Maya dəyərinə təsir göstərən amillər




Yüklə 30.28 Kb.
tarix27.04.2016
ölçüsü30.28 Kb.

Azərbaycan Dövlət İqtisad Universiteti,

“Maliyyə-2” Fakultəsi, 728-ci qrup,

III kurs tələbəsi Əsədov Turalın

Müəssisələrin iqtisadiyyatı fənnindən

sərbəst işi


Maya dəyərinə təsir göstərən amillər

Plan:


  • Məhsulun maya dəyərinin mahiyyəti

  • Məhsulun maya dəyərini əmələ gətirən xərclər və onlara təsir edən amillər

İstifadə olunan ədəbiyyatlar:



  • X.M.Yahudov «Müəssisənin iqtisadiyyatı» 2002, Bakı

  • Telman Hüseyn «Müəssisənin iqtisadiyyatı» Bakı

  • www.banker.az



1. Maya dəyərinə tərif verməmişdən əvvəl, ilk öncə onun bazar iqtisadiyyatı şəraitində nə dərəcədə zəruri olmasını qeyd etmək istərdim. Bildiyimiz kimi bazar iqtisadiyyatının mühüm elementlərindən biri qiymətdir. Maya dəyəri isə qiymətə bir başa təsir edir, və qiymətin təyin olunmasında maya dəyəri mühüm əhəmyət kəsb edir. Beləki tam maya dəyərinin üzərinə sahibkarın mənfətini əlavə olunduqdan sonra qiymət əmələ gəlir. Bu səbəbdəndə sahibkar maya dəyərinin aşağı salınmasında maraqlıdır və bu da təbii bir haldır, cünki bu halda o həm məhsulu daha tez reallaşdırır həm də daha cox mənfəət qazanır. Maya dəyərinin aşağı salınması ücün isə sahibkar maya dəyərini təşkil edən xərcləri və onlara təsir edən amilləri öyrənməli, onları lazımınca qiymətləndirməlidir. Maya dəyərini təşkil edən xərclər və ona təsir edən amillər haqda ikinci planda daha ətraflı qeyd edəcəyəm. Maya dəyərinin mahiyyətini başa düşmək ücün Telman Hüseynovun verdiyi tərifə fikir verək. “Məhsulun maya dəyəri onun istehsalına sərf edilmiş xammal, material, yanacaq-enerji resurslarının və kənardan alınmış yarımfabrikatların, həmcinin əməyin ödənilməsi xərclərinin və əsas fondların amortizasiya ayirmalarının dəyər ifadəsində cəmini əks etdirir. Bir sozlə məhsulun istehsalına cəkilən xərclər məhsulun maya dəyərini təşkil edir.

Bir cox hallarda maya dəyəri anlayışini məhsulun tam maya dəyəri anlayışı ilə eyniləşdirirlər. Tam maya dəyəri maya dəyərinin üzərinə kommersiya xərclərini – yəni marketinq, nəqliyyat, reklan xərcləri əlavə etməklə yaranır.

İqtisadi təyinatına görə məhsulun maya dəyəri iki hissədən ibarətdir:


  • istehlak edilmiş əmək vasitələrinin və əmək predmetlərinin dəyərindən,

  • əməyin ödənilməsi ilə əlaqədar olan xərclərdən ibarətdir.

Digər bir mənbədə isə maya dəyərinin mahiyyəti aşağıdakı kimi açıqlanır. Maya dəyəri – istehsalın cari xərclərinin və məhsulun reallaşmasının pulla ifadəsidir. Maya dəyərə daxil olan və vergiyə cəlb olunan mənfəətin (gəlirin) müəyyən edilməsi zamanı nəzərə alınan məsrəflərin tərkibi qanunvericiliklə müəyyən olunur. Maya dəyər xərclərinə aiddir: maddi (material) xərcləri, qaimə xərcləri, əmək haqqı, amortizasiya və s. Maya dəyərinin aşağıdakı növləri fərqləndirilir: bazis maya dəyəri – cari və ya plan dövründə maya dəyərin hesablanmasının əsası kimi götürülən keçmiş dövrün maya dəyəri; fərdi maya dəyər – konkret məmulat növünün hazırlanmasına çəkilən məsrəflərin məbləği; daşımaların maya dəyəri – bu və ya digər nəqliyyat növünün işinin spesifikliyi ilə əlaqədar yüklərin (məhsulun) nəql edilməsi xərcləri; cari realizə olunmuş məhsulun maya dəyəri – bərpa olunmuş məhsulun maya dəyər üzrə, yəni müəyyən məqamda onun istehsalı və istehlakı üçün zəruri olan məsrəflərin cəmində realizə olunmuş həmin məhsulun qiymətləndirilməsi; texnoloji maya dəyər – məhsulun hazırlanmasında və xidmətlərin göstərilməsində texnoloji prosesin təşkilinə çəkilən xərclərin cəmi; faktiki maya dəyər – müəyyən müddət ərzində maya dəyərin bütün maddələri üzrə verilmiş faktiki məsrəflər əsasında müəyyən olunan faktiki və ya hesabat maya dəyəri.

Maya dəyərinin zəruriliyini sadə bir cümlə ilə belə ifadə etmək olar: maya dəyəri, məhsulun istehsalçıya neceyə, hansı xərclər hesabına başa gəldiyini ifadə edir.


2. Məhsulun maya dəyərini əmələ gətirən xərcləri iqtisadi məzmununa görə aşağıdakı kimi qruplaşdırmaq olar:

- Material xərcləri;

- Əmək haqqı xərcləri;

- Sosial sığorta ayirmaları;

- Əsas fondların amortizasiyası;

- Sair xərclər.

Material xərclərinə təsir göstərən amillər aşağıdakılardır:


  • Məhsul istehsalına, iş və xidmətlərin həyata kecirilməsi sərf edilən xammalın, materialın dəyəri, təbiidir ki bu zaman müəssisə məhsul istehsalı uçün lazım olan xammalı və materialları istehlak edəcəyi mənbələri düzgün secməlidir. Xammal və materialları qiymətini nəzərə almaq şərti ilə nəqliyyat xərclərinə qənaət etmək məqsədi ilə müəssisəyə daha yaxın olan mənbələrdən istehlak etməlidir.

  • Məhsul istehsalı və qablaşdırılması və digər istehsalat və təsərrüfat ehtiyacları ücün alınmış və sərf edilmiş materiallar, alətlər, inventarlar, xüsusi geyimlər, əsas fondlara aid edilməyən əmək vasitələrinin və digər az qiymətli əşyaların köhnəlməsi.

  • Müəssisənin texnoloji və energetika məqsədlərinə, mühərriklərin hərəkətinə, binaların qızdırılmasına və öz nəqliyyatı ilə yerinə yetirilmiş istehsalat xarakterli işlərə sərf olunan bütün növ yanacaq və enerji.

  • Quraşdırma və yenidən emal ücün alınmış yarımfabrikatlar və kompleksləşdirici məmulatlar.

Əmək haqqı xərclərinin səviyyəsinə təsir göstərən ən mühüm amillərdən biri əməyin avtomatlaşdırılması və mexanikləşdirilməsidir. Bildiyimiz kimi bu prosesin nəticəsində bir necə işcinin yerinə yetirdiyi işi daha asanlıqla və keyfiyyətlə yerinə yetirən avadanlıqlardan istifadə olunur. Həmin işi yrinə yetirən işcilər isə ixtisar olunur və təbii olaraq onlara verilən əmək haqqına qənaət olunur, bu da öz növbəsində maya dəyərini aşağı salmış olur. Lakin onu daqeyd etmək lazımdır ki alınmış avadanlıqlar da öz dəyərlərini amortizasiya ayirmaları şəklində maya dəyərinin üzərinə kecirirlər.

Digər bir amil isə əmək haqqının həcmidir. əmək haqqının həcminə isə əmək bazarındakı sabitlik bir başa təsir edir. Əmək haqqı xərclərinə qənaət etmək məqsədilə sahibkar ucuz işci qüvvəsi axtarmağa borcludur.



Əsas fondlann köhnəlməsi, yani amortizasiyası xərcləri, əsas istehsal fondlarımn balans dəyərinə görə qanunvericilikdə müəyyən edilmiş normalara uyğun hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri əks etdirilir. Bu xərclərin həcminə təsir göstərən amillər aşağıdakılardır:

  • İşci heyətin, daha dəqiq desək müəssisədə yerinə yetirdikləri iş bilavasitə əsas istehsal fonları ilə bağlı olan işçilərin əsas istehsal fondları ilə düzgun rəftar, onlardan təyinatına gorə istifadə olunmasidir. Əgər yuxarıda deyilənlərə əməl olunmazsa, onda əsas istehsal fondunları daha tez kohnələr və bu da xərclərin artmasına səbəb olar.

  • Əsas fondlann köhnəlməsi xərclərinin həcminə təsir göstərən digər amil isə, işləri bilavasitə əsas istehsal fondları ilə bağlı olan işçilərin uygun peşə hazırlığı və təhsil səviyyəsinə malik olmalarıdır. Peşə hazırlığı və təhsil səviyyəsinin aşağı olması səbəbindən bir cox hallarda əsas istehsal fondlarından tam gücdə istifadə etmək mümkün olmur. Bu səbəbdəndə müəssisə rəhbərliyi işciləri müəyyən dövrdən bir peşə hazırlığı, ixtisas artırma kurslarına gondərməlidir.

  • Əsas fondlann köhnəlməsi xərclərinin həcminə təsir göstərən amillərdən biri də, əsas fondların nə dərəcədə dayanıqlı, keyfiyyətli olmasıdır. Bu amilə müəssisə əsas fondları istehlak edən zaman fikir verməlidir.

Sair xərclərə və onlara təsir edən amillərə aşağıdakılar aiddir:

  • Ümumi istifadədə olan sərnişin nəqliyyatın xidmət etmədiyi istiqamətlərdə işçilərin iş yerinə və geriyə daşınması üzrə xərclər. Bu xərclərin həcminə təsir edən amillər: a) işçilərin yaşayış yerlərinin iş yerlərindən nə qədər uzaqlıqda yerləşməsi; b) işçilərin iş yerinə və geriyə daşınması məqsədi ilə secilən marşurutun düzgünlü, əgər marşurut düzgün secilərsə, o zaman yanacaqa qənaət etmiş oluruq.

  • İstehsalın idarə olunması ilə əlaqədar xərclər. Bu xərclərə təsir edən amillərdən biri idarəetmə üsulunun düzgün secilməsidir, yani idarəetmədə artıq, gərəksiz ştatların ləğvidir.

  • Qanunveriçiliklə müəyyən edilmiş normalara uyğun ezamiyyət, reklam və nümayəndəlik xərcləri. Burada işçilərin ezam olunduqlari şəhərlərin uzaqlığı, ezam onulunmuş şəhərdəki mehmanxanaların qiymətləri xərclərin birbaşa təsir edir.

  • Normal iş şəraiti və təhlükəsizlik texnikasının təmin edilməsi üzrə xərclər. Bu növ xərclərin həcminə müəssisənin yerləşdiyi coğrafi ərazi mühüm təsir göstərir, cünki müəssisənin yerləşdiyi coğrafi ərazinin mürəkkəbliyi ilə təhlükəsizlik tədbirlərinə cəkilən xərclərin həcmi düz mütənasibdir. Bundan başqa bu xərclərin həcminə müəssisənin hansı fəaliyyət növü ilə məşğul olmasıda təsir göstərir. Məsələn tikinti müəssisəsində təhlükəsizlik tədbirlərinə daha cox xərc cəkilir nəinki hər hansısa bir cörək bişirmə zavodunda, bunun səbəbi isə tikinti sahəsində bədbəxt hadisələrin baş vermə ehtimalının digər müəssisəyə nisbətən daha cox olmasıdır.

  • Əsas istehsal fondlarının işçi vəziyyətdə saxlanılması üzrə cəkilən xərclər. Bu növ xərclərə texniki baxış və xidmət, sığorta və əsaslı təmirin aparılmasına çəkilən xərclər aiddir. Bir cox müəssisələrdə texniki baxış və xidmətləri həyata kecirmək ücün uygun şöbə yaradılır və bu növ xidmətlər müəssisənin öz balansında olan işçilərin hesabına həyata kecirilir. Bu xərclərin həcminə təsir göstərn amil isə uyğun şöbədə calışan işçilərin sayi və onların əmək haqlarının həcmidir.sığortta xərclərinə qənaət etmək üçünsə sığorta xidmətlərini münasib qiymətlərlə təqdim edən sığorta şirkəti və uygun sıgorta paketi secilməlidir.

  • Istehsalın hazırlanmasına və mənimsənilməsinə sərf edilən xərclər.

  • Yeni müəssisələrin, istehsalın, sexlərin və aqreqatların mənimsənilməsinə daha dəqiq desək işə salınmasına sərf edilən xərclər.

  • Kütləvi və ya seriyalı istehsal üçün nəzərdə tutulmayan məhsul istehsalı hazırlığına və mənimsənilməsinə cəkilən xərclər.

  • Istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi, onun davamlılığının artırılması və istehsal prosesində həyata kecirilən digər istismar xassələrinin təmin olunması ilə əlaqədar olan qeyri-əsaslı xarakterə malik olan xərclər.

  • Ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar xərclər.

  • Istehsal prosesinə xidmət xərcləri

  • Müəssisədə tibb məntəqələrinin saxlanması üçün lazım olan xərclər.

  • Auditor, informasiya və məsləhət xarekterli xidmətlər ücün ödənişlər.

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə məhsulun (işin, xidmətin) maya dəyərinə aid edilən bütün növ vergilər və rüsumlar, büdcədən kənar fondlara ödəmələr, tədiyyələr və s. xərclər.

  • Məhsulun satılması ilə ələqədar xərclər. Bu xərclərə təsir edən amil məhsulun reallaşdarılması nəzərdə tutulan bazardakı tələb və təklifin həcmidir.

  • Qısa müddətli bank kreditlərinə görə ödənilən faiz məbləğləri və qanunvericilikdə nəzərdə tutulan bank xidmətlərinin dəyəri. Bankların təyin etdikləri faiz dərəcələri bu xərclərin həcminə təsir edən ən mühüm amildir.

  • Qanunda nəzərdə tutulmuş normalarda uyğun məcburi sığorta üüzrə ödəmələr.

  • Texniki idarə etmə vasitələrinin saxlanılması və onlara xidmət göstərilməsi, hesablama mərkəzləri, rabitə qovşaqları, siqnalizasiya vasitələri və digər texniki idarəetmə vasitələri üzrə xərclər.

Sosial sığorta ayırmaları – qanunvericiliklə nəzərdə tutulmuş normalarla Dövlət Sosial Müdafiə Fonduna əmək ödənişlərinin ümumi məbləğinə uyğun olaraq hesablanan məcburi ayırmalardır. Qeyd olunan xərclər bir başa əmək haqqı ilə əlaqədar olduğundan bu xərclərin həcminə əmək haqqı fondunun həcmi təsir edir, yəni əmək haqları nə qədər yüksək olarsa bu xəclər də bir o qədər cox olacaqdır. Məlumat üçün qeyd edim ki bu ayırmalar sığorta edən yəni, müəssisə hesabına əmək haqqının 22 faizi, sığorta olunan yəni işçinin hesabına əmək haqqının 3 faizi həcmində olur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə