MÖvzu auditor xiDMƏTLƏRİ marketiNQİ Audit və auditor fəaliyyəti anlayışları və onların mahiyyəti Auditor yoxlamasının aparılması qaydaları




Yüklə 148.51 Kb.
tarix09.03.2016
ölçüsü148.51 Kb.
MÖVZU - 8. AUDİTOR XİDMƏTLƏRİ MARKETİNQİ
1.Audit və auditor fəaliyyəti anlayışları və onların mahiyyəti

2.Auditor yoxlamasının aparılması qaydaları

3. Auditor xidmətlərinin marketinqi mərhələləri

4.Azərbaycan Respublikasında auditin yaranması və inkişaf tarixi. Əsas audit təşkilatları
1. Audit və auditor fəaliyyəti anlayışları və onların mahiyyəti

Auditor xidmətinin bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət edirdilər.Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu da latinca «dinləyici» mənasını ifadə edir.

Amerikada auditor yoxlaması formasında ilk əməliyyat 1631-ci lidə Hollandiyadan ABŞ-ın Plimuta, Massaqusets ştatına mühasib göndərilmiş və ödənilməmiş borcların vəziyyəti yoxlanılmışdır, Lakin auditin qanunvericilik vətəni Böyük Britaniya hesab olunur ki, 1844-cü ildə şirkətlər haqqında bir sira qanunlar qəbul olunmuşdur. Həmin qanunlara görə şirkətlər ildə bir dəfədən az olmayaraq xüsusi mütəxəssislər – dəvət etməklə mühasibat əməliyyatlari üzrə yoxlamalar təşkil etməlı və onun nəticələrini xüsusi hesabatla səhmdarların yığıncağında müzakirə etməli idilər.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, təsərrüfatdaxili iqtisadi nəzarət yeni idaretmə sistemində mühüm vasitələrdən hesab olunur. Tarixi baxımdan iqtisadı əməliyyatların aparılmasında idarə etmədə nəzarətin böyük roluna həmişə diqqət verilmişdir. Tarixçilərin təsdiq etdiyinə görə insanlar hesabatın müxtəlif formaları ilə 6000 il bundan əvvəl tanış olmuşlar,

Bir sıra fundamental iqtisadi proseslərin həllində uçot və iqtisadi nəzarətin vacibliyi orta əsr alimləri tərəfindən qeyd olunmuşdur. Hətta belə fikirlərdə Platonun və Aristotelin adları çəkılır. O vaxtlar uçot və iqtisadi nəzarət haqqında müəyyən fikirlər olmasına baxmayaraq az yazılar dərc olunmuşdur.

Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olunmuşdur. İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir.

Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, 24 mart 1324-cü ildə İngiltərənin Kralı II Eduard özünün xüsusi fərmanı ilə üç şəxsi dövlət auditoru təyin etmişdir. Düzdür, o vaxtlar həmin şəxslər hazırda bizım düşündüyümüz auditor keyfiyyətinə malik olmamışlar. Lakin elan olunmuş Kral fərmanından müəyyən olunur ki, həmin şəxslər auditor vəzifələrini icra etmişlər.

Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan geniş istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı olmayaraq, istər müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olsun, istərsə də dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, ondan istifadə olunması ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öyrənilə bilir, fəaliyyətin daha da inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir.

Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən artıq inkişaf tarixi vardır.

Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üzrə transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə imkan vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymətləndirılır. Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 6,5 milyon ABŞ dolları həcmində olmuşdur.

Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əsrin ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fransada və 1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir.

Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır.

Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.

Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli audito­run iqtisadi subyekt ilə bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə’min etmə xarakterinə malik olan şəxs olmalıdır.

Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında» Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistemlərinin, auditorların mənafelərini müdafiə edən, sərbəst auditorların və auditor­lar təşkilatlarının fəaliyyətinə nəzarət edən müstəqil maliyyə orqanıdır.

Qanunda deyildiyi kimi, «Audit əmtəə isıehsalı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır». Audit xidməti sahibkarlıq fəəliyyəti olmaqla, sifarişçiyə xidmət göstərilməsi, sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırilması vəzifələrini yerinə yetirir.

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında həyata keçirilir. Deməli, auditor xidməti pulu xidmətlər növünə aiddir.

Auditor xidmətləri bazarında qiymətlərlə razılaşmayan təsərrüfat subyektləri az deyildir. Bəziləri isə auditə əhəmiyyət verməyərək «düşündükləri» kimi, artıq xərcə getmək istəmirlər. Auditorların da fərqli qiymətlər təklif etməsi audit bazarında müxtəlif yanaşmaların olduğunu deməyə əsas verir. Ona görə də sifarişçilərdə auditor xidmətlərinin qiymətləri barədə obyektiv təsəvvürlər yaranmaqda çətinliklər vardır. Auditor xidməti zehni-intellektual əməyə əsaslanır və auditorun bilik səviyyəsi ən önəmli məsələdir. Auditor daha çox danışır, düşünür, sual verir, suallara cavab verir, təkliflər irəli sürür, planlaşdırır, araşdırır, çıxış yoları axtarır, qiymətləndirir və bütün etdiklərinə görə məsuliyyət daşıyır. Bütün bunları etməyə qadir yüksək biliyin əldə olunması isə böyük sərmayələr tələb edir. Lakin öz biliyini lazımınca təqdim etməyən auditor bazarda sifarişçi tapmaqda çətinlik çəkəcəkdir. Əslində, auditor mütləq peşəkar olmalıdır. Peşəkarlığın da minimum səviyyəsi olmalıdır. Həmin minimum səviyyədən aşağı bacarıqları olan auditorlar audit bazarında rəqabətə tab gətirməyəcək, amma bazarda qalarlarsa, qiymətlərdə obyektivliyi pozacaqlar.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 saylı qərarı ilə «Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri» təsdiq edilmişdir. Qərara əsasən, təsərrüfat subyektlərində maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) və vergi hesabatlarının auditi, əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi, qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi, il ərzində müəssisələrə və təşkilatlara mühasibat xidmətlərinin göstərilməsi, mühasibat və vergi uçotu, vergiqoyma üzrə ayrı-ayrı məsələlər üçün məsləhət xidmətlərinin göstərilməsi, nizamnamə fondunun formalaşdırılmasının auditi, bələdiyyələrin auditi, qeyri-hökumət təşkilatlarının auditi və digər audit xidmətləri üzrə minimum qiymətlər təsdiq olunmuşdur.

Qərarda göstərilən minimum hədlərdən yuxarı qiymətlərin tətbiqini auditorlar müstəqil surətdə sifarişçi ilə razılaşdırılmaqla həyata keçirir. Qərarda göstərilən xidmətlər tövsiyə xarakteri daşısa da, həmin qiymətlərdən aşağı qiymətə audit xidməti göstərən sərbəst auditorlar və auditor təşkilatları barədə belə bir fikir formalaşır ki, onlar xidmət bazarında haqsız rəqabətə və korrupsiyaya şərait yaradan hallara yol verirlər, göstərilən xidmət keyfiyyətli ola bilməz və xidmətin dəyəri obyektiv fikir formalaşdırmır.

Eyni həcmli audit işinə ayrı-ayrı auditorlar tərəfindən müxtəlif qiymətlər təklif oluna bilər. Bu halda, sifarişçi təşkilat seçim etməkdə çətinlik çəkir. Belə düşünmək olar ki, qiyməti yuxarı təklif edən auditor daha biliklidir və bunun üçün kifayət qədər zəhmət çəkib, onun verdiyi hesabat (rəy) daha obyektiv ola bilər, auditor xidməti daha keyfiyyətlidir, onu audit bazarında daha önəmli auditor kimi tanıdıqlarına görə verdiyi rəyə inam daha çoxdur. Qiyməti aşağı təklif edən auditor isə kifayət qədər biliyə malik olmadığına görə, sifarişçi ilə dərhal razılaşır, apardığı audit keyfiyyətli olmur, verdiyi rəy obyektivliyi tam təmin etmir, o, audit bazarında o qədər də tanınmır.

Qərarda maliyyə hesabatlarının auditinin ən minimum həddi, yəni illik dövriyyəsi 100 min manatadək olan təsərrüfat subyektləri üçün 1000 manat müəyyənləşdirilib. Bu da dövriyyənin 1%-ni təşkil edir. Dövriyyəsi 40 min manat və işçi sayı 2 nəfər olan müəssisə ilə dövriyyəsi 90 min manat və işçi sayı 10 nəfər olan müəssisəyə eyni minimum həddin tətbiq olunması ədalətli görünməsə də, auditorlar sifarişçilərlə müqavilələrin bağlanmasında düzgün qiymətlərin tətbiq edilməsi üçün mühüm amilləri nəzərə almalıdırlar.

Məcburi auditdən yayınmağa meyilli olan məhdud məsuliyyətli cəmiyyətlərin böyük hissəsinin kiçik sahibkarlıq subyektləri olduğunu və dövriyyələrinin təxminən 100 - 150 min manatdan çox olmadığını nəzərə alsaq, ilkin mərhələlərdə onların auditdən keçmələri üçün minimum 1000-1500 manat tələb olunur. Auditdən keçmədiyi halda isə qanunvericiliyə uyğun olaraq, cərimələnməsi iki dəfə baha başa gələcəkdir, həmçinin onun haqqında mənfi rəy formalaşması istisna olunmur.

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanının müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.

Audit fəaliyyətinin həyata keçirilməsi və təkmilləşdirilməsi sahəsində keçən dövr ərzində müəyyən işlər görülmüşdür. 1999-cu ilin iyun ayında respublikamızda ABŞ-ın Daxili Auditorlar Institutunun «Audit-Azərbaycan» bölməsinin acılması da aparılan işlərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən Daxili Auditorlar İnstitutu dünyanın hər yerində fəaliyyət göstərən auditorları təşkilatlandırır və bu peşəni daha da inkişaf etdirmək üçün köməkliklər göstərir.

ABŞ-da yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanına malik olan daxili auditorlar təşkilatı 1941-ci ildə yaradılmış və Daxili Auditorlar İnstitutu adlanmışdır. İnstitut özünün beynəlxalq mərkəzini 1970-ci ilin əvvəllərindən Florida Ştatına köçürülmüşdür.

Hazırda İnstitut dünya ölkələrində fəaliyyətdə olan auditorlar təşkilatları içərisində özünün yüksək səviyyəli mütəxəssisliyi ilə fərqlənir. İnstitutun ABŞ-da bölmələrindən başqa həmin ixtisas profili üzrə Avstraliyada, KXR-da, Hindistanda, Izraildə, Yaponiyada, Malayziyada, Yeni Zellandiyada, Cənubi Amerikada, Böyük Britaniyada və Şımali İrlandiyada milli İnstitutlar vardır. İnstitut özünün fəal İşi ilə daxili auditorların fəaliyyətini əlaqələndirməklə, ümumi təhsilin genişləndirilməsi ilə yanaşı, auditor təcrübəsi ilə əlaqədar olan məsələlərə aid müəyyən normaların tərtib olunmasını həyata keçirir.

Bununla yanaşı, respublikamızda auditorlar fəaliyyətinin daha da genişlənməsinə ehtiyac vardır. Xüsusilə respublikamızda nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qruplarının ləğv olunması auditor xidmətinin hərtərəfli genişlənməsi üçün şərait yaratmışdır, Audit xidmətindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə yanaşı, bütün idarə, müəssisələrdə və şirkətlərdə istifadə olunmalıdır. Respublikada audit xidmətinin daha da genişləndirilməsi məqsədilə «Audit xidməti haqqında» qanunda müəyyən əlavələr edilməsinə ehtiyac vardır.

Dünya ölkələrinin audit təcrübəsindən istifadə edərək və qəbul olunmuş Beynəlxalq Audit Slandartlarına uyğun olaraq respublikadakı sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin, şirkətlərin, dövlət müəssisələrinin audit yoxlamalarından keçmələri və onların illik maliyyə hesablarına auditor rəyinin verilməsinin labüdlüyünün həll olunması məqsədəuyğun olar və həmin müəssisələrin qarşılarında qoyulmuş vəzifələrin yerinə yetirilməsində nəzarəti təmin etmiş olardı. Qeyd etmək lazımdır ki, hazırda bəzi dövlət müəssisələrində illik təsərrüfat-maliyyə fəaliyyətinin təftişinin təğv olunması, onların fəaliyyətində ciddi çatışmazlıqların əmələ gəlməsi ilə nəticələnməsi məlum məsələlərdəndir.

Auditor fəaliyyətinin əsas məqsədi iqtisadi subyektlərin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının mövcud olan qanunvericiliyə və normativ aktlarda uyğunluğunu müəyyən etməkdir.

Beləliklə, audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.

Bazar iqtisadiyyatına keçid, sahibkarlığın meydana çıxması və inkişafı, müəssisə və təşkilatların(səhmdar cəmiyyətlərin, cəmiyyət və yoldaşlıq, qeyri-kommersiya təşkilatlarının və s.) və mülkiyyət formalarının fərqləri iqtisadi nəzarət sistemini əsaslı surətdə dəyişdi. Bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda prinsipial olaraq yeni dövlət və qeyri-dövlət iqtisadi nəzarət orqanları meydana çıxmış və fəaliyyət göstərir.

Azərbaycan bazarının qurulması şəraitində iqtisadi nəzarətin prinsipcə başqa, son dərəcə perspektiv və effektiv növü müstəqil auditor nəzarəti sayılır. Müstəqil nəzarət öz fəaliyyətini bir tərəfdən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət lisenziyası əsasında, digər tərəfdən, sifarişçi müştəri hesabına müqavilə kommersiya əsasında həyata keçirən özəl auditorlar və auditor firmaları tərəfindən aparılır. Ayrı-ayrı hallarda auditor yoxlamaları müvafiq dövlət orqanlarının tapşırığı ilə(sifarişi ilə) büdcə vəsaitləri hesabına həyata keçirilir.

Audit – mühasibat uçotunun aparılması qaydasına riayət edilməsinin, təsərrüfat və maliyyə əməliyyatlarının AR qanunvericiliyinə uyğunluğunun, maliyyə hesabatında təşkilatın fəaliyyətinin əks olunması bütövlüyü və dəqiqliyinin yoxlanılması əsasında təşkilatın maliyyə hesabatlılığının müstəqil ekspertizasıdır. Ekspertiza auditor rəyinin tərtibi ilə qurtarır.

Auditor fəaliyyəti özündə mühasibat(maliyyə) hesabatlığının, ödəniş-hesablaşma sənədləşmələrinin, mühasibat uçotunun aparılması düzgünlüyünün və onun müvafiq qanunvericiliyə uyğunluğunun, vergi bəyannamələrinin və iqtisadi subyektlərin digər maliyyə öhdəliklərinin və tələblərinin müstəqil idarədən kənar yoxlamaların aparılması eləcə də digər auditor xidmətlərinin göstərilməsi üzrə auditorların və audit firmalarının sahibkarlıq fəaliyyətini ehtiva edir.

Auditor xidmətlərinin digər qohum növlərinə aşağıdakıları daxil etmək olar: mühasibat uçotunun aparılması və bərpası, vergi bəyannamələrinin və maliyyə hesabatlılığının tərtibi, hüquqi məsələlər və vergitutma məsələləri üzrə məsləhətlər verilməsi; müştərilərin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili.

Beləliklə, auditor bazarının ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, müəssisələr auditor xidmətinə görə müraciət etməyə məcburdurlar.

Mütləq audit auditor təşkilatları tərəfindən aparılır. Dövlət müəssisələrində mütləq auditin aparılması zamanı audit xidmətlərinin göstərilməsi üzrə müqavilənin bağlanması üstün olaraq açıq müsabiqənin aparılması yekunları üzrə həyata keçirilməlidir.

Bazar iqtisadiyyatlı ölkələrdə olduğu kimi, Azərbaycanda da auditor nəzarəti xarici və daxili auditə bölünür.

Audit




Xarici audit

Daxili audit

Şəkil 8.1. Auditor fəaliyyətinin növləri
Xarici audit sifarişçi müəssisə və təşkilatların sifarişləri(müqavilələri) əsasında müstəqil auditor firmaları tərəfindən həyata keçirilir. “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq yoxlamanı aparan auditorlar yoxlanılan obyektdə hər bir maraqlara malik olmurlar, yəni audit aparılan obyektin təsisçisi, səhmdarı, rəhbəri və digər vəzifə şəxsləri sayılmırlar, yoxlanılan təşkilatın rəhbərliyi ilə qohumluq əlaqəsində deyillər(valideynlər, ər-arvad, bacı, qardaş, övlad) və onlarla xidməti münasibətləri yoxdur. Xarici auditin aparılması həm də öz növbəsində auditor firmasının, filiallarının və ya nümayəndəliklərinin təsisçiləri sayılan subyektlərə münasibətdə, eləcə də yoxlamaya qədər uçotun bərpası və aparılması və maliyyə hesabatının tərtib edilməsi üzrə xidmət göstərilən auditor firmasının müştərilərinə münasibətdə də aparmaq olar.

Mövcud olan qanunçuluğa görə, iqtisadi subyektə müəyyən komersiya və digər şəxsi əlaqələri olan auditor firmalarının auditorları həmin müəssisədə auditor yoxlaması apara bilməzlər. Belə hallar müəyyən olunduqda auditor aparan şəxslərin auditorluq hüquqi ilə əlaqədar lisenziya ləğv oluna bilər.

Xarici auditin əsas məqsədi aşağıdakılardır:

• Müəssisə maliyyə fəaliyyəti ilə əlaqədar olan mühasibat uçotu, hesabatı göstəricilərinin tam, etibarlı və düzgün olunmasının yoxlaması;

• Uçot, hesabatın aparılması, müəssisə aktivinin öhdəçiliyinin və özünəməxsus kapitalının tənzimlənməsini müəyyən edən qanunvericilik və normativ aktların düzgün icrasına nəzarət;

• Özünəməxsus əsas və dövriyyə vəsaitlərin, maliyyə ehtiyatlarının və kənar mənbələrdən cəlb etməklə istifadə olunması imkarnlarını müəyyənləşdirmək;

• Vergi ödənişi uzrə hesablamaların düzgünlüyü və müəssisə maliyyə vəziyyətinin yüksəidilməsi ilə əlaqədar optimal təkliftərin hazırlanması;

• Müəssisə mühasibat balansının, mənfəət və zərərlər, əsas kapitalın hərəkəti və illik mühasibat (maliyyə) hesabatına əlavə olunmuş izahatlı arayışda əks olunmuş göstəricilərin düzgünlüyünün yoxlanılması və s.

Xarici auditin nəticələri ilə əlaqədar olaraq auditorlar və ya auditor firması tərəfindən yoxlanılan müəssisədə mühasibat uçotu, hesabatının daxili nəzarəti vəziyyətinə və illik hesabatın düzgünlüyü haqqında yazılı rəy tərtib olunur. Sifarişçi ilə bağlanmış müqaviləyə uyğun olaraq xarici auditor sifarişçi üçün müxtəlif layihələr, biznes-planı, arayışlar da tərtib etməklə onu müəssisə rəhbərliyinə təqdim edə bilərlər. Xarici auditin nəticələri həm sifarişçiyə və onun səhmdarlarına (iştirakçılarına), həm də müvafiq vergi orqanına tərtib edilərək təqdim olmuş auditor rəyi şəklində təqdim oluna bilər. Müştərilər (sifarişçilər) yoxlamanın aparılması üçün auditoru və ya auditor firmasını müstəqil olaraq seçirlər.

Daxili audit. Başqa sözlə desək, daxili audit- mahiyyətcə təsərrüfatdaxili nəzarətdir. Lakin məzmununa və aparılması metodlarına görə o, xarici auditlə çoxlu cəhətlərə malikdir.

Azərbaycan Respublikasında daxili audit bir sıra normativ aktlarla tənzimlənir ki, bunlardan ən mühümü “Daxili audit haqqında” Azərbaycan Respublikasının 2007- ci il 22 may tarixli Qanunudur. Bu Qanun Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edir. Qanuna əsasən Daxili auditor daxili auditi təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq həyata keçirir. Bu zaman daxili auditor Azərbaycan Respublikasının qanunvericiliyinə, düzgünlük, obyektivlik, məxfilik və peşəkar səriştəlik kimi auditor fəaliyyətinin təməl prinsiplərinə, daxili audit xidmətinin əsas- naməsinə, Beynəlxalq Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına və etik normalara, təlimatlara və qaydalara riayət etməlidir .

Daxili audit təkcə pozuntuların qeydə alınması və onların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. O, hər şeydən əvvəl, aşkara çıxarılmış kənarlaşmaların səbəb-nəticə əlaqələrini müəyyənləşdirməklə, yoxlanılan obyektdə işlərin yaxşılaşdırılmasına dair konkret təkliflərin və tövsiyələrin işlənib hazırlan- masına imkan verir .

“Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, daxili audit - təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqla köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir. Başqa sözlə desək, daxili audit- müəssisə və təşkilatlarda qəbul edilmiş idarəetmə qərarlarının əsaslılığını və səmərəliliyini qiymətləndirmək, nöqsan və çatışmamazlıqları, kənarlaşmaları aşkara çıxarmaq, maliyyə-təsərrüfat fəaliyyətində risklərin aradan qaldırılması, azaldılması və idarə olunması üzrə müvafiq qərarların qəbul edilməsi üçün rəhbərliyi vaxtında məlumatlandırmaq məqsədilə müəssisə və təşkilatların işinin müntəzəm müşahidə edilməsi və yoxlanması sistemidir .

Həmin Qanununa əsasən, daxili audit xidməti - təsərrüfat subyektində daxili audit fəaliyyətini həyata keçirən struktur bölmədir (Audit Komitəsi, departament, şöbə, bölmə, daxili auditor). Qanunun 2-ci maddəsinə görə, “Daxili audit haqqında” Qanun mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasınınərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat subyektlərinə şamil edilir, digər təsərrüfat subyektləri bu Qanunun müddəalarını könüllülük prinsipi əsasında tətbiq edə bilərlər.

Qərbi Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində daxili audit yoxlamaları müəssisə və təşkilatlarda, xəstəxanalarda, bələdiyyələrdə, sənaye şirkətlərində və s. işləyən auditorlar tərəfindən həyata keçirilir. Sənayecə inkişaf etmiş ABŞ-da və Böyük Britaniyada daxili audit institutlarının yaradılması daha təqdirə layiqdir. Həmin ölkələrdə özəl sektorda daxili audit dövlət auditindən çox incə sərhədlə ayrılmışdır. Belə ki, dövlət auditorları ABŞ-ın Baş büdcə-nəzarəti idarəsində işləyir lər ki, bu da ABŞ konqresinin orqanı sayılır və mühasibat uçotunun, auditor yoxlamalarının və bu sahələrdə tədqiqat işlərinin təşkili ilə məşğul olurlar. Baş büdcə- nəzarəti idarəsi departamentlərdə, agentliklərdə, federal hökumət proqramlarında konqresin qanunlarının yerinə yetirilməsinin və iqtisadi proqramların həyata keçi- rilməsinin mümkünlüyünün auditor yoxlamalarını aparır. Baş büdcə-nəzarəti idarəsinin hesabatlarının surəti ABŞ-nın Konqresinə təqdim edilir. Bir çox hökumət agentlikləri özlərinin xüsusi auditorlarını və inspektorlarını saxlayırlar. Yerli hakimiyyət orqanlarının da daxili audit şöbələri vardır. Məsələn,Federal orqanların ( üdafiə Nazirliyi, Əmək Nazirliyi, Daxili Resurslar Nazirliyi) və ştatların agent- liklərinin (təhsil, səhiyyə və maliyyə üzrə) və yerli hakimiyyət orqanlarının (şəhər, dairə, vergi dairələri) çoxlu daxili auditor ştatları mövcuddur. Şirkətlərin daxili auditorları peşə vəzifələrini həyata keçirərkən öz fəaliyyətlərində firmadaxili audit standartları ilə yanaşı Baş büdcə-nəzarəti idarəsi tərəfindən hazırlanan dövlət audit yoxlamaları standartlarından da istifadə edirlər .

Öz müəssisəsinin auditi ilə məşğul olan və onun rəhbərliyinə tabe olan mütəxəssislər, xarici auditlə məşğul olan auditorlar kimi mütləq attestasiya və liseziyalaşdırma prosedurlarını keçməyə borclu deyil. Lakin onların iri müəssisələrdə, banklarda və iri şirkətlərdə rolu kifayət qədər böyükdür. Odur ki, daxili audit üzrə iş üçün yüksək ixtisaslı mütəxəssisləri, əsl peşəkarları seçirlər.

Qanun hökumət tərəfindən qəbul edildiyinə görə, auditor isə yalnız onları bilməklə və onlara əməl etməklə kifayətləndiyinə görə auditor yoxlaması bütün auditor şirkətləri üçün vahid xidmət sayılır. Bu baxımdan auditor bazarı yeni əmtəələr sahəsində yaradıcılıq imkanlarının əslində məhdud olduğu istehlak bazarından kəskin fərqlənir. Belə olan halda əsas xidmət dəqiq müəyyən edilmişdir, yaradıcılıq isə yalnız köməkçi xidmətlər sahəsində mümkündür.

Belə nəticəyə gəlmək olar ki, auditor bazarının fərqli cəhəti həmin bazarın bütün iştirakçıları üçün vahid olan əsas əmtəə növünün və məzmununun dəqiq müəyyən edilməsi sayılır. Belə əmtəə mövcud qanunlara uyğun aparılan audit yoxlaması sayılır.

Buradan göründüyü kimi, auditor şirkətləri öz aralarında yalnız üç istiqamət üzrə rəqabət apara bilərlər: auditor yoxlamalarının keyfiyyətinə və ixtsaslaşmasına görə onların dəyərinə görə, eləcə də köməkçi xidmətlərin spektrinə görə.



2. Auditor yoxlamasının aparılması qaydaları

Auditorlar öz işlərini öz yoxlayacaqları subyektlə tanışlıqdan başladıqlarına görə təşkilatın təsis sənədlərini, fəaliyyət növlərini, uçot siyasətini, hesabatlılığını öyrənirlər, sənəd dövriyyəsinin təxmini həcmini və təsərrüfat əməliyyatlarının intensivliyini qiymətləndirilirlər. Auditorlar arasında bu prosedur bəzən “diaqnostika” adlandırılır.

Kifayət qədər dar müddətdə auditin aparılması üçün auditin planlaşdırılmasını həyata keçirmək lazımdır ki, bu da özündə gözlənilən işlərin planının hazırlanmasını birləşdirir. Gözlənilən işlərin planında uçot və hesabatlığın ayrı-ayrı bölmələrinin işlənib hazırlanması müddəti, auditorların təlimatlandırılmasının həyata keçirilməsi, müştəri bölmələri ilə əlaqələrin təşkili, audit qaydaları və üsulları müəyyənləşdirir. Audit proqramı auditin daha genişləndirilmiş planı sayılır və burada aşağıdakılar müəyyən edilmişdir: auditin məqsədi, təşkilatın əsas iş sahələri və yoxlamaya məruz qalan uçot bölmələri; yoxlamanın xarakteri və metodları(tam, seçmə, faktiki, sənədli və s.); yoxlayıcı auditorlar arasında vəzifələrin bölgüsü və təhkim olunması; audit nəticələrinin rəsmiləşdirilməsi forması və qaydaları.

Auditor yoxlanılan təşkilatlarda mühasibat uçotunun və daxili nəzarət sisteminin vəziyyətini qiymətləndirir. Bu, maliyyə hesabatlılığı göstəricilərinin etibarlılığına təsir göstərən əhəmiyyətli səhvlərin meydana çıxması ehtimalının müəyyənləşdirilməsi zəruridir. Belə qiymətləndirmənin əsasında auditor prosedurlarının məzmununu, miqyasını və miqdarını müəyyən edirlər. İlkin müayinə gedişində auditorun xüsusi diqqəti müəyyən təşkilatda mühasibat uçotunun aparılması zamanı qanunvericiliklə və digər normativ aktlarla nəzərdə tutulan tələblərə riayət olunması ciddiliyinin müəyyən edilməsinə istiqamətlənməlidir.

Auditor yoxlamalıdır ki, həmin təşkilatda ilkin sənədlərin rəsmiləşdirilməsinin zəruri tələblərinə riayət olunurmu, onlarda mütləq rekvizitlərə malikdirlərmi?

Idarəetmə ehtiyacları üçün informasiya alınmasının vaxtlı-vaxtında olması və mühasibat uçotunun qurulması səmərəliyi xeyli dərəcədə qrafikin tərtibi dəqiqliyindən asılıdır. Bu məqsədlə auditor müəyyən etməlidir ki, müəyyən təşkilatda sənəd dövriyyəsi qrafiki nə qədər əsaslandırılmış şəkildə işlənib hazırlanmış və dəqiq yerinə yetirilir. Bu həm də hansı dərəcədəsə uçot sistemini və təsərrüfatdaxili nəzarəti qiymətləndirməyə imkan verir. Sənəd dövriyyəsi qrafiki mühasibat uçotunun mükəmməl təşkilati sisteminin yaradılmasını təmin edən ən mühüm təşkili üsulu sayılır. O, iş yerinə xidmət vasitəsi və mühasibat uçotu xidmətinin işinin və maliyyə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi vasitəsi sayılır.

Auditorun yoxlamalı olduğu yuxarıda göstərilən daxili nizamlama sənədləri həm də təşkilatın uçot siyasətinin elementi sayılır. Odur ki, daha sonra auditor təşkilatın uçot siyasətinin seçiminin və optimallaşdırılmasının əsaslandırılmasını, təşkilat tərəfindən təqvim ili ərzində uçot siyasətinin seçilmiş təşkilati, metodiki və texniki aspektlərinə riaət olunmasını təyin etməlidir. O, uçot siyasətinin seçiminin və ona riayət olunmasının düzgünlüyünü təhlil etməli və müəyyən etməlidir.

Mühasibat uçot sisteminin qiymətləndirilməsi gedişində ilkin sənədlərin, uçot registrlərinin və hesabat formalarının faktiki baxış nümunələrindən istifadə etmək, hesab planları, sənəd dövriyyəsi və s. ilə qarşılıqlı surətdə tutuşdurub yoxlanmasını həyata keçirmək lazımdır.

Bu cür icmal müayinədən sonra audit özü üçün nəticə çıxarmalıdır ki, müəyyən təşkilatda qurulmuş sistem zəmanət verirmi ki, təsərrüfat əməliyyatları hesablarda düzgün və vaxtlı-vaxtında əks olunsun.

Auditor mühasibat aparatının komplektliliyini, ştat intizamına riayət olunmasını, vəzifə bölgüsünün düzgünlüyünü, ayrı-ayrı uçot işçilərinin peşəkar hazırlığını, əməyin təşkilini və onların ixtisasının artırılmasını yoxlamalıdır.

Heyətin səriştəliyindən bütün uçot sisteminin səmərəliliyi asılıdır, elə buna görə də qiymətləndirmənin subyektivliyinə baxmayaraq, auditor işçilərin səriştəliyin və düzgünlüyünü müəyyən etməlidir.

Daxili nəzarət sisteminin səmərəliliyini müəyyən etmək üçün aşağıdakı qiymətləndirmələrin aparılması mühüm əhəmiyyət kəsb edir:

-daxili nəzarətin təftiş planları nə dərəcədə əsaslandırılmaqla tərtib olunmuş və vaxt baxımından ayrı-ayrı obyektlərə rəğmən bütün planlaşdırılmış işlər dəqiq yerinə yetirilir;

- bu zaman hansı yoxlama prosedurları istifadə olunmuş və onlar nə dərəcədə səmərəli olmuşlar;

- təsərrüfatdaxili nəzarət nəticələri üzrə informasiyaların etibarlılığına nə dərəcədə inanmaq olar.

Əgər təsərrüfatdaxili nəzarət sisteminin yoxlanması nəticəsində auditor müəyyən edirsə ki, bütün sadalanan tələblər yerinə yetirilir, onda o, daxili təsərrüfat nəzarət sisteminin fəaliyyətini etibarlı hesab edə və özünün qarşısında duran işin həcmini azalda bilər.

Bununla yanaşı, yoxlamanın gedişində auditor təşkilatı müəssisənin(təşkilatın) bütün iqtisadi xidmətlərinin uyğunluğunu və qarşılıqlı təsirini qiymətləndirilməlidir: mühasibatlıq, maliyyə, plan-istehsal şöbələri, təchizat, satış şöbələri, marketinq xidməti. Əgər iqtisadi xidmətlərin fəaliyyətinin uyğunluğu kifayət dərəcədə deyilsə, onda auditor bu cür kafi olmayan qarşılıqlı təsirinin neqativ fəsadlarını qiymətləndirilməli və vəziyyətin rəhbərliyinə bir sıra tədbirlər təkliflər verməlidir.

Etibarlılığın ilkin qiymətləndirilməsi prosedurunun nəticələrinə görə auditor təşkilati bütün təsərrüfat daxili nəzarət sisteminin etibarlılığını “aşağı”, “orta” və ya “yüksək” kimi qiymətləndirmək olar.


3. Auditor xidmətlərinin marketinqi mərhələləri

Auditor bazarının xüsusiyyətlərini və auditor yoxlamalarının aparılması qaydasını nəzərə alaraq, auditor xidmətləri marketinqinin aşağıdakı mərhələlər üzrə aparılması məqsədəuyğun sayılır:

-bazarın tədqiqi;

- qiymət siyasətinin və köməkçi xidmətlər paketinin işlənib hazırlanması;

- müştərilərin axtarışı və cəlb olunması.

Bazarın tədqiqi. Bu mərhələdə növbəti mərhələlərin təmini və onların təhlili üçün zəruri olan marketinq məlumatlarının yığımı həyata keçirilir.

İstənilən digər bazarda olduğu kimi auditor xidmətləri bazarının tədqiqinin də iki istiqamət üzrə aparılması məqsədəuyğundur:

-rəqiblər;

- istehlakçılar(auditor şirkətlərinin müştəriləri).

Rəqiblər haqqında məlumatların yığılması bazarda digər iştirakçılara münasibətdə öz yerini müəyyən etmək məqsədilə aparılır(o, gələcək marketinq və reklam strategiyasına əhəmiyyətli dərəcədə təsir göstərir).

Bunun üçün rəqabət aparan şirkətlər haqqında aşağıdakı informasiya zəruridir:

-firmanın ölçüsü və dövriyyəsi haqqında;

- qiymət siyasəti haqqında;

- marketinq və reklam strategiyaları haqqında.

Onun yığımı üçün tədqiqatın kabinet və səyyar metodlarından istifadə olunur. “Kabinet məlumatlarının mənbələri ixtisaslaşdırılmış jurnallar sayılır: iqtisadi, maliyyə, mühasibat, müxtəlif məlumat kitabçaları və məlumat bazaları, iqtisadi və maliyyə qəzet abunələri. Eləcə də bu jurnallarda dərc olunmuş auditor şirkətlərinin reytinqləri.

Belə ki, bəzən bir sıra informasiyaları qeyri-formal auditor birliklərin, assosiasiyaların, palataların materiallarından almaq olar. Bu cür respublikas və regional təşkilatların sayı kifayət qədər böyükdür. Onlar öz üzvlərinin auditor firmalarının haqları hesabına mövcuddurlar.

Bu zaman nəzərə almaq lazımdır ki, bazarda xeyli böyük sayda auditor şirkətləri təmsil olunduğuna görə, bütün bunlar haqqında məlumatlar toplamaq kifayət qədər mürəkkəbdir. Bundan başqa, təcrübə göstərir ki, Azərbaycanın auditor bazarı məsələn, Bakıətrafı bazardan, o isə öz növbəsində regional bazardan kəskin surətdə fərqlənir. Bunun səbəbi hər şeydən əvvəl, regionun müxtəlif iqtisadi və maliyyə vəziyyətidə, vergi xidmətinin işinin fəallığında və stilində görünür. Bu fərqlər əsasən auditor xidmətinə qiymətlərin səviyyəsində və auditorların ixtisaslaşmasında meydana çıxır. Tədqiqatlar göstərir ki, auditor yoxlamalarına görə ən yüksək qiymətlər Bakıdadır.

Odur ki, tədqiqata başlamazdan əvvəl, şirkətin işləməyə hazırlaşdığı bazarı ərazicə məhdudlaşdırmaq lazımdır, belə ki, hər bir ərazi üçün öz qiymət siyasəti və marketinq siyasəti tələb olunur. Nəzərə almaq lazımdır ki, marketoloq ona hazır olmalıdır ki, bəzən ona auditor firmasının rəhbərinə onun, coğrafi fəaliyyətini genişləndirmək məqsədəuyğunluğunu əsaslandırılmış şəkildə sübut etmək lazım gəlir.

İkincisi, auditor firmalarını üç kateqoriyaya: iri, orta və xırda kateqoriyalara ayırmaq məqsədəuyğundur(meyar kimi illik dövriyyəyə və əməkdaşların sayı çıxış edir). Belə seçimin formalaşması üçün auditor şirkətlərinin reytinqindən istifadə etmək əlverişlidir.

Seçim formalaşdıqdan sonra, qalan məlumatlar “səyyar metodlar” istifadə olunmaqla yığılır, çünki, kabinet metodlar bazarda əhəmiyyətlilik dərəcəsinə görə auditor firmalarının ranjirə edilməsindən başqa digər zəruri informasiyaları tam həcmdə vermirlər.

Rəqabət aparan şirkətlərin qiymət siyasəti və köməkçi xidmətlər kompleksi haqqında məlumatlar almağın ən sadə üsulu- potensial şirkət tərəfindən təqdim edilən onlara zəngdir. Bu zaman son dərəcə ehtiyatlı olmaq lazımdır, əks halda aşkara çıxarma riski böyük olacaqdır.

Bu mərhələdə şirkətin bazarda tutduğu mövqeni müəyyən etmək faydalıdır. Bunun üçün şirkətlər tərəfindən aparılan marketinq və reklam kompaniyaları haqqında məlumatlar tələb olunur. Bu yolla alınan məlumatları son hesab olmaz, digərlərini almaq isə, çox ehtimal ki, alınmayacaqdır.

Istehlakçılar haqqında məlumatların yığımı özündə bütov kompleks məsələləri birləşdirir:

-auditor şirkətlərinin müştəriləri haqqında informasiyaların alınması(potensial müştəriləri müəyyən etməyə imkan verir);

- bu və ya digər auditor şirkətinin kimə xidmət haqqqında məlumatların alınması;

- orta istehlakçı portretinin formalaşması.

Onun köməyilə potensial müştərilərin ödənilməmiş ehtiyaclarını aşkara çıxarmaq, onların auditor şirkətlərin bu və ya digər hərəkətlərinə reaksiyasını qabaqcadan söyləmək, qiymət siyasətini, satış metodlarını düzgün işləyib hazırlamaq mümkündür.

Zəruri “orta istehlakçı portretinin” formalaşması üçün məlumatları öz müştərilərini, eləcə də rəqabət aparan şirkətlərin müştərilərini, onların xidmətlərindən istifadə etdiyi auditor firması haqqında rəylərini aydınlaşdırmaq adı altında sorğu keçirib almaq mümkündür.

Qiymət siyasətinin və köməkçi xidmətlər paketinin işlənib hazırlanması.

İşlənib hazırlanma bundan əvvəlki mərhələdə toplanmış məlumatlar əsasında aparılır. Auditor yoxlamasına görə qiymətin əmələ gəlməsinin iki variantı mümkündür:

-auditorun bir iş günündən irəli gələrək: auditor yerində yoxlama üçün zəruri olan əmək gününün miqdarını qiymətləndirir və onları bir iş gününün dəyərinə vurur. Bu üsul daha çox yayılmışdır;

- işlərin ümumi həcmindən irəli gələrək. Onun əsasına həm də bir iş gününün dəyəri də daxil edilmişdir. Kassa və bank üzrə əməliyyatların miqdarı, anbar uçotunun, kompüter uçotunun mövcudluğu kimi müxtəlif mühasibat göstəriciləri nəzərə alınaraq(hər şeydən əvvəl Excel) yazılır ki, burada da “iş günlərinin” miqdarı hesablanır və onlar auditorun bir iş gününün təsbit olunmuş dəyərinə vurulur. Belə qayda auditorun səfərini tələb etmir, ilkin qiymətləndirməni telefonla da aparmaq mümkündür.

Psixoloji baxımdan ikinci qayda daha yaxşıdır, belə ki, birincisi, auditorda alınan rəqəmlərin obyektivliyi haqqında təsəvvür yaranır, ikincisi isə, o, ənənəvidən fərqlənir. Lakin əməli baxımdan birinci qaydaya daha çox üstünlük verilməlidir, çünki auditor şəxsi görüşdə mühasibi məhz onun firmasının xidmətlərin istifadəyə, eləcə də özünün qanunvericilik biliyini nümayiş etdirməyə inandırmağın daha böyük imkanlarına malikdir.

Auditorun bir iş gününün dəyəri müxtəlif şirkətlərdə müxtəlifdir və həm obyektiv, həm də subyektiv amillərin çoxluğu ilə müəyyən edilir.

Obyektiv amillər arasında bazarda rəqiblərə münasibətdə auditor şirkətinin tutduğu mövqe əsas amillərdən biri sayılmalıdır, belə ki, o, firmanın etibar edə bildiyi potensial müştəriləri müəyyən edir.

Bəzi şərtlərlə auditorun bir iş gününün dəyərində yoxlamada bilavasitə iştirak edən işçilərin(auditorların və onların asistentlərinin) əmək haqqı ilə, əlavələri ilə bağlı “dəyişkən” xərcləri, ezamiyyə xərclərini ayırmaq olar. Auditorun bir iş gününün dəyərinin tərkibində “sabit” xərclərə aşağıdakılar şamil olunur: əsas vəsaitlərin amortizasiyası və auditor firmasının balansında yerləşən qeyri-maddi aktivlər, ofisin icarəsi, yoxlamalarda birbaşa iştirak etməyən(direktorun, katib-referentin, ştatda olan auditor-məsləhətçinin, sürücünün və s.) əmək haqqı, firma tərəfindən ödənilən bir sıra vergilərin, gələcək dövrün xərcləri(xüsusi dövri nəşrlərə abunə, auditor fəaliyyətinin mütləq sığortasına, komputer proqramlarının əldə olunmasına və təzələnməsinə). Bundan başqa, həm də hesablaşmaya firmanın zəruri mənfəətini də daxil etmək lazımdır.

Bir çох müəssisələr аuditоr firmаsının sеçilməsinə çох ciddi yаnаşırlаr və burаdа yаlnız аuditоr хidmətlərinin хərclərini dеyil, еyni zаmаndа digər аmilləri də nəzərə аlırlаr, о cümlədən, аuditоrlаrın ixtisaslaşmasını, firmаnın mötəbərliyini, sаflığını, öz öhdəliкlərinə sаdiqliyini, yəni аuditоr firmаsının bаzаrdа fоrmаlаşmış imicini. Imic yаlnız birbаşа rекlаm vаsitəsilə fоrmаlаşа bilməz, оnun fоrmаlаşmаsındа tаnınmış mаliyyə, iqtisаdi jurnаl və qəzеtlərdə mаtеriаllаrın dərc оlunmаsı, firmаnın inкişаf tаriхinin pоpulyаr nəşrlər vаsitəsilə аlıcılаrа çаtdırılmаsı, rəhbərliкlə müsаhibələrin аpаrılmаsı, gələcəк plаnlаrı bаrəsində məlumаtlаrın vеrilməsi кimi mеtоdlаrdаn gеniş istifаdə оlunur.

Аuditоr хidmətləri mаrкеtinqində аuditоr yохlаmаlаrının mövsümi хаrакtеr dаşımаsı dа nəzərə аlınmаlıdır. Mövsümülüyün кənаrlаşdırılmаsı üçün «Məкtub – аuditоr firmаsının rəhbərinin öhdəliyi» аuditоr stаndаrtındаn istifаdə еtməк оlаr. Bu stаndаrtdа sifаrişçi-müəssisə tərəfindən illiк mаliyyə hеsаbаtının qеyd оlunmuş müddətdə vеrilməsindən sоnrа аuditоr yохlаmаsının аpаrılmаsı üçün rəsmi rаzılıq nəzərdə tutulur. Yаy-pаyız müddətində işlərin lаzımi həcmini təmin еtməк üçün аuditоr хidmətlərinin qiymətləri qismən аşаğı sаlınа bilər.
4. Azərbaycan Respublikasında auditin yaranması və inkişaf tarixi.

Əsas audit təşkilatları

Azərbaycan Respublikasında auditin yaranması bilavasitə respublikada suvereriliyin əldə edilməsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar, iqtisadi subyektlərin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət sisteminin yenidən qurulması ilə əlaqədar həll olunmuşdur.

Məlumudur ki, keçmiş SSRİ tərkibində olan ölkələrdə və o cümlədən Azərbaycan Respublikasında idarə və müəssisələrin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət həmin dövrdə mövcud olan inzibati-amirlik sistemi tələbləri əsasında aparılırdı. Beləliklə, Azərbaycanda ümumiyyətlə audit yox idi. Ölkə daxilində bütün iqtisadi nəzarət sistemi nazirliklərin, birliklərin tabeçiliyində təşkil olunmuş nəzarət – təftiş orqanları tərəfindən aparılırdı.

Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.

Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq 1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabineti respublika Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkəzi»nin yaradılması haqqında qərar qəbul etmişdir.

Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mərkəzi haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyı yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə, idarə və təşkilatların kooperativlərin sifarişləri əsasında, habelə hüquq mühafizə orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar keçirilməli, təsərrüfat mexanizmini təkmilləşdirilməsinə dair metodiki və əməli yardım göstərilməsi müəyyən olunmuşdur.

Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar keçirilməsi təsərrüfat mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərilməsi üçün sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu.

Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası yaradılmışdı.

1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ – hüquqi aktlar qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.

1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təşkili ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır.

Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləşdirilməsinə yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə’min etmək, auditorların fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir.

Sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır.

Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

a) Azərbaycan Respublikasının vətəndaşı olmaq;

b) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

v) mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmaq;

q) sərbəst auditor imtahanlarını vermək.

Tamah məqsədilə cinayət törətmək üstündə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslər auditor ola bilməzlər.

Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici ölkə vətəndaşı Auditorlar Palatasının rəsmi icazəsi ilə həmin hüquqdan Azərbaycan Respublikası ərazisində istifadə edə bilər.

Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir.

Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Auditorlar Palatası  müstəqil maliyyə nəzarəti orqanıdır.



Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı  olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin  etmək  məqsədilə    auditor  xidmətinin  işini  təşkil etməkdən və  mövcud qanunvericiliyə uyğun olaraq onun  inkişafı və  fəaliyyətinin  təkmilləşdirilməsi  üçün  tədbirlər həyata  keçirməkdən ibarətdir.

Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:

-Azərbaycan  Respublikasında  auditor xidməti işlərini  təşkil  edir  və  tənzimləyir;

-Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara  və  auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və  auditor  təşkilatlarının  nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan  Respublikası Qanununa  uyğunluğuna  nəzarət edir;

-sərbəst auditorların və  auditor  təşkilatlarının  uçotunu aparır;

-auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;

-auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komisiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;

-təsərrüfat subyektinin  maliyyə  və mühasibat  hesabatlarına  dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;

-auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

-audit aparılmasına dair təlimatlar, tövsiyyələr və metodik göstərişlər hazırlayır;

-auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyyələr hazırlayır;

-peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanuvericilik aktlarına müvafiq  surətdə baxılmasını təmin edir;

-sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir; sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;

-təkrar audit həyata keçirir;

-dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir;

-auditor xidməti göstərən şəxslərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı  nəzarət orqanının funksiyalarını həyata keçirir.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

- sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditin keyfiyyətini yoxlamaq və auditin aparılmasında qanun pozuntusuna yol verildikdə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı geri almaq;

- sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq;

- öz səlahiyyətləri daxilində sərbəst auditorlara və auditor təşkilatlarına icrası məcburi olan təlimatlar və metodik göstərişlər vermək;

- sərbəst auditorlar və auditor təşkilatları ilə onların sifarişçiləri arasında baş verən müxtəlif xarakterli mübahisələrə baxmaq;

- auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək;

- təcrübə mübadiləsi və mütəxəssislər hazırlanması məqsədilə auditor fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaratmaq və xarici ölkələrdə audit məsələləri üzrə Azərbaycan Respublikasının mənafeyini təmsil etmək;

- auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək;

- fiziki və hüquqi şəxslərə auditor fəaliyyəti və maliyyə-təsərrüfat münasibətləri sahəsində xidmət göstərmək;

- təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında auditor xidmətləri göstərmək;

- auditor təşkilatları təsis etmək;

- Palatanın səlahiyyətinə aid olan auditor xidmətinə dair başqa məsələləri həll etmək.

Qеyd еtməк lаzımdır кi, Аuditоrlаr Pаlаtаsının məlumаtlаrınа görə, rеspubliкаdа 2011-ci ildə 44 milli аuditоr təşкilаtı, 5 хаrici аuditоr təşкilаtlаrının filiаllаrı və nümаyəndəliкləri, 40 müstəqil аuditоr fəаliyyət göstərir. Müstəqil аuditоrlаr və аuditоr təşкilаtlаrı dövlət qеydiyyаtındаn кеçəndən sоnrа 5 illiк lisеnziyа əsаsındа fəаliyyət göstərirlər.

Auditor xidmətinin haqqı qeydiyyatdan keçmiş sərbəst auditorlar və auditor təşkilatları ilə müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında, hüquq-mühafizə və digər orqanlar tərəfindən müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparmaq məqsədilə auditorlar cəlb olunduqda isə həmin orqanlar tərəfindən müvafiq qaydada ödənilir.

Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər :

- "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

- sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;

- sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

- səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

- auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

- yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.

Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir:

- auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;

- auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;

- Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

- sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

- auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;

- sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar istisna olmaqla) məxfi saxlamaq;

- - sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

- qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək;

- sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq.



Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.

ÖZÜNÜ YOXLAMA SUALLARI

  1. Audit nədir?

  2. Auditin qanunvericilik vətəni haradır?

  3. Auditor fəaliyyətinin əsas məqsədi nədir?

  4. Auditor fəaliyyəti dedikdə, nə başa düşülür?

  5. Xarici audit dedikdə, nə başa düşülür?

  6. Xarici auditin əsas məqsədi nədən ibarətdir?

  7. Daxili auditin əsas məqsədi nədən ibarətdir?

  8. Auditor şirkətləri öz aralarında hansı istiqamətlər üzrə rəqabət apara bilərlər?

  9. Auditorlar arasında hansı prosedur “diaqnostika” adlandırılır.

  10. Auditin planlaşdırılmasının mahiyyəti nədən ibarətdir?

  11. Audit proqramına nələr daxildir?

  12. Daxili nəzarət sisteminin səmərəliliyini müəyyən etmək üçün hansı qiymətləndirmələrin aparılması zəruridir?

  13. Auditor xidmətləri marketinqinin hansı mərhələlər üzrə aparılması məqsədəuyğun sayılır?

  14. Auditor xidmətləri bazarının tədqiqinin hansı istiqamətlər üzrə aparılması məqsədəuyğundur?

  15. Auditor yoxlamasına görə qiymətin əmələ gəlməsinin hansı variantları mümkündür?

  16. Аuditоr хidmətləri mаrкеtinqinin mahiyyəti nədən ibarətdir?

  17. Аzərbаycаn Rеspubliкаsının «Аuditоr хidməti hаqqındа» Qаnunu nеçənci ildə qəbul оlunmuşdur?

  18. Sərbəst аuditоr hüququnu əldə еtməк üçün nələr tələb оlunur?

  19. Аzərbаycаndа Аuditоrlаr pаlаtаsı nеçənji ildə yаrаnmışdır?

  20. Аuditоrlаr Pаlаtаsının əsаs vəzifələri və funкsiyаlаrı nədən ibаrətdir?

  21. Аuditоrlаr Pаlаtаsı hаnsı səlаhiyyətlərə mаliкdir?

  22. Аzərbаycаnın аudit хidmətləri bаzаrının müаsir vəziyyətini nеcə qiymətləndirməк оlаr?

  23. Sərbəst аuditоrlаr hаnsı hüquqlаrа mаliкdilər?

  24. Sərbəst аuditоrlаrın əsаs vəzifələri nədən ibаrətdir?

  25. Аuditоr yохlаmаsının аpаrılmаsı qаydаlаrı hаnsılаrdır?

  26. Аudit təşкilаtlаrındа mаrкеtinqin əsаs vəzifələri nədən ibаrətdir?

  27. Məlumаtlаrın tоplаnmаsındа hаnsı mеtоdlаrdаn istifаdə оlunur ?


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə