Microsoft PowerPoint




Yüklə 70.3 Kb.
tarix29.04.2016
ölçüsü70.3 Kb.

Microsoft PowerPoint


PowerPoint 2000 təqdimatların – yəni şəkil və qrafiklərin göstərilməsi ilə müşayiət edilən mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır. Təqdimat slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, hərəkət effektləri vasitəsilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər. Hazır təqdimatlar dinləyicilərə çap edilmiş qrafik materiallar şəklində, yaxud elektron slayd-film kimi təqdim edilir. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən də idarə oluna bilər.

PowerPoint proqramını işə salmaq üçün sistemin baş menyusundan Start(Пуск)/Programs(Программы)/Microsoft Office/Microsoft Office PowerPoint əmrini yerimək lazımdır.

Microsoft şirkətinin proqramlarında olduğu kimi PowerPoint-in pəncərəsinin yuxarı hissəsində proqramın adı görünür. Proqramın adından sonra təqdimatın adı yazılır.

Başlığın altında 9 bənddən ibarət olan menyu sətri yerləşir. Menyunun altında alətlər lövhələri yerləşir. Standart adlanan alətlər lövhəsinin köməyi ilə təqdimatın açılması və bağlanması, obyektlərin və slaydların əlavə edilməsi, obyektlərin surətinin çıxarılması və göstərilən yerdə yerləşdirilməsi kimi əməliyyatlar yerinə yetirilir. Bu lövhənin altında Formatlaşdırma paneli yerləşir. Formatlaşdırma panelinin düymələri ilə seçilmiş mətnin şrifti və istiqaməti dəyişdirilir, hərəkət effektləri (animasiyalar) tətbiq edilir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.

Proqramı yüklədikdə aşağıdakı başlıq və alt başlığın daxil edilməsi üçün nəzərdə tutulmuş titul slaydı açılır.

Bu slaydın quruluşunu dəyişmək üçün Format/Slide Layout (Формат/Размета слайда) əmrini yerinə yetirib sağ tərəfdə açılan paneldən mövcud formalardan birini seçmək olar.


Redaktorun menyu sətrinin bölmələrinə baxaq.

Файл (File) menyusu


  • Создать (New) şablonlar əsasında yeni sənəd yaradır. Bu halda

  • Пустая презентация (Blank Presentation) – boş sənəd yaradır.

  • Из шаблона оформления (From Design Template) – hazır tərtibat şablonlarından istifadə edərək yeni sənəd yaradır.

  • Мастер Автосодержания (From AutoContent Wizard) – ustanın köməyilə hazır təqdimatların əsasında yeni sənəd yaradır.

  • Фотоальбом (Photo Album) – istifadəçinin seçdiyi şəkillər əsasında fotoalbom yaradır.

Əgər boş sənəd yaratmaq istəyiriksə, alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+N düymələrini basmaq lazımdır.

  • Открыть (Open) mövcud sənədi açmaq üçün istifadə edilir. Bu əməliyyatı alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+O düymələrini basmaqla da yerinə yetirmək mümkündür.

  • Закрыть (Close) proqramdan çıxmadan cari sənədi bağlamaq üçün istifadə olunur. Bu əməliyyatı pəncərənin yuxarı sağ küncündə yerləşən Закрыть окно (Close Window) düyməsi ilə də yerinə yetirmək olar. Bu zaman sənəddə dəyişikliklər olmuşdursa, onda bu dəyişikliklərin yadda saxlanılmasını təklif edən dialoq pəncərəsi açılır.

  • Сохранить (Save) – əmr cari sənədi yadda saxlayır. Bu zaman açılan pəncərədə faylın adını verib, lazım olan əməliyyatları yerinə yetirib, Сохранить (Save) düyməsini basmaq lazımdır. Bu əməliyyatı alətlər panelindən düyməsini və ya klaviaturadan Ctrl+S düymələrini basmaqla da yerinə yetirmək mümkündür.

  • Сохранить как (Save As)əmr mövcud sənədi başqa adla, başqa yerdə, ümumiyyətlə, başqa parametrlərlə yadda saxlamağa imkan verir. Bu əməliyyatı klaviaturadan F12 düyməsini basmaqla da yerinə yetirmək mümkündür. Adətən PowerPoint-də yaradılan sənədlərin genişlənməsi .ppt olur. Əgər faylın tipini dəyişdirmək lazımdırsa, onda dialoq pəncərəsinin Тип файла (File type) siyahısından lazım olan formatı seçmək lazımdır. Məsələn, təqdimatı nümayiş kimi saxlamaq üçün bu siyahıdan Демонстрация PowerPoint (PowerPoint Show) seçib, Сохранить (Save) düyməsini basmaq lazımdır. Bu halda sənədin genişlənməsi .pps olacaq.



  • Сохранить как Веб-страницу (Save As Web Page) əmri ilə cari sənəd veb-səhifə kimi html formatı ilə (genişlənməsi ilə) yadda saxlanır.

  • Параметры страницы (Page Setup) əmri ilə açılan eyniadlı dialoq pəncərəsində sənədin səhifələrinin lazım olan parametrləri (vərəqin çap istiqaməti, ölçüləri, mətnin səhifənin kənarlarına qədər olan məsafələri və s.) təyin edilir.

  • Предварительный просмотр (Print Preview) əmri çap edilməzdən əvvəl sənədə baxışı təmin edir. Bu əməliyyatı alətlər panelində düyməsini basmaqla da yerinə yetirmək olar.

  • Печать (Print) əmri ilə cari sənədi çapa göndərmək olur. Bu zaman açılan dialoq pəncərədə çapın parametrlərini təyin etmək mümkündür. Bu əməliyyatı alətlər panelində düyməsi vasitəsilə və ya Ctrl+P düyməsini basmaqla da yerinə yetirmək mümkündür.

  • Отправить (Send) əmri cari sənədi elektron məktub və ya faks məlumat kimi göndərməyə imkan verir. Bu əməliyyatı alətlər panelində düyməsi vasitəsilə yerinə yetirmək mümkündür.

  • Свойства (Properties) əmri cari sənəd haqqında əlavə məlumatlar almağa imkan verir.

Правка (Edit) menyusu


  • Отменить (Undo) (Ctrl+Z) – yerinə yetirilmiş əməliyyatı ləğv etmək üçündür.

  • Вернуть (Redo) (Ctrl+Y)- ləğv olunmuş əməliyyatı geri qaytarmaq üçün istifadə olunur.

  • Вырезать(Cut) (Ctrl+X) – mətn fraqmenti və qrafik obyektlərin, qeyd edilmiş slaydların yerini dəyişmək üçün istifadə olunur.

  • Копировать(Copy) (Ctrl+C) – mətn fraqmenti və qrafik obyektlərin, qeyd edilmiş slaydların köçürülməsini təmin edir.

  • Буфер обмена Office(Office Clipboard) – mübadilə buferini açmaq üçün istifadə olunur.

  • Вставить (Paste) (Ctrl+V) – mübadilə buferindəki informasiyanın slayda daxil edilməsinə imkan verir. Eyni zamanda mübadilə buferindəki slaydı sənədə əlavə edir.

Bu əmrləri kontekst menyu vasitəsilə də yerinə yetirmək olar.

  • Специальная вставка (Paste Special) – mübadilə buferindəki obyektləri cari sənədə xüsusi format əsasında daxil etməyə imkan verir.

  • Вставить как гиперссылку (Paste as Hyperlink) – mübadilə buferinə köçürülmüş mətn hissəsini hiperistinad şəklində cari sənədə daxil etməyə imkan verir.

  • Очистить (Clear) əmri qeyd edilmiş mətn fraqmentini və ya obyekti silir.

  • Выделить все (Select All) (Ctrl+A) slayddakı bütün obyektləri qeyd edir, sol tərəfdəki slaydlardan biri seçildikdə isə bu əmrin köməyi ilə bütün slaydlar seçilir.

  • Дублировать слайд (Duplicate) – qeyd edilmiş slaydın surətini yaradır.

  • Удалить слайд (Delete Slide) – qeyd edilmiş slaydların silinməsini təmin edir. Klaviaturadan Del düyməsinin, kontekst menyudan eyniadlı əmrin köməyi ilə də bu əməliyyatı yerinə yetirmək olar.

  • Найти (Find) (Ctrl+F) – sənəddəki mətn, yaxud xüsusi simvolları tapmaq üçün istifadə edilir.

  • Заменить (Replace) (Ctrl+H) – sənəddəki mətn, yaxud xüsusi simvolları tapıb başqa bir mətnlə əvəz etmək üçün istifadə edilir.

  • Object (Объект) – qeyd edilmiş obyektin redaktə edilməsi üçün nəzərdə tutulmuşdur.

Вид (View) menyusu


  • Обычный (Normal) –Yeni təqdimat yaradılan zaman avtomatik olaraq bu rejim seçilir. Bu rejimdə təqdimatın pəncərəsi üç hissəyə bölünür. Slayd hissəsi – slaydın ümumi görünüşünü; struktur hissəsi – struktur rejiminin kiçildilmiş surətini və qeyd hissəsini əks etdirir. Qeyd hissəsində izahat mətni yerləşdirilir. Bu mətn slaydın üzərində göstərilmir, lakin onu qeyd rejimində ekrana çıxarmaq, yaxud slaydla bərabər bir vərəqdə çap etmək olar. Bu rejimə keçmək üçün ekranın sol aşağı küncündəki düyməsini basmaq lazımdır. Bir slayddan digərinə keçid üçün PgUpPgDn düymələrindən və ya sürüşdürmə zolağının altındakı Предыдущий (Previous)Следующий (Next) düymələrindən istifadə edilə bilər.

  • Сортировшик слайдов (Slide Sorter) – bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş eskizlərinə baxmaq olar. Bu rejimə keçmək üçün ekranın sol aşağı küncündəki düyməsini basmaq lazımdır. Bu rejimdən

  • Показ слайдов (Slide Show) (F5) – hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur. Bu rejimə keçmək üçün ekranın sol aşağı küncündəki düyməsini basmaq lazımdır. Bu halda nümayiş cari slayddan başlayacaqdır.

  • Структура (Outline) – slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub. Bu rejimə pəncərənin sol tərəfində slaydların üstündə yerləşən düyməsi ilə keçmək olar.

  • Страница заметок (Notes Page) – təqdimatın göstərilməsi zamanı mühazirəçiyə kömək məqsədi ilə yazılmış qeydlər üçün istifadə edilir.

  • Панель инструментов (Toolbars) proqram pəncərəsinə lazım olan alətlərin çıxarılmasını və lazım olmayanların gizlədilməsini təmin edir. Alətlər panelində cədvəllərlə iş üçün istifadə edilən Tables and Borders (Таблицы и границы) panelini ekrana çıxarmaq üçün düyməsindən istifadə etmək lazımdır.

  • Линейка (Ruler) əmri ilə ekrana xətkeşi çıxarmaq və ya gizlətmək mümkündür.

  • Колонтитулы (Header and Footer) – bütün səhifələrdə təkrar olunan məlumatların – kolontitulların yaradılmasına imkan verir.

Bu zaman ekrana çıxan Колонтитулы (Header and Footer) pəncərəsi vasitəsilə sənədə cari vaxtı, tarixi (Дата и время, Date and Time), slaydların nömrəsini (Номер слайда, Slide number), və b. məlumatları daxil etmək mümkündür. Kolontitullar slaydın aşağısında yerləşir.



  • Образец (Master) – sənəddəki slaydların və s. strukturunu dəyişməyə imkan verir. Bu zaman ekranda slaydın ümumi strukturu əks olunur.

Buradan kolontitulların, tarix və vaxtın, slayd nömrələrinin slaydda yerini, onların formatını (şrifti, rəngini, ölçüsünü və s.) dəyişmək mümkündür.



  • Цвет/Оттенок (Color/Grayscale) – slaydları rəngli, boz və ağ-qara rejimlərinə dəyişdirir. Bu əməliyyatı alətlər panelindən düyməsi də yerinə yetirir.

  • Grid and Guides (Сетка и направляющие) – Slaydda obyektlərlə daha rahat işləmək, onları slaydda yerləşdirmək üçün şəbəkə xətlərindən və istiqamətləndiricilərdən istifadə edilir. Bu əmr yerinə yetirildikdə ekranda xətlər əks olunur. Alətlər panelində düyməsindən də istifadə etmək olar.

  • Во весь экран (Full Screen) ekranda ancaq sənədin görünməsini təmin edir.

  • Масштаб (Zoom) əmri sənədin miqyasını təyin edir. düyməsindən də istifadə etmək olar.

Вставка (Insert) menyusu


  • Новый слайд (New slide) (Ctrl+M) ­– sənədə yeni slayd əlavə etmək üçün istifadə edilir. Bu əməliyyat düyməsi ilə və slaydın kontekst menyusundan da yerinə yetirilə bilər.

  • Дублировать слайд (Duplicate Slide) – qeyd edilmiş slaydın surətini yaradır.

  • Номера страниц (Slide number) – kursorun durduğu mövqeyə cari slaydın nömrəsini daxil edir.

  • Дата и время (Date and Time) əmri sənədə cari vaxtı və tarixi daxil edir.

  • Символ (Symbol) əmri sənədə klaviaturada olmayan simvolları daxil etməyə imkan verir.

  • Примечание (Comment) sənədə şərhlərin daxil edilməsi üçün istifadə edilir.

  • Slides from Files (Слайды из файлов) – cari sənədə PowerPoint-də yaradılmış digər faylların slaydlarını daxil etməyə xidmət edir.

  • Slides from Outline (Слайды из структуры) – mətn proqramlarında yaradılmış faylların (.doc, .rtf, .txt) cari sənədə slayd şəklində daxil edilməsini təmin edir.

  • Рисунок (Picture) əmri sənədə müxtəlif şəkillərin, diaqramların, avtofiqurların və s. daxil edilməsini təmin edir.

  • Картинки (ClipArt) – Microsoft Office paketinə aid olan şəkillərin daxil edilməsi; bunun üçün Рисование (Drawing) panelində düyməsindən də istifadə etmək olar.

  • Из файла (From File) – digər fayllarda olan şəkillərin daxil edilməsi; bunun üçün Рисование (Drawing) panelində düyməsindən də istifadə etmək olar.

  • Создать фотоальбом (New Photo Album) – bu əmri yerinə yetirdikdə açılan pəncərədən alboma daxil ediləcək şəkilləri seçib, Create (Создать) düyməsini basmaq lazımdır. Avtomatik olaraq hər bir şəklə uyğun yeni slayd yaranacaq. Şəkillər bu slaydlarda yerləşir.

  • Автофигуры (AutoShapes) – hazır fiqurların köməyi ilə sxemlərin, şəkillərin çəkilməsi; bu əməliyyatı Рисование (Drawing) panelindəki düymələrdən istifadə etməklə də yerinə yetirmək olar:



  • Объект WordArt (WordArt Object) – hazır yazı stillərindən istifadə etməklə müxtəlif formalı yazıların daxil edilməsi; bu obyekti daxil etmək üçün Рисование (Drawing) panelindəki düyməsindən də istifadə etmək olar.

  • Организационная диаграмма (Organization Chart) – təşkilatı diaqramların sənədə daxil edilməsi. Diaqramın daxil edilməsi üçün Рисование (Drawing) panelində düyməsindən də istifadə etmək olar.

Təsvirlər üzərində dəyişikliklər, parlaqlığının artırılması, rənglərinin dəyişdirilməsi, mətnlə əhatə olunması rejimlərinin dəyişdirilməsi, ağ-qara rejimə keçilməsi və s. kimi əməliyyatlar şəkli seçdikdə avtomatik ekrana çıxan Настройка изображения (Picture) panelindən yerinə yetirilir.

  • Диаграмма (Chart) – müxtəlif tipli diaqramların sənədə daxil edilməsi üçündür. Bunun üçün alətlər panelində düyməsindən də istifadə etmək olar.

  • Надпись (Text Box) əmri mətn, şəkil, qrafik və s. üzərinə mətnin yerləşdirilməsi üçün istifadə edilir. PowerPoint-də bütün yazılar yazı qutularının içində yazılır. Yazı qutusunu daxil etmək üçün Рисование (Drawing) panelində düyməsindən də istifadə etmək olar.

  • Фильмы и звук (Movies and Sound) – slayda səsin və video tipinə malik obyektlərin daxil edilməsi üçündür.

  • Таблица (Table) – sənədə cədvəl daxil etmək üçün istifadə edilir. Cədvəli seçdikdə ekrana Таблицы и границы (Tables and Borders) paneli çıxır. Bu panelin əsas düymələrini qeyd edək:

    • – yeni cədvəlin çəkilməsi;

    • – cədvəlin xətlərinin silinməsi (bu halda xanalar birləşdirilir);

    • cədvəlin xəttinin tipi;

    • – cədvəlin xəttinin qalınlığı;

    • – cədvəlin xəttinin rəngi;

    • – cədvəlin sərhəd xətlərini təyin etmək üçün istifadə edilir;

    • – cədvəlin xanalarının rəngi;

    • – cədvəlin bir neçə xanasının birləşdirilməsi;

    • – xananın bir neçə xanaya bölünməsi;

    • – mətnin xanadakı mövqeyi;

    • – seçilmiş sətirlərin hündürlüyünün bərabərləşdirilməsi;

    • – seçilmiş sütunların eninin bərabərləşdirilməsi;

    • – bu siyahı vasitəsilə cədvələ yeni sətir, sütunun daxil edilməsi və s. əməliyyatlar yerinə yetirilir.

  • Гиперссылка (Hyperlink) cari sənəddən müxtəlif fayllara və veb-səhifələrə istinadı (əlaqəni) təmin edir. Bu zaman açılan pəncərədən bələdçi vasitəsilə əlaqə yaradılacaq faylın yolunu təyin etmək lazımdır. Alətlər panelindəki uyğun düymə budur:

  • Объект (Object) sənəddən çıxmadan müxtəlif proqramlarda yaradılmış obyektlərin daxil edilməsinə və əlaqələndirilməsinə (OLE) imkan verir.

Формат (Format) menyusu


  • Шрифт (Font) əmri sənəddə istifadə ediləcək şrifti, onun ölçülərini, rəngini və s. parametrləri təyin etməyə imkan verir.

Formatlaşdırma panelində ən çox istifadə edilən düymələr aşağıdakılardır:

      • – şrift – hərflərin yazılma formasıdır.

      • – Şriftin ölçüsü – punktlarla (pt) təyin edilir. 1Punkt =1/72 dyüm = 0,3528 mm

      • – şriftin rənginin dəyişdirilməsi üçün istifadə olunur.

      • – Qeyd edilmiş mətni qalın hərflərlə yazır.

      • – Qeyd edilmiş mətni kursiv hərflərlə yazır.

      • – Qeyd edilmiş mətnin altından xətt çəkir.

      • – Qeyd edilmiş mətnə kölgə verir.

      • – Qeyd edilmiş mətnin ölçüsünü böyüdür.

      • – Qeyd edilmiş mətnin ölçüsünü kiçildir.

      • formatın köçürülməsi – mətnin formatını başqa bir mətnə tətbiq etmək üçün istifadə olunur.

      • – mətnin məsafələrinin azaldılması və artırılması. Əsasən sətirlərin çoxsəviyyəli nömrələnməsində istifadə olunur.

      • – slaydın formatını dəyişmək üçün şablonların siyahısını ekranın sağ tərəfindəki panelə çıxarır.

  • Список (Bullets and Numbering) sətirlərin nömrələnməsini və işarələnməsini təmin edir.

düymələri uyğun olaraq sətirləri nömrələyir və müxtəlif simvollarla işarələyir.

  • Выравнивание (Alignment) – mətnin uyğun olaraq solda, ortada, sağda yerləşməsi və kənarları düz mətn formatı üçün istifadə edilir. Bu əmrin düymələri - .

  • Интервалы (Line Spacing) – bu əmr vasitəsilə sətirlər arasındakı məsafə, abzaslar arasındakı məsafələr və s. müəyyən olunur.

  • Регистр (Change Case) – qeyd olunmuş mətn hissəsində baş hərflərin böyük olmasını, bütün hərflərin kiçildilməsini və baş hərflər rejiminə keçirilməsini və s. təmin edir. Bu əməliyyatları klaviaturadan Shift+F3 düymələrini ardıcıl basmaqla da yerinə yetirmək olar.

  • Замена шрифтов (Replace fonts) – sənəddəki cari şriftin başqa şriftlə əvəz olunmasını təmin edir.

  • Оформление слайда (Slide Design) – hazır tərtibat şablonlarından istifadə edərək slaydları formatlaşdırmağa imkan verir. Bu əməliyyat formatlaşdırma panelindən düyməsindən istifadə etməklə də yerinə yetirilir.

  • Разметка слайда (Slide Layout) – slaydın strukturunu (şəkilli, cədvəlli, diaqramlı, yazı qutulu və s.) dəyişmək üçün istifadə edilir. Bu əmri yerinə yetirdikdə pəncərənin sağ tərəfində aşağıdakı panel açılır.



  • Фон (Background) – slaydın rəngini dəyişdirmək üçün istifadə olunur. Açılan pəncərədən Способы заливки (Fill Effects) siyahısından müxtəlif rəng effektləri seçə bilərik.


Сервис (Tools) menyusu


  • Правописание (Spelling and Grammar) – sənəddəki orfoqrafik və qrammatik səhvləri yoxlayıb, aradan qaldırılmasını təmin edir. Bu əməliyyatı F7 funksional düyməsi də yerinə yetirir. Alətlər panelində düyməsindən də istifadə etmək olar.

  • Язык (Language) – cari sənəddə qeyd olunmuş mətnə uyğun lüğət dilinin seçilməsini təmin edir.

  • Тезаурус (Thesaurus) – bəzi sözlərin sinonimlərlə əvəz edilməsinə xidmət edir.

  • Справочные материалы (Research) – daxil edilmiş söz və söz birləşmələri haqqında əlavə məlumatlar almağa imkan verir.

  • Звукозапись (Speech) – slaydların nümayişi zamanı istifadə olunacaq səsli müşayiətin mikrofon vasitəsilə kompyuterə yazılması üçün istifadə edilir.

  • Параметры автозамены (AutoCorrect Options) – mətnin daxil edilməsi zamanı bir sıra simvolların başqaları ilə əvəz edilməsini təmin edir.

  • Макрос (Macro) – bir neçə ardıcıl yerinə yetirilən əməliyyatın bir əməliyyat kimi yerinə yetirilməsidir.

  • Настройка (Customize) əmri ilə ekranda alətlər lövhəsinin verilməsi, bu lövhəyə yeni düymələrin əlavə edilməsi və ya çıxarılması və s. əməliyyatları yerinə yetirmək olar.

  • Параметры (Options) əmri ilə proqramda çap parametrlərinin dəyişdirilməsi, avtomatik orfoqrafiyanın yoxlanılmasını təmin etmək, görünüşlə bağlı əlavə parametrləri təyin etmək və s. mümkündür.

Показ слайдов (Slide Show) menyusu


  • Начать показ (View Show) (F5) – təqdimatın nümayişinə başlamaq üçün istifadə edilir. Bu əməliyyatı, ekranın sol aşağı küncündəki düyməsini və ya Настройка анимации (Custom Animation) panelində düyməsini basmaqla da yerinə yetirmək mümkündür.

  • Настройка презентации (Set Up Show) – təqdimatın parametrlərini tənzimləmək üçün istifadə olunur.

  • Настройка времени (Rehearse Timings) – təqdimatın nümayişi zamanı obyektlərin animasiyaları arasındakı vaxtı tənzimləmək üçün istifadə olunur. Vaxt saxlanıldıqdan sonra avtomatik olaraq Сортировшик слайдов (Slide Sorter) rejiminə keçilir.

  • Управляющие кнопки (Action Buttons) – bu əmri yerinə yetirdikdə seçdiyimiz düyməyə uyğun şəkli çəkirik və bu idarəedici düyməyə aid dialoq pəncərə açılır.

Buradan lazım olan əməliyyatları yerinə yetirib, OK i basmaq lazımdır. Bu düymələrin üzərində mausun sağ düyməsini basdıqda cari slayddan digər slayda, təqdimatın birinci slaydına, sonuncu slaydına keçidi, hər hansı bir faylın, veb-saytın açılmasını, nümayişin sona çatdırılmasını, proqramın, makrosun yerinə yetirilməsini və s. təmin edir. İdarəedici düymələr yalnız təqdimatın nümayişi zamanı aktiv olur.





  • Настройка действия (Action Settings) – hər hansı bir obyekt üçün Управляющие кнопки (Action Buttons) əmrini yerinə yetirdikdə açılan dialoq pəncərəsini ekrana çıxarmaq üçün istifadə edilir. Bu əmri obyektin kontekst menyusundan da yerinə yetirmək olar.



  • Эффекты анимации (Animation Schemes) – obyektlərə əlavə animasiya effektləri vermək üçün istifadə edilir.

  • Custom animation – obyektlərə animasiya vermək üçün istifadə edilir. Bu əmri yerinə yetirdikdə sağ tərəfdə eyni adlı panel açılır. Buradan Добавить (Add Effect) düyməsini basıb, lazım olan effekti seçdikdən sonra aşağı hissədə effektlərin nömrələnmiş adı əks olunur. Bu ardıcıllığı dəyişmək mümkündür. Bunun üçün mausun sol düyməsini basılı çəkib lazım olan yerə çəkib aparmaq lazımdır.

Nümayiş zamanı animasiyaları idarə etmək üçün mausdan və klaviaturadan istifadə edilir. Effektlərin parametrlərini dəyişmək mümkündür. Bunun üçün effektin adının üzərində mausun sağ düyməsini vurub, açılan menyudan lazım olan əmri seçirik. Məsələn, effektin bir neçə saniyədən sonra görünməsi tələb olunursa, kontekst menyudan Время (Timing) əmrini seçib, açılan pəncərədə vaxtı təyin etmək lazımdır. Effekti silmək üçün Удалить (Remove) əmri yerinə yetirilir.

  • Смена слайда (Slide Transition) – təqdimatın nümayişi zamanı slaydların dəyişmə effektlərini, slaydların dəyişmələri arasındakı vaxtı təyin etməyə imkan verir. Bu əmri slaydın kontekst menyusundan da yerinə yetirmək olar.

  • Скрыть слайд (Hide Slide) – təqdimatın nümayişi zamanı qeyd edilmiş slaydın göstərilməməsi üçün nəzərdə tutulmuşdur. Bu halda siyahıda gizlədilmiş slaydın üzərindən xətt çəkilmiş olacaqdır:. Bu əmri slaydın kontekst menyusundan da yerinə yetirmək olar.



  • Произвольный показ (Custom Show) – təqdimatın slaydlarından nümayiş üçün lazım olan bir qrup slaydın yığılması və bu slaydların nümayişi üçün istifadə olunur.


Окно (Window) menyusu


Pəncərələrlə iş üçün (pəncərələrin düzülməsi, bölünməsi və s.) istifadə edilir.

Справка (Help) menyusu


Proqramda iş qaydaları haqqında köməkçi məlumatlar almağa xidmət edir. Məlumat pəncərəsini F1 düyməsi ilə də açmaq olar.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə