Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Beynəlxalq turnirin




Yüklə 7.92 Kb.
tarix26.02.2016
ölçüsü7.92 Kb.
Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Beynəlxalq turnirin
Ə S A S N A M Ə S İ:

I. MƏQSƏD VƏ VƏZİFƏLƏR

- Milli Qəhrəman F.Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması;

- F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması;

- yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi;

- ən güclü idmançıların aşkar olunması;

- şəhər yığma komandasına namizədlərin seçilməsi;

- idmançıların ustalıq səviyyəsinin artırılması.


II. KEÇİRİLMƏ VAXTI VƏ YERİ

Turnir 26-28 dekabr 2015-ci il tarixdə "Zirvə" İdman Klubunun AAAF ağır atletika salonunda (Xırdalan ş.) keçirilir. Yarışa gəlmə günü - 26.12.2015;

Yarış - 27.12.2015; Getmə günü - 28.12.2015.

III. YARIŞA RƏHBƏRLİK

Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Zirvə İnternational Sport Clubs MMC tərəfindən həyata keçirilir.

Yarışın bilavasitə keçirilməsi bu təşkilatlar tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.


IV. TURNİRİN İŞTİRAKÇILARI VƏ KEÇİRİLMƏ ŞƏRTLƏRİ

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Eləcədə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak etmək hüququ var. Ağır atletika üzrə turnir müvafiq beynəlxalq qaydalar üzrə keçirilir. Yarış şəxsi birincilik xarakteri daşıyır. Hər bir təşkilatdan qeyri-məhdud sayda idmançı iştirak edə bilər.

Yarış aşağıdakı yaş qrupları üzrə keçirilir:
13-14 yaş, 15-16 yaş və 17-18 yaş.
Qaliblər hər bir yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdirilir.
Qeyd: Bütün ezamiyyə xərcləri iştirakçı təşkilatların hesabınadır.
V. MÜKAFATLANDIRMA

Hər bir yaş qrupunda «Sinkler» cədvəlinə görə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Zirvə İnternational Sport Clubs MMC tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunurlar.


VI. SİFARİŞLƏR

Yarışda iştirak etmək üçün sifarişlər baş hakimlər kollegiyasına yarışın başlanmasına 5 gün qalmış müddətədək təqdim edilir. Şəxsiyyət vəsiqəsi və yaxud pasport iştirakçı tərəfindən zəruri halda mandat komissiyasının tələbi ilə təqdim edilir. Bütün idmançılar yalnız həkimin icazəsi olmaq şərti ilə yarışa buraxılırlar.



Bu əsasnamə yarışa rəsmi dəvətnamədir


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə