MİLLİ ƏDƏBİyyat şÖBƏSİ MİLLİ Çap səRVƏTİMİZİn etibarli təQDİmatçisidir




Yüklə 23.93 Kb.
tarix20.04.2016
ölçüsü23.93 Kb.
    MİLLİ ƏDƏBİYYAT ŞÖBƏSİ MİLLİ ÇAP SƏRVƏTİMİZİN
    ETİBARLI TƏQDİMATÇISIDIR
   
    K.Ənvərqızı
   
    Mərkəzi Elmi Kitabxanada Azərbaycan dilində ədəbiyyatın elmi kataloqlaşırılması işinə kitabxana yarandığı ilk illərdən başlanılmışdır.
    Belə ki, Azərbaycan ədəbiyyatı şöbəsi uzun illər ərzində Azərbaycan dilində ədəbiyyatın texniki işlənməsini, kataloqlaşdırıl-masını, fondda düzülüşünü, abonement, oxu zalları və sərgilərə xidmət göstərilməsi üçün ədəbiyyat verilişini həyata keçirmişdir.
    Artıq keçən əsrin 60-cı illərində şöbə 23396 nüsxə kitab, 6510 nüsxə jurnal, 350 dəst qəzet ilə oxuculara keyfiyyətli xidmət göstərməkdə idi. Kitabxanaya daxil olan hər bir ədəbiyyat əlifba kataloqunda əksini tapdıqdan sonra müvafiq qaydalara uyğun şəkildə «Onluq təsnifat» (Kənd və rayon kitabxanaları üçün (1956)) sxemi üzrə təsnifləşdirilirdi.
    Lakin, 1963-cü ildə Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının təklifi ilə Azərbaycan ədəbiyyatının komplektləşdirilməsi işi Komplektləşdirmə şöbəsinə, əlifba kataloqunun təşkili və aparılması işi isə Kitabişləmə vəəlifba kataloqunun təşkili şöbəsinə tapşırıldı. Elə həmin ildən etibərən kitabxanaya daxil olan yeni ədəbiyyatın kataloqu təşkil olundu və hər birindən bir nüsxə ayrılmaqla Azərbaycan əbədiyyatının toxunulmaz fondu yaradıldı. MEK-də sistemli kataloq üçün Əlifba - Predmet Göstəricisinin tərtibinə də məhz bu ildən başlanılmışdır.
    1965-ci ildə şöbə bölmə kimi Kitabişləmə və əlifba kataloqunun təşkili şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Bu zaman Azərbaycan ədəbiyyatı fondunu artıq 27420 nüsxə kitab, 7200 nüsxə dövrü mətbuat, 510 qəzet dəsti təşkil edirdi.
    1967-cı ildən Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurası MEK-da fondun yeni təsnifat cədvəli - Kitabxana-Biblioqrafiya Təsnifatı əsasında retəsnifləşdirilməsinə qərar verdi.
    1974-cü ildə Ədəbiyyatın elmi sistemləşdirilməsi şöbəsi yaran- dıqdan sonra Azərbaycan ədəbiyyatının kataloqlaşdırılması işi bütünlükdə bu şöbənin ixtiyarına verildi.
    1965-ci ildən 1974-cü ilə kimi bölmə Azərbaycan dilində ədəbiyyatın kataloqlaşdırılması işini yerinə yetirmiş, milli kitab sərvətimizin AMEA alim və mütəxəsislərinə çatdırılmasında, biblioqrafik informasiya xidmətinin təşkilində və aparılmasında müstəsna rol oynamışdır.
    Lakin son illərdə cəmiyyətimizdə baş verən siyasi, sosial-iqtisadi dəyişikliklər milli dəyərlərimizə münasibəti də kökündən dəyişdi. Belə ki, artıq AMEA-nın alim və mütəxxəsisləri milli yaddaşımızla bağlı ənənəvi axtarışla kifayətlənmək istəmir, daha sivil informasiya mənbələrinin araşdırılmasını və çatdırılmasını tələb edirdilər. Şübhəsiz ki, Azərbaycan ədəbiyyatı bölməsi də gün -gündən yeniləşən və təkmilləşən bu oxucu tələbatının qarşısında müəyyən problemlərlə üzləşirdi.
    Nəhayət, bütün bü və başqa amilləri diqqətlə nəzərdən keçirən MEK rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərmanını əldə rəhbər tutaraq, 2001- ci il sonlarında bölmənin Azərbaycan ədəbiyyatı şöbəsi kimi fəaliyyət göstəməsi barədə sərəncam imzaladı. Bu sərəncam nəinki şöbəyə münasibəti, həmçinin onun vəzifə və istiqamətini də kökündən dəyişməyə müvəffəq oldu.
    2003-cü ildə MEK-də əsaslı struktur dəyişiklikləri keçirildikdən sonra isə şöbənin adı yeniləşdirilərək Milli ədəbiyyat şöbəsi oldu.
    Hal-hazırda Milli ədəbiyyat şöbəsi kitabxana-informasiya elmi sahəsində ən qabaqcıl elmi və təcrübi yenilikləri tətbiq etməklə Azərbaycan dilində kitabxanaya daxil olan ədəbiyyatın elmi kataloqlaşdırılması, (işlənməsi, sistemləşdirilməsi) oxuculara biblio -qrafik inforomasiya xidmətinin təşkili, kitabxana-informasiya xidməti sahəsində elmi tədqiqat işlərinin aparılması və ən əsası kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması çərçivəsində Azər-baycan dilində ədəbiyyatın Elektron Kataloqunun yaradılması istiqamətində işlər aparır.
    Yarandığı dövrdən etibarən, şöbə öz işində hər zaman Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarını, Azərbaycan Respublikasının kitabxana işi sahəsində qəbul etdiyi qərar və sərəncamları, habelə AMEA nın qərar və sərəncamlarını rəhbər tutaraq öz fəaliyyətini MEK-nın Nizamnaməsinə, MEK-nın daxili inzibati qaydalarına, Milli ədəbiyyat şöbəsinin Əsasnaməsinə və şöbənin ixtisas xasiyyətnamələrinə üyğun şəkildə qurur.
    Şöbənin əsas vəzifələrindən biri Azərbaycan dilində MEK-ə yeni daxil olan ədəbiyyatın-kitabların, avtoreferatların, disserta-siyaların, qəzet və jurnalların mövcud standartlar əsasında kataloqlaş-dırılmasından ibarətdir. Bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələn şöbə əməkdaşları artıq bir ildən artıqdır ki, kitabxanaya daxil olan yeni ədəbiyyatı «QOST-7.1- 2003 «Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları» dövlət standartına uyğun təsvir edir və həmin ədəbiyyatı KBT cədvəlləri əsasında sistemləşdirir.
    Eyni zamanda şöbə Beynəlxalq miqyasda qəbul edilmiş standartla müvafiq olaraq KBT cədvəllərinə yeni düzəliş və əlavələri daxil edərək işin daha da təkmilləşdirilməsinə çalışır.
    Oxuculara biblioqrafik informasiya xidmətinin daha da keyfiyyətli və operativ həyata keçirilməsi məqsədi ilə şöbə hər il əlifba və sistemli kataloqların plana uyğun şəkildə təkrar redaktəsi davam etdirir. Redaktə prosesində kataloqda mövcud olan səhvlər üzə çıxarılır, yeni rubrikalar açılır və s. Bütün bunlar xidmətin keyfiyyətini yüksəldir.
    Əməkdaşlar kitabxana- informasiya elmi sahəsində dünya və ölkə kuitabxanalarının qabaqcıl iş təcrübəsini öyrənir, əlifba və sistemli kataloqların təşkili və istifadə edilməsi üzrə məsələlərin elmi və metodiki cəhətdən işlənilməsi proseslərini həyata keçirirlər.
    Fəaliyyətə başladığı qısa müddət ərzində burada bir sıra metodiki təlimat sənədləri hazırlanmışdır ki, bunlardan Milli ədəbiyyat şöbəsinin Əsasnaməsini və s. göstərmək olar.
    Eyni zamanda İNTERNET vasitəsi ilə kitabxana –informasiya işi sahəsində dünya təcrübəsində istifadə olunan normativ sənədlər- kitabxana informasiya işi sahəsində istifadə edilən QOST-lar, Beynəlxalq kataloqlaşdırma qaydaları və s. toplanmışdır.
    İftixarla qeyd etmək lazımdır ki, «Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında» Azərbaycan Respublikasın Prezidentinin 4 yanvar, 2003-cü il tarixli fərmanı və MEK-ə elmi statusun verilməsi Mərkəzi Elmi Kitabxananın fəaliyyətində əsaslı dönüş yaratdı.
    Artıq iki ildən artıqdır ki, digər şöbələrdə olduğu kimi Milli ədəbiyyat şöbəsində də kitabxanaşünaslıq elmi sahəsində tədqiqat işləri aparılır. Buna misal olaraq «Retrokonversiya: umümi tələb və qaydalar», «Kitabxana reklamı kitabxana və cəmiyyət arasında yeni əlaqə vasitəsidir», «Cəmiyyətdə kitabxanaçı imicinin formalaşdırılması məsələləri» və başqalarını göstərmək olar.
    «MEK-də elektron kataloqların yaralılması təcrübəsi» istiqamətində elmi tədqiqat işi MEK-nın Elmi Şurasının iclasında müzakirəyə çıxarılmış və yekdilliklə bəyənilmişdir. Eyni zamanda Milli ədəbiyyat şöbəsinin əməkdaşlarının «Mərkəzi Elmi Kitabxananın elmi əsərləri»ndə «Müasir dövrdə kitabxanaçı peşəsi: vəzifələr və problemlər, onların həlli yolları», «Kitabxana-informasiya işi sahəsində dövlət standartlarının rolu və əhəmiyyəti: QOST 7.1-2003 dövlət standartı və onun QOST 7.1- 84 dövlət standartı ilə müqayisəli təhlili» adlı elmi məqalələri nəşr edilmişdir. Bundan başqa onlar vaxtaşırı respublika mətbuatında də yeni məqalələrlə çıxış etməkdədirlər.
    Şöbə əməkdaşları daim AMEA elmi-tədqiqat institutları nəzdindəki kitabxanalara ədəbiyyatın elmi işlənilməsi və sistemləşdirilməsi uzrə metodiki rəhbərlik işini davam etdirir.
    Lakin bütün bu ənənəvi işlərin yerinə yetirilməsi ilə yanaşı bu gün Milli ədəbiyyat şöbəsinin qarşısında duran ən ümdə məqsəd MEK-nın Azərbaycanda milli məsələ çərçivəsində aktual olan, informasiya cəmiyyətinin formalaşdırılmasına və beynəlxalq informasiya cəmiyyətinə inteqrasiyasına yönələn Elektron Kitabxana layihəsində iştirak etməkdir.
    Qeyd etmək lazımdır ki, Mərkəzi Elmi Kitabxana bu işə hələ 2002-ci ilin sonlarından başlamışdı. Kitabxana hələ o dövrdə mövcud problemlə bağlı dünya və milli təcrübəni, eləcə də artıq sınaqdan çıxarılmış sistemləri nəzərdən keçirməklə “AMEA Mərkəzi Elmi Kitabxanada iş proseslərinin avtomatlaşdırılmasının təxmini iş planı»nı hazırladı.
    Bu planın ilkin mərhələsində ilk növbədə aşağıdakı məsələlər aydınlaşdırıldı:
    • Avtomatlaşdırma obyekti kimi Mərkəzi Elmi Kitabxana xarakterizə edildi.
    • Azərbaycan dilində ədəbiyyat fondu, fonddan istifadə edən oxucu kontingenti və informasiya massivi haqqında statistik məlumatlar aydınlaşdırıldı.
    • Retrokonversiya ediləcək kataloq, kataloqda kartoçkaların sayı, fiziki və məntiqi strukturu müəyyənləşdirildi.
    Hazırlıq mərhələsi başa çatdıqdan sonra Mərkəzi Elmi Kitabxana Gələcək Naminə İnformasiya Texnologiyaları Təşkilatının elektron kataloq layihəsinə qoşuldu. Gələcək Naminə Təşkilatı, informasiya- kommunikasiya texnologiyaları və təhsil sahəsi üzrə ixtisaslaşan və fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Elektron kataloq layihəsi isə oun həyata keçirdiyi irimiqyaslı layihələrdən biridir.
    Layihə 2 mərhələdə həyata keçirilmişdir və MEK bu layihənin 2-ci mərhələsinə 2003-cü ilin oktyabr ayından qoşulmuşdur.
    Layihədə iştirak etmək üçün Mərkəzi Elmi Kitabxananın Milli ədəbiyyat şöbəsinin əməkdaşları - Məmmədova Kəmalə, Ağayeva Rəfiqə, Cəfərova Xuraman, Koroğluyeva Roza, Əlizada Laçın, xüsusi hazırlıq kurslarında iştirak etmiş və proqram təminatını tam mənimsəmişlər. Təqdim edilmiş Kitab..az proqramı azərbaycan dilində kitab fondunun elektron kataloqunu yaratmaq üçün nəzərdə tutulmuşdur və kitabxana işçilərinin, eləcə də oxucuların kitabxananın resurslarında istifadəsini asanlaşdırmaq məqsədi daşıyır.
    İlkin mərhələyə Milli ədəbiyyat şöbəsinin əməkdaşları MEK-a 2003-cü ildə daxil olmuş cari ədəbiyyatın daxil edilməsi ilə başladı. Bu mərhələdə kataloqa 820 adda yeni ədəbiyyat daxil edildi. Layihənin 2-ci mərhələsində isə MEK-nın Azərbaycan dilində ədəbiyyat fondunun retrokonversiyası nəzərdə tutulurdu.
    6 oktyabr 2004-cü il tarixində www.kitab.az saytının geniş təqdimat mərasimi keçirildi. Mərasimdə layihənin həyata keçirildiyi vaxtdan bəri əldə edilmiş nəticələr və gələcək planlar açıqlandı.
    Artıq 2004-cü ilin sonunda Mərkəzi Elmi Kitabxananın elektron kataloquna 3200-dən artıq ədəbiyyat yerləşdirildi ki, bu da təşkilat tərəfindən ümumi bazaya daxil edilmişdir.
    Lakin, qeyd etmək lazımdır ki, MEK-nın əsas məlumat aparatı sayılan kataloqlarının elektron rejimə keçirilməsi informasiyanın iri həcmli olmasından və texnoloji çətinliklər nöqteyi nəzərindən çox mürəkkəb prosesdir. Təəssüf ki, ali məktəb kitabxanaları üçün nəzərdə tutulmuş kitab.az Elektron Kataloq layihəsi bu gün AMEA Mərkəzi Elmi Kitabxanası kimi iri elmi – informasiya muəssisəəsinin tələblərinə tam mənada cavab verməkdə çətinlik çəkir.
    Buna görə də, proqramla işlədiyimiz 2 il ərzində qarşıya çıxan problem və çatışmazlıqları, habelə cələcək perspektiv planları diqqətlə nəzərdən keçirən MEK rəhbərliyi qoyulan tələblərə cavab verə biləcək daha qlobal proqramların araşdırılmasına başladı. Nəhayət, 2004-cü ilin sonlarında hazırda bir çox dünya dövlətləri tərəfindən müvəffəqiyyətlə istifadə olunan İRBİS-64 proqramının 3 avtomatlaşdırılmış iş yerinin əldə edilməsinə nail oldu.
    Təkcə onu demək kifayətdir ki, İRBİS-64 sistemi fərdi verilənlər bazasını yaratmağa, informasiya massivində tammətnli axtarışın təşkilinə və ən əsası mövcud materiallara İnternet, lokal şəbəkə və s. vasitəsi ilə girişin təmin olunmasına tam zəmanət verir.
    Bu yaxınlarda proqramın nəzəri və təcrübi məsələləri ilə bağlı kitabxananın bir qrup əməkdaşı - proqramla bağlı tədris kurslarında iştirak etmişdir.
    Hal-hazırda proqramın daha da dərindən mənimsənilməsi məqsədi ilə hazırlıq tədbirləri görülür və yaxın zamanlarda bü işə başlanılacaq. Milli ədəbiyyat şöbəsinin əməkdaşları MEK-nın kitab fondunun zəncinləşdirilməsi və qorunub saxlanması işində də yaxından iştirak etməkdədir. Onlar vaxtaşırı Kütləvi İnformasiya Vasitələrində yerləşdirilən kitab reklamlarını və anonslarını izləyir və ana dilimizdə nəşr olunmuş hər bir çap məhsulunun MEK- fondunda əks olunmasına çalışırlar.
   
   





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə