Mərhəmətli və rəhmli Allahın adı ilə




Yüklə 281.13 Kb.
səhifə3/3
tarix21.04.2016
ölçüsü281.13 Kb.
1   2   3

Faydalı məlumat:

(Məhəmməd Rəşid Rza, Şeyx Əbu Batinin hüccətin çatdırılması ilə başa düşülməsinin fərqi haqqında bu sözləri qeyd edir):



"Bu məsələnin əmması var. Bu haqda Nəcd vilayətinin müasir böyük alimləri, Məkkə şəhərinin başçısı İmam Əbdüləziz ibn Feysəl Ali Səudun məclisində ixtilaf etmişlər. Bu məclisdə, şeyx Abdullah ibn Buleyhid, hüccətin başa düşülməsinin gərəkli olması fikrini dəstəkləmiş, hüccətin başa düşülmədən çatdırılmasının yetərli olmadığını irəli sürərək, rəy üstünlüyü ilə qalib çıxmışdı. O, bu haqda onlara tədqiqatçı alim İbn əl-Qeyyimin sözündən sitat gətirmiş və məclisdəkilər də bu fikirlə qane olmuşdular"114.

Şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə bir sual ilə soruşuldu: Tövhidlə bağlı məsələlərdə cəhalət, insan üçün üzrdürmü?

Cavab: Qulu öz Rəbbi ilə bağlayan hər məsələdə cəhalətin üzrlü olması təsbit edilmişdir. Allah sübhənahu və taala buyurur ki, "Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. Peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı. "Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın"115. Başqa bir ayədə Uca Allah buyurur: "Biz, Peyğəmbər göndərməmiş əzab vermərik!"116 Həmçinin, "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!"117 Peyğəmbər (Ona Allahın salavatı və salam olsun) buyurur: "Canım əlində olana and olsun ki, bu ümmətdən olan hər hansı bir yahudi və ya xaçpərəst mənim gətirdiyim şəriətə iman gətirməsə, Cəhənnəm əhlindən olar"118. Bu mənanı ifadə edən hədislər çoxdur. Kim cahil olarsa, öz cəhalətinə görə dinə aid bütün məsələlərdə üzrlü hesab olunar. Lakin bir şeyi də bilmək lazımdır ki, bəzi cahillər inadkarlıq nümayiş etdirirlər. Yəni, haqq ona çatdırılır o isə haqqı araşdırmır, itaət etmir. Əksinə, şeyxlərinin yoluna, o cümlədən onları təzim edənlərin və onlara tabe olanların yoluna uyur. Əslinə baxdıqda, həmin şəxs üzrlü hesab edilə bilməz. Çünki ən azından belə insana bir şübhə şəklində olsa da haqq gəlib çatmışdır. O, bunu araşdırıb haqqa nail ola bilər. İtaət etdiyi insanları təzim edənlər, Allah taalanın haqlarında buyurduğu kəslərə bənzəyərlər: "Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!"119 Sonrakı ayədə isə Allah taala buyurur: "Biz atalarımızı bir din üzərində gördük"120 Ən mühümü odur ki, haqq barədə eşitməyən, bundan bixəbər olan insan, cahilliklə üzürlüdür və bu cəhalətə görə ona günah yazılmır. Cəhalət üzrə əməl edən insana etdiyi əmələ görə hökm kəsilir. Əgər bu qism insan özünü müsəlmanlardan hesab edib "LƏ İLƏHƏ İLLƏLLAH MUHƏMMƏDƏN RƏSULƏLLAH" kəlməsinə (Allahdan başqa ibadətə layiq ilahın olmadığına və Məhəmmədin Allahın elçisi olduğuna) şahidlik edirsə o müsəlmanlardan sayılır. Özünü müsəlmanlardan hesab etməyən şəxs isə dünyada mənsub olduğu dinin hökmündədir. Axirətə gəldikdə, Qiyamət günü onun məsələsi fitrət əhlinin məsələsi kimi olacaq. Yəni, izzət və cəlal sahibi Allaha həvalə olunacaq. Ən doğru fikrə əsasən, onlar Allahın istədiyi şeylərlə imtahan olunacaqlar. Bu imtahanda Allahın dediyinə itaət edənlər Cənnətə, asi olanlar isə Cəhənnəmə daxil olacaqlar. Bir şeyi də bilmək lazımdır ki, bu gün yaşadığımız dövrdə yer üzərində ayaq basılan az torpaq tapılar ki, Peyğəmbərin (Ona Allahın salavatı və salam olsun) dəvəti ora çatdırılmasın. Kütləvi informasiya vasitələrinin çoxluğu və insanların bir-birinə qarışaraq sıx münasibət qurmaları bunu deməyə bizə əsas verir. Deməli, əksər hallarda insanların küfrə getmələri onların inadkarlıqları səbəbilə yaranır"121.

Şeyx Məhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) "Şərhu Kəşfuş Şubuhat" kitabında, Şeyxülislam İbn Teymiyyənin və Məhəmməd ibn Əbdülvahhabın (Allah onların hər ikisinə rəhmət etsin) müəyyən insana hüccət çatdırmaq barədə sözünü nəql etdikdən sonra deyir:

"Xülasə, cahil insan dediyi və ya etdiyi fasiqliyə görə üzürlü sayıldığı kimi, dediyi və ya etdiyi küfrə görə də üzürlü sayılır. Bu haqda, Qurandan, sünnədən, məntiqdən və alimlərin sözlərindən dəlillər gətrimək olar".

Həmçinin bu sözlərdən əvvəl səhifə 62-də deyir:

"Kiməsə kafir hökmü vermədən öncə, iki əsasa diqqət yetirmək lazımdır.



Birinci: Bu əməlin insanı kafir etməsi haqda Quran və sünnənin dəlaləti olmalıdır ki, bu işdə hökm edən insan, Allahın adından yalan uydurmasın.

İkinci: Hökmün müəyyən insana uyğun gəlməsi lazımdır. Yəni, onun barəsində təkfirin şərtləri uyğun gəlməli və buna mane olan amillər olmamalıdır".

"Xülasə, cahilliyin üzürlü olması haqda deyilən dəlillər ümumi və əhatəlidir. Quran ayələrinin ümumiliyi və sünnə dəlillərinin təfsilatı bunu təsdiq edir. Başda, Şeyxülislam İbn Teymiyyə, İbn əl-Qeyyim, Məhəmməd ibn Əbdülvahhab və digər dəvət imamları olmaqla, bütün Əhli Sünnə alimlərinin başa düşdükləri və öz əsərlərində təsdiq etdikləri etiqad, budur. Bu məsələdə onların dediklərinin xülasəsi odur ki, İslamda yeni olan, yaxud uzaq kənddə böyüyən və buna bənzər yerlərdə, şirkin geniş yayıldığı, tövhid dəvətçilərinin azlıq təşkil etdiyi bir cəmiyyətdə böyüyən insanlar Allaha etiqad etdikləri bütün məsələlərdə cahilliklərindən dolayı üzürlü sayılırlar. Belə insanlar, yalnız hüccət çatdıqdan sonra kafir olarlar. Elə bir hüccət ki, ona müxalif olan artıq kafir olar"122.

Yazımın sonunda özümə və elm tələb edən qardaşlarıma tövsiyəm budur ki, hər bir məsələdə, ələlxüsus iman və küfr məsələlərində, elm və iman adamlarına müraciət etsinlər. Çünki bu məsələlər İslam ümmətinin tarix boyu qarşılaşdığı ən təhlükəli məsələlərdəndir. Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir:

"Elm, ədalət və rəhmət, sünnə və camaat alimlərində, elm və iman adamlarındadır. Onlar, sünnəyə uyğun gələn haqqı bilən, bidətlərdən uzaq olan kimsələrdir. Haqq yoldan çıxanlara, özlərinə zülm edənlərə qarşı ədalətli davranırlar. Bu xüsusda Allah təala buyurur: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır..."123 Onlar, insanlara qarşı rəhmli olar, onlar üçün xeyir, doğru yol və elm istəyərlər. Onlar, insanlara dərhal pislik etməzlər. İnsanların səhvlərini, cahilliklərini və zülmlərini aşkar etməkdə məqsədləri haqqı onlara çatdırmaq, məxluqata mərhəmət bəsləmək, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək, hamı tərəfindən Allahın dininin yaşadılmasına nail olmaq və Allahın adını uca tutmaqdır"124.



Son söz olaraq, Şeyxülislam Məhəmməd ibn Əbdülvahhabın oğlu Abdullahın dediyini deyirəm: "Biz zorakılıq və təəssübçülükdən xali olan ağıl, elm və insaf sahiblərinə xitab edirik. Sözü deyən adama yox, dediyi sözə baxmaq lazımdır."125
Ey uca və nöqsansız Rəbbim!

Sənin həmdi-sənan ilə, Səndən başqa ibadətə layiq haqq ilahın olmadığına şahidlik edirəm. Sənə tövbə edir və Səndən bağışlanma diləyirəm.

* Muslim (867), Nəsai, (3/188).

1 Əqidət əş-Şeyx Məhəmməd ibn Əbdülvahhab əs-Sələfiyyə və Əsəruhə fil Aləm əl-İslami (Şeyx, Saleh əl-Əbud).

2 əd-Dürər əs-Səniyyə: 1, 73.

3 əl-Ənfal: 39

4 əl-Hədid: 25

5 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 87.

6 ən-Nur: 16

7 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 99-100

8 əl-Bəqərə: 89

9 ət-Tövbə: 12

10 Məhəmməd: 9

11 ən-Nisa: 91

12 Şeyx İbrahim ibn Amir ər-Ruheyli "Movqifi əhlissünnə vəl camaat min əhlil əhva vəl bidə" (Əhli sünnə və camaatın bidət və nəfsi istəklərinə uyanlara münasibəti) adlı kitabı 1/218-də deyir: "Bu kitabın bəzi nüsxələrində (və adəmi mən yufəhhiməhum) (onları başa salanların olmamasına görə) deyilir. (Bax, Əbu Batinin nüsxəsi). Bu məqamı Şeyx Saleh əl-Ətram və Şeyx Məhəmməd əd-Duveyş kitabın tədqiqatında qeyd etmişlər",

13 ən-Nur: 16

14 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 102-104

15 Burada şeyx deməklə, Şeyxülislam ibn Teymiyyəni (Allah ona rəhmət etsin) nəzərdə tutur.

16 Heç kəs şeyxin bu sözlərində elə başa düşməsin ki, Allahdan başqasına ibadət edən insan sadəcə Quranı oxumaqla ona hüccət çatmış sayılır. Xeyr, bu əsla belə deyildir. Şeyxin sözü, Qureyş kafirlərinin Quranı başa düşdükləri kimi anlayanlara aiddir. Çünki Quran onların dilində nazil olmuşdu. Amma bizim əsrimizdə isə cəhalət çoxaldığından, elm və alimlər azaldığından insanın hüccəti başa düşməsi şərtdir. Ələlxüsus uzaq kəndlərdə, alim olmayan ölkədə yaşayan insanların hüccəti başa düşmələri şərtdir. Ona görə Şeyx (Allah ona rəhmət etsin) orada bu sözləri "...o insana üzr yeri qalmasa..." - qeyd edir. İnşallah qarşıda Hüccəti başa düşmək haqda danışacayıq.

17 əl-Ənam: 25.

18 əl-Ənfal: 22

19 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 69-70

20 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 11, 317

21 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 112-113

22 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 114

23 Kitabın original variantında "Müşrik" sözü deyilir. Amma mənə elə gəlir ki, məzmuna görə burada "Şirk" sözünün işlədilməsi daha doğru olardı.

24 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 115

25 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 128

26 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 131

27 O, bu sözləri inkar mənasında deyir.

28 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 229-236

29 Baxın, "Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil Əlfaz əl-Mubtədiətil Vaximə" "Təbriət əş-Şeyxeyn əl-İmameyn Min Təzviri Əhlil Kəzibi və Meyni"səh, 121.

30 Ötən mənbə: səh, 121.

31 Məcmu Muəlləfət əş-Şeyx: 12, 60.

32 Məhəmməd: 9

33 ət-Tövəb: 65-66

34 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 263-264

35 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 414. əs-Sual vəl İcabə: səh, 372

36 Mürtəd sözünün mənası, müsəlman olduqdan sonra həqiqi mənada dindən çıxmaq deməkdir.

37 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 467-468

38 ən-Nur: 16

39 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 3, 20-23

40 Museyləmə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra özünü açıq-aşkar peyğəmbər elan etmişdir.

41 Yəni, Məhəmməd ibn Əbdülvahhabın (Allah ona rəhmət etsin).

42 əl-Fəth: 25

43 ən-Nisa: 75

44 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 144-145

45 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 236

46 əl-İsra: 15

47 əz-Zümər: 71

48 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 239-240

49 Bu hədislərin biri, kor kişinin hədisidir. Digəri isə Ərş haqqında olan hədisdir.

50 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 273-274

51 Yəni, kəlmeyi şəhadəti deyibsə.

52 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 469-470

53 Minhacu Əhlil Haqq vəl İttiba. İbn Suhman, səh, 56.

55 Kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil-Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn: Səh, 120.

56 ən-Nur: 16

57 Kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil-Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn: Səh, 122-123.

58 əl-Kəlimat ən-Nafiə Fil Mükaffirat əl-Vaqiə: Səh 17.

59 Məcmu Rəsail vəl Məsail ən-Nəcdiyyə: 1, 246.

60 Məcmuətur Rəsail vəl Məsail ən-Nəcdiyyə: 3, 5.

61 əd-Diya əş-Şariq: səh, 372.

62 əl-Cəhlu Bi Məsailil Etiqad və Hukmuhu kitabından (səh, 444) müxtəsər şəkildə nəql edilmişdir.

63 Şeyx İbrahim ibn Amir ər-Ruheyli "Movqifi əhlissünnə vəl camaat min əhlil əhva vəl bidə" (Əhli sünnə və camaatın bidət və nəfsi istəklərinə uyanlara münasibəti) adlı kitabı 1/218-də deyir: "Bu kitabın bəzi nüsxələrində (və adəmi mən yufəhhiməhum) (onları başa salanların olmamasına görə) deyilir. (Bax, Əbu Batinin nüsxəsi). Bu məqamı Şeyx Saleh əl-Ətram və Şeyx Məhəmməd əd-Duveyş kitabın tədqiqatında qeyd etmişlər",

64 ən-Nur: 16

65 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 128

66 Süleyman ibn Suhman (Allah ona rəhmət etsin) özünün kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil-Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn: Səh, 122-123 – də deyir: "Əgər şeyx cahilliyi və bixəbər olması ucbatından qəbirlərin üzərində inşa edilən bütlərə ibadət edənlərə qarşı belə münasibət bəsləyirsə, necə ola bilər ki, yer üzündə yaşayanların hamısını kafir saysın, onlara qarşı müharibə elan etsin, mallarını halal görsün?! Şeyxin hal-vəziyyətini və nəyə dəvət etdiyini dərk edən aqil insan belə bir halı təsəvvür edə bilərmi?! Heç bir halda şeyx, ümmətdən, hətta əhli sünnə və camaatdan ayrılıb özündən yeni bir fikir söyləməmişdir. Onun bu məsələ, yəni, ad və sifətlər tövhidi, əməllər və ibadətlər haqqında dedikləri bütün müsəlmanlar tərəfindən birmənalı olaraq təsdiq edilmişdir. Bu işdə yalnız onların yolundan və mənhəcindən çıxan, cəhmiyyələr, mötəzililər, qəbirlərə ifratcasına sitayiş edənlər müxalif olmuşlar. Şeyxin buyurduğu məsələlər bütün peyğəmbərlərin və səmavi kitabların dediyində öz əksini tapmışdır. Bunu, peyğəmbərlərin və səmavi kitabların göndəriliş məqsədini bilənlər dərk edirlər. Şeyx hüccətin layiqli formada çatdırılmasından sonra bu əsaslara görə kiməsə kafir hökmünü verir. O bu işdə siratəl müstəqim yolu ilə özündən əvvəlkilərin ardınca gedir. Heç də dinə bidət (yenilik) gətirməmişdir."

67 əd-Diya əş-Şariq Fi Raddi Şubuhat əl-Maziq əl-Mariq: səh, 372.

68 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 239-240

69 Bu hədislərin biri, kor kişinin hədisidir. Digəri isə Ərş haqqında olan hədisdir.

70 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 10, 273-274

71 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 414. əs-Sual vəl İcabə: səh, 372

72 Yəni, Məhəmməd ibn Əbdülvahhab

73 Misbahuz Zalam: 324-325

74 ən-Nisa: 115

75 ət-Tövbə: 115

76 Umdətul Qari: 19, 369

77 Fəthul Bari: 12, 407. Məaricul Qəbul: 1, 329.

78 İbn Qudamənin əl-Muğni kitabı: 10, 85-86.

79 İbn Qudamənin əl-Muğni kitabı: 2, 435.

80 Fətərat zamanı, yəni, zəmanəsində haqq din və göndərilən peyğəmbər haqqında tam məlumatsız olub, belə vəziyyətdə ölən bir insan. (tərc.)

81 əl-İsra: 15.

82 Bu haqda bəzi dəlil-sübutları Şeyx Xalid əl-Ənbərinin "Əl-hukmu biğayri mə ənzələllah" adlı kitabından oxuya bilərsiniz. Səh: 44.

83 Təfsirul Qasimi: 5, 1307-1308.

84 əl-Fətava: 12, 500-501.

85 ən-Nisa: 10

86 əl-Fətava: 23, 345-346.

87 İbn Teymiyyənin əl-Məsail əl-Maridiniyyə əsəri: səh, 66.

88 əl-Fətava: 1, 112.

89 Həminki ayə budur: "İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, daddıqları şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!" (əl-Maidə: 93).

90 ər-Rədd Aləl Bəkri: səh, 258-260. Misir, Sələfiyyə çapı.

91 Məsələn, beş vaxt namazı, Ramazan ayının orucunu, Beytül-Həramı həcc etməyi və s. İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözlərini Fətava kitabının 11-ci cild, 407-ci səhifədən əvvəldə qeyd edilən sualın əvvəlində oxuya bilərsiniz.

92 Məcmu əl-Fətava: 11, 407.

93 Fətərat zamanı, yəni, zəmanəsində haqq din və göndərilən peyğəmbər haqqında tam məlumatsız olub, belə vəziyyətdə ölən bir insan. (tərc.)

94 Bu hədis haqqında, əs-Silsilətus Səhihə əsərinin 87-ci səhifəsində ətraflı məlumat qeyd edilmişdir.

95 Buxari: əl-Ənbiya, 3478. Müslim: Tövbə, 2757. Hər ikisi hədisi Əbu Səid əl-Xudridən rəvayət edirlər.

96 ən-Nisa: 165.

97 Məcmu əl-Fətava: 35, 165-166.

98 Tariqul Hicrəteyn: səh, 414.

99 Tariqul Hicrəteyn: səh, 414. Dörd nəfərin hədisi əvvəldə qeyd edilmişdir.

100 əz-Zuxruf: 37

101 əl-İsra: 15ş

102 ən-Nisa: 165.

103 ən-Nəhl: 118.

104 Miftəhu Darus Səadət; Tədqiqatçı, Əli ibn Həsən əl-Hələbi: 1, 208.

105 ən-Nəml: 14.

106 Tariqul Hicrəteyn: səh, 412-413.

107 əl-İsra: 15ş

108 əl-Kəbair: səh, 12.

109 Hafiz Həkəminin, Əlam əs-Sünnətil Mənşura Li-Etiqad ət-Taifə ən-Nəciyətil Mənsurah kitabı: səh, 219.

110 Şeyx Abdullah ibn Əbdürrəhman Əbu Batin (Allah ona rəhmət etsin) başqa bir yerdə, yalnız gizli məsələlərdə, məsələn, ad və sifətlər və s. belə məsələlərdə hüccət çatdırmağın şərt olduğunu qeyd edir. Allaha şərik qoşanlara, qəbirlərə ibadət edənlərə isə hüccətin çatdırılmasını bir şərt olaraq qəbul etmədiyini deyir.

111 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 414. əs-Sual vəl İcabə: səh, 372

112 ən-Nisa: 10.

113 əd-Durər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 12, 87-89.

114 Məcmuətur Rəsail vəl Məsail ən-Nəcdiyyə: 4, ikinci bölüm, səh, 515. Yəqin ki, İbn Buleyhidin, İbn əl-Qeyyimdən nəql etdiyi sitat budur: "Hüccətin necə çatdırılması, vaxtdan vaxta, məkandan məkana fərqlənir. Elmin geniş vüsət aldığı vaxtlarda insanlara çatan hüccət, elmin zəiflədiyi müddətdə çatan hüccətdən fərqlənir. Şəhərlərdə yaşayanlara çatan hüccətlə, elmdən və elm adamlarından uzaq düşmüş kənd adamlarına çatan hüccət arasında fərq vardır. Həmçinin hüccətin çatması, eşidənin elmi və fitri qabiliyyətinə görə insandan insana fərqlənir. Bütün bunlar nəzərə alınmalıdır.

Hüccətin çatmasında məqsəd, həmin fərdi insanın eşitdiyi hüccəti başa düşməsidir. O, hüccəti elə başa düşməlidir ki, özünün bu hüccətə müxalif olub-olmadığını anlasın və belə hüccətə müxalif olmaqla kafir olduğunu bilsin. Onun bunu tam dəqiq şəkildə, elm və iman əhlinin anladığı kimi, başa düşməsi şərt deyil. Həmçinin onun, hüccəti başa düşməsini təsdiqləməsi gərək deyildir. Bu, hüccəti çatdıran insanın, qarşısındakının hüccəti başa düşüb düşməməsi haqda verdiyi qiymətdən asılıdır. Çünki küfr və nifaq əhlinin əksəriyyəti hüccəti başa düşdükdən və bu haqda bildikdən sonra onu inkar edirlər. Necə ki, Allah təala Fironun tayfası haqda bu ayəni demişdir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər... " Daha doğrusunu Allah bilir!" (Tariqul Hicrəteyn: səh, 412-413).



115 (ən-Nisa, 163-165).

116 (əl-İsra, 15).

117 (ət-Tövbə, 115).

118 "Səhih Müslim" 153;

119 (əz-Zuxruf, 22).

120 (əz-Zuxruf, 23).

121 İbn Useyminin, fətavalar və risalələr toplusu kitabı: cild, 3, səh, 5-6.

122 əl-Cəhlu Biməsailil Etiqad və Hukmuhu: səh, 448.

123 əl-Maidə: 8.

124 ər-Rəddu Aləl Bəkri: Səh, 257.

125 əd-Dürər əs-Səniyyə Fil Əcvibətin Nəcdiyyə: 1, 229-236



1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə