Mətanət Mikayılova ислами бирлийин зярурилийи




Yüklə 47.4 Kb.
tarix22.04.2016
ölçüsü47.4 Kb.





Mətanət Mikayılova

ИСЛАМИ БИРЛИЙИН
ЗЯРУРИЛИЙИ

Allah-təala Quranda buyurur:



اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا
فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ

Allahdan başqa tanrı yoxdur. Diri və qəyyumdur. O nə mürgülər nə də yuxuya dalar. Göylərdə və yerdə hər nə var onundur.”1



سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى

(Ya peyğəmbər) Ən uca olan rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!”2

Saysız–hesabsız təriflər dünyalar sahibinin böyük izzət və əzəmətinə layiqdir. Yer, göy, asimanlar, ərş Onun iradəsi altında nizam tapıb. O əzəli, əbədi, doğmayan-doğulmayan, hamının ehtiyacını ödəyən, bizi bizdən yaxşı tanıyan ,yeganə ibadətə layiq olan bir məbuddur. İmam Həsən Əsgəri (ə) buyurur: “Allah həmin o varlıqdır ki, bütün yaradılışlar ehtiyac və cətinlik zamanı, həmcinin Ondan başqa hər şeydən ümüdünü kəsən vaxt Ona pənah aparır.

Böyük filosof-şair İmadəddin Nəsimi yazır:



Verən Sənsən, alan Sənsən, deyən Sənsən , eşidən Sən

Görən Sən, göstərən Sənsən onun çün qamusi ziba

Qədimi ləm yəzəl Sənsən, əhəd Sənsən, əzəl Sənsən

Qəmu Səndən bu combeşlər, cahanda bir quru qovğa

Arif Nəsimi hikmət dəryasına baş vuraraq Haqqın sifətlə­rini vurğulayir.

Allah Quranda buyurur:

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

O Allah ki həqiqəti aciqlamaq üçün kitabı və ədaləti endirdi.”1

Allah-təala kitabı və ədaləti endirdi ki, insan bu kitab və ədaləti əlində bayraq edib yaşasın. Hamımız Allahın bəndələriyik və hamımız bir şəxsdən (Adəmdən) yaranmışıq.

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى

Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.”2

Yaradılışda insanlar arasında fərq olmadığı üçün hec kəs başqasından rənginə, irqinə, cinsiyyətinə məkanına görə üstün deyil. Üstünlük yalnız imandadır. Kim Allaha daha cox bağlanıbsa, kim Allahı daha cox sevirsə, onun əmrini bir aciz qul kimi xuşu və xuzu ilə yerinə yetirirsə, üstün ola bilər.

Allah-təala buyurur:



مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ

Bundan ötrü Bəni-Israilə yazıb [əmr etdik] ki, bir kimsəni öldürməyən və yer üzündə fəsad törətməyən bir şəxsi hər kəs öldürsə, bütün insanları öldürmüş kimi olur və hər kəs bir şəxsi diriltsə (ölümdın qurtarsa) bütün insanları diriltmiş kimi olur. Doğrudan da bizim Peyğəmbərimiz onlara açıq-aydın dəlillər gətirmişlər, bununla belə yenə də onların bir çoxu yer üzündə, mütləq həddi aşandırlar.”1

Allahın razılığı daha böyükdür.”2

Allahımız, kitabımız, qibləmiz bir olduğu halda, hansı ayrılıqdan danışmaq olar. Müsəlman harda olursa-olsun namaz qilmaq ücün eyni vaxtda dəstəmaz alıb, eyni qibləyə üz tutaraq Allahın müqəddəs ayələrini pıcıldayir və deyir:



مَـالِكِ يَوْمِ الدِّينِ إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ

Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik.3

Ataların gözəl bir sözü var “Qaçanda Allahı cağırır, qovan da” Allah isə bircə şeyi buyurur: Ey iman gətirənlər! Rüku və səcdə edərək, Allaha ibadət edin.

Həzrət Rəsuli Əkrəm (s) buyurur: “Dünyada bəla və fitnədən başqa bir şey qalmır. Kim nicat tapirsa yalnız səadət və ixlasla, Allaha pənah aparmaqla nicat tapır. Yeganə yol budur.”

Məşhur bir deyim var:

“Türk qılıncını qalxanını qurşadı cıxdı özünə tay düşmən axtarmağa, tapa bilmədi özu-özünə düşmən kəsildi” Ağıllı, təqvalı Allaha təvəkkül edən insan özü-özünə düşmən kəsilərmi? Biz özümüz-özümüzə düşmən kəsilmişik. Hamimiz Adəm övladı, Məhəmməd ümməti olduğumuz halda bir-birimizə həqarətlə baxırıq. Allah-təala buyurur:



كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ

İnsanlar vahid ümmət idilər. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. İnsan­lar arasında ixtilafları ayırd etmək ücün o peyğəmbərlərlə birlikdə haqq olan kitabı nazil etdi.”1

Hazırda islam ümməti müxtəlif irq, dil maddi və mənəvi dəyərlər toplusundan təşkil olunmuşdur.

Peyğəmbər (s) buyurub: Üç xislət vardır ki, onlardan biri kimdə olsa o Allahdan başqa heç bir yeri olmayan Qiyamət günündə ilahi əzəmətin sayəsində daldalanar.

1. Başqalarından özünə qarşı gözlədiyi rəftar ilə başqa­ları­na münasibət bəsləyən adam.

2. Bütün əməllərində Allahın razılığını və qəzəbini əsas götürən adam.

3. Öz eybini islah etməyincə, başqalarında eyb aramayan şəxs.

Kifayətdir ki, ölmək bizim ücün moizə, əql dəlil, təqva yol tədarükü, ibadət peşə və məşquliyyət, Allah-təalaya munis, Quran isə bəyan olsun.

İslam düşmənləri müsəlmanlar üzərində öz hökmranlıq­la­­rı­nı saxlamaq üşün onlar arasında ikitirəlik, ayrıseşkilik və düşmənçilik yaratmışlar ki, onların başı bu kiçik məsələlərə qarışsın. Düşmənlər də tam məharətli planlarla yavaş-yavaş onların yerlərini, şəhərlərini ələ kecirərək, rahatca tərəqqiyə və inkişafa catıb uzaqdan bizim mənasız münaqişələrimizə baxıb gülsünlər.

Biz həddən artıq cüzi məsələlər ucbatından bir-birimizlə savaşırıq. Həzrət Peyğəmbərin (s) hicrətindən 300 il kecənə qədər islam tarixində məzhəb adlı bir məsələ olmayıb. Hazırda bu məsələni müsəlmanlar arasında ayırıcı bir amil halına gətirərək Şiə, Sünni, Hənəfi, Maliki, Şafei, və s. adlar altında bir-birlərinə qarşı cıxarıb işi ölüm-dirim mübarizəsinə catdırırlar. Yabançıların məkrli əlləri hər gün islam dünya­sının qardaşlıq və birliyini parcalamağa calışır. Silah-sursat emal edib siyasət və iqtisadiyyatını möhkəmləndirərək qardaşı-qardaşa qırdırmaq üçün fürsət gözləyirlər.

Lə iləhə illəllah Muhəmmədən rəsulullah” deyən hər bir kəs müsəlman kimi tanınmalıdır. Ancaq bir şərtlə ki, onlar islam dininin zərurətləri sayılan namaz, oruc, zəkat, həcc və s. kimi vacib əməlləri inkar etməsinlər. İslam Peyğəmbəri (s) belə buyurmuşdur:

“Mən Allah tərəfindən xalqı "Lə ilahə illəllah Muhəmmə­dən rəsulullah"deyənə qədər mübarizə aparmağa məmur edilmişəm. Onlar bu cümləni söylədikdən sonra canları, mal və namusları qorunar, bir-birlərinə qardaş olarlar.”

Əmirəlmöminin Həzrət Əli (ə) möminin xislətlərini bəyan edərək buyurub: Mömin, düz danışan, qəlbi təmiz, qayğıkeş, şəriətin hədlərini əzbər bilən, ağlı kamil, qəlbi küfrdən uzaq, həlim, əliaçıq, malını bəxş edən, dili şirin, üzü gülər, amma daim hüznlü, həmişə fikrli, az yatan, az dülən, təbiəti və xasiyyəti xoş, öz nəfsinin həvəslərini öldürən, dünyada zahid, axirətə rəğbətli, qonaq sevən, yetimə kömək edən, xəstələrə baş cəkən, cənazəni müşayət edən, Quranın hörmətini bilən, Allah-təalaya münacat edən, öz günahlarına ağlayan, vacib əməlləri edib haramdan cəkinən, yeməyi aclıqdan, icməyi susuzluqdan, hərəkəti ədəbli, sözləri nəsihət, moizəsi gözəl olan şəxsdir.

Peyğəmbər (s) buyurub:

Mömin Allah-təalaya müqərrəb mələklərdən daha yaxındır. Allahın tövbə edən mö’minlərdən artıq dost tutduğu bir şəxs yoxdur.”

İslamın zühuru ilə ruhani aləmlərin qapısı Adəm övladının üzünə açıldı. Qurani-Kərimin buyurduqları və peyğəmbərin əxlaqı vəhşi, bütpərəst, qarətçi ərəbləri nurani bir insana döndərdi ki, hər biri öz novbəsində dünyada nümunəyə cevrildilər. Sonuncu səmavi kitabın nazil olmasından sonra ürfan, fəlsəfə, kəlam, məntiq, əxlaq və s. kimi insan həyatının proqramını verən bir din yarandı. Ruhani mərkəzi Məkkə, mədəni və siyasi mərkəzi Bağdad olan böyük bir imperatorluq təşəkkül tapdı.

Vil Dorant "Tarix və sivilizasiya" kitabının XI cildində yazır:

“İslami sivilizasiyazının yaranması, daha sonra sıradan cıxması böyük tarixi hadisələrdəndir. İslam beş əsr boyunca qüdrət, nizam-intizam nümunəvi əxlaq, adi yaşayış tərzi, ədalətli qanunları ilə dünyada öndə idi. Avropa islam ölkələ­rin­dən ərzaq məhsulları, tibbi ləvazimatlar, silah-sursat, incə­sə­nət əsərləri, sənaye məhsulları əldə etməyi öyrənmişdir. Onlar ərəb alimlərindən, ərəb həkimlərindən beş əsr boyunca tibbin incəliklərini, kimya, riyaziyyat, astranomiya, təbiətşünaslıq sa­hə­sin­də elmi nəaliyyətləri qazanmışdılar.”

İbn Sina, Zəkəriyya Razi, Məhəmməd əl-Xarəzmi, Nəsrəddin Tusi kimi alimlərin əsərlə­rin­dən bu gün də insanlar bəhrələnirlər. Bütün dünyada silah­qa­yır­ma, şüşəqayirma, dəmircilik, cildsalma, toxuculuq ülgü­ləri və s. müsəlman sənətkarların təsiri altında yaradılmışdır. Bu müvəffəqiyyətlər özünün qızıl dövrünü yaşayan bir cəmiyyətdə baş verirdi. Bütün fəth və inqilabların əsas amili müsəlmanların islam ətrafında birləşməsinin nəticəsi idi. Yer kürəsinin əksər ölkələrinə yiyələnmiş və tək olan Allahın buyurduqlarını yerinə yetirəcək bütün dünyaya meydan oxuyan müsəlmanlar getdikləri düz yoldan azaraq məğlub olub, düşmənlərinin əsarəti altına düşüb sürünməyə başladılar. Allah rizası ücün yaşamayan insanı, Allah özbaşına buraxar. Özbaşına qalan insan isə şeytana uyar. Əbu Əli Sina, Nəsrəddin Tusi, Şeyx Şəhabəddin, Molla Sədra kimi şəxsiyyətləri olan müsəlmanlar ilahi əxlaq və dəyərlərdən ayrı düşərək qərb dünyasına üz tutdular.

Müsəlmanlar, bir-birlərindən ayrılıb, təfriqəyə uyduqları üçün şan-şöhrət taxt-tacından zillət bataqlığına yuvarlandılar.



وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا

Hər kəs pis bir iş gördükdən sonra və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.”1



Amma unutmamalıyıq ki, keçmişlərdəki parlaq şöhrətə bu gün də Qurani-Kərimi və peyğəmbərin əxlaqını əldə bayraq edərək çata bilərik. Müsəlmanları islam yolunda sabitqədəm edəcək yeganə amil Qurandır. İslam məzhəbləri arasında mövcud olan müştərək əməllərə söykənib, məhəbbət, dostluq və vəhdətə mane olan lüzumsuz ixtilaflara son qoymasaq, daha da zəlalətə düşə bilərik.

1 Bəqərə surəsi, ayə 255

2 Əla surəsi,ayə 1

1 Şura surəsi, ayə 17

2 Hucurat surəsi, ayə 13

1 Maidə surəsi, ayə 32

2 Tövbə surəsi ayə 72

3 Fatihə surəsi,ayə 4-5

1 Bəqərə surəsi ayə 213

1 Nisa surəsi, ayə 110





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə