Mehmanxana İnzibatçısı İxtisası üzrə Kadrların hazırlanması və İş üzrə Təcrübə Proqramı




Yüklə 30.81 Kb.
tarix11.03.2016
ölçüsü30.81 Kb.


Mehmanxana İnzibatçısı İxtisası üzrə Kadrların

hazırlanması və İş üzrə Təcrübə Proqramı

Şagirdlər üçün Ərizə Forması

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərən peşə təhsili müəssisələrində aşpaz, turizm agenti, karguzar və mühasib ixtisasları üzrə sonuncu kursda təhsil alan şagirdlər üçün “Otelçilik, fəal istirahət, səyahət və turizmə” dair qısamüddətli (2 aylıq) Sertifikat Proqramı

Layihə barədə qısa məlumat

Mehmanxana İnzibatçısı İxtisası üzrə Kadrların hazırlanması və İş üzrə Təcrübə Proqramı British Council, Azərbaycan Respublikası Təhsil Nazirliyi və turizm sektoru (otellər) ilə birgə Azərbaycanın peşə təhsili sahəsində keçirilən pilot layihədir.

Layihənin əsas məqsədi Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun təlim proqramının yaradılmasına dəstək vermək və bu istiqamətdə şagirdlərin təcrübəyə əsaslanan keyfiyyətli ilk peşə-ixtisas təhsili alaraq məşğulluq imkanlarının artırılmasıdır.

Layihə çərçivəsində müvafiq istiqamət üzrə milli peşə standartları və kvalifikasiyalarına uyğun kurrikulumun hazırlanması, müəllimlərin qabiliyyət potensialının artırılması və seçilmiş şagirdlər üçün təlim və iş üzrə təcrübə proqramının keçirilməsi nəzərdə tutulmuşdur.

Şagirdlər üçün nəzərdə tutulan “Otelçilik, fəal istirahət, səyahət və turizmə” dair qısamüddətli (2 aylıq) Sertifikat Proqramı qeyd olunan istiqamətlər üzrə hazırlığı təmin edəcəkdir:

Barista - Keyterinq üzrə rəhbər – Aşpaz – Konfrans/sərgi meneceri – Müştəri xidmətləri üzrə işçi heyəti – Qəbul şöbəsi – Mehmanxanada yükdaşıyan – Təsərüffat müdiri – Mətbəxdə Yükdaşıyan – Səyahət agenti – Ofisiant kişi/ofisiant qadın (və ya Ev təsərrüfatı və qonaq xidmətləri, Mətbəx, Yemək və İçkilər).

Pilot layihə 2015-2016-cı tədris ili ərzində həyata keçirilir.

Pilot mərhələdə layihəyə 50 tələbə və 12 müəllim cəlb olunacaq.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci tədris ilindən etibarən 5 nömrəli Bakı peşə liseyində eyniadlı bir illik proqramın tədris edilməsi nəzərdə tutulmuşdur.

Şagirdlər üçün nəzərdə tutulan qısamüddətli “Sertifikat Proqramı” barədə məlumat:

Şagirdlər üçün nəzərdə tutulan tədris proqramı ümumilikdə səkkiz (8) həftə davam edəcək. Seçilmiş şagirdlər 2016-cı ilin aprel-may aylarında 5 nömrəli Bakı Peşə Liseyində keçiriləcək iki (2) həftəlik nəzəri biliklərə əsaslanmış təlimlərdə və otellərdə keçiriləcək altı (6) həftəlik iş üzrə praktiki təlim təcrübəsi keçəcəklər.  

Şagirdlərin iş üzrə praktiki təlim təcrübəsi Bakı şəhərində yerləşən otellərdə (Farimont Baku, Hilton Baku) təşkil ediləcək.

Pilot layihənin nəticələri monitorinq edilərək qiymətləndiriləcək və işəgötürən tərəfin birbaşa iştirakı ilə həyata keçirilən model layihə kimi nəticələr barədə Azərbaycanın digər peşə məktəbləri də məlumatlandırılacaqdır. Mehmanxana inzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi Azərbaycanda turizm şirkətlərinin maraqlandığı sahə olduğundan bu layihə işəgötürən və təhsil sektoru əlaqələri istiqamətində islahatlara tələbatın ödənilməsi baxımından güclü potensiala malikdir.


Maraqlanan şagirdlər aşağıdakı ərizə formasını tamamlayaraq 28 mart, 2016-ci il tarixinədək nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına göndərə bilərlər.
Ərizələrin son qəbul tarixi 28 mart, 2016-cı ildir.

ƏRIZƏ FORMASI




















Şagirdin adı

Soyadı
























Doğulduğu tarix








Təhsil aldığı peşə təhsili məktəbi/liseyi:






İxtisası:







Hal-hazırda təhsil aldığı il/kurs








Əlaqə :


Ev telefonu:




Mobil nömrə:












E-mail:







Xahiş edirik aşağıdakı sualları cavablandırasınız.




  1. Təhsiliniz barədə məlumat.

(təhsil aldığınız orta məktəb, qəbul olduğunuz və bitirəcəyiniz il)



  1. Praktiki iş təcrübəsi/praktika barədə məlumat (olduğu halda)

(hər hansı sahədə praktiki iş təcrübəsi keçdiyiniz halda qeyd edin)





3. Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsiniz?

4. Turizm sektorunda çalışmaq istəyirsinizmi? Bu istiqamət üzrə hansı peşənin sahibi olmaq istərdiniz?


5. Maraq dairəniz və əlavə məşğuliyyətiniz barədə qısa şəkildə qeyd edin.





Şagirdin adı/soyadı:


Tarix:





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə