Maraqli tapintilar




Yüklə 26.48 Kb.
tarix10.04.2016
ölçüsü26.48 Kb.



Azerbaijan Archeology Vol.: 4 Num.: 1-2

85

Azərbaycan Arxeologiyası 2002

MARAQLI TAPINTILAR

INTERESTING EXPLORATIONS
ИНТЕРЕСНЫЕ НАХОДКИ

AĞSUÇAY HÖVZƏSİNDƏN TAPILMIŞ TUNC BƏZƏKLƏR AZƏRBAYCANIN ANTİK DÖVR MİFİK TƏSƏWÜRLƏRİNƏ DAİR



LətifOsmanov

(Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafıya Institutu)

Ağsuçay hövzəsinin şərqə doğru uzanan dağdibi əraziləri, o cümlədən Gəgəli kəndi qədim abidələrlə zəngindir. Buradan, xüsusən onun Nərgizova adlanan sahə-sindən təsərrüfat işləri zamanı antik dövrə aid küp və torpaq qəbirləri aşkarlanmış-dır. Qəbirlərdən saxsı qablarla yanaşı xeyli metal məmulatı da üzə çıxarılmışdır. Bunların içərisində insan, tunc maral, at və atlı flqurlara da təsadüf edilmişdir. Bu tapmtılar Azərbaycanda qədim insanlarm məşğuliyyəti, habelə atın cəmiyyətin iqtisadi və siyasi həyatındakı mühüm rolundan xəbər verir.

Tapmtılar haqqmda daha aydın təsəwür yaratmaq üçün onların ayrılıqda təsvirini vermək lazım gəlir. Tunc bəzək əşyaları içərisində maral, at və atlı fiqurları üstünlük təşkil edir. Maral fiquru kəmər toqqasından ibarət olub tökmə üsulu ilə hazırlanmışdır (1-ci rəsm). Oval formalı yastı lövhə çərçivə daxilində yerləşən şaxəbuynuz maral fiqurunun başı arxaya dönmüş, hürkək qaçışda təsvir edilmişdir. Qıçlar sıçrayış vəziyyətində verilmişdir. Göz, burun deşiyi, ağız canlı təsvir edilmişdir. Geriyə çevrilmiş şəkildə təsvir edilmiş maralın başı elə bil üstünə qonmuş quşu qovub ondan xilas olmaq istəyir. Bu fiqurlu toqqanın qayışa bağlanan hissəsi halqa şəkilli, kəməri bəndləmək üçün olan hissəsi qarmaqvari düzəldilmişdir. Onun uzunluğu 12,5 sm-dir.

Maral təsvirli metal lövhələr Qafqazda, o cümlədən Azərbaycanın Şirvan bölgəsinin antik dövr abidələrindən məlumdur. Bu cür tunc maral təsvirli geyim bəzəklərinə Mingəçevir küp qəbir abidələrində və Mollaisaqlı təknə qəbir materialları içərisində də təsadüf edilmişdir.

Tunc bəzəklərdən ikisi daha çox maraq doğurur. Bunlardan biri bitişik iki at, digəri isə suvari təsvirindən ibarət olan atlı fıqurlarıdır. Onlardan bir-birinin əks istiqaməti üzrə dayanmış iki bitişik şəkildə təsvir edilmiş at fiquru mifik xarakter daşıyır (4-cü rəsm). Bir-birinin əks istiqamətində olan atların boynu dik, başları isə bir qədər yuxarı qalxmış, qulaqlar şəklənmiş formada verilmişdir. Atm yalmanı hər iki tərəfdən buruq saç formasmda təsvir edilmişdir. Bədən spiralvari şəkildədir. Atların ayaqları abstrakt şəkildə göstərilərək hər atm döşü altından "təkəri" andıran və qabaq ayaqları bildirən dairəvi bəzək-halqa, orta hissədə isə daha bir "təkər"-ayaq rəbt edilmişdir. Bu təkər-ayaq hər iki atı ayrıhqda göz önündə canlandrrdıqda onun dal ayaqlarını təcəssüm etdirir. Bitişik düzəldilmiş atların qovuşağında at üstündə oturmuş insanı əks etdirən dik çıxıntı və çıxıntının yuxarı hissəsinə rəbt

Azərbaycan Arxeologiyası 2002

86

Azerbaijan Archeology Vol.:4Num.: 1-2



edilmiş dairəvi halqa abstrakt insan başinı təcəssüm etdirir. Beləliklə, təsvirdə at üstündə dik çıxmtı-"adam", onun ayaqları altında, ortada rəbt olunmuş halqa-çarx və ya ayaq hər iki atın eyni hissəsi - dal ayaqları kimi düşünülüb yaradılmışdır (4-cü rəsm). Bu da dövrün xəyali düşüncə tərzinin-mifaloji baxışların təzahürü və yerli sənətkarın idrakı yaradıcıhq məhsulu kimi qiymətləndirilə bilər. Bu cür mifık təsvirlərə təkcə metalişləmədə-zərgərlikdə deyil, eyni motivlərin antik dövr Albaniya koraplastikasında da özünün parlaq əksini tapmışdır. Ağsu rayonunun qonşuluğunda yerləşən Ismayılh rayonunun Mollaisaqlı antik dövr yaşayış yerindən tapılmış saxsı məmulatı içərisində gil fiqurlar görkəmli yer tutur. Bu saxsı fıqurlar arasmda yəhərlənmiş at, o cümlədən öndən və arxadan başı olan yəhərli gil at fıquru da vardır. Həm metal, həm də saxsı məmulatı içərisində eyni motivlərin verilməsi yerli xalqm mənəvi mədəniyyəti üçün səciyyə daşıdığma dəlalət edir. Möhür və ayrı-ayrı metaf fovhəfər uzərındə həkk olunmuş maral təsvirlərində də mifık motivlərə tez-tez təsadüf edilir.

At fiqurlarmdan birinin üstündə oturmuş adam çaparaq vəziyyətdə təsvir edilmişdir (7-ci rəsm). Atın belində çul və ya yəhər vardır. Onun quyruğu düyülmüş, yalı isə buruq-buruq verilmişdir. Boyun hissə dik, baş irəliyə doğru gərilmiş şəkildədir. Atm döşü, boynu və üzü hər iki yandan spiralvari bəzədilmişdir. Boyun və döşün hər iki yanında bitişik spiralvari bəzək vardrr. Yüyən atm ağzı ilə döşünə birləşdirilmiş şəkildə göstərilmişdir. Döş ilə boyunu birləşdirən dörd qabarıq dairəvi bəzək rəbt edilmişdir. Çapan vəziyyətdə təsvir edilmiş atlmın belinə sanki qurşaq salınmışdır. Onun qolları dirsək səviyyəsində qaldırılmış və atın yalmanmdan tutmuş formada təsvir edilmişdir. Atlınm başı dairə şəklində verilmişdir (7-ci rəsm). Ümumiyyətlə, Azərbaycan ərazisində yaşamış qədim yerli sakinlərin məfkurəsində insan və heyvan təsvirlərinin baş və ya digər ətraf hissələrini müəyyən metal halqa və spirallar rəbt etmə yolu ilə fıqur düzəltmə üsulları mövcud olmuşdur. Buna Mingəçevir, Qəbələ, Ismayıllı, Ağsu və Şamaxı ərazilərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyalarında müşahidə etmək olar.

Bəhs olunan atlardan və süvarilərdən paltara tikilərək qələbəlik rəmzi daşıyan bəzək kimi istifadəsini ehtimal etmək olar. Məhz atların döş, bel və qarnı altında kiçik halqalar onun asılması və ya paltara tikilməsini bildirir. Bu tip atlı fiquru Ağsu rayonunun Nuran kəndi yaxmlığından da tapılmışdır. Onlar ilk dəmir dövrünə və ya VII-VI əsrlərə aiddir. Haqqmda danışdığımız bəzək fıqurlar da eyni dövrün məhsulu kimi səciyyələndirilə bilər. Bununla da Ağsu rayonu ərazisində qeyd edilən dövrlərdən dünya sivilizasiyasmda xüsusi yeri olan yüksək sənətkarlığın və mənəvi mədəniyyətin inkişaf tapdığmı söyləmək olar.

Tunc bəzək əşyaları içərisində insan fıqurunu əks etdirən tapmtı daha maraqlıdır (14-cü rəsm). Tökmə üsulu ilə hazırlanan bu antrapomorf fiqurun dövrəsi zəncirvari bitişik iki runc həlqədən formalaşdırılmışdır. Gövdə və ondan aşağı hissəni təşkil edən iki yapışıq həlqənin üstündə uzunsov boyun, onun da üstündə oval şəkilli sifət və yumru insan başı təsvir edilmişdir (14-cü rəsm). Antrapomorf fiqurun boynu uzun olub dörd cərgədən ibarət spiralvari boyunbağı ilə əhatələnmişdir. Fiqurun ağzı, burnu, qulaqları və bığı orijinal şəkildə verilmişdir.



Azərbaycan Arxeologiyası 2002

87

Azerbaijan Archeology Vol.:4Num.: 1-2



Maraqlıdır ki, fiqurun boynunda boyunbağı ilə yanaşı kişi əlamətini əks etdirən bığ da təsvir edilmişdir. Bu da qədim sakinlərin adət-ənənələrinin etnoqrafik xüsusiy-yətlərinin araşdınlmasmda müəyyən əhəmiyyət kəsb edə bilər.

Bir gövdədə iki at başı təsvirinin gildən yapılmış analoqunun Mollaisaqh gil plastikasında əks olunması, tunc insan fıqurunun da təxminən oxşarlarına yenə də Azərbaycanm antik dövr terrakotları arasmda müşahidə olunması onların yerli istehsal üsulunun məhsulu kimi həm gil fiqurlarda, həm də metal bəzəklərdə eyni məfkurə ümumiliyinin totemik təzahürü hesab etmək olar.

Tapıntılar arasında zmqrov formalı asma tunc bəzəklərə (12-ci rəsm), nazik məftil üzüklərə (8-10,11-ci rəsmlər), en kəsiyi dairəvi və lentşəkilli bilərziklərə də təsadüf olunmuşdur (5-6, 13-cü rəsmlər).

Tunc bəzəklər içərisində iki ədəd diskşəkilli əşyaya da təsadüf edilmişdir ki, bu tip bəzək əşyası Nüydi, Uzunboylar, habelə Mollaisaqlı təknə qəbir abidələrin-dən kifayət qədər əldə edilmişdir. Bu tapıntılar tökmə üsulu ilə qəlibdə hazırlanmış-dır. Diskşəkilli metal bəzəklərdən birinin mərkəzində dairəvi deşiyi vardır. Onun kənar səthinin bir üzii batıq, o biri tərəfi qabarıqdır.Qabarıq hissə qoşa spirallarla haşiyələnmişdir; kənarında geyimə bərkitmək üçün qoşa halqaları vardır. Onun ətraf dairəsi və oradakı deşiyin əhatəsi çəp kəsmə xəttlərlə naxışlanmışdır. Naxış motivləri bəzək əşyasmı dörd bərabər hissəyə bölməklə verilmişdir. Onun diametri 5,5 sm, mərkəzdəki deşiyinin diametri 2,5 sm-dir (2-ci rəsm).

Daha bir diskşəkilli tunc bəzək əşyasının da ortası dairəvi deşikli olub həl-qəvari çıxmtı ilə əhatələnmişdir. Onun bir tərəfində düzəldilmiş çıxıntınm ucunda dairəvi halqa vardır. Bu bəzək əşyasmm kənarları boyunca kiçik dairəvi qabartılar düzülmüşdür. Asmaq üçün düzəldilmiş saplağın diskə birləşən hissəsi qoşa spiralvari bəzəklə tamamlanır. Diskin çevrəsi boyunca dairəvi qabartmalar verilmişdir. Saplağın asqı həlqəsilə tamamlanan yerində dairəvi düyməcik vardır. Bu bəzək əşyasmın diametri 8 sm, mərkəzindəki deşiyin diametri isə 2 sm-dir (3-cü rəsm).

Beləliklə, Nərgizova şəhərgahmdan tapılmış maddi mədəniyyət qalıqları və xüsusilə tunc bəzək nümunələri burada yaşamış qədim sakinlərin iqtisadi və mədəni həyatı haqqmda, eləcə də Azərbaycan tarixinin antik dövrü barəsində yeni və çox qiymətli məlumat verir.

ƏDƏBİYYAT


  1. F.L.Osmanov. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982.

  2. V.Əliyev, F.Xəlilov. Ağsunun tarixi abidələri. Bakı, 2001.

  3. JJpz. A.XajiHJioB. MaTepHajibHajı KyjibTypa KaBKa3CKOH AjıöaHHH. BaKy, 1984

  1. JI.O.OcıvıaHOB. O HeKOTopbix o6pa3uax xyÄOxcecTBeHHoro MeTajuıa AsepöampKaHa aHTHHHOH ənoxH. Azərbaycan arxeologiyası problemləri. Bakı, 1995.

  2. O.Jl.OcMaHOB. TeppaKOTOBbie CTaTVBTKH A3ep6a*WKaHa. «Tarix və onun problemləri» Bakı, 1998 JYç 3

  3. F.L.Osmanov, F.Ə.Ibrahimov. Nüydinin bədii metalı. Azərb. EA "Xəbərləri", 1979, X24.

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 1-2
















Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə