Maraqli tapintilar interesting explorations




Yüklə 115.56 Kb.
tarix14.04.2016
ölçüsü115.56 Kb.

109

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.:




MARAQLI TAPINTILAR

INTERESTING EXPLORATIONS

ИНТЕРЕСНЫЕ НАХОДКИ
ŞƏKİNİN ARXEOLOJl ABtoƏLƏRl-KÜDÜRLÜ KURQANLARI

Xaqani Alməmmədo v

(Bakı Dövlət Universiteti)
Küdürlü kurqanları Şəki şəhərindən 18 km cənub-qərbdə eyni adlı kəndin ərazisində yerləşir. 1980-ci ildə Yevlax-Balakən dəmir yolunun çəkilməsilə əlaqədar olaraq,yolun keçdiyi ərazilərin arxeoloji cəhətdən öyrənilməsi başlandı. I.F.Cəfərov tərəfındən aparılan axtarış-kəşfıyyat işləri nəticəsində Küdürlü kəndi ərazisində 7 kiçik kurqan aşkar olundu.l983-cü ildən burada arxeoloqlar T.I.Axundov, N.M.Muxtarov, Q.X.Ramazanov, l.Q.Nərimanov qazıntılar apararaq kurqanların öyrənilməsinə başladılar. Bu tədqiqatçılar Küdürlü kəndində çoxlu sayda kurqan və yaşayış məskənini arxeoloji cəhətdən tədqiq ediblər.

Küdürlü qrupuna daxil olan 1 və 2 saylı kurqanlar erkən tunc dövrünün son mərhələsinə aid olub, Şimali-Qərbi Azərbaycan etno-mədəni inkişafmın 4-cü mər-hələsi üçün xarakterikdirlər. Bu kurqanlar xarici cəhətdən fərqlənsə də, prinsip etibarılə eynilik təşkil edirlər. Hər iki kurqan mürəkkəb Daş torpaq örtüyə, fıqur düzülüşünə və tam oxşar qurbangaha malikdirlər (şəkil №1-1) və (şəkil № 2-1). Onlarm özünəməxsus dəfhetmə adəti və qəbir ləvazimatı var. 1 saylı kurqanm dairəsi günəş fiqurlu, 2 saylı kurqanın dairəsi aypara şəkillidir. Hər iki kurqanda 2 nəfər dəfn olunub. 1 saylı

kurqanda I dəfh olunan ' t





şəxs kurqan dairəsinin altında ovalşəkilli quyuda, j II isə günəş şualarına bən-zəri Daş düzülüşün üs- % tündə dəfn olunmuşdur. 2 g saylı kurqanda da bu qay-da gözlənilir.l və 2 saylı \ kurqanlarda Daş fıqur üzə- * rində dəfn adətləri eyni-dir. Hər 2 meyit başı qər-bə doğru kürəyi üzərində əlləri qurşağında çarpaz-laşdırılmış şəkildə dəfh olunmuşdur. 1 saylı kur­qanda ayaqlar budlara bükülmüş (şəkil №1-3), 2 saylı kurqanda isə baldırlar çapılmış, budlarm üstünə eninə qoyulmuşdur (şəkil № 2-3).

Azərbaycan Arxeologiyası J1Q Azerbaijan Archeology


2002 Vol.: 4 Num.: 3-4

1 saylı kurqanın qəbir çalasında dəfh olunmuş insanın 2 bud sümüyü qalmışdır. Bu kurqanda olan dəfn etmə adəti bütün bu dövrə aid şimal-qərbi Azərbaycanm qə-bir abidələrində izlənilir. Əksər abidələrdə meyitin başı şimal-qərb və ya qərb istiqamətində, ayaqlar bükülü və dizləri sola əyilmiş şəkildə dəfh olunmuşdur. Kurqanlar dəfnetmə adətlərinin müxtəlifliyi onlarm məxsus oduğu tayfalarm dün-yagörüşləri ilə bağlı olmuşdur.

Qəbir ləvazimatı isə qızıl, gümüş və tuncdan hazırlanmış əşyalarından və kvars munçuqlardan ibarətdir ki, onlar da Xaçbulaq və Trialeti kurqanlarından tapılan bə-zək əşyaları ilə paralel xüsusiyyətlərə malikdirlər. Fiqur düzülüşü, qəbir ləvazimatı və dəfhetmə adətlərinin analizi göstərir ki, 1 və 2 saylı Küdürlü kurqanları III minil-liyin II yansmın ortalarına və ya III minilliyin son rübünə aiddir.

Küdürlü qrupuna daxil olan 13 və 14 saylı kurqanlar orta tunc dövrünün erkən mərhələsinə aid olub şimali-qərbi Azərbaycanın etno-mədəni inkişafının 5-ci mər-hələsi üçün xarakterikdirlər. 13 saylı kurqan 2 kameralı, 14 saylı kurqan isə bir kameralıdır. Hər iki kurqanda meyit kürəyi üstə qoyulmuşdur. 13 saylı kurqanda meyit başı şimal-qərb ,digər kurqanda isə şimal istiqamətindədir. Hər iki kurqandakı dəfh olunanlarm kəllə sümükləri dağıdılmışdır ki, bunun da qəbir çalası üzərində qoruyucu örtüyün olmaması ilə əlaqələndirmək olar. Meyitin kürəyi üstə dəfnetmə adəti Cənubi Qafqazda ancaq Şəki abidələri üçün xarakterikdir.

Kurqanların qəbir ləvazimatları istifadə sahələri və hazırlandaqları materiallar baxımmdan müxtəlifdir. 13 sayh kurqan talansa da soyğunçuların gözündən yayın-mış qızıl muncuq tapılmışdır. Muncuq qafqazın tunc dövrü abidələri üçün xarakte­rikdir. 14 saylı kurqan isə zəngin tunc əşyalara malikdir. Kurqandan tunc balta, 2 ədəd tunc biz və ştantart (möhür) tapılmışdır.

Kurqanların dulus materialları bir-birindən fərqlənir. 13 saylı kurqanm dulus məmulatı 4 qabdan ibarətdir ki, onlar özləri də ayrı-aynlda bəzi xüsusiyyətlərə malikdir. I qab sarı-qırmızı,oxra rənglidir ki, bunun da Cənubi Qafqazda analoqu yoxdur. II qab dairəvi oturacağa və oyma naxışlara malikdir. Bu qabı Cənubi Qaf­qazda yeganə analoqu Abşerondan tapılmışdır. 3-cü qaba da 2-ci qaba söylədik-lərimizi aid etmək olar. 4-cü



qabm ancaq boğaz hissəsi qalmış-dır. Təyinatı və ornament baxı-mından bu qabı Şimali Qafqaz abidələrindən tapılan orta tunc dövrü qabları ilə eyniləşdirirlər.

14 saylı kurqanm dulus komp­leksi 2 küp və forması məlum olmayan miniatür qabın parçala-rından ibarətdir. Onlar tunc-boz rəngdə olub, yüngül hamarlan-


mışlar. Hər 2 kurqanda ox ucluq-

larına rast gəlinib. Bunlar açıq-sarı rəngli çaxmaqdaşmdan və dəvəgözündən hazırlanmışlar. Kurqanlardan tapılan girintili-çıxmtılı ucluqlar Cənubi Qafqaz üçün




Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



xarakterikdir və onun inkişafı e.ə. III-II minilliklərə aiddir. Bundan başqa kurqandan daşdan hazırlanmış külüng və bülöv daşı tapılmışdır.

13 və 14 saylı kurqanlardan tapılan arxeoloji materialların analizi onlann tarixini e.ə. III minilliyin sonu - e.ə. III-II minilliklərin qovşuğuna aid etməyə imkan verir.

Küdürlüqrupuna daxil olan 3-12 saylı 10 kurqan orta tunc dövrünün sonuna aid olub, şimal-qərbi Azərbaycanın etno-mədəni inkişafınm VI mərhələsi üçün xarak­terikdir. Bu kurqanlar özləri də bəzi xüsusiyyətlərinə görə 2 qrupa bölünür.I tip kurqanlara 3,4,7 saylı kurqanlar, II tip kurqanlara isə 5 kurqan , yəni 8,9,10,11,12 saylı kurqanlar aiddir.

I tip kurqanlarda dəfnetmə adəti maraqlıdır. 3 saylı kurqanda meyitin başını kə-sib, sinəsi üzərinə cənub-şərq istiqamətinə qoyaraq dəfn etmişdilər. Dəfn olunan sinəsi üstündə tunc xəncər tiyəsi və sol yanmda böyük dəvəgözü (opsidiana) parçası tapılmışdı. Insan sümüklərilə yanaşı qəbirdə öküz sümüklərinə də rast gəlinib.Qəbir ləvazimatının əsasmı dulus məmulatı təşkil edir. Onlar əsasən tünd boz rəngdə olub, bütün boyu səpələnmişdi. Qəbirdən həm də 11 tunc sancaq və müxtəlif mənşəli materiallardan hazırlanmış muncuqlar tapılmışdı.

4 və 6 saylı kurqanlarda dəfh adəti daha maraqlıdır.Burada ölülər çapılaraq dəfh olunurdular. Burada meyit şimal-qərb istiqamətində, kürəyiüstə dəfn olunmuşdur. Lakin onun başı kəsilərək sağ çiyni yanında iri qabm içinə qoyulmuşdu. Kurqanlarm qəbir ləvazimatları boz-tünd rəngli dulus qablardan və tunc əşyalardan ibarət idi. 3 saylı kurqandan fərqli olaraq, 4,5,6 saylı kurqanlarda qəbir üzərində \ düzəldilmiş ağac örtüyə rast gəlinmir.

7 saylı kurqan ölçüsü və strukturuna görə digər kurqanlardan elə də fərqlənməsə, mürəkkəb dəfhetmə adətinə görə digərlərindən seçilmir. Burada 2 kəsilmiş baş dəfh olunub. Onların birinin üzü cənub-qərb, II-nin üzü isə şimal-qərb istiqamətindədir. Digər sümüklərinin çürüməsi onların sayını və istiqamətini öyrənməyə imkan verməyib. Qəbirdən 5 hisli qara qab, iki tərəfli tunc xəncər tiyəsi

ivə 2 tunc sancaq tapılıb. Kurqandan zonada ilk olaraq müxtəlif qızıl əşyalar tapılıb. I Bunlar 2 qızıl sancaq və 4 digər qızıl bəzək əşyasıdır.

8 saylı kurqan ölçülərinə görə 7 saylı kurqandan kiçik olsa da dəfnetmə adət-; lərinə görə oxşar xüsusiyyətlərə malikdirlər.Kurqanda pis vəziyyətdə olan 1 insan

süraüyü qalmışdır. Dəfn olunanın başı kəsilərək qəbrin şərqində üzü şərq ıstiqamətinə qoyulmuşdur. Qəbirdə çoxlu kömür qırıntısma və ğitumla hopturulmuş ağac qırmtılarına rast gəlinmişdir. Bu qırıntıları qəbrin ağac örtüyünün qalıqları ab edirlər. Kurqanm qəbir ləvazimatı sarı-qəhvəyi bişmiş iri qab,qara rəngli kiçik bişmiş kürə, qara rəngli qəhvəyi üzlük çəkilmiş qab qırmtıları, 2 hisli qab və tunc ftezək əşyalarından ibarətdir.

9 saylı kurqanda nə örtüyünün, nə də kameranm ölçülərinə görə 8 və 9 saylı kurqanlardan fərqlənir. Burada iri insan sümüklərinə rast gəlinməyib. Cənub-qərb küncündə çürümüş sümük və xırda bəzək əşyalarına rast gəlinib. Qəbir ləvazimatı böyük dəvəgözü parçası,yaxşı bişirilməyən boz və kobud hazırlanmış miniatür ,


əzək əşyaları və dağ minerallarından hazırlanmış muncuqlardan ibarətdir.

  1. sayh kurqanda nə struktur,nə də ölçülərinə görə 8-10 saylı kurqanlardan fərq-lənmir.Burada qəbir çalası şirlənmişdi.Kurqanda bir Adam,kürəyi üstə başı şimal-qərbə,üzü və dizləri şimal-şərq istiqamətində dəfn olunmuşdu.Qəbirdən iri və xırda buynuzlu heyvanlarm sümükləri tapılıb.Qəbir ləvazimatı 6 dulus qabdan və tunc bəzək əşyalardan ibarətdir.

  2. saylı kurqan ölçülərinə gorə 11 saylı kurqanla oxşardır. Lakin kurqanın kame-rası yoxdur. Bu kurqan qəbir ləvazimatma malik deyil. Kurqan təpəsinin 30 sm də-rinliyində uşaq dişləri tapılmışdı. Burada yandırılaraq dəfhetmə adəti olmuşdu.

Orta tunc dövrünün sonuna aid olan Küdürlü kurqanlarının kurqan təpəsi daşların müəyyənləşdirilmiş düzülüşü və onlar arasmda torpaq-çmqıl qatmdan iba-rətdir. I qrup (3,4,7 saylı kurqanlar) böyük və planlılığma görə II qrupdan fərqlən-mir. Bütün kurqanlar bir qat daşdan ibarət qoruyucu zirehə malikdir. I qrupun kame-raları kvadrat şəkillidir və şimal-qərbdən cənub-şərqə doğru çəkilmiş vəziyyətdə-dir. Burada da ağır örtüyə rast gəlinir (8 və 10 saylı kurqanlar).

I qrup kurqanlarda çapılıb dəfn olunma adəti mövcud olmuşdu. II qrup kurqan­larda 3 cür dəfnetmə adətinə rast gəlinir. Ən maraqlısı 12 saylı kurqanda rast gəli-nən meyitlərin yandırılması adətidir. Bu adət Cənubi Qafqazda orta tunc dövründə yaranmışdı.

Kurqanlarm ləvazimatı tipinə görə fərqlənmir. Burada zəngin dulus məmulatı, metal əşyalar, mineral və daşdan hazırlanmış bəzək əşyalarına rast gəlinib.

Dulus məmulatının xarakterliyi əl tutanm olmamasıdır. Lakin forma, ölçü, hazır-lanma texnologiyasma görə fərqlənir. Dulus qablar boz, sarı-qəhvəyi, qara rəngdə-dirlər.

Maddi əşyalar əsasən tunc, qızd və gümüşdən hazırlanıb. Bundan əsasən xəncər, sancaq və s. bəzək əşyalanndan ibarətdir.

Abidələrdən tapılan maddi materialların analizi bu qrupa daxil olan kurqanların tarixini e.ə. II min-n I rübünə aid etməyə imkan verir.


ƏDƏBİYYAT

1. Ахундов Т.И., Рамазанов Г.Х. Отчет I Шекинского отряда Евлах- Балаканской

экспедиции за 1983 год. // Архив ОПИ Института Арх. И Этн. АН Республики Азербайджан. №0 - 334.

2. Ахундов Т.И., Рамазанов Г.Х., Мухтаров Н.М. Отчет I Шекинского отряда

Азербайджанской новостроечной экспедиции за 1984 г. // Архив ОПИ Института Арх. И Этн. АН Республики Азербайджан. №0 - 354.

3. Ахундов Т.И., Мухтаров Н.М. Отчет I Шекинского отряда в 1985 г. // Архив ОПИ

Института Арх. И Этн. АН Республики Азербайджан. №0 - 416.

4. Ахундов Т.И. Некоторые результаты исследования Шекинских курганов/ /Тезисы

докладов конференции «Великий Октябрь и развитие археологической и этнографической наук в Азербайджане». Баку, 1988. с. 26.

5. Ахундов Т.И., Нариманов И.Г., Мухтаров Н.М. Научный отчет Шекинского

археологического отряда за 1989 г. // Архив ОПИ Института Арх. И Этн. АН Республики Азербайджан. №0 - 527.


6. Ахундов Т.И., Нариманов И.Г., Мухтаров Н.М. Отчет полевых исследовательских

работ, проведенных Шекинским археологическим отрядом в 1990 году. // Архив ОПИ Института Арх. И Этн. АН Республики Азербайджан. №0 - 542.

7. Ахундов Т.И. К этнокультурной ситуации на Южном Кавказе во второй половине

III тыс. до н.э. // Тезисы конференции, посвященной 120-летию Ивана Джавахишвили. Тбилиси, 1996 (в), сящ. 38-41.



8. Ахундов Т.И. Северо-западный Азербайджан в эпоху энеолита и бронзы. Баку,

2001.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə