Mobil telefon aparatlarının ümumiləşmiş blok sxemi




Yüklə 10.53 Kb.
tarix22.04.2016
ölçüsü10.53 Kb.
Mobil telefon aparatlarının ümumiləşmiş blok sxemi

Mobil telefon aparatlarının ümumiləşmiş blok sxemi şəkil 1-də təsvir edil­mişdir. Şəkildən göründüyü kimi onun tərkibinə aşağıdakılar daxildir:

- qəbuledici – verici blok;

- antena bloku;

- idarəetmə bloku.

Qəbuledici – verici blok özü də bir neçə kiçik blokdan ibarətdir. Onun tərkibinə, verici, qəbuledici, tezlik sintezatoru və məntiq blokları daxildirlər.

Tərkibinə görə ən sadəsi anten blokudur. Bu bloka antena və varici-qə­buledici kommutatoru aiddirlər. Elektron stansiyalarda elektron kommutatorundan istifadə edilir ki, o da antenanı gah da qəbuledicinin girişinə qoşur. Çünki elektron sistemli mobil aparatlar eyni vaxtda həm veriliş və həm də qəbul rejimində işləyirlər.

İdarəetmə bloku da nisbətən sadədir. Onun tərkibinə telefon, nikrofon, kla­viatura və displey (ekran) daxildirlər. Klaviatura rəqəm və funksional düymələr məcmuəsindən ibarət olub çağırılan abunəçinin nömrəsini yığmaq və aparatın iş rejimini təyin etmək üçündür. Displey, stansiyanın iş rejimləri və onun qurğuları vasitəsilə verilən informasiyaları ekranda əks etdirməyə xidmət edir.



Şəkil 1. Mobil telefon aparatının blok sxemi

Qəbuledici-verici blok çox mürəkkəbdir və onun tərkibinə aşağıdakılar aiddirlər:

- analoq-rəqəm çeviricisi-ARC. Bu qurğu mikrofonda yaranan bütün analoq siqnallarını rəqəm formasına çevirir və onların sonrakı emalını təmin edir. O həm də əks çevirməni, yəni rəqəm-analoq çevirməsini də həyata keçirə bilir;

- nitq koderi danışıq siqnallarını kodlaşdırır ki, bunun da sayəsində rabitə kanalı ilə veriləcək artıq informasiyalar götürülür, onun ümumi həcmi azaldılmış olur;

- kanal koderi nitq koderinin çıxışında alınan rəqəm siqnallarına artıq siqnallar əlavə edir ki, bu da siqnalların rabitə kanalı ilə ötürülməsi zamanı səhv­lərdən mühafizəni təmin etmək üçündür. Bu məqsədlə veriləcək informasiya yığ­camlaşdırılır və onun tərkibinə məntiq blokundan verilən idarəetmə informasiyası da daxil edilir;

- modulyator kodlaşdırılmış danışıq siqnallarını (video siqnalları) aparıcı tezliyə çevirir.

Qəbuledici tərkibinə görə vericiyə uyğundur. Lakin onun tərkibinə daxil olan elementlər tam əks funksiyaları yerinə yetirirlər;

- demodulyator modullanmış radiosiqnallardan kodlaşdırılmış danışıq və ya videosiqnalları ayırır.

- kanal direktoru girişə verilən informasiya selindən idarəedici informa­si­yaları ayırır və onu məntiq blokuna yönəldir. Bu blok qəbul edilmiş informasiyada səhvlərin olub-olmamasını yoxlayır və belə səhvləri mümkün qədər düzəldir və sonrakı emal olunmalara qədər informasiyaları yenidən əks ardıcıllıqla yığcam­laşdırır;

- danışıq dekoderi kanal koderindən ona daxil olan danışıq siqnallarını bərpa edir və onu təbii formaya gətirir. Bundan sonra rəqəm formasında olan siqnallar rəqəm analoq çeviricisinə ötürülür;

- rəqəm-analoq çeviricisi-RAC qəbul edilmiş rəqəm formalı siqnalları danı­şıq siqnallarına çevirir və onu telefonun girişinə verir;



- ekvalazer, çox şüalı yayım nəticəsində yaranan təhrifləri qismən aradan götürməyə xidmət edir. Əslində o adaptiv süzgəc olub, simvollar ardıcıllığına uy­ğun köklənir. Ekvalazer heç də məcburi blok sayılmır. Bəzi sistemlərdə ondan heç istifadə olunmur. Qeyd edək ki, koder və dekoder qurğularına birlikdə kodek də deyilir.


Elnur Hüseynli (Azərbaycan Texniki Universiteti) \ elnur_huseynli@hotmail.com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə