Mövzu Fənnin məqsədi və vəzifələri




Yüklə 290.83 Kb.
səhifə2/5
tarix23.02.2016
ölçüsü290.83 Kb.
1   2   3   4   5

2. Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin olunması səviyyəsi.

Ərazinin nəqliyyatla təmin olunmasını müəyyənləşdirmək üçün dəmir yolunun ümumi uzunluğunu əraziyə bölüb minə vurmaqla hər 1000 kv.km əraziyə düşən dəmir yolu müəyyənləşdirilir.

Aparılan təhlilə əsasən Respublika üzrə ümumi dəmir yolunun 2000-ci liin məlumatına görə 39,6%-i Kür-Araz, 78%-i Şəki-Zaqatala, 18%-i Abşeron, 10%-i Gəncə-Qazax, 8,4% Naxçıvan MR, 7,4% Quba-Xaçmaz, 8,4% Şamaxı-İsmayıllı, Lənkəran-Astara və Yuxarı Qarabağ rayonlarının payına düşür. Hər 1000 kv.km əraziyə düşən dəmir yolu Abşeron iqtisadi rayonunda 63,2 km, Naxçıvan MR-da 32,2 km, Şəki-Zaqatalada 27,9 km, Kür-Arazda 32,4 km, Quba-Xaçmazda 21,5 km, Gəncə-Qazaxda 17,4 km, Lənkəran-Astarada 19 km, Yxarı Qarabağda 6,2 km, Şamaxı-İsmayıllıda 1,2 km təşkil edir.

Dəmir yolunun əhaliyə görə təminatına iqtisadi rayonlar üzrə bir o qədər kəskin fərq müşahidə olunmur. Respublika üzrə orta hesabla hər 1000 nəfərə 0,4 km dəmir yolu düşdüyü halda, Abşeron iqtisadi rayonunda həmin göstəriciyə müvafiq olaraq 0,2 km, Naxçıvan MR üzrə 0,7 km, Kür-Arazda 0,6 km qalan iqtisadi rayonlar üzrə 0,2 km təşkil edir. Azərbaycanda 2000-ci ildə bütün nəqliyyat növləri ilə daşınan yükün 18,4%-i dəmir yolu nəqliyyatının payına düşür.



3. Beynəlxalq dəmir yol yük və daşınmaların təmin olunma səviyyəsi.

Azərbaycan ərazisi üzrə dəmir yolu ilə təmin olunması hər 1000 kv.km 21 km təşkil edir. MDB ölkələri ilə müqaisədə həmin göstəricilər müvafiq olaraq Ukraynada 37,6 km, Moldovada 43,1 km, Belarusiyada 26,5 km, Gürcüstanda 21 km, Rusiyada 5,0 km, Özbəkistanda 7,8 km, Qazaxstanda 5,2 km, Qırğızstanda 1,8 km, Tacikstanda 3,2 km, Türkmənistanda 4,3 km təşkil edir. Baltikyani ölkələrdə Litvada 30,8 km, Latviyada 37,3 km, Estoniyada 22,3 km təşkil edir.

Avropa ölkələrinə gəldikdə isə hər 1000 kv.km əraziyə düşən dəmir yoluna görə ölkələri iki qrupa ayirmaq olar. Birinci qurup ölkələrə hər 1000 kv.km 50 km-dən 100 km və çox dəmir yolu düşən, ikinci qrup ölkələrə isə hər 1000 kv.km əraziyə 20 km-dən 50 km-dək dəmir yolu düşür. Birinci qrup ölkələrdə; Belçika 114 km, Çexiya və Slovakiyada 102 km, Macarıstanda 83,5 km, Almaniyada 86,1 km, Avstriyada 75,5 km, Fransada 62,6 km, İtaliyada 65,0 km, Danimarkada 63,7 km, Böyük Britaniyada 69,3 km dəmir yolu düşür.

Asiya ölkələrində isə dəmir yolunun iqtisadi göstəriciləri Avropadan xeyli geri qalır. Yaponiyanı çıxmaq şərti ilə (hər 1000 kv.km əraziyə 75,8 km dəmir yolu düşür). Qalan bütün ölkələr ərazinin nəqliyyatla təmin olunmasına görə ikinci qrupa aid edilir. Türkiyədə hər 1000 kv.km-ə 197 km Koreyada 31,4 km, Çində 5,5 km, İranda 4,6 km, Hindistanda 19,5 km, Vyetnamda 7,6 km dəmir yolu düşür.

Ərazinin dəmir yolu ilə təminatında Amerikada aparıcı yeri ABŞ, Kanada və Meksika ölkələri təşkil edir. ABŞ-da hər 1000 kv.km əraziyə 20,2 km, Kanadada 19,4 km, Meksikada isə 13,4 km təşkil edir.

Dəmir yolunun əhali üzrə təminatında MDB ölkələri arsında kəskin fərq müşahidə edilmir. Qazaxstanda hər 1000 nəfər əhaliyə 1,0 km, Rusiyada 0,6 km, Ukraynada 0,4 km, Belarusiyada 0,5 km, Özbəkistanda 0,2 km, Gürcüstanda 0,3 km, Moldavada 0,3 km, Qırğıstanda 0,1 km tacik və Türkmənistanda 0,7 km təşkil edir.



4.Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri.

Mal və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi zamanı rəsmiləşdirməni həyata keçirmək üçün aşağıda qeyd edilən nəzarət formaları həyata keçirilir:



  1. mal və nəqliyyat vasitələrinin sənədləri yoxlanılır;

  2. mal və nəqliyyat vasitələrinə gömrük baxışı keşirilir;

  3. mal və nəqliyyat vasitələri müayinə edilir.

Dəmir yol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatları üzrə standartalr nəzərə alınmaqla, tərəf-dövlətlər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas bəyannamənin təqdim edilməsini tələb edirlər.

Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münsibətlərinin müvəqqəti texnologiyası təqdim olunur. Bu texnologiyada yüklərin gömrük nəzarəti altında daşınması şərtləri, yüklərin gömrük ərazisinə gətirilməsi zamanı rəsmiləşdirilməsi üçün sərhəd stansiyasının işçililəri tərəfindən gömrük orqanının vəzifəli şəxslərinə yükün gəlməsini çatdırmalıdır. Məlumatlar iki nüsxədə ötürmə cədvəllərinin, həmcinin daşınma və müşayiət etmə sənədini gömrük orqanına verilməsini təmin edir. Gömrük orqanının vəzifəli şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı formada ştamp vurur:

Sənədlər gömrük tərəfindən qəbul edildi saat 17:30-da

Dəmir yol stansiyasına qaytarıldı saat 18:10-da

Gömrük orqanının vəzifəli şəxsinin imzası

Dəmir yolu stansiyası işçisinin imzası

Ştampın nömrəsi

Ötürmə cədvəlinin bir nüsxəsi əlavə sənəödlərlə birlikdə gömrük orqanında saxlanılır. Digər nüsxə stansiyanın əməkdaşına qaytarılır.

Gömrük orqanının vəzifəli şəxsləri ötürmə stansiyasının əməkdaşları ilə birlikdə nəzərdə tutulmuş müddətdə daşınma vasitələrinin sayını, nömrələrini, plombların vəziyyətini, yükün vəziyyətini və s. yoxlayır. Sonra akt tərtib olunur. Aktda yük tam “rəsmiləşdirilibdir” yazılır.

Mövzu 6. Beynəlxalq aviasiya yük daşınmalarının təşkili.

Plan:


1. Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.

2. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili

3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili.

4. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.

5. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri.

1.Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu – Respublikanın əlverişli coğrafi məkanda yerləşməsi başqa nəqliyyat sahələri kimi, hava nəqliyyatının inkişafına təsir göstərmişdir. Azərbaycan ərazisində ilk təyyarə 1918 – ci ildə uçuş etməklə hərbi xarakter daşımışdır. Respublika “Zaqafqaziya” aksionerinin yaranmasından sonra hava nəqliyyatının inkişaf dövrü başlanmış və birinci dəfə poçt və sərnişin daşınması Bakı – Tiblisi arasında 8 yanvar 1924 – cü ildə həyata keçirilmişdir. 1931 – ci ildə Bakıda ilk yeni hava limanının tikintisinə başlandı və 1933 – cü ildə Yevlaxda 2 – ci hərbi xarakter daşıyan hava limanının tikintisi başa çatdırıldı. 1937 – ci ildə müstəqil olaraq Bakı – Moskva hava xətti istifadəyə verildi. Hər gün Bakı – Moskva hava xətti ilə 15 sərnişin və poçt hər iki istiqamətdə daşınılırdı.

İkinci dünya müharibəsinə qədər respublikada sərnişin və poçt daşınmaqla yanaşı, tibbi yardım, k/t – da ziyanvericilərə qarşı hava nəqliyyatından geniş istifadə olunurdu.

Son illərdə respublika miqyasında hava nəqliyyatı ilə sərnişin və xalq təssərrüfatı yüklərinin daşınmasında TU – 154, TU – 134 B, K – 10, Boinq təyyarələrindən istifadə olunur. Hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınmasında bir sıra çətinliklər olmasına baxmayaraq son 15 – 20 il ərzində sərnişin daşınması 3 dəfə, yük daşınması isə 5 dəfədən çox artmışdır. Son ilin məlumatına görə hava nəqliyyatı ilə daşınan cəmi sərnişinlərin 9,2% - i respublikanın daxili rayonlar arasında, 90,8% - i isə respublikadan kənara daşınmışdır. Kənar ölkələrə hava nəqliyyatı ilə daşınılan sərnişinlərin hesablamalara görə 52% - i respublikadan göndərilən sərnişinlər, 48% - i isə respublikaya gələn sərnişinlər təşkil edir.

Respublikaya kənar ölkələrdən tez xarab olan malların daşınması məqsədə uyğun hesab olunur. Bir tərəfdən xarab olan məhsulların itkisini azaltmağa, əlavə yük vurma – yük boşaltma xərclərini, həmçinin digər nəqliyyat növlərinə nisbətən boş dayanma hallarının qarşısını almış olar. Həmçinin vaxta qənaət etməklə vaxt itkisinin qarşısı alınar. Beləki Bakı şəhərindən Rusiyanın ən ucqar şəhəri olan Xabarovskiyə bir başa sürətlə gedən qatarla 151 saata gedilirsə, təyyarə ilə həmin məsafəni 15 saata, Alma – Ata şəhərinə 70 – 7 saata, Daşkəndə 59 – 7 saata çatmaqla vaxta uyğun olaraq 141 və 54 saat qənaət etmiş olarıq.

Beləliklə Azərbaycan şəraitində hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınması 3 istiqamətdə inkişaf etmişdir.


  1. Respublikanın daxili iqdisadi rayonları ilə;

  2. MDB üzvü olan respublikaların şəhər və rayonları ilə;

  3. Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri

1) Respublikadaxili əlaqələr – daxili hava yollarının ümumi uzunluğu 3500 km olub, bütün hava 4,8% - i təşkil edir. O, cümlədən Bakı – Naxçıvan (330km), Bakı – Ağdam – Fizuli (330 km), Bakı – Yevlax (250 km), Bakı – Lənkəran (330 km), Bakı – Zaqatala (360 km), Bakı – Naftalan (250 km), Bakı – Xocalı (350 km), Bakı – Şəki (320 km), Naxçıvan – Gəncə, Bakı – Gəncə və s. ibraətdir. Respublika daxili rayonlararası sərnişin daşınmada əsasən AN – 26, YAK – 40, TU – 154 təyarələrindən istifadə olunur.

2000 – ci ildə respublikadaxili daşınan sərnişinlər ümumi daşınan sərnişinlərin 31% - ni təşkil etmişdir. Respublikadaxili daşınan sərnişinlərin 29% - i Bakı – Yevlax, 23,.6% - i Bakı – Gəncə, 7,5% - i Bakı – Naxçıvan marşurutların payına düşmüşdür.



2. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili – Azərbaycanın son illər MDB respublikaları ilə iqtisadi əlaqələri aktivləşməklə yanaşı, hava nəqliyyatı ilə yük və sərnişin daşınması tempi yüksəlmiş və hava nəqliyyatı əlaqələrinin coğrafi yanaşı genişlənmişdir.

XX əsrin son 10 ilində Azərbaycan MDB – nin 70 – dən çox şəhər və rayonları ilə hava nəqliyyatı ilə əlaqə yaratmışdır və daşınan ümumi sərnişinlərin 46%, o cümlədən respublikadan göndərilən sərnişinlər 59%, gələnlər isə 41% təşkil edir.

Yüksək sərnişin gərginliyi Bakı – Moskva, Bakı – Yekaterinburq, Bakı – Sankt Peterburq, Bakı – Krasnodar və digər şəhərlərarası sərnişin daşınmalarında müşahidə olunmuşdur. MDB respublikalarına daşınan sərnişinlərin 44% - i Bakı – Moskva marşurutunun payına düşür.

3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili – Azərbaycan müstəqillik qazandıqdan sonra əldə olunmuş müstəqillik bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Əvvələr hava nəqliyyatı əlaqələri SSRi tərəfindən idarə olunduğundan Azərbaycan müstəqil hava yollarına malik deyildi. 1990 – cı ildən sonra müstəqil hava yollarına nail olmaqla bir sıra xarici ölkələrlə sərbəst şəkildə dünya bazarına çıxmaq imkanı qanzandı. İndiki şəraitdə Azərbaycanın Avropa, Asiya, Amerika, Avstraliya ölkələri ilə hava nəqliyyatı vasitəsilə əlaqələri yaradılmışdır. 1999 – cu ildə respublikanın hava nəqliyyatı ilə sərnişin daşımanın 52% - i xarici ölkələrin payına düşmüşdür. Ən gərgin sərnişin daşınan marşurutlar Bakı – İstanbul, Bakı – Tehran (25%), Bakı – Ankara (30%), Bakı – Kiş (4%), Bakı – Teləviv (7%), Bakı – Dehli (3%), Bakı – Karau (7%), Bakı – Dubay və s. marşurutlarda müşahidə edilmişdir.

Eyni zamanda şərq ölkələri ilə əlaqələrin formalaşmasında Bakı – Dəməşq, Bakı – Məşhəd, Bakı – Oman, Bakı – Qahirə, həmçinin Avropanın əksər ölkələrinin mərkəzləri ilə hava marşurutları fəaliyyət göstərir.

Dünyanın müasir hava limanlarının təhlili göstərir ki, bütün dünya ölkələrində 34 – dən çox nəhəng hava limanları fəaliyyət göstərir. İl ərzində dünya ölkələrində sərnişin daşınması 40 milyon sərnişindən – 60 milyon sərnişin daşınmaya malik 5 ədədi, 20 milyon sərnişin daşınmadan – 40 miliyon sərnişin daşınmaya malik 15 ədəd, 15 milyondan – 20 milyon sərnişin daşıyan 14 hava limanları mövcuddur.

4. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.

Azərbaycan Respublikası üçün nəqliyyat, o cümlədən də aviasiya nəqliyyatı sahəsində daha sıx əməkdaşlıq üçün, həm nəqliyyat bazarlarının açılması, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı prinsiplərinin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində bu məsələlər son illərdə keçirilimiş ayrı – ayrı beynəlxalq nəqliyyat konfranslarında, məsələn: Nəqliyyata dair ümumavropa konfransının (Krit mart 1994 – cü il; Helsinki iyun 1997 – ci il), BMT AİK nəqliyyat və ətraf mühitə dair konfransının (Vyana noyabr 1997 –ci il) Bəyannamələrində, İnfrastruktur məsələləri üzrə nazirlər səviyyəsində konfransın (Nyu – Dehli oktyabr 1996 – cı il) və 1997 – 2006 – cı illər üçün Asiya – Sakit okean regionunda infrastrukturun inkişafı üzrə hərəkətlər planı haqqında Dehli konfransının, “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında sazişin imzalanması ilə başa çatan tarixi İpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr 1998 – ci il) qərarlarında, Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi” nin yaranması üçün təsis olunmuş və qəbul olunmuş müxtəlif beynəlxalq – hüquqi sənədlərdə öz əksini tapmış və təsbit edilmişdir



5. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri –Hava gəmilərinə Gömrük nəzarəti və onların rəsmiləşdirilməsi Beynəlxalq mülki aviyasiya barədə 1944 – cü il Çikaqo Konvensiası ilə reqlamentləşdirilir. Bu konvensiya ilə nəzərdə tutulan vəsiqə və digər sənədlərin yoxlanmasını təşkil edə bilər. Konvensiyanın 29 – cu maddəsinə görə belə sənədlərə ekipajın hər üzvünə şəhadətnamə, yollanmış və təyinat məntəqəsi göstərilməklə bütün sərnişinlərin soyadlarının siyahısı, yük üçün manifest və ətraflı bəyannamə, bort lurnalı, bort radiostansiyası siyahısı üçün icazə aid edilir.

Bununla bərabər Konvensiya hava gəmilərinə gömrük nəzarətinin daha geniş beynəlxalq – hüquqi reqlamentasiyasını nəzərdə tutur. Bu Konvensiyaya görə nəzərdə tutulur ki, tərəfdaşlar elə şərait yaratmalıdır ki, rəsmiləşdirilmə prosedurları hava nəqliyyatına xas olan sürət üstünlüyünə xələl gətirilməsin, odur ki, aşağıdakı sənədlərin vahid formaları müəyyən edilir:

a) əsas (baş) bəyannamə. Bu bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli mənsubiyyəti, qeydiyyat nişanları, reysin nömrəsi, tarix uçub getmə məntəqəsi, uçub gəlmə məntəqəsi, uçuş marşurutu, ekipaj üzvlərinin ümümi sayı, uçuş mərhələsində sərnişinlərin sayı göstərilir;

b) yük cədvəlləri, bu cədvəldə hava gəmisinin istismarçısı, yüklənmə məntəqəsi, yükü boşaltma məntəqəsi, qaimə nömrəsi, yerlərin sayı, yükün növü qeyd olunur;

v) sərnişinlərin hava gəmisinə mindirilmə və düşürülmə kartları;

q) Ekipaj üzvlərinin şəhadətnaməsi, azuqə ehtiyyatı; hava gəmisi qəbul edilərkən gəmi kapitanından bu sənədlər tələb olunur; əsas bəyannamənin 3 nüsxəsi, yük cədvəlinin 3 nüsxəsi, bort ehtiyatları siyahısının 2 nüsxəsi. Uçuşa hazırlandıqda isə əsas bəyannamənin 2 nüsxəsi, yük cədvəlinin 2 nüsxəsi, bort ehtiyyatı siyahısının 2 nüsxəsi tələb olunmaqla rəsmiləşdirilir.



Mövzu 7: Gömruk sistemində yüklərin Respublika sərhədindən çıxaran zaman gömrük baxışından keçirilməsi.

Plan:


  1. Nəqliyyat vasitələrinin Resublika sərhədindən çıxaran zaman gömrük qanunvericiliyi;

  2. Yüklərin R-ka sərhədindn çıxaran zaman gömrük baxişindan keçirilməsi;

  3. Yüklrin gömrük ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi qaydasi;

  4. Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası;

1. Nəqliyyat vasitələrinin Resublika sərhədindən çıxaran zaman gömrük qanunvericiliy.

Gömrük Məcəlləsi muəyyən edir ki, nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi gömrük bəyənnamsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq reallaşdirilir.

Həm əmtəə kimi gömrük sərhdindən keçirilən nqliyyat vasitələri, həm də sərnişin və yüklərin beynəlxalq daşinmasinda istifadə olunan nəqliyyat gömrük qanunvericiliyinin tənzimlnməsinin predmentidir.

Nəqliyyat vasitələri, Az. R-nın gömrük sərhədindən onlar barəd tətbiq olunan gömrük rejiminə uyğun olaraq keçirilir.

Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri, həmçinin mal qismində Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri Az. R-nın gömrük orqanı tərəfindən müəyyən olunana yerdə saxlanılmalıdır.Bu tələbə riayyət etmədikdə Az. R-sı gömrük orqanı nəqliyyat vasitələrini məcburi saxlamaq hüququna malikdir.Nəqliyyat vasitələri saxlama müddəti daşıyıcı ilə birlikdə Az. R-sı gömrük orqanı tərəfindən müəyyən olunur və gömrük nəzarətinin gömrük rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.

Nəqliyyat vasitələri saxlanıldıqlari yerdən ancaq Az. R-sı gömrük orqanının icazəsi ilə yola düşə bilər.

Daşıyıcı nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi vaxti və yeri Az. R-nın müvafiq gömrük orqanı ilə razılaşdırılır.

Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:


  1. məsi vaxtınGömrük sərhədindən keçirilı və yerini gömrük orqanı ilə razilaşdirmalidir;

  2. Sərhəddən keçirilən nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerdə saxlamalidir.Bu vəzifənin yerinə yetirilnəsi gömrük orqanlarına həmin nəqliyyat vasitəsinin məcburi salanılması hüququnu verir;

  3. Nəqliyyat vasitəsinin dayanacaq yerini yalniz gömrük orqanının icazəsi ilə tərk etməlidir.

Gömrük rəsmiləşdirilməsi və nəzarəti aparılarkən nəqliyyat vasitəsinin dayanacaq muddəti daşiyici ilə razılaşdırılmaqla gömrük orqanı tərəfindən müəyyən olunur.Bu zaman gömrük rəsmiləşdirilməsinin bütün məsələləri nəzərə alinir.

2. Yüklərin R-ka sərhədindn çıxaran zaman gömrük baxişindan keçirilməsi.

Yük dedikdə - marşurutla, vaqonla, konteynerlə və kiçik həcimdə dəmiryolu ilə daşınan və ya daşınmasi nəzərdə tutulan mallar nəzərdə tutulur.

Az. R-nın gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklərgömrük rəsmiləşdirilməsindən keçirilməlidir.

Gömrük rəsmiləşdirilməsi qaydasi DGK-nin normativ sənədləri ilə müəyyən olunur.Gömrük orqanlarının və dəmiryolunun qarşılıqlı münasibətləri qaydası hüquqi – normativ aktlarla müəyyən olunur.

Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə icra olunur.Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarinda yerləşdirilməsi və ya faktiki yerləişdirilməsi ilə dəmir yolu şöbələri tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları DGK-nin tələblərinə uyğun təchiz olunmalıdır.

Gömrük rəsmilşdirilməsi başa çatmış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında daşınmasını icra edən dəmir yollarının məsuliyyəti ilə icra olunur.Gömrük nəzarəti altında daşınan yüklər gömrük orqanlarinin vəzaifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın icrası dəmir yolunun işçiləri üçün vacibdir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında daşınması yüklrin daşınması qaydalarına beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayyət olunmaqla həyata keçirilir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında nəqli texniki vəziyyəti yüklrin saxlanılmasını təmin edən vaqonlarda və konteynerlərdə hyata keçirilir.

Göndərən gömrük orqanı adı daşıma müddətlrinə əsaslanaraq, dəmiryolunun nəzərdə tutulan marşurut imkanlarını və başqa şərtlərini nzrə alaraq yükün təyinat gömrükxanasına çatma müddətini təyin edir.Dəmiryolu normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma materillarını və mallari dəyişməmiş vəziyətdə təyinat stansiyasına çadırmağa və yükün çatdırılması barədə muvafiq gömrük orqanına məlumat verməyə borcludur.

Dəmiryolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilmsinin təmin olunması təlb olunmur.



3. Yüklrin gömrük ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi qaydasi.

Az. R-nın gömrük ərazisin yüklərin gətirilməsi zamanı gömrük rəsmiləşdirilmsi, sərhəd stansiyasının işçilri tərfindən gömrük orqanının vzifli şəxslərinin yükün xaricdən daxil oması haqqında məlumatlandırılmasi ilə başlayır.Məlumatlandırma iki nüsxədə ötürmə cədvəllərinin, həmçinin, daşınma və müşaət etmə sənədlrinin gömrük orqanlarına verilməsindən ibartdir.Gömrük orqanını vəzifəli şxsi cədvələrinin hər iki nüxəsinin yuxarı sağ küncündə aşağıdakı kimi ştamp vururlar:

“Sənədlər gömrük orqanı trfindn qəbul olunub ____ saat ______dəq gömrük orqanını vəzifəli şəxsinin imzası _____________ dəmiryol işçisinin imzası ___________” ştamp.

Ötürmə cədvəlinin bu nüsxəsi gömrük məqsədləri üçün nzrdə tutulmuş malı müşaiyət edən sənədlərin əlavə nüsxələri ilə birlikdə gömrük orqanında qalir, digər nüsxəsi isə ötürmə cədvəli ilə birlikdə təqdim olunmuş bütün səndlrlə stansiyanın əməkdaşına qaytarılır.

Sərhəd gömrük orqanının vəzifəli şəxsi yuxarida göstərilən, idxal olunan yüklərin sndlrini yoxlayır, onlari qediyata alır və aşağıdakı qrarlardan birini qəbul edir:


  • Yükün tam gömrük rəsmiləşdirilməsi haqqında;

  • Yükün və sənədlərin alınması və ya təkrar yoxlanılma aparılması haqqında;

  • Yükün gömrük nəzarəti altında təyinat gömrük orqanına göndrilməsi haqqında.

DGK-nin muəyyən etdiyi hallarda,daxili gömrük orqanlarında tam gömrük rəsmiləşdirilmsi üçün nəzərdə tutulmuş qayda və müddətlərdə tam gömrük rəsmiləşdirilməsi sərhəd gömrük orqanında aparılır.

Yükün geri qaytarılmasi haqqında qərar dəmir yolu qaimsində yükün adının altında səbəbi göstərilməklə “geri qaytarılmalıdır” ştampı ilə və ya anoloji yazı ilə göstərilir.

Yükün və onun sənədlərinin alınması və ya yükün tkrar yoxlanlması haqqında qərar daşınma sənədlərində səbəbi göstərməklə “baxılması qadağandır” ştamp ilə göstərilir.Ştamp və yazı gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhrü ilə təsdiq olunur.Bu halda stasiyanın işçiləri ümumi formada akt tərtib edir.Yükün çatdırılması müddəti isə saxlanma dövrünə müvafiq artırılır.

Xaricdən gəlmiş gömrük yükləri təyinat stansiyalarında ümumi istifadə yerlərində olan müvəqqəti saxlanc anbarlarinda yerləşdirilir və ya müvəqqəti saxlanc anbarı olan müəssisələrin keçid yollarına verilir.



4. Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası.

Yüklərin Az. R-dan kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir.Yüklərin dəmir yolu il daşınmasına təhvil verilməsindən əvvəl yük göndrən planlaşdırılan yükləmə gününə kimi əvvəlcədən aşağıdaki sənədlri gömrük orqanlarına təhvil olunmalıdır:



  • yükün xaricə aparılması məramı haqqında məlumat kimi daşınma qaydalarına muvafiq olaraq doldurulmuş daşınma sənədləri;

  • bəyan olunmuş gömrük rejiminə muvafiq olaraq yükün mümkün buraxılması haqqında qrarın qəbul olunmasına imkan verən səndlər.

Gömrük orqanını vəzifəli şəxsi:

  • daşınma sənədlərini gömrük orqanının muəyyən etdiyi aydada qeydə alir;

  • təqdim olunmuş sənədlri yoxlayır;

  • yükün buraxılmasının mümkünlüyü haqqında qərar qəbul edir;

  • müsbət həll olunduğu hallda qaimənin birinci nüsxəsində, qaimənin və ya yol cədvəlinin əlavə nüsxələrində bilavasitə yükün adının altında “yükləməyə icazə verilib” ştampı vurur, yaxud analoji ifadəni yazır və nömrəli şəxsi möhrü ilə təsdiqləyir;

  • qaimənin və ya yol cədvəlinin əlavə nüsxəsinin yuxarı sol küncündə “hömrük üçün nüsxə” qeydini aparır;

  • tam gömrük rəsmiləşdirilməsi üçün vaxt təyin edir.Gömrük rəsmilşdirilməsi zamanı yük müvqqəti saxlanc anbarında və ya müəssisənin keçid yolunda yerləşdirilə bilər.

Gomrük orqanının vəzifəli şəxsi gömrük məcəlləsi və DGK-nın normativ aktlarında nəzərdə tutulan əsasla olduqda yükləmə əməliyyatları qadağan oluna bilər.

Yükləməyə icazə verilib ştamp əsasında dəmir yol işçiləri qaimləri imzalayır və yükləmə üçün daşıma vasitələri ayırırlar.

Yük daşıma vasitəsinə yükləndikdən sonra, yük göndrən YGB-ni, daşıma sənədlərini və gömrük rəsmilşdirilməsi və nəzarəti üçün zəruri olan digər səndləri gömrük orqanına tqdim edir.Gömrük orqanının vəzifəli şəxsləri müəyyən olunuş müddətlərdə yükün gömrük rəsmilşdirilməsini həyata keçirir və xaricə buraxilması haqqında qərar qəbul edirlər.

Gömrük orqanının qərarı beynlxalq dəmir yolu qaiməsinin “gömrük qeydləri” qrafasinda, göndərmə yolunun nəzrdə tutulmuş yol cədvəlinin əlavə nüsxəsində və daxili nəqletmə sənədlərində dəmir yolu qaiməsinin 4-cü qrafasinda “buraxilmasına icazə verilir” ştampı ilə göstərilir.Bu sənədlərin yuxarı sağ küncündə YGB-nin nömrəsi yazılır.Göstəriln ştamlar və yazılar gömrük orqanının vəzifəli şəxsinin nömrəli şxsi möhrü ilə təsdiq olunur.

Gömrük orqanını vəzifəli şəxsləri gömrük və daşınma sənədlərini yoxladıqdan sonra yükün sərhəddən buraxılması haqqında son qərar qəbul edirlər.Bu qərar qəbul olunduqdan sonra ötürm cədvəlinin hər iki nüsxəsin “buraxılmasına icazə verilib” ştampı vurulur və gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhrü ilə təsdiq olunur.Yükün xaric buraxılması haqqında qərar qəbul olunduqdan sonra daşınma və müşaiət sənədləri sərhəd stansiyasının işçilərinə qaytarılır.Gmrük orqanın işçilərində öturmə cədvəlinin surəti və yük ilə birlikdə daxil olmuş YGB-nin 4-cü vərəqi qalır.DGK-nin müvafiq əmri ilə təsdiq olunmuş daxili gömrük tranziti haqqında əsasnamənin müvafiq bölmsinə uyğun olaraq yük sənədlərində göndəriş gömrük orqanı tərfindən qoyulmuş gömrük qeydləri olduğu halda, ixrac olunan yüklərin gömrük rəsmiləşdirilməsi YGB-nin 4-cü vərəqi olmadanda aparıla bilər.Bu halda sərhəd gömrükxanaları tərəfindən tərtib olunana yüklərin Az. R-dan faktiki ixracı haqqında jurnal və məlumatlardan YGB-nin nömrəsi yazıldiqdan sonra “yoxdur” qeyd olunur.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə