Məsələ A. Nizamlı ədədlər




Yüklə 28.04 Kb.
tarix28.02.2016
ölçüsü28.04 Kb.

Məsələ A. Nizamlı ədədlər


Natural ədədi o zaman nizamlı ədəd adlandıracağıq ki, onu təşkil edən rəqəmlər həmin ədəddə azalmayan sıra ilə düzülmüş olsun. Bu cür ədədlərə misal olaraq : 111, 123, 15, 1123 ədədlərini göstərmək olar.

Sizdən verilmiş [10,N] aralığında bu cür ədədlərin sayını tapmaq tələb olunur. N – verilmiş ədəddir.



Giriş verilənləri


Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N (10 <= N <= 109) natural ədədindən ibarətdir. Testlər 0 ədədi verilən sətirlə bitir(0 sonuncu testdir).

Çıxış verilənləri

Hər bir testə uyğun çıxışa yalnız [10, N] aralığında olan nizamlı ədədlərin sayı verilməlidir. Çıxış verilənləri 0 ədədi olan sətrlə bitməlidir (sonuncu test olaraq 0 ədədini çap edin).



Nümunə


Giriş verilənləri

Çıxış verilənləri

11

100


20

0


1

45

9



0


Məsələ B. Maraqlı ədəd

Verilmiş N ədədinə görə elə ən kiçik ədəd tapın ki, həmin tapılmış ədədi təşkil edən rəqəmlərin cəmi N olsun və həmin ədəd N-ə qalıqsız bölünsün.



Giriş verilənləri

Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N (1< N<109) ədədi yazılmış sətirdən ibarətdir. Testlər 0 ədədi verilən sətirlə bitir(0 sonuncu testdir).



Çıxış verilənləri

Çıxış verilənlərinin hər bir sətrində axtarılan ədəd durmalıdır. Çıxış verilənləri 0 ədədi olan sətirlə bitməlidir.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

1

10

0



1

190


0


Məsələ C. Şəbəkə

Koordinat sistemindən ibarət şəbəkənin düyünləri spiralvari nömrələnmişdir (koordinatı (0,0) olan nöqtədən başlayaraq). Verilən koordinata görə həmin düyünün nömrəsini təyin edin.






 

Giriş verilənləri

Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir testdə probellə ayrılmış iki tam X və Y ədədləri – düyünlərin X və Y oxunda koordinatları verilmişdir (-20000 < X < 20000 , -20000 < Y < 20000). Testlər 20001 ədədi verilən sətirlə bitir(20001 sonuncu testdir).



Çıxış verilənləri

Çıxış verilənlərinin hər bir sətrində yeganə ədəd – koordinatı (X,Y) olan düyünün nömrəsi verilməlidir. Çıxış verilənləri 0 ədədi olan sətrlə bitməlidir.



Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

2 2

3 -2


0

13

26

0



Məsələ D. Uzun ədədlər

nn ədədinin n-ci rəqəmini təyin edən proqram tərtib edin. Saymanı sağdan sola aparmaq lazımdır (alnan ədədin sağdan başlayaraq n-ci rəqəmini tapmaq tələb olunur).

Giriş verilənləri

Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər testə uyğun hər bir sətrdə yeganə N(7< N <1000) ədədi yazılmışdır. Testlər 0 ədədi verilən sətirlə bitir(0 sonuncu testdir).



Çıxış verilənləri

Çıxış verilənlərinin hər bir sətrində axtarılan ədəd durmalıdır. Çıxış verilənləri 0 ədədi olan sətirlə bitməlidir.



Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

8

15

0



1

8

0





    Məsələ E. Simmetrik ardıcıllıq

Ardıcıllığı o zaman simmetrik adlandıracağıq ki, o soldan-sağa oxunduğu kimi, sağdan-sola da eyni cür oxunsun. Məsələn, bu ardıcıllıqlar simmetrik ardıcıllıq hesab olunurlar:

1 2 3 4 5 4 3 2 1

1 2 1 2 2 1 2 1

Sizin proqrama ədədlər ardıcıllığı veriləcək. Həmin ardıcıllığın sonuna minimal sayda hansı ədədləri əlavə etmək lazımdır ki, həmin ardıcıllıq simmetrik ardıcıllığa çevrilsin. Həmin ədədləri təyin etmək tələb olunur.



Giriş verilənləri

Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test üçün verilənlər iki sətirdə yazılır. Birinci sətirdə N – verilən ardıcıllıqdakı ədədlərin sayı verilir. İkinci sətirdə isə N dənə həmin ardıcıllığın elementləri verilir 1≤N≤100 (elementlər 1-dən 9-a qədər natural ədədlərdir). Testlər 0 ədədi olan sətirlə bitir.



Çıxış verilənləri

Hər bir test üçün çıxış verilənləri iki sətirdən ibarətdir. Birinci sətirdə ardıcıllığın simmetrik olması üçün onun sonuna əlavə olunacaq elementlərin sayı – M verilməlidir. İkinci sətirdə isə ardıcıllığın sonuna əlavə olunacaq M dənə (hər biri 1-dən 9-a qədər) ədəd verilməlidir. Çıxış verilənləri 0 ədədi olan sətirlə bitir.


Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

9

1 2 3 4 5 4 3 2 1

5

1 2 1 2 2



5

1 2 3 4 5

0


0

0

3



1 2 1

4

4 3 2 1



0


Məsələ F. Ağ düzbucaqlı

Düzbucaqlı cədvəldə xanalar ağ və qara rənglərlə rənglənmişdir. Həmin cədvəldə ağ xanalardan ibarət olan ən böyük oblastı tapın.



Giriş verilənləri

Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir testdə əvvəlcə cədvəlin uzunluğu – N, sonra isə cədvəlin eni – M verilmişdir (1≤N≤100, 1≤M≤100). Sonra isə hər bir sətrdə M ədəd olmaqla N sətir verilmişdir. Belə ki, 0 həmin xananın ağ, 1 isə həmin xananın qara rəngli olduğunu göstərir. Testlər 0 ədədi verilmiş sətirlə bitir.



Çıxış verilənləri

Çıxış verilənlərinin hər bir sətrində cədvəldə ən böyük oblastı təşkil edən xanaların sayını göstərən ədəd durur. Çıxış verilənləri 0 ədədi olan sətirlə bitir.



Nümunə

Giriş verilənləri

Çıxış verilənləri

5 6

1 0 0 0 1 0

0 0 0 0 0 0

0 0 1 0 0 0

0 0 0 0 0 0

0 0 1 0 0 0

2 5

0 0 0 0 0

1 0 0 1 1



0

12

5

0










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə