Məhkəmə qərarlarının icrası Məhkəmə qərarları nə vaxt icraya yönləndirilir?




Yüklə 32.73 Kb.
tarix20.04.2016
ölçüsü32.73 Kb.
Məhkəmə qərarlarının icrası
1. Məhkəmə qərarları nə vaxt icraya yönləndirilir?
Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində Məhkəmə prosesi yekunlaşdıqdan, yəni Məhkəmə baxdığı işlə bağlı Qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı Məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədiyi təqdirdə Qərar Qüvvəyə minmiş hesab edilir və İcraya yönəldilir. Məhkəmə qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Belə ki, Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır.
2. İcra hansı qaydada həyata keçirilir?
Ədliyyə Nazirliyi baş idarəsinin hər bir Rayon(şəhər) məhkəmələrində İcra şöbələri fəaliyyət göstərməkdədirlər. Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə Qərarın İcrası Qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni Məhkəmə işinin mahiyyətindən asılı olaraq Qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim İcra sənədi hazırlayıb aidiyyatı üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərməlidir.
3.Məhkəmə Qərarı hansı müddətə həll olunmalıdır?
İcra sənədi almış İcra məmuru və ya Orqan təşkilatlar 2 ay ərzində Qərarı icra etməlidirlər. Müstəsna hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla bilər.


4. Məhkəmə Qərarlarının icrası qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilməsə hansı orqana müraciət etmək olar?
Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcraçılar baş idarəsinə, habelə İcranı həyata keçirməli olan orqan və ya təşkilatın Yuxarı qurumuna Qətnamənin İcrasının həyata keçirilməsi Tələbi ilə bağlı Şikayət Ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikasının adından çıxan Qərarların icrası Məcburidir və bu yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq Maddələrinə əsasən Məsuliyyət nəzərdə tutulmuşdur.
Qeyd: Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf Məhkəmədə İcranı həyata keçirən orqana qarşı Maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir.
Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmun USAID və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər.
“Şəffaflıq Azərbaycan” və ALAC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz.
Qaynar Xətlər

Bakı 088 707 07 07

Gəncə 088 202 02 02

Lənkəran 088 303 03 03

Quba 088 404 04 04

Şəki 088 505 05 05





MƏHKƏMƏYƏ MÜRACİƏT QAYDALARI
MƏHKƏMƏ QƏRARLARININ İCRASI



1.Azərbaycan Respublikasının Məhkəmə sistemi hansı Məhkəmələrdən ibarətdir?
Azərbaycan Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikası Ali məhkəməsi, Apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. AR-da Ədalət mühakiməsini AR-ın Məhkəmələri Qanunun Aliliyi prinsipinə uyğun həyata keçirir. Azərbaycanda üç pilləli Məhkəmə sistemi fəaliyyət göstərir:

  1. Birinci İnstansiya Məhkəmələri

  2. Apellyasiya İnstansiyası Məhkəmələri

  3. Kassasiya İnstansiyası Məhkəməsi.


2. Birinci İnstansiya Məhkəmələri hansılardır?
Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər.
3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir?
Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır.
Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxırlar.
Belə ki, ilkin olaraq yuxarıda göstərilən sahələrə aid hüquqlarının pozulması onların müdafiəsi və bərpası üçün şəxs, Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.
4. Məhkəməyə müraciət qaydası necədir, İddia Ərizəsində nələr göstərilməlidir?
Məhkəməyə müraciət etmək istəyən şəxs “İddia Ərizəsi” yazmalı və İşin hallarını əsaslandırdığı sübutları (sənədləri) həmin İddia Ərizəsinə əlavə etməlidir. Məhkəməyə ya sənədlərin əsli, ya da Notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddia Ərizəsi formaca Təsviri, Əsaslandırıcı və Nəticə ( Xahiş) hissəsindən ibarət olmalıdır. Təsviri hissədə şəxs yaranmış hüquqi mübahisə barədə qısa, aydın formada yazılmış məlumatlar göstərilməlidir. Əsasladırıcı hissədə özünün əsas olaraq istinad etdiyi hüquqi normativ aktları, şəxsin əlində olan digər sübutları göstərməyi tövsiyyə olunur. Nəticə və ya Xahiş hissəsində isə Şəxsin Məhkəmə tərəfindən hansı hüququnun müdafiəsi, bərpası və ya tanınması ilə bağlı olan Xahiş yerləşdirilməlidir.

Qeyd: İddia Ərizəsində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir:
1) Ərizənin verildiyi Məhkəmənin adı

2) İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları

3) İddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar

4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı


5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir?
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Məhkəməyə müraciət etmək üçün ödənilməli olan Dövlət rüsumları İddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki, İddia Predmetinin dəyəri 110 manatdan artıq olduqda müvafiq məhkəmənin hesabına 20 manat məbləğində, İddia predmetinin dəyəri 110 manatdan aşağı olduqda və digər bütün hallarda isə 3 manat məbləğindədir. Alimentin tutulmasına (artırılmasına), əmək fəaliyyəti ilə bağlı məsələlərə, müəlliflik mübahisələri üzrə olan məsələlərdə, istehlakçı hüquqlarının pozulması ilə bağlı olan məsələlərə və digər məsələlərə dair olan məhkəmə mübahisələri üçün dövlət rüsumu ödənilmir.
6. Məhkəmədə işə baxılma müddətləri, şikayət müddətləri nə qədərdir?
İddia ərizisi, məhkəməyə onun daxil olmasından keçən 2 həftə ərzində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə qəbul edilmiş sayılır. Ümumi İddia icraatında məhkəməyə Ərizə təqdim edildikdən sonra 3 ay müddətində həmin işə məhkəmə tərəfindən baxılmalı, aiddiyyatı üzrə Qətnamə və ya Qərardad çıxarılmalıdır. Qətnamə açıq məhkəmə iclasında tərəflərə oxunur və Qətnamədən Çıxarış təqdim olunur. 3 gün ərzində isə Qətnamə tam formada tərəflərə verilir. Qətnaməni almış tərəflər aldığı gündən sonrakı 1 ay müddətində Apellyasiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər tərəflərdən heç biri 1 ay müddətində Apellyasiya Şikayəti verməmişlərsə onda Qətnamə Qanunu Qüvvəyə minir və İcraata yönəlir.

7. Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır və necə müraciət edilir?

Birinci İnstansiya məhkəməsinin Qətnaməsini tərəf rəsmi şəkildə aldıqdan sonra 1 ay müddətində, Qərardandan isə 10 gün müddətində Apellyasiya Şikayəti yazmaqla Apellyasiya məhkəməsinə müraciət etməlidir. Apellyasiya məhkəməsinin daxil olmuş Şikayət əsasında Məhkəmə işinə baxma müddəti 3 aydır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər. Apellyasiya Qətnaməsi qəbul olunduqdan sonra, tərəflər Apellyasiya Qətnaməsini aldıqdan sonra 2 ay müddətində Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər bu müddət ərzində Kassasiya Şikayəti verilməmişdirsə, o zaman Apellyasiya məhkəməsinin çıxardığı Qətnamə Qanunu Qüvvəyə minir və İcraya yönəldilir.


8. Kassasiya İnstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır?
Apellyasiya Məhkəməsinin Qətnaməsindən qanunla göstərilmiş müddət ərzində (2 ay) Kassasiya şikayəti verildikdə Ali Məhkəmə işə 2 ay ərzində baxır və Yekun Qərar çıxarılır və bu qərar qəbul edildiyi gündən 1 ay müddətinə məktub vasitəsilə tərəflərə göndərilir. Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər. Əgər Apellyasiya məhkəməsinin Qətnaməsi Ali Məhkəmə tərəfindən Ləğv edilərsə o zaman işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilir. Ali Məhkəmənin Yekun Qərarından Ali Məhkəmənin Plenumuna Şikayət, təqdimat və protest 2 ay müddətində verilə bilər.
Qeyd: Əgər şəxs ölkə daxili məhkəmələrdə işinə düzgün, ədalətli və Qanunun Aliliyi prinsipinə uyğun baxılmadığını, o cümlədən əgər şəxsin İnsan Hüquqları Konvensiyasında göstərilmiş hüquqlarından birinin pozulduğunu hesab edərsə, o zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Yekun Qərarını Rəsmi şəkildə əldə etdikdən 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə Müraciət edə bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə