Media Hüququ Institutu




Yüklə 17.03 Kb.
tarix24.04.2016
ölçüsü17.03 Kb.

Media Hüququ Institutu

Media Hüququ Institutu


Tel: +99 412 441 28 17 Fax:+99 412 441 28 17

xaled_yes@hotmail.com web: www.mediarights.az




Press-reliz 19 aprel 2012

Media Hüququ İnstitutu aprelin 19-da 2012-ci ilin yanvar-mart aylarında Azər­bay­can me­di­ya­sın­da baş ve­rən önəmli hüquqi ola­y­­ları əhatə edən aralıq hesabat açıqlayıb. Hesabatın təqdimat mərasimində çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, aprel ayınadək altı jurnalist həbs olunublar, onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə tutulublar. “Hazırda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural”ın bölgə müxbiri Aydın Canıyev, dini məzmunlu islamazeri.org saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Bakı reportyoru Anar Bayramlı, Qubadakı regional “Xəyal” televiziyasının icraçı direktoruVüqar Qonaqov, “Xəyal” TV-nin baş redaktoru Zaur Quliyev həbsdədir. Bu jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə bağlı deyil. Həbsdəki jurnalistlər rüşvət almaqda, vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda, xuliqanlıqda, narkotik vasitələri əldə etmə, saxlamada, qanunsuz olaraq odlu silah əldə etmə, saxlamada, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar”. Daha sonra defamasiya haqqında qanunun qəbul olunmasının gecikdirilməsindən danışan MHİ sədri bildirib ki, hazırda cəmiyyət həm jurnalist peşəkarlığı, həm də ifadə azadlığı standartları baxımından jurnalist yazılarına ədalətli, düzgün qiymət vermək qabiliyyətində deyil. “İfadə azadlığı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi standartların ölkədə oturuşması üçün, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların məhz Avropa Məhkəməsinin qəbul etdiyi qərarların stadartına uyğunlaşdırılması üçün Defamasiya haqqında qanunun qəbulu vacibdir. Hazırda Avropa Məhkəməsində İfadə Azadlığının pozulması ilə bağlı Azərbaycandan yetmişdən çox şikayət var. Bu cür şikayətlərin çoxalmasının qarşısın almaq baxımından Defamasiya haqqında qanun qəbul olunmalıdır.

Daha sonra MHİ-nin koordinatoru Xalid Ağaliyev aralıq hesabatı təqdim edib. O qeyd edib ki, hesabat aprelədək 6 jurnalist həbs olunublar, neçə gün öncə isə tanınmış jurnalist Fərəməz Novruzoğlu da detallı bilgi verilməyən ittihamlarla həbs edilib. Jurnalistlərə qarşı irəli sürülən ittihamların əksəriyyəti ciddi şübhələr doğurur. “Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları bu ittihamların qurama olduğunu, həbslərin əsil səbəbinin tənqidçiləri susdurmaq olduğunu bildirirlər”-deyə hesabatda vurğulanır.

Sənədə görə, ötən 3 ayda media, jurnalistlərlə bağlı 15 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. Beş iş xüsusi ittiham qaydasında qaldırılıb, həmin işlərdə jurnalistlərin həbsui istənilir. 3 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 000 850 AZN-dən artıqdır. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 58 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub. Xalid Ağaliyev bildirib ki, şikayət və iddiaların hamısı tənqidi mediaya qarşı yönəlib.


Son 3 ayda media, jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıblar. Basqıyla üzləşən jurnalistlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilirlər. Azadliq Radiosunun əməkdaşları ”Xədicə İsmayılova, Cavanşir Ağamalıyev, Abbas Atilay, Nüşabə Fətullayeva, “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri, “Azadlıq” qəzetindən Ramin Deko, Vidadi Məmmədov, Namiq Cəfərli, Seymur Həzi, Azadlıq Radiosundan Maarif Çingizoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, əməkdaşları Etimad Budaqov, Tapdıq Fərhadoğlu, İlqar Nəsibov, Fərid Arifoğlu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov, ”Obyektiv” TV-nin jurnalistləri Rəşad Əliyev, Cavid Qurbanov, “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu, əməkdaşı Akif Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Xəyal” televiziyasının reklam direktoru Zaur Mustafayev, “Poliqon” İnformasiya Agentliyinin Quba müxbiri Cəmil Məmmədli basqıların hədəfi olublar. Hüquq mühafizə orqanları ötən illərdə baş verən basqıların araşdırılması ilə bağlı jurnalistləri razı salan qərarlar qəbul etməyiblər. Yalnız Apellyasiya Məhkəməsi oğurlanaraq işgəncəyə məruz qalmış jurnalist Seymur Həziyevin bir şikayətini təmin edib. Son 3 ayda media həm də ciddi çap problemləri ilə üzləşib.
Hesabatda vurğulanır ki, bilgi azadlığını tənzimləyən “İnformasiya əldə etmək haqqında” Qanunun işləməsində problemlər qalmaqda davam edir. Media Hüququ İnstitutunun, eləcə də digər sivil toplum quruluşlarının araşdırmalarına görə, bilgilərin açıqlığı 25-30 faiz civarındadır. Topluma, mediaya açıq tutulan bilgilər daha çox ümumi xarakterli, böyük ictimai tələbat duyulmayan bilgilərdir”.
Hesabatın təqdimatında çıxış edən Şahvələd Çobanoğlu, Ələsgər Məmmədli, Yaşar Cəfərli, Mehman Əliyev hesabatda göstərilən məlumatların medianın azadlığının göstəricisi olduğunu deyib, qeyd ediblər ki, ölkədə jurnalistlərə qarşı baş verən hadisələr, həmçinin aprelin 18-də Sulutəpədə söküntü zamanı jurnalist İdrak Abbasovun döyülməsi həm də digər jurnalistlərə qarşı psixoloji təzyiq kimi qiymətləndirilməlidir.

Media Hüququ İnstitutu ifadə azadlığı və bilgi azadlığı ilə bağlı qanunvericilik və hüquq təcrübəsinin inkişafı, medianın haqlarının müdafiəsi, jurnalistlərə hüquq dəstəyi verilməsi yönündə çalışan qeyri-hökumət və qeyri-siyasi qurumudur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə