Maniakaldepresiv psixoz zamanı istifadə olunan dərman preparatları




Yüklə 30.13 Kb.
tarix21.04.2016
ölçüsü30.13 Kb.

Maniakaldepresiv psixoz zamanı istifadə olunan dərman preparatları

Litium qələvi metaldır. Onun duzlarından qədim vaxtlarda podaqra xəstəliyinin müalicəsi və böyrək daşlarının əridilməsi məqsədilə istifadə olunurdu. 1950-ci illərin əvvəlində müəyyən olundu ki, litium prepa- ratlan kəskin maniya tutmaların qarşısım almaq və affektiv pozğunluq- lan aradan qaldırmaq xüsusiyyətinə malikdir. Bundan sonra, litium preparatlarından maniya halının müalicəsində istifadə edilməyə baş­landı. Maraqlıdır ki, litium preparatlarının psixiatriya praktikasına gətirilməsi demək olar ki, neyroleptiklərlə eyni vaxta təsadüf edir. Sonrakı tədqiqatlar göstərdi ki, neyroleptiklərlə müqayisədə litium preparatları daha spesifik təsir xüsusiyyətinə malik olub, praktik olaraq ümumi tormozlarıma halı törətmir, sedativ effektləri isə çox zəifdir.



Litium preparatlarmm seçici təsir spektrinə malik olduğunu, müalicə kursu müddətində xəstələrin psixi və emosional vəziyyətlərini bu və ya digər dərəcədə normallaşdırdığını nəzərə alaraq, son illər onları psixonor- motimik maddələr qrupuna aid edirlər. Bu qrupa, həmçinin, rıeyrotrop təsir komponentinə malik olan bəzipsixoaktiv dərman maddələri də (məs., karbamazepin) daxildir.

Litium preparatlarının antimanik və ruhi fəaliyyəti stabilləşdirici təsirinin molekulyar mexanizmi tamamilə aydınlaşdırılmamışdır. Bu haqda müxtəlif nəzəriyyə və elmi fikirlər mövcuddur. Belə hesab edirlər ki, bu maddənin psixotrop təsirinin meydana çıxmasında mühüm rol oynayan faktorlardan biri, sinir hüceyrələrində inozitol fosfatlann defosforlaşmasım törədən fosfatazalann blokada olunması nəticəsində, neyron membranmda fosfoinozitidin regenerasiyasmm pozulmasıdır. Neyron membranmdakı G protein kompleksilə əlaqəli olan reseptor- larrn (5-HT2 reseptorlan, bəzi muskarinəhəssas və bəzi a-adrenoreseptor tipləri) oyanması zamanı neyronlara təsir fosfoinozitid vasitəsilə təmin olunur. Reseptor-G protein kompleksi membranal ferment fosfolipaza C-ni (PLQ aktivləşdirir. Bu enzim də fosfoinozitidi (fosfatidilinozitol 4,5-bifosfat, PIP2) diasilqliserol (DAG) və inozitol 1,4,5-trifosfata (IP3) parçalayır (bax. ümumi farmakologiya). Bu siqnal sisteminin normal fəaliyyəti üçün IP3 -ün hər mərhələdə bir fosfat molekulu itirərək, fosfatazalar tərəfindən İP2 və İPı -ə, sonda isə inozitola çevrilməlidir.

Çünki, rescptorların stimulyasiyası nəticəsində PLC tərəfindən parça­lanan PİP2-nin yenidən sintezi (regenerasiyası) üçün sərbəst inozitolun olması lazımdır. Litium fosfotazaları blokada etdiyi üçün PİP2-nin təkrari sintezi baş vermir və bu mexanizmlə müvafiq neyronları oyadan serotonin, norepinefrin və dofaminin təsiri aradan qalxır. Periferik qanda inozitol olsa da, HEB-i keçə bilmədiyi üçün MSS neyronlarında törənən inozitol çatışmazlığı halım aradan qalıra bilmir. Düzdür, inozitol neyronlarda müəyyən qədər digər mexanizmlə- qlükoza-6- fosfatdan da sintez oluna bilir, lakin litium bu prosesi də blokada edir. Litiumun molekulyar təsirinə yanaşmalar içərisində daha çox bu mexa­nizm qəbul olunmaqdadır.

Digər mülahizələrə görə, bipolyar xəstəliklər (manikal-depressiv psixoz) zamam G zülal kompleksinin vasitəçiliyi və fosfolipaza C-nin iştirakı ilə aktivləşən reseptorlarda hiperaktivlik yaranır. Litium prepa­ratlarının təyini məlum mexanizmlə hiperaktivlik halını aradan qaldır­dığına görə, müalicəvi effekt törədir.

Bəzi tədqiqatçılar litiumun təsirini sinir hüceyrəsi membranında ion mübadiləsində törənən dəyişikliklərlə əlaqələndirirlər; litium ionlan fiziki-kimyəvi xüsusiyyətlərinə görə Na+ və K+-a bənzəyir. O, natrium kanallarında Na+ yerinə keçir və K+ kanallarını blokada edir. Beləliklə, bu kanal sisteminin optimal fəaliyyəti üçün zəruri olan hüceyrədaxili və hüceyrəxarici elektrokimyəvi qradienti pozaraq, neyronların oyanıqhq halım dəyişir. Nəticədə yüksək oyanıqhq törədən neyronların boşalma tezliyi azalır və preparatın ruhi fəaliyyətə stablizəedici təsiri meydana çıxır (ruhi sferiya tənzimləyici təsir karbamazepin və valproat turşusu kimi psixoaktiv maddələrdə də vardır).

Litium preparatları MSS-də dofaminergik aktivliyi azaldır. Məlum­dur ki, maniya halında beyinin limbik sistemində dofaminergik aktiv­liyin artdığı iddia olunur (bax.: antipsixotik dərman maddələri). Eksperimentdə litium preparatları beyində dofaminergik aktivliyi aşağı salır və dofaminergik sinapslarm bioelektrik aktivliyini süstləşdirir. Bu effektlərin neyrokimyəvi mexanizmi litium preparatlarının dofaminin sintezi, depolaşması, ifrazı və əks neyronal udulmasını pozması ilə izah olunur. Analoji ləngimə halı noradrenergik sistem və sinir liflərində də baş verir (litium preparatları, həmçinin, p- və a-adrenoreseptorlarla əlaqəli olan tormozlayıcı təsirləri qüvvətləndirir). Belə hesab edirlər ki, dofaminergik sistemin fəallığının azalmasında, litiumun bu sistemlə qarşılıqlı əlaqədə olan QAYT-ergik sinapslarda impuls selinə göstərdiyi stimuləedici təsir əsas rol oynaya bilər. Hazırda maniya halının müalicəsində istifadə olunan antiepileptik təsirli dərman maddələri olan karbamazepin və valproat turşusunun dofaminergik sistemə təsiri bu mexanizmlə izah olunur. Digər tərəfdən, litium preparatları MSS-də serotoninergik neyronlarda serotoninin sintez və dövriyyəsini artıraraq, serotoninergik aktivliyi yüksəldir (depressiyadan əziyyət çəkən xəstə* lərin bir qismində beyində serotoninergik aktivliyin azalması mücahidə olunur), MAO-nun blokatorları və serotoninin əks neyronal udulma- sının inhibitorları qrupundan olan antidepressantların terapevtik | effektini artırır.

Göründüyü kimi, mərkəzi effektlərinin molekulyar mexanizmləri hələ də tamamilə aydınlaşdırılmayan litium preparatlarının təsir mexa- nizmi mürəkkəb və çoxşaxəlidir. Şübhəsiz ki, burda həlledici rolu, baş beyinin neyromediator sistemlərində gedən və dəqiqləşdirilməsinin dərin elmi-tədqiqatlara ehtiyacı olan, kompleks, çox incə neyrokimyəvi dəyişikliklər oynayır.

Litium preparatları daxilə qəbulda nazik bağırsaqlardan sürətlə sorulur. Birdəfəlik qəbul dozasından təqribən 1-2 saat sonra qan plaz- masında yüksək qatılıqda toplanır. Litium plazma zülalları ilə birləşmir. Əvvəlcə ekstraselulyar mayeyə, sonra isə intraselulyar mayeyə keçir. Beyində yüksək konsentrasiyasma isə yalnız 24 saatdan sonra rast gəlinir. Odur ki, preparatın çox böyük dozalarda qəbulu zamanı neyrotoksiki effektləri gecikmiş halda meydana çıxır. Onurğa beyin mayesində qatılığı plazmadakı miqdarının 40%-ni təşkil edir. Beyindəki konsentrasiyası qan plazmasındakı miqdarına bu və ya digər dərəcədə uyğun gəlsə də, böyrəklərdə və qalxanvari vəzdə plazma ilə müqayisədə 2-4 dəfə yüksək qatılıqda olur. Litiumun qan plazmasında miqdarının 50% azalması üçün təqribən 24 saat vaxt tələb olunur. Orqanizmdən, əsasən, böyrəklər vasitəsilə xaric olurlar. Preparatların ekskresiya halı bilavasitə litiumun qan plazmasındakı miqdarı, eləcə də kalium və natriumun qandakı miqdarından asılıdır. Natrium xloridin orqanizmə tələb olunan miqdarda daxil edilməməsi (bu halda litiumun böyrək kanalcıqlarından reabsorbsiya prosesi sürətlənir) və ya həddindən artıq daxil edilməsi, litiumun orqanizmdə ləngiməsinə və bunun nəticəsi kimi intoksikasiya halının meydana çıxmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, litium preparatlarının terapevtik genişliyi və terapevtik indeksi (sonuncu, 2-3-dür) qısadır. Odur ki, litium preparatları ilə müalicə kursu dövründə orqanizmdə su-duz balansını və litiumun qandakı miqdarı (0,6 mmol/l-dən az və 1,6 mmol/l-dən çox olmamalıdır) nəzarətdə saxlanılmalıdır. Müalicənin başlanğıcında litiumun qan plazmasındakı miqdarı, adətən, həftədə bir, sonralar isə 2 həftə və 1 aydan bir təyin edilməlidir.

Litium preparatlarından, əsasən, maniyanın və bipolyar patologi­yanın (manikal-depressiv xəstəliyin) müalicə və profilaktikasında istifadə olunur. Bipolyar xəstəlik zamanı kompleks müalicə aparmadan təkcə litium preparatlarından istifadə yüksək müalicəvi effekt törədir.

Kəskin maniya tutmaları zamanı isə neyroleptiklərlə (məs. haloperi- dolla) birlikdə təyin olunur. Terapevtik effekti tədricən- 1-2 həftəlik müalicədən sonra meydana çıxır və 3-4 həftədən sonra optimal səviyyəyə çatır. Litium preparatları, xüsusən, klassik əlamətlərlə (psixotik, disforik və s. pozğunluqlarla) keçən maniyalar zamanı daha yüksək effekt törədir, affektiv pozğunluqları aktiv şəkildə aradan qaldınr. Bu maddələr təkcə endogen psixozlarda deyil, həmçinin orqa- nik psixozlar, epilepsiya, eləcə də xronik alkoqolizm zamanı meydana çıxan affektiv pozğunluqların kompleks müalicəsi, aqranulositoz və aplastik anemiya zamanı da effektlidir. Son illər litium preparatlarının digər dərmanlara dözümlülük göstərən güclü məhəlli ("cluster" tipli) və dövri baş ağnlan zamanı 45 yaşdan yuxarı olan xəstələrdə müsbət təsiri haqqmda da kifayət qədər elmi sübutlar toplanmışdır.

Psixiatriya praktikasında bipolyar xəstəliyin manik və bəzən də depressiv əlamətlərinin aradan qaldırılması üçün dərman maddəsi kimi litiumun karbonat və sitrat duzundan istifadə olunur (litium prepa­ratlarının antimanik təsiri antidepressiv təsirindən daha güclüdür).

Müalicənin başlanğıcında litium karbonat gündəlik 0,6-0,9 q dozada təyin edilir. Orqanizim tərəfindən yaxşı mənimsənildiyi və arzuolunmaz effektlər törətmədiyi təqdirdə preparatın dozası hər növbəti gün 0,3 q artırılmaqla gündəlik 1,5-2,1 q-a, bəzi hallarda isə, hətta 2,4 q-a qədər qaldırıla bilər. Nəzərə almaq lazımdır ki, preparatın gündəlik dozasının 2 q-dan yüksək olduğu hallarda onun 1-2 həftədən artıq qəbulu məs­ləhət görülmür. Müalicənin gedişində manikal tutmalar aradan qalxdıq­dan sonra, gündəlik doza tədricən 1,2-0,9-0,6 q-a qədər azaldılır, sonra ya tamamilə kəsilir, ya da kı, profilaktik dozalarda davam etdirilir. Sonuncu halda litiumun qan plazmasmdakı miqdarı (0,6-0,8 mmol/1 miqdarında) 1,2 mmol/l-dən çox olmamalıdır. Preparatın qan plazma- sındakı miqdarı 1,5 mmol/l-i keçdikdə ciddi əlavə effektlər meydana çıxır. Hərgah bu miqdar 2 mmol/l-dən yüksəkdirsə, bu halda preparatın qəbulu dayandırılmalı və ya dozası azaldılmalıdır (litium sitratın da bütün farmakoloji parametrləri litium karbonata uyğundur.



Litium preparatları ilə kəskin zəhərlənmələr çox təhlükəli və təcili detoksikasiya tədbirlərinin aparılması tələb olunan hal sayılır. Bu zaman koma baş verir və epilepsiyanı xatırladan qıcolma tutmaları müşahidə olunur. Kəskin zəhərlənmə baş vermişsə, ilk növbədə diurezi artırmaqla litiumun orqanizmdən xaric olmasını sürətləndirmək tələb olunur. Bunun üçün xəstəyə osmotik diuretiklər və asetazolamid təyin edilir, izotonik natrium xlorid məhlulu venadaxili infuziya olunur (tiazid qrupu diure- tikləri təyin etmək olmaz). Hemodializ və ya peritoneal dializ aparılır.

Litium preparatları dispeptik pozğunluqlar, yorğunluq, əzələ zəifliyi, ataksiya, yuxululuq, poliuriya, susuzluq hissi, diareya, ürək ritmlərinin pozulması və s. əlavə effektlər törədə bilər. Ən çox və erkən müşahidə olunan arzuolunmaz əlavə effekt əldə tremor halının (əl barmaqlarının əsməsi) meydana çıxmasıdır. Tremor litiumla müalicə alan şəxslərin 25- 50%-də müşahidə olunur. Çox zaman əl barmaqlarının tremoru susuzhıq hissi və poliuriya ilə müşayət olunur. Bunlar litium alanlann 1/3-də baş verir. Poliuriyam litiumun böyrək kanalcıqlan hüceyrələrində sAMF-in əmələ gəlməsini blokada etməsilə əlaqələndirirlər. sAMF antidiuretik hormon vazopressinin toplayıcı böyrək kanalcıqlan üzərin­dəki təsirinə vasitəçilik etdiyinə görə, bəzən şəkərsiz diabet (nefrogen diabet) halı törədə bilir.

Qeyd etmək lazımdır ki, litium preparatlannm gündəlik istifadə dozasının gecə yatarkən bir qəbula təyin edilməsi poliuriyam azalda bilir (bunun mexanizmi məlum deyildir). Onlar tüpürcək ifrazım azaldır, bəzən, bu vəzlərdə böyümə müşahidə edilir. Litiumun hepa to toksik potensialı çox zəifdir. Uzunmüddətli qəbul zamanı bədən çəkisini artıra (10 kq-a qədər) bilir. Litium preparatlarından istifadə zamanı daha gec meydana çıxan əlavə effektlər, əsasən, qalxanvari vəz və böyrəklərlə əlaqədar olur. Tiroid hormonların sintez və ifrazı azalır və zobogen təsir effekti meydana çıxa bilir. Bu hal hipofizin ön payında tireotrop hormonun adenilatsiklaza fermentinə göstərdiyi stimuləedici təsirin litium preparatları tərəfindən blokada olunması ilə izah olunur. Simptomsuz keçən zəif tiroid hipofunksiyası hah uzunmüddətli litium terapiyası alan xəstələrin 10-20%-də müşahidə olunur və kişilərlə müqayisədə daha çox qadınlarda baş verir (bu dəyişikliyin müvafiq klinik simptomlarla keçən forması daha az hallarda meydana çıxır). Odur ki, litiumla müalicənin başlanğıcında, eləcə də müalicənin gedişi müddətində (6-12 aydan bir) qan plazmasmda total tiroksin, sərbəst tiroksin və tirotropinin miqdarının ölçülməsi tövsiyə edilir. Böyrəklərlə bağlı dəyişikliklər özünü böyrək kanalcıqlanmn atrofıyası, qlomerulo- skleroz, kreatinin klirensində azalma kimi əlamətlərlə göstərir.

Litium preparatlannm uzunmüddətli qəbulunun birdən kəsilməsi nəzərəçarpacaq abstinensiya simptomu əlamətləri və ya "rebound" effektə səbəb olmasa da, xəstəlik əlamətlərini gücləndirə bilir. Odur ki, uzunmüddətli qəbuldan sonra preparatm istifadə dozasımn bir neçə həftə müddətində tədricən azaldılmaqla kəsilməsi tövsiyə olunur.

Litium preparatlanndan böyrəklərin çıxancı funksiyasının pozul­duğu hallarda, dekompensə olunan ürək-damar sistemi xəstəlikləri və hamiləlik zamanı istifadə olunması məsləhət görülmür.

Tibbi praktikada litiumun mikalit, htium oksibutirat və litonit kimi preparatlanndan da istifadə olunur.



Mikalit litium karbonatın uzunmüddətli təsir göstərən dərman formasıdır. Təsir mexanizmi, təsir spektri, istifadəsinə göstəriş və əks göstərişlərə görə praktik olaraq litium karbonat və sitrata uyğundur.

Litium oksibutirat kimyəvi quruluşuna görə natrium oksibutiratm litiumlu analoqudur. Müalicəvi təsiri tərkibində bilavasitə litium atomu­nun olması ilə əlaqədar olsa da, oksibutirat komponentinə görə sedativ təsir effektinə də malikdir. B.t.Lyubimov, N.S.Ostrovskaya, A.N.Ya- vorski, o cümlədən həmyerlimiz V.C.Allahverdiyev kimi alimlərin tədqi­qatına görə, bu preparat litium karbonatla müqayisədə daha aktiv və daha az toksikidir. Preparatı, həmçinin, parenteral (əzələdaxili) da təyin etmək olar. İstifadəsinə göstəriş və əks göstərişlər litium karbonatda olduğu kimidir. Onun, həmçinin, antihipoksik və antiaritmik təsir effekti də vardır. Qranulositlərin əmələ gəlməsinin təbii stimulyasiyasını törətdiyinə görə, bəzi tədqiqatçılar litium oksibutiratm, limfoqranula- matozlu xəstələrin şüa müalicəsi zamanı neytropeniya halını korreksiya etmək məqsədilə də təyin edilməsini məsləhət görürlər.



Litonit (nikotin turşusunun litium duzu) tibbi praktikaya alkoqolizmin kompleks müalicəsində qeyri-spesifık köməkçi dərman maddəsi kimi təklif olunmuşdur və hal-hazırda da ondan müvafiq məqsədlərlə istifadə olunur. Preparat MSS-də metabolitik və hemodinamik prosesləri yaxşı­laşdırır (nikotin turşusunun hesabına) və affektiv pozğunluqları (litium ionlarının hesabına) aradan qaldırır. Litonit venadaxili (xəstə horizontal vəziyyətdə- uzanmış halda olmalıdır) təyin edilir. Preparatdan, həmçi­nin, etanol ilə kəskin zəhərlənmələr zamam da istifadə etmək olar. Bu məqsədlə onu, 5-40%-li 10-15 ml qlükoza məhlulunda həll edib, intoksikasiya əlamətləri aradan qalxana qədər venadaxili inyeksiya etmək lazımdır. Preparatdan istifadə zamanı nikotin turşusuna xarakter olan əlavə effektlər (üzün və gövdənin yuxarı hissələrinin qızarması və s.) müşahidə edilə bilər. Litonitin hamiləlik, kəskin böyrək və qaraciyər patologiyaları, eləcə də nikotin turşusuna qarşı həssaslığın yüksəlməsi zamanı istifadəsi əks göstərişdir.

Hazırda litium, onun orqanizmdə tədricən azad olması və buna görə də qan plazmasmda kifayət qədər uzun müddətə və nisbətən bərabər qatılıqda qalmasını təmin edən litionit-dyurel, litiy-durulez, kvilonum retard, kvilonorm retard, kontemnol retard və s. kimi adlar altında xüsusi tabletlər şəklində buraxılır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə