Mehriban və bağIŞlayan allahin adi iLƏ




Yüklə 0.81 Mb.
səhifə1/12
tarix10.04.2016
ölçüsü0.81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

MEHRİBAN VƏ BAĞIŞLAYAN

ALLAHIN ADI İLƏ


Məhəmməd (s) ailəsinin Qaimi


Ey insanlar, agah olun! Hər kəs Adəmi və onun canişini Şeysi görmək istəyirsə, mən həmin Adəm və Şeysəm. Hər kəs Nuh peyğəmbəri və oğlu Samı görmək istəyirsə, mən Nuh və Samam. Hər kəs İbrahim və İsmayılı görmək istəyirsə, mən həmin İbrahim və İsmayılam. Hər kəs Musa və Yuşəyi görmək istəyirsə, mən Musa və Yuşəyəm. Hər kəs İsa və Şəm`unu görmək istəyirsə, mən İsa və Şəm`unam. Hər kəs Məhəmməd (s) və imam Əlini (ə) görmək istəyirsə, mən Məhəmməd və Əliyəm. Hər kəs İmam Həsən (ə) və Hüseyni (ə) görmək istəyirsə, mən Həsən və Hüseynəm. Hər kəs Hüseynin (ə) övladları olan imamları görmək istəyirsə, mən həmin imamlaram. Də`vətimi qəbul edin! Mən sizin xəbərdar olduğunuz və olmadığınız şeyləri sizə xəbər verirəm”.
(İmam Sadiqin (ə) rəvayətinə əsasən İmam Mehdi həzrətlərinin zühur edərkən, Kə`bə evinə söykənərək oxuduğu xütbədən)

Bismillahir-Rəhmanir-Rəhim

İmam Mehdi (əc.) bütün peyğəmbər və imamların son davamçısıdır. O, elə bir ümumi və geniş proqramın icraçısıdır ki, onunla bütün peyğəmbər və imamların məqsədləri icra olunacaq. Bütün dinlərin tərəfdarları ona tabe olmaqla, öz məqsəd və muradlarına yetişəcəklər.

HƏZRƏT MEHDİNİN (ƏC.) ŞƏXSİYYƏTNAMƏSİ


Adı: Məhəmməd (əc.)
Məşhur ləqəbləri: Mehdi, Möv`ud, İmam əsr, Sahibəz-zəman, Bəqiyyətullah, Höccət, Qaim və s.

Ata anası: Həsən Əsgəri (ə) və Nərgiz xanım.
Doğulduğu zaman məkan: İslam tarixi ilə 255, yaxud 256-cı il, şəban ayının on beşində Samirra şəhərində dünyaya gəlmiş və beş il gizli surətdə atasının himayəsi altında yaşamışdır.
Yaşayış dövrü:

1) Düşmənlərdən qorumaq üçün atası onu beş il öz himayəsi altında gizli şəkildə saxlamış və 260-ci ildə atasının vəfatından sonra imamət məqamı ona həvalə olunmuşdur.


2) Qeybəti-süğra : 260-cı ildən 329-cu ilədək.
3) Qeybəti-kübra: 329-cu ildən zühura qədər.
4) O həzrətin zühuru və onun dünya hökumətinin parlaq dövrləri.



Sizə əmr edirəm ki, heç bir şeyi Allaha şərik qoşmayasınız və Allahın, onun Peyğəmbərinin (s) itaətində diqqətli olasınız.

BİRİNCİ HİSSƏ:




Dünyaya gəlməsindən qeybəti-kübraya qədər

Həzrət Nərgiz (anası)

Nəzrət Nərgiz, İsa peyğəmbərin (ə) vəsisi olan Şəm`unun nəvəsidir

Həzrət Nərgizin elçiliyi və nikah məclisi

Qəribə yuxu

Yuxuda müsəlman oldu

Müsəlmanlarla rumluların müharibəsi

Səadətli doğum günü

Əqiqə və it`am

İmam həsən Əsgərinin (ə) sağlığında həzrət Mehdi (əc.) ilə görüşənlər

Canişinlər

Qeybəti-süğra sona çatır, qeybəti-kübra başlanır.

Müqəddəs nahiyə

Qeybəti-kübra və vilayəti-fəqih

Həzrət Mehdinin (əc.) ad və xüsusiyyətlərindən




Rəhman və Rəhim olan Allahın adı ilə

Qədim dövrlərdən bəri səmavi kitablarda peyğəm-bərlərin vasitəsilə bəşəriyyət aləminin xilaskarı olacaq bir şəxsin zühur edəcəyi müjdə verilmişdir. Sonuncu səmavi kitab olan Qur`ani-kərim bu mətləbə işarə edərək bu-yurur:

Zikrdən (Tövrat) sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün varisi, sahibi olacaqlar".1

İslam peyğəmbəri və imamlar dəfələrlə İmam Meh-didən (əc.) söz açmış, onun zühuru haqda müjdə vermiş, xüsusiyyətlərini bəyan etmişlər. Bu kitabda onların bir qismini qeyd edəcəyik. Peyğəmbərimiz (s) buyurmuşdur:

Hüseyn (ə) övladlarından bir nəfər qiyam edərək zülmlə dolmuş dünyanı ədalətlə doldurmayınca, dünya sona yetməyəcək".

Həzrət Nərgiz (anası)


Qədimdə döyüşlərdə hər hansı bir yer işğal olunardısa, düşmən qoşunlarının kişi və qadınları əsir götürülərək qul kimi bazarlarda satılardı.

Həzrət Mehdinin (əc.) anası, iffətli, pak və əzəmətli bir qadın olan həzrət Nərgiz, şərqi Rumdan İraqa gətirilən əsirlərin arasında olmuşdur. Onuncu imam Hadi (ə) onu satın alıb, öz oğlu Həsən Əsgəri (ə) ilə evləndirmiş, bu evlənmənin nəticəsində İmam Zaman (əc.) dünyaya gəlmişdir. Həmin tarixdə dünyaya elə bir övlad gəldi ki, dünyanın varlığı onun vücuduna bağlıdır.

İndi isə Nərgiz xanım barəsində daha geniş mə`lumat verəcəyik. O xanım İmam Həsən Əsgərinin evinə necə gəlib çıxmışdı?

Nəzrət Nərgiz, İsa peyğəmbərin (ə) vəsisi olan Şəm`unun nəvəsidir


O xanımın əsl adı Məleykə olub, ata tərəfdən şərqi Rum imperatorunun övladı Yəşuanın qızı, ana tərəfdən isə, həzrət İsanın (ə) yaxın səhabəsi və vəsisi olan Şəm`unun nəvəsi sayılırdı. O, sarayda yaşamağına baxmayaraq, iffət və paklığına görə bu ailədən tamamilə seçilib. O, daha çox ana tərəfin − həzrət İsa (ə) və Məryəmin (ə) yolunu izləyirdi. Onun həyatı başdan-ayağa mə`nəviyyat və səfa ilə nurlanmışdı. Buna görə də bu xanımın belə bir dünyapərəst mühitdə yaşaması onun üçün dözülməz idi. Daim amal və istəyi Allahpərəst və pak bir ailədə yaşamaq idi.

Allah-taala onun bu arzusunu ən kamil şəkildə həyata keçirdi...


Həzrət Nərgizin elçiliyi və nikah məclisi


Məleykə evlənmək yaşına dolduqda, babası Rum imperatoru onu öz qardaşı oğlu ilə evləndirmək istəyirdi. Bu işdə Nərgizin və başqalarının fikrinin əsla əhəmiyyəti yox idi. İmperator, qardaşı oğlu ilə Məleykənin evlənmə təklifini edəndən sonra sarayda təntənəli şəkildə nikah məclisi təşkil etdi. Məclisə yüksək vəzifəli şəxsiyyətlər, ruhanilər, keşişlər, üç yüz nəfər məsihi, yeddi yüz nəfər qoşun zabiti, gizir və var-dövlət sahiblərindən dörd min nəfər də`vət edilmişdi. Bu münasibətlə qızıl, gümüş, yaqut, əqiq və müxtəlif növ cəvahiratlarla bəzədilmiş böyük bir taxtı sarayın məxsus bir guşəsinə yerləşdirmişdilər.

İmperatorun qardaşı oğlu gəlib taxtın üstündə əyləşdi. Nikah mərasimi başlandı. Qapıçı və xidmətçilər xüsusi paltarlarda tə`yin olunmuş yerlərdə cərgə ilə düzül-müşdülər. Sarayda işıqlandırılmış çilçıraq və məş`əllər məclisə xüsusi gözəllik verirdi. Tanınmış məsihi ruhaniləri əllərində şamdan, əyinlərində əba, başlarında papaq və özlərinə məxsus təmtəraqla gəlib taxtın kənarında cərgəyə düzüldülər. Keşiş İncili açıb oxuyan zaman, birdən zəlzələ baş verdi. Saray silkələndi və məclis alt-üst oldu. Hətta imperatorun özü və qardaşı oğlu da yerə yıxıldılar. Məclis əhlini qəribə vəhşət və qorxu bürüdü. Tanınmış keşişlərdən biri imperatora yaxınlaşıb dedi ki, bu qəribə hadisə Tanrının qəzəbi və məsihiyyət dininin sona yetməsi nişanəsidir. İcazə verin məclis burada xətm olunsun. İmperator məclisin sona çatdığını e`lan etdi və hamı gedəndən sonra sərəncam verdi ki, dağılmış əşyaların hamısını öz yerlərinə yerləşdirsinlər.

Sonra imperator qərara gəldi ki, Məleykəni o biri qardaşı oğlu ilə evləndirsin. O, öz-özünə fikirləşirdi ki, bəlkə bu zəlzələ, Məleykəni əvvəlki qardaşı oğluna yox, o biri qardaşı oğluna vermək üçün baş vermişdir. Yenidən əmr etdi ki, məclis qurulsun. Amma, kəbin oxunma mərasimi başlanan kimi, yenidən zəlzələ baş verdi. Bu hadisə bütün məclisi dəhşətə gətirdi. Mərasim dağıldı. İmperator ilə qardaşı oğlu bu dəfə də yerə yıxılmışdı. Hamı vahiməylə sarayı tərk edərək, evlərinə dağılışdılar.

Bu hadisə imperatoru dərin fikirlərə qərq etmişdi. O, bir an da olsun bu dəhşətli hadisəni unuda bilmirdi.


  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə