Mövzu: “ Dünya iqtisadi böhranının abş-in daxili siyasətinə təsiri” Sumqayıt 2012




Yüklə 221.63 Kb.
səhifə1/2
tarix17.04.2016
ölçüsü221.63 Kb.
  1   2
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti


Kurs işi

Ad: İsa
Soyad: Sadaylı
Fakültə: Tarix.IV kurs-823
Kafedra: Ümumi Tarix
Elmi rəhbər: N.Abdullayeva
Mövzu: “ Dünya iqtisadi böhranının ABŞ-in daxili siyasətinə təsiri”

Sumqayıt 2012

Mündəricat


Giriş_________________________________________________________3
I FƏSİL____________________________________________ 4

ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər)


II FƏSİL___________________________________________20

F. Ruzveltin böhranın həlli üçün tədbirləri və islahatları


Nəticə_______________________________________________________35
Ədəbiyyat siyahısı___________________________________________36

GİRİŞ

SSRİ-nin dağılması ilə onun tərkibinə daxil olan milli

respublikalar, o cümlədən Azərbaycan müstəqillik qazandılar.

Azərbaycan Respublikasının dünya sivilizasiyasına qoşulmaq

imkanları genişləndi. Dünya Azərbaycanı, Azərbaycan isə dünyanı

dərk etməyə başladı. Azərbaycanın qabaqcıl ölkələr səviyyəsinə

yüksəlməsi üçün onun dünyanın aparıcı dövlətlərinin tarixi ilə,

onların əldə etdikləri nailiyyətlərlə tanış olmağa ehtiyacı da artdı.

İlk öncə dünya tarixinə, ilk növbədə dünyanın birinci super

dövləti olan ABŞ-ın, aparıcı dövlətlərindən biri olan Böyük

Britaniyanın tarixinə marağının artması fərəhləndirici hal hesab

edilməlidir. Bu baxımdan bu dövlətlərin müasir tarixinin daha

dərindən gənclərə öyrədilməsi xüsusi aktuallıq kəsb edir. Bütün

bunları nəzərə alaraq “Dünya iktisadiyyatı böhranının ABŞ-ın daxili siyasərinə təsiri”mövzusunda kurs işi yazmağı lazım bildik. Kurs işində ABŞ dövlətinin 1918-ci il və bohran dövründən qısaca da olsa, bəhs etmişik.



I FƏSİL
ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər)

1928-ci ildə prezident seçilən respublikaçıların liderlərindən

olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitalizminin

müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun prezidentliyi

dövründə "ciddi fərdiyyətçilik" və "şəxsi təşəbbüsə yol verilməsi"

prinsipləri yeganə prinsip oldu. Huver hökuməti daxili siyasətdə

yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib hazırladı. Lakin

başlanan dünya iqtisadi böhranı bu planın həyata keçirilməsinə mane oldu. ABŞ Huverin dövründə dolların sabit valyuta kimi tanınması və onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu.

20-ci illər ABŞ tarixində «prosperiti» yəni «çiçəklənmə» adlandırılır və göstərilirdi ki, guya ABŞ kapitalizmi «xüsusi»,

«müstəsna» vəziyyətdədir və digər kapitalist ölkələrinin inkişafı

yolundan kökündən fərqlənən öz yolu ilə gedir.

1928-ci ilin seçkilərində ölkəyə hakimlik edən respublikaçılar

partiyası lovğalıqla tam maddi firavanlıq, biznesə isə qızıl əsr vəd edirdi. Prezident seçilmiş keçmiş ticarət naziri Huver bildirdi ki,iqtisadi böhranların sonu çatmışdır. Həyat tez bir zamanda yalançı «ümumi firavanlıq» nəzəriyyəsini bütünlüklə təkzib etdi. Çünki hadisələrin axarı başqa çür idi. ABŞ kapitalizimi daxilində tədricən dərin iqtisadi sarsıntıların yeni ilkin şərtləri yetişirdi. Sənaye tam gücü ilə işləmirdi, onun bəzi sahələri isə durğunluq səviyyəsində idi.1

Kənd təsərrüfatı uzun çəkən böhran keçirirdi. Ölkədə 2-3 milyon

nəfər işsiz var idi. Əhalinin gələcək gəlirləri hesabına nisyə satışların miqdarı arası kəsilmədən artırdı. Kütlələrin alıcılıq qabiliyyətinin azalması məhsulun satılması probleminin kəskinləşməsindən xəbər verirdi. Bütün bunlar böhranın inkar edilməzliyni nəzərə çatdırdı.

Tezliklə böhran bütün kapitalizim dünyasını bürüdü. 1929-cu ilin

oktaybrın 24-də Nyu-York birjasındakı iflas dağıdıcı qüvvəsinə görə misli görünməmiş iqtisadi böhranın başlandığını bildirdi.

1929-1933-cü illərin iqtisadi böhranı kapitalizmin bütün

tarixi boyu ən dərin böhran kimi səciyələndirilə bilər. Demək olar ki, dörd il ərzində kapitalist ölkələrinin iqtisadiyyatı tam təşkil edilə bilməyəcək durğun bir vəziyyətdə qalmış odu.

1929-cu ilin oktyabr ayının 24-də dünya maliyyə mərkəzi

olan Nyu-Yorkun birjalarında 12,8 milyon səhm satıldı ki, buda

əvvəlkidən 1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan

səhmlərin sayı 16,4 milyona çatdı. qiymətli kağızların kursu sürətlə aşağı düşməyə başladı. Əgər 1929-cu ilin 1-də səhmlərin dəyəri milyard dollar idisə, cəmi bir ay sonra 0,55 milyard dollara yendi.Belə sürətlə azalma daha üç il davam etdi. 1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin dəyəri 4,5 dəfə azaldı.

Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin

iqtisadiyyatını ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalının həcmi 38%, ticarətin həcmi 30%, kənd təsərrüfatı məhsullarının istehsalı 30% azalmış oldu.

Dünya bazarında rəqabət kəskinləşərək ticarət müharibəsi

xarakteri almağı başladı. Təkcə 1929-1934-cü illərdə 76 ölkə gömrük vergilərini artırdı.

Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasındakı

maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnfiliyasiya

ABŞ-ı dolların qızıl standartından əl çəkməyə məcbur etdi. Nəticədə dövlətin dollarla bağlı valyutası qiymətdən düşdü. 1932-ci ilin əvvəli üçün tam işsizlər 26 mln., işini tamam itirməyənlərlə birlikdə 36 mln. nəfərə çatdı.

Dünya iqtisadi böhranı beynəlxalqlar iqtisadi münasibədlər

sahəsinə də əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövürdə

Versal-Vaşinqiton siyasi sisteminin əməli iflası başlandı. İqtisadi böhran fərdiyyətçilik, şəxsi təşəbbüs və sahibkarlığın hüdudsuz azadılğı ideyalarının parlıtısını söndürmüş oldu.

ABŞ-da böhran ölkənin təsərrüfat həyatında böyük

sarsıntıya səbəb oldu. Böhranın nəhəng dağıdıcı qüvvəsi hər şeydən

əvvəl sənaye istehsalının azalmasına səbəb oldu 1929-cu ilin oktaybrayının 24-ə qədər olan dövrlə müqayisədə ABŞ-da sənaye məhsul istehsalının ümumi həcmi 1930-cu ildə 80,7% -ə, 1931-ci ildə isə 68,1%-ə endi. 1932-ci ilin yayından 1933-cü ilin yazınadək böhranın daha da dərinləşdiyi müşahidə edilirdi.

Ağır sənaye sahəsində böhran xüsusi ilə güclü idi. 1929-32-ci

illərdə ABŞ-da kömür istehsalı 535 mln. tondan 310 mln. tona, polad əridilməsi 61,7 mln. tondan 15.1 mln. tona enmişdi. Başqa sözlə desək, dörd dəfə azalmışdı. Çuqun əridilməsi isə 1896-cı il

səviyyəsinə enmişdi. 285 domna sobasından cəmi 46-sı işləyirdi.

Böhran ölkənin bank sisteminə də güclü təsir göstərdi.

1929-1932-ci illərdə ölkədə 5660 bank fəaliyyətini dayandırdı ki,

buda bütün bankların 1/5-i demək idi. Böhranın sosial nəticələri

daha acınacaqlı idi. Öləkənin milli gəliri 1929-cu ildə 86,5 milyar dollar təşkil edirdisə, 1933-cü ildə bu rəqəm 40,3 milyar dollara enmişdi. Artıq 1931-ci ildə ABŞ-da korparasiyalar öz balansını 487 milyon dollar itki ilə başa vurdular.

Böhran biznes üçün uzun sürən fəlakət oldu. Böhrandan aşağı təbəqələr, xüsusi ilə fəhlələr daha çox əzab çəkməli oldular.

Böhranın dərinliyi və davamlılığı vahimə doğrurdu. Avropa

ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta sisteminin olmaması vəziyəti daha da ağırlaşdırdı. Amerikalılarda o vaxtı belə bir psixologiya formalaşmaşdar ki, hər bir fərd həyatda ancaq özünə arxalanmalıdır, dövlətə ümüd etməməlidir. Onlar cətin vəziyyətdə ancaq xeriyyəçilərə ümüd bəsləyə bilərlər. Böhran illərində onların psixоlogiyasıda dəyişiklik yarandı. Onların diqqəti dövlətə yönəlməyə başladı. Böran illərində meydana çıxan ən böyük kütləvi hərakatlar dövlətin köməyini tələb edirdilər.

On minlərlə zavodun, fabrikin, müəssisələrin və digər istehsal

sahələrinin bağlanması işsizliyin kütləvi sürətdə artmasına səbəb

oldu. 1933-cü ilin statistik məlumatlarana əsasən ABŞ-da tam

işsilərin sayı 12830 min nəfər idi. Lakin ABŞ-ın mütərəqqi

iqtisadçılarının dəqiq hesablamasına görə, 1933-cü ildə ABŞ-da

işsizlərin dəqiq sayı 16,9 milyon nəfərə çatmışdı. Bu o demək idi ki, ABŞ-da işləyən hə üç nəfərdən biri işsiz qalmışdı. Nisbi işsilik getdikcə daha geniş miqyas alırdı.2

Amerika Əmək Federasiyasının üzvlərindən 1932-ci ilə tam

işlə cəmi 10%-i məşğul olurdu. Böhranın başğlancından, xüsusi ilə

1931-ci ilin ikinci yarısından başlayaraq əmək haqqı sürətlə aşağı

düşməyə başladı. 1929-cu illə müqayisədə 1993-cü ilədə əmək haqqı

30% aşağı düşmüşdü. Ümumi əmək haqqı fondu böhran illərində

30% aşağı endi.3

Fermerlərin də vəziyyəti xoşa gələn deyildi. Fermer təsərrüfatı

iflas vəziyyətə düşdü. Fermerlər içərisində həyat səviyyəsinin aşağı olma faizi 1932-ci ildə 92%-ə qalxdı. Kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə aşağı düşməyə başladı. 1929-1934-ci illər ərzində borc və vergini ödəyə bilmədiyinə görə 897 fermer təsərrüfatı, başqa sözlə, ölkədəki fermer təsərrüfatların 14%-i satılmışdı.Fermerlərin iflasa uğraması onların yenidən icarədarlara çevrilməsinə və onların yenidən yarımnatural təsərrüfat formasına keçməsinə səbəb oldu. Həmçinin fermerlərin içərisində ailələri ilə birlikdə birlikdə böyük bir işsizlər ordusu yarandı ki, onlarda iş axtarmaq üçün bütün ölkəni dolaşmağa başladılar.

1931-ci ilin payızında sənaye və aqrar böhranın daha da

dərinləşməsi maliyyə böhranına səbəb oldu. Böhran ən kəskin

səviyyəyə 1933-ci ilin fevral-martında çatdı. Ölkənin banklarının

məhvi dalğası bürüdü. Milyonlarlı xırda əmanətçilər-fəhlələr,

fermerlər, şəhərin orta təbəqəsinin nümayəndələri özlərinin son

ehtiyatlarını itirdilər və dilənçilərə çevrildilər.

Demək lazımdır ki, ən dəhşətli zərbə zəncilərə dəydi.

Zəncilərdə yoxsullaşma prosesi dahə sürətlə getdi. Yüz minlərlə

zənci çox milyonlu işsilər və evsizlər ordusuna çevrildi. Ölkədə

irqiçilik gücləndi. Təkcə rəsmi məlumatlara görə, 1929-1933-cü

illərdə 69 zənci üzərində məhkəmə prosesi olmuşdur.

Ölkədəki faciəli vəziyyət 30-cü illərin Amerika ədəbiyyatında

da öz əksini tapmışdır. Məsələn bu illərdə məhşur Amerika yazıçısı

Teoder Drayzerin «Amerika faciəsi» meydana gəldi.

1929-1933-cü illər böhranı təkcə Amerika kapitalizminin

sosial –iqtisadi əsaslarına toxunmaqla qalmadı. O, həmçinin

milyonlarla amerikalıların şüuruna psixoloji təsir göstərdi, kütləvi sürətdə koklü dəyişikliklərə səbəb oldu. O, həlledici şəkildə biznesə zərbə endirdi və 20-ci illərdəki kapitalist «çiçəklənməsi» haqqındakı ideyaları alt-üst etdi. İndi kütləvi psixologiya iqtisadi böhranın günahını «sənaye kapitalında» görməyə başladı. Böhran göstərdi ki, iri biznesin təşkiledici rolu daimi deyilmiş.

İqtisadi böranın ən yüksək zirvəsinə çatdığı bir dövürdə

amerikalılar artıq öz kapitalist sistemlərinin ədalətli və müdrük olduğuna şübhə etməyə başladılar. Ancaq bir şey aydın idi ki,

«Amerika həyat tərzinə» ümüdi şübhə əvəz etmək üzrədir.

XX əsrin 30-cu illərinin əvvələrində ölkədə siyasi şəraitin də

kəskinləşdiyi də açıq hiss olunurdu.

1929-1933-cü illər iqtisadi böhranı ABŞ-ın hakim dairələri

qarşısında sosial iqtisadi, siyasi və ideoloji problemləri həll etmək zərurətini qoydu. Ölkənin iqtisadi mexanizminin tam laxlaması, kütləvi işsilik, fermerlərin müflisləşməsi, milyonlarla sadə amerikalıların aclıqdan və yoxsulluqdan əzab çəkməsi, brujaziyanın öz içərisində vəziyyətlə bağlı həyacanlar inadla tələb edirdi ki, bütün real imkanlar səfərbərliyə alınsın və böhranın nəticələri aradan qaldırılsın. «Sərt fərdiyyətçiliyə» yenidən «nəzər» salınmağın vacibliyini vəziyyət tələb edirdi.

Eyni zamanda lazım gəlirdi ki, dövlət iqtisadi və sosial münasibətlərə fəal müdaxilə etsin. Ölkədə ziddiyətlərin

kəskinləşməsinin bir səbəbi də ABŞ inhisarçı brujaziyasının,

fərdiyyətçilik idealogiyasının bayrağı altında istədiyinə nail olması, dövlət nəzarətindən uzaqlaşması idi. Onların əksəriyyəti yenə də fərdiyyətçilik nəzəriyyəsinin təsiri altında qalaraq əvvəlki mövqelərində dayanırdılar. Bir qismi isə özünü idirmiş və bundan sonra nə edəcəyini müəyyənləşdirməyi bacarmırdı.

«Sərt fərdiyyətçilik» prinsipinə sadiq qalaq Huverin inzibati

idarəsi bütün böhran boyu sosial-iqtisadi prosesləri tənzimləməkdə

dövlətin rolundan istifadə etməsinə qəti etirazlarını bildirirdilər.4

Onlar inadla belə bir nöqteyi-nəzərdə durudular ki, ABŞ-ın iqtisadi mexanizmi sağlamdır, amerkan biznesinin işinə qarışmaq, onu dövlət inhisarçı kaptalizminə çevirməklə «sosializmə» yol açıla bilər.

Uzun müddət Huver və respublika hökumətinin başqa

nümayəndələri böhranın ciddiliyi fikiri ilə raılaşmaq istəmirdi.

Önlar hər ay öz rəsmi bəyanatlarında bildiridilər ki, ABŞ heç

bir iqtisadi böhran keçirmir, Avropadakı hadisələrlə bağlı müvəqqəti çətinliklər vardır ki, o da ölkə biznesinin koməyi ilə aradan qaldırılacaqdır.

Lakin 1933—cu ildə artıq çox az adam şübhə edirdi ki,

kapitalist dünyası çox ağır iqtisadi böhran içərisindədir. Lakin Huver Amerka bankirləri assosasiyasının qurultayındakı nitqində

göstərmişdir ki, 1929-cu ildə ABŞ-da baş verən hadisələr bu böyük

millətin çiçəklənməsində hər şeydən öncə, müvəqqəti fasilədir.

Hətta sərt həqiqət prezident və onun təraftarları qarşısında

ABŞ-dakı iqtisadi vəziyyətin ciddiliyini qoyduqda da Hulver və

respublika inzibati aparatının digər nümayəndələri «fərdiyyətçilik» idealogiyasında qalaraq belə fikirləşirdilər ki, ancaq biznes və başqa iqtisadi qrupların köməyi və iştirakı ilə bu vəziyyətdən yaxa qurtarmaq olar. Məsələn, 1930-cu ilin dekabrında prezident ölkədəki vəziyyət haqqında konqresə göndəriyi məktubunda bildirdi ki,iqtisadi durğunluq qanunverici orqanın təsiri və inzibati idarələrin sərancamı ilə həll edilə bilməz.

Bu «fərdiyyətçilik» fəlsəfəsi prezident kürsüsündə əyləşdiyi

son günədək Huverdə davam etmişdir. Bunu onun 1932-ci ildə

konqresə göndərdiyi sonuncu məktubda sübut edir. Məktubda

göstərilirdi ki, biz fərdiyyətçiliyin xüsusi sistemini təşkil etmişik, buna dövlət dəyişiklik etməməlidir. Sosial və iqtisadi qüvvələrin axınına sərbəst imkan yaratmaq vacibdir. Vətandaşlarda

təşəbbüskarlıq hissini söndürəmk olmaz. Fedaral hökumət heç kimə

və heç bir sosial qruppa üstünlük vermir. Onların hamısı öz

qüvvələrini mərkəzləşdirməli, cəmiyyətin iqtisadi və sosial həyatının iştirakçısı olmalıdırlar.

Məhz, ona görədə, Hulver 1929-cu ilin noyabrında «iqtisadi

qrupların könüllü koorparasiyası» təşkil etmişdi. Prezident biznes

nümayəndələrini inandırdı ki, onlar əmək haqqlarını əvvəlki qaydada saxlasınlar. Eyni zamanda AƏF-nin rəbər nümyaəndələri danışıqlar apardı ki, fəhlələrin tətil etməsinə yol verməsinlər. Bütün bunlar «milli birlik» naminə edilməli idi. Xüsusi kaпital qoyuluşunu stumullaşdırmaq və işguzar fəallığı canlandırmaq üçün respublika iqtisadi aparatı federal ehtiyatlar sisteminin fəaliyyətini fəallaşdırmağa yönəldilən təcili tədbirlər planı qəbul etdi. Korporasiylaırn gəlirə görə vergiləri konqresin 1929-cu ildə qəbul etdiyi qanuna görə azaldıldı.1930-cu ilin iyununda protoksionizm siyasətinə himyəadarlıq etmək üçün yeni tarif qanunu – Xoul-Sumt qanunu qüvvəyə mindi. Lakin bütün bunlar böhranın qarşıyı qoyduğu problemləri

həll etmədi.

Ümumiyyətlə,1929-1933-cü ilin iqtisadi böhranının ABŞ

tarixində anoloqu olmadığından Huver hakimiyyətinin gördüyü

tədbirlər onun nəticələri aradan qaldıra bilmədi.

Huverin inhisarçılarы dilə tutmasına baxmayaraq onlar

fəhlələrin əmək haqqları 1931-ci ilin payızında azaltamağa

başladılar. İşgüzar dairələr 1931-ci ilin sentyabrında yekdiliklə

bildirdilər ki, Huverin ekspermenti tam məğlubiyyətlə

nəticələnmişdir.

Böhran şəraitində «sərt fərdiyyətçilik» ideologiyasının anti

xalq, inhisarpərəst mahiyyəti daha da aşkara çıxdı. Həm prezident

Huver, həmdə onun kabinetinin görkəmli xadimləri – maliyyə naziri

Mellon, ticarət naziri R. Lamont xüsusi ilə çalışırdılar ki, biznesi situmullaşdırsınlar, xüsusi sahibkarlıq təşəbbüsünü inkişaf etdirsinlər,inhisarlar daha az itkiyə məruz qalsınlar. Eyni zamanda onlar dövlətin işsizlərə koməyi və xüsusi sosial sığorta haqqında istənilən təklifi qətiyyətlə rədd edirdilər. Onlar göstərirdilər ki, bu işlə xeyriyyə cəmiyyətləri məşğul olmalıdrlar. Həm də onlar qeyd edirdilər ki, bu məsələlərə ştatların özlərində yerli səviyyədə baxmaq lazımdır.

Əhali arasında narazılığın artması Huver hökumətini məcbur

ediki, 1930-1931-ci illərdə bir birinin ardınca məşğulluq məsələləri üzrə iki məsləhət komitəsi təşkil etsin. Lakin bu orqanların heç birinin qarşısında işsizliklə real mübarizə aparmaq üçün konkret vəzifə qoylumamışdı. Onlar ancaq sahibkarlara, xeyriyyə cəmiyyətlərinə və yerli hakimiyyət orqanlarına müraciət edə bilərdilər ki, işsizlərə kömək tədbirlərini fəallaşdırsınlar. Bu orqanların fəaliyyətinin əslində heç bir pozitiv nəticəsi olmadı.İşsizlərə dövlət köməyi göstərmək haqqında mütərəqqi

respublikaçılar və sol demokralar tərəfindən irəli sürülmüş daha

cəsarətli planlar müntəzəm sürətdə konqress tərəfindən rədd edilirdi.

Hətta, 1932-ci ilin fevralında- böhran kəskinləşdiyi bir dövrdə senat kiçik R.Lafolettin və E. Kostiqanın qanun layihələrini rədd etdi. Hansı ki, bu qanun layihəsində işsizlərə bir başa 375 mln.dollar dövlət yardımı göstərilməsi nəzərdə tutulmuşdu. Yalnız 1932-ci ilin iyul ayında seçki kampaniyası zamanı, növbəti bir qanun qəbul edildi ki, ştatların fedaral büdcəsindən 300 mln. dollar ayrılaraq işsizlərə pul yardımı göstərilsin.

Konqres həmçinin belə sanksiya da verdi ki, təşkilatlara ictimai

iş üçün 322 milyon ştatların istiqrazlarından dollar həcmində

ayrılsın.

Bu aktları imzalamaqla əslində Huver öz siyasətinin iflasa

uğradığını təsdiq etmiş oldu. Lakin respublika hökuməti təsdiq etdiyi qanunları həyata keçirməyə tələsmədi. Bu məsələ üçün 1932-ci ilin sonuna qədər cəmi 32 mln. dollar ayrılmışdı.Huverin aqrar siyasəti də dövrün tələblərinə cavab vermirdi.Doğrudur ki fermerlərin tələbi əsasında 1929-cu ilin iyununda kənd təsərrüfatı məhsullarının satışı haqqında qanun qəbul edildi. Bu qaunun əsasında xüsusi hökumət agentliyi- Federal fermerlər idarəsi

təşkil edildi, hansı ki, kənd təsərrüfatı bazarının sabitləşdirilməsnə nail olmaq üçün fermerlərə kömək etməyi qarşısına məqsəd qoymuşdur. Bu işin həyatın keçirilməsi məqsədi ilə 500 milyon dollar ayrılmışdı.

Sənaye istehsalının azalmağa başlaması ilə əlaqadar olaraq

aqrar böhranın dərinləşməsi fermer idarələrini daha qəti tədbirlər

görməyə vadar etdi. Bu məqsədlə 1930-cu ilin fevralında Sabitləşmiş Taxıl Korporasiyası, iyun ayında isə pambıq üzrə sabitləşmiş korporasiya təşkil edildi. Onlar fəal əməliyyatları 1931-ci ilin ortalarına qədər davam etdirdilər. Bu dövrdə dövlət ambarlarına 257 milyon taxıl yığılmış oldu. Fermerlərin yuxarı təbəqəsi yaxşı gəlir əldə etdi. Onların əlində xeyli sərvət toplandı. Lakin 1931-ci ilin ikinci yarısından fermerlərin əsas kütləsinin vəziyyəti pisləşməyə başladı.

1929-cu il müşavirəsindən dərhal sonra hökumət bizneslə

daha sıx əməkdaşlıq etəmək üçün çevik tədbirlər görəmyi

planlaşdırdı ki, biznesmenlərin işgüzar fəallığını stimullaşdırsın, həmçinin kapital qoyluşu proqramını reallaşdırsın.

1931-ci ilin payızında respublika inzibati aparatının maliyyəiqtisadi siyasətin yeni mərhələsi başlandı. Təsərrüfat mənafelərinin pişləsməsi, kredit-maliyyə böhranın dərinləşməsi, iri bankların iflası bütün bunlar Huver hökumətini məcbur etdi ki, «sərt fərdiyyətçilik» prinsipindən müəyyən dərəcədə geri çəkilsin, birbaşa inhisarları müdafiə etsin. 1931-ci ilin oktyabrında o, Milli korporasiya yaratmaq təşəbbüsü ilə çıxış etdi və bu sahə üçün 500 mln.dollar pul ayırdı ki, bu bank qruplarının könüllü verdiyi üzvlük haqqlarından yığılmalı idi. İnhisarçı maliyyə idarələrinin xilas etəmək üçün iri dövlət fondları fəaliyətə başladı. 1932-ci ilin yanvarında konqress maliyyə korporasiyasının yenidən təşkili haqqında qanun verdi.

İlk başlanğıcda onun 2 milyard dollar kapitalı olmalı, sonra bu

tədricən artmalı idi. 1933-cü ilin martına qədər Huver hökuməti

korporasiyaya 2.1 milyar dollarlıq istiqraz verdi ki, onun da 3/2

hissəsi bankların əlində toplaşdı.5

Yuxarda qeyd etdiklərimiz bir daha sübut edir ki, 1929-

1933-cü illərin iqtisadi böhranı dövründə ABŞ hökuməti yenidən

dövləti –inhisarçı meylləri gücləndirməyə cəhd etmişdir.

Huver hökuməti vaxtında iqtisadi vəziyyətin dəyişdiyinə

düzgün siyasi qiymət verməyi bacarmadı. ABŞ-ın inkişafının

obyektiv yolunu tapmaqda çətinlik qarşısında qaldı. 30-cu illərin

əvvəllərində ABŞ-ın hakim dairələri qarşısında belə bir vacib məsələ dururdu ki, «böyük böhranın» zərbə sarsıntılarından azad olsun, həmçinin kapitalizim qurluşunu xilas edib möhkəmləndirsin.

İqtiadi böhranın ağır zərbələri, hansı ki, ölkənin uzun

müddətdir ki, bürümüşdü, milyonlarla zəhmətkeşlərin ehtiyac və

fəlakətini daha da kəskinləşdirdi. 30-cu illərin əvvəllərində kütləvi fəhlə və demokratik hərakatın meydana gəlməsi üçün şərait yaratdı.Doğrudur müəyynə müddət ABŞ-da fəhlə sinifi hələ

vəziyyətin mahiyyətini dərk edə bilməmişdi. Bu qanunauyğun idi.

Çünki, onun təşkilatçılıq səviyyəsi çox aşağı idi. Hələ 20-ci illərin sonunda fəhlələrin cəmi 10%-i həmkarlar təşkilatının üzvü idi.

Sənayenin əsas sahələrində əvvəlki kimi «açıq sex» sistemi ağalıq

edirdi. Tred-yunan təşkilatları, hansı ki, fəhləlrin maddi vəziyyətini

müdafiə edən əsas təşkilatlar idi, onlar 20-ci illərdə böyük

çətinliklərlə qarşılaşırdılar. Əgər 20-ci illərdə ölkənin həmkarlar təşkilatında 5034 üzv vardırsa, 1929-cu ildə onların sayı daha da azaldı. 1933-cü ildə onların sayı cəmi 2857 min idi.

Şübhəsiz ki, fəhlə sinifinin ABŞ-da təşkilatlarda cəmləşməsi

onun sosial tələblər uğrunda mübarizəsinə mənfi təsir göstərirdi.

Amerika əmək fedarasiyasınn üzvləri inhisarların fəhlə sinifi üzərinə hücumunун qarşısını almaq üçün heç bir ciddi addım atmağı bacarmırdılar. Onlar hətta fəhləlrin ən elementar tələblərini də müdafiə etmədilər. 1932-ci ilə qədər onlar işsizələrə və dövlət sığortası haqqında təklifləri qəti rədd edirdilər. Həmkarlar təşkilatlarının bir çoxu Amarika Əmək Fedarasiyasının tərkibindən çıxmağa başladı. Müstəqil həmkarlar təşkilatının sayı artmağa başladı.

1929-1933-ci illərdə AƏF üzvlərinin sayı 2934 mindən 2127

minə endi və ya 28% azaldı.

1930-cu ilin rəsmi məlumatına görə, ölkədə cəmi 183 min fəhlə

tətil etmişdi. Nəhayət fəhlələr hadislərə düzgün qiymət verməyi

bacardılar. Onlar sahibkarlara qarşı fəal mübarizəyə başladılar. Artıq 1931-ci ildə ABŞ tətilçilərinin sayı 342 min nəfərə çatdı. 1932-ci ildə də bu vəziyyət qalmaqda idi.İşsizlər hərakatı daha geniş vüsət aldı. Onlar əhalinin təxirəsalınmaz tədbirlərinin dərhal həyata keçirilməsini tələb edirdilər. İşsizlər hərəkatı ABŞ fəhlə sininfinin ilk kütləvi çıxışı idi.

1930-cu ilin mart ayının 6-da işsizliyə qarşı kütləvi nümayiş keçirlidi.

Yüz minlərlə fəhlə Nyu-Yorkun, Çikaqonun və digər sənaye

mərkəzlərinin küçələrinə çıxdı. Həmin gün 1250 min nəfər yaxın

fəhlə çıxış etdi.

İşsizlərin yerli şuralarının yaranması prosesi gücləndi. Onlar

yerli hökumətdən tələb edirdilər ki, işini itirmiş fəhlələrə kömək

etsinlər. 1930-cu ilin iyununda Çikaqoda işsizlərin birinci ümummilli qurultayı keçirildi. Qurultayın nümayəndələri ölkənin müxtəlif ərazilərindən gəlmişdilər. Qurultay işsizlərin Milli Şurasını yaratdı və bu işsizlər hərakatının nüfuzlu orqanına çevrildi.

Koministlər tərəfindən təşkil olunmuş çox saylı fəhlə

nümayişlərini və işsizlərin ölkənin müxtəlif rayonlarında aclıq

yürüşlərini zəhmətkeşlər müdafiə edirdilər. Ən iri aclıq yürşlərindən biri 1930-cu ilin oktyabrında Nyu-Yorkda, onun ardınca isə Çikaqoda oldu. 1931-ci ilin fevral mart ayında başlayaraq kütləvi şəkildə ölkənin müxtəlif yerlərində başlanan bu hərakat tezliklə 11-ə qədər ştatı əhatə etdi.

1931-ci ilin dekabr ayının 7-də konqresin növbəti açılışı günü

yürüş iştirakçılarının böyük bir qrupu ABŞ paytaxtının küçələrindən keçdilər. Onlar həm konqresdən həm də ölkə prezidentindən tələb etdilər ki, işsizlərə kömək üçün təcili tədbirlər həyata keçirsinlər.

ABŞ-da sinifi mübarizənin daha mühüm təzahürlərindən biri

də birinci dünya müharibəsi veteranlarının 1932-ci ilin yayında

Vaşiqtona yürüşləri oldu. Keçmiş əsgərlər, zəncilər və ağlar öz

ailələri ilə birlikdə Vaşinqtona yollandılar ki, prezidentdən onlar üçün müəyyən edilmiş qanuni güzəştlərin ödənilməsini tələb etsinlər. Bu qanun 1925-ci ildə qəbul edilsə də, kompensasiyaların ödənilməsi 1945-ci il üçün nəzərdə tutulurdu. Lakin veteranlar maddi vəziyyətlərinin ağırlığı ilə əlaqadar onun tezliklə ödənilməsini tələb edirdilər.

Müharibə iştirakçılarının birinci dəstələri 1932-ci ilin mart

ayında gəlib çıxdılar, iyunun ortalarına qədər onların sayı 24 minə çatdı.

Nümayəndələr palatası əksər səslə veteranların tələbi ilə

razılaşmaq qərarına gəldi. Lakin senat Huverin təkidi ilə bu təklifi rədd etdi. Bu veteranları həycanlandırdı onlar mübarizəni davam etdirdilər. Onlar həmçinin yeni bir tələb də irəli sürdülər ki, bu da sosial sığortanın həyata keçiriləsi tələbi idi. Hökumət məsələyə ciddi yanaşmağa məcbur oldu. 1932-ci il iyul ayının 28-də Huverin əmri ilə Amerikan ordusunun ştab rəisi genaral Makarturun rəhbərliyi ilə veteranlara qarşı qoşun göndərildi. Hərakat qısa, lakin amansız oldu.

Bütün veteranları güclə Vaşinqtondan çıxardılar, onların yerləşdikləri

düşərgələr isə yandırıldı. Lakin veteranlara qarşı edilmiş bu

amansızlıq zəhmətkeşləri qorxutmadı.

İşsizlər hərakatı daha böyük vüsət aldı. 1932-ci ilin

dekabrında Vaşinqton sakinləri paytaxtın küçələrində ikinci milli

aclıq yürüşünün iştirakçılarınы da qarışladılar. Onlar tələb edirdilər ki,konqres fəhlə və fermərlərin vəziyyətini yaşılaşdırmaq üçün fövqaladə tədbirlər görsün. 30-cu illərin əvvələrində sosialistlər və həmkarlar rəhbərlərinin yeni müxalifət qurumu-fəhlə alyansı təşkil etmək ideyasını irəli sürdülər.

Ölkədə sürətlə sol mövqedə dayanan həmkarlar ittifaqının

sayı və nüfuzu armağa başladı. Onun 1933-cü ildə 100 min nəfər qədər üzvü vardı.6

Sosial etirazların kütləvi hərakatı təkcə milyonlarla fəhləlri

əhatə etmirdi. Demokratik antiinhisar hərakatının fəal iştirakçıları kimi fermerlərin geniş təbəqələri də çıxış edirdilər. Ölkədə fermerlər təşkilatı təsis edildi. Bu təşkilat başqa fermer təşkilatlarından fərqli olaraq təkcə aqrar brujaziyanın deyil, xırda fermerlərində mənafeyini

müdafiə edirdi. Fermerlərin birinci iri çıxışı 1931-ci ilin yazında başladı. Bu hərakat Ayovada malların vərəm xəstəliyinə tutulması və onlara qarşı tədbirlərin görülməməsi nəticəsində təzahür edirdi. Bu, özünə məxsus «inək müharibəsi» fasilələrlə 1931-ci ilin sentyabrına qədər davam etdi. Lakin bu hərakatında polis və milli qvardiya ilə silahlı toqquşması oldu. Hərakat iştirakıçlarını ən çox qıcıqlandıran səbələrdən biridə bu idi ki, bu mallar ucuz qiymətə müəyyən müəssisələrə verilir və onlardan müxtəlif məhsullar hazırlanıb əhaliyə

satılırdı. 1932-ci ilin yayında, yəni iqtisadi böhranın dahadə

dərinləşdiyi bir dövürdə fermerlər hərakatınında yeni bir mərhələsi başlandı. Fermerlərin ayrı-ayrı çıxışları açıq mübarizəyə keçdi. Bu mübarizə formalarından ən çox istifadə edilən fermer baykotu oldu.

1932-ci ilin mayında Ayova ştatındakı Do-Moyne şəhərində konqress

keçirildi.Konqress öləkənin bütün fermerlərinə müraciət etdi ki, kənd təsərrüfatı məhsullarının qiyməti artırılmasa, onu satmasınlar. Baykot hərakatına rəhbərlik etmək üçün xüsusi təşkilat fermerlərin tətil assosasiyası təşkil edildi. Fermerlər kənd təsərrüfatı məhsullarını satmaqdan imtina etəmyə başladılar. Güc və hədə ilə hakimiyyət fermer hərakatını zəiflədtəməyə və 1932-ci ilin oktyabrında onun qarşısını almağa nail oldu.

Bununla belə 1932-ci ilin sonu 1933-cü ilin əvvəlilərində bu

hərakat yenidən başlandı. Mübarizə artıq gündəlik formaya keçdi.

Konqress tələb etdi ki, təcili sürətdə fermerlərə komək etmək üçün

dövlət fondu yaradılsın, orada 500 milyon dollar olsun ki, fermerlər borcu və vergini ödəsin. Bu məsələni həyata keçirmək üçün Milli Fermer Hərakatı komitəsi yaradıldı. Bu fermer hərakatının sol qüvvələrin kordinasiya rolunu oynamalı idi.

1933-cü ilin yazına yaxın fermer hərakatının əhatə dairəsi

daha da genişləndi. Ümumilli fermerlərin tətillərinin keçirilməsi

populyar xarakter aldı.

Sosial etiraz hərakatı tədricən qara dərili amerikalılrı da əhatə

etdi. Onlar da ağlarda birlikdə hərakatın fəal iştirakçılarına

çevrildilər. Cənub ştatlarında zəncilər daha çox olduğundan burada

onların mübarizəsi daha çox nəzərə çarpırdı. Lakin iri torpaq

sahibəlri Cənubda bu hərakatı hər vasitə ilə sarsıtmağa çalışırdı.

Kütləvi sosial hərakatın güclü inkişafı ölkədə kəskin siyasi

şərait yaratdı. «İşsizlərin nümayişləri», tətillər, müharibə

veteranlarının yürüşləri, ölkə qarşısında sinifi mübarizənin daha da kəskinləşməsi prespektivini açdı.

ABŞ inhisarçı brujaziyasının xilası vacib məsələ kimi dövlətin

qarşısında idi. Çünki milyonlarla fəhlələr, fermerlər, şəhər əhalisinin orta təbəqəlri bu hadissələrdə başlıca günahkar inhisarçıları görürdülər.

İri kapital yenə də əsas tənqid obyektinə çevrildi. Həmçinin

böhranın dağıdıcı təsiri, bütün ağırlığını zəhmətkeşlərin çiyninə

düşməsi xalqda bu sistemin ədalətliliyinə qarşı şübhə yaratdı. Vacib amillərdən biri də o idi ki, ölkədə əsas hakim burjuaziya

partiyalarının fəaliyyətinə qarşı böyük bir inamsızlıq meydana

gəlmişdi. Huver hökumətinin qeyri-qənaətbəxş sosial-iqtisadi

siyasəti tamamilə xalqın nəzərində respublikaçılar partiyasının

nüfuzunu aşağı salmışdı. Lakin demokratlar 30-cu illərin əvvəlində

heç bir konkret təklif irəli sürə bilmirdilər. Ona görə də, Amerika hökumətinin radikal dairələrində belə bir populyar ideya yaranmışdır ki, üçüncü bir partiya yaradılmasına ehtiyac vardır.

Daha mütərəqqi üçüncü bir partiyanın yaradılması təşəbbüsü

kimi 30-cu illərin əvvəllərində müstəqil siyasət uğrunda Liqa çıxış edirdi. Bu liqanın əsası Sosialist Partiyasının ideya təsiri ilə 1929-cu ildə əsası qoyulmuşdur. Yeni təşkilata görkəmli filosof Djon Dyu,iqtisadiyyat professoru Pol Duqlas, «Neymi» jurnalının redaktoru Osvald Harrison, sosial xiristian hərakatının xadimlərindən Hovard Uilyams və başqaları daxil olmuşlar. Liqanın rəhbərləri xalqın ehtiyac içərisində yaşamasının başlıca səbəbini maliyyə olaqraxiyasının ağalığında görürdülər, hansı ki, onların əlində istehsalın başlıca sahələri və siyasi hakimiyyət toplanmışdır. Liqa rəhbərləri xilası korporativ cəmiyyət təşkil etməkdə görürdülər. Onlar bununla bütün Amerika xalqının təlabatlarının ödəniləcəyini düşünürdülər. Bunun üçün isə siyasi hakimiyyət xalq tərəfindən ələ alınmalı idi. Təşkilatın rəhbərləri inqilabi metodlarla mübarizəni inkar edirdilər.

Bütün bu mütərəqqi təbliğatlar xalq tərəfindən 1931-1932-ci

illərdə rəğbətlə qarşılandı. 1929-1933-cü illərdə Fermer Fəhlə

partiyasının fəaliyyətində yeni mərhələ başlandı. Bu partiya 20-ci

illərin əvvəllərində təşkil edilmişdir. Zəhmətkeşlərin burjua

partiyalarının fəaliyyətindən narazılığı onların ştatın siyasi həyatında önə çıxmasına səbəb oldu. 1930-cu ilin seçkilərində onlar böyük qələbə qazandılar.

Demokratik hərakatda mütərəqqi respublikaçılar qrupu da

böyük rol oynayırdı. R.Lafolletin ölümündən sonra bu qrupa Dj.

Norris başçılıq edirdi. Onu respkblikaçılar partiyasının sol qrupu da müdafiə edirdi. Onlar hər iki hakim partiyaya alternativ ola biləcək praqram işləyib hazırlamaq fikirində иdilər. Bu məqsədlə 1931-ci ilin martında Vaşinqtonda mütərəqqiçilərin konfransı keçirildi.

Konfransın işində respublikaçılar və demokratlar partiyasının sol

qanadının nümayəndələri də iştirak edirdilər. Lakin nümayəndələr

arasında ki, fikir müxtəlifliyi vahid bir proqram qəbul edilməsinə

imkan vermədi.Lakin bununla bərabər, 1931-1932-ci illərdə mütərəqqi respublikaçılar qrupunun tələbi ilə bir neçə qanun layihələri işlənib hazırlandı və konqresə çıxarıldı. 1932-ci ilin martında konqres fəhlə hərakatının təzyiqi nəticəsində bunlardan birini, yəni münaqişələrə məhkəmələrin müdaxilə etməsinin məhdudlaşdırılması haqqında qərarını bəyəndi.

Siyasi mübarizənin kəskinləşməsi nəticəsində demokratik

hərakatın əksər iştirakçıları, o cümlədən respublikaçıların sol qanadı tədricən dərk edirdilər ki, irəli sürdükləri xətt nöqsanlıdır və müstəqil siyasi hərakatın daha radikal formaların keçmək zəruridir.Fövqaldə dərəcədə gərgin vəziyyətdə- iqtisadi böhranın kəskinləşdiyi, sosial etirazlar hərakatının artığı, qeri-adi dərəcədə antiinhisar əhval-ruhiyyəsinin gücləndiyi bir şəraitdə - 1932-ci ildə ölkədə prezident seçkiləri kаmpaniyası başlandı. Belə bir şəraitdə seçki kampaniyalarında irəli sürülmüş proqramlar çətinliklərin həlli ilə bağlı olmalı idi.

1932-ci ildə respublikaçılar partiyasını çox ciddi çətinliklər

qarşısında qaldığı bir daha aydın oldu. Seçicilərin böyük əksəriyyəti böhranın və əhalinin ehtiyac içərisində yaşamasının səbəbini respublikaçılar partiyasının düzgün siyasət yeritməməlrinin nəticəsi hesab edirdilər. Ən çox xalqı Huver hökumətindən narazı salan onun işsizlərə kömək etməməsi idi. Huver «Sərt fərdiyyətçilik» prinsipini müdafiə etməklə ancaq varlılarn sosial üstünlüklərini saxlamağa xidmət etmiş olurdu. 1932-ci ilin iyulunda Çikaqoda keçirilən qurultayda respublikaçılar partiyasnın seçki proqramı qəbul edildi ki, burada da onlarnı əvvəlki, siyasətinə heç bir dəyişiklik edilmədi. Kəskinləşən işsizlik probleminin həlli yenə də ştatların üzərinə qoyulurdu. Sosial sığorta haqqında bir kəlmə də olsun danışılmırdı. Borclarla yüklənmiş fermerlərin vəziyyətini yüngülləşdirmək nəzərdə tutulmurdu. Onlar, əksinə, defisitsiz büdcəni müdafiə etməklə sosial xərclərə mənfi münasibətlərini göstərmiş oldular. İşin mahiyyətinə gəldikdə, onlar seçki kampaniyalarında vəzifələrini Huverin xidmətlərini tərifləməklə və onun yenidən seçilməsinə nail olmaqda görürdülər. Bütün partiyanı belə bir xoşa gəlməz psixologiya bürümüşdü. Veteranlara qarşı tətbiq edilən hərakatdan sonra, təbiidir ki, respublikaçılar partiyasının sekilərdə qələbə qazanması məsələsi ümidsiz bir şey idi. Hadissələrin gedişi göstərdi ki, Huver hökuməti iqtisadiyyatda və sosial sahədəki çətinlikləri aradan qaldırmağa qadir deyildir. İşgüzar dünyanın artıq bəzi rəhbərləri belə bir nəticəyə gəldilər ki, məqsədə uyğun şəkildə dövlətin iqtisadiyyatı tənzimləməsi zəruridir. Hələ 1931-ci ilin sentyabrında maliyyə kapitalının ən böyük maqnatlarından biri «Djenral elektirik» korporasiyalarının prezidenti Dj.Svou Amerika sənayesini yenidən qurmaq planı irəli sürdü.

«Svou planı» inhisarın dövlət miqyasında necə tənzim etmək

məsələsini yenidən nəzərdən keçirdi. Svounun təklifləri 1931-ci ilin dekabrında ABŞ ticarət palatasının öz üzvləri arasında keçirilən referendumda bəyənildi. «Svou planın»ı nəzərdən keçirdikdən sonra iri kapital dairələrində prinsip və islahatlar keçirilməsinin vacibliyi fikri genişlənməyə başladı. Ticarət palatasının üzvlərindən biri göstərmişdir ki, hədsiz fərdiyyətçilik bizi çox arxada qoymuşdur.

1929-1933-cü ilin iqtisadi böhranı işguzar dairələrdə belə bir ideyapsixoloji fikir formalaşdırmışdır ki, ABŞ dövləti- inhisarçı inkişaf yolunu keçməlidir.

Prezident Huver «iqtisadi planlaşdırmanın» əleyhinə çıxaraq

bildirdi ki, bu yol «inhisar yaranmasına», «faşizimə» və «sosializmə» aparır. Respublikaçılar partiyasının bir qismi Huveri müdafiə etsə də, digərləri isə başa düşürdülər ki, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə ciddi ehtiyac vardır. 1932-ci ilin sentyabrında seçki kampaniyasının qızğın vaxtında ABŞ ticarət palatasının prezidenti Q.Harriman birbaşa Huverə bildirdi ki, əgər o «Svou planından» imtina edərsə, biznesin nüfuzlu dairələri seçkilərdə onu müdafiə etməyəcəklər. Bu, doğrudanda real təhlükə idi.

Demokratlar partiyasının(DP) vəziyyəti seçki kampaniyasında

daha əlverişli idi. Müxalifətdə dayanaraq demokratların liderləri

dağıdıcı böhranın və xalqın fəlakətinin əsas səbəbkarlarının

respublikaçılar partiyasının sağ dairələrinin nümayəndələri olduğunu xalqa çatdırmığı bacarırdılar. Bu təbliğat onsuz da Huver

hökumətindən narazı olan milyonlarla adamın demokratların tərəfinə keçməsinə səbəb oldu. Həmçinin, demokratlar partiyası 1930-cu

ildən keçən müddət ərzində konqresdə öz mövqeyini xeyli

gücləndirmişdi. Onlar nümayəndələr palatasında əksəriyyət təşkil

edirdi. Həmçinin demokratlar ölkədəki vəziyyəti məsuliyyətlə təhlil etməyi bacarırdı. Kütlənin əksəriyyətini öz tərəfinə çəkməkdən ötrü demokratlar partiyası üçün alternativ proqram təklif etmək zəruri idi.Bu isə fərdiyyətçilikdən əl çəkməyi və dövlət nizamlanmasına keçməyi tələb edirdi. Lakin etiraf etmək lazımdır ki, 1929-1933-cü illərin iqtisadi böhranı da Amerika brujaziyasını fərdiyyətçilikdən tam uzaqlaşdıra bilməmişdi. Ona görədə demokratlar partiyası özünün 1932-ci ilin iyununda Çikaqoda olan qurultayında qəbul etdiyi seçkiqabağı platformada dövlətin iqtisadi siyasətinə əsaslı dəyişiklikdən danışdı, lakin öz məqsədini tam açıq elan etmədi.

Proqramda işsilərin tələblərinə dövlət səviyyəsində baxmağın

zəruriliyi ancaq qeyd edildi. Demokratlar partyisaının daha

uzaqgörən nümayəndələri isə iqtisadi siyasətdə daha dərinə getməyin zəruriliyini dərk edirdilər. Bunlardan biri demokratlar partiyasından prezdentliya namizəd göstərilmiş Nyu-York şatıtının qubernatoru Franklin Delano Ruzvelt idi. O, «Yeni xətt» şüarını irяli sürdü.O, özünün seçkiqabağı çıxışlarında milyonlarla «unudulmuş amerikalıların» xeyrinə liberal islahatlar keçirəcəyinə vəd etdi. O qətiyyətlə «sosial ekspermentə» keçəcəyinə vəd etdi. O göstərdi ki,sağlam fikir təsdiq edir ki, yeni bir metod seçmək və onu sınaqdan keçirmək zəruridir. Əgər o uğursuz olarsa, onu cəsarətlə etiraf edib,yenisini sınaqdan keçirmək lazımdır. Ən başlıcası isə hərəkət etməkdir. Milyonlarla ehtiyac içərisində olanlar həmişə dözməyəcəklər. Əslində, hər iki partiyanın platformalarında ciddi fərq yox idi, ciddi fərq onların ancaq fəlsəfi baxışlarında idi ki, bunu da Huver 1932-ci ilin oktyabrın 31-də açıq etiraf etmişdir. Demokratların namizədinin çevik taktikası, fərdiyyətçilik yoluna az meyl etməsi, liberal islahatlar vəd etməsi, həm də vəziyyətlərinin əlverişli olması 1932-ci ilin prezident seçkilərində F.Ruzveltə qələbə qazandırdı. Ona seçkilərdə 22810 min seçici, Huverə isə 15750 min seçici səs verdi. Bundan belə demokratlar hər iki palatada əksəriyyət yerləri tutdular.7

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə