Mövzu: Fərdi kompüterlərin ümumi quruluşu Yeni dərsin planı: Fərdi kompüterlərin ümumi quruluşu İnformasiyanı kompüterə daxil edən qurğular




Yüklə 126.04 Kb.
tarix11.03.2016
ölçüsü126.04 Kb.

Mövzu:Fərdi kompüterlərin ümumi quruluşu
Yeni dərsin planı:

1.Fərdi kompüterlərin ümumi quruluşu

2.İnformasiyanı kompüterə daxil edən qurğular

3.İnformasiyanı kompüterdən xaric edən qurğular
1. Fərdi kompüterlərin ümumi quruluşu

Müasir hesablama maşınları yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və kompüter şəbəkələrinin yaranmasına təkan verdi. Fərdi kompüterlərin yaranma tarixi 1974-1975-ci illər hesab olunur.1974-cü ildə iki amerikalı alim Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırmışlar.

İBM firması ilk fərdi kompüterini 1981-ci ildə yaratdı.(İBM PC) Hal-hazırda istifadə edilən kompüterlərin 80%-i İBM firması tərəfindən buraxılan kompüterlərdir.Firmanın ikinci fərdi kompüteri İBM PC/XT olmuşdur.XT-genişləndirilmiş texnologiya deməkdir.Bu kompüterlər 10 mbaytlıq sərt diskə malik olmuşdur.Sonra isə İBM PC/AT tipli kompüter istehsal edilmişdir.AT-təkmilləşdirilmiş texnologiya deməkdir.1987-ci ildə fərdi kompüterlərin PS/2 tipli növbəti nəsilləri meydana gəlir.Bütün bu kompüterlərdə “İntel”firmasının prosessorlarından istifadə edilmişdir.

Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM və Apple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə bir-birlərindən fərqlənir.

IBM firmasının istehsal etdiyi fərdi kompüterlərdən ən çox Afrika və Asiya qitəsinin ölkələrində istifadə olunur. IBM PC tipli fərdi kompüterlərdə Microsoft firmasının istehsalı olan MS – DOS, Windows 98x və s. əməliyyat sistemlərindən istifadə olunur. IBM firmasının kompüterləri «Pentium» adı ilə satışa çıxarılır.

Apple firmasının istehsal etdiyi fərdi kompüterlərdən əsasən ABŞ-ın daxili bazarında geniş istifadə olunur. Apple firmasının kompüterlərində Mac 7.0., Mac OSx Server əməliyyat sistemlərindən istifadə olunur. Apple firmasının kompüterləri «Macintosh» adı ilə satışa çıxarılır.

Apple firmasının kompüterləri konstruktiv olaraq IBM firmasının kompüterlərindən fərqlənir. Bu firmaların eyni tezliyə malik olan kompüterlərində Apple firmasının kompüterlərinin məhsuldarlığı IBM firmasının kompüterlərinin məhsuldarlığından 30% çox olur və bunun hesabına onun qiyməti də baha olur. Hazırda dünya fərdi kompüter parkının 10%-ni «Macintosh», 80%-ni isə IBM PC fərdi kompüterləri təşkil edir. Ümumiyyətlə dünya kompüter parkının 90% -nı fərdi kompüterlər təşkil edir.
Kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. Fərdi kompüterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir.

Fərdi kompüterlərdə istifadə olunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi) istifadə edirlər.Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində olan sökmələrdə (razyomlarda) yerləşdirilir.

Fərdi kompüterin tərkibi sistem blokundan, klaviaturadan, “mouse”-dan, monitordan və giriş-çıxış qurğularından ibarət olur.

Sistem bloku qida mənbəyinin yerləşdiyi korpusdan, üzərində əməli yaddaş və mikroprosessor olan ana platadan, səs kartından, yumşaq maqnit disk qurğusundan (3,5”/FDD), sərt maqnit disk qurğusundan (HDD), CD-ROM-dan və bəzi əlavə qovşaqlardan ibarət olur. Eyni zamanda sistem blokunda giriş və çıxış qurğularını, klaviaturanı, mouse, monitoru və printeri qoşmaq üçün bir neçə ardıcıl və paralel portlar yerləşir.

Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan: AT- Advanced Technology (təkmil texnologiya) və ATX - Advanced Technology eXtended (genişləndirilmiş təkmil texnologiya) stifadə olunur.

IBM PC/AT - 286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT tipli – sistem blokundan istifadə olunub.

Pentium II, III və IV tipli fərdi kompüterlərdə isə ATX tipli sistem blokundan istifadə olunur.

ATX sistem blokunda enerjiyə təlabat çox azdır. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir. Ana plata (motherboard) – fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki əlaqələndirən platadır, üzərində mikroprosessor, əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş qurğularının kontrelleri,CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir.

Mikroprosessor (CPU) - fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikroprsessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.

Pentium I - 75 Mhs - 300 Mhs

Pentium II - 300 Mhs - 600 Mhs

Pentium III - 600 Mhs - 1100 Mhs

Pentium IV – 1100 Mhs(1,1Ghs) - 4000 Mhs(4 Ghs)

Müasir fərdi kompüterlərin hesablama məhsuladarlığı saniyədə millyard əməliyyata (Gflops) bərabərdir. Əməli yaddaş qurgusu ana plata üzərində yerləşir və mikroprosessorda yerinə yetirilən əməliyyat üçün lazım olan verilənləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür və məlumat tutumunun həcmi 4 Gbayt-a qədər olur. Əməli yaddaş qurğusu dinamik və statik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən 50-60 saniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu problemi aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər. Keş-yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa müraciət vaxtı 5-6 saniyə olur. Keş-yaddaşın məlumat tutumu 128-1024 Kbayt həcmində olur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I-ci səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir. Ana plata üzərində yerləşən CMOS (Complementary Metal Oxide Semiconductor – metal-oksid yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.

BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır.

Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən isifadə edirlər.(interfeys-qurğular arasında mübadilə üsulunun qayda və qərarlar toplusunu təşkil edir.) İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur

Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk qurğusu - diskovod (məlumat daşıyıcısı - disketlər) və sərt maqnit disk qurğusu – vençester (məlumat daşıyıcısı – maqnit disklər).

Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk qurğusundan dəfələrlə çoxdur.Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olur. Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün IDE, Serial ATA, SCSI interfeyslərindən istifadə olunur. Bu qurğudan məlumatın oxunması –yazılması vaxtı 5 -15 ms olur. Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000, 15000 dövr/dəqiqə olur. Məlumat tutumu 100 Gbaytlarla ölçülür. Sərt maqnit disk qurğusu məlumatı yadda saxlamaq imkanlarına görə enerji mənbəyindən asılı deyil. Ona görə də əməliyyat sistemi, tətbiqi proqramları və istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda saxlayır. Son illərdə optik məlumat daşıyıcılarına informasiyanı yazıb-oxuyan CD-RW, DVD-RW xarici yaddaş qurğularından geniş istifadə olunur. Optik məlumat daşıcıyılarına (CD, DVD) məlumatın yazılması – oxunması lazer şüasının köməyi ilə həyata keçirilir. CD-RW qurğularında istifadə olunan CD – disklərdə audio məlumatlar rəqəm formasında saxlanılır. Məlumat tutumu 650 Mbaytdır (74 dəqiqəlik audio məlumat). DVD (digital video disk) – rəqəmli video-disk məlumat daşıyıcısı xarici görünüşünə görə CD – disklərə oxşayır. Məlumat tutumu 4,7-17,4 Gbayt-dır. Əsasən bu disklərdə videofilmlər yerləşdirilir. DVD –lər 1997-ci ildən istehsal olunmağa başlanmışdır.

Hal hazırda fərdi kompüterlərdə məlumat daşıyıcıları kimi Flash yaddaş qurğularından geniş istifadə olunur. Bu kiçik qurğular 2001 – ci ildə yaradılmışdır. Bu qurğular böyük inteqral sxemlər (BİS) üzərində yığılır və ölçüləri çox kiçikdir, bu da məlumatın bir yerdən başqa yerə rahatlıqla aparılmasına imkan verir. Fləş – yaddaşda 32 Mb – dan 10Qb – a qədər informasiya saxlanıla bilər. Fləş – yaddaşın tutumu ildən – ilə artdığından və qiyməti aşağı düşdüyündən, onlara tələbat həddindən artıq artmışdır. Fləş – yaddaşın üstün cəhəti – çəkisinin az olması, böyük dayanıqlılıq və standarta malik olmasıdır. Fləş – yaddaşı adi USB portuna daxil etməklə, saniyədə 1-8 Mb sürətlə istənilən informasiyanı köçürmək və ya oxumaq mümkün olur.

Fləş-yaddaş kartları müxtəlif formatlara malik olub, pleyerlərdən tutmuş cib kompüterləri və fotoaparat qurğusuna qədər müxtəlif mobil qurğularda istifadə olunurlar. Buraya aşağıdakı yaddaş kartları daxildirlər:

Compact Flash;

MicroDrive sərt diski;

Secure/Digital (SD) Multimedia Card (MMC);

xD (eXtreme Digital);

Memory Stick.

Mobil vinçestirlər. Mobil informasiya yığıcısı kimi istənilən vinçesterdən

istifadə etmək olar. Burada əsas məsələ ondan ibarətdir ki, onun üçün rahat qutu seçmək lazımdır ki, onu kompüterə qoşmaq mümkün olsun. Belə qutu – futlyarlar paralel porta və ya USB – yə qoşulmaq üçün kabellə təchiz olunur. Belə qutuya malik olmaqla, siz faktiki olaraq, qeyri-məhdud tutumlu (60-80Qb) mobil informasiya yığıcısını əldə edə bilərsiniz. USB 2.0 və ya Fire Wire kimi sürətli portlara qoşulan mobil vinçesterlərin müasir modelləri rahatdır və cəld işləyirlər. Lakin nəzərə almaq lazımdır ki, belə portlarla yalnız 2002-ci ildən sonra istehsal olunan kompüterlər təchiz olunmuşlar. Həmin qutuların hesablanmış olduğu USB 1.1 kimi köhnə port 1Mb/s sürətli verilənlərin ötürülməsini təmin edirdi.

ZİV informasiya yığıcıları. 2001 – ci ildə Hyundai kompaniyası fləş – yaddaşla mobil vinçestr arasında yerləşən ZİV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bunun ölçüsü fləş-yaddaş ölçüsündədir, burada əlavə qida mənbəyinə ehtiyac olmur. O, qidanı USB portundan alır. Bunun tutumu 10-dan 100Qb-a qədər olur.

Sistem blokunun daxilində yerləşən komplektləşdirici qurğulardan əlavə, kompüterlər xarici (periferiya) qurğuları ilə də təchiz olunurlar. Sistem bloku informasiyanın saxlanması və emalı işlərinin böyük bir hissəsini yerinə yetirir. Lakin, bildiyimiz kimi, informasiya haradansa gəlməli və emal nəticəsi harasa getməlidir. Məhz bu məsələlərlə periferiya qurğuları məşğul olurlar. Bu qurğular iki yerə bölünürlər:

informasiyanı kompüterə daxil edən qurğular

informasiyanı kompüterdən xaric edən qurğular
2.İnformasiyanı kompüterə daxil edən qurğular

Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür.

Klavitura aşağıdakı düymələr qrupundan ibarətdir.

Əsas düymələr qrupu

Əlifba-rəqəm düymələri;

Enter- əmrin daxil olması və yeni sətrin düyməsi;

Shift – böyük hərflər rejimi;

Caps Lock – böyük hərflər rejiminə daim keçmək;

Ctrl, Alt – idarə edici düymələr, əsasən digər düymələrin təyinatını dəyişmək üçün istifadə olunur;

Tab – tabluyasiya düyməsi – kursoru bir neçə addım sağa keçirmək üçün istifadə olunur (kursor – yanıb- sönən vertikal xətt (│), mətnin daxil olunna nöqtəsini göstərir);

Backspace – kursordan sol tərəfdə yerləşən işarəni silir;

Əsas menyunu aktivləşdirən düymə

Kontekst menyusunu aktivləşdirən düymə.

2.Kursoru idarə edən düymələr

, , ,  - kursorun yerini dəyişən istiqamət düymələri, müvafiq olaraq:

yuxarı, aşağı, sola, sağa;

PgUp, PgDn – səhifələrə keçid üçün istifadə olunan düymələr- PgUp bir

səhifə yuxarı, PgDn isə bir səhifə aşağı keçməyə imkan verir;

Home, End – kursoru müvafiq olaraq cari sətrin əvvəlinə və sonuna

dərhal keçirən düymələr.

Delete – kursordan sağ tərəfdə yerləşən işarəni ləğv etmək üçün düymə.

İnsert – daxil etmə rejiminin idarəedici düyməsi. Daxiletmə rejimi aktiv

olarsa (əsasən rejim aktiv olur) iki əşyanın arasına mövcud mətni silmədən istənilən mətn əlavə etmək olur.

Köməkçi düymələr

Köməkçi klaviaturada yerləşən rəqəm düymələri eyni zamanda kursorun yerin dəyişmək üçün də istifadə olunur. Klaviatura rəqəm rejimində olarsa,düymələr rəqəm daxil edir. Rəqəm rejiminə keçmək üçün Num Lock düyməsindən istifadə olunur.

Funksional düymələr

F1-F2-tez-tez istifadə olunan əməliyyatları yerinə yetirən düymələr. Bu düymələrin funksiyaları proqramlardan asılı olaraq fərqli ola bilər.

Xüsusi düymələr

Esc - əmrdən imtina etmək üçün düymə;

Print Scrn – ekrandakı şəkli çap etmək üçün istifadə oluna bilər. PrintScreen – vasitəsilə ekranın təsvirini, “mübadilə buferində” yerləşdirmək mümkündür. Sonra onu fayl şəklində, istənilən qrafiki redaktor vasitəsilə yadda saxlamaq olar.

Scroll Lock – bəzi proqramlarda kursorun sabit yerdə dayanmasını təmin etmək üçün istifadə olunur;

Pause (Break) – proqramın müvəqqəti saxlanması üçün düymə.

Hərf yazılıan zaman  Shift düyməsi basılarsa həmin hərfin böyük forması yazılır. CapsLock düyməsi basılarsa bütün hərflər böyük şəkildə yazılır. Ctrl və Alt düyməsi köməkçi düymələrdir. Tab düyməsi 0.5 inch (düym) boş yer buraxmaq üçündür. Backspace düyməsi soldan, Delete düyməsi isə sağdan bir hərfi və ya işarəni silmək, Enter düyməsi təzə sətrə keçmək, ESC (escape) hansı isə bir əməliyyatdan imtina etmək, F1-F12 düymələri funksional düymələrdir, yəni proqramdan asılı olaraq hansısa bir əməliyyatı icra etmək üçündür.

Windows düymələri - əksər müasir klaviaturalar Windows əməliyyat sistemi ilə işləmək üçün təyin edilmiş 3 xüsusi düymələrlə təchiz olunurlar. Onlar klaviaturanın aşağı hissəsində, Ctrl və ALT düymələrinin yanında yerləşirlər. Windows loqotipinin təsviri olan düymələr- “işə salma” menyunun cəld çağırılması üçün xidmət edirlər, üçüncü düymə isə mausun sağ düyməsinin funksiyasını təkrar edərək, “kontekst menyunu” çağırmaq üçün istifadə edilir.

Əlavə düymələr. Əgər birinci 20 il ərzində düymələrin nomenklaturası o

qədər də dəyişməmişdisə, axrıncı 1-4 il ərzində bu sahədə müəyyən dəyişikliklər əmələ gəlmişdir. Hətta bəzi yeni klaviatura modellərində 20 – yə qədər yeni funksional düymələr yaradılmışdır. Bu yeni düymələri şərti olaraq 3 qrupa bölmək olar:

Qida mənbəyini idarə edən düymələr – FK – nın şəbəkəyə qoşulması və

ya şəbəkədən açılması (Power), kompüterin “yatmaq” rejiminə (Sleep) keçilməsi və bu rejimdən çıxış (Wake).

İnternet proqramlarının idarəsi üçün düymələr – brauzeri açmaq,

elektron poçt proqramını işə salmaq və s.

Multimedia düymələri – kompakt diski səsləndirmək üçün işə salmaq,

mahnılar arasında keçid təşkil edən, səsin uca – zəif olmasını idarə edən

Son zamanlar, infraqırmızı şüalar üzərində qurulmuş klaviaturalara da rast gəlmək mümkündür ki, burada klaviaturanı kompüter ilə birləşdirən naqil olmur. Klaviaturadan kompüterə siqnal infraqırmızı şüa vasitəsilə məsafədən ötürülür. Maus kimi, klaviatura da 2cür birləşdirici ilə - yumru şəkildə olan PS/2 və USB şininə qoşulan və müstəvi şəklində - istehsal olunurlar. Klaviaturdan daxil olunan verilənlərin ötürülmə sürətinə heç bir tələbat qoyulmadığı üçün, klaviaturanı PS/2 birləşdiricisinə qoşmaq məsləhətdir.

Skaner vasitəsilə kompüterə mətnləri, şəkilləri, cizgiləri və digər qrafiki informasiyanı daxil etmək olur. Ən geniş yayılmış 2 tip skaner mövcuddur: əl ilə işləyən (hand - held) və stolüstü (desktop). Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi nəzərindən yararlıdır.Skanerin mətni əhatə etdiyi eni 4 düyn (10sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.

Stolüstü skanerlərlə çox vaxt səhifəli, planşet və ya avtoskaner də deyilir. Bu skaner vasitəsilə 8,5 x 11və ya 8,5 x 14 düym ölçüsündə təsvirləri kompüterə daxil etmək mümkündür. Bu skanerlərin 3 növü mövcuddur: flatbed, sheet – fed, overhead.

Flatbed – skanerləri çox bahalı qurğu olub, eyni zamanda çox “ağıllı” dır. Təsviri daxil etmək üçün onu skanerin şüşəli stolunun üzərinə qoyub, qapağı qapamaq lazımdır. Yerdə qalan bütün hərəkətləri skaner tətbiqi proqramın köməkliyi ilə özü yerinə yetirir.

Sheef – fed skanerləri faks – aparatı ilə işləməyə bənzəyir. İlkin təsvir vərəqi dartıcı mexanizm vasitəsilə qurğunun içərisində dartılır. Bu cür skanerlərdə kağızı avtomatik daxil edən xüsusi qurğu olur. Lakin bunun bir mənfi cəhəti vardır ki, cilidlənmiş materialları buradan buraxmaq mümkün olmur.

Overhead skaneri – “overhead” proyektorlarını xatırladır. Daxil ediləcək sənəd skanerin səthində baş – ayaq qoyulur, skanerin də uyğun bloku belə yerləşdirilir.

Ağ – qara skanerlərin ilk modelləri yalnız 2 səviyyəli rejimdə (bilevel) işləyə bilərdilər. Bu yolla ya ştrixlənmiş şəkillər (məsələn, cizgilər), ya da ikifonlu təsvirlər daxil edilə bilərdilər. Yalançı yarımfon rejim (dithering) yalnız bozumtul rənglərin imitasiyasını verir və bunun vasitəsilə daxil edilən təsvirin bir neçə nöqtələri qruplaşdırılaraq, “gray – scale – piksellər” təşkil edirlər. Onların ölçüləri – 2x2 (4 nöqtə), 3x3 (9 nöqtə), 4x4 (16 nöqtə) və s. olur.

Qara nöqtələrin miqdarının ağ nöqtələr miqdarına olan nisbəti bozumtul rəngin səviyyəsini təyin edir. Məsələn, “4x4” ölçüsündə “gray – scale – piksel” 17 səviyyəli bozumtul (tam ağ rəng də daxil olmaqla) rəng əks etdirir. Lakin bu halda onun seyrəklik xüsusiyyəti 4 dəfə azalmış olur.

Skanerin seyrəklik xüsusiyyəti 1düym təsvirdə olan nöqtələrin sayı ilə təyin edilir (dpi – dot per inch). Əgər ilk modellərdə bu xüsusiyyət 200-300 dpi olmuşdursa, müasir modellərdə bu rəqəm 500-1200dpi – dir. Adətən skanerlə işləyən zaman bu rəqəmi proqram yolu ilə aşağıdakı qiymətlərdə qoymaq olar: 75, 100, 150, 200, 300, 400, 600, 800 və 1200dpi.

Yarımfonlu skanerlər maksimum seyrəklik xüsusiyyətini yalnız 2 səviyyəli rejimdə istifadə edirlər. Adətən belə skanerlər 4,6 və 8 mərtəbəli kodlar üçün 16, 64 və ya 256 bozumtul rəng səviyyələrini təmin edirlər.

Proqram vasitəsilə həyata keçirilən interpolyasiya əməliyyatı nəticəsində müasir skanerlərin seyrəklik xüsusiyyəti 800 və hətta 1600dpi olur.

Indi isə ağ – qara skanerin iş prinsipi ilə tanış olaq. Təsvir ya flüressent lampadan, ya da közərmə lampasından alınan ağ ışıqla işıqlandırılır. Əks olunmuş işıq kiçildici linza vasitəsilə fotohəssas yarımkeçirici element üzərinə göndərilir. Bu elementə yüklü əlaqəli cihaz – YƏC (Charge – Coupled Dervice, CCD) deyilir. Təsvir olunan hər bir sətir bu cihazda müəyyən gərginliyə uyğun gəlir. Bu gərginliklər Analoq – Rəqəm Çeviricisi (ARÇ), ya da komparator (iki səviyyəli skanerlər üçün) vasitəsilə rəqəm formasına salınır. Komparator YƏC və dayaq gərginliklərini müqayisə edib, çıxışda ya “0” siqnalı (qara rəng), ya “1” (ağ rəng) hasil edir. ARC – nin mərtəbələr sayı bozumtul rəngin səviyyələrindən asılı olur. Məsələn, 64 səviyyəli bozumtul rəngi təmin edən skaner üçün ARC – nin mərtəbələr sayı 6 olmalıdır.

Hal-hazırda skaner vasitəsilə rəngli təsvirlərin kompüter daxil edilməsi üçün bir sıra texnologiyalar mövcuddur. Məsələn, kompüterə daxil ediləcək təsvir daimi ağ ışıqla yox, fırlanan RGB (Red Green Black – qırmızı, göy qara) işıq filtri vasitəsilə işıqlandırılır. Hər bir əsas rəng üçün əməliyyatların ardıcıllığı yalnız təsvirin qabaqcadan emal mərhələsi və rənglərin qamma – korreksiyası istisna olmaq şərtilə ağ – qara təsvir üçün olan əməliyyatlar ardıcıllığı ilə eynidir.

Təsvirin 3 gedişli emalından sonra 3 əsas rəndə olan RGB – faylı əmələ gəlir. Əgər 8 mərtəbəli ARC – dən istifadə edilirsə (bunun vasitəsilə 28=256 rəng fonları təsvir edilir), o zaman hər bir təsvir edilən nöqtə üçün mümkün olan 16,7 milyondan bir rəng ayrılacaq. Bu prinsiplə işləyən skanerləri “Microtek” firması istehsal edir.

Bu üsulun əsas mənfi cəhəti təsvirin kompüterə daxil olma vaxtının 3 dəfə artıq olmasıdır.

“Epson” və “Sharp” firmalarının istehsal etdiyi skanerlərdə bir işıq mənbəyinin əvəzində 3 işıq mənbəyindən istifadə edilir. Bu da vaxtın azalmasına səbəb olur.

Digər bir Yapon firması “Seika İnstruments” rəngli “flatbed” – skaner istehsal etmişdir ki, burada YƏC fotorezistorla əvəz edilmişdir. 8,5 dyüm ölçüsündə 10200 fotorezistorlar yerləşdirilmişdir. Bunlar hər sırada 3400 olmaqla 3 sırada yerləşdirilmişdir. Rəngli üç filtr (RGB) elə yerləşdirilmişdir ki, hər bir sırada yerləşən fotorezistorlar yalnız bir rəng qəbul edir. Burada seyrəklik xüsusiyyəti 400dpi –dir. Bu texnologiya ilə hazırlanan “Spectral point” skaneri ən sürətlə işləyən skanerdir.

Bir qayda olaraq, təsvir obrazları kompüterlərdə qrafiki fayl şəklində - TIFF (Tagged İmage File Format) və ya RSX formatlarında saxlanılır. Belə faylın tutumu çox böyük olur. Məsələ, yarım fon ağ – qara təsviri 8x10 dyüm ölçüsündə 256 bozumtul rəng səviyyələri ilə və 400 dpi seyrəklik xüsusiyyəti ilə daxil edilən təsvir üçün 12 Mbayt tutumlu fayl təşkil edilməlidir. Bu faylın tutumunu kiçiltmək üçün xüsusi proqram – arxivatorlardan istifadə edilir.

Skanerdə olduğu kimi, qrafiki planşet də 2 əsas parametrlə xarakterizə olunur: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Planşetin ölçüsü standart makina səhifəsi olan A4 – dən böyük qəzet formatına qədər ola bilər. Bu halda, skanerlərdən fərqli olaraq, planşetlərdə ölçülərin daha zərif bölgüsü mövcuddur. Buna görə də, sadəcə olaraq, təkcə ölçülərə yox, planşetin işçi sahəsinin dəqiq ölçüsünə də fikir vermək lazımdır. Adətən bu ölçü dyümlərlə (1 dyüm = 2,56 sm olur – məsələn, (6x8) dyüm = (15x21) sm)olur. Qrafiki planşetləri seçən zaman məhz bu ölçüdən başlamaq lazımdır.

Qrafiki planşetlə işləyən zaman bu nöqtəli təsvirlərlə yox, ayrı – ayrı xətlərlə rastlaşdığımız üçün, seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə ifadə olunacaq (lpi). Orta istifadəçi üçün lazım olan ölçü 10 lpi ətrafında olmalıdır, müasir planşetlər isə 2540 lpi – ni dəstəkləyirlər. Burada istifadə olunan qələmə gəldikdə, müasir planşetlərdə qrafiki planşetlər istehsalında ən böyük kompaniya olan Wacam firmasınıən batareyasız qələmlərini qeyd etmək lazımdır.

Qeyd etmək lazımdır ki, lazımi səs palatası ilə təchiz olunmuş istənilən ev kompüteri peşəkar musiqi studiyasının imkanlarına malik ola bilər.Burada, fortepianodan tutmuş tam orkestrə qədər müxtəlif musiqi alətlərin səslənməsini sintez etmək mümkün olur. Bu vaxta qədər biz yalnız hazır melodiyaların səsləndirilməsindən, yəni daxildən verilən əmrlərdən söhbət aparmışdıq. Bəs əgər bu əmri kompüterdən kənarda vermək, daha doğrusu, kompüterə MİDİ – melodiyanı daxil etmək olarmı? Bu doğrudan da mümkündür. Bunun üçün də djoystik üçün ayrılmış birləşdiriciyə səs palatası vasitəsilə qoşulan MİDİ – klaviatura kimi sadə bir qurğu kifayət edir. Bizim adət etdiyimiz sintezatorlardan fərqli olaraq, MİDİ – klaviatura özü bir dənə də səs çıxara bilmir: orada səs yaratmaq üçün heç bir qurğu yoxdur. Klaviaturaya səs çıxarma qurğusu heç də lazım deyildir – bu işi kompüterdə yerləşdirilmiş səs palatası yerinə yetirir. Klaviaturanın rolu ancaq daxildə yerləşdirilmiş sintezatora əmrləri verməkdən ibarətdir. Bu əmrlərə aşağıdakılar daxil olur: hansı uzunluqda, hansı notu, hansı musiqi alətində kompüter səsləndirilməlidir. Bunları nəzərə alaraq, hər bir MİDİ – klaviatura bir neçə elementlərə malik olmalıdır:

Klaviaturanın özü: ağ və qara düymələrə malik olan fortepiano düymələrinin sadə variantıdır. Birinci ona fikir vermək lazımdır ki, musiqi aləti neçə tam oktava əhatə edə bilir? Çox da baha olmayan klaviatura 3-4 oktavadan çox olmayan diapazona (37 və ya 49 düyməli) malik olur. Daha bahalı klaviaturada 7,5 oktava (88 düymə) olur ki, bu da klassik fortepianoya uyğun gəlir. Ona görədə peşəkar musiqiçilər məhz bu variantı seçməlidir.

Alətlərin idarə vasitəsi səs platasının imkan verdiyi istənilən musiqi alətini imitasiya edən rejimə keçmə imkanını verir. Bundan başqa, bir çox klaviaturanın panelində “səsin keyfiyyətini” idarə etmək üçün bütün mümkün düymə və tənzimləyicilər də vardır.

Web – kamera vasitəsilə İnternetə videotəsvirlər çixarılır. Web – kamera vasitəsilə ötürülən təsvirin seyrəklik dərəcəsi 640x480 nöqtə olur. Web – kamera ilə ötürülən videotəsvir o biri kompüterin ekranında 320x200 nöqtələr şəklində kiçik pəncərədə görünəcəkdir. Bu təsvir əlbəttə ki, canlı olmayacaqdır. Web – kamera Microsoft NetMeeting adlı səs və video müraciət proqram təminatı ilə işləyir. Maksimal seyrəklik həddi 640x480 nöqtə olduğu halda, Web – kamera yalnız 352x288 nöqtə seyrəklik verə bilir. Son illərdə istehsal olunan Web – kameraların əksəriyyəti kompüterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tləb etmir.

2.İnformasiyanı kompüterdən xaric edən qurğular

Monitor.Kompüterin ən vacib hissələrindən biri monitordur. Kompüterlə işlədikdə, biz daimi monitorla əlaqədə oluruq. Məhz bu səbəbdən erqonomika, təhlükəsizlik və insan üçün rahat olmaq cəhətdən monitorlara qarşı ən ciddi tələblər irəli sürülür. Monitor, bütün mümkün şüalanmalar səviyyəsinin və digər göstəricilərin sağlamlıq üçün maksimal təhlükəsizliyini təmin etməlidir. Həmçinin monitor təkcə təhlükəsiz deyil, həmçinin istifadəçiyə keyfiyyətli təsvir verməklə, komfort iş şəraitini təmin etməldir.

Monitorun növləri. Yaxın vaxtlara qədər elektron – şüa bürosu (EŞB) əsasında qurulmuş monitorlar ən geniş yayılmışdılar. Belə monitorun iş prinsipi adi televizorun iş prinsipindən heç də fərqlənmir: elektron “topundan” buraxılan şüa dəstələri səthi lyuminofor maddəsi ilə ötürülmüş kineskopun üzərinə düşür. Bu şüaların təsiri altında ekranın hər bir nöqtəsi qırmızı, yaşıl və göy kimi 3 rəngdən biri ilə işıqlanır. Lakin bu o demək deyildir ki, monitorda yalnız 3 rəng işıqlanacaq – onların kombinasiyaları nəticəsində milyona qədər rənglər və onların kölgələrini əldə etmək mümkün olur. Bu günkü gündə EŞB – monitorlar tam təkmilləşdirilmiş və qiyməti çox da baha olmayan qurğulardır. Onun əsas mənfi cəhəti – çəkisi və qabarit ölçüləridir. Bundan əlavə, güclü enerji sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər. Bunun alternativi olaraq, mayekristal (MK) matris əsasında müstəvi və ensiz nazik monitorlar istehsal olunmağa başlanmışdır. Çox təəcüblüdür ki, belə monitorların yaranmasına səbəbkar botanika elmi olmuşdur. Məhz avstriyalı botanik – alim Fridrix Reynister XIX əsrin axırlarında üzvü maddələrin çox təəcüblü bir xüsusiyyətini aşkar etmişdi: temperaturdan asılı olaraq, həmin maddələrdə maye və ya kristalın xassəsi yaranır. Ondan sonra dostu olan fizika alimi Otto Lexmanın təyin etmişdi ki, maye kristallar öz əks etdirmə qabiliyyətini dəyişə bilirlər, yəni müxtəlif temperaturlarda onlar rənglərini dəyişirlər. Lakin, yalnız 70 ildən sonra bu möcüzəli xassələr praktiki tətbiq tapırlar. Belə monitorun ekranındakı nöqtələri lyuminofor yox, çoxlu sayda miniatür maye – kristallı elementlər formalaşdırır ki, oda verilən cərəyanın təsiri nəticəsində öz rəng xaraketriskalarını dəyişdirir. Müasir aktiv və ya TFT – matrislərdə ekranın hər bir xırdaca MK – elementləri (piksellər) “kontrollerə” (bu rolda xüsusi tranzistordan istifadə edilir və o, ancaq ona əmr verir) malik olur. Bunun nəticəsində TFT monitorlorda “təsvir” ani bir anda dəyişilə bilər və maye – kristallı ekranlar üçün tipik olan “iz” buraxmır.

MK – displeylər ənənəvi EŞB displeylərə nisbətən bir sıra üstün cəhətlərə malik olurlar. Onlar kompakt olur və yüngüldürlər, onların qalınlığı bir neçə santimetr olur, tibbi və ekoloji cəhətdən təhlükəsizdir, bir neçə dəfə az enerji sərf edirlər. Ən başlıcası isə, müstəvi ekrana, yüksək keyfiyyətə malik olur. Ən nəhayət, burada informasiya ötürülməsində rəqəm üsulundan istifadə olunur. Halbuki, EŞB əsasında qurulmiş ənənəvi monitorlarda kompüterdən informasiyanın ötürülməsi üçün analoq kanalından istifadə edilir ki, bu da təhriflərə və əngəllərə səbəb olur. Ötürmənin rəqəm üsulunda bu nöqsanlar olmur, lakin bu halda istifadəçi MK – monitor aldıqda, rəqəm çıxışına malik olan (DV) videoplata da almalıdır. Əfsuslar olsun ki, maye – kristallı monitorların mənfi cəhətləri də vardır. Birincisi – onun qiyməti adi monitora nisbətən 2 dəfə baha olur, ancaq onların ucuzlaşmaları daha tez sürətlə baş verir. Lakin rəngin ötürülməsi sahəsində EŞB – monitorlar hələlik qabaqdadır. Belə ki, ənənəvi EŞB – monitorda 4295 milyonrəng (32 – bitlik palitra) dəstəkləndiyi halda, MK – monitorlarda yalnız 65 min rəng (16 bitlik palitra) dəstəklənir. Tipindən asılı olmayaraq, monitorlar aşağıdakı vacib parametrlərlə xarakterizə olunurlar.

Ekran diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompüterlərində 14 düyümlü monitorlardan istifadə olunurdu. Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi. Lakin 19 dyümlü monitordan istifadə edənlər də az deyildir. Lakin həqiqətdə, monitorun diaqonalının ölçüsü göstərilən ölçüdən bir dyüm az olur. Belə ki, 17 dyümlü monitorun ölçüsü 15,8 – 16,1 arasında olur. Bunun isə səbəbi odur ki, istehsalçılar ekranın ölçüsü üzərinə monitoru əhatə edən və təsvirdə heç bir rolu olmayan plastik kütlədən hazırlanmış haşiyənin də ölçüsünü əlavə edirlər. Bahalı MK və plazmalı displeylərdə belə yanaşma olmur. Onlarda real ölçü göstərilir. Ona görə də, belə bir fikr söyləmək olar ki, 15 dyümlü MK – monitor təxminən 17 dyümlü EŞB monitora həm ölçü cəhətdən, həm də qiymət cəhətdən uyğun gəlir.

Ekranın mütənasibliyi (ancaq MK – monitorlar üçün). EŞB əsasında adi monitorlarda tərəflərin nisbəti həmişə 4:3 olduğu halda, MK – monitorlarda bu nisbət müxtəlif cür olur. MK – monitorlarda əksər hallarda bu nisbət 16:9 kimi olur. Bu da, belə bir enli ekranı formatda DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarda işlədikdə isə, belə bir ekran heç bir təsir göstərmir.

Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin millimetrin onda bir hissəsi ilə ölçülən minimal qiymətini göstərir. Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük olarsa, o qədər də təsvir kobud alınır. Bir qayda olaraq, ekranın ölçüsü 15 dyüm olan monitorlar üçün bu nöqtənin qalınlığı 0,28 mm, bahalı modellərdə isə -0,25 mm olur. 17 dyümlü EŞB – monitorlarda müxtəlif markalar üçün bu kəmiyyət 0,24-0,27 mm arasında olur. MK – monitorlarda bu kəmiyyət 0,28-0,29 mm olur.

Seyrəklik qabiliyyəti (videorejim). Bu kəmiyyət vasitəsilə monitorda yerləşəcək “nöqtələrin” sayı təyin edilir. Aydındır ki, bu nöqtələrin sayı nə qədər çox olarsa, o zaman təsvir daha yaxşı keyfiyyətə malik olacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir – üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompüterdə səlis yox pillə - pillə, rejimdən rejimə keçdikcə dəyişir:

640x480 (14 - dyümlü monitorlar üçün standart rejim);

800x600 (15 - dyümlü monitorlar üçün standart rejim);

1024x768 (17 - dyümlü monitorlar üçün standart rejim);

1152x854 (19 - dyümlü monitorlar üçün standart rejim);

1280x1024 (20 - dyümlü monitorlar üçün standart rejim);

1600x1200 (21 - dyümlü monitorlar üçün standart rejim);

Praktikada, istənilən monitor daha böyük seyrəklik dəstəkləyə bilər və 17

dyümlü monitor 1280x1024 seyrəklik işləyə bilər. Çox böyük seyrəklik olduqda, qrafiki interfeysin elementləri çox – çox kiçik alınır. Əgər EŞB – monitorlar böyük diapazonlu seyrəklikdə işləyə bilirsə, MK – monitorlar onların matrislərinin hazırlandığı seyrəklik qiymətinə bağlı olurlar. Məsələn, 15- dyümlü MK – monitorların əksəriyyəti üçün seyrəklik qabiliyyəti 1024x768 piksel, 18-dyümlü monitorlar üçün isə - 1280x1024 nöqtə və s.

Açılışın maksimal tezliyi (Refresh Rate)(EŞB – monitorlar üçün). Kinoda “kadrların yeniləşmə tezliyi” analoqu kimi bu kəmiyyəti təyin etmək olar. Aydındır ki, açılış tezliyi nə qədər böyük olarsa, monitorun ekranı insanın gözünü “yorur”. Bir qayda olaraq, komfort şəraitdə işləmək üçün şaquli açılışın tezliyi 85 Hs – dən aşağı olmamalıdır və bu zaman ekrandakı təsvir bir saniyədə 85 dəfə yeniləşəcəkdir. Daha aşağı tezlik gözün yorulmasına səbəb ola bilər və görmə qabiliyyətini zəiflədə bilər. Bütün bu deyilənlər, əlbəttə ki, EŞB – monitorlara aiddir. MK – monitorlarda iş başqa cürdür. Hər bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də, MK – monitor üçün “refreş” 75 Hs olarsa, bu təhlükəsizdir və komfort işi təmin edir.

Təzadlıq dərəcəsi və müşahidə bucağı (ancaq MK – monitorlar üçün). Təzadlıq göstəricisi ağ və qara düzbucaqlıların orta parlaqlıqları nisbətəni xarakterizə edir (qara düzbucaqlının parlaqlığı vahidə bərabər qəbul edilir). Bu günkü gündə bu kəmiyyət 1:400 qəbul edilmişdir, lakin bəzi yeni modellərdə bu nisbət 1:700 olur. Yaxşı MK – monitorlar üçün digər bir parametr müşahidə bucağı 30 dərəcə olduğu halda, müasir MK – monitorlarda – 180 dərəcədir.

Piksellərin əks cavab vermə vaxtı (ancaq MK – monitorlar üçün). EŞB – monitorlarda şüalar cəld hərəkət etdiyi halda, MK – monitorların xanaları “ətalət” xassəsinə malik olurlar. Bunun da nəticəsində, ekranda kadrlar cəld dəyişdikdə, yeni kadrın bir hissəsi saniyənin müəyyən hissəsi qədər müddətdə köhnə kadr, üzərində qalır. Ona görə də monitoru seçdikdə əks cavab vermə müddəti minimum olan monitor seçmək tələb olunur. Bu günkü gündə standat qiymət – 12-16ms, maksimal qiymət isə -20ms –dir.

Matrisin tipi (yalnız MK – monitorlar üçün). Yuxarıda göstərdiyimiz bütün parametrlər matrisin tipi ilə təyin olunur. Müasir monitorlarda xarakteristika və qiymətə görə bir – birindən fərqlənən bir neçə tip matrisdən istifadə olunur:

TN – film matrisi. Bu matrislərin ən köhnə tipidir. Burada əks cavab

vermə müddəti 25ms olur və keyfiyyər xarakteriskası da idealdan çox uzaqdır.

MVA və PVA matrisləri. Uyğun olaraq, Fujitsu və Samsung firmaları

tərəfindən işlənib hazırlanmışdır. Bu monitorlar TN – film monitoruna nisbətən bir addım irəli doğru getmişdir. Rəngötürm yaxşılaşmış, müşahidə bucağı böyümüş, əks cavab vermə vaxtı da 20ms- yə qədər azaldılmışdı. Belə matrislərlə 17 dyümlü monitorlar təchiz olunurlar.

İPS və S-İPS matrisləri. Bu texnologiya Hitachi kompaniyası tərəfindən

işlənmiş və burada real təsvir və keyfiyyətli rəng ötürmə əldə edilmişdir. Lakin bu texnologiya çox da ucuz deyildir; bu matrislə yalnız ən yüksək qiymət kateqoriyasına malik olan monitorlar təchiz olunurlar.

Printer informasiyanı kağıza çap edən qurğudur. Bütün çap qurğuları iş prinsipinə görə “zərbəli” (impact) və “zərbəsiz” (non - impact) olurlar.

Matris tipli zərbəli printerlər. Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün olan işarələr bu və ya digər üsulla kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Bu cür üsulla işləyən çap qurğuları çox geniş yayılmışdır. Həmin printerlər kifayət qədər çap keyfiyyətli, ucuz materiallarla (rəngləyici lent və kağız) işləməyi təmin edir, həm standart formatlı vərəqlərdən, həm də rulon tipli kağızlardan istifadə etməyə imkan verir. Mənfi cəhəti onun səsli olmasıdır. Printerin başlığı 9, 18 və ya 24 iynəli ola bilərlər. Printerin modelləri arasında həm geniş karetkalı (A3 - formatı), həm də ensiz karetkalı (format - A4) modellərə rast gəlinir. Yüksək çap keyfiyyəti NLQ (Near Letter Quality – tam makina keyfiyyətinə yaxın) rejimində işləyən 9 iynəli

Printerlərdə, həm də LQ (Letter Quality – makinə keyfiyyətli) 24 iynəli printerlərdə əldə edilir. Biq qayda olaraq, müasir printerlər “rezident” və ya yüklənən miqyaslı şriftlərlə təmin olunurlar. Bu sahədə Epson, Star, Micronics, Okidata firmalarının məhsulları daha çox yayılmışdır. Lakin zərbəsiz printerlərlə müqayisədə zərbəli printerlərin istehsalı son zamanlar getdikcə azalır.

Şırnaqlı printerlər. Bu cür zərbəsiz printerlər demək olar ki, tam səssiz işləyirlər. Mürəkkəblə işləyən şırnaqlı printerlər ardıcıl, matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər. Onlar fasiləsiz təsirli və diskret təsirli olaraq 2 yerə bölünürlər. Diskret təsirli printerlərin iş prinsipi ya hava ilə doldurulmuş köpük effektinə (Bubble - jet), ya da pyezoeffekt prinsipinə əsaslanırlar. Bunların əsas istehsalçısı “Canon” və “Epson” firmalarıdır.

Zərbəli matris printerlərində olduğu kimi, mürəkkəblə işləyən qurğularda, çap edən başlıq ancaq üfüqi müstəvi boyunca hərəkət edir, kağız isə şaquli istiqamətdə ötürülür. Çap başlığından mürəkkəbin payalanacağı kanal dəliklərin sayı 12-dən 64 - ə qədər olur. Bu dəliklərin ölçüləri zərbəli matris printerlərində olan iynələrin diametrindən kiçik olur. Buna görə də burada keyfiyyət nəzəri cəhətdən bir qədər yüksək olur. Lakin buna həmişə nail olmaq mümkün olmur, çünki burada kağızın keyfiyyəti əsas rol oynayır. Hal – hazırda yüksək keyfiyyətlə çap etmək üçün (1440dpi – bir dyümə düşən nöqtələrin sayı) səthi xüsusi örtüklə örtüklənmiş kağızdan istifadə edilir. Bu halda istifadə olunan materialların qiyməti çox baha başa gəlir.

“Bubble - jet” üsulundan istifadə etdikdə hər bir dəliyin yanında kiçik qızdırıcı element (adətən bu nazik lövhəli rezistor olur) yerləşdirilir. Bunun vasitəsilə rezistordan cərəyan axır, 500 dərəcəyə qədər temperatur alınır və bu istilik ətrafda olan mürəkkəb hissəciklərinə verilir. İstiik ani bir zamanda əldə olunduğu üçün onun ətrafında mürəkkəbli buxar köpüyü yaranır və bunun vasitəsilə dəlikdən lazımi miqdarda mürəkkəb kağıza doğru itələnir. Cərəyanı dövrədən açdıqdan sonra, rezistor tez soyuyur və buxar köpüyünün ölçüsü kiçilərək, dəlikdən yeni mürəkkəb hissəsini götürür o kağıza hopdurulmuş köhnə mürəkkəb hissəciyin yerini tutur.

Kanal dəliyinin idarə olunmasının II üsulu pyezoelektrik prinsipinə əsasən, elektrik sahəsinin təsiri altında pyezokristal deformasiyaya uğrayır. Çıxış dəliyinin yanında yerləşdirilmiş pyezoelementin ölçüsünün dəyişdirilməsi mürəkkəb damcısının püskürülməsinə və yeni mürəkkəbli damcının gəlməsinə səbəb olur. Yüksək keyfiyyətli bu cür çap etmədə bir dəqiqədə 2-3 səhifə, ya da bir saniyədə 200 işarə çap oluna bilər. Bəzi modellərdə mürəkkəbli damcı püskürüləcək belə dəlikərlərin sayı 64 olur. Bu halda bir dyümdə 360 nöqtə yerləşmiş olacaq.

Termoprinterlər. Bu üsulla təsviri kağıza çap etmək üçün kağızın ayrıca götürülmüş hər hansı bir hissəsi qızdırılır. Bu halda kağız müəyyən nazik termohəssas örtüklə ötürülür. Lokal qızdırma zamanı həmin örtüyün təsviryaradıcı birinci komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində görünən ləkə yaradır. Ümumiyyətlə, bu üsulla müxtəlif rənglərdə çap etmək mümkündür. Bir qayda olaraq, çap vaxtı qara rəngli təsviri təmin edən örtük daha yüksək temperatur və çap başlığının böyük təzyiqini tələb edir.

Termoprinterin çap edici başlığının əsas tərkib hissəsi qızdırıcı elementlər təşkil edir. Bunlar bir – birinin üzərində 2 sıra ilə düzülürlər. Bunlardan müəyyən cərəyan buraxdıqda elementdə istilik əmələ gəlir. Termoelemntlərin özləri ölçü cəhətcə çox kiçik olduğu üçün, printerin çap başlığı da kiçik qabarit ölçüsünə malik olur (qalınlığı bir neçə mm olur).

Burada da çap edici başlıq üfiqi istiqamətdə hərəkət edir, kağız isə şaquli istiqamətdə daxil olunur. Termoprinterlər matris qurğularına aid edilə bilərlər. Burada çap başlığı ilə kağız arasında mexaniki kontakt olmadığı üçün – termoprinterlər zərbəsiz qurğulara aid edilirlər. Bunun əsas mənfi cəhəti – xüsusi (qiyməti baha olan) kağızın tələb olunmasıdır.

1982 – ci ildə adi kağız çap edən termoprinterlər meydana gəlmişdir. Belə qurğulara rəngli maddəni irəli verən termoköçürməli və ya termoqrafik çap qurğuları deyilir. Adi termoprinterlərdə olduğu kimi, bura da qızdırıcı elementlərə malik olan çap başlığı vardır. Termoplastik rəngləyici maddə kağızın məhz qızdırılan hissəsinə düşür. Konstruktiv cəhətcə bu cür çap üsulu çox sadə olub, səssiz işləyir. Termoköçürməli belə printerlərdə çap başlığının eni istifadə edilən kağızın buraxıla bilən maksimum ölçüsü ilə təyin edilir. Buna görə də rəngləyici lent də eyni anda buna uyğun seçilməlidir. Bu halda çap başlığını kağız boyu hərəkət edtirən mexanizmə ehtiyac qalmır.

Temoköçürməli printerlər zərbəsiz matris printerlər sinfinə aid edilə bilərlər. Burada istənilən tip şriftlərdən istifadə etmək olar və qrafiki rejimdə işləmək burada heç bir problem yaratmır. Təsvirin aydın alınması nöqteyi – nəzərindən, belə printerlər lazer printerlərdən heç də geri qalmır. Onların aydınlaşdırmaq qabiliyyəti 1dyümdə 300 nöqtədir. Çap etmə sürətinə görə bunlar mürəkkəblə işləyən müasir damcılı printerlərdən geri qalır. Buna əsas səbəb termoelementin qızmasına sərf olunan vaxtdır. Bu cür çap qurğuları əsasən portativ printerlər kimi istifadə edilir.

Lazer və LED (Ligh Emitting Diode) printerləri. Lazer printerlərində surət çıxaran maşınlarda olduğu kimi, təsviri əldə etmək üçün elektroqrafik prinsipdən istifadə edilir. Bu proses zamanı elektrostatik potensial relyefi yarımkeçirici qatda təşkil edilir və sonra bu relyef vizual şəkildə göstərilir. Vizual şəkildə göstərmək üçün quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerenin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optikmexaniki sistemdir.

Mikrogüclü yarımkeçirici lazer nazik işıq şüası generasiya edir. Bu şüa fırlanan güzgülərdən əks olunaraq, işığa həssas olan foto qəbuledici barabanda elektron təsvirini yaradır. Barabana əvvəlcədən hər hansı bir statiki yük verilməlidir. Təsviri əldə etmək üçün lazer printeri xüsusi elektronika idarə edici qurğusu vasitəsilə dövrədən açılmalı və ya dövrəyə qoşulmalıdır. Fırlanan güzgülər lazer şüasını çap edici barabanın səthində formalaşdırılan yeni sətrə doğru yönəldir. Lazer şüası əvvəlcədən statiki yüklə yüklənmiş barabanın üzərinə düşən zaman, yük işıqlanmış səthdən axıb yerə düşür. Beləliklə, barabanın işıqlanmış və işıqlanmamış səthləri müxtəlif yüklərə malik olur. “Toner”in tozvari hissəciklərinin müsbət və ya mənfi yüklə yüklənməsindən asılı olaraq, onlar baraban səthində müxtəlif işarəli yüklər olan sahələri bir – birinə cəlb edirlər. Hər bir sətir formalaşdırıldıqdan sonra, xüsusi addım mühərriki barabanı elə çevirir ki, növbəti sətir alınsın. Bu sürüşmə printerin seyrəklik qabiliyyətini təyin edir və dyümdə 300, 600 və ya 1200 nöqtə yerləşir. İşin bu mərhələsi monitorun ekranında təsvirin yaranmasına bənzəyir.

Barabanda təsvir “toner”lə örtülü olduqda , verilən kağız elə yüklənir ki, barabandan toner kağıza cəlb olunsun. Bundan sonra tonerin hissəcikləri yüksək temperatur nəticəsində kağız üzərində bərkidilir. Təsviri axıra qədər kağızda bərkitmək üçün xüsusi rezin və termobarabandan istifadə edilir.

Lazer printerləri kiçik işləmə sürətinə malik (dəqiqədə 4-6 səhifə), orta işləmə sürətinə malik (dəqiqədə 7-11 səhifə) və kollektiv istifadəli (dəqiqədə 12 səhifə) olurlar. A4 formatlı kağızla işləyən lazer printerlərində seyrəklik qabiliyyəti 1dyümdə 600 nöqtə, A3 formatlı işləyən lazer printerlərində 1 dyümdə 1200 nöqtə olur və çap etmə sürəti dəqiqədə 3-4 səhifə olur. Bu cür printerləri istehsal edən “Hewlett Packard” firmasıdır.

Lazer printerlərindən başqa, LED printerləri də vardır. Burada yarımkeçirici lazeri – xırda işıq diodları əvəz edir. Bu halda mürəkkəb optik sistemdən istifadə etməyə ehtiyac qalmır. Işığa həssas baraban üzərində bir sətrin təsviri eyni zamanda alınır. Bu cür printerləri “Okidata” firması istehsal edir.

Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer, skaner, sürət çıxaran, bəzi hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. Ayrı – ayrı qurğular toplusuna görə bu qurğu bir qədər az yer tutur. “Kombayn”ın tərkibində olan qurğular üçün heç bir standart olmur: məsələn, printer çox vaxt şırnaqlı, bəzi halda isə lazer ola bilər, skaner də dartılan və ya planşet tipli ola bilər; sürət çıxaran qurğu isə kompüterin iştirakı olmadan, “skaner-printer” əlaqələndiricisi rolunu oynayır. Belə qurğu orta qiymətli xarakteriskaya malik olur. Həm skaner, həm də printer hissəsi bir çox göstəricilərə görə ayrı – ayrı qurğulardan geri qalırlar. Bir də nəzərə alsaq ki, belə “kombayn” işdən çıxıb, xarab olduqda, biz eyni zamanda 3-4 qurğudan məhrum olmuş oluruq.

Sənayenin müxtəlif sahələrində avtomatlaşdırılmış layihə sistemlərinin və ya AvtoCAD – sistemlərinin geniş tətbiqi və inkişafı nəticəsində qrafiki informasiyanın kompüterdən çıxarılması məqsədini güdən plotterlərin (cizgi qurğularının) meydana gəlməsi təbii bir hal kimi qəbul edilməlidir. Konstruktor və texnoloji sənədlər komplektinin yaradılmasında müxtəlif qrafiki materialların (cizgilər, sxemlər, qrafiklər, diaqramlar və s) hazırlanması əsas rol oynayır. Əl ilə bu cür işlərin yerinə yetirilməsi böyük çətinliklər yaradır. Ona görə də cizgi sənədlərinin tərtibinin avtomatlaşdırılmasına xidmət edən belə sistemlərin yaranması zəruri bir hal kimi meydana gəlmişdir. Digər tərəfdən, 50-ci illərdən başlayaraq meydana gəlmiş və sənayedə, elmdə, tibbdə və bir çox digər sahələrdə tətbiq edilən müxtəlif özüyazan cihazların olması, plotterlərin meydana gəlməsini asanlaşdırmışdır. Plotterlərin istehsalı artdıqca, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi də genişlənmişdir.

Plotterlərdə cizgi üçün sahə A4÷A0 formatında olub, İSO və ANSI standartlarına uyğun gəlir

Bütün müasir plotterləri 2 böyük sinfə ayırmaq olar:

A3 – A2 formatları üçün planşet tipli plotterlər;

Kağızın enliliyi A1 və ya A0 formatına uyğun gələn rulon tipli

plotterlər.

İkinci tip plotterlərdə uzunluğu bir neçə on metrlərə bərabər olan rulon tipli kağızlardan istifadə edilir və onun vasitəsilə inşaat və arxitektura layihələrində istifadə olunan uzun rəsmlər və cizgilər çəkmək mümkün olur. Bu cür plotterlər praktikada çox geniş yayılmışdır.

Planşet tipli plotterlər isə çox az tətbiq edilir, son zamanlar isə onlar uyğun printerlərə əvəz olunurlar.

Plotterlərin digər təsnifat parametri – onlarda tətbiq edilən yazı mexanizminin tipi ilə təyin olunur. Plotterlərin – əksəriyyətində qələm tipli yazı mexanizimdən istifadə edilir (Pen - plotter). Burada xüsusi flomasterlərdən istifadə edilir.

Plotterlərin əmrlər sisteminin idarə olunması üçün standart dil – HP-GL (Hewlett – Packard Graphics Language) – dir. Sonralar HP-GL/2 versiyası yaranmış və bunun vasitəsilə verilənlərin ötürülmə sürəti artırılmış, şriftlərin, xətlərin qalınlığının, rənglərinin idarə olunması və müxtəlif ştrixlərin əldə edilməsi mümkün olmuşdur. Digər firmalar da verilənlərin formatı, əmrlər sistemi və drayverlər üçün öz əmrlər sistemini yaratmışlar.

Plotterlərin tipik interfeysləri – RS232 (ötürmə sürəti 38,4 Kbayt) və Centronics – dir. Bəzi modellər üçün RS422, RS423, İEEE488 tipli interfeyslər tətbiq edilir və onlar lokal şəbəkələrdə də istifadə edilirlər.

Qələm mexanizimli plotterlərin xarakteriskalarının yaxşılaşdırılması bir sıra istiqamətlər üzrə aparılmışdır. Bunlardan ən əsası aşağıdakılardır:

Kağızın verilmə və qeyd edilməsi mexanizmlərinin təkmilləşdirilməsi;

Rəsmlərin və cizgilərin çəkilmə sürətlərinin artırılması;

Təsvirin keyfiyyətinin artırılması;

Məhsulun maya dəyərinin (sərf olunan materialların, istismar sərflərinin

və s.) aşağı salınması.

Son zamanlar qələm plotterlərin bazasında yeni qurğular meydana gəlmişdir. Bu qurğularda yazı yazan qovşaq “katter” (cutter) adlı kəsici alətlə əvəz edilmişdir. Bir qayda olaraq, kəsici plotterlərdə xüsusi polimer təbəqədən və ya özüyapışan xüsusi kağızdan istifadə edilir. Bu cür qurğuların imkanlarının tətbiqi dizayner və tərtibatçı – rəssamlara geniş imkanlar verir.

Plotterlər ailəsinin daha sonrakı inkişafı şırnaq tipli yazı qovşağının meydana gətirmişdir. Bu cür qurğuların yaranması nəticəsində plotterlər və printerlər arasında olan sərhəd tamamilə silinmiş, bir sıra xarakteriskalara görə işə plotterlər poliqrafiya avadanlıqlarının xarakteriskalarına daha yaxın olmuşdur.

Kolonkaların seçilməsi o qədər də çətinlik törətməsə də, istənilən qədər də sadə deyildir. Kolonkaların aşağıdakı növləri var:

2 kolonkalar – standart stereosistemdir;

3 kolonkalar – 2 adi kolonka + aşağı tezliklər gücləndiricisi (sabbufer) –

musiqi sevən melomanlar üçün keyfiyyətli həll olub, çox da bahalı olmur;

4 kolonkalar – 3 ölçülü, həcmli səsləndirməni dəstəkləyən sistem olub, 2

cüt kolonkalarla (məsələn, SoundBlaster Live) işi dəstəkləyən səs platalarına qoşulmaq üçün təyin olunublar;

5 kolonkalar – 4 kolonkalar və subbufer.

Bütün bu kolonkaları tematik mövzular üzrə paylamaq mümkün olur 2

kolonka - ən sadə və universal variant olub, kompüter səsləndirməsinin hər hansı bir növünü sevən şəxslər üçün yaradılır. 2 kolonkalar plyus sabbufer – Audio CD və ya MP3 – dən musiqiyə qulaq asmaq üçün ideal variantıdır. Həmçinin oyun oynayanda da imitasiyanın müasir üsullarından istifadə etməklə, “3D effektini” əldə etmək mümkün olur. 4və 5 kolonkalar – kompüter videosunu sevənlər və oyun oynayanlar üçün yaxşı seçimdir. Burada səs həcmli olur ki, bu da bir tərəfdən heyran edicidir, digər tərəfdən isə insanı tez yorur. Nəhayət, tam dəyərli “5+1” Dolby Digital komplekti kompüterdə DVD – filmlərinə baxanlar üçün təyin edilmişdir.


Maus və Trekbol vasitələri ilə informasiya kompüterə daxil edilir. Əlbəttə ki, bunlar klaviaturanı tam əvəz edə bilməzlər. İlk dəfə mausu 1963-cü ildə Stenford tədqiqat mərkəzində (ABŞ) Duqlas Encelbart təklif etmişdir. İlk trekbol (trackball) isə bir qədər müddətdən sonra “Logitech” firması tərəfindən ixtira edilmişdir. Son illər ərzində mausun xarici və daxili quruluçu bir sıra dəyişikliklərə məruz qalmasına baxmayaraq, onun siçana bənzərliyi dəyişməmişdir.

Mausun belə məşhur olmasına səbəb isə tətbiqi qrafiki proqramlar sisteminin, həmçinin istifadəçinin qrafiki interfeysinin geniş yayılması olmuşdur. Bu da əsasən Windows əməliyyat sisteminin yaranmasından sonra baş vermişdir. Maus qurğusuna pəncərə, menyu, düymələr, piktoqrammalar vəs. kimi qrafiki obyektlərdə işlədikdə daha çox ehtiyac duyulur. Belə obyektlərdə klaviaturaya nisbətən mausla işləmək daha əlverişli və səmərəli olur.

İndi mausun iş prinsipi ilə tanış olaq. İlk vaxtlarda maus qurğusu 2 çarx üzərində hərəkət edirdi: bu çarxlar dəyişən rezistorların oxları ilə əlaqədə olurdu. Mausun yerini dəyişdirdikdə dəyişən rezistorların müqavimətləri uyğun surətdə dəyişilir. Sonralar mausun konstruksiyasında bir sıra dəyişikliklər edilmişdir. Çarxlar (roliklər) mausun daxilinə keçirilmiş, səthlə isə rezin polimer yastıq (kürəcik) əlaqədə olmuşdur. Çarxların fırlanma oxları bir – birinə perpendkulyar yerləşdirilmişlər. Kürəciyin səthinə sıxılmış çarxlar vericinin oxu üzərində yerləşdirilir və bu verici vasitəsilə mausun yerdəyişməsinin istiqaməti və sürəti təyin olunur. Verici kimi bir sıra hallarda cərəyan keçirməyən disklərdən istifadə edilir. Bu diskin üzərində montaj üsulu ilə kontaktlar yerləşdirilir. Bu cür maus qurğusu tam “mexaniki” olur.

Lakin bildiyimiz kimi, mexanika – tam davamlı olmadığı üçün, son zamanlar maus qurğusunda yerdəyişməni kodlaşdırmaq üçün optik – mexaniki üsuldan istifadə edilməyə başlanılmışdır.

Mexaniki şifratorları işıq diodu, fotodiod cütlüyü və ya fotorezistorlar, bəzi hallarda isə fotoranzistorlar əvəz edirlər. Bu cür cütlük diskin müxtəlif hissələrində yerləşdirilir. Fotohəssas elementlərin işıqlanma dərəcəsi mausun yerdəyişmə istiqamətini, bu elementlərdən çıxan impulsların tezliyi isə - sürəti təyin edir.

Tam optik mauslara da rast gəlinir. Mexaniki və optikmexaniki konstruksiyalardan fərqli olaraq, optik mauslar yalnız xüsusi planşet üzərində hərəkət edə bilərlər. Belə planşetin səthi perpendkulyar xətlər şəklində xırda torlardan təşkil edilir. Bir istiqamətdə xətlər – qara, digər istiqamətdəki xətlər isə göy rəngdə olurlar. Maus planşetin səthi ilə hərəkət etdikdə, onun altında yerləşən 2 xüsusi işıq diodları vasitəsilə planşetin səthi işıqlandırılır. Bu işıq diodlarından biri qırmızı işıq hasil edir və bu işıq planşetin göy rəngli xətləri ilə udulur, ikinci işıq hasil edir və ikinci işıq diodu isə infraqırmızı diapazonda işlədiyi üçün qara xətlər onu udur. Planşetdən əks olunan işıq fotodetektora düşür. Maus hərəkət edən zaman fotodetektora ardıcıl işıq impulsları düşür. Ümumi halda, belə tam optik maus qurğuları çox baha başa gəlməsinə baxmayaraq, bir sıra üstün cəhətlərə də malikdir. Birincisi – burada hərəkət edən hissə olmadığı üçün, belə konstruksiya uzun müddət işləyə bilir, ikincisi – belə maus vasitəsilə kursoru ekranda idarə etmək daha asan olur. Mənfi cəhəti boş yer tələb edən xüsusi planşetin tələb olunmasıdır.

Maus interfeysinin proqram təminatının ən geniş yayılmış standartları bunlardır:

Microsoft firmasının mausu (Microsoft Mouse) – 2 idarə düyməsinə

malikdir.

“Maus” sistemli (mouse System Mouse) – 3 idarə düyməsinə malik

olur (3-cü düymə adətən 1-ci düymənin funksiyasını təkrar edir.)

Digər istehsalçıların mausları bu və ya digər standartlara uyğun gəlir. Mausların seyrəklik xüsusiyyəti 20, 400, 600, 900 dpi olur.

Hal – hazırda mausu kompüterə qoşmaq üçün 3 müxtəlif üsul mövcuddur. Stolüstü İBM uyuşan bütün kompüterlər üçün ən geniş yayılmış üsul kompüterin ardıcıl portu (RS232 interfysi) vasitəsilə mausun kompüterə qoşulmasıdır. 2-ci üsul şin interfeysli mausların (bus - mouse) qoşulması üçün xüsusi platanı tələb edir. 3- cü üsul isə PS/2 üslubunda olan mauslardır. Ən çox yayılmış 1-ci üsuldur.

Hər bir maus özünün quyruğunda DB-9 tipli kontaktlar sisteminə malik olur. Bundan əlavə hər bir maus üçün quraşdırma və test aparmaq proqram təminatını təşkil edən xüsusi “drayverlər” olur (adətən COM və SYS tipli fayllar şəklində). Bəzi daha “ağıllı” mauslar “Paint Brush” tipli sadə şəkil çəkmək üçün proqramlara da malik olurlar.

Ardıcıl interfeysə malik olan “Microsoft” firmasının istehsal etdiyi mausların prosesora öz hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə edirlər. “Moyse System” tipli mauslar bir – birini əvəz edə bilmirlər.

Trekbol. Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onun kompüterlə birləşən kabeli çox vaxt nəyə isə ilişir, bəzi hallarda isə stol üzərində boş yer tapmaq da mümkün olmur. Ona görə də mausu “kəllə - mayallaq” çevirmək fikri meydana gəlir. Bu halda maus özü hərəkət etmir, biz yalnız baş barmağımız vasitəsilə kürəni hərəkət etdiririk. Bütün konstruksiya stasionar şəkildə qoyulur, buna görə də az yer tələb olunur. Trekbolda da düymələr vardır və bunun proqram təminatı eyni ilə mausda olduğu kimidir.

Trekbollar əsasən “laptop” kompüterlərində daha çox istifadə olunur və mauslara nisbətən daha baha olur. Bunlar əsasən tətbiqi bədii qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq tapmışlar.

Modemlər.Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilir. Onların tipik nümayəndəsi modemdir.

“Modem” adı “modulyator” və “demodulyator” sözlərindən əmələ

gəlmişdir. Yəni modem “modulyator” və “demodulyator” adlanan iki qurğunun (mikrosxemin) birləşməsindən yaranmışdır. Modulyator ötürülən siqnalı aparıcı tezliyə bağlayır, demodulyator isə modullaşdırılmış aparıcı siqnaldan faydalı siqnalı ayırır. Bu deyilənlər analoq (fasiləsiz dəyişən) siqnalların ötürülməsinə aiddir. Kompüterdə isə, bildiyimiz kimi, informasiya ikilik rəqəmlərlə (kodla) ifadə olunur. Odur ki, əgər kanal analoq tiplidirsə, modulyasiyadan əvvəl kod formasında olan informasiya kod analoq çeviricisi (KAÇ) vasitəsilə analoq formasına çevrilir. Demodulyasiyadan sonra isə, analoq formasında alınan faydalı siqnal analoq – kod çeviricisi (AKÇ) vasitəsilə kod formasına çevirilir. Bu çevirmələri də modem yerinə yetirir.

Müasir dövrdə elektron kommunikasiya sistemlərini modemsiz təsvir etmək

mümkün deyildir. Modemdən istifadə etməklə informasiya axınlarına, elektron verilənlər bazasına, elektron poçtuna, elektron məlumat kitabçalarına, elektron elanlar lövhəsinə və s. daxil olmaq mümkündür.

Əgər proqram, şəkil və ya mətndən ibarət olan faylı tez bir zamanda öz

dostunuza və ya iş yoldaşınıza göndərmək istəyirsinizsə, o zaman modemin vasitəsilə bunu həyata keçirmək çox asan olur. Xüsusi proqramadan istifadə etməklə, siz telefonla öz dostunuza zəng edirsiniz, sizin kompüterlərinizdə olan modemlər öz aralarında birləşmə haqqında “razılığa” gəlirlər, bundan sonra verilənlərin ötürülmə protokolundan istifadə edərək həmin faylı uzaq məsafədə yerləşən kompüterə göndərə bilərsiniz.

Modemlərdən istifadənin ikinci əsas xüsusiyyəti BBS (Bulleten Board System), daha doğrusu elektron elanlar lövgəsi ilə informasiya mübadiləsinin mümkünlüyüdür. Hal-hazırda bir neçə min BBS mövcuddur. BBS xüsusi proqram təminatına malik olan kifayət qədər güclü fərdi kompüterdən ibarət olub, modem vasitəsilə adi telefon xəttinə qoşulur. Belə proqram təminatı zəng edən hər bir şəxsə BBS – də qeydiyyatdan keçməyə orada işləməyə imkan yaradır. Belə kompüterlər BBS şəbəkəsinin qovşaqları adlanır. BBS – in regional şəbəkələri bir – biri ilə öz aralarında əlaqədə olurlar. Bu halda digər şəbəkənin qovşağında qeydiyyatdan keçmiş istifadəçi üçün elektron xəbərlərini göndərmək mümkündür.

Adətən şəbəkənin qovşağı mövzulara, tiplərə, vəs. görə təsnifata bölünmüş böyük informasiya tutumuna malik olur. Hər bir abunəçi qovşağın tərkibinə baxa bilər və lazım olarsa onu maraqlandıran faylları öz kompüterinə köçürə bilər.

Dünya informasiya şəbəkəsi olan İnternet müəyyən təşkilati quruluşa malik olmayan sərbəst kompüter şəbəkəsidir. İnternet şəbəkəsi müxtəlif dövlətlərin, elmi, kommersiya və qeyri – kommersiya təşkilatlarının birgə səyi nəticəsində yaradılmışdır.

Hal hazırda şəbəkə kommunikasiyalarının əsas formasını elektron poçtu (E-mail) təşkil edir. Elektron poçtuna qoşulmuş hər bir istifadəçinin özünün elektron ünvanı vardır. Xüsusi proqramların köməyi ilə elektron poçtu vasitəsilə göndərilən hər hansı bir məktub dünyanın istənilən nöqtəsində yerləşmiş elektron ünvana çatdırılır.


Dərsin möhkəmləndirilməsi üçün suallar:

1

Ədəbiyyat:



Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.APPLE firması ilk fərdi kompüterini neçənci ildə yaratdı?

2.İBM firması ilk fərdi kompüterini neçənci ildə yaratdı?

3.APPLE firması ilə İBM firmasının istehsal etdiyi fərdi kompüterlər arasındakı fərq nədir?

4.Şin hansı funksiyanı yerinə yetirir?

5.Fərdi kompüterlərdə sistem şini kimi hansı standartlardan istifadə olunur?

6.Prosessor neçə hissədən ibarətdir?

7.Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün hansı yaddaş qurğusundan istifadə edirlər?

8.Sistem bloku hansı hissələrdən ibarətdir?

9.Fərdi kompüterlərdə neçə tip sistem blokundan istifadə olunur?

10.IBM PC/AT - 286, 386, 486, Pentium I və II tipli kompüterlərdə hansı Sistem blokundan istifadə olunur?

11.ATX tipli sistem blokundan hansı tip kompüterlərdə istifadə olunur?

12.Fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki əlaqələndirən plata necə adlanır?

13.Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə hansı siniflərə bölünür?

14.Keş-yaddaşın özü neçə səviyyəli olur?

15.Fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirən mikrosxem necə adlanır?

16. BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqramı hansı funksiyanı yerinə yetirir?

17.İnterfeys hansı funksiyanı yerinə yetirir?

18.Xarici qurğuları qoşmaq üçün hansı interfeyslərdən istifadə olunur?

19. Kompüterdə hansı xarici yaddaş qurğularından istifadə olunur?

20.Periferiya qurğuları neçə yerə bölünürlər?

21.İnformasiyanı kompüterə daxil edən qurğular hansılardır?

22.Klaviaturada mövcud ola bütün düymələr neçə qrupa bölünürlər?

23.Kompüterə mətnləri, şəkilləri, cizgiləri və digər qrafiki informasiyanı daxil etmək üçün hansı qurğudan istifadə edilir?

24.Skanerlərin neçə növü mövcuddur?

25.Qrafiki planşeti xarakterizə edən parametrlər hansılardır?

26. İnternetə videotəsvirlər çixaran kamera necə adlanır?

27.İnformasiyanı kompüterdən xaric edən qurğular hansılardır?

28.Monitorların əsas funksiyası nədir?

29.Monitorların hansı növləri vardır?

30.Monitorlarda seyrəklik qabiliyyəti (videorejim) necə xarakterizə olunur?

31. informasiyanı kağıza çap edən qurğu necə adlanır?

32.Printerlərin hansı növləri vardır?

33.Müasir plotterləri neçə böyük sinfə ayırmaq olar?

34.İnformasiyanın saxlanması üçün istifadə edilən xarici qurğular hansılardır?

35.İlk dəfə maus neçənci ildə yaradılmışdır?

36.Hal – hazırda mausu kompüterə qoşmaq üçün neçə üsul mövcuddur?

37.Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilən qurğu hansıdır?

Ədəbiyyat: Dərslik

Kərimov S.Q, Həbibullayev S.B, İbrahimzadə T.İ “İnformatika”



Səhifə 45- Səhifə 71




Quliyeva Səlimə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə