Mövzu 7 Azərbaycan Monqolların Hakimiyyəti Dövründə




Yüklə 10.63 Kb.
tarix11.03.2016
ölçüsü10.63 Kb.
Mövzu 7

Azərbaycan Monqolların Hakimiyyəti Dövründə
1206-cı ildə Mərkəzi Asiyada hərbi cəhətdən çox güclü olan Monqol dövləti yarandı.Çingiz xanın yaratdığı bu dövlət qonşu dövlətləri işğal etməyə başladı.1219-cu ildə Xarəzmşah dövlətinə hücum edən Çingiz xan(1206-1227) bu dövlətə ağır zərbə vurur.

Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid mərkəzi dövlət olmadığından ölkədə feodal çəkişmələri davam edirdi.Azərbaycanda bu dövrdə Atabaəylər dövləti və Şirvanşahlar dövləti mövcud idi.Marağada isə Rəvvadilər nəslindən olan Ağsunqurilər(1108-1227) sülaləsi hökm sürürdü. MonqollarıAzərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər.İlk monqol yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Cəbə Sabutayın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu.Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı.Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.

1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana yürüş etdilər.İkinci yürüşdə qoşuna Cormoğon noyon adlı sərdərdə başçılıq edirdi.İlk olaraq Marağaya hücum edən monqollar burada ciddi müqavimət gördülər.Təbriz birinci yürüşdə olduğu kimi bu dəfə də xərac verərək şəhəri qırğından xilas etdilər.Lakin danışıqlar nəticəsində Təbrizin bir çox tanınmış sənətkarları Qaraqoruma göndərildi.1235-ci ildə isə Gəncə uzun mübarizədən sonra işğal olundu.Düşmən başqa şəhərlərimizə də yürüş etdi.Tovuz,Bakı və daha sonra 1239-cu ildə Dərbəndin işğalı ilə bütün Azərbaycan monqollar təsiri altına düşdü.Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun burdakı canişinləri tərəfindən idarə olundu.Arqun ağa burada canişin təyin olundu.Onun yeritdiyi siyasət yerli feodalların əksəriyyətini torpaq malikanələrindən məhrum etmək və onların bir qismini monqolların vassalına çevirmək idi.Hər dəfə Böyük Monqol imperatorluğunda yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq verilirdi.

Nəhayət 1256-cı ildə üçüncü yürüşü baş tutdu və Azərbaycan elə bu ildə də tabe edildi.1258-ci ildə isə Hülakü xan Bağdadı tutdu və Abbasilər xilafəti süqut etdi.Yeni işğal edilmiş ərazilərdə beşinci monqol ulusunu – Hülakü dövləti yaradıldı.Hülakü dövləti Azərbaycanda 1 əsr(1256-1357) fəaliyyət göstərdi.Onlar Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı, Təbrizi, Sultaniyyəni,sonra isə yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər.

Hakimiyyət uğrunda gede mübarizələr nəticəsində 1295-ci ildə Azərbaycanda 2 elxan dəyişildi.Baydu xan(1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra taxt-tacdan məhrum edildi.Qazan xan(1295-1304-cü illər) Hülakülər səltənətinə sahib oldu.Qazan xan öz siyasətində yerli feodallarla əlaqənin möhkəmləndirilməsi vacib sayırdı.Bu məqsədlə o,islam dinini qəbul etdi,xüsusi islahatlar keçirdi və öz şərəfinə Mahmudabad şəhərini saldırdı.Onun varisi Olcaytu (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumlarına məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakü dövləti tamamilə tənəzzülə uğrayır.Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakü dövlətinin mövcudluğuna son qoyulur. Hülakü dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi.Nəticədə Hülakülər dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı.Sonralar Hülakü səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilər,Cəlairlər və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə