas götürülərək ixrac üçün tam real şərait yaradıldı. 1997-ci ilin 1 yanvarından xarici ticarətdəki bütün tarif və qeyri-tarif maneələrinin hamısı ləğv edildi. Bu da o zaman valyuta ehtiyatlarının az olması ilə bağlı idi. ölkədə kifayət qədər valyuta ehtiyatları yaratmaq üçün ixracın artırılması labüd idi. bu o dövrə tsadüf edilirdi ki, ölkədə hələ özəlləşdirmə prosesi başlanmamışdır. Dövlət sektorundan özəl sektora keçidin başlağıcı prosesi gedirdi. Daxildə müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı həcmcə çox kiçik olmaqla bu məhsulları tələbat əsasən idxal hesabına tə’min olunurdu. Ona görə də elə addım atmalı idi ki, ixracdan gələn vəsait idxalın maliyyələşdirilməsindən artıq olsun və bu hesaba ölkənin maliyyə ehtiyatları yaradılsın. Bu gün qeyri-neft sektorunda elə sahələr var ki, orada artıq dövlət sektoru tamamilə öz əhəmiyyətini itirib və istehsal tamamilə qeyri-dövlət sektorunun əlinə keçib. Bu qeyri-dövlət sektorunun da müxtəlif yollarla istehsala həvəsləndirilməsi təbiidir. Bunun da əsas şərtlərindən biri onun istehsal etdiyi malların istehsalı üçün tələb olunan xammala minimum gömrük idxal rüsumlarının tətbiqi, onun normal güzəştli kreditlərlə tə’min olunması, vergi yükünün nisbətən aşağı müəyyən edilməsi və s.-dir. Lakin müxtəlif istehsal sahələrinin yaranması, həm də belə müəssisələrin ölkə daxilindəki xammala tə’min edilməsi problemini ortaya qoyur. Bütün bunlar nəzərə alınmaqla NK-nın qərarında yeni tarif sistemində ixrac rüsumlarının tətbiqi də nəzərdə tutulur. Bu, iki adda məhsula-qara metal qırıntıları və xammalını, əlvan metalları əhatə edir. Ölkədən ixrac ediləcək qara metalın hər tonuna 5 ABŞ dollarının manat ekvivalentində, əlvan metallar üçün isə həm onların xammalı həm də onların istehsal olunan mə’mulatlar üçün ixrac edilən zaman 15 ABŞ dollarının manat ekvivalenti həcmində gömrük ixrac rüsumları nəzərdə tutulmuşdur. Hələlik bu iki qrup məhsullara gömrük ixrac rüsumları tətbiq ediləcəkdir. Ötən il Azərbaycan Respublikası bütün dünyada qəbul olunmuş mallarının kodlaşdırılmasının harmonikləşdirilmiş sisteminə qoşulmuşdur. Harmonik sistem əsasında tərtib edilmiş XIF mal nomenklaturası əsas götürülməklə həmin nomenklatura üzrə bütün mal kodlarının qarşısında gömrük idxal rüsumlarının dərəcələri yazılmışdır. Bunlar advalor və spesifik rüsumlarıdır. Azərbaycan Respublikası MDB-nin üzvü kimi 1994-cü ildə MDB ölkələr arasında ticarət əməliyyatları zamanı azad ticarət zonasının yaradılması həyata keçir saziş imzalayıb və bu saziş çərçivəsində Azərbaycan sonradan Ukrayna, Gürcüstan, Qazaxstanla azad ticarət zonası haqqında ikitərəfli saziş imzalayıb. Mə’lum olduğu kimi 2000-ci ilin noyabrın 9-da Bakıda imzalanan «Vasitəli vergilərin tətbiqi haqqında» sazişin sonuncu maddəsinə görə, həmin sazişin eyni zamanda «Azad Ticarət Zonası haqqında» sazişin qüvvəyə minməsi ilə birgə qüvvəyə minmişdir. Buna uyğun olaraq Azərbaycan Rusiya arasında ticarət əlaqələrində azad ticarət zonasının prinsipləri əsas götürülür. Hazırda ikitərəfli sazişlər olduğu üçün ölkəmizə Ukrayna, Gürcüstan, Qazaxstan və Rusiyadan gələn mallara azad ticarət zonasından istisna edilmiş mallardan başqa gömrük idxal rüsumları tətbiq olunmur. Qalan digər ölkələrdən gələn mallara gömrük idxal rüsumları tətbiq edilir.

Yeni tariflər sistemi özəlləşdirmənin birinci mərhələsindən sonra yaranmış yeni özəl milli istehsalımızın «ayağı durması», onun müdafiəsi üçün vacibdir. Amma bu uzun müddətli olmamalıdır. Proteksionist tarif sistemi dünyanın hər yerində əgər uzun müddətli qalırsa, artıq mənfi nəticələrinə gətirib çıxarır. Qonşu Türkiyə Respublikasında vaxtı ilə sənayesini «ayağa qaldırmaq» üçün proteksionist tarif siyasəti həyata keçirilməklə avtomobil sənayesini inkişaf etdirmək məqsədilə xarici avtomobillərin Türkiyəyə gətirilməsi zamanı dəyərin 100%-i qədər gömrük idxal rüsumu tətbiq edilməyə başladı. Amma bu siyasətin əhatə etdiyi dövr uzandı. Nəticədə son vaxtlar buraxılan Türkiyə avtomobilləri öz keyfiyyətinə görə xarici ölkə avtomobillərinə uduzurdular. Proteksionist tarif sistemi 3-5 il üçün nəzərdə tutulmalıdır. Milli istehsal «ayağa qalxdıqdan» sonra artıq onu qorumaq lazım deyil, onu «rəqabət dənizinə» buraxmaq lazımdır. Yeni gömrük tariflərinin tətbiqi ölkədə milli istehsalın «ayağa qalxması», normal inkişafı üçün ilkin dövrdə əsas amillərdən biri olacaqdır.

Hazırda ölkədə qloballaşma prosesi gedir. Qloballaşma prosesinin getdiyi bir şəraitdə proteksionist bir tarif sistemi ortaya qoyulursa, bu mənfi hal kimi qəbul olunur. Azərbaycan ÜTT-yə üzv olmaq istədiyi halda belə siyasətinin yürütməsinin əsas səbəbi yerli istehsalı qorumaqdır.Bu qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sistem yaxın 3-5 il üçüq nəzərdə tutulmalıdır.

Bütün deyilənləri yekunlaşdırarq belə bir nəticəyə gəlmək olar ki, qəbul olunmuş yeni gömrük tarif sisteminin məqsədi gömrük idxal rüsumlarının tətbiqi nəticəsində yığılacaq vəsaitlə dövlət büdcəsinin gəlirlər hissəsini, eyni zamanda onun diferensiallaşdırılması yolu ilə ölkədə milli istehsalın inkişaf etdirilməsi üçün müəyyən proteksionist siyasətin həyata keçirilməsini tə’min etməkdir. (3)


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə