MƏlumat vəRƏQƏSİ Federasiya tərəfindən təşkil olunmuş avtobus 25 yanvar saat 07: 00 Bakı şəhərindən, Respublika Olimpiya Mərkəzinin yaxınlığından Nabrana yola düşəcək




Yüklə 11.21 Kb.
tarix10.04.2016
ölçüsü11.21 Kb.
Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə milli yığma komandasının 1-ci və 2-ci tərkibinə daxil olacaq namizədlərin seçilməsi məqsədilə 25 – 26 yanvar 2014 il tarixlərində Yalama kəndi xəritələri üzrə baş tutacaq seçmə məşqlərdə iştirak etmək üçün Nabrana yola düşəcək idmançı və iştirakçılar üçün
MƏLUMAT VƏRƏQƏSİ
Federasiya tərəfindən təşkil olunmuş avtobus 25 yanvar saat 07:00 Bakı şəhərindən, Respublika Olimpiya Mərkəzinin yaxınlığından Nabrana yola düşəcək.

Ünvan: Olimpiya küç. AR Gənclər və İdman Nazirliyi ilə üzbəüz (Gənclik  m.st.)

Nabranda keçiriləcək məşqlərin planı.
25.01

11:00 – idmançıların start yerinə təxmini gəlişi vaxtı.

Qaçış iştirakçılarının beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç (Ukrayna) tərəfindən təlimatlandırılması.

Starta hazırlıq.

12:30 – birinci günün qısa məsafə üzrə startı.

Qadınlar – 3.5 km – 4.0 km qədər.

Kişilər – 5.0 km qədər.

Məsafənin keçməsi üzrə idmançılar tərəfindən göstərilmiş nəticələrin M. Puqaç tərəfindən təhlil olunması.

İdmançıların start yerindən “Ulduz” otelinə nahar və istirahət üçün yola düşməsi. Nahardan sonra, təxmini saat 16:30 – 17:00da M. Puqaç tərəfindən nəzəri məşğələlər keçiriləcəkdir.
26.01

09:30 - avtobusun idmançılarla birgə oteldən “Ulduz” Turist bazasındakı (“Xəzər” Turist bazası ilə birləşir) start yerinə təxmini gəlişi vaxtı.
10:30 - uzun məsafə üzrə start.

Qadınlar – 5.5 km qədər.

Kişilər – 7.5 km qədər.

Məsafənin keçməsi üzrə idmançılar tərəfindən göstərilmiş nəticələrin M. Puqaç tərəfindən təhlil olunması. Nəzəri məşğələlər.

İdmançıların start yerindən “Ulduz” otelinə nahar və istirahət üçün yola düşməsi.

Nahardan sonra idmançılar Bakıya yola düşür.

İdmançıların Bakı şəhərinə çatması – saat 20:00 – 21:00.

Bütün idmançılara özü ilə üç (3) dəst ayaqqabı, eləcə də meşədə qaçış üçün idman geyimi (isti, uzunqol geyim, papaq, kepka) götürmək məsləhət görülür. Yağış və şaxtanın olacağı ehtimal edildiyi üçün məşqlərdən sonra geyinmək üçün isti üst geyimin olması vacibdir. Kompası olanlar özü ilə kompas götürsün, olmayanlara Federasiya tərəfindən müvəqqəti olaraq kompas təqdim ediləcəkdir.


Əlaqə nömrələri:

Mirəli Kazımov – 050 218 1226



Zaur Seyidov – 055 665 75 20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə