Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının




Yüklə 81.45 Kb.
tarix27.04.2016
ölçüsü81.45 Kb.

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


01 saylı PROTOKOLU


Mingəçevir şəhəri. « 16 » yanvar 2015-ci il




İştirak etməlidir: 16 nəfər

İştirak edir: 12 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 04 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 00 nəfər


İclasın sədri: C.Ə.Abdullayev



İclasın katibi: S.T. Hüseynov

GÜNDƏLİK:


  1. Mingəçevir Bələdiyyəsinin 2014-ci il üzrə hesabatı barədə.

  2. «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (17-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Ə.Vahid küçəsi ev 4/1, mənzil 80-də yaşayan şəhər sakini Allahverdiyev Ziya Yamən oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (38-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən İ.Qayıbov küçəsi ev 3/1, mənzil 38-də yaşayan şəhid anası İmanova Məleykə Əli qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha, Az.İES qəsəbəsi paylanması nəzərdə tutulmuş sahədən (11-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən C.Əliyev küçəsi ev 21 mənzil 33-də yaşayan şəhər sakini QMƏ Abdullayev Xanbaba Oruc oğluna fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (53-cü yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Təbriz küçəsi ev 46, mənzil 30-da yaşayan Məmmədrəhimova Kəklik Əyyub qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m və ya 0,06 ha, Tərəvəzçilk sovxozunun yaxınlığındakı (6-cı yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də yaşayan şəhər sakini İsgəndərova Gülnar Əmirxan qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha,Tərəvəzçilk sovxozunun yaxınlığındakı (39-cu yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən C.Əliyev küçəsi ev 17, mənzil 40-da yaşayan şəhər sakini Aslanova İradə Müdəhəd qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha, Naxçıvan küçəsinin yaxınlığındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Ş.İ.Xətai küçəsi ev 10, mənzil 8-də yaşayan şəhər sakini Novruzova Elnurə Namaz qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 300 kv.m və ya 0,03 ha, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (45-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən C.Əliyev küçəsi ev 3, mənzil 22-də yaşayan şəhər sakini Aləşrəfov Elvin Eldar oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha və Tərəvəzçilk sovxozunun yaxınlığındakı (41-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən H.Əliyev pr. ev 82/1, mənzil 16-da yaşayan şəhər sakini QMƏ Məmmədov Əbülfət Mehdi oğluna fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

  3. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 60 kv.m və ya 0,006 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə.

  4. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 100 kv.m və ya 0,01 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 4 nəfər bələdiyyə üzvü C.Yusubov, M.Muradov, S.Hacıyeva və X.İsmayılov üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
C.ƏLİYEV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Bələdiyyənin 2014-cü il üzrə hesabatını verdi. («Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi və arayış 3 (üç) vərəqədə protokola əlavə olunur protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.ALLAHVERDİYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

Mingəçevir Bələdiyyəsinin «Yerli büdcə məsələləri», «Yerli ekologiya məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri», «Yerli sosial məsələləri» və «Hüquq məsələləri» daimi komissiyalarının və «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının 2014-cü il üzrə məlumat və arayışlarını müzakirə edərək



  1. Mingəçevir Bələdiyyəsinin 2014-cü il üzrə hesabatı təsdiq edilsin.

  2. Mingəçevir Bələdiyyəsinin 2014-cü il üzrə hesabatının müzakirəsi şəhər ictimaiyyətinin iştirakı ilə Mingəçevir Bələdiyyəsinin akt zalında 19.01.2015-ci il tarixdə saat 1130-da keçirilsin.

  3. «Yerli sosial məsələləri» daimi komissiyasına tapşırılsın ki, Mingəçevir Bələdiyyəsinin 2014-cü il üzrə illik hesabatı KİV vasitəsi ilə şəhər sakinlərinin nəzərinə çatdırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

12- lehinə; 0 – əlehinə; 0- bitərəf.
2) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 10 (on) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

2) QƏRARA ALIR:



«Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (17-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 11.04.2014-cü il tarixli, 04/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514997 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555823№-li çıxarışını, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (38-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 28.02.2014-cü il tarixli, 02/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514954 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 03.12.2014-cü il tarixli, RX Seriyalı 0555270№-li çıxarışını, Az.İES qəsəbəsi paylanması nəzərdə tutulmuş (11-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 24.12.2010-cu il tarixli, 18/3 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 24.10.2014-cü il tarixli, A№514951 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555824№-li çıxarışını, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (53-cü yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 600 kv.m və ya 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 11.04.2014-cü il tarixli, 04/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№515001 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555812№-li çıxarışını, Tərəvəzçilk sovxozunun yaxınlığındakı (6-cı yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514945 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555808№-li çıxarışını, Tərəvəzçilk sovxozunun yaxınlığındakı (39-cu yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 30.05.2014-cü il tarixli, 07/4 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514957 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555809№-li çıxarışını, Naxçıvan küçəsinin yaxınlığındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 300 kv.m və ya 0,03 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 18.11.2014-cü il tarixli, A№514984 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555643№-li çıxarışını, «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (45-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 30.05.2014-cü il tarixli, 07/4 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 24.10.2014-cü il tarixli, A№514978 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 03.12.2014-cü il tarixli, RX Seriyalı 0555283№-li çıxarışını və Tərəvəzçilk sovxozunun yaxınlığındakı (41-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514946 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.12.2014-cü il tarixli, RX Seriyalı 0555810№-li çıxarışını və bələdiyyənin «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının rəylərini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Ə.Vahid küçəsi ev 4/1, mənzil 80-də yaşayan şəhər sakini Allahverdiyev Ziya Yamən oğluna «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (17-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

2. Vətəndaş Z.Y.Allahverdiyevə tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,00 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, İ.Qayıbov küçəsi ev 3/1, mənzil 38-də yaşayan şəhər sakini şəhid anası İmanova Məleykə Əli qızına «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (38-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

3.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, C.Əliyev küçəsi ev 21 mənzil 33-də yaşayan şəhər sakini QMƏ Abdullayev Xanbaba Oruc oğluna Az.İES qəsəbəsi paylanması nəzərdə tutulmuş (11-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

4.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Təbriz küçəsi ev 46, mənzil 30-da yaşayan şəhər sakini Məmmədrəhimova Kəklik Əyyub qızına «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (53-cü yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m və ya 0,06 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

2. Vətəndaş K.Ə.Məmmədrəhimovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1440,00 (bir min dörd yüz qırx) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

5.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də yaşayan şəhər sakini İsgəndərova Gülnar Əmirxan qızına Tərəvəzçilk sovxozunun yaxınlığındakı (6-cı yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

2. Vətəndaş G.Ə.İsgəndərovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,00 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

6.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, C.Əliyev küçəsi ev 17, mənzil 40-da yaşayan şəhər sakini Aslanova İradə Müdəhəd qızına Tərəvəzçilk sovxozunun yaxınlığındakı (39-cu yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

2. Vətəndaş İ.M.Aslanovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,00 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

7.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Ş.İ.Xətai küçəsi ev 10, mənzil 8-də yaşayan şəhər sakini Novruzova Elnurə Namaz qızına Naxçıvan küçəsinin yaxınlığındakı, baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 300 kv.m və ya 0,03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.



  1. Vətəndaş E.N.Novruzova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 720,00 (yeddi yüz iyirmi) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

8.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, C.Əliyev küçəsi ev 3, mənzil 22-də yaşayan şəhər sakini Aləşrəfov Elvin Eldar oğluna «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (45-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş E.E.Aləşrəfova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1600,00 (bir min altı yüz) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

9.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, H.Əliyev prospekti ev 82/1, mənzil 16-da yaşayan şəhər sakini QMƏ Məmmədov Əbülfət Mehdi oğluna Tərəvəzçilk sovxozunun yaxınlığındakı (41-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.

  2. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.

  3. Bu qərarın icrasına nəzarət və ayrılmış torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Ərazi, torpaq və memarlıq» məsələləri komissiyasının sədri N.V.Nəbiyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

12- lehinə; 0 – əlehinə; 0- bitərəf.

3) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
S.HÜSEYNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:


«Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-cı bəndinin tələblərinə müvafiq olaraq və bələdiyyənin «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının rəyini nəzərə alaraq

  1. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, A.Məmmədov küçəsi ilə Nəsimi küçəsinin kəsişdiyi yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən ərazidən 60 kv.metr və ya 0,006 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.

  2. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 60 kv.metr və ya 0,006 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 60 kv.metr və ya 0,006 ha torpaq sahəsi üçün (III zona) illik 500,00 (beş yüz) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlansın.

  3. Bu qərarın icrasına nəzarət bələdiyyənin «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının sədri N.V.Nəbiyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

12- lehinə; 0 – əlehinə; 0- bitərəf.

4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:


«Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-cı bəndinin tələblərinə müvafiq olaraq və bələdiyyənin «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının rəyini nəzərə alaraq

  1. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, Hərbi hissənin yaxınlığındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən ərazidən 100 kv.metr və ya 0,01 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.

  2. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 100 kv.metr və ya 0,01 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 100 kv.metr və ya 0,01 ha torpaq sahəsi üçün (III zona) illik 660,00 (altı yüz altmış) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlansın.

  3. Bu qərarın icrasına nəzarət bələdiyyənin «Ərazi, torpaq və memarlıq məsələləri» komissiyasının sədri N.V.Nəbiyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

12- lehinə; 0 – əlehinə; 0- bitərəf.

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV



KATİB: ______________________ S.T.HÜSEYNOV



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə