Mahni – Bir şer və nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan ola bilər




Yüklə 55.43 Kb.
tarix10.04.2016
ölçüsü55.43 Kb.
MAHNI – Bir şer və nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan ola bilər. (Lisanul Arab 15/136, Fəthul Bəri 10/55). İbnul Əsir – rahmətullahi aleyhi – deyir ki: "Səsini yüksəldən və onun davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər". ( ən-Nihayə 3/390)

      MUSİQİ – Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet və s. kimi çalğı alətlərlilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.

      MUSİQİNİN DİNDƏKİ İSİMLƏRİ – əl-Ləhv (əyləncə, vaxtı boşa keçrimək), əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl-çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Sautuş şeytan (şeytanın səsi), Məzmuruş şeytan (şeytanın qavalı), Quranuş şeytan (şeytanın Quranı), Muəzzinuş şeytan (şeytanın müəzzini), Munbitin Nifaq (nifaq çıxaran, yetişdirən), Sautul Ahmaq (axmaq səs), Sautul Facir (yalançı, rəzil səs). (İbn Qeyyum "İğasətul lehfan" 1/237)

      MUSİQİNİN FƏRDLƏRƏ OLAN TƏFSİRİ - Harama təşviq edir və onları gözəl göstərir. O, haramları etməyə sövq edən bir vasitədir. Fisqı, fucuru (günahkarlığı), həyasızlığı və ədəbsizliyi əmr edər. Nəfsi şəhvətləri (istək və arzuları) yerinə yetirməyə yönəldər. İnsanın şəxsiyyətini, ədalətini və hörmətini itirər. Ağlın və imanın gözəlliyini və üzdəki nuru itirər. İnsan nəfsindəki şeytanı durumları gücləndirər. Qəlbi Quranı və Allahı zikr etməkdən yayındırar. Qəlbi korlayar və bundan sonra qəlb heç bir xeyri görməz və heç bir pisliyi də inkar etməz. Qulu facirlərə və kafirlərə bənzəməyə sövq edər. Fərd və toplum üçün İlahi cəzaların gəlməsinə səbəbdir.

      MUSİQİ İKİ NÖVDÜR:

      1. HARAM OLAN MUSİQİ – Bura qadınların və kişilərin musiqi alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmək, kişilərin məclisində oxuması, məşhur olana qədər mahnı ilə çox məşğul olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə sahib olmaq, hər yerdə və hər zamanda musiqi alətlərinin ticarətini etmək və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış məqsədi olan Allaha ibadətdən, itaətdən tamamən uzaqlaşdırır.

      Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın yolundan uzaqlaşdırmaqda və şeytanın yoluna düşməkdə və sonun pis qurtarmasında səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq, bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir. Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan bir parçadır. İbn Məsud – radıyallahu anhu – deyir ki: "Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir". ( İbn Əbi Dunya "Zəmmul Məlahi").

      "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir" (Loğman 6) İbn Məsud – radıyallahu anhu – dan ayədə keçən LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu soruşulduqda o: "Allaha and olsun ki, bu musiqidir" deyib sözünü üç dəfə təkrar etdi. (Təfsir Təbəri 11/61). İbn Abbas – radıyallahu anhu – deyir ki: "Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur" ( Səhih Ədəbul Mufrad" əl-Albani 955) İbn Ömər və Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edirlər ki: "Bunlar səhabələrin böyüklərindən olan dörd kişidir ki, qəti olaraq LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi olduğu görüşündədirlər. Səhabənin təfsirinin mötəbər olduğu üsulda qəbul edilən şeylərdəndir. Səhabələr hər hansı bir təfsirsə icma edərlərsə, onların icması dəlil olur. Səhabə və tabiin LƏHVƏL HƏDİSİN (mənasız, oyun-ouyncaq sözlərin) təfsirinin Musiqi olduğunda icma etmişlər. Bu görüşdə olduqlarını bildirən bəzi Tabiinlər: Mucahid, İkrimə, Məhkul, İbrahim ən-Nəhai, Ata əl-Xorasani, Nəsənul Bəsri, Said b. Cubeyr, Qatabə b. Dəamə, Meymun b. Mihran, Həbib b, Əbi Sabit, Amr b. Şueyb, Said b. Museyyib, Abdulməlik b. Cureyh – Allah onlara rəhmət etsin – bu ayədəki LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər. İbn Məsud – radıyallahu anhu – deyir ki: "Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir" (İbn Əbi Dunya "Zəmmul Məlahi")

      İbn Abbas – radıyallahu anhu – deyir ki: "Dəf haramdır, çalğı alətləri haramdır, qaval haramdır" (Beyhəqi "Sunnənul Kubra" 10/222.) "Onlardan kimi bacarsan səsinlə yeridən oynat" (əl-İsra 64) Mücahid – rahmətullahi aleyhi – deyir ki: "İblisin səsi – musiqi, tütək, LƏVH – əyləncə və batildir" (Durrul Mənsur 5/312) Dəhhaq b. Muzahim – radıyallahu anhu – deyir ki: "O, tütəyin səsidir" (Təfsir Qurtubi 10/312) Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq" (Buxari "Kitabul Əşribə") Hədisdə keçən MƏAZİF – Cəvamii kəlim (az kəlimə ilə çox mənanı ifadə edən sözlərdəndir). Yəni hər cür musiqi və əyləncə alətini əhatə etməkdədir. Bu hədis musiqinin haram olmasını göstərən güclü bir dəlildir. Çünki hədisdə Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Halal sayan kimsələr" Əsl olaraq onun haram olduğunu göstərir. Əgər halal olsaydı belə söyləməzdi. (İbn Həcər "Fəthul Bəri" 10/55) Səhi b. Səd – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir" Biz: "Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?" deyə soruşduq. O: "Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!" deyə buyurdu. (İbn Məcə, əl-Albani səhih) Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Bu ümmətin içərisində yerə basdırılma (yəni zəlzələ), göydən daş yağma və heyvana çevrilmə olacaqdır nə vaxt ki, içki içiləcək, qadın müğənnilər və musiqi alətləri zühur edəcəkdir" (Tirmizi 2212, əl-Albani "Səhih Silsilə" 2203, Tahrimi alatit Tarab s. 78) Bu çalğı alətlərinin qəlbləri ələ keçirib, vicdanlara sahib olduğu zaman olur. Bu günlər isə onların ən çox yayıldığı vaxtdır. Saatlarda, zənglərdə, uşaq oyuncaqlarında, komputerlərdə və telefon cihazlarında və s. əşyalara musiqi qoyulması çoxalmışdır ki, bu da Qiyamətin əlamətlərindəndir.

      "İndi siz bu kəlama təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Qəflət içində qalıb oynayır, əylənirsiniz" (ən-Nəcm 59-61) İbn Abbas – radıyallahu anhu – deyir ki: "VƏ ƏNTUM SAMİDUN – bu musiqidir. Onlar Quranı dinlədikdə musiqi söyləyər və oynayardılar. Bu Yəmənlilərin ləhcəsidir. USMUD LƏNƏ – bizə mahnı oxu deməkdir". (Təfsir Təbəri 8/82). Bir nəfər İbn Abbas- radıyallahu anhu – ya deyir ki: "Musiqi haqda görüşün nədir? O, halaldır, yoxsa haram?". İbn Abbas: "Mən yalnız Allahın kitabında haram edilmişsə, haram olduğunu söyləyirəm" dedi. Adəm: "O, zaman halaldır?" dedi. İbn Abbas: "bunu da söyləmirəm" dedi və əlavə olaraq: "Qiyamət günü gəldikdə, haqq ilə batili gördükdə musiqi harada olur?". Adam: "O, batil arasında olur" dedi. İbn Abbas: "Get, fətvanı özün verdin" dedi. ( İbn Qeyyum "İğasətul Lehfan" 1/272) "Onların Beytulhəramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı" (əl-Ənfal 35) İbn Qeyyim – radıyallahu anhu – deyir ki: "İbn Abbas, İbn Ömər, Atiyyə, mucahid, əd-Dahhaq, Həsən və Qatadə – Allah onlardan razı olsun – ayədə keçən MUKA – fit çalmaq, TASDİYƏ – əl çalmaq mənasına gəldiyini söyləmişlər. İbn Abbas – radıyallahu anhu – deyir ki: Qureyş Beytullahı çılpaq olaraq təvaf edir, fit verib əl çalırdılar". Mucahid – radıyallahu anhu – deyir ki: "Təvafda Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in qarşısına çıxaraq təvaf və namazını pozmaq üçün fit verib, əl çalırdılar. Əl çalanlar, qamış və tütək, bənzəri şeylərə üfürərək səs çıxaranlar da bunlara bənzəyirlər. Bu sadəcə görünüşdə bir bənzəmə olsa da belə, onlara bənzəməyə çalışdığına görə qınanılır". (İbn Qeyyim "İğasətul Lehfan" 2/274 –275)

      Şeyx Əhməd b. Yəhya ən-Nəcmi deyir ki: Allah əl çalan və fit verən Qureyşi pislədi. Allah birisini yalnız batil və boş bir davranışdan ötrü pislər. Başa düşülür ki, doğru və ya halal olsaydı Allah onları bundan ötrü pisləməzdi. Onları pislədiyinə görə bu onun haram və batil olduğunu göstərir. Eynilə haqqında hədd, cəza, lənət, qəzəb, atəş enən hər bir şey də haramdır və böyük günahlardandır. Böyük imamlar belə söyləmişlər. Fit verib əl çalmaq pisləndi və bunlar əzabla yan-yana zikr edildi. Bu onların haram olduğunu ifadə edər. Böyüklərə hörmət əlaməti və şanlarını yüksəltmək üçün etdikləri alqış (əl çalmaq) da haramdır. Çünki o, Allahın kafirləri pisləməsinə səbəb olan əməllərdəndir". (Tənhizuş Şəria ən İbahatil Əğanil Halia s. 13) Ənəs b. Məlik – radıyallahu anhu – deyir ki: "Ən pis qazanc mahnı oxuyan qadının qazancıdır" (İbn Əbi Dunyə "Zəmmul Məlahi") Ömər b. Abdul Aziz – radıyallahu anhu – musiqi haqqında deyir ki: "Başlanğıcı şeytandandır, sonu isə Rəhmanın qəzəbidir" (İbn Əbi Dunyə "Zəmmul Məlahi") Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Uca Allah mənə içki, qumar, davulu haram etdi (Başqa rəvayətdə: Allah mənə içki, qumar və davulu haram etdi. Hər sərxoşluq verən haramdır" (Əhməd 1/274, Səhih Əbu Davud 2/703, H. 3685, əl-Albani "Təhrimi Alatit Tarab" s.55. Səhih Sünnən Əbu Davud 2/703, H. 3685) Hədisdə keçən ƏL-QUBƏ – davul deməkdir. Davul əyləncədə önəmli alətlərdəndir. Musiqinin onsuz olması isə çox nadirdir. Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Mənim ümmətimdən bəzi kimsələr içki içib ona başqa isimlər verəcəklər. Başlarının üstündə çalğı çalınacaq və oxuyan qadınlar mahnı oxuyacaqlar. Allah onları yerə batırsın və onlardan meymunlar və donuzlar etsin" (Səhih İbn Məcə 2/371, H. 4020)

      Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Ümmətim içində, yerə batrılma, heyvana çevrilmə və dənizə qərq olma olacaqdır" Səhabələr: "Ey Allahın Rəsulu! Onlar Allahdan başqa ilah olmadığına şəhadət etdikləri haldamı?" deyə soruşdular. Peyğəmbər: "Bəli, çalğı alətləri, içki və ipək geyinmək yayıldığı zaman" deyə buyurduM (İbn Əbi Şeybə "Musənnəf" 15/164) Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "İki səs vardır ki, bunlar dünya və axirətdə lənətlənmişdir. Musiqi aləti və müsibət anında şivən səsi (ah-nalə, mərsiyə və s)" ( əl-Albani "Səhih Silsilə" 427) İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: "Bu hədis musiqinin haram olmasına dair ən gözəl hədislərdən biridir. Cabir b. Abdullah – radıyallahu anhu – dan gələn məşhur ifadələrin birində deyilir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm - buyurmuşdu: "Mən iki axmaq və facir (günah) səsdən nəhy (qadağan) edildim. Nemət əsnasında olan səsdən (əyləncədən) və bir də müsibət anında olan səsdən (yanaqları vurmaqdan, yaxa cırmaqdan, şivən qoparmaqdan). Müsibət anındakı səsi qadağan etdiyi kimi, nemət əsnasında çıxarılan səsi də qadağan etmişdir. Nemət əsnasındakı səs mahnı səsidir" (əl-İstiqamə 1/292-293) İbn Ömər – radıyallahu anhu – nun mövlası Nəfi deyir ki, İbn Ömər – radıyallahu anhu – bir musiqi səsi eşitdikdə barmaqları ilə qulaqlarını tutdu və yoldan uzaqlaşdı. Mən: "Bir şeymi eşitdin?" dedim. O, barmaqlarını qulağından çəkərək dedi: "Mən Peyğəmbər – səlləllahu aleyhi və səlləm – ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi" (Sünnən Əbu Davud "Kitabul Ədəb", əl-Albani "Səhih Əbu Davud" 3/930, H. 4924)

      Abdullah b. dinar rəvayət edir ki, mən İbn Ömər – radıyallahu anhu – çalıb-oynayan bir qız uşağının yanından keçdikdə (onu göstərib) dedi: "Əgər şeytan bir kimsədən əl çəkmiş olsaydı, bundan əl çəkərdi". (Ədəbul mufrad 784) Ummi Əlqəmə rəvayət edir ki, Aişə – radıyallahu anhu – nin qardaşı qızlarını sünnət etdilər. Aişə – radıyllahu anhu – yə deyildi ki, bəlkə bunları əyləndirmək üçün bir adam çağıraq?" Aişə: "Olar!" deyib Adiyin yanına adam göndərdilər. Onu evə gətiridlər. Aişə- radıyallahu anhu – evə gəldikdə onun başını əsdirərək nəğmə oxuduğunu gördü. Bu adam şerbaz idi. Aişə : "Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!" dedi. (Ədəbul Mufrad 1247) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – mahnı oxuyan cariyənin qazancını yeməyi qadağan etdi". (İmam Bəğavi "Şərhu Sunnə" 8/23). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər" (Müslim 2113) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Zınqırov şeytanın mizmarıdır" (Müslim 2114) Əgər zınqırov rəhmət mələklərinin nifrət etməsinə səbəb olursa, günümüzdəki olan o, musiqi alətləri necə olacaq? Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Allah Adəm oğluna zinadan nəsibini yazmışdır. Bu ona mütləq çatacaqdır. Gözlərin zinası baxmaqdır, qulaqların zinası isə dinləməkdir…" ( Müslim "Kitabul Qədər") Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Allahı zikr etmək növündən olmayan hər bir iş boş bir iş və bir aldanmadır. Bundan dörd şey müstəsnadır. Kişinin iki hədəf arasında gedib-gəlməsi (atıcılığı öyrənməsi), atını yəhərləməsi, kişinin qadını ilə oynaması və üzməyi öyrənməsi" ( əl-Albani Səhih Silsilə" 315) İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: "İnsanın etdiyi hər bir əyləncə batildir. Batil isə haqqın ziddidir. Haqq olmayan, ona vəsilə və faydalı olmayan hər şey batildir, vaxtı boşa keçirməkdir, dini və dünyası üçün faydalı olacaq şeyləri itirməsinə səbəbdir. Dinin belə bir şeyi mübah sayması mümkün deyildir".

      SƏLƏF İMAMLARININ MUSİQİ HAQDA OLAN SÖZLƏRİ – İmam Əbu Hənifə – rahmətullahi aleyhi – musiqinin haram olduğunu sərt bir ifadəylə söyləmiş və onu dinləməyi günah saymışdır» ( İbnul Cövzi «Təlbisi İblis» s. 229) İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Musiqi batil və məkruh əyləncədir. (MƏKRUH- qəsd edilən haramdır. Çünki Allah da Qurani Kərimdə : «Allah sizə küfrü, fısqı və üsyanı məkruh (haram) göstərdi». (əl-Hucurat 7) Onunla çox məşğul olanın şahidliyi qəbul olunmayan səfehdir» (Beyhəqi «Sunnənul Kubra» 10/322) İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən İraqda TAĞBİR – musiqi deməkdir. Əbu Musa əl-Mədini deyir ki: «Onun musiqi olması söylənilmişdir. Çünki o, insanları oynamağa sövq edir. Onlar ayaqlarını yerə vuraraq toz qaldırırlar. İbn Qeyyim «əl-Kəlam alə Məsələtis Səma» s. 124). – deyilən bir şey gördüm. Onu insanları Qurannan uzaqlaşdırmaq istəyən zındıqlar ortaya çıxarmışlar» (İğasətul Levfan 1/258) İbn Qeyyim – rahmətullahi aleyhi – İmam Şafii – rahmətullahi aleyhi – nin bu sözlərini açıqlayaraq deyir ki: «Tağbir – bir kimsənin şer söyləməsi və orada olanların əllərindəki çubuqla bir yerə vuraraq ritm tutmalarıdır. Allah belə bir pis şeyləri öyrənən kişidən və cahil abiddən razı olmaz». (İğasətul Levfan 1/258 ) İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Bunu ancaq fasiqlər edər» ( əl-Hallal «Əmru bil mərufi və Nəhyu anil Munkər» 166) Vəki b. Cərrah – rahmətullahi aleyhi – deyir ki: «(Musiqi alətini) al və sahibinin başında qır. Çünki İbn Ömər – radıyallahu anhu – belə edərdi». (Həllal «Əmr bil Məruf və Nəhyu anil Munkər» 126). İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Musiqi qəlbdə münafiqlik yaradır».( İğasətul Levfan 1/258). İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Tütək, zurna, tabur, ud, kamança və bənzəri şeylər haramdır» ( İbnul Covzi «Təlbisil İblis» s. 225).

      Əbu Bəkr əl-Mərvəzi deyir ki, Əbu Abdullahdan – İmam Əhməddən – soruşdum: «Küçədən keçərkən davul satıldığını gördüm. Onları qırımmı?» dedim. O: «Sənin gücünün çatacağını zənn etmirəm. Gücün çatarsa nə gözəl» deyə cavab verdi. Mən: «Ölü yumağa çağrılmağımda bir davul səsi eşitdim. Buna da belə cavab verdi: «Qıra bilərsənsə qır. Gücün çatmazsa çölə çıx». ( Həllal «Əmr bil Məruf və Nəhyi anil Munkər» 130). Əş-Şabi – rahmətullahi aleyhi – deyir ki: «Allah müğənniyə və musiqi dinləyənə lənət etsin». (İbn Əbi Dunyə «Zəmmul Məlahi»). Əd-Dahhaq – rahmətullahi aleyhi – deyir ki: «Musiqi qəlbləri pozar və Rəbbi qəzəbləndirər». (İbnul Covzi «Təlbisi İblis» s. 235). Məkhul deyir ki: «Kim yanında bir müğənni qadın olduğu halda ölərsə ona namaz qılınmaz». (Həllal «Əmr bil Məruf və Nəhyi anil Munkər» 172). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Musiqi və çalğı alətlərini dinləmək şeytanın vəsvəsəsini gücləndirən şeylərin ən böyüyüdür. Bu müşriklərin dinləyişidir».(Məcmuul Fətava 11/295). Möminlərin əmriri Yəzib b. əl-Vəlid b. Abdul Məlik deyir ki: «Ey Umeyyə oğulları! Musiqidən çəkinin. Çünki o, həyanı azaldır, şəhvəti artırır, kişiliyi yox edir. O, içkinin yerinə keçir və sərxoşluğun etdiyini edir. Çünki musiqi zinanın dvətçisidir». (İbn Əbi dunyə «Zəmmul Məlahi).

      İbnul Cövzi – rahmətullahi aleyhi – deyir ki: «Bilinməlidir ki, musiqi iki şeyi bir yerə cəm edir. Qəlbi Allahın əzəmətini düşünməkdən və ona xidmətdən uzaqlaşdırması və qəlbi ən çox hissi şəhvətləri yerinə yetirməyə dəvət edir». (İbnul Cövzi «Təlbisi İblis» s. 222). Zahid tabiin Muhəmməd b. əl-Munkər – rahmətullahi aleyhi – deyir ki: «Qiyamət günü gəldikdə biri səsləyərək: Özlərini və qulaqlarını LƏHVLƏ (əyləncə, oyun, boş şey) uzaq olanlar haradadırlar? Onları misk baxçalarına yerləşdirin. Sonra mələklərə deyilir: Onlara mənim mərhəmətimi duyurun. Orada qorxu olmadığını və üzülməyəcəklərini bildirin». (İbn Əbi Dunyə «Zəmmul Melahi», Suyuti «Durrul Mənsur» 5/153). Əbu Tayyib ət-Təbəri – rahmətullahi aleyhi – deyir ki: «Musiqi dinləyənin ağlı və həyası əskilər. Musiqi dinləmədən əvvəl nifrət etdiyi çox danışmaq, yalan, qəh-qəhə ilə gülmək, çırtma çalmaq, ayağı yerə vurmaq kimi əməlləri bəyənməyə başlayar». (İbnul Cövzi «Təlbisi İblis» s. 222). İbnul Cövzi – rahmətullahi aleyhi – deyir ki: «Musiqi dinləmək iki şeyi bir araya gətirir. Qəlbi Allahın əzəmətini düşünməkdən və Ona xidmətdən yayındırması. Qəlbi hissi şəhvətləri yerinə yetriməyə dəvət edən, ani ləzzətlərə meyl etdirməsidir».(Təlbisi İlbis s. 222). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Çalğılar, nəfslərin içkisidir. Onlar nəfslərə içkidən daha pis təsir edirlər. (Başqa rəvayətdə: Musiqi zinanın yolçusudur. O, zinanın meydana gəlməsində ən böyük səbəblərdəndir). (Məcmuul Fətaya 10/417). İbn Baz – rahmətullahi aleyhi – deyir ki: «Əylənmək üçün (musiqi alətləri ilə edilən) hər şeyi əhatə edən musiqiləri dinləmək evdə və ya minikdə, toplantıda, məclislərdə, istər kişi olsun, istər qadın dinləyən hər kəsə haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir» (Loğman 6) Çünki o, qəlb üçün bir fitnədir, onu pisliyə həvəsləndirər, yaxşılıqdan çevirər, insanın vaxtını zay edər». Şeyx Useymin, Şeyx Albani – rahmətullahi aleyhi – deyirlər ki: «Musiqi dinləmək haramdır». («Fətva İslamiyyə» Muhəmməd əl-musnid 4/388, 390, 395, 397, Darul Vətən, Həmçinin Şeyx əl-Albaninin bu mövzu ilə bağlı ayrıca bir kitabı da vardır. Təhrimi Alatil Tarab).

      SUAL: Bildiyiniz kimi radio və televizorlarda davamlı çalğı alətləri ilə söylənən dini, milli mahnılarla uşaq və doğum günü mahnılarının hökmü nədir? Cavab: Çalğı qəti olaraq haramdır. Dini və milli mahnılarla uşaq mahnıları musiqi alətləri ilə olduqda haramdır. Doğum günləri isə batildir. Bu məclislərə qatılmaq və orada iştirak etmək isə haramdır. «Fətva İslamiyyə» Muhəmməd əl-Musnəd 4/390.

      SUAL: Çalğı alətlərinin satışı, musiqi kassetlərinin satılması və dinlənməsi, bu kassetlərin satılması və ticarəti ilə əldə edilən pulun hökmü, bu cür kasset satanların dükanlarını kirayə vermələrinin hökmü, Dükanı kirayə verənlə orada satış edən, bu kassetləri satın alanların günahına yüklənirmi, yoxsa yox? Bizə bunun fətvasını verin. Allah sizə əcr versin və sizdən razı olsun. CAVAB: Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Zikr etdiyiniz bu çalğı alətlərinin dinlənməsi və satışı haramdır. Belə bir kassetləri olan kimsənin tövbə etməsi, faydalı bir şey yazmaq üçün onların içindəkiləri silməlidir. Onların satılmasından və ticarətinin edilməsindən əldə edilən pul isə haramdır. Sahibinə halal deyildir. Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: «Allah bir şeyi haram edincə onun satışını (gəlirini) də haram edər» Bu cür kasset satanların öz dükanlarını kirayə vermələri də haramdır. Bundan alınan pul da haramdır. Çünki bu Allahın: «Günah və düşmənlik üzərində bir-birinizlə yardımlaşmayın» buyurduğu ilə qadağan etdiyi günah və düşmənlik üzərə yardımlaşmağa daxil olar. Satın alanların günahları öz üzərlərinə olduğu kimi satıcıya və dükanı kirayə verənə, müştərilərin günahından heç əskiltmədən yüklənər. Allah ən yaxşı biləndir. «Fətva İslamiyyə» Muhəmməd əl-Musnid 4/397.

      MUSİQİNİN HARAM OLMASINDA İCMA VARDIRPeyğəmbər - səlləllahu aleyhi və səlləm – in ümmətindən olan Müctəhidlərin Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in vəfatından sonrakı hər hansı bir dövürdə bir məsələnın hökmündə fikir birliyi etmələridir. İcma İslam Fiqhinin qaynaqlarından üçüncüsüdür. Qəti şəri bir dəlildir. Ona qarşı gəlmək əsla caiz deyildir. (Şovkani «İrşadul Fuhul» s 71, Məcmuul Fətava 1/341) Bilinməlidir ki, hər zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur». (Əhkəmil Quran» Loğman 6). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Ud və bənzəri musiqi alətləri və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər». (Minhəcus Sunnə 3/439, Məcmuul Fətava 11/576). Allamə İbn Həcər Heysəmi – rahmətullahi aleyhi – deyir ki: «Tabur, ud, telli saz, kamança, santur (kanona bənzər alət) əylənməyi sevən və günahkar kimsələr tərəfindən bilinən başqa alətlərin hamısı ixtilafsız haramdır. Bunlarda ixtilaf olduğunu söyləyən xəta etmiş və nəfsi-istəyinə uymuşdur. Belə ki, bu halı onu kor və kar hala gətirmiş və onu təqvadan ayırmışdır…». (Kəffur Ruai ən Muharrəmatil Lehvi vəs Səma s. 124). İbn Baz – rahmətullahi aleyhi – deyir ki: «Musiqi alimlərin böyük əksəriyyətinə görə haramdır». («Fətva İslamiyyə» Muhəmməd əl-Musnid 4/388,390,395,397, Darul Vətən). «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özündən yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» (ən-Nisa 115) Bu ayədə Allah möminlərin yolundan çıxaraq başqa yola sapan kimsənin gedəcəyi yerin Cəhənnəm olduğunu – Allah qorusun – bildirməkdədir. Müsəlmanların icması haqqdır. O, möminlərin yoludur. Onların icmasına qarşı çıxana ayədə təhdid vardır. Çünki Peyğəmbər – səlləlllahu aleyhi və səlləm – buyurdu: «Allah mənim ümmətimi sapıqlıqla bir araya gətirməz. Allahın əli cəmaat üzərindədir. Allahın əli cəmaat üzərindədir. Kim (söz, əməl və etiqad) olaraq cəmaatdan ayrılarsa Cəhənnəmə doğru ayrılmış olar» ( əl-Albani «Səhihul Sünnən Əbu Davud»)

      Yuxarıda söylənilən səhabə, tabiin, ətbəu tabiin və sələfdən və onlardan sonra gələn alimlərin böyük bir qisminin sözlərindən aydın oldu ki, onlar çalğı və musiqinin haram olunduğunu icma etmişlər. Heç biri rüxsət verdiyini söyləmədi, istifadə etmələrini şiddətlə qadağan etdilər və musiqi alətlərinin qırılmasını əmr etdilər və onları qırdığına görə heç bir təzminat da ödənilməz. ( Həllal «Əmr bil Məruf və Nəhyi anil Munkər»172).



      MÜBAH OLAN MUSİQİ - Bu, səsi yüksəldərək, əyləncə və musiqi alətləri olmadan mahnı söyləməkdir. Lakin bu şərtlərin yerinə yetirilməsi mühümdür. Sözlərdə Allaha şərik qoşmaq, küfr sözlər olmamalı, əxlaqsızlıq, müsəlmanları pisləmək, yad qadınları tərif etmək, içkilərdən bəhs etmək və s. boş və faydasız sözlər olmamalıdır. Həmçinin qadınların yad kişilərin yanında mahnı söyləmələri, Allahı zikr etməkdən və fərz ibadətlərdən yayındırmamalı və etdiyi ilə məşhur olmamaq üçün onunla çox məşğul olmamalıdır. Mübah olan mahnı növlərindən: Döyüşdə söylənilən marşlar. Bu da əsgər və mücahidləri savaşa təşviq üçün söylənilir. Həmçinin qadınların toy mərasimlərində, bayramlarda dəfdən başqa çalğı alətləri olmadan söylədikləri mahnılar. Bu dəfin zilləri olmamalıdır. Dəfdən sadəcə qadınlar istifadə edə bilərlər. Kişilərin heç bir zaman, heç bir yerdə dəfdən istifadə etməsi isə caiz deyildir. Aişə – radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Peyğəmbər – səlləllahu aleyhi və səlləm – mənim otağıma daxil oldu. Bu zaman yanımda «BUƏS» mahnısını oxuyan iki kölə qadın var idi ( Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr – radıyallahu anhu – onların səslərini eşitsək üstümə qışqırdı və belə dedi: «Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır, bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim. Onlar da otaqdan çıxdılar» (Nəvəvi «Şərhu Müslim» 6/182. H. 892,983) İmam Bəğavi deyir ki: «Buəs – ərəblərin təntənəli sürətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəs qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur». ( Şərhu Sunnə 4/322, Fəthul Bəri 2/443).

      Nigahı elan etmək məqsədilə qadınların toy məclislərində sadəcə dəf çalmaları, içində günaha səbəb olan sözlər olmadan mahnılar oxuması caizdir. Muavviz qızı Rubeyyi deyir ki, evləndiyimdə Peyğəmbər – səlləllahu aleyhi və səlləm – toyuma gəldi və yatağımın üzərinə oturdu. Cariyələrimiz həm dəf çalır, həm də bədr savaşında öldürülən əcdadlarımızın vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: «İçimizdə sabah nə olacağını bilən Peyğəmbər də var (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah bilir)» (Təbərani «Sağir» s. 69, həkim 2/184, Beyhəqi 7/289). Dedikdə Peyğəmbər: «Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə davam et» deyə buyurdu. (Buxari 2/352, 9/166, Beyhəqi 7/288-289, Əhməd 6/359-360). Aişə – radıyallahu anhu – rəvayət edir ki, mən Ənsardan birinə gəlin götürdüm. Peyğəmbər: «Ey Aişə! Dəfiniz yoxdurmu? Ənsar dəfi sevir» deyə buyurdu. (Buxari 9/184-185, Beyhəqi 7/288, Həkim 2/184). Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: «halal və haram nigahların arasını ayıran dəf çalımasıdır (yəni haram nigah gizli edilir, dəf çalınmaz. Halal nigah isə dəf çalınaraq elən edilir)» ( Nəsəi 2/91, tirmizi 2/170). Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Nigahı elan edin». ( Təbərani 69/1, Məqdisi 150/1).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə