Mətbuat üçün məlumat Biznesin aparılması 2009: Azərbaycan dünyanın aparıcı islahatçısıdır




Yüklə 14.5 Kb.
tarix06.03.2016
ölçüsü14.5 Kb.
Mətbuat üçün məlumat
Biznesin aparılması 2009: Azərbaycan dünyanın aparıcı islahatçısıdır;

Şərqi Avropa və Orta Asiya tənzimləyici islahatlar üzrə birincidir
Vaşinqton, 10 sentyabr 2008-ci il - IFC və Dünya Bankı tərəfindən dərc olunan illik hesabatlar silsiləsində altıncı olan Biznesin aparılması 2009 hesabatına əsasən Azərbaycan sahibkarlıq fəaliyyətini asanlaşdırmaq üçün biznesin tənzimlənməsi sahəsində aparılmış islahatlara görə dünyanın aparıcı ölkəsidir.
2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahələnin 7-də islahatlar həyata keçirmiş və Biznesin aparılması hesabatı tərəfindən qeydə alınan bir ildə ən böyük yüksəliş edərək sahibkarlıq fəaliyyətinin əlverişliyi baxımından dünya reytinqində 97-ci yerdən 33-cü yerə layiq görülmüşdür.
“Hökumətin cəmləşmiş səyləri sayəsində Azərbaycan bu il ... və misli görünməmiş nəticə əldə etmişdir. Səmərəli tənzimləmə sistemini tətbiq etməklə ölkə yeni müəssisələrin yaradılmasını və formal sektorun genişlənməsini təşviq edir ki, bu da ölkənin qeyri-neft iqtisadiyyatında özəl sektorun aparıcı rol oynadığı artımı təmin etmək potensialını gücləndirir” – BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirmişdir.

İslahatlar arasında dövlət kredit reestrinə kreditlər barədə məlumatın verilməsi üçün minimum həddi aradan qaldırmaqla reestrin gücləndirilməsi və iki dəfə artıq sayda borcalanların əhatə olunmasıdır. Əmək məcəlləsinə edilmiş dəyişikliklər iş yerlərinin yaranmasına köməklik etmişdir. Azərbaycan həmçinin Bakıda ikinci iqtisadi məhkəmə yaratmış və xüsusi məsələlər üzrə hakimlərin sayını artırmışdır.


Yeni qanun minoritar səhmdarların hüquqlarının qorunması üçün daha çox şərait yaradır. Yeni vahid əmlak reestri əmlak qeydiyyatını asanlaşdırır. Şirkətlərin qeydiyyatı üçün bir pencərə sisteminin təqdim edilməsi prosedurların sayını azaldır və biznesin başlanması üçün tələb olunan vaxtı yariyadək qısaldır. Ödəniləcək vergiləri hesablamaq üçün peşəkar mühasibat proqramı ilə təchiz olunmuş elektron ərizələrin verilməsi və elektron ödəniş sistemini təqdim edilməsi vergi öhdəliklərini yüngülləşdirir. Bu həmçinin investorların hüquqlarının qorunması və kreditlər üzrə məlumat bazasının yaradılması işini təşviq etmişdir.
“Şərqi Avropa və Orta Asiya ölkələri biznesə dair tənzimləyici maneələrin aradan qaldırılması və islahatlara sadiqlikləri baxımından dünya ölkələri arasında birinciliyi qoruyub saxlamaqdadırlar,” hesabatın müəlliflərindən biri Svetlana Bagauddinova qeyd etmişdir və əlavə etmişdir, “Bu il Azərbaycan nəinki regionda həm də dünyada islahatlar üzrə lider olaraq biznes üçün əlverişli ölkələrin dünya reytinqində dramatik sürətdə irəliləmişdir.”
Şərqi Avropa və Orta Asiyada 25 ölkənin 23-də sahibkarlıq fəaliyyətini asanlaşdıran 62 islahat həyata keçirilmişdir ki, bu da dünya göstəricilərinin dörddə birini təşkil edir. Dünyanın biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan 10 ölkəsindən dördü Şərqi Avropa və Orta Asiya regionundandır. Həmin 10 ölkə, ardıcıllıqla aşağıdakılardır: Azərbaycan, Albaniya, Qırğız Respublikası, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Kolumbiya, Dominikan Respublikası və Misir.
Sinqapur üç il ardıcıl olaraq biznesin aparılması hesabatında tənzimləyici mühitin sahibkarlıq fəaliyyəti üçün əlverişliyi baxımından dünya ölkələri siyahısında birinci yer tutur. Ondan sonra Yeni-Zellandiya, üçüncü pillədə isə ABŞ-dır. Şərqi Avropa və Orta Asiyada yüksək yerləri tutan ölkələr Gürcüstan (15), Estoniya (22), Litva (28), Latviya (29), Azərbaycan (33) və Slovakiya (36).
Biznesin aparılması hesabatı 181 ölkə arasında araşdırma aparmaqla, onları biznesin açılmasına və həyata keçirilməsinə, xarici ticarətin aparılmasına, vergilərin ödənilməsinə və biznesin bağlanmasına dair hökumətlərin müəyyən etdiyi qaydalara riayət etmək üçün tələb olunan vaxtı və xərcləri göstərən 10 kommersiya fəaliyyətinin tənzimlənməsi göstəricilərinə əsasən fərqləndirir. Burada makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyutanın sabitliyi, investor cəlbediciliyi və ya cinayyət səviyyəsi kimi sahələr əks olunmamışdır.
Onlayn media brifinq mərkəzi:
Jurnalistlər qadağa vaxtı bitməzdən əvvəl materialları Dünaya bankının Onlayn media brifinq mərkəzi vasitəsilə http://media.worldbank.org saytından əldə edə bilərlər.
Akreditasiya olmuş lakin parolu olmayan jurnalistlər http://media.worldbank.org saytında qeydiyyat formasını doldurmaqla parol üçün müraciət edə bilərlər.
Biznesin aparılması layihəsi metodoloji dəstək göstərmiş və araşdırmaların aparılmasında köməklik etmiş 6700 yerli ekspertlərin – biznes məsləhətçilərin, hüquqşünasların, mühasiblərin və hökumət işçilərinin – və dünya üzrə aparıcı alimlərin səyləri nəticəsində reallaşmışdır. Bu barədə məlumat, istifadə olunan metodologiya və dəstək göstərənlərin adları www.doingbusiness.org internet saytından əldə oluna bilər.
Biznesin aparılması 2009 hesabatı haqqında əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Vaşinqtonda
Mariya Aleksandra Velez Henao 1 (202) 458-8789 Rebeka Ong 1(202) 458-0434

Mob: 1 202 684 4117 Mob: 1(202) 651-1390

E-ünvan: mvelezhenao@ifc.org E-ünvan: rong@ifc.org
Mərkəzi və Şərqi Avropada

Ilya Sverdlov +7 (495) 411 7555 Nejdana Bukova +7 (985) 411 3986



ISverdlov@ifc.org nbukova@ifc.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə