MƏMMƏdov ismayil rəŞxan oğlu abşeron yarimadasi yeralti sularinin geoekoloji TƏHLÜKƏSİZLİYİNİn qiYMƏTLƏNDİRİLMƏSİ VƏ qorunmasi




Yüklə 16 Kb.
tarix21.04.2016
ölçüsü16 Kb.


MƏMMƏDOV İSMAYIL RƏŞXAN OĞLU

ABŞERON YARIMADASI YERALTI SULARININ GEOEKOLOJİ TƏHLÜKƏSİZLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QORUNMASI
XÜLASƏ

Respublikamızda ekoloji tarazlığın ən çox pozulduğu, urbanlaşmanın yüksək dərəcəyə çatdığı, yerli su ehtiyatları az olduğundan içməli suya bö­yük ehtiyacı olan Abşeron yarımadasında yeraltı su mənbələri və ehtiyat­larının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, onlar­dan səmərəli istifadə üsullarının optimallaşdırılması və geoekoloji təhlükə­sizliyinin qiymətləndirilməsi işin aktuallığını müəyyənləşdirir.

İşin məqsədi: Abşeronun geoekoloji təhlükəsizliyinin təmini məqsə­dilə yarımadanın sulu təbəqəsinin məkan-koordinatlar bazası əsasında geo­filtrasiyanın geoinformasiya-riyazi kompüter modelinin hazırlanmasıdır.

Elmi yeniliklər: Abşeron yarımadası yeraltı sularının əmələgəlməsi­nin konseptual modeli işlənilib və sərhəd şərtləri əsaslandırılıb; yarımada­nın aktiv su mübadiləsi zonasının hidrogeoloji şəraiti üçün “MODFLOW” kompüter proqramının uyğunlaşdırılması həyata keçirilib; Abşeron yarım­adasının geoekoloji təhlükəsizliyi məsələlərin həlli üçün aktiv su müba­diləsi zonasının geofiltrasiya kompüter modeli hazırlanıb; Abşeron yarım­ada­sının geoekoloji təhlükəsizliyi məqsədilə hidrogeoloji rayonlaşdırma sxemi hazırlanıb;

Aparılan tədqiqatlar əsasında aşağıdakı qrafiki materiallar hazırlan­mışdır: qrunt sularının yatma dərinliyi və hidroizohips xəritələri; yeraltı suların su keçiricilik əmsalı xəritəsi; yeraltı suların minerallaşma dərəcəsi xəritəsi və yarımadanın hidrogeoloji rayonlaşdırma xəritəsi.

Alınan nəticələr NATO-nun maliyyələşdirdiyi qrant (№ 981313), Ukrayna Elmi-Texniki Mərkəzin maliyyələşdirdiyi (№ 4802) layihədə və Dübəndi Neft Terminalının su təhçizatı layihəsində (Təsərrüfat müqaviləsi 19.10.2010-cu il, №18) istifadə olunmuşdur.

Sifariş № 16. Tiraj 100 nüsxə

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu

“Nafta-Press” nəşriyyatı,

B

akı, H.Cavid pr. 119, Tel.: 539-39-72


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU


Əlyazması hüququnda


MƏMMƏDOV İSMAYIL RƏŞXAN OĞLU


ABŞERON YARIMADASI YERALTI SULARININ GEOEKOLOJİ TƏHLÜKƏSİZLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QORUNMASI

İxtisas: 2518.01 – Hidrogeologiya


Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi



almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I
Bakı – 2014



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə