Milli hökumətimizin 60 illiyi münasibəti ilə İş Birliyi Quruluşunun müraciəti!




Yüklə 23.45 Kb.
tarix11.03.2016
ölçüsü23.45 Kb.
Milli hökumətimizin 60 illiyi münasibəti ilə İş Birliyi Quruluşunun müraciəti!
Hörmətli həmvətənlər!
Pəhləvi totalitar sülaləsinin millətlərə qarşı ictimai, siyasi, iqtisadi və mədəni təzyiqləri nəticəsində Iranda yaşayan millətlər bütün ibtidai insani hüquqlarından məhrum və kölə durumuna salınmışdır. Rza xanın kudeta vasitəsiylə qara diktatorluğu ölkəyə təhmil etməsinə əsas şərait yaradan güclü mərkəzi dövlət ideyası idi. Güclü mərkəzi hökumət isə ölkədə yaşayan millətlərin məhvi nəticəsində təşkil ola bilərdi.

Mərkəzi diktatorluğun strateji hədəflərinin qarşısında duran Iran millətlərindən ən çoxunluğu təskil edən Azərbaycan türk milləti idi. Mərkəz tərəfdarları bunu məşrutə inqlabında təcrübə etmişdilər ki, güclü Azərbaycan olduqca Iran məmaliki məhrusəsində diktatorlar rahatcasına hökumət edə bilməyəcəklər.

Elə buna görə də Rza şah hakimiyyətə gəldikdə Azərbaycanı hər tərəfli hücuma almışdır. Iranda iqtisadi baxımdan 1-ci (birinci) yeri tutan Azərbaycan 17 il Rza xanın hakimiyyəti sonucu 8-ci yerə endirilmişdir. 1940-ci illərdə ümum Iranda sənaye üzrə ayrılmış 1.5 milyon riyal büdcədən sadəcə %3 Azərbaycana ayrılmlşdır. Həmən illərdə Iranda mövcud olan 25 ağır sənayedən heç biri də Azərbaycanda tikilməmişdir. 1944-45-ci büdcə ili sadəcə Tehrana ayrılmış sənaye və sərmayə bütün Azərbaycandan 20 qat çox olmuşdur.

Rza şah kudetadan sonra fars dilini rəsmi dil elan edərək başqa dillərə qadağa qoydu. Həmən siyasət Azərbaycanda ana dilli məktəbləri bağlayaraq savadsızlığa səbəb oldu.

Ikinci dünya savaşı nəticəsində müttəfiqlərin Azərbaycanı və cənubu işqal etməsi Rza şahın yalançı pəhləvan olduğunu aşkar etdi. Niyəki 17 il silahsız millətə qan udduran bu cəllad heç bir güllə atmadan istefa edərək canını götürüb qaçdı. Bu qaçışın nəticəsində ölkədə yarım demokratik şərait yaranmış oldu.

Bu tarixi fürsətdə, cana gəlmiş Azərbaycan milləti üsyan edıb şəhid Pişəvərinin başçılığı nəticəsində öz milli hökumətini qurmağa səfərbər olub 12 dekabr 1945-ci il (21 Azər 1325) Azərbaycan milli hökumətini qurdu.

Şəhid Pişəvəri Azərbaycanın məsələsi Azərbaycanda və azərbaycanlıların əli ilə həll olunmalıdı şuarını irəli sürüb 12 şəhrivər bəyanatından qısa bir zaman sonra Azərbaycan xalq konqresini 744 nəfər nümayəndənin iştirakı ilə təskil etdi. Azərbaycan dövlətinin proqramı hazırlanıb təsvib olundu. 3 ay ərzində Azərbaycan milli hökuməti rəsmi olaraq fəaliyyətini başladı.

Azərbaycan milli hökuməti hər hansı sinfi və təbəqə davasından yox, bəlkə ümum millətin mənafeyini müdafiə edib, bütün təbəqələrdən (ruhani, kəsəbə, tuccar, malik, kəndli, fəhlə, alim, incəsənət xadimləri və...) təskil tapırdı.


Milli hökumətin birinci hədədflərindən olan Tehranın siyasətləri nəticəsində süni’ yaradılmış qıtlıq, bahalıq, işsizlik, qanunsuzluq və zorakılığa son qoymaqla bərabər sənətdə, əkinçilikdə islahat, ədalətli iş qanunu, ədalətli vergi qanunu və ... yaratmaqdan ibarət idi ki, çox tez bir zamanda həyata keçdi.

Azərbaycan milli hökuməti millətimizi maarifləsdirmək üçün Azərbaycan türkcəsini Azərbaycanın dövlət dili elan edib və uşaqlardan yaşlılara qədər pulsuz məktəblər açıb, ana dilində tədrisi başladi. Bir il davam edən milli hökumətin əldə etdiklərini qısa olaraq belə saya bilərik:


1) Məktəblərin açılması və savadsızlığın aradan qaldırlıması,

2) Ali məktəb və universiteten qurulmaı,

3) Tibb, ədəbiyyat fakültələrinin açılması,

4) Xəstəxanaların tikilməsi,

5) Dolanan (gəzgin) (səyyar) xəstəxanalarla kəndləri dolanıb və xəstələri dərman etməsi,

6) Işsizliyi aradan qaldırmaq,

7) Torpaq islahatı,

8) Siyasi azadlıqların təmini,

9) Qadınların ilk dəfə olaraq siyasi həyat və fəaliyyətlərini təmin və zəmanət edilməsi,

10) 16 yashina chatmamish uşaqların işləməsini qadağan edilməsi, Uşaqlar üçün pərvərişgahların açılması.

11) Radionun təsisi,

12) Teatr, filarmoniya qurulması,

13) Xiyabanların asfaltı,

14) Kəndlərə yol çəkilməsi,

15) Iqtisadi inkişaf,

16) Beynəlxalq rabitələr qurulması,

17) Birləsmiş Millətlər Təskilatı BMT-yə müraciət və s...
Dost dediyinə, düşmənin etirafına görə bir il milli hökumət dövründə Azərbaycan 20 il pəhləvilərin hakimiyyətindən çox nailiyyətlər və islahat etmişdir. Azərbaycan milli hökumətinin məhbubiyyətini və millət hökuməti olduğuna ingilisin Təbrizdə səfiri Londona raportunda yazır ki, millət bütövlükdə bu dövlətdən himayət etməklə Tehranın ləyaqətsiz hakimiyyətinə sabit etdilər ki, azərbaycanlılar özləri özlərini idarə etməyə qadirdilər. Amerikan ali rütbəli qazisi Vilyam Doqlas Azərbaycanın bir illik milli hökumətinin islahatına işarə edərək qeyd edir ki, millətdən eşitdim ki deyirdilər - birinci dəfə idi biz maşinlarımızı rahatcasına xiyabanda qoya bilirdik, qapılarımızı açıq qoya bilirdik. V.Doqlas milli hükumətin yuxarıda saydığımız nailiyyətlərini bir-bir sayaraq əlavə edir ki, bu gün Təbrizdə azad seçgilər keçsə Pişəvəri böyük əksəriyyətlə yenə də seçilər.
Təbbidir ki, Tehran hakimiyyəti bütün bu müddətdə Azərbaycan milli hökumətini yıxmaq üçün bütün tədbirlərə əl atmışdır. Amma Azərbaycan millətinin birliyinin qarşisında aciz qalıb milli hökuməti rəsmiyətə tanımışdır. Həmişə olduğu kimi xəyanət, yalançılıq və hiyləkarlıqda məshur Tehran hətta öz imzasına da vəfalı qalmadı. Azərbaycan dövləti Pişəvərinin müxalifətinə baxmayaraq Tehranın yalançı vədələrinə inanıb silahını yerə qoydu. Seçgilər adına gələn Tehran cinayətlərini Vilyam Doqlas belə deyir: fars ordusu dəhşətli işğalçı ordusu idi, o millətdə cinayətlərin nəticəsində pis izlər buraxdı. Kəndlilərin qadın və qızlarına təcavüz etdilər, tarlalar və evləri yandırdılar, bazar və evləri taladılar, onlar əsil qarətçilər idilər).
Bu gün 60 il Azərbaycan milli hökumətinin quruluşundan keçir. Azərbycanın dili hələ də qadağandır. Iqtisadi daha da pisdir. Torpağı daha da tikə-tikə olub. Varlığı danılıb, məhv olmaq üzrədir.

Biz bu gün bütün azərbaycanlıları dövlətimizin yenidən qurulması yolunda səfərbər olmağa dəvət edib şəhid Pişəvərinin birlik şuarına cavab olaraq iş birliyinə dəvət edirik.

21-Azər axşam saat 18.00 Təbriz vaxtı ilə Milli Hükümətimizin fars ordusu tərəfindən öldürülən şəhidlərimizin əziz xatirəsini canladırmaq üçün elece de Milli Dövlətimizin qurulması yolunda şəhidlərimizin qanlarının yerdə qalmaması üçün bir dəqiqə sayğı duruşunda durb, sonra fişfişalar tərəqələr ataraq, şənlik edib Milli Hükümətimizin qurulmasının şanlı xatirəsini millətimizdə canlandıraq. Duvarlarda Milli Hükümətimizin başçısı Seyid Cəfər Pişeverinin unudulmaz sözlərini ve ( yaşasin milli hükümətimizin şanlı xatirəsi ) kimi şuarlar yazaraq o günləri canlandıra bilərik.

Ulu tanrı bütün milli azadlığımız uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin.


Yaşasın 21 Azərin Şanlı Xatiresi!


İş Birliyinə qatılanlar

 

1- 21 Azər Təşkilatı



2- Azərbaycan Federasiyonu İsveç AFİ

3- Güney Azərbaycan Qadın Haqqları Birliyi GAQHB

4- Ana Yurdu Televiziyonu

5- Bütöv Azərbaycan Birliyi BAB

6- Dünya Azərbaycanlılar Kongresi DAK

7- Güney Azərbaycan İstiqlal Partiyası GAİP

8- Güney Azərbaycan Televiziyonu GünAz Tv

9- Güney Azərbaycan Türk Yüksəliş Təşkilatı

10- Gənclər Federasiyonu İsveç

11- Güney Azərbaycan İnsan Haqlarının Müdafiə Komitəsi Danimarka

12- Güney Azərbaycan Aksiyon Komitəsi İngiltərə

13- Dünya Azərbaycanlıların əlaqləndirmə şurası

14- Odlar Yurdu Radiyosu

15- Atasoy Türk

16- Araz Nesimi

17- Dr. Maleki

GünAz Tv

birlik@gunaz.tv

0017733880100



Önəri olaraq keçici İş Birliyi sorumluları

Keçici olaraq Amerika ilə Canada sorumlusu

Saleh İldırım

ildirim.azer@videotrona.ca

001514 799 2049

Keçici olaraq Avropa sorumlusu

Səttar Sevigin

sayin.sevigin@telia.com



0046707150117


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə