Mikroorqanizmlərin kimyəvi tərkibi




Yüklə 9.97 Kb.
tarix22.04.2016
ölçüsü9.97 Kb.
Mikroorqanizmlərin kimyəvi tərkibi
Mikrob cisminin son dərəcə kiçik olmasına baxmayaraq, onun kimyəvi tərkibi çox mürəkkəbdir. Mikrob hüceyrəsini təşkil edən başqa hücüyrələrdə olduğu kimi əsasən su, zülal, karbohidratlar, lipoidlər, mineral duzlar və bir sıra başqa maddələrdən ibarətdir. Su-bakteriya hüceyrəsində, onların diri çəkisinin təxminən 75-85%-i təşkil edir, bu miqdar müxtəlif növlərdə yalnız azacıq fərqlə tərəddüd edir. Su mikrob hüceyrəsində gedən müxtəlif biokikyəvi proseslər üçün mühüt vəzifəsini görməklə yanaşı eyni zamanda (H) və (O) mənbəyi sayılır. Yerdə qalan 15-25% isə quru qalıqlardan ibarətdir ki, bunun da 50%-ni zülal təşkil edir.

Zülallar – mikrobların üzvü maddəsinin ən mühüm hissəcikləridirş. Mikrob hüceyrsindəki zülallar sadəsadə (protein) və (protoid) olmaqla iki yerə bölünür. Mikrob hüceyrəsindəki zülalın əsas hissəsini mürəkkəb zülal təşkil edir, bunlara nukleoproteidlər, xromoproteidlər, lipoproteidlər və qlikoproteidlər daxildir.

Bakteriyalarda başlıca olaraq nukloproteidlər tapılır ki, bu da mikrobun həyat fəaliyyətində olduqca mühüm rol oynayır. Nukleprotidlər nukein turşularının sadə zülallarla birləşməsi nəticəsində əmələ gəlir. Nuklein turşuları iki cür olur. Dezoksiribonuklin (DNT) və ribonuklein (RNT) turşusu, RNT mikrobun protoplazmasında tapıldığı halda, DNT ancaq nüvədə müəyyən edilir. Alimlərin fikrincə nukloprotidlər və sərbəst nuklein turşuları mikrobların həyat fəaliyyəti üçün zəruri olan spesifik maddələrin sintezində gedən kimyəvi reaksiyalarda iştirak edir.

Karbohidratlar – mikrop hüceyrəsində başlıva olaraq polisaxaridlər şəklində təsadüf edilir. Bunlar mikrop hüceyrələrinin quru qalığının 12-25%- ni təşkil edir. Karbohidratlar əsasən bakteriyanın kapsulunda müəyyən edilir. Mikrob hücüyrəsini tərkibində nişasta və qlikogen dənəcikləri də olub. Bunlar yodlamikrokimyəvi reaksiyaya girib ortaya çıxırlar. Qlikogen mikrobun daxilində ehtiyyat qida maddələri vəzfəsini daşıyır. Karbohidratlarin miqdarı bakteriyanın yaşından, növündən həm də onun olduğu qida mühtünün kəmiyyət və keyfiyyətində asılı olaraq dəyişir.

Lipoidlər – mikrop hüceyrəsinin quru qalığının 1,7 – 4%-i təşkil edir. Mikrop hüceyrəsindaə lipoidlərdən sərbəst yağ tur.uları, neytral yağlar, mum və fosfitlər təsadüf edilir.

Mineral duzlar - mikrob hüceyrəsininquru çəkisinin 2 – 3% - i təşkil edir. Duzların miqdarca dəyişməsi qidalı mühütün tərkibindən asılıdır. Mikrobun kimyəvi tərkibinə kimyəcvi maddələrdən P, K, Na S, Cl, Ca, Ma, Fe və s. olur. Ən çox təsadüf olunan fosfor olub 10 – 15% - təşkil edir.

Mikroorqanizmlərin metabalizmi. Metabalizm və ya maddələr mübadiləsi bir- birinə əks olan iki prosesdən ibarətdir.

Assimiliasiya (anabalizm) və dissimilasiya (kitobolizm).

Assimiliasiya qida maddələrinin tənzimlənməsi və onlardan hüceyrə sturukturunun sintez edilməsi prosesidir.

Dissimilasiya – qida maddələrinin parçalanması və ya oksidləşməsi hesbına yaranan enerji ayrılması prosesidir. Dissimilasiya prosesindı mürəkkəb üzvi birləşmələr daha sadə maddələrə parçalanır. Onların bir hissəsi hüceyrədən çıxarılır digər hissəsi isə biosintetik reaksiyalara və assimilasiya prosesinə sərf olunur.


İstifadə etdiyim ədəbiyyat:

“Tibbi mikrobiologiya və immunologiyadan təcrübi məşğələlərinə rəhbərlik”

    1. H.H.İbrahimov “Tibbi mikrobiologiya”


Rovshen 0555499455





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə