Məmmədova Ülkər Ədalət qızı Mövzu: «Azərbaycanın Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığı və onun genişləndirilməsi istiqamətləri» magistr dissertasiyasi




Yüklə 0.57 Mb.
səhifə1/7
tarix23.04.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Məmmədova Ülkər Ədalət qızı

Mövzu: « Azərbaycanın Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığı və onun genişləndirilməsi istiqamətləri »

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı İİM010000 İqtisadiyyat

İxtisasın şifri və adı İİM010001 BİM

Elmi rəhbər Magistr proqramının rəhbəri

i.e.n., dos. M.Q.Məmmədov i.e.n., dos. Cəmilov M.R


Kafedra müdiri : prof., i.e.d., Hacıyev Ş.H


BAKI

Plan

GIRIŞ.................................................................................................................. 2

I Fəsil : Dünya Bankının yaranması, strukturu və fəaliyyət istiqamətləri

1.1 Dünya Bankının yaranması, məqsədi və vəzifələri...................................... 7

1.2 Dünya Bankının strukturu............................................................................ 14

1.3 Dünya Bankının əsas fəaliyyət istiqamətləri................................................ 23


II Fəsil : Dünya Bankının Azərbaycanda həyata keçirtdiyi layihələr.

2.1 Dünya Bankının Bakının su ilə təmin olunmasının inkişafı layihəsi..........30

2.2 Dünya Bankının Azərbaycanda reabilitasiya layihəsi.................................37

2.3 Dünya Bankının Azərbaycanda struktur dəyişiklikləri üçün texniki yardım layihəsi.................................................................................................................. 44

2.4 Dünya Bankının Azərbaycanın neft və qaz sektoruna ayırdığı kreditlərdən istifadənin vəziyyəti............................................................................................. 53
III Fəsil :İstehsal, xidmət və infrastruktur sahələrində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri.

3.1 İstehsal sahəsində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri............................................................................ 61

3.2 Xidmət sahəsində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri............................................................................. 73

3.3 İnfrastruktur sahəsində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri..............................................................................82


Nəticə və təkliflər..................................................................................................90

Ədəbiyyat siyahısı.................................................................................................95

GİRİŞ.
Mövzunun aktuallığı. Dünya Bankı (World Bank)– dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Müasir dövrdə ölkə iqtisadiyyatının inkişafında beynəlxalq təşkilatlarla olan beynəlxalq iqtisadi münasibətlər mühüm rol oynayır. Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq demək olar ki, bütün ölkələrin iqtisadi siyasətinin əsas prinsiplərindən birinə çevrilmişdir. Çoxsaylı beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbyacan Dünya Bankı ilə əməkdaşlıq edir, bu əməkdaşlığın daha da genişləndirilməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Dissertasiya işində Azərbaycanın Dünya Bankına üzv olması, müasir şəraitdə Respublikamızın Dünya Bankı ilə əməkdaşlığının əsas xüsusiyyətləri, inkişaf perspektivləri, Dünya Bankının ölkəmizdə həyata keçirdiyi layihələr haqqında məlumatlar öz əksini tapır. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Tədqiqatın məqsədi. Dissertasiya işinin məzmunu Azərbaycanın beynəlxalq kredit qurumu olan Dünya Bankı ilə olan əlaqələridir. Dissertasiya işində tədqiqatın əsas məqsədi, Dünya Bankı ilə Azərbaycan Respublikasının əlaqələri, sözü gedən Bankın Azərbaycanda həyata keçirdiyi layihələr və onların iqtisadi təsirlərini ələ almaqdır. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının mövcud vəziyyətini dəyərləndirmək və onun inkişaf perspektivlərini müəyyən etməkdir.

Təcrübi əhəmiyyəti. Burada əksini tapan təhlil və araşdırma müddəaları Dünya Bankının həyata keçirdiyi layihələr Azərbaycanda xidmətin, infrastrukturun, istehsalın təkmilləşdirilməsi istiqamətində müəyyən nəzəri tədqiqi elmi baza kimi istifadə oluna bilər.Dünya Bankının layihələrinin dəyərliliyi ondan ibarətdir ki, onlar nəinki əlavə maliyyə resursları əldə etməyə, hətta sosial və iqtisadi inkişaf məsələləri ilə məşğul olan iri beynəlxalq təşkilatların təcrübə və məlumatlarindan yararlanmağa imkan yaradır.

Tədqiqatın predmeti və obyekti. Bura Dünya Bankının yaranması, məqsədi və vəzifələri, strukturu, əsas fəaliyyət istiqamətləri, Bakının su ilə təmin olunmasının inkişafı layihəsi, Azərbaycanda reabilitasiya layihəsi, Dünya Bankının Azərbaycanda struktur dəyişiklikləri üçün texniki yardım layihəsi, Dünya Bankının Azərbaycanın neft və qaz sektoruna ayırdığı kreditlərdən istifadənin vəziyyəti, istehsal, xidmət və infrastruktur sahələrində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri aiddir.

İşin strukturu və həcmi. Dissertasiya işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Mövzu quruluşu girişdən, üç fəsildən, nəticə və təkliflərdən və sonra istifadə olunmuş ədəbiyyatlardan ibarətdir. Dissertasiya işinin yazılması zamanı informasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmalarından istifadə edilmişdir. Dissertasiya işi ümumilikdə 94 səhifədən ibarətdir.

Dissertasiya işinin birinci fəsli “Dünya Bankının yaranması, strukturu və fəaliyyət istiqamətləri” adlanır. Burada Dünya Bankının yaranma tarixi, strukturu, məqsədi və vəzifələri, əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Dünya Bankı (DB) rəsmi olaraq BMT-nin Monetar və Maliyyə Konfransı (01-22 iyul, 1944) nəticəsində qəbul edilən Bretton-Vuds Sazişinin beynəlxalq arenada ratifikasiyasından sonra yaradılmışdır. DB-nin yarandığı andan fəaliyyətinin əsas məqsədi dünyada yoxsulluq səviyyəsini azaltmaq, insanların həyat şəraitini yaxşılaşdırmaq, üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardım etmək, xarici maliyyə qaynaqlarından daxil olan investisiya vəsaitləri ilə təmin etmək, ölkələrin xarici dövlət borcu mexanizmini normal hala gətirmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək, yerli şirkətlərin maliyyə vəsaitlərinə yaranan ehtiyaclarını aradan qaldırmaq və s.-dən ibarət olmuşdur. DB dünyanın zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə qrant və güzəştli kreditlər təqdim edir.

Dissertasiya işinin ikinci fəsli “Dünya Bankının Azərbaycanda həyata keçirtdiyi layihələr” adlanır. Azərbaycanda həyata keçirilməkdə olan 2006-2015-ci illər üzrə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə yeni Dövlət Proqramı (YADİDP), 2007-2010-cu illəri əhatə edən və YADİDP-in məqsədlərini özündə birləşdirən Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində DB ilə əməkdaşlıq davam etdirilməkdədir. ÖTS Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan partnyorluq planıdır. Hazırda DB ilə 2011-2014-cü illəri əhatə edəcək yeni Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırki dövrə qədər Azərbaycan Mərkəzi Bankı tərəfindən Dünya Bankının 2 iri layihəsi koordinasiya edilmişdir. Bunlardan birincisi icrası 2007-ci ildə uğurla sona çatmış Maliyyə Sektoruna Texniki Yardım Layihəsi, ikincisi isə 2010-cu ildə yekunlaşmış Maliyyə Xidmətlərinin İnkişafı Layihəsidir. Məlum olduğu kimi XX əsrin sonları dünyanın bir sıra dövlətlərində həm siyasi, həm iqtisadi dəyişikliklərin baş verməsi ilə yadda qaldı. Belə ki, 90-cı illərin başlanğıcından etibarən sosialist sistemin dağılması Şərqi Avropa ölkələrində və keçmiş ittifaq respublikalarında bazar iqtisadiyyatına əsaslanan demokratik cəmiyyət quruculuğuna başlamaq üçün əlverişli tarixi şərait yaratdı. Bu dövrdə bir çox postsosialist ölkələri iqtisadi sistemin transformasiya istiqamətində ciddi dəyişikliklər edərək yeni iqtisadi münasibətlərin inkişafını sürətləndirsələr də bu proses keçmiş ittifaq respublikalarında bir qədər çətin şəraitdə gedir. Bu isə hər şeydən əvvəl bir çox “müttəfiq” respublikaları bürümüş olan siyasi və iqtisadi böhranla, separatizm meyllərinin dərinləşməsi ilə millətlər arası münasibətlərin və sosial problemlərin kəskinləşməsi ilə izah olunur. Həmin respublikaların sosial iqtisadi vəziyyəti arasında kifayət qədər oxşar cəhətlər olsa da onların keçdiyi yollar və mərhələlər heç də eyni olmamışdır. Bunu Azərbaycan Respublikasının son 15 illik iqtisadi inkişaf tarixi də bir daha təsdiq edir.

Dünya ölkələrinin istər siyasi, istərsə də iqtisadi tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyinə malik olmayan, ardıcıl müstəqil siyasət yeridə bilməyən heç bir ölkə milli maraqlara cavab verən iqtisadiyyat qura bilməz. Bu mənada ötən dövr ərzində Azərbaycanda dövlət müstəqilliyi kursunun ardıcıl və prinsipial bir şəkildə davam etdirilməsi ölkəmizin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdır. Məhz belə bir şəraitdə iqtisadi sahədə ölkəmizin milli maraqlarına cavab verən bir sıra həll edici addımlar atılmış, islahatların dönməzliyi təmin olunmuşdur. Əlbəttə ki, müstəqillik əldə etmiş və bazar iqtisadiyyatına keçid şəraitində olan bir dövlətin ən əsas məqsədi özünün iqtisadiyyatını yüksək səviyyədə qurmaq və inkişaf etdirmək üçün dünya iqtisadi sisteminə inteqrasiya etmək, beynəlxalq maliyyə-kredit təşkilatlarına üzv olmaq və iqtisadiyyatın bütün sahələrinə investisiya axınını təmin etmək olmalıdır.

Dünya Bankının Azərbaycandakı fəaliyyəti çoxşaxəlidir. Belə ki, ekoloji layihələrin həyata keçirilməsini, işğal edilmiş ərazilərin bərpa edilməsini, kənd təsərrüfatının inkişafını (nümunəvi fermer təsarrüfatlarının yaradılması), özəl sektorun inkişaf etdirilməsi və s. bu kimi işlərin maliyyələşdirilməsini Dünya Bankının fəaliyyət dairəsinə daxil etmək olar. Ümumiyyətlə , Dünya Bankı ona üzv olan bütün dövlətlərdə bu kimi layihələrin həyata keçirilməsi üçün iri həcmdə kreditlər ayırır. Artıq bir çox dövlətlər bu imkandan istifadə edərək özlərinin iqtisadiyyatını müasir bazar iqtisadiyyatına uyğun şəkildə qura bilmişlər. Ümid edirik ki, Azərbaycanda da həyata keçirilən layihələr gözlənilən səmərəni verəcəkdir. Çünkü Dünya Bankı kredit verdiyi dövlətlərdə bu kreditin düzgün istifadəsinə və nəzərdə tutulmuş sahələrə yönəldilməsinə ciddi nəzarət edir və bu istiqamətdə ardıcıl işlər aparır.

Dissertasiya işinin üçüncü fəsli “ İstehsal, xidmət və infrastruktur sahələrində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri” adlanır. Azərbaycanda da bu sahədə lazımi işlər görülmüş və respublikamız 1992-ci ildən başlayaraq dünyanın mötəbər iqtisadi təşkilatlarına, o cümlədən Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna üzv olmuşdur. Bu təşkilatların, xüsusi ilə Dünya Bankının xətti ilə verilən kreditlərin əsas təyinatı Azərbaycanda iqtisadi islahatların dəstəklənməsi, tədiyyə balansının sabitliyinin təmin olunması, sənaye, xidmət və infrastruktur sahələrində investisiya layihələrinin maliyyələşdirilməsindən ibarətdir. Kreditlər uzun müddətdə və çox əlverişli şərtlərlə ayrılır. 1994-cü ildə hərbi qarşıdurmanın dayandırılması ölkə rəhbərliyinə öz diqqətini iqtisadi islahatların kompleks proqramının hazırlanmasına yönəltməyə imkan verdi. 1995-ci ilin başlanğıcına əsas malların qiymətləri liberallaşdırıldı və maliyyə bölməsində bəzi islahatlara başlandı, özəl bölmənin inkişafına təkan verildi. Elə həmin ildə sabitləşdirmə və struktur dəyişiklikləri proqramı çərçivəsində qəbul edilmiş mühüm tədbirlər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Sabitləşdirmə və iqtisadi islahatlar proqramı müvəffəqiyyətlə həyata keçirildi və öz müsbət nəticələrini verdi.

Dünya Bankının nəzdində fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda banklara, sığorta və holdinq şirkətlərinə kredit ayırmaqla özəl sektorun təşviqini həyata keçirir. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın inkişafına xidmət edir, eləcə də, istehsal sahəsinin inkişafına müsbət təsir göstərir. BMK maliyyə sektorunda, habelə özəl sektorun inkişafı üçün texniki yardımını davam etdirmək və qeyri-neft sektorunu dəstəkləmək məqsədilə öz kredit proqramını artırmaq niyyətindədir.



Bankın dəstəyi ilə Hökumət səhiyyəni genişləndirəcək; təhsil sistemini müasirləşdirəcək; sosial yardımı planlaşdıracaq; təqaüd sistemini təkmilləşdirəcək; və məcburi köçkünlərin yaşayış şəraitini və iqtisadi imkanlarını yaxşılaşdıracaq. Gələn on il ərzində Azərbaycanın qlobal rəqabətli bilik iqtisadiyyatına daxil olması və səhiyyə və sosial tələbatların düzgün qarşılanmasını təmin etmək üçün unikal imkan mövcuddur.

Dünya Bankının Azərbaycana dair 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının (ÖTS) əsas istiqaməti infrastrukturun və kənd təsərrüfatının təkmilləşdirilməsi yolu ilə qeyri-neft sektorunun inkişafına yönəldilib. Digər istiqamətə sosial və icma xidmətlərinin, o cümlədən səhiyyə, təhsil, sosial müdafiə və su təchizatı xidmətlərinin səmərəliliyinin artırılması aiddir.



Dissertasiya işi nəticə ilə tamamlanır. Beləliklə, DB yarandığı anda əsas

məqsədi dünya ölkələrini 2-ci dünya müharibəsindən sonra dirçəltmək idisə, hal-hazırda ən başlıca məqsədi yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Bankın fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib.



I Fəsil : Dünya Bankının yaranması, strukturu və fəaliyyət istiqamətləri


    1. Dünya Bankının yaranması, məqsədi və vəzifələri.


Dünya Bankının yaranma kökləri hələ 1923-1932-ci illərdə bütün dünyanı bürümüş olan dərin iqtisadi böhranlar dövrünə gedib çıxır. İqtisadi ədəbiyyatlarda o dövrü “böyük depressiya” dövrü adlandırırlar. Bu dövrə aid olan yazılardan və şəkillərdən aydın olur ki, göstərilən dövrdə iqtisadiyyatın bütün sahələrində böyük dağıntılar baş vermişdi. Yəni, kənd təsərrüfatı məhsulları və torpaq dəyərindən dəfələrlə ucuz satılır, heyvandarlıq ziyanla işləyir, minlərlə bank müflisləşir, bütün sahələrdə işsizlik baş alıb gedir, zavodlar işləmirdi. Bir sözlə, iqtisadiyyatın bütün sahələri “iflic” vəziyyətinə düşmüşdü. Bu vəziyyət eyni zamanda özünü beynəlxalq və pul-kredit bazarında da göstərirdi. Kağız pullara qarşı inamsızlığın dünyada qızıla təlabatı şiddətli dərəcədə artırdı. Bir sıra ölkələr, o cümlədən, Birləşmiş Krallıq qızıl standartlarından, yəni valyuta dəyərinin qızılla təyin edilməsi prosesindən məcburi surətdə imtina etməli oldular. Hansı ki, bu qanun uzun müddət idi ki, pulun dəyərinin sabit saxlanmasına qulluq edirdi. Buna görə də qızıl standartlarından imtina edən ölkələr, qızıl standartlarını qəbul edən ölkələr arasında valyuta mübadiləsi məsələsi çətinləşdi. Ölkələr kağız pulun dəyərində qızıl ödəmələri olduqları üçün qızıl və pul ehtiyatları yığmağa başladılar. Kağız pulun dövriyyəyə buraxılması azaldıldı. Bu da iş yerlərinin azalmasına səbəb oldu. Həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü. Bəzi ölkələr milli pulun xarici pula dəyişdirilməsinə qadağa qoydular və barter mübadiləsini tətbiq etməyə başladılar. Bir qism ölkələr isə öz milli valyutalarını dəyərlərindən aşağı qiymətə xarici alıcılara satmaqla öz kənd təsərrüfatı məhsullarını əslində çox ucuz qiymətə satdılar. Bununla da onlar digər ölkələrin ticarət əlaqələrini pozurdular. Yəni rəqabət devalivasiyası yaradırdılar. Bu da rəqiblər tərəfindən eyni qayda ilə cavablandırılırdı. Məhsulun dəyəri ilə pulun nisbəti pozulurdu. Və beləliklə bütün bunlar nəticə etibariylə dünya iqtisadiyyatının dağılmasına gətirib çıxartdı. 1929-32-ci illərdə bütün dünyada əmtəələrin qiyməti 48% aşağı düşdü, ticarətin həcmi 63%-ə qədər azaldı. Bu problemləri həll etmək üçün 30-cu illərdən başlayaraq dəfələrlə beynəlxalq konfranslar çağırılsa da, lakin qəbul edilmiş müvəqqəti qərarlar məsələni tam həll etmirdi. Bunun üçün dünyanın əksər ölkələrinin birgə əməkdaşlığı lazım idi. Yalnız bu halda bütün dövlətlərdə valyuta sistemini tənzimləyən və böhran nəticəsində iqtisadiyyatı dağılmış ölkələrə uzun müddətə kredit verə bilən bir maliyyə təşkilatının yaradılması mümkün idi. Odur ki, 1940-cı illərin əvvəllərində Birləşmiş Ştatlardan Qarri Dekster Uayt və Birləşməş Krallıqdan Con Meynard Keyns məhs belə bir sistemin yaradılması yollarını təklif etdilər. Onlara görə bu sistem hazırki şəraitə təsir etməliydi. Çoxsaylı danışıqlardan sonra çətin vəziyyətdə olan beynəlxalq aləm belə bir sistemin yaradılmasına və nəzarət etmək üçün təşkilatlanmasına razılıq verdi. 1944-cü ilin iyul ayında BMT-yə daxil olan 45 dövlətin iştirakı ilə ABŞ-ın Bretton-Vuds şəhərində (Nyu-Hempşir Ştatı) Beynəlxalq Valyuta Maliyyə konfransı keçirildi. Bu konfrans tarixə “Bretton-Vuds Konfransı” kimi daxil oldu. Konfransın qəbul etdiyi qərarla 1945-ci ilin dekabr ayında BMT-nin iki xüsusiləşmiş təşkilatı – Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi. 1946-cı ilin may ayında isə bu təşkilatlar fəaliyyətə başladı. Bu təşkilatlar fəaliyyətə başlarkən qarşılarına qoyduqları əsas məqsəd İkinci Dünya Müharibəsindən sonra daha da pis vəziyyətə düşmüş dünya iqtisadiyyatını əsaslı fundament üzərində qurmaq oldu. Lakin bu təşkilat ümumi məqsəddə bir-birlərini tamamlasalar da funksiyalarına görə bir-birlərindən fərqlənirdilər.

Dünya Bankı kredit təşkilatı olub məqsədi inkişafda olan ölkələrə kömək etmək, onların iqtisadiyyatını yüksəltmək, uzun müddətlə iqtisadi tərəqqiyə nail olmaq, inkişaf etməkdə olan ölkələrdə kasıblığı aşağı səviyyəyə çatdırmaq və ləğv etməkdir.

Beynəlxalq Valyuta Fondu isə dünya valyutasının monitorinqini həyata keçirtmək, ölkələr arasında ödəmə sistemini təşkil etmək və ödəmə balansında ciddi kəsiri olan ölkələrə borc verməyi qarşısına məqsəd qoyur.

Dünya Bankı ancaq inkişaf etməkdə olan ölkələrə kredit verməkdədir. BVF isə az bir vaxt çərçivəsində yaranan maliyyə problemlərini aradan qaldırmaq üçün ehtiyacı olan bütün üzv ölkələrə kredit verir.

“World Bank” termini ilk dəfə 1944-cü il 22 iyul tarixində Bretton-Vuds konfransına həsr olunmuş və “Economist” jurnalında dərc olunmuş məruzədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) istinadən işlədilmişdir. BYİB və BVF-in idarəetmə heyətinin 1946-cı ilin martında ABŞ-ın Corciya ştatının Savanna şəhərində keçirilən 1-ci toplantısından sonra Vaşinqton Post qəzeti də daxil olmaqla konfrans haqqında dərc edilən bəzi məqalələrdə bu termin işlədilməyə başladı. 1975-ci ildən isə bu termin BYİB və BİA-nın rəsmi qısaldılmış adı kimi işlənməyə başladı.

DB BMT-nin rəsmi ixtisaslaşmış müstəqil qurumu kimi 2-ci dünya müharibəsindən sonra dünya iqtisadiyyatını yenidən dirçəltmək məqsədilə 1944-cü il 1-22 iyul tarixlərində Bretton-Vuds, New Hamshire-də keçirilən konfransda 44 ölkənin nümayəndəsinin iştirak etdiyi və imzaladığı tarixə Btetton-Vuds müqaviləsi kimi daxil olan razılaşma nəticəsində yaradılmışdır. Həmin müqavilə eyni zamanda BVF-un də yaradılmasını nəzərdə tuturdu. Bu qurumlara çox zaman Bretton-Vuds “əkizləri” də deyirlər. Müqavilənin beynəlxalq ratifikasiyası 1945-ci il 27 dekabrda həyata keçirilmişdir. Bundan sonra Dünya Bankı rəsmi fəaliyyətə 1946-cı ilin 25 iyun tarixindən başlayır. İlk prezidenti eyni zamanda Eugene Meyer&Company və Vaşington Post-un sahibi olan Eugene Meyer olur. Dünya Bankının ilk kredit verdiyi ölkələr isə Çili, Çexoslovakiya, Danimarka, Fransa, Lüksemburq və Polşa olmuşdur.

Dünya bankı, adi banklardan seçilir. Sizin bu bankda hesabınız ola bilməz. Bu bankın müştəriləri yalnız dövlətlərdir. Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanlarından biridir. Onun 185 üzvü var. Bu bankın əsas məqsədi, iqtisadi keçid dövrü keçən inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv – dövlətlərin inkişafını təmin etməkdir. Dünya bank Qrupu dedikdə, 5 qurum başa düşülür : Beynəlxalq Yenidənqurma və İnkişaf bankı (BYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik (İTÇA) və Beynəlxalq İnvestisiya Mübahisələrini Aradan Qaldırma Mərkəzi .

Dünya Bankının məqsədi

Dünya Bankı inkişaf məqsədilə yardım göstərən dünyada ən iri maliyyə mənbələrindən biri sayılır. Onun əsas məqsədi, əhalinin ən yoxsul təbəqələrinə və eləcə də ən yoxsul ölkələrə yardım göstərməkdən ibarətdir. Dünya Bank Qrupuna - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Assosiasiyası, İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentlik daxildir. Dünya Bank Qrupuna daxil olan bu institutların ümumi məqsədi, maliyyə və məşvərətçi (konsultativ) yardım və kadrların hazırlığı üçün yardım göstərilməsi vasitəsilə, daha az inkişaf edən dövlətlərin iqtisadi və sosial inkişafına yardım göstərməkdir. Dünya Bankının qarşısına qoyduğu məqsəd yoxsulluğu aradan qaldırmaq və həyat səviyyəsini artırmaqla dayanıqlı inkişafa yardım göstərməkdir.

Sosial ədalət prinsipləri üzərində qurulmuş stabil, dayanıqlı inkişaf prosesində hər bir inkişaf etməkdə olan dövlətə yardım etmək məqsədilə Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı personalından və geniş bilik bazasından istifadə edir. Burada əsas diqqət əhalinin yoxsul təbəqələrinə və yoxsul ölkələrə yardım göstərməkdir. 2010-ci maliyyə təqvimində qurum tərəfindən 30 mlrd. dollardan çox kredit vəsaiti bankın beynəlxalq miqyasda müştəri ölkələrinə paylamışdır. Təşkilat 100-dən çox inkişaf etməkdə olan ölkədə çalışmaqla ən kasıb əhali və ən kasıb ölkələrə yardım etmək kimi sadə və əhəmiyyətli hədəflər uğrunda iş görür. Lakin Dünya Bankı həmçinin, öz müştərilərinə aşağıdakı tədbirləri görməyi məsləhət görür:


  • Insan resurslarının inkişafına investisiya qoymaq, xüsusilə, səhiyyə və təhsil sistemlərinin təkmilləşdirilməsi yolu ilə;

  • Sosial inkişaf üzərində cəhdlərin artırılması, əhalinin geniş təbəqələrinin inkişaf probleminin həll edilməsinə cəlb edilməsi, idarəetmə metodlarının mükəmməlləşdirilməsi və yoxsulluğun səviyyəsinin aşağı düşməsinin əsas faktoru kimi institusional potensialın artırılması;

  • Hökumətlərin keyfiyyətli xidmət göstərməsinə dəstək, onların fəaliyyətinin səmərəliliyinin və şəffaflığının təmin edilməsi;

  • ətraf mühitin qorunması;

  • fərdi sahibkarlığın inkişafının dəstəklənməsi və stimullaşdırılması;

  • investisiya və uzunmüddətli planlaşdırma üçün şərait yaradan makroiqtisadi stabilliyin inkişafına yönəldilmiş islahatların dəstəklənməsi.

Dünya Bankı kreditlər verməklə, iqtisadi siyasət məsələləri üzrə məşvərətlər aparmaqla, texniki yardım göstərməklə müxtəlif ölkələrdə genişmiqyaslı proqramların həyata keçirilməsinə yardım göstərir. Əsas məqsədi isə, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Yoxsulluqla qlobal mübarizənin əsas dünyada bütün insanlara öz həyatını və öz övladlarının həyatlarını yaxşılaşdırmaq üçün şans verilməsidir.

Dünya Bankının bu sahədə əldə etdiyi bir sıra nailiyyətlərə nəzər yetirək:

-əhalinin orta yaş müddəti 55-dən 65-ə qalxmışdır;

-yaşlı əhali arasında savadlıların sayı iki dəfə artmışdır;

-məktəblərdə oxuyan şagirdlərin sayı 411 milyondan 681 milyona çatmışdır;

-uşaq ölümü 50 % azalmışdır.

Bankın 144 ölkə tərəfindən təsdiq olunmuş ana sövdələşməsinin birinci maddəsinə görə DB-nin məqsədləri aşağıdakı kimi sıralana bilər:


  • Üzv ölkələrin iqtisadi islahatlarına yardım etmək.

  • Üzv ölkələrə xarici özəl mənbələrdən gələcək sərmayə investisiyalarını təsbit etmək və özəl sərmayənin yetərsizliyi vəziyyətində bunları tamamlamaq.

  • Üzv ölkələr üçün gəlirli investisiyaları təsbit edərək uzun dönəmdə beynəlxalq dəyişmələrdə tarazlığı saxlamaq.

  • Üzv ölkələr üçün borcvermə mexanizmini uyğun hala gətirmək.

  • Yerli şirkətlərin maliyyə mənbələrinə olan ehtiyacları mövzusunda yardımçı olmaq.

DB-nin əsas məqsədi özünün maliyyə, kadr və geniş təcrübə imkanlarından istifadə etməklə kasıb ölkələrin yoxsul əhalisinə yardım etmək, ölkələrə yoxsulluğun aradan qaldırılması, iqtisadi artımın təmin olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə kömək etməkdir. 100-dən artıq İEOÖ-lə əməkdaşlıq etməklə DB həmin ölkələrdə səhiyyə və təhsil sistemini inkişaf etdirməyə, korrupsiya ilə mübarizə aparmağa, kənd təsərrüfatının inkişaf etdirilməsinə, yol və limanlarn tikilməsinə və ətraf mühitin qorunmasına kömək edir. Dünya Bankının yoxsulluğun azaldılması strategiyasının 2 mühüm prinsipi aşağıdakılardır:

- Əlverişli investisiya mühitinin yaradılmasına dəstək;



- Kasıb əhaliyə səlahiyyətlərin verilməsi.

Dünya Bankının vəzifələri

DB onun qarşısında duran başlıca vəzifə olan yoxsulluğun aradan qaldırıması məsələsində konfliktlərin aradan qaldırıması və konfliktdən sonrakı bərpanı mərkəzi element kimi götürür. 1997-ci ildə DB tərəfindən konfliktdən əziyyət çəkən ölkələrə iqtisadi artım və problemlərin həllinə yeni yanaşma məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu (KSBF) təsis edilmişdir. Qeyd edək ki, Bankın kreditlərinin 16%-i konfliktlərin nəticələrinin aradan qaldırılmasına yönəldilir. 2004-cü maliyyə ilində DB özünün KSBF fondu vasitəsilə konfliktdən əziyyət çəkən ölkələrə 10.6 mln ABŞ dolları həcmində yardım ayırmışdır. 1998-ci ildən bəri Fond ümumi dəyəri 66.7 mln ABŞ dolları həcmində olan 137 qrant ayırmışdır. Yardımın əsas hissəsi Afrika regionuna yönəldilir. Liberiya, Sudan, Somali və Haiti kimi konflikdən əziyyət çəkən ölkələr üçün ümumi dəyəri 25 mln ABŞ dolları həcmində olan trast fond yaradılmışdır.

Son olaraq həyata keçirilən ən iri layihələr:


  • Filippin: Mindanaonun bərpası və inkişafı fondu. Bu qrant hökumətin Banka müraciətindən sonra yaradılmışdır. Və digər donorlardan 40-50 mln ABŞ dolları həcmində vəsaitin cəlb olunması gözlənilir.

  • Kolumbiyada məcburi köçürülmüş əhaliyə yardım.

  • KSBF İraqda dul qalmış və bu yaxınlarda müharibədən əziyyət çəkmiş qadınların mikrokreditləşdirilməsi üçün qrant ayırmışdır.

Digər iri layihələr aşağıdakılardır:

Əfqanıstanda: İdarəetmə orqanlarının dəstəklənməsi (10 mln ABŞ dolları); İcmaların hüquqlarının və imkanlarının artırılması (42 mln ABŞ dolları);Təhsil (15 mln ABŞ dolları); İnfrastuktur (33 mln ABŞ dolları); Nəqliyyat (108 mln ABŞ dolları). Bu layihələr həcmi 150 mln ABŞ dolları olan yenidənqurma fondunun fəaliyyətini tamamlamaq üçün həyata keçirilir.

Dünya Bankı hər il inkişafa kömək məqsədi ilə 20 mlrd ABŞ dolları dəyərində öhdəlik qəbul edən ən iri təşkilatdır. Dünya Bankı yalnız donor kimi deyil, eyni zamanda dünya iqtisadiyyatının inkişafına kordinasiya kimi dəyərində çıxış edir. Yəni, şəxsi, hökumət və qeyri-hökumət təşkilatları ilə ehtiyyatların istifadə olunmasında, cari inkişaf proqramlarının müdafiə olunmasında böyük rol oynayır.


    1. Dünya Bankının strukturu.

Dünya Bankının strukturu əsas iki kredit təşkilatından ibarətdir: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası. Hansı ki, bunlar Dünya Bankının Vaşinqtondaki əsas binasında yerləşirlər.

1-Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) – orta inkişaf səviyyəsinə malik olan dövlətlərə kreditlər verir.

2- Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)- kasıb inkişaf etməkdə olan dövlətlərə faizsiz kreditlər verir. Bu iki təşkilata Dünya Bankı deyilir.

Dünya Bankı idarəetmə şurasının rəhbərliyi altında fəaliyyət göstərir. İdarəedici şura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır. Hər bir üzv ölkə idarəedici şurada təmsil olunur. Və hər bir üzv dövlət adətən nazir səviyyəsində hökumət rəsmisindən ibarət olan başçı təyin edir. Üzv olan ölkələrin icraçı direktorları idarəetmədə öz payları olan aksionerlərdir. Hansı ki, son qərar qəbul olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və alternativ idarəçi təyin edir ki, onlar da Baş İdarə Heyyətinin qərarlarını yerinə yetirir. İdarəçilər hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilinin payızında Vaşinqtonda keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət prinsipləri haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edirlər, ilkin kapital haqqqında dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin bölünməsini, büdcəni və maliyyə hesabatlarını təsdiqləyirlər. Göründüyü kimi hökumət nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar Şurası görür. Dünya Bankının ştabında hər üzv ölkənin öz ştab kvartirası var. Onlar daimi Vaşinqtonda fəaliyyət göstərirlər.

Beş iri aksionerin – ABŞ, Fransa, Almaniya, Yaponiya və İngiltərənin ayrılıqda öz icraçı direktorları var. Qalan üzvlər isə 19 icraçı direktor təyin edirlər. Çin və ona birləşən ölkələr bir; Rusiya və ona birləşən ölkələr bir; Səudiyyə Ərəbistanı və ona birləşən ölkələrələr bir və beləliklə başqaları çox saylı şəkildə bir icraşı direktor təyin edirlər. Beləliklə 24 icraçı direktoru həftəfə iki dəfə yığışıb Dünya Bankının fəaliyyətinin bütün sahələrini müzakirə edir, məsələləri həll edirlər. Ənənəyə görə Dünya Bankının prezidentliyinə 5 il müddətinə ən iri aksioner ölkənin–ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdehdir.



Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı- beynəlxalq investisiya təsisatı; ən iri beynəlxalq maliyyə təşkilatlarından biridir. BMT-nin beynəlxalq valyuta-maliyyə konfransının (Bretton-Vuds, 1944) qərarına əsasən, Beynəlxalq Valyuta Fondu (BVF) ilə eyni vaxtda təsis edilmişdir. Çox vaxt Dünya bankı adlanan BYİB hüquqi baxımdan BMT-nin ixtisaslaşdırılmış maliyyə təsisatıdır. Mənzil qərərgahı Vaşinqtonda (ABŞ) yerləşir. 1946-cı ildən fəaliyyət göstərir. BYİB-in üzvləri yalnız BVF-ə daxil olmuş ölkələr ola bilər. BYİB-in rəsmi məqsədləri - bankın üzvləri olan ölkələrə uzunmüddətli kreditlər və zəmanətlər verilməsi yolu ilə həmin ölkələrin iqtisadiyyatının yenidən qurulmasına və inkişafına yardım və kömək etməkdir. BYİB həm hökumətlərə, həm də borcalan ölkələrin hökumətlərinin zəmanəti ilə borclar verir. İnvestisiyaların kreditləşdirilməsi məsələsinə BYİB-in yanaşması layihə tsikli adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl beş mərhələdən ibarətdir:

- layihənin seçilməsi, hazırlanması və qiymətləndirilməsi;

-danışıqlar aparılması;

-layihənin icraçı direktorlar şurasına təqdim edilməsi;

-layihənin həyata keçirilməsi və onun gedişinə cari nəzarət;

-layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.

Kreditin təqdim edilməsi şərtləri bank ilə borcalan ölkə arasında sazişə əsasən müəyyən edilir. Kreditlərin əksəriyyəti, bir qayda olaraq 15-20 il müddətinə verilir. Bu müddətin 3-5 ili güzəştli dövrdür. Həmin müddətdə borc alan yalnız borcun cari məbləği üzrə faizlər ödəyir, əsas borcun məbləğini isə bu dövrdə ödəmək tələb olunmur. Borcun ödənilməsinin standart şərtləri ölkələrin kateqoriyalarına, o cümlədən borcalan ölkənin tədiyyə qabiliyyətinə və onun əhalisinin adambaşı gəlirlərinə əsaslanır. BYİB tərəfindən təqdim edilən bütün borclar üzrə borcun verilməsi barədə saziş imzalanandan 60 gün sonra xərclənməmiş qalığın 0,75%-i həcmində öhdəlik haqqı tutulmağa başlanır. Borc məbləğinin xərclənmiş və ödənilməmiş məbləği üzrə faiz dərəcəsi bankın borc vermək məqsədi ilə cəlb etdiyi borc vəsaitlərinin dəyərinə əsaslanır. BYİB borcların iki formasını təklif edir: valyuta pulu (pul-birlik mənasında işlədilir) əsasında borc və çoxvalyutalı borc; bu formalar borcun verildiyi valyutanın növü ilə və bazis faiz dərəcəsi ilə bir-birindən fərqlənir. BYİB-in maliyyə resursları aşağıdakı mənbələr hesabına yaranır:

- BYİB üzvləri tərəfindən ödənilmiş kapital;

- beynəlxalq kapital bazarlarından alınmış borclar;

- borclar və investisiyalar hesabına əldə edilmiş mənfəət.

Bank pul vəsaitlərinin əsas hissəsini dünya maliyyə bazarlarında səfərbər edir. BYİB bütün ölkələrin pensiya fondlarına, sığorta şirkətlərinə, korporasiyalarına, başqa banklarına və fiziki şəxslərə istiqrazlar və qiymətli kağızlar şəklində başqa borc öhdəlikləri satır. BYİB-in nizamnamə kapitalı üzv ölkələrin onun səhmlərinə abunə yazılması yolu ilə yaranır. Əvvəlcə nizamnamə kapitalının məbləği 10 milyard dollardan çox deyildi, 1993-cü ilin ortalarında isə bankın abunə kapitalı artıq 165 milyard dollara bərabər idi. BYİB-in düşünülmüş maliyyə siyasəti onun özəl kapital ilə inkişaf etməkdə olan ölkələrin hökumətləri arasında vasitəçi kimi fəaliyyətinin səmərəliliyini artırır. BYİB tərəfindən buraxılan qiymətli kağızlar bütün dünyada ən etibarlı qiymətli kağızlardan biridir. Bunun nəticəsində bank kapital bazarlarında ən yüksək reytinq olan AAA reytinqinə malikdir. Onun ən sərfəli şərtlərlə borc almaq və qənaət edilmiş vəsaitləri inkişaf etməkdə olan ölkələrə vermək imkanına malikdir, halbuki bu ölkələrin çoxu başqa yollarla özəl investisiyalardan istifadə edə biləməzdi.

BYİB-in təşkilati strukturu bankın ali orqanı olan müdirlər şurasından və icra orqanı olan direktorlar şurasından ibarətdir. Müdirlər şurasında bankın iştirakçısı olan ölkələrin hər birinin öz nümayəndəsi var. Adətən bu nümayəndə nazir səviyyəsində yüksək vəzifəli şəxs olur. Müdirlər şurasının tapşırığına əsasən onun funksiyaları Vaşinqtonda yerləşən icraçı direktorlar şurası tərəfindən həyata keçirilir. İcraçı diretorlar şurası bankın fəaliyyətini tənzimləyən qaydalar barəsində qərarlar qəbul edilməsinə və təqdim edilən bütün borcların bəyənilməsinə görə məsuliyyət daşıyır. Yeni üzvlərin qəbul edilməsi, bankın səhmdar kapitalının məbləğinin artırılması və ya azaldılması, eləcə də ölkənin bankda üzvlüyünün müvəqqəti dayandırılması hüquqları müdirlər şurasının səlahiyyətlərinə daxildir. Müdirlər şurasının və direktorluğun qərarları səs çoxluğu ilə qəbul edilir. Bankda «çəkili» səslər prinsipi qüvvədədir: iştirakçı ölkələrin hər birinin 250 səsi və hər bir səhmə görə 1 əlavə səsi var. Üzv ölkənin BYİB-də kvotası həmin ölkənin BVF-də malik olduğu kvotaya müvafiqdir. Səslər üzvlərə məxsus səhmlərin sayına mütənasib olaraq bölünmüşdür

BVF-in və Dünya Bankının müdirlər şuraları ildə bir dəfə birgə müşavirə keçirir. İl ərzində ayrı-ayrı hökumətlərin mövqelərini icraçı direktorlar şurasının üzvləri təmsil edir. 1991-ci ilin iyul ayında Sovet İttifaqı BVF-ə və Dünya Bankı qrupunun dörd təşkilatına - Dünya Bankına, Beynəlxalq Maliyyə Korporasiyasına (BMK), Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyə (İZÇA) üzv olmaq üçün sifariş vermişdir.

1944-cü ildə yaranmış və hal-hazırda 185 üzvü var. Ümumi kreditləşmə həcmi 2005-ci ildən başlayaraq 433 mlrd ABŞ dolları həcmindədir. BYİB-nın məqsədi orta gəlirli, eləcə də aşağı ödəməqabiliyyətli ölkələrdə kreditlər, təminatlar və analitik və konsultasiya xidmətləri göstərmək hesabına davamlı inkişafa nail olmaq yolu ilə yoxsulluğun azaldılmasıdır. Uzun illər boyu əldə edilmiş gəlir hesabına BYİB inkişaf sahəsindəki fəaliyyətini maliyyələşdirir, eləcə də ona kapital bazarında ucuz vəsaitlər cəlb etməyə bu vəsaitləri daha əlverişli şərtlərlə borcalanlara təqdim etməyə imkan verən maliyyə sabitliyini təmin edir.

1995-ci il Nizamnamə dəyişikliklərindən sonra, BYİB –in işinin 4 başlıca istiqaməti müəyyənləşdirildi:

- İnkişaf etməkdə olan ölkələrin tələbatlarını ödəmək məqsədilə,ehtiyatların cəlb edilməsi üçün yeni sazişin imzalanmasına çalışmaq;

- Göstərilən siyasəti dəyişməz şəkildə davam etdirmək üçün, bankın inkişafına vahid yanaşma;

- Dünya Bankı tərəfdaşlarının dairəsini qlobal və regional səviyyələrdə genişləndirmək və möhkəmləndirmək;

- Bankın fəaliyyəti təkmilləşdirmək;

BYİB –in maliyyə vasitələri üzvlük haqları,investisiyalar və dünya kapital bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən indiyədək BYİB –in Afrika, Asiya, Avropa və Latın Amerikasında regional missiyaları fəaliyyət göstərir. Bankın 70 regional və ölkə büroları və nümayəndəlikləri mövcuddur. Hər bir ölkənin payı, həmin ölkənin iqtisadiyyatının, dünya iqtisadiyyatına nisbəti ilə müəyyənləşir. Sənayecə İnkişaf Etmiş ölkələrin payına (Böyük Yeddilik –Group 7) 45% düşür. Bu onların beynəlxalq iqtisadi əlaqələrdə tutduğu əhəmiyyətli yerlə izah olunur. Amerika Birləşmiş Ştatlarının payı 17 % təşkil edir.

BYİB –in Ali orqan İcrayə Şurasıdır, İcraedici orqan isə Direktorlar şurasıdır (Board of Executive directors). İcarəyə Şurasına, üzv dövlətlərin Maliyyə Nazirlikləri və ya Mərkəzi Bankların rəhbərləri daxildirlər. Rəhbərlər ildə bir dəfə görüşürlər. Direktorlar Şurası, Bankın siyasəti haqqında qərar qəbul edir və maliyyə vəsaitlərinin ayrılmasını təsdiqləyir. Əsas operativ şöbə 1974- cü ildə təsis olunmuş İnkişaf Komitəsidir. Bankın struktur elementlərindən biri də, fəaliyyətin qiymətləndirilməsi üzrə Departamentdir (Operations Evaluation department). Onun əsas vəzifəsi bank tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi və nəticələr haqqında Direktorlar Şurasına hesabat verməkdir.

BYİB –in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

- Ortamüddətli və uzunmüddətli kreditlər vasitəsilə layihələrin maliyyələşdirilməsi

- İnvestisiya layihələrinin hazırlanması, texniki və maliyyə -iqtisadi cəhətdən əsaslandırılıması

- İnkişaf edən post-sosialist ölkələrində struktur yenidənqurma proqramlarının maliyyələşdirilməsi

Əksər humanitar və texniki yardımdan savayı Bank qrantlar ayırmır. Bank tərəfindən ayrılan bütün maliyyə vəsaitləri geri qayıtmaq xarakteri daşıyır ( yəni

gələcəkdə geri qaytarılmalıdır ) İnkişaf etməkdə olan ölkələr Bankdan ona görə vəsait götürürlər ki, bu onların inkişaf üçün vacibdir.

Bankın əsas əməkdaşları, üzv dövlətlər hesab edilir. Bankın Nizamnaməsinə uyğun olaraq maliyyə vəsaiti yalnız üzv dövlətlərə verilir. Məhz hökumətlər Bankın əsas məlumatlarını əldə edir və bütün layihələr milli qanunvericiliyə uyğun olaraq dövlətin yurisdiksiyası altında həyata keçirilir. Bank, dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının (QHT) əlaqələrini dəstəkləyir. Bankın əsas prioritetlərindən biri, özəl sektorun stimullaşdırılmasıdır. BYİB-in Nizamnaməsi özəl sektora birbaşa vəsait ayrılmasına imkan vermir, bu işlə Beynəlxalq Maliyyə Korporasiyası məşğul olur.



Beynəlxalq İnkişaf Assosiasiyası - beynəlxalq maliyyə-kredit təşkilatı, BMT-nin ixtisaslaşmış müəssisəsi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) filialıdır. 1960-cı ildə yaradılmışdır. Üzv ölkələrin sayı - 156 (1995-ci il). Yerləşmə yeri - Vaşinqton şəhəri. BİA-nın rəsmi məqsədi onun üzvü olan inkişaf etməkdə olan ölkələrə BYİB-in adi borcları ilə müqayisədə daha yüngül şərtlər daxilində kreditlər verilməsi yolu ilə həmin ölkələrdə iqtisadi tərəqqiyə və həyat səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. Kreditlər, bir qayda olaraq, ödənişə 10 ildən sonra başlamaq şərti ilə 50 il müddətinə verilir. Sonrakı 10 ildə hər il kreditin 1%-i və qalan 30 ildə hər il kreditin 3%-i ödənilir. Kreditin müqabilində hər il borc məbləğinin 0,75%-i ödənilir. Hər nəfərə görə illik gəlirinin məbləği müəyyən edilmiş həddən az olan ən yoxsul ölkələr faizsiz kreditlər alır. Kreditlər milli valyuta ilə verilir. Assosiasiyanın maliyələşdirdiyi hər bir layihə siyasi-iqtisadi ekspertizaya məruz qalır. Kredit almağın zəruri şərtləri bunlardır: borc alan ölkə üçün BYİB kreditlərinin əlyetərli olmaması, kredit vermə layihələrinin olması, kreditor ölkələrlə, məsələn, onlardan alınmış borcların ödənilməməsi və ya mülkiyyətin qəsb edilməsindən dəymiş zərəri kompensasiya etməkdən imtina olunması ilə bağlı siyasi və iqtisadi münaqişəlrin olmaması.

BİA-nın maliyyə mənbələri - BYİB-in mənfəəti, iki qrupa bölünmüş üzv dövlətlərin qaytardığı kreditlər və onların üzvlük haqlarıdır. Birinci qrupa 24 inkişaf etmiş ölkə daxildir. Onlar abunə üzrə bütün məbləği dönərli valyutada ödəyir və assosiasiyanın fondunun artırılmasının çox hissəsini təmin edirlər. İkinci qrupa daxil olan ölkələr (132 ölkə) abunə üzrə məbləğin 10%-i dönərli valyutada, qalan hissəsini isə milli valyutada ödəməlidirlər.

Assosiasiyanın və BYİB-in rəhbər orqanları müştərəkdir. BYİB-in prezidenti, müdirləri və direktorları BİA-da analoji vəzifələri tuturlar. BİA-da «çəkili» səslər prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər 5000 dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və maliyyə normativlərini nəşr edir. Beynəlxalq İnkişaf Assosiasiyasının başlıca maliyyə mənbəyi üzvlük haqlarından gəlir. Üzv ölkələr 2 qrupa bölünür:


  1. İqtisadi baxımadan daha inkişaf etmiş ölkələr, bunlar 26 ölkədən ibarət olub Bankın maliyyə vəsaitlərinin başlıca hissələrini ödəyənlərdir;

  2. Az inkişaf etmiş ölkələr, bunlar 134 ölkədən ibarətdir, Azərbaycan Respublikası da bu qrupa daxildir.

BYİB və BİA paralel işləyirlər. Onların işçi heyəti eynidir, eyni rəhbərləri var və eyni Prezidentə hesabat verirlər, eləcə də layihələrin qiymətləndirilməsində eyni standartlardan istifadə edirlər. Fərq yalnız kreditin şərtlərində və maliyyənin mənbələrində özünü biruzə verir. Beynəlxalq İnkişaf Assosiasiyasının üzvü olmaq üçün dövlət, əvvəlcə BYİB –in üzvü olmalıdır. Hal-hazırda BİA –nın üzvlərinin sayı 160-a yaxındır. BİA əməkdaşları əməliyyat maliyyələşdirmə, siyasət, planlaşdırma və tədqiqatlar bölmələrində fəaliyyət göstərirlər.

Beynəlxalq İnkişaf Assosiasiyası yalnız yoxsul ölkələrə kreditlər verir (adambaşına gəliri 905 dollardan çox olmayan), hansı ölkələr ki, BYİB –dən kredit ala bilmirlər. Bu gün 80-a yaxın ölkə bu kateqoriyaya daxildir. Bu ölkələrdə 3,2 milyarda yaxın insan yaşayır. Onların təxminən 1,2 milyardının gündəlik gəliri, 1 dollardan azdır. Ölkənin ÜMM –u BİA-nın qoyduğu sərhədi keçdikdə (artdıqda), dövlət artıq BİA-dan faizsiz kredit almır və gələcəkdə BYİB - ə faizli kreditlər üçün müraciət edə bilər. BİA kreditləri 25-40 illik müddətə verir, ödənilməsinə isə 10 ildən sonra başlanılır. 1960-cı ildən başlayaraq, BİA 90 ölkəyə 97 milyard dolllar kredit vermişdir. Bu ildə təxminən 6 milyard dollar deməkdir. BİA –nın kreditlərinin 45- 50% Afrika ölkələrinin (Saxara) payına düşür. Digər faizlər Asiya ölkələri – Banqladeş, Hindistan, Pakistan və Nepal arasında bölüşdürülür. Həmçinin bu qrupa Çin, Latın amerikası və Karib hövzəsi dövlətləri, Yaxın Şərq, Avropa və Mərkəzi Asiya da daxildir. Yuxarıda deyildiyi kimi, BİA –nın əsas gəlir mənbəyi üzvlük haqlarıdır, bundan əlavə gəlilər isə BYİB –dən və kreditlərin geri qaytarılmasından gəlir. Həmçinin müxtəlif donorlar hər üç ildən bir BİA fonduna vəsait qoyurlar. Ən böyük donorlar ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadır. Türkiyə və Koreya da donorlar sırasındadır.

Dünya Bankının vəzifələrinin həyata keçirilməsi üçün daha üç təşkilat onlara qoşulmuşdur:

Beynəlxalq Maliyyə Korporasiyası- əsas məqsədi, özəl sektorun inkişafına yardım edilməsidir. BMK öz fəaliyyət illəri ərzində 21,2 milyard dollar vəsait xərcləmişdir. BMK-nın Nizamnamə Kapitalı, 2,45milyard dollar təşkil edir. BMK dünya Bank Qrupunun digər üzvləri ilə əlaqə saxlasa belə o, hüquqi və maliyyə cəhətdən müstəqildir. Onun özünün Nizamnaməsi var, öz maliyyə -idarə və ştat strukturu mövcuddur. Onun maliyyə resursları 173 üzv dövlətdən əldə edilir. Burada, Rəhbərlər Şurası və Direktorlar Şurası mövcuddur. Direktorlar Şurası, 24 direktordan ibarətdir. Dünya Bank Qrupunun Prezidenti həm də, Beynəlxalq Maliyyə Korporasiyasının prezidentidir. İcraçı vitse – prezident, BMK-nın gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir.

Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyətinin 3 əsas istiqaməti var :

- Özəl sektorun layihələrinin maliyyələşdirilməsi;

- Ehtiyatların səfərbərliyə alınması və inkişaf etməkdə olan ölkələrin şirkətlərinə yardım;

- Biznes və hökumət qurumlarına texniki və konsultativ (məsləhətləşmələr) yardım.

BMK, özəl şirkətlər üçün maliyyə proqramlarının və xidmətlərin geniş dairəsini təklif edir. BMK bütün sahələrdə layihələri dəstəkləyir- kənd təsərrüfatı sahəsindən başlamış, dağ-mədən sənayesinədək. BMK Afrikada, Asiyada, Avropa və Latın Amerikasında 27 nümayəndəliyi fəaliyyət göstərir. Təşkilatın fəaliyyətini intensivləşdirmək və daha səmərəli etmək üçün, 1986-ci ildə onun tərkibində 3 yeni orqan yaradılmışdır:

- xarici investisiyalar üzrə məsləhət xidməti- başlıca məqsədi, xarici kapitaldan alınan uzunmüddətli tələbatın ödənilməsini təmin etməkdən ibarətdir;

- Afrika qitəsi üçün layihələrin işlənməsi üzrə məsləhət bürosu- başlıca məqsəd, Afrikada xüsusi bölmənin və sahibkarlığın fəaliyyətinin genişləndirilməsi üçün, müxtəlif tövsiyə və layihələrin təklif edilməsindən ibarətdir;

- Sakit okeanın cənub hissəsi ilə bağlı layihələrin işlənməsi üzrə məsləhət bürosu – BMK- nin üzvü olan 9 ada dövlətində bank işinin təşkili və aparılması məsələləri ilə məşğul olur

İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyi- Hazırda Dünya Bankı Qrupunun tərkibində özünəməxsus fəaliyyət sferası olan İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyi yaradılması barədə 1985 ci ildə qəbul olunan qərar 1988-ci ildə qüvvəyə minərək həyata keçirilmişdir.

İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyinin əsas məqsədi, üzv dövlətlərdə iqtisadi artımın sürətlənməsi üçün, bu dövlətlərə investisiya qoyuluşuna yardım edilməsidir. İTÇA, inkişaf etməkdə olan ölkələrdə investisiya qoyuluşu imkanları barədə məlumatlar toplayır və potensial investorlara ötürür.

İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyi, maliyyə cəhətdən BYİB -dən müstəqildir. Lakin BYİB- in prezidenti həm də İTÇA-nın prezidentidir. İTÇA-nın fəaliyyətinin ildən ilə genişlənməsi, ilk növbədə xidmət müxtəlifliyi və texniki yardımların gücləndirilməsi, siyasi riskin azaldılması ilə bağlıdır.

Beynəlxalq İnvestisiya Mübahisələrinin Nizamlanması Mərkəzi- əsası 1966-cı ildə qoyulmuşdur. Başlıca məqsədi, investisiya mübahisələrini nizamlamaqdan ibarətdir. 119-dan çox üzv dövləti öz sıralarında birləşdirir.


    1. Dünya Bankının əsas fəaliyyət istiqamətləri

DB-nın fəaliyyət prinsiplərinsən danışarkən ilk növbədə onun maliyyələşmə mənbələri, kreditləşmə şərtləri qeyd olunmalıdır. İlk növbədə qeyd edək ki, Bank heç bir xarici maliyyələşdirmə mənbələrindən istifadə etmədən bütün fəaliyyət xərclərini özü ödəyir. DB və BMK İEOÖ və özəl sektora kreditlər ayırır. Və verdiyi kreditləri maliyyələşdirmək üçün istiqrazlar çap edir. BYİB və BMK-nın istiqrazları Şm Amerika, Avropa və Asiyada müxtəlif investorlar tərəfindən əldə olunur. BYİB (beynəlxalq kapital bazarlarında DB kimi tanınır) özünün demək olar ki, bütün vəsaitlərini beynəlxalq kapital bazarlarında istiqrazların buraxılmasından toplayır. Ən yüksək “AAA” kredit reytinqinə malik olmaqla DB öz müştərilərinə daha aşağı faiz norması təyin etmək imkanına malik olur.

DB vasitəsilə verilən kreditlər iki əsas növdə təqdim olunur: investisiya kreditləri və inkişaf məqsədilə verilən kreditlər. İnvestisiya kreditləri uzun müddətə verilir (5-10 il). İnvestisiya kreditlərindən ən müxtəlif sektorlarda sosial-iqtisadi inkişaf layihələri çərçivəsində əmtəə, iş və xidmətlərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur. Son 2 onillik ərzində investisiya kreditləri DB tərəfindən ayrılan kreditlərin 75-80%-ni təşkil etmişdir. Hal-hazırda investisiya kreditlərinin 7 növünü fərqləndirirlər:



Adaptasiya proqram kreditləri- uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına kömək məqsədilə təqdim olunur.

Fövqəladə bərpa kreditləri- adətən ölkə iqtisadiyyatına ağır zərbə vurmuş müharibə, təbii fəlakət kimi fövqəladə hadisələrdən sonra istehsalı bərpa etmək məqsədilə verilir.

Maliyyə vasitəçilərinə verilən kreditlər- yerli maliyyə institutlarına investisiya tələblərini ödəmək məqsədilə uzun müddətə verilən kreditlərdir. Bu kreditlər maliyyə sektorunda islahatlar, maliyyə sisteminin rəqabət qabiliyyətliyinin artırılması məqsədilə verilir.

Eksperimental və innovasiya kreditləri- bu kiçik investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə verilir və həcmi adətən 5 mln ABŞ dolları, layihənin müddəti isə 2-3 il olur.

Konkret investisiya layihələrinə verilən kreditlər- iqtisadi, sosial və institutsional infrastrukturun yaradılması, bərpası məqsədilə həyata keçirilən layihələrə dəstək məqsədilə verilir.

Sahəvi əhəmiyyəti olan investisiya kreditləri- konkret sektorlarda dövlət proqramlarına təqdim olunur.

Texniki yardım kreditləri- üzv ölkələrə institutsional potensialın artırılması məqsədilə təqdim olunur.

İnkişaf məqsədilə verilən kreditlər institusional və siyasi islahatların dəstəklənməsi məqsədilə tezləşdirilmiş maliyyə resurslarının ayrılması yolu ilə təqdim olunur. Adətən 1-3 il müddətinə verilir. Son 2 onillik ərzində bu kreditlər Bank Dünya tərəfindən ayrılan bütün kreditlərin 20-25%-ni təşkil etmişdir.

Dünya Bankı 3 növdə kredit verir. Bunlar:

a) layihə kreditləri

b) proqram kreditləri

c) ölkə daxili pul kreditləridir.

Bankın kredit siyasəti layihə krediti üzərində qurulmuşdur. Digər kreditlər bir o qədər də yaxşı inkişaf etməmişdir. Kreditin qiymətləndirilməsində, istifadə ediləcək fondların borclu olan ölkənin istehsal həcmi və iqtisadi baxımdan səmərəliliyi nəzərə alınır.

Inkişaf etməkdə olan ölkələrdə, layihə kreditləri qədər proqram kreditlərinə, yəni inkişafa ümumi olaraq lazım olan xammal, yerli istehsalın inkişafı üçün müəyyən miqdarda pula ehtiyac var idi. Halbuki, Dünya Bankı 1987 ci ilə kimi ancaq layihə krediti verirdi. O vaxtdan etibarən layihə kreditləri ilə birgə ölkələrin aldığı kreditlərin geri qaytarılmasına köməklik göstərən proqram kreditləri də verilirdi.

İnkişaf etməkdə olan ölkələrdə ayrı bir xüsusiyyətə malik bəzi layihələr də mövcuddur ki, bunların milli valyuta dəyərindən xərclərlə nisbətdə idxalat ehtiyacları olduqca azdır. Bəlli şərtlər çərçivəsində Dünya Bankından kredit ala bilmək üçün ilk növbədə tələblərə uyğun bir layihə hazırlanmalıdır. Amma Dünya Bankının mütəxəssisləri birbaşa layihənin hazırlanmasında iştirak edə bilərlər. Dünya Bankı maliyyə yardımı etməklə bərabər texniki köməkliklər də göstərir. Layihələrin hazırlanmasında Dünya Bankı tərəfindən müəyyən edilmiş və icra edilməsi vacib olan bəzi standartlar vardır.

Layihə krediti verilərkən Dünya Bankının mütəxəssisləri verilən layihələri iqtisadi, maliyyə və texniki cəhətdən incələyirlər. Bu layihələr təkcə bir tərəfli incələnmir. İncələnərkən həmin ölkənin həyata keçirdiyi iqtisadi və maliyyə siyasətləridə diqqətə alınır. Kredit almaq üçün əsas amil, üzv olan ölkənin krediti qaytara bilmə gücünə malik olmasıdır.

Qeyd etmək lazımdır ki, Dünya Bankının hər hansı bir ölkə haqqında etdiyi incələmə təkcə öz verəcəyi kreditlər baxımından yox, həm də sənayeləşmiş ölkələr, özəl banklar, rayonlarda fəaliyyət göstərən banklar və ölkənin maliyyə strukturları baxımından da vacib rol oynayır.

Ötən illərdə Dünya Bankı, kredit verərkən qoyduğu yüksək faiz və verilən kreditin azlığı inkişaf etməkdə olan ölkələr tərəfindən narazılığa səbəb olmuşdur. Bu narazılığı ortadan qaldırmaq üçün Dünya Bankı öz siyasətində bəzi dəyişikliklər etmişdir. Bu dəyişikliklər aşağıdakılardır:

- Dünya Bankı dövlət qurumlarına və sahibkarlara kreditlər verir, amma özəl sektora kredit verərkən aid olduğu dövlətin, Mərkəzi Bankın ya da başqa səlahiyyətli orqanın zaminliyini tələb edir. 1970-ci ildən sonra Dünya Bankının kredit siyasətində mühim inkişaflar oldu. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi proqram kreditlərinin verilməyə başlanmasıdır.

- 1982-ci ildə Dünya Bankı “struktur krediti” proqramını həyata keçirdməyə başladı. Bu məqsədlə orta və uzun illər ərzində iqtisadi inkişaf və xarici investorlarla ayaqlaşma siyasətini izləyir. Bu sahədə kənd təsərrüfatı, enerji, sənaye kimi sektorlar və sub-sektorlar investisiyalarla təmin olunur.

1947-ci ildən etibarən Dünya Bankı hər il gəlir əldə etməkdədir. 2010-cü ildə Dünya Bankının gəliri 3.1 mlrd ABŞ dolları olnmuşdur. Əslində Dünya Bankının gəlir əldə edən bir təşkilat kimi fəaliyyət göstərməsi düzgün deyil, amma bu gəlirlər Dünya Bankının daha da əlverişli şərtlərlə kredit verməsinə yol açır. Dünya Bankının yuxarıda göstərildiyi kimi, edilən maliyyə və texniki köməkliklərlə yanaşı, üzv ölkələrin iqtisadi vəziyyətlərini incələyir və bu istiqamətdə lazımi tədbirləri görür .

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə