Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri Kurs: Qrup: Tələbə




Yüklə 301.62 Kb.
səhifə1/6
tarix22.02.2016
ölçüsü301.62 Kb.
  1   2   3   4   5   6


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Beynəlxalq İqtisadi Münasibətlər

Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər


BURAXILIŞ İŞİ.


Mövzu: Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri


Kurs:

Qrup: Tələbə:

Rəhbər:
BAKI – 2008
PLAN.
Giriş.
Fəsil 1. Azərbaycan Respublikasında gömrük sisteminin vəziyyəti.

1.1 Azərbaycan Respublikasında gömrük sisteminin yaranması,

inkişaf mərhələləri və gömrük orqanlarının strukturu.

1.2 Azərbaycan Respublikasında gömrük orqanlarının beynəlxalq

təşkilatlarla əlaqələri,gömrük oqranlarının təkmilləşdirilməsi

istiqamətləri.

1.3 Azərbaycan Respublikasında gömrük rüsumlarının toplanma təkmilləşdirilməsi yolları
Fəsil 2. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin gömrük tənzimlənməsi sistemı və onun təkmilləşdirilməsi.

2.1 Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin təhlili

2.2 Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin

tənzimlənməsində gömrük tariflərinin tətbiqi.

2.3 Azərbaycanın iqtisadi əlaqələrinin gömrük tarif

tənzimlənməsinin təhlili,müasir vəziyyəti və fəaliyyətinin qiymətləndirilməsi.

Nəticə.

İstifadə olunmuş ədəbiyyat.


R E F E R A T
Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri mövzusu hər şeydən əvvəl Azərbaycanın keçid iqtisadiyyatı şətaitində xarici iqtisadi əlaqələrin gömrük-tarif tənzimlənmə sisteminin təkmilləşdirilməsinin zəruriliyi və onun elmi tədqiqat predmeti kimi mühüm nəzəri metedoloji və praktiki əhəmiyyət kəsb etməsidir. Hazırda Azərbaycan Respublikası qarşısında dünya iqtisadiyyatına inteqrasiya olunmaq,dünya bazarına çıxmaq və onun perspektivdə fəal subyektinə və iştirakçısına çevrilmək,müasir beynəlxalq iqtisadi münasibətlər sisteminin imkanlarından daha geniş istifadə etmək kimi mühüm vəzifə durur.

Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Buraxılış işi giriş, iki fəsil, hər fəsildə üç sual, nəticədən və istifadə olunmuş ədəbiyyatlardan ibarətdir.

Girişdə ümumiyyətlə buraxılış işinin mövzusu olan “Gömrük sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinə təsiri məsələləri mövzusu haqqında ümumi məlumat verilmişdir.

Buraxılış işinin birinci fəsli “Azərbaycan Respublikasında gömrük sisteminin vəziyyəti” adlanır. Bu fəsildə ilk növbədə Azərbaycanın gömrük sisteminin yaradılması,inkişafı mərhələləri,beynəlxalq aləmdə yeri və beynəlxalq təşkilatlarlarla əlaqələri əks olunmuşdur. Bundan başqa Azərbaycan Respublikasında gömrük rüsumlarının toplanma təkmilləşdirilməsi yollarına dair məsəslələrdə bu fəsildə əks olunmuşdur.

“Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin gömrük tənzimlənməsi sistemı və onun təkmilləşdirilməsiadlanan ikinci fəsildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətində gömrük tarifləri,onların tətbiqi və tənzimlənməsinə dair məsələlər göstərilmişdir.Həmçinin, ölkənin idxal və ixrac vəziyyəti, illərlə müqayisəsidə burada əks olunmuşdur. Fəsildə həmçinin, Azərbaycanın xarici ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərinə də geniş yer verilir.

Nəticə hissəsində gömrük sisteminin Azərbaycanda müasir səviyyəsi gəstərilmişdir.Eyni zamanda gömrük sahəsində Azərbaycanda mövcud olan vəziyyət və onun inkişafı üçün gələcək perspektivlər öz əksini tapmışdır.

Bütün bu yazılanlar zamanı müxtəlif ədəbiyyatlardan istifadə olunmuşdur. Bunlar əsasən yerli və rus ədəbiyyatı və müxtəlif internet mənbələridir.

Buraxılış işi 63 səhifədən ibarətdir.Burada 7 cədvəldən istifadə olunmuşdur.




GİRİŞ
Azərbaycan Respublikasının iqtisadi həyatında xarici ticarət, istehsal, elm və texnika sahəsində iqtisadi, elmi-texniki əməkdaşlıq, ixtisaslaşma və kooperasiya, tikinti, nəqliyyat, ekspeditor, sığorta, hesablaşma, kredit və digər bank əməliyyatları sahəsində iqtisadi əlaqələr, həmçinin digər müxtəlif xidmətlərin həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi fəaliyyət mərkəzi yer tutur.

Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməyə məcburdur. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasətin sərt tələblərini və məhdudiyyətini irəli sürür.

Bu səbəbdən milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi bu tənzimləmə obyektinin inkişaf edən vahid orqanizmdən ibarət olmasına əsaslanmalıdır.

Milli təsərrüfatın sistem kimi bütövlüyü üçün təhlükə yaradan uyğunsuzluğun aradan qaldırılmasını tə'min edən dinamik tarazlığın saxlanılması məsələsi müasir dövrdə çox aktualdır. Bu iqtisadiyyatın strukturunun yaxşılaşmasına, inkişafın strateji istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bə'zi mühüm istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan malları üçün qarşılıqlı şəkildə xarici bazarların açılmasına yardım edir.

Ixrac-idxal əməliyyatları iştirakçılarına tə'sir prosesində gömrük sistemi, gömrük siyasəti, gömrük xidməti kimi anlayışlardan istifadə edilməsi zəruriyyəti meydana çıxır. Belə ki, xarici ticarət fəaliyyəti təcrübəsində əsas beş qrup vasitələrə nəzər salsaq görərik ki, burada gömrük əməliyyatlarının yeri əvəzsizdir. Azərbaycan DGK-nin qarşısında qoyulmuş vəzifələri uğurla yerinə yetirilməsi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) də bəyəndiyi taktiki və strateji tədbirlərin ardıcıl həyata keçirilməsindən çox asılıdır.

Ümumiyyətlə, xarici iqtisadi fəaliyyətin idarəedilməsi prosesində dövlət orqanları sistemində gömrük sisteminin rolu çox əhəmiyyətlidir. Belə ki, o, dinamik olaraq inkişaf edir, eyni zamanda xarici iqtisadi fəaliyyət iştirakçılarına keyfiyyətli xidmət göstərir. Bu xidmət özünü xarici iqtisadi əlaqələrin yüksəlişində öz əksini tapır. Dövlət gömrük siyasətinin həyata keçirilməsi tarazlaşdırılmış iqtisadi siyasətdən və gömrük xidmətinin modernləşdirilməsi səviyyəsindən asılı olmaqa, dövlətin perspektiv inkişaf yollarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası DGK yerinə yetirdiyi funksiya və vəzifələr ölkənin iqtisadi təhlükəsizliyinin tə'min edilməsi, istərsə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda gömrük rüsumları idxalın əmtəə strukturunu formalaşdırır, qiymət əmələgəlmə mexanizminin tərkib hissəsi olaraq müəssisələrin təsərrüfat fəaliyyətinin nəticələrinə və sosial vəziyyətinə tə'sir göstərir.

Bütün yuxarıda qeyd edilənlər, onu göstərir ki, dövlət orqanları içərisində gömrük sisteminin öz çəkisi var və bu sistemin öyrənilməsi müasir dövrdə xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər üçün çox əhəmiyyətli və aktualdır.



I Fəsil. Azərbaycan Respublikasında gömrük sisteminin vəziyyəti.
1.1. Azərbaycan Respublikasında gömrük sisteminin yaranması,inkişaf mərhələləri və gömrük orqanlarının strukturu.

Gömrük işi yüzilliklərdir ki, fəaliyyət göstərir və dünyanın istənilən dövlətində əsas struktur elementlərindən biri sayılır. Gömrük fəaliyyəti bilavasitə ticarətin inkişafı ilə bağlıdır. Bakı gömrüyü ilk dəfə Rusiya Imperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə tə'sis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. «Zaqafqaziya ölkəsində gömrük dairəsinin barədə Əsasnamə»yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən e'tibarən «Bakı anbar gömrükxanası» adını almışdı.(7)

1989-cu il yanvarın 27-də SSRI Nazirlər Soveti yanında Dövlət Gömrük Nəzarəti Baş Idarəsinin 17 saylı əmri ilə Bakı gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası yaradıldı və respublikadakı digər gömrükxanalar (Culfa və Astarada) onun tabeçiliyinə verildi.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra 1992-ci ilin yanvarında prezident fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı.Bakı gömrükxanasının mövcud olduğu müddətlərdəki fəaliyyətini əks etdirən sənədli materiallar hazırda iki dövlət arxivində saxlanılır.Azərbaycan özünün sərbəst gömrük siyasətini yürütməyə başladı. Lakin bir sıra çətinliklər mövcud idi.

Birincisi, ölkənin bütün sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox idi. İkincisi,keçmiş SSRİ-nin tərkibində olduğu üçün vahid gömrük siyasəti yürüdüldüyündən milli gömrük siyasəti yaranmamışdı.Üçüncüsü, milli gömrük kadrları azlıq təşkil edirdi və qısa zamanda bu kadrların hazırlanması üçün qanunvericilik bazası yox idi. Dördüncüsü, Azərbaycanın dövlət sərhədləri Ermənistan tərəfindən işğal altında saxlanılir.Beşincisi isə,tədris bazasının təşkili üçün dərsliklər və dərs vəsaitləri yox səviyyəsində idi.Azərbaycan Respublikasının gömrük xidməti xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və gömrük siyasətinin həyata keçirilməsinin ən mühüm institutudur. Respublika icra hakimiyyəti sisteminə daxil olan gömrük xidməti Prezident və hökumət tərəfindən gömrük orqanları qarşısında qoyulan məsələləri həll etməyə qabil olan hüquqi baza və gömrük infrastrukturuna malikdir. Gömrük xidmətinin dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasında rolu ildən-ilə artır və dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsinin tə'min edilməsində mühüm faktora çevrilir.Dövlət büdcəsinin gəlir hissəsində gömrük vergi və rüsumlarının xüsusi çəkisi 1995-ci ildə 4,3 faiz təşkil etmişdirsə, bu rəqəm 1996-cı ildə 13,5 faizə, 1997-ci ildə 24,8 faizə qaldırılmışdır. 1993-cü ildə 13 milyard, 1994-cü ildə 17 milyard manat rüsum toplayan Gömrük Komitəsi gömrük nəzarətini və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək, normativ hüquqi bazanı təkmilləşdirmək, maliyyə intizamını möhkəmləndirmək sayəsində 1995-ci ildə bu rəqəmi 68,9 mlrd., 1996-cı ildə 272,6, 1997-ci ildə 429,5, 1998-ci ilə 561,6 mlrd. manata çatdırmış, 1999-cu ildə isə 665,4 mlrd. manat toplayaraq dövlət büdcəsinə keçirmişdir.

1993-cü ildə 3,5 mln. manatlıq əsas vəsaiti olan Dövlət Gömrük Komitəsi hazırda 35,3 mlrd. manat dəyərində müasi avadanlıq və texniki vəsaitlərdən ibarət maddi-texniki bazaya malikdir.

1995-1998-ci illər ərzində Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük Idarəsinin inzibati binaları əsaslı tə'mir edilmiş, yardımçı binalar tikilmişdir. Bir sıra gömrük postları tə'mir edilmiş, gömrük-keçid məntəqələri isə yenidən qurulmuşdur. Gömrükxanalar və gömrük postları avadanlıq və yenitəşkilati texnika ilə təchiz edilmişdir.(7)

Bununla belə, həm gömrük siyasəti, həm də onun həyata keçirilməsi metodları, eləcə də gömrük xidmətinin maddi-texniki, kadr, elmi-metodik, hüquqi informasiya tə'minatı sahələrində təkmilləşdirilməyə ehtiyac duyulur. Xarici iqtisadi fəaliyyətin tənzimlənmə mexanizmi mahiyyətcə formalaşma mərhələsindədir.Gömrük orqanlarının informasiya tə'minatının köklü yaxşılaşdırılması tə'min edilmədən, yeni informasiya texnologiyaları əsasında informasiya şəbəkələri yaratmadan, bütün dövlət orqanlarının malların sərhəddən keçirilməsinə nəzarət üzrə fəaliyyətini əlaqələndirmədən xarici iqtisadi fəaliyyətin gömrük metod və vasitələri ilə tənzimlənməsinin səmərəliliyini yüksəldilməsi mümkün deyildir.

Gömrük rəsmiləşdirilməsi və mallara gömrük nəzarətinin operativliyinə yönəlmiş tələblər gömrük orqanlarının müasir gömrük nəzarəti vasitələri ilə təchizatını zəruri edir. Əmtəələrin operativ indentifikasiyası, tərkibinin kimyəvi tə'yini və s. üçün yeni vasitələr yaradılmalıdır.

Azərbaycan Respublikası gömrük orqanları sisteminin inkişaf idarəçilik problemlərinin həlli ilə sıx əlaqəlidir, çünki idarəetmə həmişə bu və ya digər təşkilatın ayrı-ayrı həlqələri arasında dəqiq qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi, onlar arasında hüquq və vəzifələrin bölgüsü ilə başlanır. Bu müəssisələrin təşkilati strukturunun işlənib hazırlanmasını nəzərdə tutur.Gömrük orqanlarını strukturu rəhbəlik, mərkəzi aparat,sisteme daxil olan gömrük orqanları və təşkilatlardan ibarətdir.Mərkəzi aparat aşağıdakılar aiddir:


Sisteme daxil olan gömrük orqanları:


  • Hava nəqliyyatında baş gömrük idarəsi

  • Xəzər dənizində Azərbaycan Respublikasının iqtisadi mənafelərinin mühafizə idarəsi

  • Enerji gömrük idarəsi

  • Aksiz gömrük idarəsi

  • Avtonəqliyyat gömrük idarəsi

  • Sumqayıt gömrük idarəsi

  • Naxçıvan MR gömrük komitəsi

  • Naxçıvan şəhər gömrük idarəsi

  • Culfa gömrük idarəsi

  • Sədərək gömrük idarəsi

  • Tovuz gömrük idarəsi

  • Gəncə gömrük idarəsi

  • Xudafərin gömrük idarəsi

  • Balakən gömrük idarəsi

  • Yevlax gömrük idarəsi

  • Xaçmaz gömrük idarəsi

  • Əli-Bayramlı gömrük idarəsi

  • Astara gömrük idarəsi

  • Biləsuvar gömrük idarəsi

Təşkilatlar



  • Azərterminalkompleks» Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik

  • Mərkəzi laboratoriya

  • Ümümdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi

  • İdman-sağlamlıq mərkəzi


İdarəetmənin təşkilati strukturu dedikdə çox vaxt idarəetmənin iyerarxik elementlərinin və bu elementlərin vahid bir tam kimi inkişafını tə'min edən bir-birilə qarşılıqlı əlaqələrin nizama salınmış toplusu (məcmusu) başa düşülür.

İdarəetmənin təşkilati strukturları təhlil edilərkən, bir qayda olaraq, onlarda aşağıdakı elementlər ayrılır: idarəetmə həlqələri, idarəetmə səviyyələri və qarşılıqlı əlaqələr.

Gömrük orqanları sistemində idarəetmənin həlqələrinə bunlar aiddir: Azərbaycan Respublikası DGK, DGK-nin idarələri və müstəqil şö'bələri, gömrükxanalar, gömrükxanaların şö'bələri, gömrük postları və müvafiq professional və ya idarəçilik funksiyalarını icra edən ayrı-ayrı mütəxəssislər. Idarəetmənin bu həlqələri idarəetmə iyerarxiyasının müvafiq səviyyələrində işlənir.

Idarəetmə səviyyələri dedikdə təşkilatın idarəetmə sistemində müəyyən pillə tutan idarəetmə həlqələrinin məcmusu başa düşülür.

Gömrük orqanlarının vahid sistemində idarəetmə strukturu üç səviyyədən ibarətdir: Azərbaycan Respublikası DGK, gömrükxanalar, gömrük postları.

Bununla yanaşı, çox vaxt idarəçilik münasibətlərinin aşağıdakı kanalları nəzərdən keçirilə bilər:


  • DGK-gömrükxana

  • gömrükxana rəisi-gömrükxana şö'bələri

  • gömrükxana şö'bəsi-gömrükxana şö'bəsi (digər)

  • gömrükxana-gömrük postu

  • gömrük postu-gömrük postu (digər)

  • gömrükxana-gömrükxana (digər)

  • Gömrükxana-DGK.

Belə qarşılıqlı münasibətlərin mərkəzində rəisi, şö'bələri və gömrük postları ilə gömrükxana dayanır. Bu da təsadüfi deyil, çünki gömrük fəaliyyətinin əsas məsələləri burada həll edilir.(7)

Idarəetmə strukturunun çərçivəsində idarəçilik prosesi baş verir ki, onun iştirakçıları arasında idarəetmə vəzifələri və funksiyaları, nəticə e'tibarilə onların icrasına görə hüquqlar və mə'suliyyət bölüşdürülür. Bu baxımdan idarəetmənin təşkilati strukturu qarşıya qoyulmuş məqsədlərin əldə edilməsinə yönəlmiş idarəetmə prosesinin baş verdiyi idarəçilik fəaliyyətinin bölüşdürülmə (bölgü) və kooperasiya forması kimi nəzərdən keçirilə bilər.

Gömrük orqanlarında idarəetmənin həlqələri və səviyyələri arasında qarşılıqlı münasibətlərin aşağıdakı növləri təşəkkül tapır:

- şaquli idarəçilik münasibətləri (DGK – gömrükxana; gömrükxana rəisi – gömrükxana şö'bələri; gömrük postu – gömrük postu; gömrükxana – gömrükxana);

- üfüqi idarəçilik münasibətləri (post – qarşılıqlı əlaqəli göndərən və ya tə'yinat gömrükxanası; DGK-nin şö'bəsi – DGK-nin qarşılıqlı əlaqəli Idarəsi).

Bu qarşılıqlı münasibətləri bir qədər ətraflı nəzərdən keçirək.

Şaquli münasibətlər, hər şeydən öncə, rəhbərlər və onun tabeliyində olanlar arasında qarşılıqlı münasibətləri nəzərdə tutur, bu zaman xətti subordinasiya (tabelilik) üzə çıxır: səviyyələr üzrə bütün aşağı idarəetmə həlqələri daha yuxarı idarəetmə səviyyəsində yerləşən rəhbərin tabeliyində olur. Bu xətti münasibətlər adlanır.

Gömrük orqanları sistemində şaquli münasibətlər təkcə təşkilati strukturun xətti həlqələri arasında (tabelilik) münasibətləri ilə bağlı olan funksional həlqələr arasında da mövcuddur. Belə münasibətlər onda ortaya çıxır ki, məsələn, reallaşdırılması onların peşə (xidməti) fəaliyyətinə (maliyyə, hüquq mühafizə, kadr və b.) daxil olan müəyyən idarəetmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulan idarəçilik həlqələri analoji olaraq yuxarı idarəçilik həlqəsinin funksional (peşə fəaliyyəti növü üzrə) tabeliyində yerləşsin.



Üfüqi münasibətlər iki kateqoriyaya bölünə bilər. Birincisi, kollegial – bir rəisin tabeliyində olan bir şö'bənin əməkdaşları arasındakı münasibətlərdir. Ikincisi, paralel – təşkilatda eyni mövqe tutan, bir-birilə informasiya, fikir və mülahizələri mübadilə etmək zərurətinin meydana çıxdığı müxtəlif şö'bələrin əməkdaşları arasındakı münasibətlərdir (məsələn, gömrükxana şö'bəsi-gömrükxana şö'bəsi, gömrük postu-gömrük postu, gömrükxana-gömrükxana kimi üfüqi paralel qarşılıqlı münasibət kanalları).

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu



Cədvəl 1

Azərbaycan Respublikası Gömrük Komitəsinin idarəedilməsi aşağıdakı qaydada təşkil edilir:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sədr rəhbərlik edir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən tə'yin edilir və azad olunur.(7)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri vəzifəsinə sədrin təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən tə'yin edilir və azad olunur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini təmsil edir, Azərbaycan Respublikasının digər dövlət orqanları ilə onun qarşılıqlı fəaliyyətini tə'min edir;

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinləri arasında vəzifəsi bölgüsü aparır;

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların icra vəziyyətinin yoxlanılmasını təşkil edir;

- Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərini, gömrük laboratoriyalarının və tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əməkdaşlarını vəzifəyə tə'yin edir və vəzifədən azad edir;

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin və tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu hədlərində ştat cədvəlini, idarəetmə aparatının saxlanması üçün smeta xərclərini təsdiq edir;

- öz səlahiyyətləri daxilində gömrük orqanlarının vəzifəli şəxslərinə və tabeliyindəki müəssisələrin işçilərinə xüsusi rütbələrin verilməsi haqqında müəyyən edilmiş qaydada təqdimat verir;

- gömrük orqanlarının və tabeliyindəki digər müəssisəsi və təşkilatların işçilərini mükafatlandırır;

-xüsusilə fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün müəyyən olunmuş qaydada təqdimat verir;

- gömrük orqanlarlarının əməkdaşları, gömrük laboratoriyaları və tabeliyindəki digər idarə, müəssisə və təşkilatların işçiləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş intizam tə'siri tədbirlərini tam şəkildə tətbiq edir;

- ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeliyindəki vəzifəli şəxslərin istifadə etməsinə icazə verir;

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan da istifadə edir və başqa funksiyaları da həyata keçirir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində sədrdən (Kollegiyanın sədri) və sədrin müavinlərindən, həbelə gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeliyində olan digər idarə, müəssisə və təşkilatların rəhbər işçilərindən ibarət kollegiya təşkil olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Gömrük orqanları sistemindəki təşkilati idarəetmə strukturlarının təhlili onlara verilən aşağıdakı tələbləri formalaşdırmağa imkan verir:

1. Sadəçilik və qənaətçilik (qənaət). Mə'ludur ki, olduqca mürəkkəb təşkilati struktur idarəetmə orqanlarlarının işini mürəkkəbləşdirir və onun saxlanması üçün xərclərin artmasına səbəb olur. Ona görə də gömrük orqanlarında yeni struktur birləşmələr elə hallarda yaradılır ki, onların hansısa xidməti funksiyanı reallaşdırmağın səmərəliliyi başqa birləşmələrdə işləyən əməkdaşlar tərəfindən bu funksiyanın həyata keçirilməsinin səmərəliliyi ilə müqayisədə açıq-aşkar daha yüksək olsun.

2. Aydınlıq (açıqlıq). Gömrük orqanının hər bir bölməsi, hər bir əməkdaşı harada yerləşdiyini, informasiya üçün kimə müraciət etməli olmasını, kimin idarəçilik qərarlarını qəbul etdiyini dəqiq bilməlidir. Strukturun aydınlığını sadəliklə qarışdırmaq olmaz. Əksinə, mürəkkəb strukturlar aydın ola bilər.

Aydınlığı olmayan struktur konfliktlər yaradır, əməkdaşları boş-boşuna vaxt keçirməyə vadar edir, onlara mənfi tə'sir edir, qərar qəbul etməyi ləngidir.

3. Müəyyənlik. Təşkilati struktur hər bir əməkdaşa özünün vəzifəsini başa düşməkdə kömək etməlidir. Bunun üçün təşkilati struktur idarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə qədər ötürülmə zamanında informasiyanın minimum itkisini tə'min etməlidir.

4. Idarə oluna bilmə. Təşkilati struktur qərar qəbul etmə prosesini sadələşdirməlidir. Pis təşkilati strukturda qərar «yuxarıdan-aşağıya», yaxşı strukturda isə «aşağıdan-yuxarıya» qəbul olunur.

5. Sabitlik. Təşkilati struktur eyni vaxtda stabil (sabit) olmalıdır. Yə'ni ətrafda baş verən fırtınadan asılı olmayaraq o «işləməlidir». Hər bir işçi müəyyən yer tutduğu ünsiyyətdə müəyyən idarəyə malik olmalıdır. Insan özünü tam vağzalda olan kimi hiss etməklə işləyə bilməz. Təşkilat zaman e'tibarilə sabitlik, öz-özünə yeniləşmə və öz-özünə inkişaf qabiliyyətinə malik olmalıdır. Buna isə, hər şeydən öncə, mütəxəssislərin yeni liderlərin peşəkarlığının və şəxsiyyətinin inkişaf etdirilməsi hesabına nail olmaq olar.

6. Çeviklik. Çeviklik anlayışı yalnız son zamanlar meydana çıxmış və açıq sosial sistemlər üçün səciyyəvidir.

Təşkilati idarəetmə strukturu, hətta ən böyüyü və mürəkkəbi belə, «donuq», birdəfəlik və həmişəlik müəyyən olmamalıdır. Çevik struktur təşkilata (müəssisəyə) xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və ona uyğunlaşmaq imkanı verir.

7. Təşkilati idarəetmə strukturunun göstəricisi olan homeostatiklik, yə'ni daxili tarazlığın saxlanması üzrə sistemin avtomatik reaksiya işləyib hazırlamaq qabiliyyəti, sabitlik və çeviklikdən törəmədir. Müxtəlif növ «birdəfəlik» həyəcanlanmalara görə strukturda öz sapmalar (kənaraçıxmalar) nə qədər az meydana gəlirsə, bu struktur bir o qədər sabit olur.

8. Struktur nə qədər mürəkkəbdirsə, onda şaxələnmələr (budaqlar) bir o qədər çox olur, aşağıdakı faktorlar idarəetmədə bir o qədər çox rol oynayır:

-səlahiyyətlərin ötürülməsi (verilməsi). Məsələn, gömrükxana rəisi bütün gömrük orqanının fəaliyyətinə mə'suliyyət daşıyır. Lakin o, funksiyalarının bir hissəsini gömrükxana rəisinin müavinlərinə, gömrükxananın şö'bə rəislərinə və gömrük postlarının rəislərinə verməyə məcburdur. Onlar da öz növbəsində ayrı-ayrı vəzifələri tabeliyindəki qruplara və ya gömrük işinin konkret mütəxəssislərinə tapşırırlar ki, həmin şəxslər də bu vəzifələrin yerinə yetirilməsinə görə onların qarşısında hesabat verirlər;

- koordinasiya (əlaqələndirmə). Qarşıya qoyulmuş vəzifələrin icra edilməsində nə qədər çox sayda mütəxəssis iştirak edirsə, onların sə'yləri bir o qədər çox razılaşdırılmalıdır. Burada isə informasiya bir səviyyədən digərinə ötürülür və üfüqi istiqamət üzrə informasiya mübadiləsi aparılır;

- səlahiyyətlilik (səriştəlilik). Gömrük orqanının hər bir əməkdaşının mə'suliyyət dairəsi ciddi olaraq müəyyən edilməlidir. Rəhbərin səlahiyyətliliyi (səriştəliliyi) onun öz bölməsinin və ya bütövlükdə gömrük orqanının işini necə təşkil edə bilməsində ifadə olunur. Rəhbər öz əməkdaşlarının səriştəsinə inanmalıdır.

- mərkəzləşdirmə. Gömrük orqanı (bölməsi) rəisinin «əlində» funksiya və bilavasitə tabe mütəxəssislər nə qədər çox olarsa, onun idarəçilik fəaliyyətinin mərkəzləşdirmə səviyyəsi bir o qədər yüksək olar. Hər bir rəhbər idarəetmənin aşağı struktur həlqələri ilə birlikdə özü üçün müəyyənləşdirməlidir ki, səlahiyyətlərin hansı həcmi onun üçün qalır, hansısı isə aşağı həlqələrə verilir.(7)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində gömrük işi üzrə Azərbaycan Respublikasının bütün ərazisində qüvvədə olan, Azərbaycan Respublikasının bütün dövlət orqanları, hüquqi təşkilati formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir. Vəzifə və funksiyaların yerinə yetirilməsi sistemində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti dövlətçilik fəaliyyətinin bir növü olub, gömrük-hüquq münasibətləri sahəsində dövlətin daxili və xarici funksiyalarının təzahürüdür. Bu fəaliyyətin məqsədi gömrük işi sahəsində dövlət, inzibati, gömrük, mülki və digər hüquq sahələrini hüquqi normalarının istifadəsi, icrası, onlara riayət olunmasının tə'min edilməsidir.



Beləliklə, gömrük orqanlarının fəaliyyəti qanunlar çərçivəsində həyata keçirilməklə dövlətin hüquq-yaratma, hüquq-tətbiqetmə, hüquq-icraetmə, hüquq-mühafizə aspektlərinə malikdir. Kadrların hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi həmişə DGK diqqətində olmuşdur. Gömrük işi ilə bağlı hazırlanan metodik və əyani dərs vəsaitinin keyfiyyətinin yaxşılaşdırılması təhsilin səviyyəsinin yüksəlməsi ilə yanaşı əməkdaşların peşə biliklərinin artmasına, gömrük xidməti üçün daha yüksək keyfiyyətli kadrların hazırlanmasına xidmət edəcəkdir. Ümümdünya Gömrük Təşkilatının dəstəyi ilə keçirilən regional tədris kurslarında gömrük əməkdaşlarının iştirakının təmin edilməsi, digər beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən seminar və kurslarda sahələr üzrə gömrük mütəxəssislərinin müasir nəzəri və praktiki biliklərə yiyələnməsi gömrük işinin səmərəsinin daha da artmasına yönəldilməlidir.Azərbaycan Respublikası gömrük işçilərinin davranış qaydalarını və etika siyasətini müəyyən edən "Xidmətkeçmə haqqında Əsasnamə" qəbul olunmuş, eyni zamanda bu məsələləri tənzimləyən "Daxili intizam qaydaları" və "Şərəf Kodeksi" təsdiq edilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədi ilə gömrük işçiləri üçün etika davranışı üzrə Avropa Birliyinin təcrübəsinin öyrənilməlisi işi təşkil olunmalıdır. Ölkədə gömrük xidmətinin fəaliyyətini təkmilləşdirmək və müasir gömrük modelinin qurulmasını təmin etmək üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi çox vacibdir.(1) Bu istiqamətdə işlərin aparılması gömrük sistemində istifadə olunan normaların beynəlxalq normalara uyğunlaşdırılmasını, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsinin Azərbaycanda daha sürətlə tətbiqinə imkan yaradar.

1.2. Azərbaycan Respublikasında gömrük orqanlarının beynəlxal təşkilatlarla əlaqələri, gömrük oqranlarının təkmilləşdirilməsi istiqamətləri.
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə