Mirzəmmədli Səbinə Məzahir qızı, Bakı Slavyan Universiteti




Yüklə 19.04 Kb.
tarix22.04.2016
ölçüsü19.04 Kb.
Mirzəmmədli Səbinə Məzahir qızı,

Bakı Slavyan Universiteti ,

Filollogiya fakültəsi ,Qrup AM - 205

Elmi rəhbər: b.m Namiq Qafarov


Azərbaycan dialekt və şivələrində işlənənən bəzi feli adların

semantik xüsusiyyətləri.


Azərbaycan dilinin zəngin şivə leksikası var.Bu zənginlik Azərbaycan dilinin uzun sürənStarixi inkşafının nəticəsində meydana gəlmişdir .Şivə leksikasına dilin lüğət tərkibində keçmiş ictimai quruluş, həyat, məişət, adət ,təsərrüfat və s. ilə bağlı olan və feldən yaranan bir çox çox arxaik sözlərə rast gəlirik ki,bunları ədəbi dilimizdə görə bilmirik. Bundan başqa həm ədəbi dilimizdə həm də,dialekt və şivələrimizdə işlənən ,məna cəhətdən fərqlənən və feldən yaranan adlar da vardır.

Feldən yaranan adları təsnifatına görə aşağıdakı qruplara ayırmaq olar :

1)Hərəkət fellərindən yarananlar: Qulağagirən - (Ağdam,Bakı,Gəncə) -qırxayaq.

Burmağ (Quba) – qıvrım. Tutma (Şuşa) inad , acıq .Gündoğuş (Bakı,Lənkəran) – şərq.Uçuncax (Ağdam ,Gədəbəy Şuşa) – yelləncək və s.

2)Nitq fellərindən yarananlar: De:çilik (Mingəcevir) – xəbərçilik. Kirmişcə (Borçalı, Salyan) – sakitcə,dinməzcə.Deyinti (Gəncə) – narazıçılıq,inciklik.Çağırıççı

(Qazax,Tərtər) – toya adam çağıran.Dedix” (Mingəçevir) – xəbəçilik.

3)Təfəkkür fellərindən yarananlar:Ağabilməz (İmişli) - bilinməyən. Biliəndər (Göyçay,Qazax,İsmayıllı) – hər şeyi bilən.Bilənçil (İmişli) – bilən və s.

Dialekt və şivələrimizdə feldən yaranan cümlə tipli adlara da rast gəlmək olur ki,onlar daha çox oyun adlarında özünü göstərir. Məs: Anaməyiqurdavermə

(Şuşa), Yoldaşşənikimaprdı (Ağdam, Bakı, Şuşa,Tərtər), Xoruzbavacurver

(Ağdam), Papağgötdiqaç (Lənkəran,Salyan) və s.

Dilin qədim leksik qatına ad aid olan sözlər şivələrin lüğət tərkibndə daha çox qorunub saxlanır. Bu feli adların bir qismi öz formasını saxlamış ,bir qismi isə semantik cəhətdən dəyişmişdir.Bildiyimiz kimi dialekt və şivələrimizdəki sözlər ədəbi dilimizə təsir etdiyi kimi ,ədəbi dilimiz də dialektlərin məna çalarlarının zənginləşməsində böyük rol oynayır. Bu sözlərdən bəzilərinə nəzər yetirək.

Tutu – Şuşa şivəsində “girov” mənasında işlədilir.Bir xəli tutu verif pul aldı.

Tutu sözü tutmaq felindən düzəlmişdir.Bu söz Mahmud Kaşğarinin “Divanü – lügət – it türk” əsərində -“ tutuğ” – girov və ya “tutğun” - əsir mənasında işlənmişdir.

Alışqan – Naxçıvan,Ordubad, Yevlax şivələrində “kirbit” mənasında işlənir. Kökü alışmaq felidir. ədəbi dilimizdə feldən düzələn sifət kimi “yandırıcı” ,”tez yanan” mənasında işlənilr.

Asmalı - Culfa dialektində - piti ,Lənkəran dialektində isə - qarpız və yemiş asmaq üçün qamışdan toxunmuş bağ mənasında işlədilir.Kökü asmaq felidir.

Bağlama sözü Culfa şivəsində - yastıq, Qazax və Şəmkir şivələrində - qıfılbənd, Hamamlı və Kürdəmirdə isə içərisində yarıya qədər taxıl olan çuval mənasında işlənir.Bağlama sözü müasir əsəbi dilimizdə də müxtəlif mənalarda işlənir - içi dolu ağzı bağlı kisə ,deyişmə zamanı söylənilən qıfılbənd və s

Burğu – Gəncə və Şəmkir dialektlərində “göyərti dəstəsini bağlamaq üçün işlədilən nazik zoğ”, Culfa və Tovuz dialektində “lampanın işığını artırıb azaldan” mənasını

verir .Bu sözlər burmaq felindən yaranmışdır.Ədəbi dilimizdə isə Burğu sözü -

nun mənası “hər hansı bir şeyi buran vasitədir”

Dolamac sözü Cənubi Azərbaycan şivəsində - beşik,Təbriz şivəsində isə yelləncək nənasında işlənir.Kökü dolamaq felidir

Döndərmə - İmişli dialektində aşıq –aşıq oyunu, Salyan dialektində - süd,qatıq saxlanan qablar üçün ağacdan hazırlanan qapaq mənasında işlənir.Müasir ədəbi dilimizdə isə - taxılın ikinci dəfə suvarılması mənasın da işlənir.

Qısqac - Salyan şivəsində “qamışdan hazırlanan sıxıcı” mənasında işlənir Sözün kökündə “qısmaq”, “sıxmaq” feli durur. Bu feli ad “kıs+ğaç” şəklində Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində “kəlbətin” mənasında işlənir

Sürüngəl Borçalı dialektində - ağırtəpənən,Çənbərək dialektində - kotanın hissəsi mənasında işlənir

Tutma - Göyçay,Kürdəmir,Mingəçevir dialektində “şoraba; Şəki, Ağdamda

“xəstəlik adı”; Şuşa şivəsində isə “seçmə”,”yaxşı” mənasını verir.Bu söz tutmaq felindən yaranmışdır.

Tutmac//tutmaş (Ağcabədi, Göyçay, İmişli, Quba, Oğuz, Şamaxı, Ucar, Ağdam, Basarkeçər, Mingəçevir, Şuşa) – xörək adı kimi verilmişdir Məsələn, - Tutmacı günorta, ya axşam yiyəllər (Oğuz), Dünən də tutmaş yemişəm, bü:n də (Ağdam). “Tutmac” sözü M. Kaşğarinin “Divanü lüğat-it türk” əsərində “xəngəl” (yeməyin bir növü ) mənasında verilmişdir. M. Kaşğari bu sözün mənasının – “bizni tutma aç”, yəni “bizi ac saxlama” olduğunu göstərmişdir.

Ögəc (Bakı, Şamaxı) – böyük deməkdir . Məs., Ögəc – ögəc danışmaq sə:n adətindi. “ Ögəc” sözü M. Kaşğöarinin “Divan”ında “ögə”, yəni “müşavir, yaşlı və ağıllı adam” variantında göstərilmişdir. “Ö” səsi qədim türk dillərində “fikirləşmək”, “düşünmək” anlamını vermişdir. Elə bu anlamdan da sonralar ög//ögüt//ögüd//öyüd – məsləht, nəsihət sözü yaranmışdır.

Çıxacax-Basarkeçər dialektində “pilləkən”, Ağdaş və Cəbrayıl dialektində “hadisə” Zəngibasar dialektində isə “evin kənarında ayaqqabı çıxarılan yer” mənasında işlənir.

Bu misallardan göründüyü kimi feli adlar dialekt və şivələrimizdə başqa mə -

nalarda işlənməklə semantik dialektizimləri yaradır. Feli adlarda baş vermiş semantik inkşaf,fono-morfoloji dəyişikliklər qədim sözlərin simasını üzə çıxartmaqda mühüm rol oynayır.


ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan dilinin dialektoloji lüğəti, Şərq – Qərb, Bakı, 2007. 566 səh.

2. Azərbaycan dilinin izahlı lüğəti I cild,Şərq- Qərb,Bakı 2006. 740 səh.



3. Kaşğari. M. Divanü lüğat –it –türk. I cild, Bakı, Ozan, 2006. 512 səh.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə