Mərhəmətli, Rəhimli Allahın adı ilə!




Yüklə 203.42 Kb.
tarix20.04.2016
ölçüsü203.42 Kb.
Mərhəmətli, Rəhimli Allahın adı ilə!

qədər oxuyub-öyrəndim, heyhat!

Yenə də qəlbimi görmədim rahat!

(N. Gəncəvi)

Həmd olsun Aləmlərin Rəbbi olan Uca Allah ki, insanı ən gözəl şəkildə xəlq etmiş, ona ağıl, şüur, duyğu orqanları, güc-qüvvə, seçim etmək azadlığı vermiş, Yer üzündə olan bütün nemətləri onun üçün yaratmış və onun ixtiyarına vermişdir. Bəs məqsəd nə olmuş ki, insana bu qədər nemətlər əta edilmişdir? Bu kimi suallara yalnız elm əldə etməklə cavab tapa bilərik. Əgər bizə verilən vaxtdan oxuyub-öyrənmək üçün ayırmasaq, o zaman insanın yaradılış qayəsi, hüquq, fiqh, şəriət məsələləri ilə bağlı yetərincə məlumat əldə edə bilmərik. Bəs əldə etməzsək, nə olar? Bu suala da cavabı yenə elmlə, öyrənməklə əldə etmək olar.

Elm öyrənməyin zəruriliyi İslamın təbliğ etdiyi əsas prinsiplərdən biridir. Uca Allah Qurani-Kərimdə öz peyğəmbərlərinə (Allahın ona salavat və salamı olsun): "Ey Rəbbim! Elmimi artır!” 1– deyə buyurmuşdur". Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) gündəlik dualarının məzmunu da onun elm öyrənmə xüsusunda daima Rəbbinə yalvarış etdiyindən xəbər verməkdədir:



"Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olunan əməl istəyirəm!2".

"Allahım, mənə öyrətdiklərini mənim üçün faydalı et, mənə fayda verəcək şeyləri mənə öyrət və elmimi artır"3.

"Allahım, məni dində elmli et!"2.

"Allahım, fayda verməyən elmdən Sənə sığınıram!"3 və s.

İman gətirənlərin qəlbində elmə məhəbbəti Uca Allah Özü yaratmışdır. Buna görə də yaşından, məqamından, milliyətindən, hansı şəraitdə yaşamasın­dan asılı olmayaraq, insan hər zaman elmə qarşı ruhun­da bir aclıq, susuzluq duymaqda, və bu ehtiyacı da dünya və axirəti üçün xeyirli olan kitablara baş vurmaqla, elm məclislərinə könül verməklə, xeyirli söhbətlərə qulaq asmaqla, ətrafa və bütün kainata təfəkkür və ibrət gözü ilə baxmaqla ödəməyə çalışmalıdır. Nə xoşbəxt bir ümmətik ki, Uca Allah evlərimizə və könüllərimizə öz nuru olan Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) mirasını nəsib etmiş və bu nemətin şükr borcunu gərəyincə və layiqincə yerinə yetirə bilmədiyimizə baxmayaraq, yenə də bizləri bu bənzərsiz mirasın variləsləri görmək istəməkdədir. Və nə yaxşı ki, bizdə bu elm dəryasından hər gün qəlblərimizə damla-damla içirərək ruhumuzdakı susuzluğu qismən də olsa, yatırmaq imkanına sahibik!


Dəyərli müsəlmanlar!

Sizə təqdim olunan bu risalədəki bilgilər İslam tarixi ilə birbaşa, yaxud da dolayı yolla bağlı olub, bir qismi bütün ümmət tərəfindən öyrənilməsi vacib sayılan məlumatları, digər qismi isə hamı tərəfindən bilinməsi o qədər də vacib sayılmayan, bir növ, infarmasiya xarakteri daşıyan məlumatları əks etdirir. Bu bilgilər şəxsi fikir və mövqelər əsasında deyil, məhz Quran və sünnədən qaynaqlanan faktlar əsasında toplandığından onların dəqiqliyinə şübhə doğuracaq hər hansı bir dəlil gətirmək mümkün deyil.

Sonda yuxarıda sizinlə bölüşdüyüm düşüncələ­rimi tamamlayaraq, bir daha hər birinizə elmi məlumatlarınızı artırmağı arzu edirəm. Uca Allahın Mübarək Kitabında deyildiyi kimi "Heç bilənlərlə bil­mə­yənlər eyni ola bilər­mi? (Bundan) ancaq ağıl sa­hibləri düşünüb ibrət alarlar"1.

Uca Allahdan bağışlanma diləyərək, risalənin bütün müsəlmanlar üçün faydalı olmasını niyaz edirəm. Uca Allah Peyğəmbərinə bütün əshab və təbiinlərə, Qiyamət gününədək onlara tabe olanlara salavat və salam etsin!


İslamdan əvvəlki dönəm

- Uca Allah məxluqatı yaratdıqda ilk olaraq Ərşi xəlq etmişdir2.

- Uca Allah bu aləmdə ilk olaraq qələmi yaratmışdır. Uca Allah Onu Ərşdən sonra yaratmışdır3.

- Uca Allahın yer üzərində yaratdığı ilk dağ Əbu Qabis dağıdır. Bu dağ Məkkə şəhərində yerləşir4.

- İlk insan Adəmdir (Allahın ona salamı olsun)5.

- Adəmin (Allahın ona salamı olsun) eşitdiyi ilk söz rəhmət sözü olmuşdur. İlk dəfə "Əlhəmdulilləh" sözünü asqıraraq Adəm demişdir. Uca Allah da ona "Yərhəmukə Rabbukə yə Adəm" deyə cavab vermiş­dir.2

- İlk qadın Həvvadır (Allahın ona salamı olsun)3.

- İnsanlardan ilk vəfat edən Adəm (Allahın ona salamı olsun) və ya onun oğlu olmuşdur4.

- İlk dəfə qiyas edən İblis olmuşdur5.

- Allaha ilk etiraz edən İblis olmuşdur6.

- İlk dəfə vəhyə etiraz edərək ağlından dəlil gətirən İblis olmuşdur7.

- Yer üzərində ilk tikilən məscid Kəbədir8.

- İlk dəfə Kəbəni təvaf edən Adəm (Allahın ona salamı olsun) olmuşdur9.

- Yer üzərində ilk qətli Adəmin (Allahın ona salamı olsun) övladlarından biri törətmişdir10.

- İlk dəfə şirk edən Nuhun (Allahın ona salamı olsun) qövmü olmuşdur. Vad, Suva və Yağus adlı saleh insan­lar vəfat etdikdən sonra qövmü onları həddən artıq ucaltmış, və daha sonra onlara ibadət etməyə başlamışlar1.

- İlk peyğəmbər Nuhdur (Allahın ona salamı olsun)2.

- İlk dəfə "Hikmət" ləqəbi ilə adlandırılan insan Loğman olmuşdur3.

- İlk dəfə həcci İbrahim peyğəmbər (Allahın ona salamı olsun) yerinə yetirmişdir4.

- İbrahim peyğəmbər (Allahın ona salamı olsun) insanları həccə çağırarkən ona ilk cavab verən Yəmən əhli olmuşdur5.

- İlk dəfə səma əhlindən Allahın elçiləri olan mələkləri qonaq qəbul edən İbrahim peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur6.

- İlk dəfə Suhuf İbrahim peyğəmbərə (Allahın ona salamı olsun) Ramazan ayının ilk gecəsində verilmişdir7.

- İlk dəfə Səfa və Mərva dağı arasında səy edən İsmailin (Allahın ona salamı olsun) anası Həcər olmuşdur8.

- İlk dəfə minbərdən xütbə verən İbrahim peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur9.

- İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) dövrün­dən sonra Ərəbistana ilk dəfə büt gətirən Amd ibn Amir ibn Luheydir1. Şamda olarkən insanla­rın bu bütlərin xeyir verib şərdən çəkindirdik­lərini iddia edərək, onlara ibadət etdiklərini görüb, özü ilə Məkkəyə gətirmiş və beləliklə də, ərəblərin bütlərə ibadət edib Allaha şərik qoşmalarına səbəb olmuşdur2.

- İlk dəfə ərəb dili qrammatikası qaydaları və qanunları ilə danışan və yazan İsmail peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur3.

- İlk dəfə qələmlə yazan İdris peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur4.

- İlk olaraq paltar tikən İdris peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur5.

- Rumların ilk padşahı Ğalioyus olmuşdur. Onun padşahlığı 18 ay çəkmişdir6.

- İlk dəfə Yulyus "Qeysar" adlandırılmışdır7.

-  Xristian dinində ilk olaraq ifrata yol verən şəxs Bulis olmuş­dur8.


Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dönəmi

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk zövcəsi Xədicədir1.

- İlk nazil olan ayə "əl-Aləq" surəsinin ilk 5 ayəsidir2.

- Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbraili (Allahın ona salamı olsun) gördüyünü ilk dəfə Xədicəyə (Allah ondan razı olsun) danışmışdır3.

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ilk övladı Qasim olmuşdur4.

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ağzından ilk vəhyi eşidən Xədicə olmuşdur5.

- İslamı qəbul edən ilk qadın Xədicədir (Allah ondan razı olsun) 6.

- İslamı qəbul edən ilk kişi Əbu Bəkrdir (Allah ondan razı olsun)7.

- İslamı qəbul edən ilk uşaq Əlidir (Allah ondan razı olsun)8.

- Muhəmməd peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra Quran oxuyan ilk şəxs Xədicədir (Allah ondan razı olsun)9.

- Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra ilk dəvət edən və bu yolda peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra ilk əzab görən şəxs Əbu Bəkr (Allah ondan razı olsun) olmuşdur1.

- İslamda ilk şəhid qadın Sumeyyədir (Allah ondan razı olsun)2.

- Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) dəvəti açıq-aşkar etmək üçün ilk dəfə Səfa dağına çıxmışdır3.

- İslamı qəbul etdiyini ilk biruzə verən Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur4.

- Müsəlmanların ilk hicrəti Həbəşistana olmuşdur5.

- İlk dəfə Həbəşistana hicrət edərkən müsəlmanların sayı 11 kişi, 4 qadın olmuşdur6.

-  Ailəsi ilə birgə ilk hicrət edən şəxs Osman ibn Affan (Allah ondan razı olsun) olmuşdur7.

- Həbəşistana ilk hicrət edən Abdullah ibn Abdul-Əsvəd Əbu Sələmə (Allah ondan razı olsun) olmuşdur8.

- Aqaba beyyətində ilk beyət edən əl-Bara ibn Marur əl-Əsləmi (Allah ondan razı olsun) olmuşdur9.

- Muhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) ilk beyət edən qadın Nusiybə bintu Kəbdir (Allah ondan razı olsun)1.

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) övladlarından ilk olaraq vəfat edəni Qasim olmuşdur2.

- Namaz ilk olaraq 50 vaxt vacib buyrulmuşdur3.

- İlk dəfə namaz vacib buyurularkən 2 rükət qılınmış­dır4.

- İlk dəfə Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) namaz qılan Əbu Bəkr (Allah ondan razı olsun)5, bəzi mənbələrdə isə Əli (Allah ondan razı olsun) olmuşdur6.

- Quranı ilk dəfə açıq-aşkarda oxuyan Abdullah ibn Məsud (Allah ondan razı olsun) olmuşdur7.

- İslamda ilk səfir Musab bin Umeyr (Allah ondan razı olsun) olmuşdur 8.

- İslamda məscidi ilk dəfə Ammar ibn Yasir (Allah ondan razı olsun) tikmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə ilk dəfə gəldikdə Ammar onun kölgədə oturması və namaz qılması üçün daş toplayaraq Quba məscidini tikmişdir9.

- Mədinəyə ilk hicrət edən Əbu Sələmə ibn Abdul-Əsəd (Allah ondan razı olsun) olmuşdur1.

- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldikdən sonra səhabələrindən ilk olaraq vəfat edən Kulsum ibn əl-Hədəm (Allah ondan razı olsun) olmuşdur2.

- İslamı qəbul edən ilk yəhudi Abdullah ibn Səlam (Allah ondan razı olsun) olmuşdur 3.

- Xalid ibn Validi "Allahın qılıncı" ləqəbi ilə ilk dəfə adlandıran Peyğəmbər (Allahın ona salavat və salamı olsun) olmuşdur4.

- Xədicədən (Allah ondan razı olsun) sonra Peyğəmbərin ilk həyat yoldaşı Sovdə bintu Zamahdır (Allah ondan razı olsun)5.

- İlk dəfə Allah yolunda qanı Zubeyr ibn Avvam (Allah ondan razı olsun) axıtmışdır6.

- İslamda ilk oxu atan Səd ibn Məlik (Allah ondan razı olsun) 7 bəzi rəvayətlərdə isə Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) olmuşdur8.

- Müsəlmanların ilk savaşı əl-Əbva döyüşü olmuşdur9.

- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət etdikdən sonra ilk nazil olan surə əl-Bəqərə surəsidir1.

- İlk olaraq Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) İslam salamı ilə salamlayan Cundub ibn Cunadə (Allah ondan razı olsun) olmuşdur2.

- İslam gəldikdən sonra müşriklərdən öldürülən ilk in­san Amr ibn əl-Hadramidir3.

- Ənsarlardan döyüşdə ilk şəhid olan Umeyr ibn əl-Həmmam ibn əl-Cəmuh adlı səhabədir. O, Bədr döyüşündə şəhid olmuşdur4.

- Uhud döyüşündə ilk şəhid Zurah ibn Məzən (Allah ondan razı olsun) olmuş­dur5.

- İlk olaraq müşrik öldürən qadın Safiyya bintu Abdul-Muttalib (Allah ondan razı olsun) olmuşdur6.

- Şəhidlərdən ilk olaraq Həmzəyə (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cənazə namazı qılmışdır7.

- Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Kəbəyə tərəf qıldığı ilk namaz əsr namazıdır 8.

- İlk dəfə azanı yuxusunda görən səhabə Abdullah ibn Zeyddir (Allah ondan razı olsun)1.

- İlk dəfə azan verən Bilal ibn Əbu Rabah (Allah ondan razı olsun) olmuşdur2.

- İslamda təyin olunan ilk əmir Abdullah ibn Cəhşdir (Allah ondan razı olsun)3.

- İlk olaraq İslamda Səd ibn ər-Rabinin (Allah ondan razı olsun) mirası bölünmüşdür4.

-  Taif əhlindən ilk iman gətirən Səd ibn Cunədə (Allah ondan razı olsun) olmuşdur 5.

- Yəmən əhlindən ilk olaraq iman gətirən Zueyyib ibn Kuleybdir (Allah ondan razı olsun). Peyğəmbər onu Abdul­lah adlandır­mışdır6.

- Ağac altında Ridvan beyətində ilk olaraq beyət edən Sinan ibn Əbu Sinan (Allah ondan razı olsun) olmuşdur7.

- Muhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) ətrafındakılardan ilk etiraz edən Abdullah ibn Zil-Xuveysiradır. Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qəniməti bölərkən Abdullah ibn Zil-Xuveysira ət-Təmimi gələrək, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): "Ey Allahın elçisi! Ədalətli ol" demişdir1.

- İslamda tarixində döyüşçülər üçün ilk xəstəxana Əhzab döyüşündə yaradılmışdır2.

- İlk İslam həcci hicrətin 9-cu ilində edilmişdir3.

- İslamda ilk həcc Əbu Bəkrin (Allah ondan razı olsun) əmirliyi altında yerinə yetirilmişdir4.

- Minbər ilk dəfə hicrətin 8-ci ilində düzəldilmişdir. Ona qədər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kötük parçasının üstünə çıxıb xütbə verərmiş5.

- Əbu Sufyanın (Allah ondan razı olsun) müsəlman kimi qatıldığı ilk döyüş Huneyn döyüşü olmuşdur6.

- Şureyk ibn əs-Səmhə İslamda lənət olunmuş ilk kimsədir7.

- Mühacirlərdən ilk olaraq vəfat edən Osman ibn Məzumdur8.

- İslamdın qəbulundan sonra ilk doğulan uşaq Abdullah ibn Zubeyrdir (Allah ondan razı olsun)9.
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonrakı dönəm

- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəfat etdik­dən sonra ailəsindən ona ilk olaraq Fatimə qovuşmuş­dur1.

- Cənazənin üstünü hündür bir şeylə örtməyi ilk dəfə Fatimə (Allah ondan razı olsun) vəsiyyət etmiş və onun cənazəsinin üstü örtülmüşdür2.

- İlk xəlifə Əbu Bəkrdir (Allah ondan razı olsun)3.

- Əbu Bəkrə (Allah ondan razı olsun) ilk beyət edən Ömər (Allah ondan razı olsun) olmuşdur4. Bəzi rəvayətlərdə ilk beyət edən ən-Nömən ibn Bişr (Allah ondan razı olsun) olmuşdur5.

- İlk dəfə peyğəmbərlik iddia edən yalançı Museyləməh olmuşdur6.

- İlk dəfə Quranı kitab halında cəm edən Əbu Bəkr (Allah ondan razı olsun) olmuşdur7.

- İlk dəfə beytul-malı Əbu Bəkr (Allah ondan razı olsun) qoymuşdur8.

- İlk dəfə Əbu Bəkr (Allah ondan razı olsun) Quranı "Mushaf" adlandırmışdır9.

- İlk dəfə Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) "Möminlərin əmiri" deyilmişdir10.

- İlk dəfə Öməri Muğira ibn Şöbə (Allah ondan razı olsun) "Möminlərin əmiri" adlandırmışdır1.

- Tarixi yazdırmağa başlayan ilk xəlifə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur2.

- Təravih namazı camaatla birlikdə ilk dəfə Ömərin (Allah ondan razı olsun) təşəbbüsü ilə qılınmışdır3.

- İlk dəfə Ramazanda camaat namazında qunut tutan Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur4.

- İlk dəfə zindanı Ömər (Allah ondan razı olsun) tikdirmiş­dir5.

- Kəbəni ilk dəfə hasara aldıran Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur6.

- İlk dəfə qoşunları nizama salan hicrətin 20-ci ilində Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) olmuşdur7.

- Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatın­dan sonra ilk olaraq ona qovuşan zövcəsi Zeynəb bintu Cəhş (Allah ondan razı olsun) olub. O, Ömərin (Allah ondan razı olsun) xilafəti dövründə vəfat etmişdir8.

- İlk olaraq cizyə verən Yəməndə yerləşən Nəcran əhli olmuşdur. İslamı qəbul etmək istəmədikləri üçün öz aralarında məşvərət keçirərək, belə qərara gəlmişlər ki, cizyə versinlər. Onlar: “Allah cizyə verməyən qövmə bəla göndərər”- deyərək cizyə verməyi qəbul etmişlər1.

- İslamiyyətin qəbul edilməsindən sonra taun xəstəliyi ilk dəfə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) xəlifəliyi dövründə Şamda yayılmışdır. Bu xəstəlikdən vəfat edənlər arasında məşhur səhabələrdən bir neçəsi, o cümlədən Muaz ibn Cəbəl də (Allah ondan razı olsun) vardı2.

- Bəsrə şəhəri tikildikdən sonra ilk doğulan uşaq Abdur-Rahman ibn Əbu Bakradır3.

- İlk dəfə cümə namazında 2 azan vermək Osmanın (Allah ondan razı olsun) dövründə olmuşdur4.

- İlk dəfə müəzzinlərə azan verdikləri üçün pulu Osman (Allah ondan razı olsun) vermişdir5.

- İlk dəfə hökumət idarəsini Osman (Allah ondan razı olsun) qoymuşdur6.

- İlk dəfə insanları bir qiraət üzrə cəm edən Osman (Allah ondan razı olsun) olmuşdur7.

- Ümmətin parçalanmağına gətirib çıxaran ilk fitnə Osmanın (Allah ondan razı olsun) öldürülməsidir. Həmçinin müsəlmanların əmirinə qarşı çıxılan ilk fitnə də budur8.

- İslam dinində ifrat edən ilk insan Abdullah ibn Səba olmuşdur1.

- Nəhravan döyüşündə Əlinin (Allah ondan razı olsun) qoşunundan ilk şəhid olanı Yəzid ibn Nuveyradır (Allah ondan razı olsun) (səhabədir)2.

- Həsən ibn Əliyə (Allah ondan razı olsun) ilk beyət edən Qeys ibn Səd ibn Ubədə əl-Xəzrəci olmuşdur3.

- İslamda ilk padşah Müaviyə (Allah ondan razı olsun) olmuşdur4.

- İlk olaraq oğlunu xəlifə təyin edən Muaviyə (Allah ondan razı olsun) olmuş­dur5.

- İslam dövlətində ilk poçtun əsasını Muaviyə ibn Əbu Sufyan (Allah ondan razı olsun) qoymuşdur6.

- İlk dəfə İslamda mühafizəçi götürən Muaviyə ibn Əbu Sufyan (Allah ondan razı olsun) olmuşdur. Xavariclər onu öldürmək istədikləri üçün belə etmişdir7.

- İlk dəfə bayram namazında xütbəni namazdan əvvələ keçirən Marvan olmuşdur8.

- İlk dəfə İslamda Məlikin qulu adı ilə Abdulməlik ibn Marvanı adlandırmışlar9.

- İlk dəfə xəstəxana binasının əsasını qoyan əl-Valid ibn Abdul-Məlik olmuşdur. Xüsusən də cüzamlı xəstələr üçün1.

- İslamda ilk dəfə Kəbənin bəzi yerlərini qızılla düzəltdirən əl-Valid ibn Abdul-Məlik olmuşdur2.

- İlk dəfə məscidləri bəzətdirən əl-Valid ibn Abdul-Məlik olmuşdur3.

- İlk dəfə bayram namazına silahla çıxan Yəzid ibn əl-Valid olmuşdur4.

- İlk dəfə məsciddə zöhr namazının ardından əsr nama­zını qılan Abdul-Məlik ibn Marvan olmuşdur5.

- Abdurrahman bin Ziyad Afrikada İslamda doğulan ilk uşaqdır6.

- İlk dəfə dəniz donanması Muaviyənin (Allah ondan razı olsun) xəlifəliyi dövründə yaradılmışdır 7.

- İlk dəfə Bəqi qəbristanlığında dəfn olunan Səd ibn Zurarahdı8. Bəzi rəvayətlərə görə isə, ilk dəfn olunan Osman ibn Məzumdur9.

- Kufədə dəfn olunan ilk səhabə Xəbbəb ibn əl-Ərət (Allah ondan razı olsun) olmuşdur. Hicrətin 37-ci ilində vəfat etmişdir10.

- İlk dəfə İsfahana qazi Əhməd ibn Vazir təyin edil­mişdir2.

- İlk dəfə Kəbəyə "dibəcdən" parça taxan Abdullah ibn Zubeyrdir3.

- İlk dəfə qara daşı gümüşlə əhatəyə aldıran Abdullah ibn Zubeyr olmuşdur4.

- İlk dəfə Misirə Maliki fiqhini gətirən Abdurrahman bin Xalid əl-Cuməhhi olmuşdur5.

- İlk dəfə yalan danışanlar və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adından hədis uyduranlar hicrətin 67-ci illərinə əl-Muxtar ibn Əbi Ubeyd dövründə olmuşdur. İbrahim ibn ən-Nəxəi (Allah ona rəhmət eləsin) demişdir: "İlk dəfə isnad haqqında Muxtarın vaxtında soruşmağa başladılar. Muxtar özü bir çox insanlara yalandan hədis uydurmağı əmr edirdi"6.

- İlk olaraq İsfahana Şafei məzhəbini Həsən ibn Muhəm­məd ibnYezid gətirmişdir7.

- İlk olaraq Əndəlusa hədis elmi ilk Sasaah bin Sələm tərəfindən gətirmişdir8.

- İlk Abbasi xəlifə Əbu-Abbas Abdullah ibn Muhəmməd ibn Əli ibn Abdullah ibn Abbas olmuşdur. Ona hicrətin 132-ci ilində Kufədə beyət edilmişdir1.

- İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur. Bu hadisə təxminən hicrətin 132-ci illərinə təsadüf edir. Sonralar isə bu rəng Abbasi dövlətinin şüarlarından oldu. Peyğəmbər də (Allahın ona salavat və salamı olsun) qara rəngdə paltar geyinmişdir. Ancaq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu daima geyməmiş, geyinməyi əmr etməmiş və bu rəng geyməyi şüar etməmişdir2.

- Ayasofya məscidində ilk xütbəni Ağa Şəmsəddin vermişdir3.



Axirət

- Qiyamətin ilk əlaməti Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) doğulmaısıdır4.

- Qəbirdə veriləcək ilk sual "Rəbbin kimdir?" sualıdır5.

- İlk olaraq qəbirdən qalxacaq şəxs Muhəmməd peyğəm­bərdir (Allahın ona salavat və salamı olsun)6.

- Qiyamət günü insanlar şəfaət üçün ilk olaraq Adəmin (Allahın ona salamı olsun) yanına gedəcəklər.

- Qiyamət günü ilk səcdə edəcək şəxs Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun)olacaqdır1.

- Qiyamət günü səcdədən başını ilk qaldıracaq insan Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) olacaqdır2.

- İlk olaraq şəfaət edəcək kimsə Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun)3.

- Qiyamət günü Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hovuzuna ilk yaxınlaşanlar onun əhli-beyti və Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevənlər olacaqdır4.

- Qiyamət günü ilk paltar geyinəcək şəxs İbrahim peyğəmbər olacaqdır5.

- Qiyamət günü insanların əməllərindən ilk olaraq namaz sorğu-sual olunacaqdır6.

- Qiyamət günü qullar arasında ilk olaraq qanlara görə hökm çıxarılacaqdır7.

- Qiyamət günü ilk olaraq şəhid, alim və mucahid haqq-hesaba çəkiləcəkdir8.

- Qiyamət günü tərəziyə qoyulacaq ilk şey gözəl əxlaq­dır9.

- Cənnətə ilk yaxınlaşacaq insan Muhəmməd peyğəmbər­dir (Allahın ona salavat və salamı olsun)1.

- İlk olaraq Cənnətə daxil olcaq ümmət Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ümmətdir2.

- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ümmətindən ilk olaraq Cənnətə girəcək şəxs Əbu Bəkrdir (Allah ondan razı olsun)3.

- Cənnətə ilk dəvət olunacaq insanlar yaxşı və pis günündə şükr edənlərdir4.

- Cənnət əhlinin Cənnətdə ilk yeyəcəyi şey akulanın ciyəri olacaqdır5.


Hökmlər

- Bəla gəldikdə ilk tələb olunan şey səbrdir6.

- Uca Allah danışmaq istədikdə bütün səma əhli səcdə edir və səcdədən başını ilk qaldıran Cəbrayıl olur7.

- Görüşərkən qucaqlaşmanı ilk olaraq Yəmən əhli etmiş­dir8.

- İlk dəfə hədisi həsən, səhih və zəif qismlərinə Tirmizi ayırmışdır. İlk dəfə "həsən" terminini işlədən də o olmuş­dur9.

- Usulu-fiqh elmi barədə ilk dəfə yazan İmam Şafei olmuşdur2.

- İlk olaraq səcdə ayəsi nazil olan surə "ən-Nəcm" surəsi olmuşdur3.

- Qurandan ilk mənsux olunmuş ayə qiblənin dəyişilməsi barədə olan ayədir4.

- Dindən ilk itəcək şey əmanət olacaqdır5.

- Şəhidin axıdılan ilk qanında günahları bağışlanır6.



Fitnə

- İlk olaraq Allaha üç günahla asilik edilmişdir. Tamah, kibr və həsəd. Tamah Adəm, kibr İblis, həsəd isə Habili öldürən Qabil tərəfindən baş vermişdir7.

- İslamda ilk fitnə şərq tərəfdən çıxmışdır.

- İslamda yaranan ilk firqə xavariclərdir8. (Onların meydana çıxması Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zamanına, inkişafları isə Osmanın (Allah ondan razı olsun) xəlifəliyi dövrünə təsadüf edir). Hicrətin 37-ci ilində xavariclər camaatdan ayrılaraq özlərinin ayrı yol olduqlarını elan etmişlər1.

- Bu ümmətdə batil olan təvil qapısını xavariclər açmışdır2.

- İlk dəfə qədər barəsində danışan İraq əhlindən Susin adlı bir şəxs olmuşdur. Əvvəllər xristian olub sonra İslamı qəbul etmiş və sonradan təkrarən xristianlığa geri dönmüşdür3.

- Qədər barəsində ilk dəfə batil fikir­ləri yaymış olan Məbəd əl-Cuhanidir4.

- İlk dəfə Allahın ad və sifətlərini inkar edən şəxs Cəhm ibn Saffan olmuşdur. O, alimlərin fətvası ilə hicrətin 128-ci ilində müsəlmanlar tərəfindən qətlə yetirilmişdir. Onun ölümünə fətva verənlər arasında Ənəs ibn Məlik, Sufyan ibn Uyuynə, Abdurrahman ibn Məhdi, Vaki ibn Əbu Carrah və s. kimi tanınmış alimlər olmuşdur5.

- İlk olaraq irca haqqında danışan Həsən ibn Muhəmməddir6.

- İlk dəfə motəzillik barədə danışan Vasil ibn Atadır7. Onun yaranma tarixi ikinci əsrin əvvəllərinə, Həsən əl-Basrinin vəfatı illərinə təsadüf edir8.

- İlk dəfə Allahın danışmasını, məhəbbətini və xəlil seçməsini inkar edən əl-Cəd ibn Dirhəm olmuşdur. Fəlsəfə, xristian və yunan əqidələri ilə dərindən maraqlanaraq, bu batil fikirlərə düşmüş və iddia etmişdir ki, Allah Musa peyğəmbərlə danışmamış, İbrahim peyğəm­bəri özünə xəlil seçməmişdir1.

- İlk dəfə övliyaların peyğəmbərdən üstün olduğunu iddia edən bidət əhli Əhməd ibn əl-Havari olmuşdur (hicrətin 246-cı ilində vəfat etmişdir)2.

- İlk dəfə övliyaların sonuncusu olduğunu iddia edən bidət əhli ibn Arabi olmuşdur (636-cı ildə vəfat etmiş­dir)3.

- İlk dəfə imanın ancaq dillə olmasını iddia edən şəxs İbn Kərrəm olmuşdur (255-ci ildə vəfat etmişdir)4.

- Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kimi özünün meracda olduğunu ilk iddia edən Əbu Yəzid əl-Bustami olmuşdur (261-cı ilində vəfat etmişdir)5.

- Sələmə bin Amr əl-Uqeyli ilk dəfə olaraq Quranın məxluq olmasını iddia etmişdir6. Bu barədə məlumat bəzi mənbələrdə Əbu Hənifə7, bəzi mənbələrdə isə Cəd ibn Dirhəm tərəfindən olduğu zikr edilmişdir. Cəd ibn Dirməh8 alimlər fətva verdikdən sonra müsəlmanlar tərəfindən qətlə yetrilmişdir. Onun ölüm fətvasını verən alimlər arasında Ənəs ibn Məlik, Sufyan ibn Uyeynəh, Abdurrahman ibn Məhdi, Vaki ibn Cərrah və s. vardır1.

- İlk olaraq qəbirlər üzərində məşhədləri şiələr tikmiş­dir2.

- Ərəb dilində məcaz olduğunu ilk iddia edən şəxs Əbu Ubeydə ibn əl-Musnə olmuşdur (210-cu ildə vəfat etmişdir). O "Məcazul-Quran" kitabını yazaraq bu fikri yaymışdır3.


Şəxsiyyətlər

- İlk dəfə Küfədə qazilik edən Suleyman ibn Rabiəh olmuşdur. Qaziliyə başladığı ilk 40 gündə yanına xüsumət üçün heç kim gəlməmişdir. Sonra Ömər onu qazilikdən azad edərək türklərlə döyüşə göndəmişdir və daha sonralar şəhid olmuşdur4.

- Əbul-Əsvəd əd-Deyli ilk olaraq nəhv elminin əsasını Bəsrə şəhərində qoymuşdur5.

- Fələstində ilk olaraq qazilik edən Ubədə ibn Samidir6.

- İlk olaraq Misirə qazi Kəb ibn Yasar təyin edilmişdir7.

- İlk dəfə rical elmi barəsində danışan Şöbə ibn əl-Həccəc olmuşdur8.

- Bəsrə şəhərinə təyin olunan ilk qazi Əbu Məryəm əl-Hənəfidir1.

- Təvafda qadınlarla kişiləri ilk dəfə ayıran Xalid əl-Qasri olmuşdur2.

- Yəmənə təyin olunan ilk müsəlman əmir Bəzən ibn Səsən olmuşdur3.

- Əcəmi padşahlarından ilk iman gətirəni Bəzən ibn Səsən olmuşdur4.

- Fiqh elmi barədə ilk dəfə yazan Əbu Hənifə olmuşdur5.


QEYD: Əlinizdəki kitab insan əməyinin bəhrəsidir və ona görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa, ramil.soltanov@gmail.com elekt­ron ünvanına yazmanızı xahiş edirik.

www.feqih.com



1 Taha surəsi, 114

2 Səhih İbn Məcah 1/ 152

3 Səhih İbn Məcah 1/47

2 Səhih əl-Buxari 143

3 Səhih Muslim 6844

1 əz-Zumər surəsi, 9

2 Səhih əl-Buxari 3194

3 Məcmu əl-Fətava 18/213

4 Əxbaru Məkkə 3/271, Tarixu Məkkə və Məscidul-Haram 2.

5 ən-Nisə surəsi, 1

2 Məcmu əl-Fətava 8/34

3 ən-Nisə surəsi, 1

4 Bu barədə iki rəvayət nəql olunmuşdur. Musənnəfu Əbu Şeybə 8/353, Tarixu ət-Tabari 1/91

5 Sad surəsi, 76. Bəyənu Təlbisul-Cəhmiyyə 1/149

6 əl-Bəqərə surəsi, 34

7 Savaiqul-Mursələ 3/978

9 Tarixu Məkkə və Məscidul-Haram 4

10 əl-Məidə surəsi 27-32, Səhih əl-Buxari 3335.

1 Təfsir İbn Kəsir 4/372-373

2 Səhih əl-Buxari 4476

3 Cavabus-Sahih 6/499

4 Tarixu Məkkə və Məscidul-Haram 16

5 Tarixu Məkkə və Məscidul-Haram 16

6 Musənnəfu Əbu Şeybə 6/233

7 Musənnəfu Əbu Şeybə 7/191, Musnədu Əbu Yalə 5/244

8 Əxbaru Məkkə 4/1

9 Musənnəfu Əbu Şeybə 7/449

1 Səhih əl-Buxari, 3521

2 Məcmu əl-Fətava 27/90

3 Bidəyə və ən-Nihəyə 1/221, Tarixu Məkkə və Məscidul-Haram 13

4 Səhih İbn Hibban 2/213

5 Məcmu əl-Fətava 12/054

6 əl-Kəmulu fit-Tarix 1/109

7 əl-Kəmulu fit-Tarix 1/109

8 Risələ fit-Tovbə 1/260

1 Sunən ət-Tirmizi 4099

2 Əsbabun-Nuzul əl-Quran, 3

3 əs-Sira ən-Nəbaviyyə 1/386

4 əs-Sira İbn Hişəm 1/189

5 Sira ən-Nəbayiyyə 1/118

6 Sunən ət-Tirmizi 4099

7 Sunən ət-Tirmizi 4099

8 Sunən ət-Tirmizi 4099

9 Sira ən-Nəbaviyyə 1/118

1 Minhəc əs-Sunnə 5/21

2 Tarixul- İslam 1/57, Tarixu Bağdad,1/68

3 Rahiqil-Məxtum 60

4 Mocamul-Kəbir 9/230

5 əs-Sira ən-Nəbaviyyə 2/3

6 əs-Sira ən-Nəbaviyyə 2/3

7 Tarixul-İslam1/45, Kitabus-Sunnə 2/596

8 Zovcatun-Nəbiyy 1/23

9 Tarixul-İslam 1/167

1 Rahiqil-Məxtum 114

2 Əsədul-Ğabə 3/338

3 Sira İbn Hişam 1/407

4 Səhih əl-Buxari 1090

5 Tarixul-Xuləfə 1/35

6 Sunənul-Kubra 6/206, Musnədu Tayalisi 2/250, Əsədul-Ğabə 2/290

7 Sira ən-Nəbaviyyə 1/230 (Ali Muhəmməd), əs-Sira ən-Nəbaviyyə (İbn İshaq) 1/64

8 Səhih əl-Buxari 3924

9 Musənnəfu Əbu Şeybə 7/524, Əsədul-Ğabə 2/310.

1 Tarixul-İslam 1/87

2 Əsədul-Ğabə 2/441

3 Sunən ət-Tirmizi 2673

4 Minhəc əs-Sunnə 4/477

5 Tarixul-İslam 1/416

6 Əsədul-Ğabə 1/378

7 Səhih əl-Buxari, 4326.

8 Tarixul-İslam, 1/168, Sira ən-Nəbaviyyə, 2/61, Musənnəfu Əbu Şeybə 7/509, Mustadrak 14/182, Sira İbn Hişam 1/591.

9 Tərixul-Xəlifə 1/30

1 Əsbabu Nuzul əl-Quran, 5

2 Əsədul-Ğabə 1/190

3 Əsədul-Ğabə 3/101, Rahiqil-Məxtum 154

4 Əsədul-Ğabə 2/376

5 Əsədul-Ğabə 1/382

6 Əsədul-Ğabə 3/377

7 Əsədul-Ğabə 1/284

8 Xulasa əl-Vafa bi-Əxlaqu Darul-Mustafa, 107

1 Sunənu Əbu Davud 499, Sunən ət-Tirmizi 189.

2 Zədul Miad 1/120

3 Musnədu Əhməd, 1557

4 əl-Əşbahu və ən-Nazair 1/402

5 Əsədul-Ğabə 1/426

6 Əsədul-Ğabə 1/347

7 Əsədul-Ğabə 1/481

1 Səhih əl-Buxari 6933, Səhih əl-Muslim 2/744

2 Sira ən-Nəbaviyyə 3/354

3 Minhəc əs-Sunnə 5/490

4 Tarixul-Xuləfə 1/74, Tarixu Əbu Zurah 1/83

5 Əsədul-Ğabə 1/14

6 Siratu İbn Hişam 2/443

7 Əsədul-Ğabə 2/6

8 Əsədul-Ğabə 2/256

9 Səhih əl-Buxari 3910

1 Səhih əl-Buxari 3624

2 Kitab əl-Həsən ibn Əli ibn Əbu Talib 1/68

3 Əbu Bakr əs-Siddiq 7

4 Tarixul-Xuləfə 1/108

5 Əsədul-Ğabə 1/122

6 Bidəyə və ən-Nihəyə 8/287-291

7 Təfsur İbn Kəsir 1/26

8 Tarixul-Xuləfə 1/24

9 Tarixul-Xuləfə 1/24

10 Minhəcis-Sunnə 7/30

1 Tarixul-İslam, 1/410

2 Tarixul-İslam 1/394

3 Tarixul-Xuləfə 1/24

4 Musənnəfu Abdur-Razzaq 4/260

5 Məcmu əl-Fətava 15/136

6 Məməlikul-Absar fi Məmlikul Əmsar 29

7 Dövlatul-Amaviyyə 1/395

8 Tarixul-İslam 1/400, əl-Mocamul-Kəbir 17/84

1 Futuhul-Buldən 1/81, Cavabus-Sahih 1/170

2 Cavabus-Sahih 6/86

3 Tarixul-İslam 1/388, Fəthul-Baqi 13/37

4 Musannafu Abdur-Razzaq 3/206, Tarixul-Xuləfə 1/24

5 Musənnəfu Abdur-Razzaq 1/483, Tarixul-Xuləfə 1/24

6 Tarixul-Xuləfə 1/24

7 Tarixul-Xuləfə 1/147, Tarixul-Mədinə 1/ 7

8 Səhih əl-Buxari. Kitab Mavaqitu-s- Saləh, Bab 4, Səhih Muslim 1/128, 129

1 Risələ fi ət-Tovbə 1/260

2 Tərizu Bağdad 1/93

3 Kitab əl-Həsən ibn Əli ibn Əbu Talib 1/8, Dövlətul-Amaviyyə 1/229

4 Musənnafu Əbu Şeybə 7/279

5 Tarixul-Xuləfə 1/173

6 Dövlatul-Amaviyyə 1/338

7 Dövlatul-Amaviyyə 1/341

8 Səhih əl-Muslim 186

9 Tarixul-Xuləfə 1/190, Tarixu Bağdad 4/487

1 Dövlatul-Amaviyyə 3/231

2 Tarixu Məkkə və Məscidul-Haram 51

3 Tarixu Məkkə və Məscidul-Haram 51

4 Tarixul-Xuləfə 1/222

5 Tarixul-Xuləfə 1/190

6 Tarixul-İslam 3/136

7 Sunənu İbn Məcah 2881

8 Mustədrak 11/179

9 Mələlikul-Absar fi Məməlikul-Əmsar 38, Əsədul-Ğabə 2/256

10 Mocamul-Kəbir 4/56

2 Tarixul-İslam 4/478

3 Musannafu Adbur-Razzaq 5/89

4 Tarixu Məkkə və Məscidul-Haram 57

5 Tarixul-İslam 3/238

6 əl-Cami 1/130

7 Tarixul-İslam 5/139

8 Tarixul-İslam 3/468

1 Tarixul-Xuləfə 1/226, Tarixu Bağdad 4/331

2 Siyar Əlamun Nubələ 6/51, əl-Hiliyyə 7/51

3 Dövlatul- Osmaniyyə 1/187

4 Əşratus-Səah, 81

5 Sünən Əbu Davud 3212

6 Səhih əl-Buxari 2412

1 Mustədrak 8/470

2 Mustədrak 8/470

3 Sunən ət-Tirmizi 3976

4 Kitabus Sunnə. İbn Əbu Qasim 2/348

5 Musənnəfu Əbu Şeybə 1/254, Silsilə əs-Sahihə 1129

6 Sunən ət-Tirmizi 415

7 Sunən ət-Tirmizi 1457

8 Səhih Muslim 1905

9 Musənnəfu Əbu Şeybə 6/90

1 Səhih Muslim 505

2 Səhih Muslim 2017

3 Sunənu Əbu Davud 4654, Mustədrak 10/236

4 Mustədrak 4/398

5 Səhih əl-Buxari 3329

6 Səhih əl-Buxari 7154

7 Kitabus-Sunnə 1/226, 227

8 Sunənu Əbu Davud 5215

9 Məcmu əl-Fətava 18/23

2 Rədduş-Şəmil 21/11

3 Səhih əl-Buxari 4863

4 Mustədrak 7/188

5 Silsilə əs-Sahihə 1739

6 Silsilə əs-Sahihə 1742

7 Məcmu əl- Fətava 10/136

8 Təfsiru İbn Kəsir 2/10

1 Dirasət fi əl-Əhva vəl-Firaqi vəl-Bidəi 236.

2 Dövlatul-Amaviyyə 3/445

3 əl-İbanətul Kubra 5/16

4 Səhih Muslim 102

5 Məcmu əl Fətava 12/504

6 Tarixul-İslam 2/244

7 Tarixul-İslam 3/85

8 Dirasət fi əl-Əhva vəl-Firaqi vəl-Bidəi 257

1 Zəmmul-Kələm 436, Bəyən Təlbisul-Cəhmiyyə 1/24, əl-İstiqamə 1/215

2 Təlbisu İblis 167

3 Fususul-Hukmu maa Şarhul-Qaşani 202-207

4 Siyar Əlamun Nubələ 11/523

5 Təlbisu İblis 167

6 Tarixul-İslam 3/297

7 Tarixu-Bağdad 6/119

8 Məcmu əl-Fətava 12/504

1 Məcmu əl-Fətava 12/420

2 Xulalsa fi Bəyani Rəy Şeyxul-İslam ibn Teymiyyə 1/41

3 Siyar Əlumun Nubələ 9/247, Məcmu əl-Fətava 7/ 88

4 Əsədul-Ğabə 1/461, Tarixu Bağdad 4/182-183

5 Əsədul-Gabə 2/50, Dövlatul-Amaviyyə 1/363

6 Əsədul-Ğabə 2/74

7 Əsədul-Ğabə 2/440

8 Şəzzul-Fiyəh 2/739

1 Mərifətu fi ət-Tarix 2/243

2 Əxbəru Məkkə 2/174

3 Zədul-Miad 1/121

4 Zədul-Miad 1/121

5 Divanul-İslam 35





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə