Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının




Yüklə 70 Kb.
tarix27.04.2016
ölçüsü70 Kb.

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


08 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 30 » aprel 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: N.N.Nəbiyev


GÜNDƏLİK:


  1. 2015-ci ilin aprel ayında xərclənmiş vəsaitin təsdiq olunması barədə.

  2. Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi üçün, bələdiyyənin 28.03.2013-cü il tarixli, 02/1 saylı Qərarı ilə bələdiyyənin səlahiyyəti müddətində yaradılmış komissiya ləğv edilərək, yeni komissiyanın yaradılması barədə.

  3. Bələdiyyənin və onun nəzdində fəaliyyət göstərən sahələrin ştat cədvəlinin təsdiq olunması barədə.

  4. Şəhərin müxtəlif ərazilərində görülmüş abadlıq işlərinə bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  5. II Dünya Müharibəsi veteranlarının şərəfinə, Faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar bələdiyyə tərəfindən keçiriləcək tədbirə maliyyə vəsaitinin ayrılması barədə.

  6. Mingəçevir şəhər sakinləri, N.Nərimanov pr. ev 27, mənzil 43-də yaşayan Əhmədov Veysəl Aslan oğluna və M.F.Axundov küçəsi ev 12, mənzil 1-də yaşayan Dəmirov Məmmədhəsən Məmməd oğluna maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  7. Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (11-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Naxçıvan küçəsi ev 52, mənzil 14-də yaşayan Umarova Reyhan Səfər qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m, Tərəvəzçilik sovxozunun yaxınlığındakı ərazidən (40-cı yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan şəhid ailəsi Məmmədova Rəhşəndə İlyas qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m, Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (13-cü yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Ş.İ.Xətai küçəsi ev 1, mənzil 24-də yaşayan Cəlilli Sübhan Pənah oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, A.Namazova üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ş.CƏFƏROVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə şöbəsinin büdcə xərcləri barədə məktubunu, «Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin aprel ayında büdcədən xərclənmiş vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin aprel ayında büdcə xərcləri ümumilikdə 19254,40 manat təsdiq olunsun.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

2) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar bildirirəm ki. Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi üçün, bələdiyyənin 28.03.2013-cü il tarixli, 02/1 saylı Qərarı ilə bələdiyyənin səlahiyyəti müddətində yaradılmış komissiya ləğv edilərək, yeni komissiyanın yaradılmalıdır. Xahiş edirəm qərar layihəsinə öz münasibətinizi bildirəsiniz.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


F.HƏSƏNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

2) QƏRARA ALIR:


Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi üçün, bələdiyyənin 28.03.2013-cü il tarixli, 02/1 saylı Qərarı ilə bələdiyyənin səlahiyyəti müddətində yaradılmış komissiya ləğv edilərək, yeni komissiyanın yaradılması barədə bələdiyyə üzvlərinin təklifini müzakirə edərək

    1. Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi üçün, bələdiyyənin 28.03.2013-cü il tarixli, 02/1 saylı Qərarı ilə, bələdiyyənin səlahiyyəti müddətində yaradılmış komissiya ləğv edilsin.

    2. Mingəçevir Bələdiyyəsində bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müsahibənin keçirilməsi üçün bələdiyyənin səlahiyyəti müddətində aşağıdakı tərkibdə yeni komissiya yaradılsın:

  1. Əliyev Əli Səhrab oğlu – bələdiyyənin sədr müavini, komissiyanın sədri;

  2. Qasımlı Zahid Allahverən oğlu - «Yerli sosial məsələləri» daimi komissiyasının sədri, komissiyanın sədr müavini;

  3. Hüseynov Sahib Teymur oğlu – «Yerli ekologiya məsələləri» daimi komissiyasının sədri, komissiyanın üzvü;

  4. Məmmədova Südabə Vəli qızı - bələdiyyənin kadrlar üzrə iş aparıcısı, komissiyanın üzvü;

  5. Bələdiyyənin hüquqşünası, komissiyanın üzvü.

    1. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
3) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.ƏSGƏROVA– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:


Bələdiyyənin ştat cədvəlinin təsdiqi ilə əlaqədar «Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını müzakirə edərək

  1. Aşağıdakı dəyişikliklər nəzərə alınmaqla, bələdiyyənin yeni ştat cədvəli təsdiq olunsun:

  • Sosial və iqtisadi məsələlər üzrə məsləhətçi və «Maliyyə, vergi və ödənişlər» şöbəsində proqnoz və uçot üzrə iqtisadçı ştatı ləğv edilsin;

  • «Təsərrüfat və xidmət» şöbəsi yaradılsın, Təsərrüfat müdiri Dərişov Namiq Baba oğlu, əmək haqqısı 268 manat olmaqla, «Təsərrüfat və xidmət» şöbəsinin müdiri vəzifəsinə təyin olunsun. Mühəndis, fəhlə, sürücü, xadimə və gözətçi ştatları «Təsərrüfat və xidmət» şöbəsinə daxil edilsin;

  • «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinə sədr köməkçisi ştatı əlavə edilsin;

  • «Dəfn mərasimi xidməti» sahəsinə «Samux» qəbirstanlığı adı ilə tanınan qəbirstanlıqda nəzarətçi ştatı əlavə olunsun;

  1. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə ediпрямая соединительная линия 2lsin.


Səsvermənin nəticəsi:

16- lehinə; 1 – əlehinə; 0- bitərəf.

S.Hüseynov

4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.


ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
L.HÜSEYNZADƏ – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:


«Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Avarçəkmə bazasının qonşuluğundakı həyətin metal tordan hasarının çəkilməsi, yaşayış binasının fasadının bir hissəsinin üzlənməsi və kiçik anbar quraşdırılması üçün bələdiyyə büdcəsindən 675,30 (altı yüz yetmiş beş manat otuz qəpik) manat, Az.İES-ə gedən yolun şimal hissəsindəki əraziyə tökülmüş torpağın yayılması və ərazinin planirovkası üçün bələdiyyə büdcəsindən 1000,0 (bir min) manat, Mərkəzi poçtun qarşısındakı fontanda görülmüş işlərə 92,0 (doxsan iki) manat, ümumilikdə 1767,30 (bir min yeddi yüz altmış yeddi manat otuz qəpik) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

        1. II Dünya Müharibəsi veteranlarının şərəfinə, faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar bələdiyyə tərəfindən keçiriləcək tədbirə bələdiyyə büdcəsindən 1500 (bir min beş yüz) manat maliyyə vəsaiti ayrılsın.

        2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

        3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

6) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Mingəçevir sakinləri, N.Nərimanov pr. ev 27, mənzil 43-də yaşayan Əhmədov Veysəl Aslan oğluna və M.F.Axundov küçəsi ev 12, mənzil 1-də yaşayan Dəmirov Məmmədhəsən Məmməd oğluna müalicələrinə kömək məqsədi ilə hər birinə 30 (otuz) manat olmaqla, bələdiyyə büdcəsindən 60 (altmış) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

7) DİNLƏNİLDİ:


C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 4 (dörd) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HÜSEYNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:

Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (11-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514942 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.02.2015-ci il tarixli, RX Seriyalı 0591219№-li çıxarışını, Tərəvəzçilik sovxozunun yaxınlığındakı (40-cı yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514980 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.02.2015-ci il tarixli, RX Seriyalı 0591216№-li çıxarışını, Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (13-cü 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 30.05.2014-cü il tarixli, 07/4 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 13.11.2014-cü il tarixli, A№515006 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.02.2015-ci il tarixli, RX Seriyalı 0591215№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimikomissiyasının rəylərini nəzərə alaraq



1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Naxçıvan küçəsi ev 52, mənzil 4-də yaşayan şəhər sakini Umarova Reyhan Səfər qızına Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (11-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş R.S.Umarovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,0 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş R.S.Umarovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

    1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan şəhər sakini şəhid ailəsi Məmmədova Rəhşəndə İlyas qızına Tərəvəzçilik sovxozunun yaxınlığındakı (40-cı yer), baş planda göstərilən yerdən, yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş R.İ.Məmmədovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

3.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Ş.İ.Xətai küçəsi ev 1, mənzil 24-də yaşayan şəhər sakini Cəlilli Sübhan Pənah oğluna Az.İES qəsəbəsində «Yeni həyat» məcburi köçkün qəsəbəsinin arxa hissəsindəki (13-cü yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş S.P.Cəlilliyə tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,0 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş S.P.Cəlillinin nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  3. Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında arasında torpağın alqı-satqısına dair müqavilələr bağlanması, ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  4. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onların şəxsi vəsaiti hesabına aparılacaq.

  5. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

прямая соединительная линия 1
SƏDR: ______________________ C.Ə.ABDULLAYEV

KATİB: ______________________ N.V.NƏBİYEV





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə