Mövzu Fənnin mahiyyəti və vəzifələri




Yüklə 329.29 Kb.
səhifə1/5
tarix20.04.2016
ölçüsü329.29 Kb.
  1   2   3   4   5
Mövzu 1. Fənnin mahiyyəti və vəzifələri
1.1. Biznes əlaqələrinin mahiyyəti və məqsədi

1.2. Biznes əlaqələrinin vəzifələri

1.3. Biznes əlaqələrinin başqa elmlərlə əlaqəsi

1.4. Biznes əlaqələrinin metodologiya və metodu


1.1. Biznes əlaqələrinin mahiyyəti və məqsədi

Biznes əlaqələri bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşması və inkişafında biznes fəaliyyəti ilə bağlıdır. Biznes əlaqələrinin mahiyyəti istehlakçıların tələbatının ödənilməsi və mənfəət əldə etməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin birləşməsidir. Biznes əlaqələri daha geniş məfhumdur. Əslində biznes sahibkarlığın ayrılmaz tərkib hissəsidir, onun mühüm istiqaməti sayılır. Biznes əlaqələri bütöv bir sistemdir, onun tərkibinə biznes əlaqələrinin subyektləri, əlaqələrin hüquqi tənzimlənməsi, tərəfdaşlıq əlaqələri, liseziyalaşdırma, layihələrin maliyyələşdirilməsi, biznesdə əmtəə təsərrüfat əlaqələri, maliyyə sferasında əməkdaşlıq və digər mövzular bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər. Biznes əlaqələrinin məqsədi əlaqələrin hər birinin fəaliyyət göstərməsi fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyətini müəyyənləşdirilir. Əlaqələr nəinki işgüzar münasibətləri təşkil edir və onların iştirakçılarının maraqlarının reallaşmasını asanlaşdırır, həm də müxtəlif iqtisadi subyektlərin qorunmasını, onlar tərəfindən işin operativliyi və səmərəliliyinin tənzimləməsinə imkan verir.


1.2. Biznes əlaqələrinin vəzifələri

Biznes əlaqələrinin qurulması, formalaşması dövrün ən vacib və aktual problemlərindən biridir. Bazar iqtisadiyyatına keçid dövründə biznes əlaqələri daha sürətlə inkişaf etdirilir. Biznes fəaliyyətinin ən mühüm əlaqələrinə aşağıdakıları aid etmək olar:

1. Təsərrüfat əlaqələrinin sərbəst və müstəqil olması. Burada hər bir biznesmen və sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir, ancaq hüquqi forma çərçivəsində.

2. İqtisadi maraq. Sahibkarın, biznesmenin başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla yanaşı, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olumasını da düşünür.

3. Təsərrüfat riski və məsuliyyət. Burada istənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda, idarəetmə qərarlarında qeyri-müəyyənlik.

Biznes əlaqələrinin ikişafı üçün əlverişli ictimai rəyin formalaşması, əhalinin şüurunda demokratik fikirli biznesmen obrazının yaranması çox vacibdir. Biznes olan yerdə təsərrüfatsızlığa son qoyulur, bolluq yaranır, əhali firavan yaşayır.

Bazar iqtisadiyyatı biznes əlaqələrinin inkişafına və müxtəlif fəaliyyət sferalarında özünün işi olan sahibkarların və biznesmenlərinin sayının artmasına gətirib çıxarır. Əlaqələr xüsusi işin yerinə yetirilməsini nəzərdə tutur. Bu isə həmişə risklə və yeniliklər yaradılarkən baş verən müqavimətin aradan qaldırılması ilə əlaqədardır. Biznes əlaqələrinin inkişaf etdirilməsi üçün müəyyən şəraitin və amillərin olması vacibdir.Bu xüsusiyyətlərə aşağıdakıları aid etmək olar.

1. Şəxsi maraq və gəlir

2. Mühafizə mexanizminin etibarlılığı

3. Qeyri-müəyyənlik və risk dərəcəsinin azaldılması imkanı

4. Bazarda məhsul kasadlığının olması, yaxud mənfəətin artrması imkanı

5. Biznesin, sahibkarlığın rentabelli işləməsi, yaxud mənfəəti artırmaq imkanı

6. Ehtiyatların bölüşdürülməsi və yeniliklərin idarə edilməsi qabiliyyəti
1.3. Biznes əlaqələrinin başqa elmlərlə əlaqəsi

Bilmək lazımdır ki, müasir zəmanəmizdə ixtisasından asılı olmayaraq hər bir təhsilli, ziyalı biznes əlaqələri elminin müvafiq məsələləri barədə lazımi biliyə, məlumata malik olmalıdır. Xüsusilə indi Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə keçdiyi bir zamanda biznes haqqında kifayət qədər elmi biliklərə malik olmaq aktual əhəmiyyət kəsb edir. Biznes əlaqələri müxtəlif biznes elmlərinin məhsuludur. Onlar hamısı eyni bir obyektdən qida alır. Tədris olunan biznes haqqında elmlər hər birinin cəmiyyətin iqtisadi sistemində özlərinə məxsus öyrənmə, təhlil və şərh etmə obyekti vardır.

Biznes əlaqələri fənni başqa elmlərlə sıx əlaqədədir. İqtisadi nəzəriyyə, sənayenin iqtisadiyyatı, istehsalın təşkili, biznesin əsasları, biznesin təşkili və idarə edilməsi fənlərini göstərmək olar. Biznes əlaqələri kursunun mahiyyəti iqtisadi qanunların fəaliyyəti və təzahür formalarını, bazarın tələbatlarını ödəmək məqsədilə optimal xərclə yüksək təsərrüfat nəticələri əldə etməkdir. Bununla yanaşı mülkiyyət formasından asılı olmayaraq yaradılan hər bir sahənin səmərəlilik göstəricilərini yaxşılaşdırmaq üçün onun idarə edilməsinin metod və üsullarını öyrənməkdir. Ayrı-ayrı sahələrin maddi texniki bazalarındakı özünəməxsusluqdan irəli gələn fərqli cəhətlər olsa da, onların hamısı “Biznes əlaqələri” kursunun öyrənmə, müqayisə, təhlil, ümumiləşdirmə üçün istifadə etdiyi metodlarla, elmi müddəalara əsaslanır. Elmi təcrübə sübut etmişdir ki, biznes və sahibkarlıq fəaliyyəti haqqında geniş savada, elmi biliklərə malik olan mütəxəssislər gələcəkdə hası fəaliyyət növündə iştirak etmələrindən asılı olaraq prosesin idarə olunmasında, xammal, material, enerji ehtiyatlarına qənaət olunmasında məhsul istehsalının artırılmasında məhsulun keyfiyyətinin qoyulmuş standartlara uyğun buraxılmasında, məhsulun maya dəyərinin aşağı salınmasında, istehsalın səmərəliliyinin yüksəldilməsində yaxından iştirak edirlər.
1.4. Biznes əlaqələrinin metodologiya və metodu

Biznes əlaqələri istehsal münasibətlərində və işgüzarlıqda, biznes fəaliyyətində başlıca yer tutur. Hər bir elmin, fənnin metodologiyası və metodu vardır. Bəzi alimlər belə hesab edirlər ki, ümumi biznes fəaliyyətinin metodologiyası və metodu üçün iqtisadi sistem əsas ola bilər. Lakin, bununla belə biznes əlaqələrinin özünəməxsus hər hansı konkret metoda malik olmasını da inkar etmək olmaz. Real biznes əlaqələrinin dərk edilməsidə, öyrənilməsində elmi metodların böyük əhəmiyyəti vardır. Elmi metoda konkret məqsədlər, fəaliyyət sferası, tədqiqatlar və vasitələrlə bağlıdır. Çünki, biznes əlaqələrində sosioloji tədqiqatların məntiqi, təşkilati formaları, strateji qaydaları, normaları haqqında əsas müddəaları müəyyən edir. Metodologiya ümumi prinsiplərə, məntiqi təfəkkür və işgüzarlıqla üzvi şəkildə bağlıdır.

Biznes əlaqələrinin metodologi tədqiqində nəzəri və sosioloji tədqiqat materiallarından və informasiya bazasının olmasının böyük əhəmiyyəti vardır. Burada xüsusi olaraq sistemləşdirilmiş, məqsədyönlü müşahidələrin, sosioloji eksperimentlərin, sorğuların xüsusi əhəmiyyəti vardır. Son illər müstəqil Azərbaycan Rüspublikasında biznes və sahibkarlıq fəaliyyətinin inkişafı ilə böyük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirilir. Biznesdə əməkdaşlıq fəaliyyəti həm sosial, həm də xarici və daxili mühitlə müəyyən edilir. Beləliklə biznes əlaqələri həm obyektiv sosial, o cümlədən obyektiv iqtisadi qanunlar əsasında həyata keçirilir. Biznes əlaqələri öz mahiyyəti etibarı ilə müəyyən münasibətlərə biznes, sahibkarlıq və iqtisadi münasibətlərlə səciyyələnir. Biznes əlaqələri hər şeydən əvvəl əhalinin şəxsi tələbatlarının inkişaf səviyyəsinin tənzimlənməsinin mühüm əlaməti kimi qəbul edilməlidir.

Mövzu 2. Biznes əlaqələrinin subyektləri
2.1. Biznes əlaqələrinin subyektləri, onların əhəmiyyəti

2.2. Müəyyən funksiyaların yerinə yetirilməsi

2.3. Biznes sistemi, kiçik və orta biznesin inkişafı

2.4. Biznes fəaliyyətinin stimullaşdırılması, subyektlər arasında münasibətlər


2.1. Biznes əlaqələrinin subyektləri, onların əhəmiyyəti

Biznes fəaliyyətinin əsas subyekti biznesmen olur. Dövlət, alıcılar, tərəfdaşlar və muzdlu işçilər biznes fəaliyyətinin iştirakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar. Biznes fəaliyyətinin subyektləri bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqla iştirak edirlər və bu aşağıdakı sxemdə göstərilmişdir:

SXEM
Bu cür bölgü cəmiyyətin hər bir üzvünün iqtisadi həyatının müxtəlif sferalarında iqtisadi funksiyalarını əks etdirir. Sahibkarlıq və biznes fəaliyyətində obyekt mülkiyyətçiləri, sahibləri çalışırlar ki, yüksək mənfəətə nail olmaq üçün istehsalın, ticarətin və digər məşğuliyyət dairələrinin həcmini artırsınlar. Bunun üçün texnoloji proseslərin təkmilləşdirilməsi daimi diqqət mərkəzində saxlanılır, daha yüksək artım sürətinə nail olmağa cəhd göstərilir, ümumi məsrəflərə isbətən mənfəətin artım səviyyəsinin yüksək olması məqsədi güdür. Onların hər biri yüksək mənfəətə nail olmaq üçün rəqabət mübarizəsində fəallıq göstərmək üçün bütün vasitələrdən istifadə etməyə can atırlar. Sahibkar və biznes fəaliyyətinin subyektlərinə bazar iqtisadiyyatının subyektləri demək olar ki, eyni məna kəsb edirlər. Bu barədə bəzi mövzularda açıqlamalar verilmişdir. Biznes və sahibkarlıq fəaliyyətinin hamısı bu və ya digər dərəcədə bazar agentləri adlanırlar. Birinci növbədə sahibkar və biznesmen həmin fəaliyyətin ən fəal, təşkiledici və aparıcı subyektləri hesab olunurlar. Biznesmen yüksək mənfəətə nail olmaq üçün hər hansı bir obyektin sahibinə mülkiyyətcəsinə biznesmen də mənfəət, qazac götürmək üçün müəyyən subyektə deyilir. Sahibkarlıq və biznes fəaliyyətinin ayrılmaz, zəruri subyektləri orada çalışan kütləvi işçi qüvvələri və digər bütün muzdla işləyənlər hesab olunurlar. Sahibkarlıq və biznes fəaliyyətinin subyekti eyni zamanda kütləvi alıcılardır. Bunların çoxluğu və alıcılıq qabiliyyətlərinin yüksək olması bir subyekt kimi həmin fəaliyyətdə çox mühüm rol oynayırlar. Müasir sahibkarlıq və biznes fəaliyyətinin fəal subyektləri arasında menecerlər xüsusi yer tuturlar. Ticarət sahəsində çalışan biznes fəaliyyətinin subyekti kommersant adlanır.
2.2. Müəyyən funksiyaların yerinə yetirilməsi

Demək olar ki, əhalinin əksər hissəsi biznesdə bilavasitə və ya dolayı yolla iştirak edir. Cəmiyyətdə biznesin xidmətlərindən, istehsal etdiyi məhsullardan istifadə edir. Eyni zamanda dövlət büdcəsinin gəlirinin əsas hissəsi də biznesin hesabına formalaşır. Bundan başqa cəmiyyətin ümumi mənafeyi üçün hökumət biznesmenə sifarişlər verir, əlverişli şərtlərlə kredit ayırır. Burada əsas məqsəd maksimum məfəət götürməkdir. Çünki rəqabət şəraitində dövlət də özü üçün əlverişli olan qiymətlərlə xidmətlər göstərir və məhsullar alır. Nəticədə həm biznesin təşkilatçıları, həm də ailə təsərrüfatları və dövlət maksimum mənfəət əldə etməyə çalışırlar. Deməli ziddiyyət əmələ gəlir. Biznesmen öz vəzifələrini yerinə yetirmək üçün təşkilati nöqteyi nəzərdən müəyyən funksiyaları yerinə yetirməlidir.

1. Maliyyə və uçot işlərinin aparılması

2. Kadrların idarə edilməsi

3. Maddi-texniki təchizat, burada istehsal təsərrüfat fəaliyyəti üçün zəruri olan xammal, material, maşın və avadanlığın alınması

4. İstehsal-xammal müəssisələrindən alıcılar üçün lazım olan məhsulların alınması

5. Marketinq- istehlakçıların ehtiyaclarının öyrənilməsi və mübadilə prosesinin idarə edilməsi
2.3. Biznes sistemi, kiçik və orta biznesin inkişafı

Biznes sistemi özündə işgüzar münasibətlərinin subyektlərini, biznes infrastrukturunu, idarəetmə sistemlərinin fəaliyyətinin qiymətləndirilməsini və marketinq tədqiqatlarını birləşdirir. Dövlət strukturları, biznesmenlər, istehlakçılar, muzdlu işçilər və tərəfdaşlar biznes fəaliyyətinin iştirakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar. Biznes fəaliyyətinin əsas subyektlərindən biri dövlət və ya dövlət strukturlarıdır. Görkəmli ingilis sosioloq alim Kari Ropper yazır, bazar münasibətlərinə əsaslanan və əhəmiyyətli azad seçmə təklif edən sənaye cəmiyyəti hüquqi sistem və qanuni hakimiyyət olmadan ağılagəlməzdir. Belə ki, hüquqi baza olmadan iqtisadiyyat və bütövlükdə cəmiyyət inkişaf edə bilməz. Mülkiyyət hüquqlarını müəyyənləşdirən, biznes fəaliyyətini tənzimləyən qanunlar, normativ hüquqi sənədlər biznes fəaliyətinin subyektləri olan dövlətlə biznesmenlər arasında münasibətlər yaradır. Biznesin inkişafının sürətləndirilməsi, kiçik və orta sahibkarlığın səmərəli təşkili, ölkənin iqtisadi və sosial problemlərin həllində rolunun gücləndirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin birini təşkil edir. Biznes fəaliyyətinin inkişafı ilə bağlı böyük miqyaslı və strateji tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdə əmlakın özəlləşdirilməsi, aqrar islahatın və digər dəyişikliklərin həyata keçirilməsi biznes fəaliyyətinin və bütövlükdə milli iqtisadiyyatın formalaşması və inkişafına təkan vermişdir. Əlverişli biznes mühiti yaratmaq, milli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə 26 noyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi” haqqında qanun qəbul edilmişdir. Biznes və sahibkarlıq fəaliyyətinin inkişafında əsas məsələlərdən biri güzəştli kreditlərin verilməsidir.


2.4. Biznes fəaliyyətinin stimullaşdırılması, subyektlər arasında münasibətlər
Dövlət biznes fəaliyyəti üçün maneə, kənar müşahidəçi və həvəsləndirici rolunu oynaya bilər. Dövlət iqtisadi proseslərə müdaxilə etmədən kiçik və orta biznes əlverişli şərait yaratmadan gedir. Biznesə dövlət köməyinin səmərəli sistemi mülkiyyət formasından və onun böyük kiçikliyindən asılı olmayaraq, ümumiyyətlə biznes fəaliyyəti üçün əlverişli şərait yaradılmasında, onların hüquqlarının qorunması digər stimullaşdırıcı amillərdən istifadə olunmalıdır. Biznes fəaliyyətinin stimullaşdırılması üçün dövlət 2 əsas funksiyanı yerinə yetirir:

a) kadr hazırlığı

b) biznesə dövlət köməyi

Biznes inkişafınna dövlət köməyindən bəhs edərkən kiçik və orta sahibkarlığa, biznesə əlverişli şərait yaratmaqdan gedir. Dövlət güzəştli kreditlər vasitəsilə həvəsləndirici vergi siyasətinin köməyi ilə biznes fəaliyyətinə böyük təkan verə bilər. Biznes fəaliyyətinin subyektlərindən biri olan muzdlu işçilər biznesmenin uğur qazanmasında mühüm rol oynayır. Bunun üçün biznesmen muzdlu işçinin iqtisadi maraqlarını bilməli, nəzərə almalı və onlardan istifadə etməyi baçarmalıdır. Bazar iqtisadiyyatı şəraitində biznes fəaliyyətinin subyektləri arasında münasibətlər iqtisadi mənafelər üzərində qurulur. İqtisadi mənafelərin yaradılması hər şeydən əvvəl maddi nemətlər prosesındə formalaşır və sonra bu mənafelər maddi maraq formasında hərəkət edir. Deməli, biznes subyektləri- dövlət biznesmeləri tərəfdaşlar, muzdlu işçilər və istehlakçılar arasında iqtisadi mənafelərin düzgün uygunlaşması biznes fəaliyyətinin səmərəli və ən başlıca şərtidir.



Mövzu 3. Biznes əlaqələrinin hüquqi tənzimlənməsi

3.1 İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi

3.2 Biznesin inkişafında hüquqi baza

3.3 Antiinhisar siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsi

3.4 Biznes fəaliyyətinin inkişafına dövlət tənzimlənməsi
3.1 İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi

Müasir iqtisadi fəaliyyət miqyasının genişlənməsi, daxili və beynəlxalq təsərrüfat əlaqələrinin çətinləşməsi ictimai istehsalın tənzimlənməsində dövlətin rolunun artmasına geniş imkanlar yaratdı. Istənilən ictimai-siyasi və sosial-iqtisadi sistemdə iqtisadiyyat bu və ya digər dərəcədə dövlət tərəfindən idarə olunur. Bazar iqtisadiyyatı ölkələrində dövlətin biznes fəaliyyətinə və bütövlükdə iqtisaiyyata müdaxiləsi nisbətən azdır və əsasən başqa yola təsir göstərə bilər. Bazar münasibətləri şəraitində dövlətin iqtisaiyyata müdaxiləsinin məhdud şəraitdə olması istehsal vasitələri üzərində müxtəlif mülkiyyət formalarının mövcudluğu ilə şərtlənir. İqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca məqsədi dövlətin, cəmiyyətin və əhalinin mənafeyini müdafiə etməkdir.

Bazar iqtisadiyyatı şəraitində istehsalçı və istehlakçıların hüququnun qorunması, ölkədə etibarlı qayda-qanun və milli təhlükəsizliyin təmin edilməsi kimi ciddi vəzifələr dövlətə həvalə edilir. Bu isə milli iqtisadiyyatın dirçəlməsi və azad sahibkarlığın ikişafı üçün əsasdır. Mülkiyyət formalarından və sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq dövlət öz tənzimləyici rol və funksiyalarından iqtisadiyyatda istifadə etməli, milli iqtisadiyyatın formalaşması üçün müvafiq şərait yaratmaqdır. Deməli, dövlət iqtisadiyyatın idarə edilməsində sadəcə olaraq seyrici mövqeyi tutmamalı, istehsalın təşkili vəzifəsini yerinə yetirməli, inkişaf istiqamətini müəyyənləşdirməlidir.

İqtisadiyyatın tənzimlənməsi üçün dövlətin istifadə etdiyi iqtisadi vəsaitlər həddindən ziyadə çoxdur, ancaq onlardan əsasları vergi, gəlirin və resursların yenidən bölgüsü, qiymətqoyma, dövlətin sahibkarlığa qayğısı, kredit maliyyə mexanizmi və digərləri də hesab edilir. Müasir iqtisadi münasibətlərin tənzimlənməsinə dövlətin bu prosesdə məqsədyönlü iştirakını aktuallaşdırır.

Bazar münasibətlərini tənzimlənməsinə dövlətin təsir mexanizmi səmərəli bazar tənzimlənməsi ilə uyğunluq təşkil etməli və bu istiqamətdə həyata keçirilən bütün tədbirlər ölkədə sosial iqtisadi inkişafın yüksəldilməsinə yönəltməlidir. Azərbaycanda aparılan iqtisadi islahatların, biznes və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə həyata keçirilən tədbirlərin ən əsas istiqaməti də belə müsbət xüsusiyyəti ilə müəyyənləşir.
3.2 Biznesin inkişafında hüquqi baza
İstənilən biznes və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün müvafiq hüquqi baza yaradılmalıdır. Daha doğrusu, biznes və sahibkarlıq fəaliyyətini tənzimləyən, inkişafı üçün əlverişli şərait yaradan qanunlar olmalıdır. Həmin qanunlardan biznesmenin və sahibkarın mülkiyyət hüquqlarının qorunması, hər cür bürokratik maneələrdən müdafiə olunması, müqavilə öhdəliklərinə riayət edilməsi, əlverişli biznes və sahibkarlıq mühitinin yaradılması, istehsal sahibkarlığın üstün inkişafına yönəldilən qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər öz əksini tapmalıdır. Biznes və sahibkarlıq fəaliyyətinin hüquqi təminatı məsələləri üzrə qanunvericilik təşəbbüsünün göstərilməsi mühüm rol oynayır.
3.3 Antiinhisar siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsi
Antiinhisar siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsinin tərkib hissəsidir. Bazar münasibətlərinin inkişaf sürəti və bu prosesin səmərəliliyi antiinhisar tənzimlənməsinin nəticələrindən çox asılıdır. Bazar münasibətlərinin inkişafı iqtisadiyyatın bu və ya digər sahələrində ihisarçılıq meylləri törədə bilər. Antiinhisar siyasətin bazar iqtisadiyyatının formalaşmasındakı mühüm rolunu nəzərə alaraq hələ XIX əsrin axırında sənayecə ikişaf etmiş qərb ölkələrində, xüsusən ABŞ-da inhisarçılığa qarşı dövlət tərəfindən tədbirlər görülmüşdür. Antiinhisar qanunçuluğu iri müəssisələrin və böyük biznes əleyhinə yaradılmır. Antiinhisar tənzimlənməsi səmərəli rəqabəti pozan məhdud müəssisələr üçün yaradılır. Antiinhisar tənzimlənməsi ilə əlaqədar çəkilən xərclər ihisarçılıq fəaliyyətinin məhdudlaşdırılmasından alınan gəlirdən çox ola bilməz.

İnhisarçılıq müxtəlif zəminlərə əsaslana bilər.

a) sənaye istehsalının əhəmiyyətli hissəsini ələ keçirmək;

b) bazarların bölünməsi və qiymətin səviyyəsi haqqında gizli və aşkar razılaşmaq;

c) süni mal qıtlığı yaratmaq və s.

İnhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyənləşdirən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 4 mart 1993-cü il tarixində qəbul edilmişdir. Bu qanunda inhisarçılıq növləri dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhisarçılıq, maliyyə-kredit inhisarçılığı, üfiqi və şaquli müqavilələrin nəticəsində yaranan ihisarçılığın tənzimlənməsinə dair vasitələr açıqlanır. Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı Azərbaycan Respublikasının Milli Məclisinin 31 mart 1995-ci il tarixi 1012 saylı qərarı ilə təsdiq edilmişdir.

1) Yanacaq və energetika sahəsi

Buraya daxildir: magistral qaz kəməri, qaz təchizatı və xidmət edən müəssisələr və təşkilatlar; Vahid enerji sisteminə daxil olan elektrik enerjisi istehsalı, onun ötürülməsi, paylaşdırılması və təchizatı ilə məşğul olan müəssisə və təşkilatlar.

2) Nəqliyyat sahəsi

a) Dəmiryolu nəqliyyatında magistral və yerli dəmiryolu xəttlərinin istismarını həyata keçirən müəssisələr və təşkilatlar; Stansiyalar, sərnişin vağzalları, hərəkəti idarəetmə, hərəkətin təhlükəsizliyini təmin edən müəssisə və təşkilatlar; Texnoloji sazlama və buraxılışı üzrə məntəqələr.

b) Hava yolları nəqliyyatı

Aeroportlar, uçuşların idarə olunması və təhlükəsizliyini təmin edən müəssisə və təşkilatlar;

c) Su nəqliyyatı

Bura daxildir: limanlar və liman qurğularını istismarı üzrə qurumlar, hərəkətin təhlükəsizliyini təmin edən müəssisə və təşkilatlar.

d) Avtomobil nəqliyyatı

Bura daxildir: magistral avtomobil yolların, yol qurğularının saxlanması və istismarını həyata kecirən müəssisələr və təşkilatlar

3. Rabitə sahəsi

Bura daxildir: rabitə xidməti müəssisələri və təçkilatları, radio və televiziya verilişləri yayımı üzrə müəssisə və təşkilatlar

4. Kommunal xidməti sahəsi

Bura daxildir: su, istilik təchizatı, kanalizasiya müəssisələri


3.4 Biznes fəaliyyətinin inkişafına dövlət tənzimlənməsi
Biznes və sahibkarlıq fəaliyyətinin inkişafına və dövlət tənzimlənməsinə lazimi hüququ və normativ sənədlər işlənib hazırlanmış və qəbul olunmuşdur. Bu sənədlərdən ən vacibi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu 24 dekabr 1992-ci il Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramıdır.

“Sahibkarlıq fəaliyyəti haqqında” qanunda sahibkarlığın prinsipləri, sahibkarlıq subyektlərinin hüquqlarını və vəzifələrini, oun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, biznesmenlərin və sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

ABŞ-ın Şimali Qərb Universitetinin professoru Filipp Kotler sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin zəruruliyini əsaslandıraraq qeyd edir ki, müvafiq qanunvericilik aktlarının yaranmasının üç əsas səbəbi vardır.

1. Bir firmanı digərindən müdafiə etmək.

2. Vicdansız işgüzar təcrübədən istehlakçını qorumaq.

3. Sahibkarın özbaşınalığından, azadlığından öz mənafeyini qorumaq.

Biznes və sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsində müxtəlif formalara üstünlük verilir. Hüquqi tənzimlənmə forması sahənin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Biznes və sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə də diqqət artırılmaqdadır.

Ölkədə kamil rəqabət mühitinin və sahibkarlar təbəqəsinin formalaşması, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi iqtisadiyyatın dövlət tənzimlənməsinə dair qanunlar sistemiin yaradılmasını, hüquqi bazanın möhkəmləndirilməsini qətiyyətli tələb edir.


Mövzu 4. Sahibkarlıqda tərəfdaşlıq əlaqələri
4.1 Tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti və məqsədi

4.2 İstehsal sferasında əməkdaşlığın formaları

4.3 Tərəfdaşlıq əlaqələrində françayzinq

4.4 Maliyyə münasibətləri sferasında əməkdaşlığın formaları



4.1 Tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti və məqsədi
Bazar iqtisadiyyatı sahibkarlığın inkişafına və müxtəlif fəaliyyət sferasına yeni olan sahibkarlığın sayının artmasına gətirib çıxarır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyətini bacarmaqdır. Tərəfdaşlıq əlaqələrində sahibkar hər hansı layihəni həyata keçirərkən onun reallaşması üzrə konkret hərəkət sxemini təqdim etmək lazım gəlir ki, burada tərəfdaşlara qarşılıqlı münasibətlərə əhəmiyyətli yer verilir. Hərəkətdə sxemində sahibkar – tərəfdaş – işləyən kollektiv – yaxud istehsal prosesi daxildir.

Tərəfdaşlar dedikdə- sahibkara istehsal prosesinin normal təşkili üçün lazimi material ehtiyatlarını göndərənlər, həmçinin onun müəssisədə istehsal olunan məhsulun istehlakçısı başa düşülür.

Tərəfdaşlıq əlaqələri dedikdə- bir neçə sahibkar arasında qurulan elə müqavilə münasibətləridir ki, fəaliyyət nəticələrində əmtəə və pul formasında mübadilə edilməsi yolu ilə istədiyi səviyyədə mənfəət almağa imkan verir. Hər bir sahibkar tərəfdaşlıq əlaqələrinin daha effektiv formada qurulmasında maraqlıdır, hansıki yalnız müxtəlif variantların müqayisəli təhlil yolu ilə müəyyənləşdirmək mümkündür. Sahibkarlıq hərəkəti sxeminin başlıca təşkilediciləri biznes məqsədinə nail olmağın iqtisadi- hüquqi formasıdır. Belə forma tərəfdaşlar arasında saziş başa düşülür. Saziş tərəfdaş üçün qəbul edilən və sahibkarın məqsədinə cavab verən ola bilər. Saziş- mənfəət almaq üçün qiymətli malların tərəfdaşlar arasında kommersiya mübadiləsidir. Sahibkarlar arasında bağlanmış və əsasında kommersiya marağı duran istəilən müqavilə saziş adlanır. Əgər tərəşdaşa hər hansı məhsul verib əvəzində pul, yaxud başqa məhsul alırsa bu saziş hesab edilir. Biznes plan hazırlayarkən sahibkarın hərəkət sxemi göstərilir.

1. Kredit götürmək üçün müraciət

2. Lazimi avadanlıqların alınması

3. Lazimi xammalın alınması

4. Mütəxəssislərin axtarılması və işə götürülməsi

5. Hazır məhsulun göndərilməsi

Yazılı surətdə tərtib olunmuş szaiş müqavilə adlanır. Müqavilənin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılıdır.

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə