MÖvzu : ms dos əməliyyat sistemi və onun əsas modulları




Yüklə 68.44 Kb.
tarix10.04.2016
ölçüsü68.44 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

SƏRBƏST İŞ



MÖVZU : MS DOS əməliyyat sistemi və onun əsas modulları

TƏLƏBƏ :MƏMMƏDOV TƏLƏT

MÜƏLLİM: HESEYNOV ELDAR

KURS :1

QRUP :32

Bakı 2010

MS DOS əməliyyat sistemi və onun əsas modulları

MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS - DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC - komputerlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılır.

MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). 2000-ci ildə kompaniya onun istehsalını dayandırdı.

DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:


  • sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə'min etmək uçün struktur modulluğu;

  • sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatış­mazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müra­ciətdən mühafizə vasitələrinin olmamasıdır.

Tarixi

1980-ci ildə Seattle Computer Productsdə işləyən Timon Paterson QDOSu (Quick and Dirty Operating System)yaratdı. Bu mehsul SCP-yə 86-DOS adı ilə satılırdı çünki İntel8086 prosessoru üçün yaradılmışdı. əslində QDOS öz bazasını o zamanlar məşhur əməliyyat sistemlərindən olan - Digital Research firması tərəfinfən yaradılmış CP/M - dən götürürdü, amma başqa fayl sistemindən istifadə edirdi.Microsoft firması QDOS-un liçenziyasını əldə etdi və 1980-сi ilin dekabrında 50000$-a İBM-ə satdı. 1981-ci ildə isə onun istifadəsini bütün hüquqları ilə bir yerdə aldı.



MS_DOS əməliyyat sistemi x86 prosessorunda işləyir və 1 anda 1 əməliyyatı yerinə yetirə biləcək gücdədir. MS_DOS əməliiyat sistemi istifadəcilərə yalnızca əmr xəttinin interfeysindən istifadə etməyə icazə verdiyi üçün əlavə örtük proqramlar yaradılıb. Bunlar Norton Commander, Volkov Commander, DOS Navigator və MS-DOS Shell (DOSSHELL)-dir.

Əsas Hissələri

  • IO.SYS - Genişlənməsi BIOS

  • MSDOS.SYS - Arakəsmələrin işlənməsi

  • COMMAND.COM - komanda prosessoru

Quraşdırma faylları:

  • CONFIG.SYS — MSDOS.SYS-in inisializasiyası zamanı sistemin quraşdırılması və aparatlara sürücülərin (Driver) yüklənməsi.

  • AUTOEXEC.BAT — Başlanğıc paket faylı. MS_DOS yüklənən zaman COMMAND.COM işə düşərkən başlayır.

  • Sistem proqram tə'minatı  (SPT) kompüterdə informasiyanın e'malı  prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün nor­mal mühiti tə'min edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bə'zən onu kompüterin bir hissəsi də hesab edirlər. əməliyyat sistemləri SPT-nın  əsas tərkib hissəsidir.

  • Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər  proqramlarla qarşılıqlı  əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı  dialoqu  tə'min edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

  • Əməliyyat sistemləri  – informasiya e'malının idarə olun­ma­sını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini tə'min edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirl­məsinə nəzarət edir.

  • Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

  • - birməsələli (biristifadəçili);

  • - çoxməsələli (çoxistifadəçili);

  • - şəbəkə.

  • Birməsələli ƏS – müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS–DOS-dur.

  • Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni tə'min edir. Bu tip ƏS-nə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.

  • Şəbəkə ƏS – lokal və  qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müra­ciətini tə'min edir. Bu ƏS-nə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAN, UNIX, Solaris və s. misal göstərmək olar.

  • ƏS kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama  sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu  (interfeys) təqdim edir. Funksiyalarına görə interfeysin  aşağıdakı növləri var.

  • Proqram interfeysi – hesablama  sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini tə'min edən vasitələr məcmusudur.

  • İstifadəçi interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində  istifadəçi  interfesi əmrli obyektyönlü ola bilər.

  • Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.

  • Obyektyönlü interfeysobyektlər, yə'ni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s. üzərində əməliy­yatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

  • Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası «onluq kəsr» şəklində 6.00, 3.11, 2.1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüz'i dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.

  • Əməliyyat  sistemlərinin təsnifatı

  • Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • - sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi, çoxistifadəçi;

  • - sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

  • - prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

  • - prosessorun mərtəbələrini sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli;

  • - interfeysin tipinə görə: əmrli və obyektyönlü;

  • - informasiya e'malı reciminə görə: paket e'mallı, vaxt bölgülü, real  vaxta görə;

  • - resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

  • Birinci əlamətə görə, biristifadəçi ƏS-dən fərqli olaraq, çox­istifadəçi əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir.

  • İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir.

  • Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması reciminə imkan verir.

  • Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəsi prosessorun mərtəbəsi ilə tə'yin olunur.

  • Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə bölünür.

  • Altıncı əlamətə uyğun olaraq, ƏS-ləri aşağıdakı növlərə bölünürlər:

  • - paket e'mallı: kompüterdə yerinə yetirilməli proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və proqramlar mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir;

  • - vaxt bölcülü (TSR): bir neçə istifadəçinin müxtəlif terminal­lar­dan eyni vaxtda kompüterə dialoq (interaktiv) recimində müraciətini tə'min etmək üçün ƏS tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir;

  • - real vaxta görə: kompüterə nəzərən bu və ya başqa dərə­cə­də xarici olan hadisə, proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına, müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını tə'min edir.

  • Yeddinci əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkəyə qoşulmuş kompüter resurslarının idarəsi üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.

  • Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

  • Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, Windows NT, Windows 95/98  və Windows2000-ni qeyd etmək olar.

  • DOS ailəsinin əməliyyat sistemləri. Bu ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System - Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.

  • DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

  • -  istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;

  • -  sistemin IBM  tipli  müxtəlif kompüterlərdə  işləməsini tə'min etmək uçün struktur  modulluğu;

  • -  sistemin işləməsi üçün  nisbətən kiçik ölçülü  əməli yaddaş (640 kbayt).

  • DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatış­mazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müra­ciətdən mühafizə vasitələrinin olmamasıdır.

  • DOS əməliyyat sistemi haqqında ətraflı mə'lumat sonrakı paraqrafda verilir.

  • OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompü­ter­lərin yeni ailəsinin yaradılması ilə əlaqədar IBM firması tərə­fin­dən OS/2  ƏS hazırlanmışdır. OS/2 (Operating System/2)  ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 IBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini tə'min edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat siste­mini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də  proq­ram­ların yazılmasında API (Application Programming Interfase)– tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modul­larından istifadə etmək olar.

  • OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə  malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, onlardan həm MS-DOS -da, həm də OS/2-də   istifadə etməyə imkan verir.

  •  OS/2 –nin aşağıdakı modifikasiyaları  movcuddur:

  • -          OS/2 Warp3.0 – yaddaşdan istifadə və qrafiki interfeys tək­mil­ləşdirilib;

  • -          OS/2 Warp Connect – şəbəkə imkanları təkmilləşdirilib;

  • -          OS/2 Warp Server – serverli ƏS-də iş üçün nəzərdə tutu­lub;

  • OS/2-nin əsas çatışmamazlığı onun az sayda tətbiqi proq­ram­­­lara malik olmasıdır ki, bu da onun MS-DOS  və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.

  •  

  •  


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə