Metalın ərimə zonasına oksigen verildikdə isə tozəmələgəlmə dəfələrlə çoxalaraq 15 52 q/m3 a çatır




Yüklə 13.56 Kb.
tarix28.02.2016
ölçüsü13.56 Kb.
Bildiyimiz kimi atmosferin 2 cür çirklənmə mənbəyi var: təbii və antropogen. Antropogen çirklənmə insanların ekologiyaya mənfi təsiri olub özünü daha çox sənaye tullantıları şəklində göstərir. Atmosferi çirkləndirən bu sənaye sahələri ilə tanış olaq.

Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır.

Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır.

Marten və poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm dəmetalın buxarı, şlak və metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (67 % ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur.

1 ton marten poladının oksigensiz əridilmə prosesində 3000- 4000 m3 qaz ayrılır, onların tərkibində tozunqatılığı orta hesabla 0,5 q/m3 təşkil edir.

Metalın ərimə zonasına oksigen verildikdə isə tozəmələgəlmə dəfələrlə çoxalaraq 15 – 52 q/m3 – a çatır.

Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması peçləri vardır. Kokskimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır.

V.Şaprinskiyə görə 1 milyon ton polad istehsalı zamanı atmosferə 75 min ton SO2 ixrac edilir . Hər 1000 ton mis piriti emalından atmosferə 600 ton sulfid anhidridi tullanır.

Qara metallurgiya sahəsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir .

Əlvan metallurgiya - Gil – torpaq alüminium – oksid , alyuminium, mis, qurğuşun, qalay, sink, nikel və digərmetalların peçdə istehsalı zamanı, materialların yüklənməsi, boşaldılması zamanı quruducu aqreqatlarda, açıq anbarlarda zərərli maddələr əmələ gəlir . Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75 % ), karbon qazı, ( 10,5% ) və tozla çirkləndirir.

Kimya sənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə tullantılar atılır.

Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28 %), kükürd anhidridi (16,3 % ), azot oksidi (6,8 % ) olur. Tullantıların tərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon - sulfid,

toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) , dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % ) da olur .Neft - ayırma sənaye müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) , karbon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir.

Respublikamızda kimya və neft – kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində cəmləşmişdir.

Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların atılmasına səbəb olur. Belə vəziyyət təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol verilməsinə səbəb olur.

Sement və digər bərkidici materiallar, azbest, sement, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə toz və asılı maddələr 57,1%, karbon qazı 21,4% , kükürd anhidridi 10,8% və azot oksidi 9% təşkil edir. Bundan başqa tullantılarda hidrogen -sulfid (0,03%), formaldehid (0,02 %), toluol (0,02 %), benzol (0,01 %), vanadium –5oksid (0,01 %), ksilol (0,01%) da olur. Sement, azbest və digər tikinti materiallarıistehsal edən zavodların ətrafında havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.

Ağac emalı və sellüloz -kağız sənayesi müəssisələri tərəfindən atmosferə buraxılan xarakterik çirkləndirici maddələr aşağıdakılardır:

bərk (sulb) maddələr (29,8 %), karbon qazı (28,2 %), kükürd anhidridi (26,7 %), azot oksidləri (7,9 %),toluol (1 %), hidrogen sulfid (0,9 %), aseton (0,5 %), ksilol (0,45 %), butilasetat (0,4 %), etilasetat (0,4%), formaldehid (0,1 %), metilmerkaptan (0,2 %).

İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Azərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, Mingəçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Şirvan şəhərinin 10 – 15 km – yində (Şirvan İES) yerləşir.Azərbaycanın bütün İES – ri yanacaqla(mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi 2% təşkil edir.Tüstü borularından atmosferə sutkada700-1000 ton kükürd və azot oksidləri atılır.Azərbaycanın iri İES - nin borularının hündürlüyü 100-330m, kiçik İES və iri istixana borularının hündürlüyü isə 50-10 m olur. Azərbaycan İES-i ətrafında 3-5km radiusunda havada CO2 - in qatılığı yüksək həddə çataraq 0.4 – 0.6 mq/m3 təşkil etmişdir.

Tədqiqatların nəticələri göstərdi ki, kükürd qazının, azot 2- oksidin və tozun qatılığının zonal yayılması qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbədən 2,5 – 3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES –də (Mingəçevir) qaz işlədilərsə adambaşına ildə 250 – 300 kq his düşər, mazutdan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.



Azərbaycan İES – də əsas yanacaq kimi qazdan (80 – 87 %), ehtiyat yanacaq şəklində mazutdan istifadə(13 - 20 %) nəzərdə tutulur. Təəssüf ki, 1986 – cı ildən bəri yüksək kükürdlü (4 % - ə qədər) mazutdan istifadə edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə