Məktəblilərin asudə vaxtının səmərəli təşkili yolları




Yüklə 21.87 Kb.
tarix24.02.2016
ölçüsü21.87 Kb.

Məktəblilərin asudə vaxtının səmərəli təşkili yolları


Təqdim olunmuş mövzunun araşdırılması,təhlil edilməsi və öyrənilməsi xüsusi diqqət tələb edir.Belə ki,məktəblilərin asudə vaxtinin səmərəli təşkili insanın bir şəxsiyyət kimi formalaşmasınada,onun dünyagörüşünün genişlənməsində,sosial inkşafinda mühüm amil sayilir.

Məktəblinin asudə vaxtinin səmərəli təşkilinin müxtəlif yolları vardır.Mühüm istiqamətlərdən biri gəzintilərin təşkil edilməsidir.Məsələn yaxşı bəzədilmiş şəhər,müxtəlif plakatlar,potrtetlər əhval ruhiyyəsini uşaqlar tərəfindən sevinclə qarşilanır və uzun müddət onların yadında qalır.Teatr,müxtəlif uşaq oyunlari,yarışlar uşaqlarda sevinc hissləri oyadir,onlarda vətənpərvərlik və öz xalqına məhəbbəti artırır.

Asudə vaxtın təşkilində fəal istirahətin də rolu böyükdür.Fiziki hərəkətlər,turizim səfərləri,idman oyunları şagirdləri cox sevindirir.Ona görə də həm müəllim həmdə valideynlər uşaqlar üçün müxtəlif gəzintilərin və səyahətlərin,idman oyunlarının və digər əyləncələrin təşkilinə çox çalışırlar.Ümumiyyətlə uşaqlar əyləncələrin müxtəlifliyini xüsusilə də bu əyləncələrin müxtəlif yerdə keçirilməsinə çox sevinirlər.Bu onların yaddaşında qalacaq xoş xatirələrə səbəb olur.Belə tədbirləri adətən isti günləri və məktəb tətili vaxtı təşkil etmək daha səmərli olur.Məktəblilər üçün kollektiv təşkil edilmiş tədbirlər məsələn oyunlar,teatra,muzeyə gəzinti təşkil etmək daha səmərəli olur.Onlarda kollektivliyə maraği artırır,kollektiv maraqlar şəxsi maraqlardan ön plana keçir.

Məktəblilərin asudə vaxtı dedikdə təkcə istirahət və bayram günlərini qeyd etmək düzgün olmazdi.Dərs günlərində də ev tapşırıqlarını hazırladıqdan sonra asudə vaxtdan istifadə düzgün qurulmalıdır.Məktəblilərin təmiz havada çox gəzməsinə,idman və hərəkətli oyunlarla məşğul olmasına daha çox fikir verilməlidir.

Asudə vaxtın təşkilində başqa maraqlı istiqamətlər də vardır.Məsələn foto şəkillərin çəkilməsi,aviamodellərin düzülməsi digər yaradıcı məşğələlər də çox vacib sayılır.Belə məşgələlərdə məktəblilərin əməyə münasibəti yüksəlir,intizam ön plana çəkilir və çox vacib əməli və həyat vərdişləri yaranır.Bəzi pedaqoqlar və valideynlər məktəblilərə əvvəlcədən hazırlaşmış tədbirə baxmağı kifayət sayırlar.Fikrimcə bu səhvdir.Çünki məktəbli bu və ya digər tədbirin hazırlığında özü iştirak edir və əmək sərf edirsə,bu onların formalaşmasında daha qiymətli iz buraxır.Axı uşaqlar həmişə fəallığa və müstəqəlliyə can atırlar ki,bu da onların daha cox sevincinə səbəb olur.

Bu gün dünyada iqtisadi böhranlar,hərbi konfliktlər baş verən bir anda məktəblinin asudə vaxtının təşkili xüsusi diqqət tələb edir.Qeyd etmək lazımdır ki, bu gün televerilişlər,internet,bizi əhatə edən sosial mühitdə baş verən bir çox proseslər məktəblilərin şüuruna daha güclü təsir göstərir və onları yuxarıda qeyd etdiyimiz kimi asudə vaxtın maraqlı keçməsınə maneə törədir.Çünki gənc şəxsiyyətin formalaşmasında hər hansı bir tədbirdə hər bir məktəblinin şəxsən iştirakı daha səmərəli olur.Belə ki bir istifadəçi kimi öz yaradıcı əhəmiyyətli əməyin nəticəsını görür bundan sevinc duyur,onu daha da böyük yaradıcılığa sövq etdirir.Asudə vaxtın düzgün təşkili məktəblidə fiziki,psixoloji və şəxsi keyfiyyətlərın formalaşmasına və inkişafina kömək edir,sonda təhsilə və biliyə marağı artırır.

Bəs valideyn və pedaqoqların məktəblinin bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən asudə vaxtın səmərəli təşkilində rolu nədən ibarətdir?!Axı,təkcə bu və ya digər tədbiri təşkil etmək azdır.

Söz yox ki,valideyn və pedaqoq asudə vaxtı maraqlı təşkil etməklə yanaşı,məktəbliyə yaxın və dost olmağı bacarmalıdır.Tərbiyəçilər uşağın maraqlarını qəlbən hiss etməli,onun maraq dairəsındə olmalı,müsbət fəaliyyətini dəstəkləməyi və həvəsləndirməyi onda mənalı işlərində və hərəkətlərində inam yaratmağa çalışmalıdır.

Ekskursiyalarin təşkili. Məktəblilərin asudə vaxtının səmərli və maraqlı təşkil edilməsındə ekskursiyaların da rolu böyükdür.Ekskursiyalarin təşkil edilməsi konkret plan əsasında olmalıdır.Həm ibtidai həm də yuxarı sinif şagirdlərinin ekskursiyalara marağı adətən yox yüksək olur.Məktəblilərə nəzərdə tutulmuş ekskursiyanın məqsədi,gedişi və əhəmiyyəti haqqında əvvəcədən ətraflı məlumat verilir,onlar təlimatlandırılır.Şagirdlər ekskursiyanı çox böyük maraqla qarşılayır və sevinirlər.Yaxşı olar ki, ekskursiyaya məktəblilərin valideynlərində də arzu edənlər iştirak etsin.Yaxşı yadımdadır ki,Quba rayonunun Alekseyevka kənd tam orta məktəbinin XI sinifində oxuyarkən sinifmiz üçün Bakı şəhərinin memarlıq abidələrinə ekskursiya təşkil edilmişdi.Sinif necə də sevinirdi?!İndiyədək həmin ekskursiyanın hər addımı,xoş təəssuratlar,fotoşəkillərini unuda bilmirik.Bu tədbir bizi cox doğmalaşdırdı.İndi də keçmiş sinif yoldaşlarımızla goruşəndə mütləq həmin ekskursiyadan sevinclə danışırıq.Sinifimiz tarix müəllimimizlə birlikdə Bakı şəhərində ilk öncə ümummilli lidermiz Heydər Əliyevin məzarını ziyarət etdi.”Şəhidlər xiyabanı”na getdik.Azərbaycan Respublikasinin tarixində iz qoymuş o şəxsiyyətlərin məzarı üzərinə gül-çiçək qoyduq.”Fəxri xiyabanı”ziyarət etdik.Sonra “ Qiz qalası”na çıxdıq,”Şirvanşahlar sarayını”nı qarış-qarış gəzdik,”Bayraq meydanı”na getdik.Hələ üstəlik “Dənizkənarı park”ı gəzdik,zooparka getdik.o qədər maraqlı və geniş tarixi məlumatlar aldiq ki,heç təsəvvür etmirdik kı bu gəzinti o qədər maraqlı olar.Ekskursiyadan aldığımız yüksək mənəvi enerji bizi həmişə qələbələrə ruhlandırırdı.

Asudə vaxtını səmərəli qurulmasının məktəblilərin bədii uşaq yaradıcılıq kollektivlərində iştirakı və çalışması da ruhlandırıcı olur.Bu istiqamətdə pedoqoqların və valideynlərin rolu və diqqəti əsas olmalıdır.Yaradıcı istiqamətli bu məşğuliyyət sahəsi uşaqlarda böyük həvəsə səbəb olur,onları uğurlara aparır,onlarda yüksək arzulara nail olmaq stimulu yaradır.

İstər uşaq yaradiciliq kollektivlərində,istərsə də idman bölmələrində məşgul olmaq həm azyaşli həmdə yuxari sinif şagirdlərində gələcəyə baxiş formalaşdırir,özünə inam yaranir,məsuliyyət hissi,kollektivciliyə meyl artir.Sözsüz ki,asudə vaxtin səmərəliyi məktəblidə təhsilə maragi artirir.Əməksevərlik,cəmiyyətə yararli olmaq kimi hisləri formalaşdirir.Fikrimcə,hər bir məktəblinin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasinda təkcə təhsilin yox,həm də məktəblinin hər hansi sahəyə maraginin da rolu əsas olur.

Bu gün məktəblilər çox güclü informasiyaya,gərginliyə məruz qalır.Hazırda bizi əhatə edən mühit hər bir kəsdən xüsusi ilə də gənc nəsildən obyektivlik,hövsələ,tədbirli olmağı,həyatda baş verən bütün ictimai hadisələri düzgün qiymətləndirmək bacariğını tələb edir.Ona görə də bu gün məktəbli və gənclərə asudə vaxtın səmərəli təşkil etməyi aşılamaqla,biz onları sabaha,gələcəyə hazırlayırıq,onlarda əsl mənəvi xarakterin və hətta onların taleyinin formalaşmasına kömək edirik.Bu gün öz vaxtına düzgün və səmərəli nəzarət edən,sabah həyatını taleyini düzgün quracaqdır.Qeyd etmək lazımdır ki,bu gün gərgin həyatımızda uşaqların asudə vaxtının təşkili dünyanın inkişaf etmiş ölkələrində böyük və əsaslı dəyişikliklərə məruz qalmışdır.Həyat,ictimai mühit bunu tələb edir.Buna təsir edən amillər kimi kütləvi kommunikasiya sistemlərini (ilk növbədə televiziya),kompüter və s. göstərmək olar.Bu cəhətdən müasir məktəblilər müxtəlif qrup və kompanyalara daha cox meyl etmıyə çalışa bilər və arzuolunmaz istiqamətdə yönələ bilər.Buna görə də asudə vaxtın təşkili səmərəli olmalı,məktəbliləri ruhlandırmalıdır.

Təhsil almaq-məktəbli üçün agır və yorucu prosesdir.Ona görə də şagirdin təhsildə müvəfəqiyyəti onun asudə vaxtının necə təşkil edilməsindən çox aslıdır.Asudə vaxtda məktəbli fiziki(idman) məşğələlərlə yanaşı maraqlı,onu cəlb edən məşğuliyyət növünə cəlb edilməsi vacib şərt kimi qəbul edilməlidir.Fiziki məşğələlər dedikdə,uşaqların maraq gostərdiyi (məsələn,futbol,voleybol,üzgüçülük və sairə)istiqaməti seçmək lazımdır.Bu işdə valideyn və ya pedaqoq uşaqlara yardım və istiqamət verməli,onlara arzusuna çatmağa kömək etməlidir.

Maraqlı,məktəblini cəlb edən tamaşalar,sirkə getmək,akvoparka aparmaq,velosiped sürmək,təbiətə gəzinti təşkil etmək,fotoşəkillər çəkmək,məktəbdə və ya uşaq yaradıcılıq birliyində sevdiyi dərnəyə üzv olmaq uşaqları şən əhval-ruhiyyə edir,yaradıcılığa,təhsilə marağı artırır.

Yağışlı və soyuq günlərdə söz yox ki,daha çox evdə oluruq.Belə halda məktəbli saatlarla televizor və ya komputer qarşısinda oturmamalıdır.Evdə şaxmat,dama və sair oyunlar təşkil etmək olar.Qaliblər üçün kiçik priz belə təyin olunsa,verilsə daha maraqlı olar.Uşaqlarda doğmalıq,birlik,məsuliyyət,ruh yüksəkliyi,sevinc,doğma və yaxin insanlara,dostlarına ümumiyyətlə insanlarainam və məsuliyyət hisləri artar.

Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedoqoji kollektivin də əsas vəzifələrindən biri olmalıdır.Məktəbdə dərs və məşğələlər qurtardıqdan sonra,istirhət günləri müxtəlif intelektual yarışlar təşkil etmək çox məqsədəuyğun olardı.Məsələn,musiqi konkursu,viktorinalar,Yeni il,Bahar bayramlarını rəngarəng proqramla həyata keçirilməsi mühüm tədbirlər sırasına daxildir.Belə anlarda məktəblidə birgə şənlik,birgə məsuliyyət,kollektivçiliyə bağlılıq,digərlərinin fəaliyyətini qiymətləndirmə bacarığı ədalətlilik,qürurlu olmaq,şəxsiyyətin formalaşması,diqqətlilik, hazırcavablılıq,ümumi və kollektiv qayda və şərtlərə əməletmə hisləri və digər müsbət hisslər formalaşır.



Asudə vaxtın maraqlı və səmərəli qurulması məktəblinin qələbələri ruhlandırır,sanki onu enerji ilə təmin edir,tənbəllikdən və mənfi hərəkətlərdən xilas edir,onu zirvələri fəth etməyə “çağırır”,vətənə,anaya,dosta səadət hissi oyadir.Onu təhsildə qələbəyə ruhlandirir,onu cəsarətli edir.

Bütün tədbirlərin təşkili,qeyd edildiyi kimi,planlı şəkildə həyata keçirilməli,məktəblinin təhsilində uğurlarna xidmət etməli,onu bir vicdanlı vətəndaş kimi,dəyərli övlad kimi yetişməsinə xidmət edilməlidir.Onu əhatə edən insanlara diqqət,vətənpərvərlik,tolerantlıq kimi müsbət keyfiyyətlər formalaşır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə