«Mən insanam» Cənubi Qafqaz Sülh və insan hüquqları film festivalın fəlsəfəsi




Yüklə 89.05 Kb.
tarix09.03.2016
ölçüsü89.05 Kb.
«Mən insanam» Cənubi Qafqaz Sülh və insan hüquqları film festivalı


Niyə sizə göstərmək üçün sülh və insan hüquqları probleminə aid olan xarici sənədli filmlər gətirdik? Çətin sualdır.


İlk öncə, düşünürük ki, bu filmlər sizin üçün maraqlı ola bilər, bəlkə də sizin şəhərinizdə və yaxud rayonunuzda artıq çoxdan kino göstərilmir, ya da siz Hollivud blokbasterlərindən artıq yoruldunuz. Bəlkə siz maraqlanırsınız hazırda başqa ölkələrdə hansı sənədli filmlər çəkilir. Kim bilir bəlkə siz o filmlərdə özünüz üçün bir çox yeniliklər tapacaqsınız?
İkincisi isə, dünyanın yeganə olduğundan və kino dilinin həddi olmadığından dolayı, Qafqaz izləyicisi dünyanın başqa reqionlarında yaşayan insanların talehində «özünü tapa bilər», onlara sülh və ədalət üçün apardıqları mübarizədə dəstək ola bilər. Biz səmimi qəlbdən inanırıq ki, festival əhəmiyyətli və çətin mövzular barədə müzakirəyə səbəb olacaq, və beləliklə hər birimizin daxilindəki və xaricindəki dünyanın inkişaf olunmasına dəstək olacaq.
Nə üçün festival «təkərlidir»? Biz düşünürük ki, Cənubi Qafqazın arzusu olan hər sakini kinoteatra gözəl filmləri seyretməyə gələ bilmirsə, film onların yanına getməlidir! Bu festival sadəcə böyük şəhərlərin sakinləri üçün nəzərdə tutlmayıb, - hərəkət edən festival ideyası ona görə yarandı ki, biz fillmlərimizi kiçi$k şəhərlərin və rayonların sakinlərinə də göstərmək istəyirik. Yəni, biz paytaxtda yaşamayan əhalinin yanına daha böyük sevinclə gələrik!
Bundan əlavə, biz festivalı sizinlə bərabər hazırlamaq istəyirik. Çünki siz bizdən daha yaxşı bilirsiniz, festivalı necə təşkil edək ki, olduqca çox izləyici gəlsin, çərçivə proqramı bütün izləyənlər üçün maraqlı olsun, və belə tədbirə xüsusi qonaq kimi kimləri dəvət etsək daha məqbul olar.
Çox maraqlanırıq, bizim filmlərimizi necə qarşılayacaqsınız. Festivalın necə keçiriləcəyi barədə yarandığı ideyalarınızı, müzakirələrinizi, diskusiyalarınızı bizimlə paylaşın!


  • Festivalın tarixi

Sülh və insan hüquqları kinofestivalı – «Mən insanam» - Cənubi Qafqazda keçirilən ilk festivaldır. Festivalın ideyası 2005-ci ildə «Heynrix Byol fondu» (www.boell.ge) və «Açıq ictimaiət – Gürcüstan» (www.osgf.ge) fondlarının partnyor dairələrində yarandı. «Heynrix Byol fondu» (www.boell.ge) 2003-cü ildən bəri Cənubi Qafqazın bütün reqion partnyorlarını barışdırmaq layihəsi üzərində işləyir. Fondlar festivalın jürisinə Cənubi qafqazın təcrübəli mütəxəssislərini dəvət etdilər. Jüri tərkibinə xüsusi diqqət yetirildi, biz onu kino mütəxəssisləri və hüquqmühafizəçilərinin sayı ilə «balanslaşdırılmış», bütün Cənubi Qafqaz reqionları tərəfindən təqdim olunmuş görmək istəyirik.


«Bir dünya» adlı Praqa insan hüquqları festivalının (www.oneworld.cz) təşkilatçıları simasında biz həmfikirlərimizi və təcrübəli partnyorları taptıq: onlar öz festivallarını 1999-cu ildən keçirirlər. Sizə təqdim olunan filmlərin hamısı Praqa festivalında artıq göstərilib.
Layihə Henrix Böll Fondu (www.boell.ge) və Açıq Cəmiyyət İnstitutu şəbəkəsinin cənubi qafqaz fondları (www.osi.am; www.osi-az.org; www.osgf.ge) tərəfindən maliyyələşdirilir.

Biz öz festivalımızı sizin bəyəndiyiniz təqdirdə, gələn illərdə də keçirməyə ümid edirik. Sizin iradlarınızı və ideyalarınızı məmnuniyyətlə qəbul edəcəyik.




  • Filmlərin seçilməsi

Festivalımız müsabiqə xarakterli deyil – yəni biz sizin filmlərinizi festivalda iştirak etmək üçün nəzərdən keçirməyəcəyik. Filmlərin seçilmə prosesi artıq başa çatıb və bu belə baş verdi: müxtəlif Cənubi Qafqaz reqionlarından olan 11 müstəqil ekspertlərdən, eləcədə Çexiya və Almaniyalı (kino ekspertləri və hüqüqmühafizəçilərdən) ibarət olan jüri heyyəti 6 sənədli film seçdi. Filmlərin hamısı barış tematikasını əhatə edir və son illərdə Praqa festivalında göstərilən bir çox filmlər arasından seçilib. Dünyada artıq ciddi reputasiya qazanan bu filmlərdən, jüri 3 günlük festival proqramı hazırladı. Filmlərin hamısı yerli dillərdə səsləndiriləcək.


Sizə aşağıdakıları təklif edirik:
Birinci gün: günün mövzusu: «Düşmən obrazı»


  1. «Mənim terorçum», İsrail, 2002 q., 58 dəqiqə, rejisor Yuli Koen Qerstel

İsrailin El-Al aviaşirkətinin təyarəsində styuardesa işləyən Yuli Koen Qerstel, 1978-ci ildə Londonda terror aktının qurbanı olur. 23 ildən sonra, o, həmin teror aktını həyata keçirən adamla məktublaşmaya başlayır. O adam yenə də Böyük Britaniyanın cəza evində oturur. Bu duyğusal və özəl film bir qadının qapalı intiqam hissindən azad olmaq cəhdindən və anlayışa, əfvə və sülhə necə nail olmaqdan bəhs edir.


  1. «Düşmən obrazı», Fransa, 2005-ci il, 92 dəqiqə, rejisor Mark Deniels

Film Amerika KİV-ləri tərəfindən müharibəni əks etdirmə strateqiyalarını tədqiq edir. Vətəndaş müharibəsindən götürülən ilk hərbi fotoşəkil öz vaxtında Amerika ictimaiətində coşkun reaksiyaya səbəb olmuşdu. İctimaiətin bu cür reaksiyası, Vyetnam məhbusunun güllələnməsinin ilk telefizyon translasiyası zaman da baş vermişdi. Ancaq belə aşkarlıq bir neçə vaxtdan sonra artıq Amerikada müharibə haqqında verilən məlumatlarda təsbit edilmirdi. Müharibə haqqında telefizyon süjetləri daha çox müharibəyə hazır və güclü amerikan əsqərləri obrazı yaradaraq, Hollivud boeviklərinə bənzəməyə başladı. «Düşmən obrazı» filmi sadəcə Amerika barədə deyil. Onun tematikası müasir KİV-lərin müxtəlif münaqişə zonalarındaki roluna aiddir.
İkinci gün: günün mövzusu: «Barış axtarışında»


  1. «Qaranlıqdan işığa doğru uzun yol», ABŞ, 2000-ci il, 95 dəqiqə,

rejisor: Frensis Reid, Debora Xoffman

Film 80-ci illərdə Cənubi Afrikada Aparteid zamanı baş verən dörd hadisədən bəhs edir. Rasa seqreqasiyasının qurbanları, şahadları və təqsirliləri aparteid zamanı baş verən cinayətlərin istintaqı üçün yaradılan Gerçəklik və Barış Komisiyasının önündə çıxış edirlər. Film «yaralı» ictimaiətin «özünü müalicə etmə» prosesindəki portretini çəkir. Müalicə olunmaq mümkündür, ancaq vicdanının və qəlbinin səsini ciddi şəkildə dinləmək və keçmişdə nələrin baş verdiyi barədə doğruyu axtarmaq lazımdır.




  1. «C-21: Qırmızı Kxmerlər - öldürücü maşını», Fransa, 2002-ci il, 80 dəqiqə, rejisor: Riti Pan

1967-ci ilin aprelin 17-də Qırmızı Kxmerlər Kamboca iqtidarını nəzarətləri altına aldılar və 2 miliyon insanı qurban edən soyqırım keçirdilər. Onlardan 10 000 nəfəri C-21 kimi kons-düşərqələrdə öldülər. «Onlar məni öldürmədilər, çünki düşərqənin rəisi mənim çəkdiyim rəsimləri bəyəndi» - deyir yeddi nəfər sağ qalanların biri. Hazırda o, özünün qorxunc xatirələrinin rəsmini çəkir. Onun rəsmləri, arxif foto şəkilləri və sabiq məhbusların işkəncə altında alınan «ifadələrinin» audio yazıları, sabiq müdafiyə xidmətinin və cəllatların söylədiklərindən tamam başqa, daha qorxunc hadisələrdən bəhs edirlər. Onlar yenə də peşmanlıqları və təəssüfləndikləri barədə heç nə danışmırlar. Müəlliflərin xahişi ilə öz «gündəlik» hərəkətlərindən və sabiq işlərindən söz edirlər...
Üçüncü gün: günün mövzusu: «Müharibə absurdu»


  1. «Nəzarət-keçid-məntəqəsi», İsrail, 2003-cü il, 80 dəqiqə, rejisor Yoav Şamir

Yordan çayının qərb sahilində, 1967-ci ildən İsrailin hərbi nəzarəti altında olan Qaza sektorunda üç milyondan artıq fələstinli yaşayır. Fələstinlilər öz qohumlarının, dostlarının yanına, qonşu rayona həkimin yanına və yaxud iş yerlərinə getmək istəyən zaman, ağır zirehli texnika ilə qorunan İsrail keçid məntəqəsindən keçmək zorundadırlar. Bu da, saatlarla növbədə durmaq, təhqir edici yoxlamalardan keçmək, bəzən isə, İsrail əsqərlərinin anlaşılmayan tələbləri ilə qarşılaşmaq və dil problemləri ilə üzləşmək deməkdir. Rejisor iki il ərzində bu problemlə əlaqədar epizodlar çəkərək, bu keçid məntəqələrinin sərhədin iki tərəfindəki ictimaiətin inkişafına mənfi təsir verdiyini göstərir.


  1. «Bir dəfə istifadə edilən qəhramanlar», Albaniya, Bosniya, Herseqovina, Serbiya, Çernoqoriya, 2005-ci il, 26 dəqiqə, rejisor: İris Elezi

Sabiq Yuqoslaviyadaki müharibədən bir neçə il sonra. Artıq müharibə illərində baş verən hadisələri analiz etmək lazımdır. İctimaiət sabiq əsqərləri necə qəbul edir? Əsqərlər özlərini qəhraman hiss edirlər mi? Filmin müəllifləri Yuqoslaviya müharibəsinin qarşı tərəflərdə mübarizə aparan yeddi veteranını ziyarət edtilər. Sabiq əsqərlər patriotizm və müharibə zamanı bu hissin tamamən itməsindən və anarxiya, müharibənin gərəksizliyindən və sairədən bəhs edirlər. İctimaiətin gözündə çox qısa bir zaman müharibə «qəhramanları» olan, sabiq əsqərlər hazırda əlildirlər, koşmarlardan əzab çəkirlər, işsiz qalıblar və bəzən küçələrdə dilənçilik edirlər. Lakin bu qaranlıq hadisəyə baxmayaraq, film yenə də umud verir: sabiq «qəhramanlar» müharibəyə qarşı münasibətlərini qəti şəkildə dəyişiblər. Onların bir çoxu nəvə-nəticələrinə öz acı təcrübələrindən bəhs edərək, onlara tolerantlılığın əsas dəyərlərini anlatmağı özlərinə borc bilirlər.


  • Festivalın keçirilməsində bizə kimlər yardımçı və partnyor ola bilər?

Yerli təşkilatçı kimi, festivalı keçirə biləcəyindən əmin olan hər hansı bir «fəal insan» və yaxud təşkilat (cəmiyyət, administrasiya, GHT, məktəb, Ali məktəb, qeyriformal qrup və sairə) Qafqazın hər qüşəsindən iştirak edə bilər.

- Nəzərə almaq lazımdır ki, təşkilatçı və yaxud qrup minimum olaraq: 1) telefon, faks və elekttron poçtu olmalıdır ki, əlaqə saxlaya bilək. 2) Filmlərin göstərilməsi üçün məkan tapmalıdır (proektor və ekranı biz gətirəcəyik). 3) Bundan əlavə, təşkilatçı ərizədə təklif etdiyi çərçivə proqramını həyata keçirə bilməlidir.

- çərçivə proqramının həyata keçirilməsi üçün lazımi qaydalara uymalıdır (büdcədən kənara çıxmayan və barış tematikasından çox fərqli olmayan hərşeyi nəzərə almaq olar, anketin 11-cu punktuna baxın). Təşkilatçının həmçinin festival üçün seçilmiş filmlərdən başqa film göstərməyə haqqı yoxdur.

- festivalın ideyasını başa düşür və dəstəkləyir.
Qəbul olunmuş ərizələrdən biz 25 ən maraqlı, qeyri standart ideyalar və sülh aksiyalarını təqdim edən yaradıcı təklifləri seçəcəyik. Festivalın həm-təşkilatçılarına (festivalın keçirilməsində yardımçı olduqları üçün) kiçik maliyyə yardımı ayrılacaq.
Eyni maraqlı ərizələrdən paytaxtda yaşamayan təşkilatçılığa nəmizədin ərizəsi qəbul olunacaq.


  • «Mən – insanam» festivalını olduğunuz yerə dəvət etmək üçün nə

lazımdır?


  1. Bizə diqqətli şəkildə doldurulmuş və imzalanmış anketi 10.12.2006

tarixinə qədər göndərmək, poçt, faks və yaxud e-mail (e-mail ilə göndərən zaman imza lazım deyil) vasitəsi ilə. Suallarınızın yarandığı halda festivalın koordinatoru Kersten Nikkiqə zənq vurun və yaxud məktub yazın. (əlaqə göstəriciləri: anketə baxın)


  1. Jürinin qərarını gözləyin: 25.01.2007.




    • Real olaraq, bizim əməkdaşlığımız necə görünəcək?

Əgər sizin ərizəniz seçilmiş olsa 2007-ci il fevralda sizi yaşadığınız şəhərin yaxınlığında keçirilən seminara dəvət edəcəyik. Seminarda birlikdə festivalın keçirilməsi ilə əlaqlar bütün məsələləri individual şəkildə müzakirə edəcəyik. Əsas məsələlər:

Ekspertlərin dəvət edilməsi, aparıcı kim olacaq, festival necə təşkil olunacaq, məkan, iştirakçıların sayı, maliyyə məsələləri və sairə.

Razılaşma imzalanacaq və festivalın təşkili üçün (sizin tərtib etdiyiniz büdcəyə muvafiq olaraq, anketdəki punkta baxın) maliyyə dəstəyi ödəniləcək.


Lazım olduğu təqdirdə, sizə festivalın keçirilməsində konsultativ yardım edəcəyik.
Mart ayından oktyabr ayına qədər, anketinizdə göstərilən tarixə müvafiq olaraq, bizim kinoavtobusumuz üç günlüyünə sizə gələcək. Kinoavtobusun komandası 3 nəfərdən ibarət olacaq: festivalın koordinatoru Kerstin Nikkiq və iki əməkdaş. Onlar proektor, kinoekran, səs texnikasını, filmləri və əlavə materiallar gətirəcəklər.

Siz festivalın keçirilməsində və çərçivə proqramının hazırlanması üçün məsuliyyətli olacaqsınız. Siz izləyiciləri dəvət etməlisiniz, məkan tapmalısınız, tədbirin keçirilməsini yerli rəhbərlik ilə razılaşdırmalısınız və bizə maliyyə hesabını təqdim etməlisiniz.


Festivalın sonunda təşkilatçılar festivalın kataloqunu və arxivdə saxlamaq üçün filmləri alacaqlar.
Yaxşı partnyorluq əlaqələrinə!
Sizin kinokomandanız.

Ərizə anketi





  1. Ərizəçinin şəxsi göstəriciləri (layihəyə görə əlaqə saxlanacaq şəxs)



Soyadı:




Adı:




Doğum tarixi:





Doğum yeri:





Cinsi:


Qadın Kişi

Vətəndaşlıq:


Faktiki ünvanı:





Telefon (faks)





El.poçt:







  1. Təşkilat, müəssisə, təşəbbüsçü qrup, GHT, hökümət strukturu, məktəb, Ali məktəb və sairə (ərizəçi təşkilatın adı ilə yazırsa)

Təşkilat


Adı, ünvanı


Tel-faks:





El.poçt:







  1. Niyə kinofestivalı yanınıza dəvət etmək istəyirsiniz? Festivalın ideyası haqqında nə düşünürsünüz?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________



  1. Sizcə bizim festivala hansı publika gələrdi? Kimlər üçün təşkil etmək istəyirsiniz bu festivalı sizin yerinizdə?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Qısaca öz şəhərinizi\ məhlənizi\ rayonunuzu təsvir edin (festivalı keçirmək istədiyiniz yeri). Hansı məkanda təşkil etmək istəyirsiniz festivalı?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Festivalın aparıcısı olaraq, kimi seçərdiniz (adı, soyadı, məsləyi, fəaliyyəti)? Onun aparıcılıq təcrübəsi var mı? Harada? İstəyirsiniz mi, sizə biz təqdim edək yaxşı aparıcı?

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Biz kiçik honorar, məsələ qonşu rayondan və Cənubi Qafqazın diqər ölkəsindən gələn ekspertlərdən birinin bilet və qalmaq pulunu ödəyə bilərik. Hansı eksperti dəvət etmək istəyərdiniz (adı, soyadı, məsləyi, fəaliyyəti, yaşadığı yer)? Nəyə görə məhz onu?

Məsələ, qonaq olaraq günün mövzularından biri ilə bağlı, sənədli film üzrə ekspert olan şəxsi və yaxud jurnalisti dəvət edə bilərsiniz. Bu həmçinin həyat tərəfindən «ekspert» olan şəxs, məsələ, müharibəyə qarşı çıxan bir əsqər anası, və yaxud frontun «qarşı tərəfinin» veteranı ilə dostluq edən veteran, eləcədə barışla məşğul olan bir təşkilatın nümayəndəsi də ola bilər...
_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

8. Kinofestivalın çərçivə proqramı üçün hansı ideyalarınız var? Nə etməyi düşünürsünüz konkret olaraq, və bunula nəyə nail olmaq istəyirsiniz?
Çərçivə proqramı

«Çərçivə proqramı» festivalın üç günlük film təqdimatını əhatə edən hərşeyi nəzərdə tutur. Və siz bu çərçivə proqramı ərzində:




  • büdcənin maliyyə çərçivəsindən kənar çıxmayan;

  • barış tematikasınkan fərqli olmayan;

  • real olaraq, həyata keçirə biləcəyiniz;

hər şeyi təklif edə bilərsiniz.
Festivalda təqdim olunacaq filmlərdən başqa film göstərməyə haqqınız yoxdur.
Məsələ, kinoblokların, sərqilərin və mütəxəssislərin məruzələrindən sonra «günün mövzusu» haqqında diskusiyalar, mədəni proqramlar...
(büdcə – 11-ci punkta baxın)

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Fevtivalı nə zəman keçirmək istəyirsiniz (hansı tarixdə)?

2007-ci ilin mart ayvndan oktyabr ayına qədər
_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Belə tədbirlərin keçirilməsində və təşkilində təcrübəniz var mı?


____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. Festivalınız üçün smeta tərtib edin

Smeta


Nəyə xərcləndi

Pul vahidinin dəyəri

Yerli valyutada cəmi

Dollarla cəmi

Ərizəni yazan günkü kurs

Ziyarətçilər üçün bufet

60 lari x 3 gün

180 lari

105,88 dol.

1,7

Məkanın arendası













Təşkilatçı qonorarı













Aparıcı qonorarı













...........













Cəmi













Sizin büdcəniz (maksimal):


350 $ çərçivə proqramının təşkili üçün

120 $ qida üçün

310 $ ekspertin honorarı, bileti üçün

-------------------------------------------------

Cəmi: 780 $


  1. Ərizəniz üçün lazımi hesab etdiyiniz əlavə qeydlər:


____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


  1. Müsabiqə haqqında hansı mənbələrdən öyrəndiniz?


____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Yeri və tarixi: ____________ İmza _____________



Anketi ünvana poçt, faks və yaxud elektron poçtu ilə göndərin.



Kerstin Nikkiq, koordinator, Heynrix Byoll adına fond, Radiani küç. 5, 0079 Tbilisi, t. +995-32-2277056 faks: +995-32-012897, kerstin@boell.ge, www.ya-chelovek.caucasus.net , www.boell.ge

Xahiş edirik, festival haqqında məlumatı, festival ilə maraqlana biləcək hər kəsə göndərin! Təşəkkür edirik.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə