Mövzu 1: Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat




Yüklə 289.78 Kb.
tarix11.03.2016
ölçüsü289.78 Kb.

Mövzu 1:Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat

1.Microsoft Excel cədvəl redaktorunun təyinatı və təsnifatı

1987-ci ildə Microsoft firması Excel adlı cədvəl redaktoru işləyib hazırlamişdır.Hazırda onun Excel 8.0 for Windows 95/98, Excel-2000, Excel XP və digər versiyaları istifadə edilməkdədir.

Excel əsasən mühasibat işlərində və iqtisadi hesablamalarda istifadə edilir.Elmi –texniki hesablamalarda Excel-in əhəmiyyətli rolu vardır.Bu istiqamətdə Excel-in əsas təyinatı aşağıdakılardır.

1.Böyük verilənlər kütləsi üzərində eyni tipli informasiyaların aparılması

2.Yekun hesablamaların avtomatlaşdırılması

3.Parametrlərin qiymətlərinin seçilməsi yolu ilə məsələlərin həlli,düsturların tabulyasiyası

4.Eksperiment nəticələrinin emalı

5.Parametrlərin optimal qiymətlərinin aparılması

6.Cədvəl tipli sənədlərin hazırlanması

7.Mövcud məlumatlar əsasında diaqram və qrafiklərin qurulması

Excel-in əsas anlayışları bunlardır:

Elektron cədvəl adi cədvəllərin və qrafiklərin kompüter ekvivalentidir.Cədvəlin xanalarında mətn,tarix,düstur və rəqəmlər yazılır.Xana sütun və sətirlərin kəsişdiyi sahədir.Buna yuva da deyirlər.

Xananın ünvanı sütunun adını və sətrin nömrəsini təyin edir.

İsnad-xanaların ünvanlarını göstərmək üsuludur.(formasıdır)

Xana bloku-ardıcıl xanalar qrupudur.

Elektron cədvəldə mühafizə edilən məlumatları (verilənləri) aşağıdakı tiplərə bölmək olar:

1.Məntiqi (simvol) verilənlər təsviri xarakterdə olub,əlifba,rəqəm və xüsusi simvollardan ibarətdir.Məsələn 160;123;32 və.s

2.Düsturlar müxtəlif hesabi,məntiq və digər hesablamalara dair düsturlardır.

Məsələn tutaq ki,xana da B5+(C5+2*E5) 4-düstur yerləşir.Ekrandakı cədvəldə düsturu deyil, B5, C5 və E5 xanalarındakı qiymətlərin həmin düsturla hesablanmış nəticələrini görürük.

3.Funksiyalar unikal adı olan proqramdır.İstifadəçi funksiyaların konkret arqumentlərini göstərir.Arqumentlər funksiyaların adından sonra mötərizə içərisində göstərilir.

Ədədi verilənləri xanalarda formatlaşdırmaq üçün aşağıdakı formatlardan istifadə edilir.

1.Əsas format - susma ilə işləyir,ədədi verilənləri daxil edildiyi kimi yazır və hesablayır.

2.Onluq rəqəmlərin dəqiq adlarına görə formatı - vergüldən sonra onluq ədədləri verilmiş dəqiq miqdarı ilə hesablayır.

Məsələn: Tutaq ki,formatlaşdırma rejimi iki onluq rəqəm həddində müəyyən edilmişdir.O zaman 12345 belə yazılacaqdır.-12345.00 ; 0.12345

isə-12 kimi yazılacaqdır.

3.Faiz formatı - onluq işarənin müəyyən edilmiş miqdarından asılı olaraq %-işarəsi ilə birlikdə daxil edilmiş müəyyən ədəd verilənləri əks etdirir.

Məsələn, bir onluq rəqəm dəqiqliyi müəyyən edilmişdirsə ,daxiletmə zamanı 0.123 ədədi ekranda 12.3% ;123 rəqəmi isə 12300% kimi görünəcəkdir.

4.Pul formatı - hər üç rəqəm həddindən sonra vergül işarəsi qoyulur və tam ədədə qədər artır.

Məsələn 12345 rəqəmləri xanada 12345 kimi, iki rəqəm həddinə qədər dəqiqliklə yazıldıqda isə -12.345 olacaq.

5.Elmi format - çox böyük və çox kiçik ədədləri daxil etdikdə istifadə olunur

Ədədi verilənlərin təsviri nəinki seçilmiş formatdan,həm də onların yerləşdiyi xanadan asılıdır.






2. Microsoft Excel pəncərəsinin elementləri
Microsoft Excel cədvəl redaktorunu açmaq üçün

Пуск –Программы - Microsoft Offise - Microsoft Excel 2007 əmrlərini ardıcıl seçirik.






Bu zaman ekrana proqramın pəncərəsi açılır.

Pəncərə başlığı




Menyu sətri

Cari xananın nömrəsi- Düstur sətri

İşçi sahə- sənəd pəncərəsi

Sürüşdürmə çubuqları

Microsoft Excel-də yaradılan və ya redaktə edilən hər bir sənəd işçi kitab adlanır.İşçi kitabın /fayın tipi *.xl-dir.Yeni işçi kitabı yaratmaq üçün Настройка панели быстрого доступа panelindən – Создать düyməsi sıxılır.Bu zaman ekrana iç-içə yerləşmiş iki pəncərə açılır.

Bunlardan altda olan proqram pəncərəsi,üstdə içəridə görünən isə fayl pəncərəsi adlanır.Əgər fayl pəncərəsi maksimum böyüdülərsə,fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşib tək bir başlıq kimi görsənəcək.

Açılan proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir.

Pəncərə başlığında – proqramın adı və cari işçi kitabın adı yazılır. Книга1-Microsoft Excel.Bu fayl yaddaşa yazılana qədər adı Книга1 olacaqdır

.

Bir işçi kitabda başlanğıcda 3 işçi vərəq olur.İşçi vərəqlərin sayı əməli yaddaşın həcmindən (RAM) asılı olaraq 255-ə qədər ola bilər.



Hər bir vərəq latın əlifbasının hərfləri ilə işarə olunmuş 256 sütuna və rəqəmlərlə nömrələnmiş 65536 sətrə, 16777216 ədəd xanaya malikdir.

Microsoft Excel 2007-versiyasında sətirlərin sayı artırılmış , sütunlar isə üç hərfli kombinasiya ilə verilmişdir.Latın əlifbasında 26 hərf olduğundan digər sütunlar bu hərflərin kombinasiyası ilə işarə olunur.

Məsələn AV,VS,AAA,AAB və.s Hər bir xana müvafiq sütun və sətrə uyğun xanayla təyin olunur.

Məsələn T1208 xanası göstərir ki,bu xana T-sütunu ilə 1208 sətrin kəsişməsindən əmələ gəlmişdir.

Excelin menyu sətri aşağıdakı bölmələrdən ibarətdir.

Главная , Вставка , Разметка страницы ,Формулы , Данные

Рецензирование , Вид

Главная menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Буфер обмена,Шрифт, Выравнивание, Число, Стили, Ячейки,

Редактирование




Вставка menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Таблицы, Иллюстрации, Диаграммы, Связи, Текст

Разметка страницы menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Темы, Параметры страницы, Вписать, Параметры листа



Формулы menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Библиотека функций, Определенные имена, Зависимости формул , Вычисление

Данные menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Получить внешние данные, Подключения , Сортировка и фильтр, Работа с данными , Структура


Рецензирование menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Правописание, Примечания, Изменения




Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Режимы просмотра книги , Показать или скрыть , Масштаб, Окно, Макросы


MS Offise paketinə daxil olan proqramların alətləri imkan daxilində standartlaşdırılmışdır.Yəni eyni bir düymə bütün proqramlarda eyni vəzifəni icra edir.Məsələn Открыть düyməsi bütün proqramlarda mövcud faylın açılmasına xidmət edir. Bununla yanaşı hər proqramın fərqləndirici xüsusiyyətlərindən asılı olaraq ,yalnız həmin proqrama aid olan spesifik alətlər də vardır.

Məsələn Формула menyusunda yerləşən Fx-düyməsi yalnız
Excel proqramında işlədilir və vəzifəsi funksiyalar ustasını çağırmaqdır.

Автосумма –cəmləmə funksiyasını tətbiq edir.

Вставка menyusunda yerləşən Диаграмма bölməsindəki əmrlər diaqramı tərtib edir və onu işçi vərəqdə yerləşdirir.




Cədvəlin xarici görünüşünü dəyişmək, verilənlər üçün müxtəlif tip formatlar tətbiq etmək üçün Главная menyusunda yerləşən bölmələrdən istifadə edilir.







Денежный формат- ədədləri valyuta formasında göstərir.






Процентный формат (CTRL+Shift+%) - ədədləri faiz formatında göstərir.
Формат с разделителями - ədədləri minlik mərtəbələrə bölür.
Увеличить разрядность- ədədin kəsr hissəsini bir mərtəbə artırır.


Уменшить разрядность- ədədin kəsr hissəsini bir mərtəbə azaldır.

Bu bölmədə yalnız Excel proqramına məxsus düymələrin izahatı verilmişdir.Digər düymələrin vəzifələri word mətn redaktorunda izah edilmişdir.

3. Microsoft Excel cədvəl redaktorunda Настройка панели быстрого доступа panelinin sazlanması

Alətlər panelinin hamısını eyni zamanda ekrana yerləşdirmək məqsədə uyğun deyildir.Cari anda yalnız işiniz üçün vacib olan alətlər panelini ekranda saxlamaq,istifadəsizləri isə ekrandan götürmək lazımdır.Bunun üçün Настройка панели быстрого доступа panelində yerləşən əmrlərdən istifadə etmək lazımdır.

Настройка панели быстрого доступа panelinin düyməsi proqramı açarkən pəncərə başlığının sol tərəfində əks olunur.







Настройка панели быстрого доступа panelini menyu sətrinin aşağısında yerləşdirmək istəsək, onda Настройка панели быстрого доступа panelindən Разместить под лентой əmri seçilir.

Paneli əvvəlki yerinə qaytarmaq üçün isə Настройка панели быстрого доступа panelindən Разместить над лентой əmrini seçilir. Bu əməliyyatlar kontekst menyu vasitəsilə də yerinə yetrilir.

Настройка панели быстрого доступа panelində tez-tez istifadə olunan menyunun əmrləri yerləşmişdir.Menyunun əmrləri üç bölmədən ibarətdir.



Bunlar aşağıdakılardır:

1.Создать, Открыть, Сохранить, Электронная почта, Быстрая печать, Предварительный просмотр, Орфография, Отменить, Вернуть,Сортировка по возрастанию, Сортировка по убыванию

2.Другие команды, Разместить под лентой

3.Свернуть ленту

Menyunun əmrləri yerləşən paneli ekrandan götürmək üçün Настройка панели быстрого доступа panelindən Свернуть ленту əmri seçilir.



Настройка панели быстрого доступа panelinə yeni əmrlər daxil etmək üçün paneldən Другие команды əmrin seçilir..Bu zaman ekrana Параметры Excel pəncərəsi açılır.

Pəncərədən Настройка əmri seçilir.Ekrana Настройка панели быстрого доступа и сочетаний клавиш pəncərəsi açılır.

Pəncərə iki bölmədən ibarətdir. Выбрать команды из və Настройка панели быстрого доступа.

Pəncərənin Выбрать команды из bölməsindən Часто используемые команды əmri seçilir.Açılan siyahıdan lazım olan əmr seçilib Добавить düyməsi vasitəsi ilə Настройка панели быстрого доступа bölməsinə yerləşdirilib OK düyməsini sıxılır.Silmək üçün həmin əmr seçilib Удалить düyməsi sıxılır.



Mövzu:2 Microsoft Excel cədvəl redaktorunda xanalar və işçi vərəqlər
1.Xanalarda verilənlərin daxil və redaktə edilməsi

İşçi kitabın hər bir vərəqi 16777216 ədəd xanadan ibarətdir.Xanalar arası keçidi həm klaviatura, həm də siçan vasitəsilə həyata keçirmək mümkündür.Xanaya mətn daxil edilərkən xananın forması dəyişir və düsturlar sətrinin sol tərəfində aşağıdakı düymələr görsənir.



- daxil etməni ləğv edir.

- daxil etməni təsdiq edir.

-- Fx-funksiyalar ustasını cağırır.



Əgər daxil edilən mətn xanaya yerləşmirsə ,mətnin davamı qonşu boş xanalara keçir.Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi sıxılır.Əgər ədədin ölçüsü xananın ölçüsündən böyükdürsə ,onda xanada xE+x formatında simvollar görsənir.

Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır.Arxasınca düsturun özü yazılır.

Məsələn,A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada A1vəA2 xanalarında olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil etməyə başlayan kimi ,orada əvvəlcədən olan məlumatlar silinir.

Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.

1.Mouse-un (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla.

2.Xana üzərində F2 düyməsini sıxmaqla.

3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə.

Xananın tərkibini silmək üçün,həmin xananı qeyd edib Delete düyməsini sıxmaq,yaxud Главная menyusunun Редактирование bölməsindən Очистить əmrini seçmək lazımdır.Bu zaman ekrana siyahı açılır.

Açılan siyahıdan Очистить cодержимое əmri seçilir.

Misal: Xananın tərkibinin redaktə edilməsi.

1.A1 xanasından başlayaraq aşağıdakı cədvəl yığılır.




2.A2 xanasına keçib F2 düyməsi sıxılır. "Murad" sözü “Aytac” sözü ilə əvəz edilib Enter düyməsi sıxılır.

3.B4 xanasına keçilir. Mouse-un (Siçan) oxu formula sətri üzərinə gətrilib sol düymə sıxılır.168.9 ədədi 161.2 ədədi ilə əvəz edilərək Enter düyməsi sıxılır.

3. Mouse-un (Siçan) sol düyməsini C3 xanası üzərində ikiqat sıxıb, 487 ədədini 421.56 ədədi ilə əvəz edərək Enter düyməsi sıxılır.

Bu əməliyyatlardan sonra cədvəl aşağıdakı kimi olacaqdır.


Bir neçə xanaya eyni vaxtda eyni məlumat daxil etmək üçün ,əvvəlcə həmin xana seçilib, hər hansı bir söz yazılır.Sonra Mouse-un (Siçan) oxu 1-ci xananın sağ küncünə gətrilir. Ox “+” formasını alanda aşağıya doğru çəkilir.

Əgər işçi səhifədə yan-yana və alt-alta yerləşmiş xanaya ardıcıl məlumatlar daxil etmək lazımdırsa ,əvvəlcə ilk iki ardıcıl məlumat ilk iki xanaya daxil edilir və seçilir.Sonra Mouse-un (Siçan) oxu 2-ci xananın sağ küncünə gətrilib, ox “+” formasını alanda aşağıya doğru çəkilir.

Əgər qeyd olunmuş xanada ədəd yazılıbsa dartma zamanı “Ctrl” düyməsi basılarsa ilkin xanadakı ədəd 1 vahid artırılaraq digər xanalara yazılacaq.

Xanada hər hansı bir dəyişiklik edib,yadda saxlamaq lazım gələrsə, onda əvvəlcə həmin xana seçilir.Sonra kontekst menyudan Вставить примечание əmri və yaxud da Рецензирование menyusunun Примечания bölməsindən Создать примечани əmri seçilir.



Açılan kiçik pəncərədə dəyişiklik edilib Enter düyməsi sıxılır.

Xanaya verilən izahatı silmək üçün əvvvəlcə həmin xana seçilir.Sonra Главная menyusunun Редактирование bölməsindən Очистить əmri seçilir. Bu zaman ekrana siyahı açılır.

Açılan siyahıdan Очистить примечания əmri seçilir.

Xananın formatını silmək üçün Главная menyusunun Редактирование bölməsindən Очистить əmri seçilir.Bu zaman ekrana siyahı açılır. Açılan siyahıdan Очистить форматы əmri seçilir.

Xananın daxilini silmək üçün kontekst menyudan Очистить содержимое və yaxud da Главная – Редактирование – Очистить - Очистить содержимое əmrlərini ardıcıl seçmək lazımdır.

Xananın formatı ilə yanaşı bütün məlumatı silmək üçün Главная - Редактирование – Очистить - Очистить все əmrlərini ardıcıl seçmək lazımdır.

Məlumatları axtarmaq və dəyişdirmək üçün Главная menyusunun Редактирование bölməsindən Найти и выделить əmri seçilir. Bu zaman ekrana siyahı açılır.



Açılan siyahıdan Найти əmri seçilir.Bu zaman ekrana Найти и заменить pəncərəsi açılır.




Açılan pəncərənin Найти sətrinə axtarılan söz , Заменить на sətrinə isə əvəz ediləcək söz yazılıb – Заменить все əmri seçilir.

Excel-də formulların yazılışını sadələşdirmək üçün xana ünvanı yerinə xana adlarından istifadə etmək məqsədə uyğundur.Excel- də xanaya və xana sahələrinə xüsusi adlar verilə bilər.Bunun üçün Формулы menyusunun определенные имена bölməsindən Присвоить имя əmri seçilir.Bu zaman ekrana Создание имени pəncərəsi açılır.

Диапозон sətrində seçilmiş xananın sahə ünvanı görsənir.

Имя - sətrinə seçilmiş xananın adı yazılıb OK düyməsi sıxılır.

Bu zaman yazdığımız ad düstur sətrindən sol tərəfdə yerləşmiş adlar sahəsində görsənəcək.



2.Sətirlərin və sütunların idarə edilməsi

Excel-də işləyərkən cədvəllərə sətir, sütun və xanalar əlavə etmək, lazımsızları silmək, müəyyən sətir və sütunları gizlətmək, bir xanada deyil, bir çox xanalarda əməliyyat aparmaq lazım gəlir.Bunun üçün əvvəlcə onları seçmək lazımdır.Bütöv bir sütunu seçmək üçün onun nömrəsi üzərində Mouse-un (Siçan) sol düyməsi sıxılır.

Bir neçə sütunu eyni anda seçmək üçün Mouse-un (Siçan) sol düyməsini sıxılı saxlamaqla onu lazımi sütunların nömrələri üzərində sürüşdürmək lazımdır.

Sətri seçmək qaydası sütunla eynidir.Yan-yana yerləşmiş xanaları seçmək üçün Mouse (Siçan) sıxılı şəkildə xanalar üzərində sürüşdürülür.Qonşu olmayan xanaları seçmək üçün Ctrl düyməsini sıxılı saxlayıb,lazımi xanalar üzərində Mouse-un (Siçan) sol düyməsi sıxılır.

Bütün vərəqi seçmək üçün sətir və sütun adlarının kəsişdiyi yerdə düyməni sıxmaq lazımdır.

Seçməni ləğv etmək üçün işçi vərəqin istənilən sahəsində sol düymə sıxılır.Seçmə əməliyyatlarını klaviaturadan da daxil etmək olar.

Shift + , , , - xanalar qrupu seçilir.

Shift +Space + , - sətirlər qrupu seçilir.

Ctrl + Shift + , -aktiv xanadan sütunun əvvəlinə və ya sonuna kimi bütün xanalar seçilir.

Cədvələ xanaların əlavə edilməsi üçün Главная menyusunun Ячейки bölməsindən Вставить - Вставить ячейки əmrləri ardıcıl seçilir. Ekrana Добавление ячеек pəncərəsi açılır.



Cədvəldə uyğun yeri seçib lazım olan variantlardan biri seçilir.

Burada:

Ячейки с сдвигом в право –xanaları sağ tərəfə sürüşdürür.



Ячейки с сдвигом вниз - xanaları aşağıya doğru sürüşdürür.

Əgər cədvələ sütun əlavə edilməlidirsə ,onda cədvəldə uyğun yeri seçib

Столбцы əmrini vermək lazımdır.

Sətirlərin əlavə edilməsi üçün Строки əmri seçilir.

Cədvəldə xanaların,sətirlərin və sütunların silinməsi üçün Главная menyusunun Ячейки bölməsindən Удалить - Удалить ячейки əmri seçilir.Bu zaman ekrana Удаление ячеек pəncərəsi açılır.


Burada:


Ячейки с сдвигом влево- xanaları sol tərəfə sürüşdürür.

Ячейки с сдвигом вверх - xanaları yuxarıya doğru sürüşdürür.

Строку- boş sətiri silir.

Столбец –boş sütunu silir.

Yadda saxlamaq lazımdır ki, Cədvəldə xanaların,sətirlərin və sütunların əlavə edilməsi və silinməsi əməliyyatlarını həmin elementlərin kontekst menyusundan da icra etmək mümkündür.

Misal .Xananın tərkibinin köçrülməsi

1.A1 xanasından başlayaraq aşağıdakı cədvəl yığılır.

2.B3 xanasından D6 xanasına kimi seçmə aparıb, Копировать düyməsi ,

ardınca F2 xanası aktiv edilib,Вставить düyməsi sıxılır.

Misal .Xananın tərkibinin daşınması.

1.Yuxarıdakı cədvəldə seçmə aparıldıqdan sonra Вырезать əmrini seçilir.

2.Sonra lazımi xana seçilib Вставить düyməsi sıxılır.

Qeyd etmək lazımdır ki,buferə köçrülmüş informasiyanı təkcə cari işçi vərəqə deyil , həm də digər sənədlərə də köçürmək olar.

Seçilmiş sahəni silmək üçün Delete düyməsi sıxılır.

Misal . Xüsusi yapışdırma

Xüsusi yapışdırma əməliyyatını aparmaq üçün cədvəl yığılır.Sonra onu qeyd edib Главная menyusunun Вставить bölməsindən Копировать düyməsini sıxılır.

Bundan sonra lazım olan xananı aktivləşdirib,Главная menyusunun Вставить bölməsindən Специальная вставка əmri seçilir.

Bu zaman ekrana Специальная вставка dialoq pəncərəsi açılır.



Aşağıda bu pəncərənin bəzi rejimləri izah edilmişdir.

Все – xananın bütün parametrlərini köçürür

Формула – yalnız düsturları köçürür

Значение – verilənlərin yalnız ədədi qiymətini köçürür

Добавить,сложить – köçürmə zamanı toplama əməliyyatlarını yerinə yetirir

Вычесть – çıxma əməliyyatlarını yerinə yetirir

Умножить – vurma əməliyyatlarını yerinə yetirir

Разделить- bölmə əməliyyatlarını yerinə yetirir

Пропускать пустые ячеики - boş xanalar köçürmədə iştirak etmir

Транспонировать- köçürmə zamanı sətir və sütunların göstəriciləri yerini dəyişir

Açılan dialoq pəncərəsindən Транспонировать rejimini aktiv edilib OK düyməsin sıxılır.Bu zaman cədvəl aşağıdakı kimi olacaqdır.







3.İşçi vərəqlərin idarə edilməsi

İşçi vərəq üzərində müxtəlif əməliyyatlar aparmaq üçün Главная menyusunun Ячейки bölməsindəki əmrlərdən ( və yaxud da onun kontekst menyusundakı əmrlərdən ) istifadə etmək lazımdır.




Misal .İşçi vərəqin adının dəyişdirilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə yetrilməlidir.

1.Главная menyusunun Ячейки bölməsindən Формат əmri,ekrana açılan siyahıdan isə Переименовать лист əmri seçilir.



Bu zaman işçi vərəqin adı qeyd olunur.Klaviaturadan Delete düyməsi sıxılaraq onu pozur .Sonra yeni ad yazılıb Enter düyməsi sıxılır.

Misal .İşçi vərəqin gizlədilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə

yetrilməlidir.Главная menyusunun Ячейки bölməsindən Формат əmri , ekrana açılan siyahıdan isə Скрыть или отобразить və Скрыть Лист əmrləri seçilir.

Bu zaman cari işçi vərəq gizli qalacaqdır.



Misal .Gizli işçi vərəqin göstərilməsi üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə yetrilməlidir. Главная menyusunun Ячейки bölməsindən Формат əmri,açılan siyahıdan Отобразить Лист əmri seçilir.

Misal .İşçi kitabı gizli etmək üçün Вид menyusunun Окно bölməsindən Скрыть Окно əmrini seçilir.

Bu zaman işçi kitab öz görünüşünü dəyişəcəkdir.



Misal .Gizlədilmiş işçi kitabı göstərmək üçün Вид - Окно – Отобразить Окно əmrləri ardıcıl seçilir.Ekrana Вывод на екран скрытого окна книги pəncərəsi açılır.



Ekrana açılan pəncərədən lazım olan kitab seçilib OK düyməsi sıxılır.

Eyni zamanda bir neçə kitabla işlədikdə , bir kitabdan digərinə keçmək üçün Ctrl+F6 düymələrini birlikdə sıxmaq lazımdır.

Bu əməliyyatı Вид menyusunun - Окно bölməsindəki перейти в другое окно əmri vasitəsilə də yerinə yetirmək olar. Окно bölməsindəki digər əmrlər aşağıdakı funksiyaları yerinə yetirir




Новое- cari işçi kitab üçün yeni pəncərə açır

Скрыть окно –Cari işçi kitabı gizlədir

Отобразить окно-Gizlədilmiş işçi kitabı görsədir

Расположить – ekranda açıq olan pəncərələri səliqəli düzür

Разделить – işçi kitab pəncərəsini iki hissəyə bölür və hər iki hissədə cədvəlin müxtəlif istiqamətlərinə baxmaq olar.

Əməliyyatı geri qaytarmaq üçün yenidən Окно menyusundan- Разделить əmrini seçmək lazımdır.



Разделить Закрепить области rejimləri

Böyük cədvəllərlə,siyahılarla işləyərkən onlar çox vaxt ekrana tam yerləşmir və cədvəlin müxtəlif hissələrinə baxmaq üçün sürüşdürmə çubuqlarından istifadə edilir.Cədvəlin müəyyən hissəsini həmişə ekranda saxlamaq üçün Вид menyusunun Окно bölməsindəki Закрепить области əmrindən istifadə edilir. Разделить və Закрепить области rejimlərinin fərqi ondadır ki, Разделить rejimində – işçi kitab pəncərəsini iki hissəyə bölür və hər iki hissədə cədvəlin müxtəlif istiqamətlərinə baxmaq olar.Закрепить области rejimində isə cədvəlin aktiv xanadan soldakı və yuxarıdakı hissəsində olan verilənlər yerlərini dəyişmirlər və sanki dondurulmuş vəziyyətdə qalırlar.

Misal . Закрепить области rejiminin tətbiqi.

1.Aşağıdakı cədvəl yığılır,B3 xanası aktiv edilib, Вид menyusunun Окно bölməsindən Закрепить области əmri seçilir.





























































































































































































































2.Bundan sonra markeri aşağıya və ya sağa doğru hərəkət etdirdikdə ayların və malların adları ekranda qalacaqdır.

3.Bu rejimi götürmək üçün Окно bölməsindək i- Закрепить области- Снять закрепление областей əmrləri ardıcıl seçilir.
Mövzu:3 Microsoft Excel cədvəl redaktorunda verilənlərin formatları

1.Xanalar üçün xətlərin və rənglərin seçilməsi

Xanalarda yazılmış informasiyanın və xananın özünün cədvəldə necə görsənməsi həmin verilənlərə və xanalara tətbiq edilmiş formatlardan asılıdır.

Xananın formatı dedikdə həmin xananın daxili rəngi, kənar xətlərinin forması verilənlərin xana daxilində yerləşdirilməsi qaydası başa düşülür.

Verilənin formatı dedikdə isə

onuntipi(mətn,ədəd,tarix,valyuta,faiz),rəngi,qalın,maili və ya altıxətli olması nəzərdə tutulur.

Hər bir verilənin və xananın formatını müəyyən etmək üçün Главная menyusunda yerləşmiş Шрифт, Выравнивание, Число bölmələrindən istifadə etmək lazımdır.



Burada hər bir bölmədən verilənlər və xanalar üçün müxtəlif formatlar seçmək mümkündür.

Xanaların daxilini rəngləmək üçün Главная menyusunda yerləşmiş Стиль bölməsindəki verilənlərdən istifadə etmək lazımdır.

Шрифт bölməsindəki Цвет текста əmrindən isə xanalara daxil edilən simvollara müxtəlif rənglər vermək üçün istifadə olunur.

Cədvəllərə tərtibat vermək və ya vacib xanaları fərqləndirmək üçün xanalar müxtəlif formalı və rəngli kənar xətlərlə əhatə edilir.Kənar xətlər və xətlərin rəngləri Формат ячеек dialoq pəncərəsinin Граница səhifəsindən seçilir.

Misal:Xətlərin seçilməsi.

1.İşçi vərəqdə B2 xanasından E10 xanasına kimi seçilir.

2.Главная menyusunun Ячейки bölməsindən Формат - Формат ячеек əmrləri seçilir..Ekrana Формат ячеек dialoq pəncərəsi açılır.

3.Açılan pəncərənin Граница səhifəsinə keçilir.

4.Тип линии sahəsindən qoşa xətt seçilib, Внешние düyməsi sıxılır.

5. Тип линии sahəsindən tək xətt seçilib Внутренние düyməsi sıxılır.

Bu əməliyyatdan sonra aşağıdakı cədvəl alınacaqdır.






2.Xanalara şriftlərin tətbiqi

Hər bir xanadakı verilənə sistemin imkan verdiyi istənilən şrift tətbiq etmək mümkündür.Yəni bir xana və xanalar qrupu üçün Azeri,digərləri üçün isə Arial seçmək olar.

Bütöv işçi vərəqi seçmək üçün sətir nömrələri ilə sütun adlarının kəsişdiyi sahədəki düymən sıxılır.Bundan sonra Формат ячеек dialoq pəncərəsinin Шрифт səhifəsinə keçilir.Açılan pəncərədən xanalar üçün şriftlərin formaları, stili,ölçüsü və digər parametrləri təyin edilir.

Exceli-ın işçi vərəqləri müstəqil xanalardan təşkil olunduqları üçün şriftin seçilməsi zamanı kursor bir xananı əhatə edirsə, onda seçilmiş şrift məhz bu xanaya aid ediləcəkdir.Xanaların belə xüsusiyyətlərə malik olmaları Excel-də şriftlərlə iş zamanı istifadəçilər üçün bəzi çətinliklər törədir.Buna görə də hər hansı bir şrift bir qrup xanaya tətbiq edilməlidirsə,onda əvvəlcə həmin xanalar bloka alınmalı və sonra lazımi şrift seçilməlidir.




Выравнивание səhifəsindəki rejimlər vasitəsilə verilənləri xana daxilində müxtəlif istiqamətlərdə yerləşdirmək mümkündür.

Buradakı По горизонтали sahəsindən verilənlərin üfiqi

По вертикали sahəsindən isə verilənlərin şaquli istiqamətdə bərabərləşdirilməsi müəyyən edilir.

Ориентация – sahəsində isə verilənlərin xana daxilində yerləşməsi istiqaməti seçilir.

Burada əlavə olaraq bir neçə faydalı rejimlər də vardır.

Пероносить по словам – mətni xana daxilində bükür və onun davamının qonşu xanalara keçməsinin qarşısını alır.

Автоподбор ширины – davamı qonşu xanaya keçmiş mətni xananın daxilinə tam yerləşənə qədər kiçildir.

Обьединение ячеек – seçilmiş xanaları birləşdirir.



3.Xanalarda verilənlərin formatları
Xanalarda verilənlərin formatını seçmək üçün Формат ячеек dialoq pəncərəsinin Число səhifəsi açılır.

Числовые форматы sahəsində verilənə tətbiq ediləcək formatın tipi seçilir.Məsələn:

Общий –ümumi olub,verilənin formatını dəyişmir

Денежный – valyuta tipli verilənlərə tətbiq olunan formatlar

Финансовый – mühasibat və maliyyə tipli verilənlərə tətbiq olunan formatlar

Дата – tarix tipli verilənlərə tətbiq olunan formatlar

Время – vaxt tipli verilənlərə tətbiq olunan formatlar

Процентный - tipli verilənlərə tətbiq olunan formatllar

Текстовой – mətn tipli verilənlərə tətbiq olunan formatlar

Процентный formatı tətbiq edildikdə ədəd 100-ə vurulur və sonunda faiz işarəsi görünür.

Главная menyusunun Число bölməsində yerləşən Увеличить разрядность və Уменщить разрядность alətləri ədədlərin kəsr hissəsini bir mərtəbə artırmağa və bir mərtəbə azaltmağa imkan verir.Ədədlərin kəsr hissəsinin mərtəbəsi azaldıldıqda yuvarlaqlaşdırma da aparılır.

Şərti formatlaşdırma

Xanalara yalnız müəyyən şərtlər ödəndikdə aktiv olan formatlar tətbiq etmək olar.

Misal : Şərti formatın tətbiqi

Tutaq ki,tələbələrin imtahanlardan aldıqları qiymətlərin siyahısı verilmişdir.

Aşağıdakı cədvəl tərtib edilib, B3 xanasından B8 xanasına qədər seçilir.

Sonra Главная menyusunun Стили bölməsindən Условные форматирование əmri seçilir.Açılan siyahının Цветовые шкалы əmrinin alt əmrlərindən istifadə edilir.





Mövzu 4:Microsoft Excel cədvəl redaktorunda funksiyalar
1.Düsturlarda tətbiq olunan operatorlar

Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn redaktorlarından biri, məsələn,Word proqramı vasitəsilə də yararmaq olardı.Excel-i cədvəl prosessoru edən və ona üstünlük verən cəhət elə onun düsturlarının və güclü funksiyalar ustasının olmasıdır.

Xanaya düstur daxil edərkən mütləq = işarəsini yazmaq lazımdır.

Excel-də hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçrilir.

əvvəlcə mötərizə daxilindəki əməliyyatlar icra olunur.

vurma və bölmə əməliyyatları toplama və çıxmadan əvvəl icra olunur.

eyni səviyyəli əməliyyatlar soldan-sağa doğru icra olunur.

Məsələn,əgər boş bir xanaya uşaq vaxtından bildiyimiz =2+2/2 düsturunu daxil etsək,nəticədə 3 alacağıq.Yəni Excel əvvəlcə 2-ni 2-yə bölür və sonra alınan cavabın üzərinə 2 gəlir.

Əməliyyatların icra olunma ardıcıllığını dəyişmək üçün mötərizələrdən istifadə olunur.Əgər bundan qabaqkı düsturu =(2+2)/2 şəklində yazsaq,cavabda 2 alacağıq.Yəni Excel əvvəlcə mötərizə daxilindəki əməliyyatı icra edir.




A

B

1

=7*4+12/6-3




2

=(7*4)+12/(6-3)




3

=7*(4+12)/6-3




4

=7*(4+12)/(6-3)




Misal : İstifadəçinin düsturlarının tətbiqi

1.Aşağıdakı cədvəl yığılır.


2.A1xanasındakı ədədin B1 xanasındakı ədədin neçə faizi olmasını hesablamaq üçün C1 xanasına =A1/B1 düsturu yazılır.

3.C1 xanasına faiz formatı tətbiq etmək üçün Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsi sıxılır.

4.C2 xanasına =A2^B2 düsturu yazdıqda nəticədə 64 alınır.

Bu o deməkdir ki,qüvvətə yüksəltmə əməliyyatı aparıldı.Yəni A1 xanasındakı ədəd B1 xanasındakı ədəd qədər özü-özünə vuruldu.(4*4*4=64)

Müəyyən bir sütunda eyni tipli düsturlar yazılacaqsa ,onları hər dəfə təkrar daxil etməmək üçün Mouse (Siçan) vasitəsilə sürüşdürərək köçürmək daha məqsədə uyğundur. Fikrimizi misallarla izah edək.

Misal :Düsturların sürüşdürülməsi

Tutaq ki ən yüksək qiymətin 50 olmasını nəzərə alaraq , hər bir tələbənin faizini hesablamaq tələb olunur.

1.Aşağıdakı cədvəli yığılır.

2.C2 xanasına keçib və oraya =B2/50 düsturu yazılır.

3.Главная menyusunun Число bölməsindən Прoцентный (%) düyməsini sıxılır.

Deməli,digər xanalara düsturlar bir başa deyil , sürüşdürmə vasitəsilə daxil edildi.

Bəzən sürüşdürmə zamanı ünvanların dəyişdirilməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.Bunun qarşısını almaq zəruriyyəti yaranır.Onda düsturlara xanaların ünvanını mütləq halda daxil etmək lazımdır.

Xananın ünvanının mütləq halı $ işarəsi ilə göstərilir.Məsələn, G9 xanasını mütləq halda göstərmək üçün onu $G$9 kimi daxil etmək lazımdır.

Misal:Xanaların mütləq halı

Tutaq ki,ən yüksək qiymət müəyyən bir xanada verilmişdir.Bu xanadakı qiyməti nəzərə alaraq ,hər bir tələbənin faizini hesablamaq tələb olunur.




4. Mouse-un (Siçan) oxu xananın sağ aşağı küncünə gətrilir və ox + formasını aldıqda sol düymə ilə tutub C9 xanasına kimi sürüşdürülür.Bu zaman cədvəl yuxarıdakı kimi alınır.

Qeyd edək ki,xananın sətir və sütun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər.Bunun üçün xananın ünvanını aşağıdakı kimi vermək lazımdır.

$A$4- yazılışı xananın həm sətir,həm də sütun ünvanını dəyişməz edi.

A$4 - yazılışı xananın ancaq sətir ünvanını dəyişməz edir.

$A4 - yazılışı xananın ancaq sütun ünvanını dəyişməz edir.

Misal :Vurma cədvəli yaradın.

1.A1 xanasını boş saxlayıb, B1xanasına 1,C1 xanasına 2 yazıb


sonra hər iki xananı birlikdə seçib,mışkanı xananın sağ küncünə gətirib sağa doğru çəkin.

2.A2 xanasına 1, A3 xanasına 2 yazıb ,sonra hər iki xananı birlikdə seçib,mışkanı xananın sağ küncünə gətirib aşağıya doğru çəkin.

3.Sonra B2 xanasına keçib = $A2*B$1 yazın (A2 xanasını seçib F4 düyməsini 3-dəfə,B1 xanasını seçib F4 düyməsini 2-dəfə sıxın) və Enter düyməsini sıxın.

Sonra kursoru B2 xanasının sağ küncünə gətirib üfiqi və şaquli istiqamətdə çəkin.Bu zaman cədvəl aşağıdakı kimi olacaq.

Misal:Bir neçə səhifədəki informasiyadan bir formulda istifadə edilməsi.

Tutaq ki, list1-də tələbələrin I-semestr imtahanlarının nəticələri;

list2-də II-semestr imtahanlarının nəticələri;

list3-də 1-ci və 2-ci semestr imtahanlarının balları əsasında orta balı hesablamaq tələb olunur.

List1-də aşağıdakı cədvəli qurun.

List2-də aşağıdakı cədvəli qurun.

List3-də aşağıdakı cədvəli qurun.



B4 xanasına keçib = (List1!B4+List2!B4)/2 yazıb Enter düyməsini sıxın.Onda cədvəl aşağıdakı kimi olacaqdır.





2.Riyazi və triqonometrik funksiyalar
Excel-də çoxlu sayda funksiyalardan istifadə edilir.Funksiyaları işə salmaq üçün Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmri seçilir.


Bu zaman ekrana Мастер функций-шаг1 из 2 dialoq pəncərəsi açılır.

Pəncərənin Категория çərçivəsində aparılan hesablama əməliyyatından asılı olaraq lazım olan bölmə seçilir.Bu zaman Выберите функцию –sahəsində seçilən bölməyə aid olan funksiyaların siyahısı veriləcəkdir.Bu siyahıdan lazım olan funksiya seçilir və ОК düyməsi sıxılır.

Qeyd edək ki, Мастер функций- шаг1 из 2 dialoq pəncərəsinin digər rejimlərinə keçmək üçün Далее və Назад düymələrindən istifadə edilir. Готово düyməsi işi başa çatdıraraq Мастер функций шаг1 из 2 -dialoq pəncərəsini bağlayır.

Excel proqramında müxtəlif hesablamaları aparmaq üçün çoxlu sayda riyazi funksiyalardan istifadə edilir.Aşağıda ən çox istifadə olunan riyazi funksiyalardan bir neçəsinin izahı verilmişdir.



Корень – funksiyası ədədin kvadrat kökünü hesablayır.Bu funksiyanın formatı aşağıdakı kimidir.

= Корень (Число)

Burada:

Корень –funksiyanın adı



Число – isə kvadrat kökü hesablanacaq ədədi və ya onun ünvanını göstərir.

Misal : Kvadrat kökün hesablanması

1.A1 xanasına 81 yazın və B1 xanasına keçin.

2.Sonra Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить

функцию əmrnini seçin.


Ekrana Мастер функций- шаг1 из 2 dialoq pəncərəsi açılır.

3.Категория sahəsindən Математические əmrini seçin.

4.Выберите функцию sahəsindən Корень seçib OK düyməsini sıxın.


5.Ekrana açılan Аргументы функции dialoq pəncərəsinin Число sahəsinə A1 yazın və OK düyməsini sıxın.

Beləliklə B1 xanasında 9 alınacaq.
Сумм funksiyası ədədləri cəmləmək üçün istifadə olunur.Onun formatı aşağıdakı kimidir.

= Сумм (Число 1,число 2)

Burada:


Сумм –funksiyanın adı.

Число 1,число 2-üzərində cəmləmə əməliyyatı aparılacaq ədədlər və ya

xanaların ünvanlarıdır.
Misal :Ədədlərin cəmlənməsi

1.Aşağıdakı cədvəli yığın.



2.A5 xanasına keçib və oraya = Сумм (A1:A4) ifadəsini daxil edin.

3.Enter düyməsini sıxın.A5 xanasında əməliyyatın nəticəsi yazılacaqdır.

Əgər A1-dən A10-dək və C1-dən C10-dək xanalarda olan ədədləri cəmləmək lazımdırsa ,onda funksiyanı aşağıdakı kimi yazmaq olar

= Сумм(A1:A10,C1:C10)

Yadda saxlayın ki, = Сумм(A1:A10) yazılışı A1-dən A10-dək xanalardakı ədədlərin cəmini, = Сумм(C1:C10) yazılışı isə C1-dən C10-dək xanalardakı ədədlərin cəmini hesablayır.

Формулы menyusunun Библиотека функций bölməsindəki Автосумма əmrinin Сумм-düyməsini iki dəfə ardıcıl surətdə sıxmaqla bu əməliyyatı daha surətlə aparmaq olar

Суммесли – funksiyası yalnız müəyyən şərti ödəyən ədədləri toplamaq üçün istifadə edilir. Onun formatı aşağıdakı kimidir.

= Суммесли(Диапозон , Критерия , Диапазон суммирования)

Диапозон-şərtin yoxlanıldığı xanaların diapazonu

Критерия-yoxlanılan şərt

Диапазон суммирования-cəmləmə aparılacaq xanaların diapozonudur

Misal : Суммесли funksiyasının tətbiqi

1.Aşağıdakı cədvəli yığın.

B sütununda işçilərin maaşı,C sütununda isə onların ödədikləri ğəlir verğiləri göstərilmişdir.Burada maaşı 400000-dən çox olan işçilərin gəlir vergilərini toplamaq tələb olunur.

2.C8-xanasına keçin və oraya =Суммесли(B1:B7,”>400000”,C1:C7) düsturunu yazın.Xanada 153600 alınacaqdır.

Счетесли funksiyası verilmiş xanalar diapazonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün tətbiq edilir.Funksiyanın formatı aşağıdakı kimidir.

= Счетесли (Диапозон,Критерия)

Диапозон - ədədlər yerləşən xanaların diapazonu

Критерия - yoxlanılan şərt




Məsələn: Yuxarıdakı cədvəldə maaşı 400000-dən az olan işçilərin sayını müəyyən etmək üçün funksiya aşağıdakı kimi yazılır.

= Счетесли (B1:B7,”<400000”)

Промежуточные итоги - universal funksiya olub,11-dək əməliyyatı icra edə bilər.Funksiyanın formatı aşağıdakı kimidir.

=Промежуточные итоги (Номер функции, Ссылка 1)


Burada


Номер функции –tətbiq edilcək funksiyasının nömrəsidir

Ссылка 1-xanaların diapazonudur .

=Промежуточные итоги (1,A1:A10)funksiyası A1:A10 diapazonundakı ədədlər üçün orta qiymət

=Промежуточные итоги (9,A1:A10) funksiyası A1:A10 diapazonundakı ədədlərin cəmini hesablayır

=Промежуточные итоги (6,A1:A10) funksiyası A1:A10 diapazonundakı ədədləri bir- birinə vurur
Знак - ədədin işarəsini müəyyən edir.Belə ki daxil edilmiş ədəd mənfidirsə , Знак funksiyası seçilmiş xanaya -1, müsbətdirsə 1,sıfra = -sə 0 rəqəmini yazır.




Произвед - funksiyası seçilmiş xanalardakı ədədləri bir-birinə vurur.



Cтепень - funksiyası qüvvətə yüksəltmə əməliyyatlarını yerinə yetirir. Число sahəsinə ədəd, Cтепень- sahəsinə dərəcə yazıb – Ok



Statistik funksiyalar

Excel- də statistik göstəricilərin emal edilməsi üçün bir çox funksiyalar nəzərdə tutulmuşdur.Statistik funksiyalarla işləmək üçün Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmrnini seçin.Мастер функций- шаг1 из 2 dialoq pəncərəsindən Статистические kateqoriyasını seçin.Bu bölmədə kifayət qədər funksiya vardır.Əyani olaraq bir neçə nümunəni nəzərdən keçirək.



Ранг funksiyası –hər hansı bir ədədin ədədlər qrupu içərisində artan və ya azalan qaydada neçənci olmasını müəyyən edir.

Burada


Число- yoxlanılan ədəd

Ссылка -ədədlərin diapazonu

Порядок –yoxlama qaydasını müəyyən edir.Əgər Порядок -0 olarsa ədədlər artma qaydası ilə ,Порядок -1 olarsa ədədlər azalma qaydası ilə göstəriləcək.

Misal: Ранг funksiyasının tətbiqi

1.Aşağıdakı cədvəldə rüblər üzrə gəlirlərin miqdarı göstərilib.Gəlirləri artan ardıcıllıqla nömrələmək tələb olunur.


2.D2 xanasına keçin.

Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmrin seçin.

2.Мастер функций- шаг1 из 2 dialoq pəncərəsindən Статистические kateqoriyasını seçin.

3.Выберите функцию sahəsindən Ранг seçib OK düyməsini sıxın

4.Ekrana açılan Аргументы функции dialoq pəncərəsinin Число sahəsinə yazın

5.Ссылка sahəsinə $C$2: $C$9 yazın

6. Порядок sahəsinə 0 yazın və OK düyməsini sıxın.Mışqanın oxunu D2 xanasının aşağı sağ küncünə gətirin və + formasını aldıqda onu sol düymə ilə tutub D9 xanasına kimi sürüşdürün.Bu əməliyyatdan sonra cədvəl aşağıdakı kimi olacaqdır.




Göründüyü kimi C sütunundakı hər bir ədədin qarşısında uyğun rəqəm alınmışdır.Burada 1 ədədi ən yüksək gəliri, 8 ədədi isə ən aşağı gəliri göstərir.D2 xanasındakı 4 ədədi onu bildirir ki,C2 xanasındakı 455.2 ədədi C2:C9 ədədləri içərisində 4-cüdür.



Срзнач (Число 1, Число 2) – statistik funksiyalara aid olub, bir qrup ədədlər üçün orta ədədi qiyməti hesablayır.

Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmrini seçin.Ekrana açılan Мастер функций- шаг1 из 2 dialoq pəncərəsindən Статистические kateqoriyasını,Выберите функцию sahəsindən isə Срзнач seçib OK düyməsini sıxın.

4.Ekrana açılan Аргументы функции dialoq pəncərəsinin Число 1, Число 2 sahəsinə verilənləri daxil edib –OK düyməsini sıxın.

A1 xanasına keçin.Категория sahəsindən Финансовые kateqoriyasını seçin.

3.Выберите функцию sahəsindən Б3-БС seçib OK düyməsini sıxın.

4.Ekrana açılan Аргументы функции dialoq pəncərəsinin Ставка sahəsinə 8%/12 daxil edin.

5.Knep sahəsinə 5*12 daxil edin.

6.Плт sahəsinə 100 daxil edin.Bu məbləğ hər dövrün/ayın əvvəlində banka ödənilən pulun miqdarıdır.

7.Пс sahəsinə 2000 daxil edin.Bu banka bir dəfəyə köçrülmüş pulun miqdarıdır.

8.Тип sahəsinə 1 daxil edin.Bu ödənişin hər ayın əvvəlində edildiyini göstərir.

Beləliklə,

= Б3-БС(8%/12, 5*12, -100, -2000, 1) funksiyası tətbiq edildikdən sonra cavabda 10376.36 $ alınacaqdır.Yəni 5 ildən sonra siz 10376.36 $ gəlir əldə edəcəksiniz.



Quliyeva Səlimə




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə